Məhkəmə qərarları › İş №1(3-8)-299/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-299/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-299/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər T.Ş.Quliyev (sədrlik edən və məruzəçi) A.Ə.Əliyev və İ.N.Cəfərzadə) ##.##.1992-ci ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi ilə bağlı şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikası vətəndaşı Ibrahim adlı şəxslə və qeyriləri ilə istifadəsində olan "Whatsapp" proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə ##.##.2025-ci il tarixdə Iran Islam Respublikası vətəndaşı Ibrahim adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün Iran Islam Respublikası vətəndaşı Ibrahim adlı şəxsin istintaqa məlum olmayan qeyri tanışları vasitəsilə qanunsuz olaraq satış məqsədilə xüsusilə külli miqdarda, 01 ədəd bükülüdə təmiz çəkisi 496.313 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Sumqayıt şəhəri Sahil küçəsi Corat qəbiristanlığının yaxınlığında qoydurması həmin psixotrop maddə metamfetamini götürdükdən sonra bildirəcəyi ünvanlara çatdırması bunun müqabilində hesab kartına 150 manat pul göndərəcəyi ilə bağlı razılığa gəldikdən sonra, sonuncunun ona "Whatsapp" proqram təminatı vasitəsi ilə göndərdiyi məkan yeri və fotoşəkil əsasında həmin tarixdə qeyd olunan ərazini müəyyən edib 1 ədəd bükülünün içərisində xüsusilə külli miqdarda, 496.313 qram psixotrop maddə metamfetamini Sumqayıt şəhəri Sahil küçəsi Corat qəbirsanlığının yaxınlığında qoyulduğu yerdən götürərək Iran Islam Respublikası vətəndaşı "Ibrahim" adlı şəxsin sonradan bildirəcəyi yerlərə çatdırması məqsədi ilə üzərində daşımaqla saxlamış, ## ### 2025-ci il tarixdə, saat 23:54-də Sumqayıt ŞPI-nin 1-ci PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri Sahil küçəsi Corat qəbirsanlığının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq həmin yerdə üstünün yoxlanılması zamanı əlində saxladığı bir ədəd sellofan bükülüdə təmiz çəkisi 496.313 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetməməsi əsası ilə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları tam və hərtərəfli araşdırmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müdafiə tərəfinin irəli sürdüyü dəlillərə və iş materiallarında olan ziddiyyətlərə lazımi hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki tutulduğu andan müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ ilə təmin edilməmiş, ona tutulmuş şəxsin prosessual hüquqları lazımi qaydada izah olunmamışdır. Müdafiə tərəfinin mövqeyinə görə, onun müdafiə hüququnun pozulması şəraitində əldə edilmiş sübutlardan ittihamın əsaslandırılması üçün istifadə edilməsi yolverilməzdir. Təqsirləndirilən şəxs rəsmi sənədlərdə göstərildiyi kimi ## ### 2025-ci il tarixdə saat 23:54-də deyil, həmin gün saat 22:08 radələrində saxlanılmış, bunu Təqsirləndirilən şəxs mobil telefonuna baxışın nəticələri, habelə istifadəsində olmuş telefon nömrəsi üzrə əldə edilmiş anten məlumatları ilə təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs saat 22:05–22:20 radələrində Corat qəsəbəsində saxlanıldığı ərazidə, saat 22:29–22:32 radələrində isə Corat qəsəbəsi, Sülh küçəsi 180 ünvanında yerləşən polis sahə məntəqəsinin ərazisində olmuş, daha sonra telefon bir müddət işlək vəziyyətdə olmamış, saat 23:39-dan sonra isə yenidən Corat qəbiristanlığı ərazisində istifadə edilmişdir. Göstərilən məlumatlar Təqsirləndirilən şəxs əvvəlcə saxlanılaraq polis sahə məntəqəsinə aparılması, daha sonra isə yenidən hadisə yerinə gətirilərək əməliyyat tədbiri və şəxsi axtarışın videoçəkilişinin aparılması barədə müdafiə versiyasını təsdiq edir. Həmçinin əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının mobil telefonları üzrə anten məlumatlarının əldə edilməsi barədə müdafiə tərəfinin vəsatətlərinin təmin edilmədiyi, bunun nəticəsində saxlanılmanın faktiki vaxtı və əməliyyat tədbirinin gedişi ilə bağlı ziddiyyətlərin aradan qaldırılmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış və törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. Bu xüsusat * saylı Istintaq Təcridxanasının tibbi sənədləri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq olunur. Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməsinə baxmayaraq, iş üzrə digər ekspertiza rəyində onun bədənində xəsarət aşkar olunmadığı göstərilmiş, bununla da ekspertiza rəyləri arasında ziddiyyət yaranmışdır. Həmin ziddiyyətin aradan qaldırılması məqsədilə təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsi və ekspertlərin məhkəmədə dindirilməsi barədə vəsatətləri də təmin edilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona içərisində süngər olan bağlama təqdim edilmiş, sonradan isə həmin bağlamanın narkotik vasitə ilə əvəz edildiyi şəraitdə Corat qəbiristanlığı ərazisində videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, eləcə də videoda görünən bağlamanın əvvəllər Təqsirləndirilən şəxs göndərilmiş bağlamanın şəkli ilə müqayisə edilməsi və videonun son hissəsində olan dialoqun təkrar dinlənilməsi barədə müraciətləri birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır. Təqsirləndirilən şəxs Siyəzən rayonunda yaşadığı və Corat qəsəbəsini tanımadığı halda, şəxsi axtarışın videoçəkilişində mobil telefonu yanında olmadan guya narkotik vasitənin gizlədildiyi yeri sərbəst şəkildə tapması məntiqə uyğun deyildir. Bu hal da əməliyyat-axtarış tədbirinin əvvəlcədən hazırlanaraq səhnələşdirilməsi barədə versiyanı qüvvətləndirir. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin ilkin etirafedici ifadələrinə, əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə, şəxsi axtarış protokoluna və ekspertiza rəylərinə istinad etməsini əsassız hesab edirlər. Şəxsin etirafedici ifadələri fiziki və psixi zor tətbiq edilməklə alınmış, belə şəraitdə əldə edilən ifadələrin yolverilən sübut hesab edilə bilməməsi, təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsinin isə yalnız digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğu halda ittihamın əsası kimi qəbul edilə bilər. “Ibiş” adlı Iran Islam Respublikası vətəndaşının şəxsiyyəti və ümumiyyətlə mövcudluğu istintaq tərəfindən müəyyən edilməmiş, müdafiə tərəfinin irəli sürdüyü versiyanı təkzib edən yetərli və mötəbər sübutlar toplanılmamış, iş üzrə mövcud ziddiyyətlər aradan qaldırılmamışdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini və əvvəlki məhkəmə iclasında bildirdiyi xüsusatları müdafiə edərək, şiikayətin təmin edilməsini xahiş etməklə onu da bildirdi ki, polis əməkdaşları tərəfindən ona işgəncə verilmişdir. Iş materiallarında bu məsələ ilə bağlı ziddiyyətli rəylər mövcuddur. Ekspert rəyində onun bədənində hər hansı xəsarətin olmadığı göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasına etap olunarkən qəbul zamanı onun bədəninə baxış keçirilmiş, tibbi müayinə aparılmış və həmin tibbi müayinənin nəticəsinə dair sənəddə bədənində müxtəlif xəsarətlərin olması qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin sənədi nəzərə almamışdır. Öz əleyhinə ifadələr verməsinin, eləcə də videoçəkiliş zamanı öz əleyhinə ifadələr səsləndirməsinin səbəbi polis əməkdaşlarının onu həm aldatması, həm də hədələməsi olmuşdur. Polis əməkdaşları ona bildirmişlər ki, “bizim işimizi çətinləşdirmə, sənin uşaqların var, özünə də, onlara da problem yaratma. Onsuz da sənə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcək və həbsə getməyəcəksən”. O da onların dediklərinə inanmışdır. Polis əməkdaşlarının dediklərinə uyğun olaraq Iran Islam Respublikasının vətəndaşı olan şəxsdən marixuana növündə narkotik vasitə götürdüyünü və həmin vaxt göstərilən ünvana da məhz marixuana növündə narkotik vasitə götürmək üçün getmişdir. O, marixuananı ən çoxu 100 qram miqdarında almış və bunun səbəbi narkotik vasitəni bir dəfəlik əldə etməklə sonradan tez-tez narkotik vasitə axtarmaq məcburiyyətində qalmamaq istəyi olmuşdur. Iran Islam Respublikasının vətəndaşından almasının səbəbi isə qiymətin daha ucuz olması olmuşdur. Belə ki, adi qaydada 1 qram marixuana təxminən 10 manata başa gəldiyi halda, Iran Islam Respublikasının vətəndaşından aldıqda 1 qramı təxminən 3 manata başa gəlir. Göstərilən halların məhkəmə tərəfindən nəzərə alınmasını, əslində ona bəraət verilməli olduğunu və özünü təqsirsiz hesab etdiyini, bununla yanaşı, narkotik vasitədən istifadə etdiyi nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməklə ədalətli qərar qəbul olunmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, məhkum edilmiş şəxsin izahatında qeyd edilənlərin nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə verilən ittihamın düzgün olmaması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti, habelə barəsindəki digər hökmü nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etməklə onu da vurğuladı ki, ## ### 2025-ci il tarixdə saat 23:54 radələrində Sumqayıt Şəhər Polis Idarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sahil küçəsində, Corat qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış, həmin yerdə üzərinə baxış keçirilərkən əlində saxladığı bir ədəd sellofan bükülüdə təmiz çəkisi 496,313 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Iş materiallarında olan anten məlumatlarından da təqsirləndirilən şəxsin həmin saat radələrində göstərilən ərazidə olduğu görünür. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və Informasiya Texnologiyaları Idarəsindən daxil olmuş məktubla müşayiət edilən yaddaş kartından görünür ki, “Samsung A025” markalı mobil telefon kriminalistik proqram təminatları vasitəsilə tədqiq edilmiş, telefonda “Iniş” adı ilə qeyd olunmuş mobil nömrə ilə “WhatsApp” tətbiqində aparılmış mətn, foto, video və audio yazışmalar, habelə zənglər bərpa edilərək elektron yaddaş qurğusuna köçürülmüşdür. Həmin yaddaş qurğusundakı faylda olan səs yazısında Iran Islam Respublikasının vətəndaşı tərəfindən təqsirləndirilən şəxs Şıxəlilyev Vüsal Adgözəl oğluna məxsus mobil telefon nömrəsinə “Mən patı atacam. Ona görə deyirəm ki, ehtiyatlı ol” məzmunlu səs yazısının göndərildiyi müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən ekspert rəyi mütəxəssis rəyindən daha üstün hüquqi qüvvəyə malik və daha mötəbər sübut hesab olunur. Bu səbəbdən ekspert rəyi əsas götürülmüş, xəsarətlərlə bağlı da müvafiq olaraq cinayət işinin başlanması rədd edilmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə əsassız ittiham verilməsinə dair məsələ mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş "əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ##.##.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən Video IMG-2192 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 18 dəqiqə 41 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində bir nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. 2 nəfər mülki geyimli şəxs irəliləyərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPI-nin 1-ci PB-nin rəis müavini, R Şahbaz Şahbazov, digər şəxslər isə Sumqayıt ŞPI-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri şahid2 və şahid1 olduqlarını bildirirlər. Daha sonra polis əməkdaşı saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs Adıgözəl oğlu olduğunu bildirir. Polis əməkdaşı X1 Şıxəliyevə saxlanılmasının səbəbini izah edir. Onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı mobil telefonunun ekranını kameraya göstərərk ayın ##.##.2025-ci il, saat 23:54 olduğu görsənir. Polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əlində saxlamış olduğu ağ rəngli paketin içərisində olan bükülünü baxışa təqdim edir. Polis əməkdaşının sualına cavab olaraq Təqsirləndirilən şəxs paketin içərisində nə olduğunu bilmədiyini. 200 manat pul qarşılığında həmin paketi buradan götürərək ona deyiləcək əraziyə qoyacağını bildirdi, polis əməkdaşlarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs özünü IIR vətəndaşı kimi təqdim edən şəxslə təxminən 2 ay qabaq tanış olduğunu. Onunla özünə məxsus "vüsal" adlı profili ilə “instaqram” sosial şəbəkəsində yazışaraq tanış olduğunu, sonra “Whatsapp” vasitəsilə ünsiyyətlərini davam etdirdiklərini, özünün Siyəzən rayonunda yaşadığını və ona göndərilmiş konum üzrə Siyəzən rayonundan gəldiyini bildirdi. Sonra polis əməkdaşları təqdim edilmiş bükülüyə baxış keçirilməsi üçün bir neçə metr kənara çəkilərək əlverişli yerə keçirlər. Sonra polis əməkdaşı həmin bükülünün üzərindəki yapışdırıcı lenti açaraq içərisinə baxış keçirir və ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilir. Sonra büküm elektron tərəzinin üzərinə qoyularaq çəkilir və çəkisinin 516 qram olması müəyyən edilir. Sonra həmin büküm qablaşdırılaraq üzərinə imzalar çəkilir. Sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibində bir ədəd siqaret qutusu və bir ədəd alışdırıcı aşkar edilir. Lakin, həmin predmetlər sübut əhəmiyyəti kəsb etdmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılır. Sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibində 01 ədəd 10, 02 ədəd 1 manatlıq pul əskinası aşkar edilir. Lakin həmin pul əskinasları da sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılır. Sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindəb bir ədəd "Samsung" markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs mobil telefonun şifrəsinin "V1992" olduğunu bildirir. Polis əməkdaşı mobil telefonun şifrəsini yazaraq telefonun ekranında olan “Whatsapp” proqramına daxil olur. "Iniş" adı ilə kontakta qeyd edilmiş şəxsə daxil olduqda Təqsirləndirilən şəxs həmin şəxslə yazışmaları, konum şəkilləri və narkotik vasitə qurudulmuş marixuana şəkilləri olduğu müəyyən edilir. Bundan sonra həmin telefon da sübut əhəmiyyəti kəsb etdiyindən ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra sənədləşmənin davam etdirilməsi üçün videoçəkiliş dayandırılır (cild 1, i.v. 204-205). Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş "telefona baxış keçirilməsi haqqında" ##.##.2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən və bir ədəd DVD diskdən görünür ki, Mobil telefonu işə saldıqda ekranda "WhatsApp" proqramı görünür. Proqrama daxil olduqdan sonra Təqsirləndirilən şəxs "Iniş" adı qeyd edilmiş kontaktı göstərərək özünü Ibrahim adı ilə təqdim edən IIR vətəndaşı ilə həmin nömrə vasitəsilə əlaqə saxladığını bildirdi. Telefonun yaddaşına "Iniş" adı ilə qeyd edilmiş kontakta daxil olduqda həmin adın +98 905 705 **** saylı mobil nömrə ilə qeyd edildiyi görünür. Yazışmalara daxil olduqda Təqsirləndirilən şəxs həmin şəxslə ilk dəfə ##.##.2025-ci il tarixdə əlaqə saxladığı görünür. 04 dəqiqə müddətində görüntülü danışıq aparılıb. Təqsirləndirilən şəxs həmin şəxslə nə danışdığını dəqiq xatırlamır. ##.##.2025-ci il tarixdə saat 23:00-da 04 dəqiqə və 23:07-də 01 dəqiqə danışıq aparılıb. Saat 23:28 də Təqsirləndirilən şəxs həmin şəxsə fotoşəkil göndərir. Fotoşəkildə elektron tərəzi üzərində ağ rəngli sellofan paketə bükülmüş yaşıl rəngli kütlə, təqsirləndirilən şəxsin dediyinə görə qurudulmuş marixuana qoyulmuş və tərəzinin ekranında 139.46 rəqəmləri əks olunmuşdur. Saat 23:29-da Təqsirləndirilən şəxs həmin şəxsə 06 saniyə həcmində "Ə bu nədi a bəs deyirdin 150 qramdı, heç 140 qram gəlmir ki bu məzmunlu səs göndərir. Saat 23:32-də tərəflər 40 saniyəlik 23:33də 03 dəqiqəlik və 23:39-da 2 dəqiqlik müddətdə səsli danışıblar. Saat 23:50-də şəxsiyyəti istintaqa məlum olmayan özünü IIR vətənsdaşı Ibrahim kimi təqdim edən şəxs V Şıxəliyevə 01 dəqiqə 11 saniyə həcmində səsli mesaj göndərir. Səsli mesajda Ibrahim adlı şəxs “Mən eliyə bilərdim, gör nə deyirəm sənə o 1000 manat vurmuşdun a mənə eliyə bilərdim ama mən yiyəm də qoymazdım heç dəbərəsən nə deyəceydin mənə, mənim ürəyim gəlməzdi ürəyi görürsən ürək gəlmədi dedim mən ona qardaş demişəm qardaş eşit mənnən düz iş görmürsüz hələ siz quran haqqı balam ölsün düz iş görmürsüz qardaş puluna qədər 1000 manat eliyir 80 manatda orda mənim pulum qalır da puluna qədər ver si*dir gal ot qardaş 80 manat da mənim pulum qalır orde 80 manat vur kartıma man camaat ondan bundan pul alıb qoyuram sənin malının üstünə ordan da 10 gram mənim içimə düşür hə day na p*x olur 15 qram quran haqqı 15 qram içimə düşür balam ölsün bir mən deyiləm azərbaycanlıya dedim dedi Dadaş mən düz atmışam dedim ə sənin də uşağı si*im ma 10 qram kam atırsan, dedi atmamışam sən adamın üstünə dəyib dedim ə götürə bilməz indi bilmirəm nə deyim sa” məzmunlu səs göndərir. ##.##.2025cü il tarixdə saat 01:02 də Təqsirləndirilən şəxs 03 saniyəlik "səhər danışarıq sabah danışarıq məzmunlu səs göndərir. Həmin gün 12:25-da. 12:41-də və 12:42-də tərəflər birbirinə zəng edir, lakin zəng alınmır. 13:13-də tərəflər 03 dəqiqəlik və 13:17-də isə 05 dəqiqəlik videogörüntülü danışıq aparırlar. 18:37-də Ibrahim adlı şəxs 02 saniyəlik "Vüsal Sumqayıtdasan indi” məzmunlu 02 saniyəlik səs göndərir və Təqsirləndirilən şəxs saat 19:20-də 09 saniyəlik həcmdə "ha yo indi getmişəm da bəyaxları Sumqayıtdan keçmişəm həri Sumqayıtda idim nə üçün ki brat" məzmunlu səs göndərir. Sonra bir neçə dəfə tərəflər yenidən qısa müddətlik danışırlar. Saat 23:09 da Ibrahim adlı şəxs 02 saniyə həcmdə "sa atım konum şəkli mə bir söz de tez ol" məzmunlu səs göndərir və zəng edir. Saat 23:09 da tərəflər 01 dəqiqəlik zəngli əlaqə saxlayırlar. Saat 23:11 də Ibrahim adlı şəxs "Vüsal səni tanıyıram qaqa ozga zad tanımıram" məzmunlu səs göndərir. Cavab olaraq Təqsirləndirilən şəxs "səncə burda şey qalar a da yox a burda şey qalmaz a kişi bu vaxtı inanmıram işığın ortasında qoyublar onua yox ey qaqa bu nədi a bu yoxdu a orda hara göndərirəm camaata” məzmunlu səs göndərir. ##.##.2025-ci il tarixdə saat 02 radələrində tərəflər yenidən əlaqə saxlayaraq müxtəlif məzmunlu mesajlar göndərir. Saat 10:17 da Ibrahim adlı şəxs iki ədəd foto və bir ədəd konum göndərir. Fotolarda Sumqayıt şəhəri Bulvar küçəsində yerləşən "The Monacco" adlı obyektin qarşısında yolun kənarına əkilmiş gül kolunun gövdəsinə oxla işarələnmiş formada göstərilir. Bundan sonra yenidən tərəflər bir birinə müxtəlif məzmunlu səsli mesajlar göndərir. ## ### 2025-ci il tarixdə saat 19:19-da tərəflər arasında 27 saniyəlik danışıq olur. Saat 19:52-də Təqsirləndirilən şəxs Ibrahim adlı şəxsə göndərdiyi səsli mesajda "Ibiş şəkili atanda işarəni zadı düzgün versin a yaxşı versin işarəni ki gedib orda axtara-axtara qalmayım başıva dönərəm" qeyd olunur. Saat 19:52-də Ibrahim adlı şəxs tərəfindən konum göndərilir. Saat 19:53 də Təqsirləndirilən şəxs 10 saniyəlik "Ibrahim can başıva dönərəm əgər problemdisa getmiyim a pxa düşməyim sənə qurban olaram mən ailə-uşağım var mənim” məzmunlu səsli mesaj göndərir. Saat 19:56 da Ibrahim adlı şəxs tərəfindən 02 ədəd foto göndərilir. Birinci fotoda mişar daşları ilə hörülmüş hasarın künc hissəsində mişar daşının arxa hissəsinə ağ rəngli paket qoyulduğu görünür. Ikinci fotoda isə oxla istiqamətlənmiş şəkildə Corat qəbirsanlığının giriş hissəsi göstərilir. Saat 21:31də Təqsirləndirilən şəxs göndərdiyi səsli mesajda həmin konum üzrə 35-40 dəqiqə göstərildiyi qeyd olunur. Sonuncu dəfə Təqsirləndirilən şəxs və Ibrahim adlı şəxs saat 22:08 də 17 saniyə danışmışlar. Bundan sonra bir neçə dəfə Ibrahim adlı şəxs zəng edir, lakin zənglər cavalandırılmır. Baxış zamanı telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən başqa mətnlər, fotoşəkil və ya videogörüntülər müəyyən olunmadı. Baxış keçirilmiş sms mətnləri və səs yazıları protokola əlavə edilməsi üçün müvafiq qaydada götürüldü. Təqsirləndirilən şəxs baxış keçirilmiş səs yazılarının ona aid olduğunu bildirdi (cild 1, i.v. 117-118). Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və Informasiya Texnologiyaları Idarəsindən daxil olan məktubla müşayiət olunan yaddaş kartından görünür ki, “Samsung A025” markalı mobil telefon kriminalistik proqram təminatları ilə tədqiq edilərək telefonda “Iniş” adı ilə qeyd edilmiş +98 905 705 4574 mobil nömrə ilə “Whatsapp” sosial şəbəkə tətbiqində aparılmış mətn, foto, video və audio yazışmalar, həmçinin zənglər bərpa edilmiş, elektron yaddaş qurğusuna köçürülmüşdür. Həmin yaddaş qurğusuna daxil olduqda “attachments” faylında “PTT-20250507-WA0012” adlı səs yazısına daxil olduqda IIR vətəndaşı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə “mən “patı” atacam, ona görə də deyirəm ki, ehtiyatlı ol” səs yazısı mövcuddur. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərlə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti X2 istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Beləliklə, təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamış, həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən məhkəmə nəzarəti qaydasında verilən ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayət təmin edilməmiş, həmin qərar qanuni hesab edilmişdir (cild 2, i.v. 21-23; cild 3, i.v. 99-104). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zamanı tədqiq edilmiş sübutlarlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam təsdiqini tapdığından müdafiə tərəfinin apellyasiya şikayətində istinad etdiyi dəlillər sonuncunun təqsirsizliyini sübut edən hallar kimi qəbul edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayəthüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərar). Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarlarını da nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının CM-nin 234.4-1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün birinci instansiya məhkəməsi də haqlı olaraq təqsirləndirilən şəxsi həmin maddə ilə təqsirli bilmiş və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə araşdıraraq əldə etdiyi sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq zamanı toplanılaraq birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən təsdiqini tapmışdır. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirliliyi barədə nəticəyə yalnız onun ibtidai araşdırma zamanı verdiyi ifadələrə və yaxud yalnız əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə əsaslanmamış, həmin sübutları iş üzrə digər obyektiv sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Məhkəmə CPM-nin 143–145-ci maddələrinin tələblərinə uyğun olaraq toplanmış sübutların mənsubiyyətini, mümkünlüyünü və mötəbərliyini, bütün sübutların məcmusunun isə ittihamın həlli üçün kifayət edib-etməməsini araşdırmışdır. Belə ki, iş üzrə müəyyən edilmiş faktiki hallara əsasən Təqsirləndirilən şəxs Iran Islam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Ibrahim” adlı şəxslə əlaqə saxlamış, həmin şəxsin göndərdiyi məkan və fotoşəkil əsasında Corat qəbiristanlığının yaxınlığında qoyulmuş bükülünü götürmüş və onu sonradan göstəriləcək digər yerə çatdırmaq məqsədilə üzərində daşımış, saxlanıldığı zaman həmin bükülüdə təmiz çəkisi 496,313 qram olan psixotrop maddə – metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsin əvvəllər verdiyi ifadələrindən də görünür ki, o, “Ibrahim” adlı şəxslə “Instagram” və “WhatsApp” vasitəsilə əlaqə saxlamasını, həmin şəxsin ona məkan göndərməsini, məkan üzrə qoyulmuş narkotik vasitəni götürərək başqa yerə yerləşdirməli olmasını və bunun müqabilində pul alacağını bildirmiş, hətta ## ##### 2025-ci il tarixdə analoji qaydada hərəkət edərək narkotik vasitəni bir yerdən götürüb başqa yerə yerləşdirdiyini və bunun müqabilində 200 manat aldığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələrinin sübut əhəmiyyəti onun özünü təqsirli bilməsi faktından deyil, həmin ifadələrdə göstərilən halların iş üzrə başqa obyektiv məlumatlarla uzlaşmasından irəli gəlir. Bu baxımdan onun mobil telefonundan əldə edilmiş elektron məlumatların xüsusi əhəmiyyəti vardır. Telefonun yaddaşında “Iniş” adı ilə qeyd olunmuş Iran Islam Respublikasına məxsus nömrə ilə aparılmış yazışmaların, səsli danışıqların, göndərilmiş məkanların və fotoşəkillərin olması, o cümlədən Corat qəbiristanlığının və bükülünün yerləşdiyi yerin fotoşəkillərinin göndərilməsi təqsirləndirilən şəxsin həmin əraziyə təsadüfən deyil, əvvəlcədən göndərilmiş məkan üzrə getdiyini təsdiq edən obyektiv məlumatlardır. Bundan əlavə, telefonun kriminalistik proqram təminatı vasitəsilə aparılmış tədqiqi nəticəsində bərpa edilmiş səs yazısında qarşı tərəfin təqsirləndirilən şəxsə “patı” göndərəcəyini bildirməsi də onların münasibətlərinin yalnız təqsirləndirilən şəxsin iddia etdiyi kimi öz şəxsi istifadəsi üçün marixuana almaqla məhdudlaşmadığını göstərən sübutlardan biri kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya baxışında irəli sürdüyü, Iran Islam Respublikası vətəndaşından yalnız öz istifadəsi üçün marixuana aldığı, hadisə günü də göstərilən yerə yalnız marixuana əldə etmək məqsədilə getdiyi barədə dəlilləri iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmayan müdafiə mövqeyi kimi qiymətləndirir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli olması barədə dəlilini də əsaslı hesab etmir. Iş üzrə sübutlar təqsirləndirilən şəxsin hərəkətlərinin yalnız narkotik vasitənin şəxsi istehlak üçün əldə edilməsi və saxlanılması ilə məhdudlaşmadığını göstərir. Belə ki, iş materialları onun digər şəxsin verdiyi göstəriş əsasında narkotik vasitənin yerləşdirildiyi nöqtəyə getməsi, oradan bükülünü götürməsi, həmin bükülünü sonradan göstəriləcək başqa ünvana yerləşdirməli olması və bunun müqabilində pul alması barədə əvvəlcədən razılaşmanın mövcudluğunu təsdiq edir. Həmçinin, təqsirləndirilən şəxsin ## ##### 2025-ci il tarixdə də eyni şəxsin göstərişi əsasında narkotik vasitəni bir yerdən götürüb başqa yerə yerləşdirdiyini və bunun müqabilində pul aldığını ilkin ifadəsində bildirməsi, telefon yazışmalarının bu münasibətlərin təsadüfi və birdəfəlik xarakter daşımadığını göstərməsi, habelə hadisə zamanı ondan aşkar edilmiş metamfetaminin 496,313 qram təşkil etməsi birlikdə götürüldükdə onun hərəkətlərinin sırf şəxsi istehlak məqsədi ilə izah olunmasını istisna edir. Ona görə də təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə edən şəxs olması onun konkret hadisə üzrə hərəkətlərinin avtomatik olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə əsas vermir. Narkotik vasitədən istifadə etmə faktı ilə həmin vasitənin digər şəxslərin göstərişləri əsasında götürülüb başqa yerlərə çatdırılması məqsədilə dövriyyəsində iştirak etmə bir-birindən fərqli hüquqi hallardır. Məhkəmə kollegiyası bu baxımdan birinci instansiya məhkəməsinin əməlin CM-nin 234.4- 1-ci maddəsi ilə hüquqi tövsifinə dair gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs faktiki olaraq saat 23:54-də deyil, saat 22:08 radələrində saxlanılması və sonradan əməliyyat-axtarış tədbirinin səhnələşdirilməsi barədə dəlillərinə də qiymət verərək hesab edir ki, göstərilən dəlillər iş üzrə mövcud olan sübutların məcmusunu təkzib edən xarakter daşımır. Ilk növbədə qeyd olunmalıdır ki, telefonun müəyyən saatda konkret baza stansiyasının əhatə dairəsində olması şəxsin həmin an dəqiq hansı nöqtədə olması, kimin yanında olması və azadlığının artıq məhdudlaşdırılması faktını özlüyündə müəyyən etmir. Eyni qaydada saat 22:08-dən sonra telefon zənglərinə cavab verilməməsi də həmin saatda şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını təsdiq edən müstəqil sübut kimi qəbul edilə bilməz. Əksinə, iş üzrə tədqiq edilmiş məlumatlar təqsirləndirilən şəxsin telefonunun hadisə vaxtına yaxın Corat ərazisində olmasını göstərir. Eyni zamanda saxlanma prosesinin videoçəkilişində tarix və saatın göstərilməsi, təqsirləndirilən şəxsin əlində olan bükülünü təqdim etməsi və sonradan üzərinə baxış keçirilməsi əks olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə əməliyyat əməkdaşının ifadəsində də onun saat 23:40 radələrində müşahidəyə götürüldüyü və saat 23:54-də Corat qəbiristanlığının yaxınlığında saxlanıldığı göstərilmişdir. Təqsirləndirilən şəxsin anten məlumatlarına əsaslanaraq bir neçə dəfə Corat qəbiristanlığı ilə polis sahə məntəqəsi arasında aparılıb-gətirilməsi barədə izahı isə həmin məlumatlardan birbaşa irəli gələn nəticə deyildir. Belə bir nəticə anten məlumatlarının özündən deyil, müdafiə tərəfinin həmin texniki məlumatlara verdiyi şərhdən ibarətdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının mobil telefonlarının anten məlumatlarının əldə edilməsi barədə vəsatətin təmin olunmaması özlüyündə məhkəmə istintaqının natamam aparılması nəticəsinə gəlmək üçün kifayət deyildir. Belə məlumatların əldə olunması zərurəti yalnız onların işin həlli üçün əhəmiyyətli faktı müəyyən etməyə real imkan yaratdığı halda meydana çıxır. Hazırkı halda isə müdafiə tərəfinin həmin məlumatların təqsirləndirilən şəxsin versiyasını təsdiq edəcəyinə dair mövqeyi ehtimala əsaslanmışdır. Təqsirləndirilən şəxsin qarşı tərəfə göndərdiyi səs yazısında göstərilən ünvana 35–40 dəqiqəyə çatacağını bildirməsi də ittihamın doğruluğunu şübhə altına alan həlledici hal hesab edilə bilməz. Naviqasiya proqramında göstərilən vaxt konkret anda yol şəraiti, seçilmiş marşrut və istifadə edilən nəqliyyat vasitəsi nəzərə alınmaqla hesablanan təxmini müddətdir və şəxsin həmin vaxtdan sonra faktiki olaraq hansı sürətlə hərəkət etdiyini, harada dayandığını və ünvana nə vaxt çatdığını sübut edən məlumat deyildir. Buna görə də təqsirləndirilən şəxsin “39 dəqiqə” ifadəsindən onun saat 23:54-də Corat ərazisində olmasının qeyri-mümkünlüyü barədə nəticə çıxarıla bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalması barədə iddialarına xüsusi diqqətlə yanaşaraq qeyd edir ki, belə iddiaların mövcudluğu özlüyündə diqqətdən kənarda saxlanıla bilməz və onların iş üzrə sübutların mümkünlüyünə təsiri ayrıca qiymətləndirilməlidir. Lakin hazırkı iş üzrə bədən xəsarətinə dair tibbi sənədlərin mövcudluğu həmin xəsarətin məhz polis əməkdaşları tərəfindən və məhz etirafedici ifadə almaq məqsədilə yetirilməsini avtomatik olaraq təsdiq etmir. Iş materiallarında olan ## ### 2025-ci il tarixli *** saylı məhkəmə-tibbi ekspertiza rəyində Təqsirləndirilən şəxs bədənində xəsarət və xəsarət izi aşkar edilmədiyi göstərilmiş, ## #### 2025-ci il tarixli ** saylı rəydə isə sağ körpücük sümüyü nahiyəsində müəyyən edilmiş sarımtıl rəngli qançırın küt əşyanın təsirindən əmələ gəldiyi, lakin onun yaranma müddətinin ## ### 2025-ci il tarixindən 2–3 gün əvvələ uyğun gəldiyi qeyd olunmuşdur. Bu hal həmin qançırın təqsirləndirilən şəxsin ## ### 2025-ci ildə polis əməkdaşları tərəfindən saxlanılması zamanı yetirilməsi barədə iddia ilə uzlaşmır. Bu baxımdan apellyasiya şikayətində iki tibbi sənəd arasında ziddiyyətin mövcudluğu barədə göstərilənlərə münasibətdə kollegiya hesab edir ki, bir sənəddə xəsarət aşkar edilməməsi, digər sənəddə isə əvvəllər yaranmış qançırın müəyyən edilməsi faktının özü polis zorakılığını sübut edən ziddiyyət kimi qiymətləndirilə bilməz. Əsas məsələ həmin xəsarətin mənşəyi və yaranma vaxtıdır ki, ** saylı ekspert rəyində göstərilən müddət təqsirləndirilən şəxsin irəli sürdüyü versiyanı təsdiq etmir. Bundan başqa, iş materiallarında təqsirləndirilən şəxsin xəsarət alması barədə müraciəti üzrə ayrıca araşdırma aparıldığı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi və həmin qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, hazırkı iş üzrə təqsirliliyin müəyyən edilməsində onun etirafedici ifadəsi yeganə və həlledici sübut deyildir. Buna görə də sonradan etirafedici ifadədən imtina etməsi və həmin ifadəni təzyiq altında verdiyini bildirməsi onun telefonundan əldə edilmiş elektron yazışmaların, məkan və fotoşəkillərin, kriminalistik üsulla bərpa edilmiş səs yazılarının, aşkar edilmiş psixotrop maddənin, həmin maddənin növü və miqdarına dair ekspert rəyinin və digər obyektiv sübutların sübutedici əhəmiyyətini aradan qaldırmır. Təqsirləndirilən şəxsin polis əməkdaşlarının ona CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini, həbs olunmayacağını bildirməklə aldatmaları və uşaqları ilə hədələmələri nəticəsində öz əleyhinə ifadələr verməsi barədə apellyasiya baxışında irəli sürdüyü dəlil də iş materiallarında olan obyektiv sübutlarla təsdiq edilmir. Əksinə, onun IIR vətəndaşı ilə əlaqəsinin xarakteri barədə məlumatların əhəmiyyətli hissəsi polis əməkdaşlarının söylədiklərindən deyil, bilavasitə mobil telefonun yaddaşında aşkar edilmiş və sonradan kriminalistik proqram təminatı ilə bərpa edilmiş elektron məlumatlardan irəli gəlir. Bu səbəbdən hətta təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ayrıca nəzərə alınmasa belə, iş üzrə digər sübutlar onun “Ibrahim” adlı şəxslə əlaqə saxlamasını, həmin şəxsdən məkan və fotoşəkillər almasını və göstərilən yerə məhz həmin göstərişlər əsasında getməsini təsdiq edir. Məhkəmə kollegiyası narkotik vasitənin polis əməkdaşları tərəfindən sonradan bükülüyə yerləşdirilməsi, ilk aşkar edilmiş bağlamada isə “süngər” olması barədə versiyanı da inandırıcı və obyektiv sübutlarla təsdiq olunmuş hesab etmir. Təqsirləndirilən şəxs bu barədə müxtəlif mərhələlərdə ifadələr versə də, onun həmin versiyasını təsdiq edən müstəqil sübut müəyyən edilməmişdir. Əksinə, hadisədən əvvəl qarşı tərəfin təqsirləndirilən şəxsə məkan və bükülünün fotoşəkillərini göndərməsi, onun həmin məkan üzrə hərəkət etməsi, sonradan bükülünü əlində saxladığı vəziyyətdə aşkarlanması və ekspertiza nəticəsində bükülüdə xüsusilə külli miqdarda metamfetamin müəyyən edilməsi birbiri ilə qarşılıqlı əlaqədə olan sübutlar sistemini təşkil edir. Həmçinin təqsirləndirilən şəxsin videoçəkilişdə hadisə yerinə mobil telefonu əlində olmadan yaxınlaşmasını onun həmin yeri əvvəlcədən bilməməsinin sübutu kimi qiymətləndirmək olmaz. Mobil telefonun şəxsin əlində deyil, üzərində olması onun həmin telefondan daha əvvəl məkanın müəyyən edilməsi üçün istifadə etməsini istisna etmir. Hökmdə məhkəmə tərəfindən tədqiq edilən videogörüntü üzrə də sonradan mobil telefonun onun şalvarının cibindən aşkar edildiyi və həmin telefondakı “WhatsApp” yazışmalarına baxıldığı göstərilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının cinayət təqibinin nəticəsində maraqlı şəxslər olması və buna görə onların ifadələrinin mötəbər hesab edilə bilməməsi barədə dəlili ilə də razılaşmır. Polis əməkdaşının cinayət hadisəsinin aşkarlanmasında iştirak etməsi onun ifadəsini avtomatik olaraq yolverilməz və ya mötəbər olmayan sübuta çevirmir. Belə ifadə də digər sübutlar kimi mənbəyi, məzmunu və iş üzrə digər sübutlarla uyğunluğu baxımından qiymətləndirilməlidir. Hazırkı işdə polis əməkdaşlarının ifadələri təqsirləndirilən şəxsin məhkum edilməsinin yeganə əsasını təşkil etməmiş, həmin ifadələr videoçəkilişlər, telefon məlumatları, elektron yazışmalar, məkan və fotoşəkillər, anten məlumatları, məhkəmə-kimyəvi ekspertizası və digər sənədlərlə birlikdə qiymətləndirilmişdir. Buna görə də müdafiə tərəfinin istinad etdiklərində polis ifadələrinin faktiki olaraq ittihamın əsas sübutunu təşkil etdiyi hallarla hazırkı işin faktiki halları eyniləşdirilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin faktiki tutulduğu andan müdafiəçinin hüquqi yardımından istifadə etmək imkanından məhrum edilməsi barədə dəlili də cinayət işi üzrə bütün sübutların yolverilməz hesab edilməsi üçün əsas saymır. Şübhəli şəxsin faktiki tutulduğu andan müdafiə hüququ təmin edilməli olsa da, həmin hüququn pozulub-pozulmaması konkret prosessual hərəkət, həmin hərəkətin aparılması şəraiti və əldə edilmiş sübutun mənbəyi nəzərə alınmaqla qiymətləndirilməlidir. Iş materiallarından görünür ki, sonrakı prosessual sənədləşmə zamanı Şıxəliyevə hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin olunmuş və sonrakı ifadələr müdafiəçinin iştirakı ilə alınmışdır. Onun ## ### 2025-ci il tarixli ifadəsinin məhz müdafiəçinin iştirakı ilə verilməsi də hökmdə öz əksini tapmışdır. Bundan başqa, təqsirliliyi təsdiq edən elektron məlumatların və ekspertiza rəylərinin mənbəyi onun saxlanıldığı anda müdafiəçi olmadan verdiyi hər hansı etirafedici ifadə deyil. Buna görə də müdafiə tərəfinin həmin arqumentindən iş üzrə bütün sübutların CPM-nin 125.2ci maddəsi mənasında hüquqi qüvvəsi olmayan sübutlar hesab edilməsi nəticəsi çıxmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları yalnız təqsirləndirilən şəxsin ilkin etirafedici ifadəsi və polis əməkdaşlarının ifadələri əsasında deyil, bir-birini tamamlayan və qarşılıqlı şəkildə təsdiq edən sübutların məcmusu əsasında qiymətləndirmişdir. Təqsirləndirilən şəxsin apellyasiya instansiyası məhkəməsində irəli sürdüyü dəlillərin bir hissəsi artıq birinci instansiya məhkəməsində də səsləndirilmiş və qiymətləndirilmiş, digər hissəsi isə həmin müdafiə mövqeyinin davamı olmaqla iş üzrə obyektiv sübutların məcmusunu şübhə altına almaq üçün kifayət edən yeni faktiki məlumatla təsdiqlənməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs Iran Islam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxslə əvvəlcədən əlaqə yaratması, həmin şəxsdən məkan və fotoşəkillər qəbul etməsi, göstərilən məkan üzrə getməsi, orada yerləşdirilmiş bükülünü götürməsi, həmin bükülüdə xüsusilə külli miqdarda psixotrop maddə metamfetaminin olması, bu hərəkətlərin müəyyən pul müqabilində və həmin maddəni sonradan başqa ünvana çatdırmaq məqsədilə həyata keçirilməsi iş üzrə mötəbər və bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif etməsi işin faktiki hallarına və cinayət qanununun tələblərinə uyğun olmuş, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və ya barəsində bəraət hökmünün çıxarılması üçün hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini də əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə almışdır. Eyni zamanda onun əvvəllər məhkum olunmaması da nəzərə alınmışdır. Bu baxımdan 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cinayətin ictimai təhlükəlilik xarakterinə, xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olmasına, təqsirləndirilən şəxsin şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş yüngülləşdirici hallara uyğun olmaqla, həddindən artıq ağır cəza hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı olan əhəmiyyətli hallardan hər hansı birini diqqətdən kənarda saxlamamış, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsini zəruri edən yeni müstəsna hal apellyasiya baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 66.5-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur, iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil müdafiəçi1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə dörd cilddən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə iclaslarında iştirak etməklə sərf etdiyi 7 (yeddi) iş saatı üçün hesablanmış 77 (yetmiş yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 77 (yetmiş yeddi) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar