Məhkəmə qərarları › İş №1(3-8)-286/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-286/2026

05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-286/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1 və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə məhkum olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü (hakim S.Səmədzadə) ilə ## ###### 1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən üzərində qəti olaraq 03 il müddətinə dövlət, yerli özünüidarətmə və kommersiya sahəsində rəhbər və maddi-məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Xaçmaz rayonunun Qaraqurdlu kəndində qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 03 il müddətinə dövlət, yerli özünüidarətmə və kommersiya sahəsində rəhbər və maddi-məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının əsas cəza hissəsinin hazırkı hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, əlavə cəzanın tamamilə birləşdirilməklə üzərində qəti olaraq 03 il müddətinə dövlət, yerli özünüidarətmə və kommersiya sahəsində rəhbər və maddiməsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs təyin olunmuş əlavə cəzanın azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, iş üzrə mülki iddianın təmin edilməsi – təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu 578.959,26 manat (beş yüz yetmiş səkkiz min doqquz yüz əlli doqquz manat iyirmi altı qəpik) məbləğində maddi zərərin məbləği tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülməsi hökm edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- **/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdən apellyasiya şikayətini vaxtında vermiş, lakin məhkəmə apellyasiya şikayətini səhv salmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən ittiham və ya bəraət hökmü çıxarıldıqda 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi üçün əsas, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin buraxılmasının üzrlü səbəblərə əlaqədar olmasıdır. Bunun üçün prosessual müddətin bərpa edilməsini xahiş edən şəxs, həmin müddətin onun iradəsindən asılı olmadan buraxılmasını sübut etməlidir. Mübahisələndirilən hökm məhkum tərəfindən qəbzə imza edilməklə ##.##.2026-cı il tarixdə qəbul edilmişdir ki, bununla da onun hökmdən apellyasiya şikayətinin verilməsi üçün 20 günlük prosessual müddətin axımı başlanılmış, həmin müddət daxilində apellyasiya şikayətini verməmişdir. Apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə saxlanıldığı Müəssisədən verməklə birgə prosessual müddətin bərpasına dair vəsatət də vermişdir. Müddətin bərpasına dair vəsatət onunla əsaslandırılmışdır ki, o, hazırda mübahisələndirdiyi hökmdən apellyasiya şikayəti versə də, məhkəmə onun apellyasiya şikayətini barəsində olan digər bir cinayət işi üzrə çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti kimi dəyərləndirmişdir. Halbuki o, hazırda mübahisələndirdiyi hökmdən apellyasiya şikayəti vermişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, məhkum edilmiş şəxsin vəsatəti üzrə dəyərləndirmə apararkən birinci instansiya məhkəməsi tərəfindən məhkum barəsində digər bir hökm üzrə verilmiş apellyasiya şikayətinin də əldə edildiyi, həmin apellyasiya şikayətində hazırkı hökmün deyil, digər cinayət işi üzrə olan hökmün mübahisələndirildiyi müəyyən edilir. Apellyasiya şikayətində həmin hökm üzrə təqsirli bilindiyi maddəni və hökmün tarixi dəqiq göstərilmişdir ki, bu da onun apellyasiya şikayətinin hazırkı hökm üzrə nəzərə alınmalı olması qənaətini mümkünsüz edir. Bu hal isə hazırkı cinayət işi üzrə mübahisələndirilən hökmdən apellyasiya şikayəti verilməsinin üzrlü hesab edilməsi qənaətinə gəlinməsinə əsas ola bilməz. Çünki o, hal üzrlü hal kimi dəyərləndirilə bilər ki, şəxsin şikayət verməsi iradəsindən asılı olmayan səbəbdən yaransın və şəxs həmin hala görə şikayəti vaxtında verə bilməsin. Lakin məhkum tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair göstərilən xüsusatlar müddətin bərpası üçün əsas kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının bərpa edilməsinə dair vəsatətin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış müddəti bərpa etməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Xaçmaz Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci intansiya məhkəməsinin hökm və ya qərarı yalnız həmin Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 384, 386, 391 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Xaçmaz Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar