Məhkəmə qərarları › İş №1(3-8)-296/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-296/2026

25.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-296/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X3 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs İbrahimov Elnur Elman oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim Firuzə Kərimova) ##.##.2005-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fəhlə işləyən, ünvan 1 115- də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 04 (dörd) gün müddət hökmlə təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum olunmuşdur ki, o, günəmuzd fəhlə işlədiyi «xxxx» şirkətinin anbarına hər gün işə çıxan fəhlələrin siyahısında gündəlik işə çıxması üçün həmin işi təşkil edən və eyni şirkətdə fəhlə kimi işləyən İbrahimov Elnur Elman oğlunun onun adını işləyəcək şəxslərin siyahısına hər gün daxil etməməsini cüzi səbəb gətirərək sonuncunu ##.##.2025-ci il tarixdə saat 21:30 radələrində şəxsiyyəti istintaqa məlum olmayan Vahid və Əmrah adlı şəxslərlə bir qrup şəxs halında Bakı-Sumqayıt şosse yolunun kənarında Abşeron rayonu ərazisində yerləşən «xxxx» şirkətinin qarşısındakı əraziyə görüşə çağırıb, orada cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir səbəb olmadan Elnur İbrahimova qarşı zor tətbiq edərək ona birlikdə hücum edib, istintaqa şəxsiyyəti məlum olmayan Vahid adlı şəxs Elnur İbrahimova yumruqla ağız nahiyəsindən vurub yerə yıxdıqdan sonra o, Vahid və Əmrah adlı şəxslərlə yumruq və təpiklə başından və bədəninin müxtəlif nahiyələrindən, Vahid adlı şəxs üstündə gəzdirdiyi cib bıçağı ilə sol döş qəfəsindən vurub, ona üst çənədə solda İ dişin, sağda İ dişin, alt çənədə İ,II dişlərin travmatik yoxluğu, həmin dişlərin yerlərinə uyğun ağız boşluğunun selikli qişasında tünd qırmızımtıl rəngli qansızmalar, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin hematoması (dərialtı qansızması), sağ çiyin qurşağının arxa səthinin, sağ dirsək nahiyəsinin geniş sahəli qançırları, döş qəfəsin ön səthində solda ön qoltuq xətti üzrə III, IV qabırğaarası sahədə 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Apellyasiya protestinin dəlilləri : Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün onun təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə yekun qərar qəbul edərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmadığından Abşeron rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Apellyasiya protestində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli * saylı və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarlarına istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə ittiham olunduğu CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanı təyin edərkən, cinayət qanunu normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmiş, həmin qərarlara formal yanaşılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. İş materiallarından və hökmdən görünür ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, sonuncu ondan şikayətçi olmuşdur. Lakin məhkəmə hazırki hökmdə bu xüsusatla bağlı hər hansısa araşdırma aparmadan, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməməklə bərabər zərərçəkmiş şəxslə barışığa cəhd etməməsini nəzərə almamışdır. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı X2 apellyasiya protestinin dəlillərini müdafiə edərək, hökmün dəyişdirilib təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs apellyasiya protestinə etiraz edərək, protestin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə etdi ki, dişinin müalicəsi üçün xərclədiyi 500 manat zərər ona ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya protestinə etiraz edərək protestin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə etdi ki, təqsirləndirilən şəxs əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmiş, anası və bacısı ilə yaşayır, ailənin yeganə qazanc gətirən üzvü təqsirləndirilən şəxsdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək müdafiəçisi tərəfindən göstərilən halları bir daha qeyd edərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1ci mаddəsinə əsasən apellyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız apellyasiya şikаyətinin və yа apellyasiya prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi apellyasiya instаnsiyаsı məhkəməsi tərəfindən apellyasiya şikаyətinin və apellyasiya prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində və ittiham tərəfinin çıxışında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Elsevət Quliyevin etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan ibtidai istintaq hərəkətlərinin protokolu və işin digər halları ilə Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan ittihama dair qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı yəni təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılması məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növü təyin edilərkən, cinayət qanununun 8.1, 58.1, 58.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli Qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrə əməl edilməməsini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməməsinə, həmçinin təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, əsasən də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olmasına əsaslanmışdır. Kollegiya qeyd edir ki, birinci intsansiya məhkəməsinin mübahisələndirilən hökmündən göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza növünü müzakirə edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla sonuncunun zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini yüngülləşdirən hal kimi qiymətləndirmiş, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların müəyyən olunmamasını qeyd etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən ədalət prinsipinə əsaslanaraq törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növünü təyin etməmiş və bu zaman təyin edilən cəza növünün təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri düzgün nəzərə alınmışdır. Belə ki, iş üzrə müəyyən olunur ki, təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən üzvüdür, onun bir bacısı və anası vardır, onların da heç biri işləmir. Həmçinin apellyasiya baxışında zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli ərizədən də görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Habelə məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirmişdir. Göründüyü kimi apellyatorun protestini əsaslandırdığı CM-nin 58.1 və 58.3-cü maddələrinin tələblərinin pozulması halı müəyyən olunmur. Apellyasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsində dövlət ittihamçısının təqsirləndirilən şəxsin Gəncə Hərbi Məhkəmsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə çıxışına münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli arayışdan görünür ki, Gəncə Hərbi Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Amnistiya Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və onunla barışıq əldə edilməsi) və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə adekvat olmayan cəza tədbiri kimi qiymətləndirilə bilər. Məhkuma təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan və dövlət ittihamçısının apellyasiya protestində irəli sürdüyü dəlillər işin faktiki hallarına təsir edəcək hallar olmadığından əsassızdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və ittiham tərəfinin apellyasiya məhkəmə baxışında çıxışının dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Ona görə də apellyasiya protesti təmin edilmədən birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 8 saata görə 88 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 oğluna sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 8 iş saatına görə 88 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar