Məhkəmə qərarları › İş №1(3-8)-289/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-289/2026

05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-289/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı ilə, Qəribli İlkin Xanbala oğlunun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı (hakim F.Nəsimiyev) ilə Qəribli İlkin Xanbala oğlunun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin icraata qəbul edilməsi mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməli, cinayət işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyat qaydaları pozulmaqla şikayətə baxılmış və digər bir əsas ilə icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 75.1. Cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclası mərhələsində baxılarkən şikayətin həmin məhkəməyə aidiyyətinin olub-olmaması, daha sonra isə şikayəti CPM-nin tələblərinə uyğunluğu yoxlanılmalı, daha sonra məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı qəbul edilməlidir. Xüsusi ittihamçı Qəribli İlkin Xanbala oğluna qarşı DTV-nin jurnalisti Salyan rayonunda “Med Plaza” klinikası barəsində reportaj hazırlayarkən klinikanın rəhbəri telefon danışığı zamanı yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtan, təhqirlə onu işgüzar nüfuzdan salan, onu açıq-aydın ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməsi əsasına görə xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Cinayət Prosessual Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Bununla əlaqədar kollegiya qeyd edir ki, DTV-nin jurnalisti Salyan rayonunda “Med Plaza” klinikası barəsində reportaj hazırlayarkən klinikanın rəhbəri ilə telefon ilə danışıq Salyan rayonu ərazisində aparılarkən onun DTV-nin rəhbəri Xüsusi ittihamçı barəsində fikirlər söyləmişdir. Həmin reportaj bilavasitə canlı yayım zamanı söylənilməmiş, daha sonra redaktə edilməklə proqram daxilində şirkət tərəfindən yerləşdirilməklə efirə verilmişdir. Bu isə iddia edilən hadisə üzrə xüsusi ittiham qaydasında şikayətin kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılması qənaətini mümkünsüz edir. Lakin birinci instansiya məhkəməsi şikayət üzrə ilkin olaraq baxmağa aidiyyəti üzrə səlahiyyətli olub-olmamasını yoxladıqdan sonra həmin şikayət üzrə növbəti yoxlanılmalı hal olan şikayətin CPM-nin tələblərinə uyğunluğu və sübutların olmasını yəqinləşdirməli olmalı olmasına baxmayaraq, xüsusi ittiham qaydasında şikayət üzrə sübutların yetərli olmaması qənaətinə gəlməklə şikayətin icraata qəbul edilməsindən imtina etmiş və nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 391.8.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı məhkəmə aidiyyətinin qaydaları pozulmaqla keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Cinayət Prosessual Məcəlləsinin 391.9, 391.9.1 və 391.9.2-ci maddələrinin məzmununa əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin məhkəmə baxışına təyin edilmə əsasları üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin baxılmasına xitam verilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı ləğv edilməli, material birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 74, 299.3, 391.8.3, 391.9 və 410.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qəribli İlkin Xanbala oğlunun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə material Sumqayıt Şəhər Məhkəməsinə, hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar