Məhkəmə qərarları › İş №1(3-8)-285/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-285/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-285/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarəsinin prokuroru X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim Ə.İ.Cəlilov) ## #### 1997-ci il tarixdə Qusar rayonu, Atluxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Atlıxan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi ## #### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsi, “həbs” qətimkan tədbiri seçilməsi və onun, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasına göndərilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olmasının izah edilməsi hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ###### 2025-ci il tarixdə, saat təxminən 03:30 radələrində yaşadığı Qusar rayonu Atlıxan kəndində yerləşən fərdi yaşayış evin qarşısında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəfildən Zərərçəkmiş şəxs Rafık oğlunun sifət nahiyəsinə qəsdən bir dəfə kəllə zərbəsi ilə vuraraq, sonuncuya “burnun üstünün-kökü nahiyyəsinin əzilmiş yarası və burun sümüyünün dislokasiya olunmuş multifraqmentar sınığı, burun çəpərinin S-vari deformasiyası" ilə ifadə olunan küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni ##.##.2025-ci il tarixdə həmin hadisə nəticəsində əmələ gələ biləcək və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs istinad edilən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin maddənin tətbiqi üçün zəruri hüquqi əlamətlər olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini, hüquqi tövsif dəyişdirildikdən sonra Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini və qanunun tələblərinə uyğun yeni hökm qəbul edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən mübahisənin baş verməsinin səbəbkarı Zərərçəkmiş şəxs olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi qeyd edilmiş faktları şahid qismində ifadə vermiş Mehman, Taleh, Zaur, Baləhməd və Nağı adlı şəxslər təsdiq etmişlər. Iş materiallarından görünür ki, hadisə zamanı zərərçəkmiş şəxsə qəsdən sağlamlığa az ağır zərər vurulmuşdur. Ittihamda göstərilən 127.2.3cü maddəni ağırlaşdıran hallar (məsələn: xuliqanlıq niyyəti, xüsusi üsul və s. - işin faktiki hallarına uyğun olaraq qeyd olunur) sübutlarla təsdiq olunmur. Hadisə tərəflər arasında yaranmış şəxsi mübahisə zəminində baş vermiş və əməl ağırlaşdırıcı halların mövcudluğu ilə müşayiət olunmamışdır. Bu səbəbdən əməl yalnız qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışmışlar, lakin bu fakt nəzərə alınmamışdır. Məhkəmə araşdırması zamanı tərəfindən baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi məqsədilə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsinə dair vəsatət verilmişdir. Lakin məhkəmə həmin vəsatəti obyektiv, hərtərəfli və tam araşdırmadan təmin etməmiş, yalnız formal mülahizələrlə rədd etmişdir. Hökmdə CM-nin 127.2.3-cü maddəsinin tətbiqini şərtləndirən bütün zəruri əlamətlərin hansı sübutlarla təsdiq olunduğu kifayət qədər əsaslandırılmamışdır. Cinayət-Prosessual Məcəlləsinin tələbinə görə məhkəmə hər bir sübuta onun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymət verməlidir. Lakin məhkəmə yalnız ittiham tərəfinin mövqeyini əsas götürmüş, müdafiə tərəfinin təqdim etdiyi sübutlara və arqumentlərə lazımi hüquqi qiymət verməmişdir. Bu isə hökmün obyektivliyini şübhə altına alır. Cinayət işi üzrə tədqiq edilmiş sübutların məcmusu göstərir ki, hadisənin faktiki halları hökmdə göstərilən nəticəni tam təsdiq etmir. Şübhələr məhkumun zərərinə deyil, xeyrinə qiymətləndirilməli olduğu halda, məhkəmə bütün şübhələri ittihamın xeyrinə həll etmişdir. Cinayət mühakimə icraatının əsas prinsiplərinə görə təqsirləndirilən şəxsin təqsiri aradan qaldırılması mümkün olmayan şübhələrdən kənar sübuta yetirilməlidir. Hökmdə müdafiə tərəfinin əsas arqumentlərinin niyə qəbul edilmədiyi göstərilməmişdir. Məhkəmə yalnız nəticəni qeyd etmiş, lakin həmin nəticəyə gəlməsinin hüquqi və faktiki əsaslarını tam açıqlamamışdır. Bu isə CPM-in qanuni, əsaslandırılmış və ədalətli hökmə dair tələblərinə uyğun deyildir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır, zərərçəkmiş şəxsə dəymiş zərər ödənilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını xahiş edir. Apellyasiya şikayətində əməlin tövsifi ilə bağlı hallar da qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 27.08.26-cı il tarixli iclaslnda iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək izahatında göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Ona dəymiş zərər 1000 manat məbləğində təqsirləndirilən şəxsin qardaşı tərəfindən ona ödənilmişdir. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etdi ki, törətdiyi əməldən peşmandır. Əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluğu yoxdur. Barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli iclası barədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 127.2.3-cü maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə müdafiə tərəfinin apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, onun əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif olunması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə kоllegiyаsı məhkəmə istintаqı аpаrmаdan cinаyət işinin mаteriаllаrını və apellyasiya şikayətinin dəlillərini аrаşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesаb edir ki, aşağıda qeyd olunanlara görə аpellyаsiyа şikаyəti qismən təmin olunmalı, Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu tam şəkildə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının ## ######## 2025-ci il tarixli, *** saylı rəyilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - “burnun üstünün-kökü nahiyyəsinin əzilmiş yarası və burun sümüyünün dislokasiya olunmuş multifraqmentar sınığı, burun çəpərinin S-vari deformasiyası” küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni ##.##.2025-ci il tarixdə həmin hadisə nəticəsində qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ##.##.2025-ci il tarixdə həmin hadisə nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid olmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar, o cümllədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri toplanılmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur ona görə ki, Təqsirləndirilən şəxs özünün qeyd etdiyi kimi səhvən zərərçəkmişin telefonunu götürüb getdikdən sonra zərərçəkmiş şəxs onun tanışı ilə evlərinə gələrkən həyətə düşüb zərərçəkmişə yaxınlaşmaqla “telefonda sən idin məni söyən” deyib ona dərhal kəllə vuraraq burnunu sındırmaqla az ağır xəsarət yetirməsi xuliqanlıq niyyətilə xəsarət yetirmə kimi qiymətləndirilməlidir. Ona görə də hazırkı işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəхsin müdafiə hüquqları təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin faktiki halları, onun həmin əməli törətməsi və əməl nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması iş üzrə tədqiq edilmiş sübutların məcmusu ilə düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə və məhkəmə-tibbi ekspertizasının rəyi bir-biri ilə qarşılıqlı əlaqədə qiymətləndirildikdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. Təqsirləndirilən şəxsin hadisə zamanı özünü müdafiə etməsi barədə məhkəmə istintaqında verdiyi ifadə isə işin digər halları ilə təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə də qeyd edildiyi kimi, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs hücum etməsi iş materialları ilə təsdiq olunmamış, təqsirləndirilən şəxsin özü də zərərçəkmiş şəxsin onun üzərinə gəldiyini yalnız ehtimal etdiyini bildirmişdir. Bununla yanaşı, müdafiə tərəfinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında telefonla yaranmış mübahisədən sonra zərərçəkmiş şəxs digər şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, sonuncu isə onların qarşısına çıxaraq gözlənilmədən zərərçəkmiş şəxsə bir dəfə kəllə zərbəsi vurmuşdur. Birinci instansiya məhkəməsi hadisənin yaranma səbəblərini və tərəflər arasındakı münasibətləri araşdıraraq Təqsirləndirilən şəxs hərəkətlərini xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Müdafiə tərəfinin zərərçəkmiş şəxsin hadisədən əvvəl Təqsirləndirilən şəxs təhqir etməsinə istinad etməsi də əməli CM-nin 127.1-ci maddəsinə tövsif etmək üçün əsas vermir. Belə ki, telefon danışığı zamanı tərəflər arasında mübahisənin yaranması və zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətməsi hadisənin sonrakı inkişafı baxımından nəzərə alınmalı hal olsa da, iş üzrə müəyyən edilmiş digər hallar, xüsusilə xəsarətin yetirilmə şəraiti və təqsirləndirilən şəxsin hərəkətlərinin xarakteri əməlin hüquqi tövsifinin dəyişdirilməsinə əsas vermir. Bu baxımdan məhkəmə kollegiyası müdafiə tərəfinin əməlin CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsinə dair dəlillərini qəbul etmir və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsinə dair nəticəsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin cəzanın yüngülləşdirilməsi ilə bağlı dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərəçəkmiş şəxsin şikayətçi olmaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Lakin məhkəmə kollegiyasının iclasında iş üzrə yeni hal müəyyən edilməklə ## ###### 2026-cı il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona 1.000 (bir min) manat məbləğində müalicə xərcinin qatşılanması üçün pul məbləği ödənilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin bu mövqeyini cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli hal hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən iş materiallarında zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olduğu və onun qanuni cəzalandırılmasını xahiş etdiyi, habelə tərəflərin barışmadığı nəzərə alınmışdır. Hazırda isə apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs öz iradəsini dəyişərək təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını, dəymiş zərərin ödənildiyini açıq şəkildə bəyan etmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törədilmiş cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, təyin edilmiş cəzanın məqsədlərini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, məhkumun azadlıqdan məhrum etmə cəzası çəkməsi zərurəti aradan qalxmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs islah olunması, sosial ədalətin bərpası və gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan daha yüngül cəza növünün tətbiqi ilə də nail olmaq mümkündür. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərindən çıxış edərək Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 59.1-ci maddəsində göstərilməmiş digər hallar da məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 48-ci bəndində vurğulanır ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onları əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac оlmayan şəхs barəsində işin kоnkret hallarını, şəхsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara tətbiq olunmalı qanun normalarına uyğun qiymət verib, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, iş materialları ilə müəyyən оlunmuş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu və həmçinin əməlində cəzanın ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əməlin hüquqi tövsifinin dəyişdirilməsi hissəsində təmin edilməsə də, cəzanın yüngülləşdirilməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ## #### 2026-cı il tarixdə tutulmuş və ## #### 2026-cı il tarixədək tutulmuş vəziyyətdə olmuşdur. Sonradan onun barəsində həbs qətimkan tədbiri tətbiq edilmişdir. Bu müddətlər qanunun tələblərinə uyğun olaraq təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı həbsdə saxlanılmış müddətin hesablanması qaydası nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) ay 4 (dörd) gün müddət 4 (dörd) ay 8 (səkkiz) gün müddətə bərabər hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzanın növünün dəyişdirilməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onun azadlığa buraxılması təmin edilməli, təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı olaraq Təqsirləndirilən şəxs üzərinə CPM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulan müəyyən vəzifələrinin qoyulmasını zəruridir. Belə ki, CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil müdafiəçi1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə 7 (yeddi) iş saatı üçün hesablanmış 77 (yetmiş yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 404, 407, 410 və 412-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən cəza təyini hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) ay 4 (dörd) gün müddəti Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesablanmaqla, yəni 4 (dörd) ay 8 (səkkiz) gün müddəti ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırması cəzasından çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yeri olan ünvan 1 ünvanını hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yeri olan Qusar rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Qusar rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində həbsdən azad edilsin. Qərarın icrası təqsirləndirilən şəxsin həbsdən azad edilməsi hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Qusar Rayon Məhkəməsinin 01 iyul 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü qalan hissədə dəyişdirilməsin. Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 77 (yetmiş yeddi) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar