Məhkəmə qərarları › İş №1(3-8)-284/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-284/2026

25.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-284/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X4 ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barəsində Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şikayət edən şəxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs DİN-in “102” zəng xidmətinə zəng edərək X1 ağır cinayət törətməkdə ittiham edərək sonuncunun şərəfini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi şəkildə yaymışdır. Bu səbəbdən şikayətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məhkəmədən xahiş edilmişdir Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə X1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. (Hakim Elvin Teymur-Zadə). Qeyd edilən qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apelyasiya şikayəti verərək, mübahisəli qərarın ləğv edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətin icraata qəbul olunması və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş icraata daxil olduqdan sonra yaradılmış elektron kabinet vasitəsilə CPM-nin 51-2.1 və 88.5-ci maddələrinə uyğun icraatda nümayəndəsi – oğlu, hal hazırda Penitensiar Xidmətin Umbakı Müəssisəsində saxlanılan hüquqşünas Cəfərov Rəmişin onu təmsil edəcəyinə dair müraciət etsə də, belə müraciət təmin edilməmişdir. Bununla bağlı məhkəmə ilə əlaqə saxladıqda özünün icraatda iştirakının məqsədə müvafiq hesab edildiyi bildirilmişdir. Bununla da xüsusi ittiham tərəfi şəxsən və nümayəndəsi vasitəsilə öz hüquqlarından-xüsusi ittiham qaydasında şikayət üzrə materialın hazırlanması, öz hesabına və məhkəmə vasitəsilə sübutların məhkəməyə təqdim edilməsinin təmin edilməsi, iclasda işin materialları ilə tanışlığı və həmin materialların tədqiqində iştirakdan məhrum edilmişdir. Hakimin belə hərəkətlərin təmin etməsinə obyektiv və subyektiv imkanlarının olmasına baxmayaraq nümayəndəsinin iştirakının təmin edilmədiyini görüb elektron poçt ünvanından məhkəmənin rəsmi elektron poçtuna müraciətlər edilsə də, eyni hal davam etmişdir. Bundan əlavə qeyd edilən böhtan Cəfərovların təqibini həyata keçirmək üçün xüsusi hazırlatdırılmış təqib materialıdır. Bildirir ki, “xxxx” MMC-yə mənsub olan şəxslər olaraq hal hazırda təqibə, irqi-ayrı seçkiliyə məruz qalmışlar. Yəni xüsusi ittiham tərəfindən iclasda kimin iştirak edəcəyini hakim müəyyən etmişdir. Hesab edir ki,bu hal işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və digər sübutların tələb edilməməsinə səbəb olmuşdur. Apellyasiya instansiya məhkəməsinin iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayətin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının isə ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Ona verilən suallara cavab olaraq məhkəmə iclasından xəbərsiz olduğunu, poçt bildirişini almadığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X1 məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan (məhkəməyə məlumat verilməmişdir) təkrarən (bundan əvvəl ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak etməmişdir) gəlməmişdir və məhkəmə buna əsasən hesab etmişdir ki, X1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsində ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barəsində tərəflərə məktub göndərilsə də, həmin məktub xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin “evdə yoxdur” qeydi ilə almaması əsası ilə geri qaytarılmışdır. Həmin iclasla bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə göndərilmiş sms xəbərdarlıq “gözləyir” statusunda olmuşdur. Lakin ##.##.2026-cı il tarixdə məhkəməyə ünvanlanan vəsatətin məzmunundan Xüsusi ittihamçı iclasın vaxtından məlumatlı olduğu aydın olur. Lakin ## #### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclası barədə isə ## #### 2026-cı il tarixdə məktub tərtib edilərək tərəflərin ünvanına göndərilmişdir ki, 2 gün müddətində həmin məktubun tərəflərə çatdırıla bilməsi ağlabatan deyil, həmçinin həmin məktubun tərəfə nə vaxt çatması, yaxud çatıb-çatmaması iş materiallarından ümumiyyətlə aydın deyil. Bundan başqa Elektron məhkəmə informasiya sistemindən nə ##.##.2026, nə ## ##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclası ilə bağlı xüsusi ittihamçıya sms xəbərdarlıq göndərildiyi müəyyən edilir. Apellyasiya instansiya məhkəməsinin iclasında Xüsusi ittihamçı ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasından xəbərsiz olduğunu bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin təkrarən məhkəmənin hazırlıq iclasında iştirak etməməsi əsası ilə şikayətin icraata götürülməsindən imtina edilməsi qənaətinə gəlsə də, bu iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli ** saylı qərarının 11 bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsində nəzərdə tutulmuş digər tələblər də araşdırılmaqla şikayətin icraata götürülübgötürülməməsi barədə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası CPM-nin 391.3.6-cı maddəsinə əsasən apelyasiya şikayətinə və ya apelyasiya protestinə ilkin baxılması zamanı apelyasiya instansiyası məhkəməsi cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barəsində Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və şikayət əlavə edilmiş materiallarla birlikdə xüsusi ittiham qaydasında hazırlıq iclasında yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300.1.3,

302. 397.1, 397. və 398.-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barəsində Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar