Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-287/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər N.N.Hüseynli (sədrlik edən və məruzəçi) İ.N.Cəfərzadə və A.Ə.Əliyev) ##.##.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Tağıyev-3 hərbi şəhərciyi, F.Qayıbov küçəsi ev 4, mənzil 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınması, ##.##.1978-ci ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Siyəzən rayonu, Beşdam Ə\D, Beşdam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, ona 7 (yeddi) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər N.N.Hüseynli (sədrlik edən və məruzəçi) İ.N.Cəfərzadə və A.Ə.Əliyev) təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyasında) ilə təqsirli bilinməsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün, barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. IŞIN HALLARI : Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, daşımış və aşkar edilib götürülənədək saxlamışlar. Belə ki, onlar əvvəlcədən vəd verməklə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi ilə bağlı şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikası vətəndaşı “Əmi” adlı şəxslə və qeyriləri ilə istifadəsində olan “whatsapp” proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə 2025-ci ilin may ayında Iran Islam Respublikası vətəndaşı Əmi adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün Iran Islam Respublikası vətəndaşı Əmi adlı şəxsin istintaqa məlum olmayan qeyri tanışları vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda ümumi təmiz çəkisi 343,816 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 597,111 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 1 ədəd bükümdə təmiz çəkisi 8,480 qram tərkibində narkotik maddələr olan çətənə yəni kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində qoydurması, həmin narkotik vasitə və psixotrop maddələri götürdükdən sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən tərəzidə dediyi çəkilərə bükümlərə bölüb başqa şəxslərin əldə etməsi üçün ayrı-ayrı yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkərək ünvanları ilə birlikdə sonuncuya göndərməsi, bunun müqabilində 1000 manat pul göndərəcəyi və özlərinə qəbul etməyə həmin maddələrdən götürmələri ilə bağlı razılığa gəldikdən sonra, Iran Islam Respublikası vətəndaşı Əmi adlı şəxsin “whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan və fotoşəkil əsasında qeyd olunan ərazini müəyyən edib külli miqdarda 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,904 qram, 60,279 qram, 83,824 qram, 198,809 qram-ümumi təmiz çəkisi 343,816 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, külli miqdarda 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 51,816 qram, 325,226 qram, 220,069 qram - ümumi təmiz çəkisi 597,111 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəki, 1 ədəd bükümdə təmiz çəkisi 8,480 qram tərkibində narkotik maddələr olan çətənə yəni kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 2 ədəd elektron tərəzini Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində qoyulduğu yerdən birlikdə götürərək başqa şəxslərin əldə etməsi üçün müxtəlif ərazilərdə qoyması məqsədi ilə əldə edib daşıyaraq təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Tağıyev-3 hərbi şəhərciyi, F.Qayıbov küçəsi ev 4, ** saylı mənzilə gətirdikdən sonra satışını həyata keçirmək üçün elektron tərəzi ilə metamfetamin və tiryəki bölərək metamfetamindən 1 bükümdə təmiz çəkisi 0,904 qram olan hissəsini təqsirləndirilən şəxs2 üzərində saxlamaqla daşımış, metamfetaminin qalan külli miqdarda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 60,279 qram, 83,824 qram və 198,809 qram hissəsini, külli miqdarda 3 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 51,816 qram, 325,226 qram, 220,069 qram narkotik vasitə tiryəki və 1 ədəd bükümdə təmiz çəkisi 8,480 qram narkotik vasitə qurudulmuş marixuananı evin qonaq otağında divanın altında gizlədərək saxlamışlar. ## #### 2025-ci il tarixdə, saat 20:35-də Sumqayıt ŞPI-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, «Emin» şadlıq sarayının yaxınlığında təqsirləndirilən şəxs2 saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən 1 bükümdə təmiz çəkisi 0,904 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin vaxtı təqsirləndirilən şəxs2 polis işçiləri tərəfindən yaxalandığını və polis idarəsinə aparıldığını bilən təqsirləndirilən şəxs1 birlikdə gizlətdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin polis işçiləri tərəfindən aşkar olunmaması məqsədilə onların cinayətkar niyyətindən xəbərsiz olmuş təqsirləndirilən şəxs2 anası şahid1 vasitəsilə təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Tağıyev-3 hərbi şəhərciyi, F.Qayıbov küçəsi ev 4, ** saylı mənzildə divanın altında satış məqsədilə birlikdə gizlətdikləri narkotik vasitə və psixotrop maddələrdən külli miqdarda 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 83,824 qram və 198,809 qram metamfetamini, külli miqdarda 2 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 325,226 qram, 220,069 qram narkotik vasitə tiryəki, 1 ədəd bükümdə təmiz çəkisi 8,480 qram narkotik vasitə qurudulmuş marixuananı 2 ədəd elektron tərəzini götürüb daşıyaraq cinayətkar niyyətindən xəbərsiz olmuş qardaşı şahid2 yaşadığı ünvan * saylı ünvanda yerləşən fərdi yaşayış evin həyətindəki it damına qoyub gizlətmiş, bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq ##.##.2025-ci il tarixdə saat 23:50-də təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Tağıyev-3 hərbi şəhərciyi, F.Qayıbov küçəsi ev 4, ** saylı mənzildə onun iştirakı ilə keçirilən baxış zamanı evdə qonaq otağında divanın altında saxladığı külli miqdarda, 1 bükümdə təmiz çəkisi 60,279 qram psixotrop maddə metamfetamin, külli miqdarda 1 bükümdə təmiz çəkisi 51,816 qram narkotik vasitə tiryək, yataq otağındakı dolabdan 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik və üzərində hər hansı bir dəyişiklik edilməyən soyuq silah, mətbəxdəki dolabdan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, üzərində hər hansı bir dəyişiklik edilməyən soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat axtarış tədbirinin davamı olaraq təqsirləndirilən şəxs1 ##.##.2025-ci il tarixdə saat 05:50-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, «Qayalı» marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPI-nə gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı gizlətdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri təqdim edə biləcəyini etiraf etmiş, bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq ##.##.2025-ci il tarixdə saat 10:35-də təqsirləndirilən şəxs1 iştirakı ilə qardaşı şahid2 yaşadığı ünvan * saylı ünvanda yerləşən fərdi yaşayış evin həyətində keçirilən baxış zamanı həyətdə it damında gizlətdiyi külli miqdarda 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 83,824 qram və 198,809 qram metamfetamin, külli miqdarda 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 325,226 qram, 220,069 qram narkotik vasitə tiryək, 1 ədəd bükümdə təmiz çəkisi 8,480 qram narkotik vasitə qurudulmuş marixuana və hər birinin üzərində tiryəkin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI : Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli cinayət işi üzrə hökmünü dəyişdirərək, təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 il müddətinə endirilməsi və yaxud hazırkı hökmlə təyin olunmuş cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmünü cəzanın müddətinə münasibətdə ədalətsiz hesab edir. Məhkəmə hökümdə məhkum təqsirləndirilən şəxs2 cəza təyin edərkən Bayraq Günü, Novruz bayramı və döyüş əməliyyatları zamanı göstərdiyi nailiyyətlər münasibətilə təltif olunmasını, onun Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif olunması, qardaşının xəstə və əlillik dərəcəsinin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alındığını qeyd etsə də, faktiki olaraq həmin hallar tam olaraq nəzərə alınmamışdır. Halbuki, təqsirləndirilən şəxs2 cəza təyin edilən vaxt məhkumluğu olmamış, ağciyər pnevmaniya xəstəsi olmuş, qonşular tərəfindən tərtib edilmiş aktda və barəsində verilmiş xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə razı deyildir. Hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, onun cinayət əməlində iştirakı ilə bağlı hallara düzgün hüquqi qiymət verilməmişdir. O, qeyd olunan cinayət əməlində qəsdən iştirak etməmişdir. Iran Islam Respublikasının vətəndaşı ilə yalnız səhhəti və müalicəsilə bağlı ona kömək göstərəcəyi barədə danışmışdır. Sonradan isə aldadılaraq bu cinayət əməli ilə bağlı vəziyyətə cəlb olunmuşdur. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq niyyəti və məqsədi olmayıb. Həmçinin bildirir ki, heç vaxt narkotik vasitələrin istifadəçisi olmamışdır. Himayəsində iki övladı vardır və onları daim maddi cəhətdən təmin etmişdir. Özü üçüncü dərəcə əlilliyi olan şəxsdir. Bundan əvvəl məhkumluğu olmamışdır. Baş vermiş hadisəyə görə səmimi peşmandır. Bilmədən bu əmələ cəlb olunmasını, ailə vəziyyətini, himayəsində iki övladının olmasını, sağlamlıq vəziyyətini, əvvəllər məhkum olunmamasını və digər yüngülləşdirici halları nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxslərin əməllərinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, onlar tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Iran Islam Respublikasının vətəndaşı olan şəxs onu aldatmışdır. Həmin şəxslə əlaqə saxlamasının səbəbi Iran Islam Respublikasına müalicə məqsədilə getməsinə köməklik göstərilməsi olmuşdur. Təxminən iki ay bu barədə danışdıqdan sonra həmin şəxs ondan bir çantanı göstərdiyi ünvana çatdırmağı xahiş etmiş, ünvanı mobil telefon vasitəsilə göndərmişdir. Özü həmin ünvanı tanımadığından təqsirləndirilən şəxs2 kömək istəmiş, sonuncu da ona kömək etmiş və birlikdə göstərilən ünvana getmişlər. Çantanın içərisində narkotik vasitənin, tərəzinin və digər əşyaların olduğunu sonradan öyrənmişlər. Iran Islam Respublikasının vətəndaşı həmin əşyaları hissələrə bölərək müxtəlif ünvanlara çatdırmağı tapşırmışdır. O, xəstəliyinin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs törətdiyi əməldən peşmandır və özünü təqsirli bilir. təqsirləndirilən şəxs1 xəstəliyinin nəzərə alınmasını və ona təyin edilmiş cəzanın müddətinin azaldılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, şikayətin əsasını birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın ağır olması təşkil edir. Sonuncu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və müvafiq medallarla təltif olunmuşdur. Göstərilən halların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin bildirdiklərini təsdiq edərək, apellyasiya şikayətini müdafiə etdiyini, törətdiyi əməldən peşman olduğunu, müharibə veteranı olmasının nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-nin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət əməlinə və həmin əmələ görə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, apellyasiya şikayətlərinin dəlillərini, apellyasiya baxışı zamanı cinayət prosesi iştirakçılarının verdikləri izahatları və iş üzrə tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir, təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti isə cəzanın müddətinin azaldılması hissəsində qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, onlara ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onların həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə etmələri, daşımaları və saxlamaları barədə nəticəyə gəlmişdir. Hökmə əsasən, həmin şəxslərin Iran Islam Respublikası vətəndaşı olan “Əmi” adlı şəxslə əlaqə saxlamaları, narkotik vasitə və psixotrop maddələrin Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşdirildiyi yerdən götürülməsi, elektron tərəzilərdən istifadə edilməklə ayrı-ayrı hissələrə bölünməsi və sonradan başqa şəxslərin əldə etmələri üçün müxtəlif yerlərə qoyulmasının nəzərdə tutulması işin faktiki halları sırasında müəyyən edilmişdir. Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin elektron tərəzilərlə birlikdə götürülərək təqsirləndirilən şəxs2 yaşadığı mənzilə gətirilməsi və orada ayrı-ayrı bükümlərə bölünməsi hökmün müəyyən etdiyi hallardandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə hüquqi tövsifində səhvə yol verməmişdir. Iş üzrə əldə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusu təqsirləndirilən şəxslərin satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etmələrini təsdiq edir. təqsirləndirilən şəxs1 apellyasiya şikayətində cinayət əməlində qəsdən iştirak etmədiyini, Iran Islam Respublikası vətəndaşı ilə yalnız müalicəsinə kömək göstərilməsi məqsədilə əlaqə saxladığını, sonradan aldadılaraq hadisəyə cəlb olunduğunu bildirmişdir. Bununla yanaşı, o, ailə vəziyyətinə, himayəsində iki övladının olmasına, sağlamlıq vəziyyətinə və III dərəcə əlilliyinə, eləcə də törədilmiş əmələ görə peşman olmasına istinad edərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı da təqsirləndirilən şəxs1 Iran Islam Respublikasının vətəndaşı olan şəxsin onu aldatdığını, həmin şəxsin müalicəsinə köməklik göstərəcəyini düşündüyünü, sonradan onun göstərişi ilə bir çantanı götürmək üçün təqsirləndirilən şəxs2la birlikdə getdiklərini və çantada narkotik vasitələrin və elektron tərəzilərin olduğunu sonradan bildiyini göstərmişdir. Eyni zamanda onun müdafiəçisi məhkəmə iclasında təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu və özünü təqsirli bildiyini bildirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs1 aldadılaraq cinayətə cəlb olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsində qəsdən iştirak etməməsi barədə dəlillərini iş üzrə sübutların məcmusu ilə uzlaşmayan müdafiə mövqeyi kimi qiymətləndirir. Belə ki, müəyyən edilmiş faktiki hallar onun fəaliyyətinin yalnız narkotik vasitələrin olduğu çantanın birdəfəlik daşınmasına kömək göstərilməsi ilə məhdudlaşmadığını, narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, bölünməsi və ayrı-ayrı yerlərə yerləşdirilməsi ilə bağlı ardıcıl hərəkətlərin həyata keçirilməsini ehtiva etdiyini göstərir. Hadisənin xarakteri, götürülmüş narkotik vasitələrin miqdarı və növ müxtəlifliyi, elektron tərəzilərin mövcudluğu, maddələrin ayrı-ayrı bükümlərə bölünməsi və onların digər şəxslərin əldə etmələri üçün müxtəlif yerlərə qoyulmasının nəzərdə tutulması satış məqsədinin və qabaqcadan razılaşdırılmış birgə fəaliyyətin olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. Bu baxımdan, təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsində irəli sürdüyü “aldadılma” barədə izahat onun əməlin obyektiv xarakteri və cinayət işində olan digər sübutlarla təkzib olunur və həmin izahat hökmün ləğv edilməsinə, əməlin hüquqi tövsifinin dəyişdirilməsinə və ya ona təyin edilmiş cəzanın azaldılmasına əsas vermir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs1 sağlamlıq vəziyyətinin və müddətsiz III dərəcəli əlilliyinin olmasının artıq birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alındığını da qeyd edir. Bu səbəbdən apellyasiya şikayətində və apellyasiya baxışı zamanı həmin hallara yenidən istinad edilməsi, özü-özlüyündə, təyin edilmiş cəzanın daha da azaldılması üçün əsas təşkil etmir. Bundan əlavə, birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxs olduğu göstərilmişdir. Digər tərəfdən, onun apellyasiya şikayətində əvvəllər məhkum olunmadığı qeyd edilir. Məhkəmə kollegiyası iş materiallarında olan məhkumluq barədə rəsmi məlumatları əsas götürməklə həmin ziddiyyətin apellyasiya şikayətinin xeyrinə qiymətləndirilməsi üçün əsas görmür. Birinci instansiya məhkəməsi hökmdə təqsirləndirilən şəxs2 məhkumluğunun olmadığını, təqsirləndirilən şəxs1 isə əvvəlki məhkumluğunun, yəni Siyəzən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən CM-nin 237.1-ci maddəsilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla ##.##.2025-ci il tarixdə cəza müddətinin başa çatması səbəbindən əməlində cinayətin residivi olmasa da, məhkumluğunun ödənilmədiyi halını göstərməkdə haqlı olmuşdur. Beləliklə, təqsirləndirilən şəxs1 təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə və iş üzrə müəyyən olunmuş yüngülləşdirici hallara uyğun olmadığı, yaxud açıq-aşkar ədalətsiz olduğu barədə nəticəyə gəlmək üçün əsaslar müəyyən edilmir. Buna görə onun apellyasiya şikayəti təmin edilməməlidir. təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 isə apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının sərt olduğunu göstərərək, təqsirləndirilən şəxs2 Vətən müharibəsində iştirak etməsini, müxtəlif təltiflərinin olmasını, əvvəllər məhkum olunmamasını, sağlamlıq vəziyyətini və müsbət xarakterizə edilməsini nəzərə almaqla apellyasiya şikayətində cəzanın 5 ilədək azaldılması və ya cəzanın şərti tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müdafiəçi də təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çox olduğunu, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və müvafiq medallarla təltif olunmasını xüsusi olaraq vurğulamış, təqsirləndirilən şəxs2 isə müdafiəçisinin mövqeyini müdafiə edərək törətdiyi əməldən peşman olduğunu və Vətən müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını xahiş etmişdir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Heç təsadüfi deyildir ki, Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il * nömrəli Qərаrının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, “...Cinаyət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinаyətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir...”. CPM-nin 346.1.11 və 346.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən müşavirə otağında təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğu, həmçinin təyin edilmiş cəzanın çəkilməli olub-olmaması məsələsi müzakirə edilməlidir. Yuxarıda qeyd olunan qanun normalarının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 58-71 və 85-86-cı maddələri), həmçinin uzun müddət formalaşmış məhkəmə təcrübəsini rəhbər tutur. Ittiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdr. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri apellyasiya şikayətlərinin dəlillərilə birgə müzakirə edərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təyin olunmuş cəza məsələsilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hüsab edir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qənaətə gələrkən həmçinin onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət – hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 Bayraq Günü, Novruz bayramı və Vətən müharibəsində döyüş əməliyyatları zamanı göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanlarla təltif olunmasını, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini və qardaşının xəstə və əlillik dərəcəsinin olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini göstərmişdir. Lakin məhkəmə kollegiyasının qənaətinə görə, təqsirləndirilən şəxs2 şəxsiyyətinə aid halların məcmusuna, o cümlədən onun məhkumluğunun olmaması, uzun müddət hərbi xidmət keçməsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsinə, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasına, hərbi xidməti dövründə müxtəlif fəxri fərmanlarla təltif edilməsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasına, müharibə veteranı kimi xüsusi imtiyazlardan istifadə etmək hüququna malik olmasına, habelə apellyasiya baxışı zamanı törətdiyi əməldən peşman olduğunu bildirməsinə cəzanın konkret müddətinin müəyyən edilməsində daha dolğun hüquqi qiymət verilməsi zəruridir. Müdafiəçinin təqdim etdiyi materiallarda təqsirləndirilən şəxs2 müxtəlif təltifləri və Vətən müharibəsi iştirakçısı olması ilə yanaşı, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə, ailə üzvlərinin xəstəliklərinə dair sənədlər də təqdim edilmişdir. Məhkəmə kollegiyası həmin halların törədilmiş cinayətin ictimai təhlükəliliyini aradan qaldırmadığını və təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasının mümkünlüyünü təsdiq edən əsas kimi qəbul edilə bilməyəcəyini nəzərə alaraq, müdafiə tərəfinin cəzanın şərti tətbiq edilməsi barədə tələbini əsaslı hesab etmir. Belə ki, iş üzrə narkotik vasitə və psixotrop maddələrin külli miqdarda olması, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında və satış məqsədi ilə törədilməsi azadlıqdan məhrumetmə növündə real cəzanın saxlanılmasını zəruri edir. Bununla belə, cəzanın məqsədlərinə nail olunması üçün təqsirləndirilən şəxs2 7 il müddətinə azadlıqdan məhrum edilməsinin zəruri olduğu barədə birinci instansiya məhkəməsinin nəticəsi onun şəxsiyyətinə dair yuxarıda sadalanan müsbət halların məcmusu ilə tam uzlaşmır. Cəzanın fərdiləşdirilməsi prinsipi yalnız yüngülləşdirici halların hökmdə sadalanmasını deyil, onların cəzanın növünün və xüsusilə müddətinin müəyyən edilməsinə real təsir göstərməsini də tələb edir. Bu səbəbdən məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, eyni zamanda təqsirləndirilən şəxs2 şəxsiyyətini səciyyələndirən müsbət halların məcmusunu, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, məhkumluğunun olmamasını və məhkəmə baxışı zamanı əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə ona təyin edilmiş cəza müddətinin təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının aşağı həddinə yaxın həddə müəyyən edilməsi ilə də nail olmaq mümkündür. Yəni, qeyd edilən həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində olmaqla, həm törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, həm də təqsirləndirilən şəxs2 şəxsiyyətinə uyğun olmaqla, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədləri baxımından yetərli və ədalətli hesab edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın müddəti hissəsində dəyişdirilərək sonuncuya təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddəti Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının aşağı həddinə yaxın həddə müəyyən edilməli, müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti qismən təmin edilməli, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs1 apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, Azərbayca Respublikasının CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil müdafiəçi1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə üç cilddən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə iclaslarında iştirak etməklə sərf etdiyi 9 (doqquz) iş saatı üçün hesablanmış 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs2 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) ay müddətinədək endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti qismən təmin edilsin. Məhkum olunmuş təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 99 (doxsan doqquz) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-287/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-287/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver