Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-294/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarəsinin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında “Watsapp” mobil tətbiq vasitəsindən istifadə edilməklə məhkəmənin ilkin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim A.S.Qasımov) ## ###### 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzasıa məhkum edilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istinaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, onun hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli Sumqayıt şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və onun, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hgökmdən narazı olduəu üçün barəsindəki cinayət işinə yenidən baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasına “Watsapp” mobil tətbiq vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar məhkəməyə ərizə ünvanladığı bildirərək apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə imtinanın nəticəsinin ana aydın olmasını bildirdi. Apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında dövlət ittihamçısı X1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar onun apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməsinə etirazı olmadığını bildirdi. HÜQUQI MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina barədə ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə fikirlərini dinləyib hesab edir ki, iş üzrə digər cinayət proses iştirakçılarının apellyasiya şikayəti və apellyasiya protesti olmadığından verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, CPM-nin 391.3.10-cu maddəsinə görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edir. CPM-nin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. CPM-nin 396-cı maddəsinin tələblərinə görə apellyasiya şikayətini və apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. CPM-nin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 391.3.10, 391.11, 396, 407, 408, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətilə əlaqədar Təqsirləndirilən şəxs imtina ərizəsi qəbul edilsin və apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-294/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-294/2026
19.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver