Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-280/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsinin *(*- ***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə ## ###### 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ##.##.2026-cı il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla saxlamış, Şamaxı rayon Polis Şöbəsinin (bundan sonra mətndə - Şamaxı RPŞ) əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2026-cıi il tarixdə, saat 19:05-də X2 Mərkəzinin yaxınlığında Şamaxı şəhəri, 48A məhəlləsində saxlanıldığı yerdə Şamaxı RPŞ əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üstü yoxlanırkən, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd kağız bükümdə xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,178 qram narkotik vasitə olan heroin və 0,209 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilərək təyin edilmiş 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasını daha yüngül cəza növü – azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi törədilmiş əməlin xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini və cəzanı yüngülləşdirlən halları düzgün qiymətləndirməmiş, barəsində hədsiz ağır cəza növü təyin etmişdir. Onun cəmiyyətdən təcrid olunmaqla həbsdə saxlanılmağı həm onun, həm də ailəsinin vəziyyətini kəskin pisləşdirir. O, əvvəllər məhkum olunmamış, törətdiyi əməldən səmimi peşmanlıq keçirir. O, törətdiyi əməli etiraf etmişdir. Himayəsində 2 azyaşlı övladı var, ailənin dolandırılması, qayğılarının çəkilməsi və uşaqların tərbiyəsi birbaşa onun üzərindədir. Məhkəmə baxış iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Şamaxı Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilərək təyin edilmiş 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasını daha yüngül cəza növü – azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasia şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxsin 2 azyaşlı uşaqlarının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını,təqsirləndirilən şəxsin törətdiyi əməli verdiyi səmimi ifadələri ilə faktiki olaraq tam etiraf etməsi və törətdiyi əməlindən peşman olmasını, 42 yaşında olmaqla cavan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, təyin edilmiş cəzanın əsas məqsədlərindən biri kimi şəxsin islah olmasıdır. Bu hissədə mümkün olan cəza növü və həddi seçilməsi önəmlidir. Belə ki, bu həddin düzgün müəyyən edilməməsi, təyin edilmiş cəza şəxsin islahına deyil, hüquq pozulmasına səbəb olur, cəzanın məqsədlərinə çatmamasına, o cümlədən cəmiyyətin dövlətə və qanunvericiliyə olan inamının sarsılmasına səbəb olur. Bu baxımdan daha yüngül cəza növü ilə məqsədə çatmaq mümkün olduğu halda, daha ağır cəza növünün seçilməsi qanunvericiliyin tələbinə ziddir. Buna uyğun olaraq Təqsirləndirilən şəxs münasibətdə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını cəza təyin edərkən nəzərə alır. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədinə nail olmaq mümkündür. Belə ki, ilk dəfə cinayət törətmiş şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarı qanunvericilikdə həmin vasitələr üçün müəyyən edilmiş 0,15 qramdan cüzi miqdarda artıq, yəni müvafiq olaraq 0,178 qram heroin və 0,209 qram metamfetamin olmuşdur. Apellyasiya məhkəməsi də hesab edir ki, cəzanın məqsədinə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırlması cəzası təyin etməklə də nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri onun üzərinə qoyulsun. Qərarın icrasına nəzarət Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X5 66 (altmış altı) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-280/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-280/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver