Məhkəmə qərarları › İş №1(3-8)-30/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-30/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-30/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X13 (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi3 iştirakı ilə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025ci il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1, onun müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə ## #### 1992-ci ildə Rusiya Federasiyası, Astarxan vilayəti, Privolskiy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)- ***/**** nömrəli, ## ###### 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, ## #### 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi üzrə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs1 qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni ## ###### 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi, ## ######## 1991-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 20, mənzil 2 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi üzrə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ###### 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 10 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və ona 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni ## ###### 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. Iş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə metamfetamini, 01 (bir) ədəd 1982-ci ildə zavod üsulu ilə istehsal edilmiş “Калашников” konstruksiyalı, 5,45x39mm kalibrli, “AK-74” markalı, “1674133” nömrəli texniki cəhətdən saz vəziyyətdə atəş açmaq üçün yararlı olan avtomatik döyüş silahını, “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39mm kalibrli patron tutumuna malik zavod üsulu ilə istehsal edilmiş 01 (bir) ədəd sandıqçanı əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung Galaxy A13” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından fərdi rabitə əlaqəsi kimi istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 500.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,793 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 (bir) ədəd "Калашников” konstruksiyalı avtomatik döyüş silahını, 5,45x39mm kalibrli döyüş sursat hesab edilən 05 (beş) ədəd patronları və 01 (bir) ədəd sandıqçanı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsindən Çerkassi küçəsinə dönən hissədə, torpaq sahədə gizlətməklə yerləşdirərək həmin yerin fotoşəkillərini təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Samsung Galaxy A13” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini, 01 (bir) ədəd “Калашников” konstruksiyalı avtomatik döyüş silahını, 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və 01 (bir) ədəd sandıqçanı həmin yerdən qanunsuz əldə etmək üçün ## ###### 2024-cü il tarixdə, təxminən saat 21 radələrində təqsirləndirilən şəxs2la Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında görüşərək qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq həmin külli miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 500,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,793 qram psixotrop maddə olan metamfetamini, 01 (bir) ədəd “Калашников” konstruksiyalı avtomatik döyüş silahını, 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və 01 (bir) ədəd sandıqçanı birlikdə əldə etmək barədə razılığa gəldikdən sonra təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E200 CDİ”markalı, 90-UA762 dövlət qeydiyyat nişanlı avtomobillə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cinayət əməllərindən məlumatı olmayan şahid1 ilə birlikdə həmin ünvana gəlmişlər, ## ###### 2024-cü il tarixdə, saat 22 radələrində həmin ünvana çatdıqdan sonra aralarında olan qabaqcadan razılaşdırılmış rol bölgüsünə əsasən təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə yolun kənarında gözləmiş, təqsirləndirilən şəxs1 isə qeyd olunan çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini, 01 (bir) ədəd “Калашников” konstruksiyalı avtomatik döyüş silahını, 5.45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və 01 (bir) ədəd sandıqçanı gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə, saat 22:05 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs1 saxlanılarkən təqsirləndirilən şəxs2 və şahid1 polis əməkdalarından yayınaraq hadisə yerindən təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə qaçmış, lakin təqsirləndirilən şəxs1 5-ci PB-yə gətirilmiş, daha sonra əməliyyat tədbirləri davam etdirilərək həmin tarixdə, saat 22:30 radələrində təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə şahid1la birlikdə Bakı-Quba yolunun Sumqayıtçay qəsəbəsinə dönən hissəsində saxlanılaraq 5-ci PB-yə gətirilmiş, polis bölməsində təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əlində saxlamış olduğu bağlamanın içərisindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 500,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,793 qram psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd 1982-ci ildə zavod üsulu ilə istehsal edilmiş “Калашников” konstruksiyalı, 5,45x39mm kalibrli, “AK-74” markalı, “1674133” nömrəli texniki cəhətdən saz vəziyyətdə atəş açmaq üçün yararlı olan avtomatik döyüş silahı, “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronlar və “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39mm kalibrli patron tutumuna malik zavod üsulu ilə istehsal edilmiş 01 (bir) ədəd sandıqça aşkar olunaraq götürülmüş, həmçinin təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli paltosunun sağ iç cibindən xeyli miqdarda, 1 (bir) ədəd konvalyutda zavod üsulu ilə qablaşdırmaya uyğun 4 (dörd) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə metamfetamini, 1 (bir) ədəd konvalyutda zavod üsulu ilə qablaşdırmaya uyğun 4 (dörd) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan vaxtda və mənbədən, 01 (bir) ədəd 1982-ci ildə zavod üsulu ilə istehsal edilmiş “Калашников” konstruksiyalı, 5,45x39mm kalibrli, “AK-74” markalı, “1674133” nömrəli texniki cəhətdən saz vəziyyətdə atəş açmaq üçün yararlı olan avtomatik döyüş silahını, “AK-74”, "AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, "RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və “AK-74”, “AKS- 74”, “AKS-74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39mm kalibrli patron tutumuna malik zavod üsulu ilə istehsal edilmiş 01 (bir) ədəd sandıqçanı əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə istifadəsində olan “Samsung Galaxy A13” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından fərdi rabitə əlaqəsi kimi istifadə etməklə ## ###### 2024-cü il tarixdə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 500,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,793 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 01 (bir) ədəd “Калашников” konstruksiyalı avtomatik döyüş silahını, 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və 01 (bir) ədəd sandıqçanı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsindən Çerkassi küçəsinə dönən hissədə, torpaq sahədə gizlətməklə yerləşdirərək həmin yerin fotoşəkillərini təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Samsung Galaxy A13” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini, 01 (bir) ədəd “Калашников” konstruksiyalı avtomatik döyüş silahını, 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və 01 (bir) ədəd sandıqçanı həmin yerdən qanunsuz əldə etmək üçün ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansoyasının yaxınlığında təqsirləndirilən şəxs1 ilə görüşərək qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin külli miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 500,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,793 qram psixotrop maddə olan metamfetamini, 01 (bir) ədəd “Калашников” konstruksiyalı avtomatik döyüş silahını, 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və 01 (bir) ədəd sandıqçanı birlikdə əldə etmək barədə razılığa gəldikdən sonra təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E200 CDİ” markalı, 90-UA762 dövlət qeydiyyat nişanlı avtomobillə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cinayət əməllərindən məlumatı olmayan şahid1 ilə birlikdə həmin ünvana gəlmişlər, ## ###### 2024-cü il tarixdə, saat 22 radələrində həmin ünvana çatdıqdan sonra aralarında olan qabaqcadan razılaşdırılmış rol bölgüsünə əsasən təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə yolun kənarında gözləmiş, təqsirləndirilən şəxs1 isə qeyd olunan çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini, 01 (bir) ədəd “Калашников” konstruksiyalı avtomatik döyüş silahını, 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronları və 01 (bir) ədəd sandıqçanı gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə, saat 22:05 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs1 saxlanılarkən təqsirləndirilən şəxs2 və şahid1 polis əməkdalarmdan yayınaraq hadisə yerindən təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə qaçmış, lakin təqsirləndirilən şəxs1 5-ci PB-yə gətirilmiş, daha sonra əməliyyat tədbirləri davam etdirilərək həmin tarixdə, saat 22:30 radələrində təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə şahid1la birlikdə Bakı-Quba yolunun Sumqayıtçay qəsəbəsinə dönən hissəsində saxlanılaraq 5-ci PB-yə gətirilmiş, polis bölməsində təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əlində saxlamış olduğu bağlamanın içərisindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 500,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,793 qram psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd 1982-ci ildə zavod üsulu ilə istehsal edilmiş “Калашников” konstruksiyalı, 5,45x39mm kalibrli, "AK-74” markalı, “1674133” nömrəli texniki cəhətdən saz vəziyyətdə atəş açmaq üçün yararlı olan avtomatik döyüş silahı, “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronlar və “AK-74”, “AKS- 74”, “AKS-74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39mm kalibrli patron tutumuna malik zavod üsulu ilə istehsal edilmiş 01 (bir) ədəd sandıqça aşkar edilərək götürülmüş, həmçinin təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli paltosunun sağ iç cibindən xeyli miqdarda, 1 (bir) ədəd konvalyutda zavod üsulu ilə qablaşdırmaya uyğun 4 (dörd) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həbləri aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü əsassız və qanunsuz olduğu üçün ləğv olunması, təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmənin əməliyatçılara olan sonsuz sevgi, inam, rəğbəti və hörməti təqdirəlayiq olsa da şübhəli şəkildə diqqətçəkəndir. Həmçinin videodan görünür ki, “torbanın ətrafı yapışqan lentlə əhatə olunmuş və yapışqan lent tam təmizlənməmiş, buna görə də, lentin qaldığı hissələrdə bükümün iliçib qalma ehtimalı inkar olunmur. Məhz bu səbəblərdən iri həcmdə torbadan kiçik vasitənin sonradan daha dəqiq yoxlanılarkən aşkar olunması heç bir şübhə yaratmır və tam ağlabatandır” fikrini əsaslı saymaq olardı, lakin bir arqument olmasaydı. Nədənsə kiçik vasitənin torbaya yapışmış lent səbəbilə sonradan tapılmasına inanan məhkəmə, həmin kiçik vasitənin rahatlıqla iri həcmdə torbaya atıla bilməsi ehtimalını görməzdən belə gəlməkdədir. 5-6 nəfər əməliyyatçının döyülmüş, söyülmüş, öz hayında olan bir şəxsin yanında iri həcmli torbaya kiçik vasitəni atmasına kim və necə mane olacaqdı? Statistik məlumatlara əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə məhkəmələrdə çıxarılmış olan bəraət hökmlərinin mütləq əksəriyyəti məhz əməliyyatçılar tərəfindən yol verilmiş saxtakarlıq və işgəncə faktları ilə bağlıdır. Bu halda məhkəmənin əməliyyatçılara şəksiz inamı heyrətlə yanaşı yetərli suallar da doğurmaqdadır. İndi isə müdafiə tərəfinin təqdim etmiş olduğu və məhkəmənin görməzdən gəlmiş olduğu xüsusatları sadalanır: 1..Əməliyyatla bağlı hər hansı bir əməliyyat-qeydiyyat işininin açılmaması. Əməliyyataxtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 15-cimaddəsinin tələbi. 2.Əməliyyat zamanı çantanın yerləşdirildiyi ərazinin videomüşahidəsinin hansı səbəbdən aparılmaması. 3.Əməliyyatçıların digər təqsirləndrilən şəxs təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri Sülh küçəsindən Çerkaski küçəsinə dönən ünvanında küçədə saxladıqları yerdə üzərinə və torbaya baxış keçirməməklərinin heç bir səbəb və izahının olmaması. Halbuki həmin küçədə coxsaylı aptek və mağazalar da vardir. 4.Torbanın aparılacağı ünvanın hansı səbəbdən maraq kəsb etməməsi. 5.Əməliyyatçılarla təqsirləndirilən şəxsin mobil telefon antenlərinin müqayisəli tədqiqi. Torbanın ora qoyulma zamanını müəyyənləşdirmək baxımından zəruri olan xüsusatdır. Çünki gediş-gəliş olan küçədə iri bir torbanın saatlarla toxunulmaz qalacağını iddia etmək absurddur. 6.Təqsirləndirlən şəxs təqsirləndirilən şəxs2 iranlı Hadi vasitəsilə bu işə həvəsləndirilərək cəlb edilməsi, prosesin əməliyyatçıların nəzarəti altında baş verməsi və bütün bunların AHİM-nin “Q.A.X12rşı” ## ###### 2005-ci il tarixli qərarında əks edilmiş xüsusatlarla eynilik təşkil etməsi. Ancaq buna baxmayaraq bütün bunların məhkəmə tərəfindən heç bir dəyərləndirmə görməməsi. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayətprosessual hüquq nöqteyi nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. ## ###### 2024-cü ildə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib. Həmin qərarda təqsirləndirilən şəxs1lə təqsirləndirilən şəxs2 odlu silah saxlamaları, daşımaları və narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və qanunuz dövriyyəsi barədə əməliyyat məlumatının daxil olması göstərilsə də, həmin məlumatın nədən ibarət olmasına, hansı faktlarla təsdiq olunmasına dair cinayət işinin materiallarına heç bir sübut əlavə edilməyib. Yalnız qeyd olunan qərarda sadəcə əməliyyat məlumatına istinad edilib və məlumat əsasında hər iki şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınıb. Eləcədə qərar və raportlarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir məlumat yoxdur. Habelə cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar aidiyyatı üzrə həmin məhkəməyə göndərilməmiş və beləliklə, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın qanuniliyi məhkəmə tərəfindən yoxlanılmayıb. Buna görə də, həmin əməliyyat məlumatlarına əsaslanaraq təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddəyə görə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbuledilə bilər. Məhkəmənin gəlmiş olduğu qənaət maraq doğurur. 3 qram narkotik götürməyə gedən şəxsin külli miqdar narkotik və ən nəhayət avtomat silahı əldə etmək istəməsinə inanmış və bizləri də buna inanmağa dəvət edən məhkəmə buna dair iş üzrə mötəbər sübut olmadığının fərqinə varmamışdır. ## ###### 2024-cü il tarixli “Raport”dan görünür ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Sumqayıt şəhərində qanunsuz olaraq odlu silahı saxlaması, üzərində gəzdirməsi, narkotik vasitələri üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi barədə məlumatı daxil olmuşdur. Əməliyyatın qurama olmasının sübutu elə bu raportdur. Təqsirləndrilən şəxslər özlərində olan odlu silahı və narkotiki hələ əldə etmədikləri halda necə daşıya bilrədilər. Qurama əməliyyat qurmuş əməliyyatçıların həmin torbanı götürərək maşına qoyularaq bir müddət sonra hərəkətdə olan zaman yaxaladıqları kimi ssenari düşünməyə də səbrləri və “peşə məharəti” də çatmamışdır. Belə olan təqdirdə bəlkədə qurulmuş ssenari hazırkından daha inandırıcı olardı. Yoxsa piyada gəzən müdafiə etdiyi təqsirləndirilən şəxs2 avtomatı torbaya qoyaraq var-gəl edərək gəzib-dolaşacaqdı? Eyni zamanda iş materiallarında olan raportlardan məlum olur ki, artıq hər iki şəxsin bütün məlumatları əldə edilmiş və şəxsiyyətləri məlumdur. Bunun ilk üsulu şəxsə dair məlumatların DİN məlumat bazasından – yəni portaldan götürülməsidir. Lakin buna dair müraciət nə zaman edilmişdir - bax bu mühüm məqam diqqətdən kənarda qalmışdır. təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadələrin, aldatma, təzyiq və təsir altında verilə bilməsinə, bununla da onların mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələr olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadələr hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Polis əməliyyatçıları olan həmin şəxslər şahid qismində dindirilə bilməzdilər, çünki onlar bu işdə xüsusi maraqlarının olması ilə seçilirlər. Onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Buna görə də polis əməkdaşları hazırki işdə maraqlı tərəfdir və iş materiallarında bu qədər ziddiyyətlərin olduğu bir şəraitdə onların ifadələri mötəbər ifadə kimi qəbuledilərək qiymətləndirilə bilməz. Hazırki işdə polis əməkdaşlarının verdiyi ifadələrdə təqsirləndirilən şəxs2 barəsində onun odlu silah gəzdirməsi, saxlaması, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olması, əməliyyat axtarış tədbirlərini həyata keçirmələri qeyd edilib, lakin onlar əməliyyatın keçirilməsi üçün əsas olan məlumatları məhkəmələrə təqdim etməyiblər, həmin tədbirlərin qanuniliyinin tanınması üçün cinayət işi materiallarında Nərimanov rayon məhkəməsinə müraciətin göndərilməsi qeyd edilsə də, Nəriamnov rayon məhkəməsindən daxil olmuş məktubda belə bir müraciətin daxil olmadığı qeyd edilib, eyni zamanda 5-ci PB-də əməliyyatqeydiyyat işi açılmayıb. Digər tərəfdən, təqsirləndirilən şəxs2 Abşeron rayonunda yaşamasını, onu tutan polis əməkdaşlarının isə Sumqayıt şəhəri 5-ci PB-nin əməkdaşları olması, onların təqsirləndirilən şəxs2 necə tanımaları da sual doğurur. Digər tərəfdən həmin polis əməkdaşlarının istintaqda verdikləri ifadələr şablon, məzmunca bir-birini təkrarlayan, klişe ifadələr olmaqla, polis müstəntiqi tərəfindən tərtib edildiyi heç bir şübhə doğurmur. Başqa sözlə, təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmiş polis əməkdaşları cinayət işi üzrə tərəf olduqlarından onların ifadələri ittihamın həlli məqsədi ilə mötəbər hesab edilə və həmin ifadələrə sübut kimi istinad edilə bilməz. şahid1 bu iş üzrə mühüm bir şahiddir. Ancaq hansısa səbəbdən bu şəxs istintaqda müstəntiqə lazım olan zaman ifadələr vermiş, sonradan isə qeybə çəkilmişdir. Aylar,illər ərzində bu şəxsi istintaq və məhkəməyə gətirmək “mümkün olmamışdır”. Sıravi bir vətəndaşı hansı səbəbdənsə tapa bilmirlər, onun yerini müəyyən edə bilmirlər, ancaq öz vatsapında iranlı ilə yazışanı, kol dibində torbanın yerini dəqiq müəyyən edə bilirlər.Axı polis əməkdaşlarının işində bu qədər təzad anlaşılan deyildir.Sadəcə bu şahidin gəlməsi istintaq və əməliyyatçılara səfr etmirdi deyə onu qorxu ilə susdurmuşdular. Habelə istintaqda “şəxsi axtarış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı şahid1 qaranlıq olduğundan təqsirləndirilən şəxs1 nəsə götürdüyünü görmədiyini bildirmişdir. Yəni bu şəxs həqiqəti demişdir. Ancaq nədənsə məhkəmə onun yazılı ifadəsində inanmağı və üstünlük verməyi qərara almışdır. Cinayət işi materiallarından görünür ki, iş üzrə digər təqsirləndrilən şəxs təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il saat 22:05-də tutulub, həmin gün saat 23:40-da şübhəlişəxsin tutulması haqqında protokol tərtib edilib, 23:40-dan 23:5-dək şəxsiaxtarış və götürmə həyata keçirilib. Polis əməkdaşlarının ifadələrindən göründü ki, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tutularkən onlara müqavimət göstərməyib, bu halda onun tutulduğu yerdə üzərinə baxış keçirilməməsinin səbəbləri məlum deyil. təqsirləndirilən şəxs1 tutulduqdan sonra 1 saat 40 dəqiqə ərzində polis əməkdaşlarının tam nəzarətində qalması onu deməyə əsas verir ki, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən yerləşdirilib. Buna görə də şəxsi axtarışın keçirilməsi barədə protokollar qanunsuz əldə edilmiş sübutlar olduğundan ittihamın əsasına qoyula bilməz. AR-nın Konstitusiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə və digər işlərlə bağlı qərarları və Azərbaycan Respublikasının Cinayət- Prosessual Qanunvericiliyi kifayət qədər əsas verir ki, məhkəmə şəxsiyyəti ona naməlum olan İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxsin təhlükəsizlik orqanlarına işləyən cəsus-təhrikçi kimi tanısın. Başqa sözlə, Veselovun işində olduğu kimi şəxsiyyəti istintaqa məlum olmayan Hadi adlı şəxsin təhriki təqsirləndirilən şəxs2 hər hansı bir hüquq-mühafizə orqanın müdaxiləsi olmadan törətdiyi və yaxud törətməyə hazırlaşdığı cinayətin ifşa edilməsini təmin etmədiyi üçün Avropa Məhkəməsinin müəyyən etdiyi “gizli agent” anlayışının hüdudlarından kənara çıxmış, təqsirləndirilən şəxs2 törətməkdə təqsirli bilindiyi əməl isə “Polis provakasiyası”nın nəticəsi olmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək işinə yenidən baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məkəmənin ittiham hökmü çıxarmaq üçün belə əsalanma verməsi heç bir halda anlaşılan deyil. Ədalət mühakiməsini həyata keçirən məhkəmə ehtimallara yox, məhkəmə istintaqı zamanı tədqiq olunmuş mötəbər sübutlara əsaslanmalıdır. ##.##.2024-cü il tarixli protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişə baxan zaman müəyyən edirik ki, video görüntünün 4-cü dəq 22 saniyəsində torba tam şəkildə açılır, içərisindən silah çıxarılır, təhqiqatçı torbanın içərisinə baxış keçirir və kiminalist video kameranı torbanın içərisinə salaraq torbanın daxilini tam şəkildə video görüntüyə alır. Bundan sonra təhqiqiatçı torbanın içərisində əlavə heç nə olmadığını bildirir. Bundan sonra torba kənara atılır və video görüntüdən kənarda qalır. 10-cu dəqiqə 59-cu saniyəsində iş üzrə şahid şahid3 torba atılan isiqamətdə hərəkət edərək görüntüdən itir. 13-cü dəqiqə 45-ci saniyədə şəxsi axtarışın getdiyi otağın qapısı açılır və həmin an şahid3 hələdə görüntüdən kənarda qapı tərəfdədir. 14-cü dəqiqə 32-ci saniyədə narkotik vasitə olan marixuananı parçalayaraq içərisinə baxan şahid şahid2 təhqiqatçıya bunun içərisində heç nə yoxdur deyərək müraciət edir. Təhqiqatçı isə tam şəkildə baxmağı bildirir. 15-ci dəqiqədə təhqiqatçı Zaura marixuananın ilkin aşkarlandığı qara torbanın harada olmasını soruşur. Zaur qara torbanı təhqiqatçıya təqdim edir və birlikdə həmin tobaya baxış keçirdikdən sonra təhqiqatçı torbanın içərisində heç nə olmadığını bildirir. Hadisənin davamı olaraq 15-ci dəqiqə 10-cu saniyədə şahid Zaur bildirir ki, içərisində gəlməyib deyə təhqiqatçıya müraciət edir. 15-ci dəqiqə 14-cü saniyədə Zaur yenidən uzun müddətdir görüntüdən kənarda olan torbaya yaxınlaşır videogörüntüdə eşidilən səslərdən müəyyən olunur ki, Zaur torbanı silkələyir sonradan 15-ci dəqiqə 20-ci saniyədə Zaur 2-ci dəfə yenidən torbanı təhqiqatçıya təqdim edir videogörüntüdən aydın şəkildə müşahidə olunur ki, torbaya heçbir skoç yapışmayıb təhqiqatçı yenidən torbanı əlinə götürüb silkələyir, əlini torbanın daxilinə salaraq yenidən baxış keçirir və torbada heçnə aşkar etməyərək torbanı videogrüntünün müşahidə etdiyi istiqamətdə kənara atır. 15-ci dəqiqə 42-ci saniyədə torba Zaur tərəfindən götürülür yenidən tərsinə çevrilir Seymura verilir və Seymur yenidən görüntüdən itir. Video çəkilişin getdiyi həmin vaxt videogörüntüdən kənarda torbanın Seymur tərəfindən eşələməsinin xışıltısının səsi aydın şəkildə eşidilir. 15-ci dəqiqə 56-cı saniyədə Seymur əlində torba hazır vəziyyətdə yenidən təhqiqatçının yanına yaxınlaşr. 16-cı dəqiqə 48-ci saniyədə Seymur yenidən əlindəki torba ilə görüntüdən itir, həmin zaman Zaurda görüntüdən itir 16-cı dəqiqə 56-cı saniyədə Seymur yenidən görüntüdə görsənir. Bunlar baş verən zaman Zaur əlində torba ilə görüntüdən itir və görüntüdə olmadığı müddətdə təhqiqatçınn Zauru çağırmasına baxmayaraq Zaur təhqiqatçıya yaxınlaşmır. Həmin müddət ərzində torbanının xışıltısının səsi aydın şəkildə videogörüntüyə düşür. 17-ci dəq 20-ci saniyədə Zaur vdeogörüntüdə görsənir və torba ilə nəsə etdiyi hiss olunur. 20-ci dəqiqə 43-cü saniyədə torbaya 3-cü dəfə baxış keçirilir və əlavə narkotik vasitə aşkar olunur. 21-ci dəqiqədə təhqiqatçı Ruslana müraciət edərək bildirir ki, bu maddə sizin təqdim etdiyiniz torbadan aşkarlanıb bunun nə olduğunu bilirsiz? Ruslan isə cavab olaraq bildirir ki, onun nə olduğunu bilmirəm. 28-ci dəqiqə 58-ci saniyədə vəkil X5 sual verirki, torbanın içərisində nə olması ilə bağlı sənin məlumatın var idi? Cavab olaraq Ruslan torbanın içərisində nə olmasından məlumatının olmadığını bildirir. Qeyd etdiklərindən açıq-aşkar görsənir ki, təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə və silah xəbəri yoxdur. Bu əməliyyat tədbiri saxta və quramadır. Məhkəmənin hökmünün əsaslandırıcı hissəsində torbanın aşkar olunan metanmefataminə nisbətdə böyük olduğunu əsas gətirərək və hakimin dili ilə desək ehtimallara əsaslanaraq nakotik vasitənin torbada ilişib qalması ehtimalını əsas gətirərək çıxardığı ittihamedici hökm belə bir izah verməsi hakimin ittiham tərəfinin mövqeyidən çıxış etməsinin birbaşa sübutudur. Əgər hakim CPM-nin tələblərini rəhbər hökm çıxarsaydı, ehtimal ilə hökm çıxarmaz və bütün şübhəli halları təqsirləndirilənin xeyrinə təfsir edərdi. Dolayısı ilə qanuni hökm olsaydı, həmin hal belə qiymətləndirilərdi ki, torbaya birinci dəfə ətraflı şəkildə baxılmış, video kamera vasitəsilə torbanın içərisi ətraflı şəkildə görüntüyə alınmış, bundan sonra torba uzun müddət videogörüntüdən kənarda qalmış və həmin müddət ərzində iş üzrə şahid Seymur Quliyevdə görüntüdən kənarda qalmış həmin zaman şəxsi axtarış keçirilən otağın qapısı açılmış və bir müddət sonra qapı bağlanmış bu müddət ərzidə torba böyük olduğundan və içərisində aşkar olunan narkottik vasitə metanfetamin kiçik həcmdə olduğndan həmin narkotik vasitənin şahidlər tərəfindən rahatlıqla həmin torbaya atmaq ehtimalı böyükdür. Torbaya ikinci dəfə yenidən baxış keçirilməsi halı məhkəmə hökmündə hakim tərəfidən qiymətləndirilməyib. Dolayısı ilə bu hal bir daha sübut edir ki, hakimin fikri ancaq ittiham hökmü çıxarmağa yönəlmişdir. Belə ki, hakim özüdə videogörüntüyə baxarkən müşahidə edir ki, ikinci dəfə torba dəfələrlə həm təhqiqatçı həmdəki, iş üzrə şahid olan şahid2 və Seymur Quliyev tərəfindən tərsinə çevrilərək silkənərək ətraflı yoxlanmışdır. Bu hala heçbir don geyindirmək mümükün olmadığından bu hissəyə hakim tərəfindən heç bir qiymət verilməmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, təqsirləndirilən şəxs1 keyfiyyətli hüquqi yardım göstərilməmişdir. Belə ki, 27.02.24-cü il saat 23:40-da şəxsi axtarış protokolu tərtib olunmağa başlanmış 23:55-də şəxsi axtarış protokolunun tərtib olunması yekunlaşmışdır. Bakcellin təqdim etdiyi məlumatlara baxış keçirilərkən müəyyən olunur ki, saat 23:39-da yəni protokol tərtib olunan vaxtı vəkil Nail Məmmədovun anten dairəsi Sumqayıt şəhəri 18-ci mkr Elmar marketin yanında göstərir. 5-ci polis bölməsi Sumqayıt şəhərinin əsas çıxışında Sumqayıt Məhkəmə Kompleksinin yanında yerləşir. Sumqayıt şəhər 18-ci mkr isə Sumqayıtın Saray istiqamətində olan digər çıxışında yerləşir. İki ərazi arasındakı məsafə təqribən 7-8 km olar. Cinayət işi materiallarından görsənir ki, 28.02.24-cü il saat 17:10-da şübhəli şəxsin dindirilməsi başlayır, saat 18:00-da dindirmə qurtarır. Bakcellin təqdim etdiyi məlumatlarda müəyyən edilir ki, vəkil Nail Məmmədovun anten dairəsi Sumqayıt Şəhər Polis İdarəsinin yerləşdiyi ərazidə yəni Sumqayıt şəh M.Hüseynzadə 6-cı məhəllə ərazisində saat 17:44-dən göstərməyə başlayır. Dolayısı ilə belə çıxır ki, şəxsi axtarış protokolu tərtib olunarkən və şübhəli şəxsin dindirilməsində vəkil Nail Məmmədov iştirak etməmişdir. Şəxsi axtarış protokolu tərtib olunarkən vəkilin orada olmamasını əsas gətirib həmin protokolun sübutlar siyahısından çıxarılması ilə bağlı müstəntiq Bəhruz Qulamova verdiyi vəsatət rədd edilmişdir. Maraqlısı odur ki, vəsatətin rədd olunması barədə qərarı müstəntiq əsaslandırarkən qeyd etmişdir ki, vəkil həmin şəxsi axtarış protokolunun tərtib olunmasında iştirak etməyə bilər. Müstəntiq bir şeyi unudur ki, həmin protokolda şəxsi axtarış protokolunun tərtib olunma tarixi və vaxtı qeyd olunub. Dolayısı ilə müstəntiq Bəhruz Qulamov vəkilin protokol tərtib olunarkən orada olmamasını qəbul edir. İstintaq orqanın vəsatətini təmin etməməsi azda olsa anlaşılandır. O, bu vəsatətini məhkəmə istintaqı zamanı yenidən vermək məcburiyyətində qalmışdır. İstintaq orqanı daha ədalətli və vicdanlı davranıb. Belə ki, istintaq orqanı vəsatətini rədd edərkən qərarında vəkilin həmin prosesdə iştirakına ehtiyac olmadığını bildirərək bu işin saxta olmasını dolayısı ilə etiraf edir. İttiham hökmünü çıxaran hakim isə bu danılmaz faktlara qanuni don geyindirməyə çalışır. Ən maraqlısıda odur ki, verdiyi vəsatətə münasibət bildrməli olduğu halda prosessual məcəllənin tələblərini kobud şəkildə pozaraq həmin vəsatətinə münasibət bildirməmişdir. Bu hal bi daha sübut edir ki, çıxarılan hökm qanunsuz və əsassızdır. Hökm yalnız ehtimallara əsaslanır. Prosessual məcəllənin tələblərinə əsasən məhkəmə hökmü ehtimallara əsaslana bilməz. Sübuta yetirilməyən və şübhəli hallar təqsirləndirilən şəxin xeyrinə təfsir olunmalıdır. Bundan başqa müdafiə tərəfinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən keyfiyyətli hüquqi yardım göstərilmədiyi və onun istintaq zamanı ifadəsi alınarkən müdafiəçinin iştirakının təmin olunmamasına münasibətdə bunları bildirməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə müdafiəçisi X2 istifadəsində olan 055-796-86-66 mobil telefon nömrəsinə daxil olan, eləcə də çıxan zənglər barədə məlumatlar, həmin tarixə olan anten dairə məlumatları, o cümlədən həmin mobil nömrələrin kimin adına rəsmiləşdirilməsi barədə məlumatlar ibtidai istintaq zamanı sorğu edilərək müvafiq mobil operatorlarından götürülmüşdür. Belə ki, ##.##.2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokola və ona əlavə edilmiş 01 ədəd “DVD” diskdən görünür ki, X2 istifadəsində olan 055-796-86-66 mobil telefon nömrəsinin ## ###### 2024-cü il tarixdə saat 17:44-də və 17:54-də, ## ###### 2024-cü il tarixdə saat 09:39; 09:40;10:09; saat 11:02; saat 11:03; saat 11:19; saat 11:52; saat 11:59-da Sumgayıt şəhəri, 6-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi ünvanında anten əhatə dairəsində olması müəyyən edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən keyfiyyətli hüquqi yardım göstərilmədiyi və onun istintaq zamanı ifadəsi alınarkən müdafiəçinin iştirakının təmin olunmaması barədə müdafiə tərəfinin irəli sürdüyü iddialar anten dairə məlumatları ilə təkzib olunmuş, müdafiəçinin iştirakı ibtidai istintaq orqanı tərəfindən təmin edilmişdir. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 məxsus “Samsung A13” markalı telefona baxış keçirilmiş, baxış keçirilən zaman “Qalereya” bölməsində təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın, psixotrop maddə olan metamfetaminin, bir ədəd avtomat silahının, bir ədəd darağın və 5 ədəd patronların aşkar olunduğu yerin işarələnmiş fotoşəkillərinin və narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddənin fotoşəklinin olması, "Kontaktlar” bölməsində “Hadi” adı ilə qeyd olunmuş İran İslam Respublikasının telefon kodu ilə başlayan +*********** saylı mobil telefon nömrəsinin qeyd olunduğu, həmçinin telefonda quraşdırılmış “Whatsapp” tətbiqində təqsirləndirilən şəxs2 İİR-in vətəndaşı “Hadi” adlı şəxslənarkotik vasitələrin əldə olunması ilə bağlı aralarında apardıqları danışıqların olması müəyyən olunmuşdur. Hökmün 27 səhfəsi 1 abzasında qeyd edir ki, Samirin üzərindən aşkarlanan telefonda qalereyada müəyyən olunan şəkillərdə silahın və narkotik vasitələrin olduğu yerin şəkilləri var. Hökmün 27-ci səhifəsi 2-ci abzasında isə özü qeyd edir ki, Whatsapp” tətbiqində təqsirləndirilən şəxs2 İİR-in vətəndaşı “Hadi” adlı şəxslə narkotik vasitələrin əldə olunması ilə bağlı aralarında apardıqları danışıqların olması müəyyən olunmuşdur. Yenədə eyni qaydada narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddənin fotoşəklinin olması halını qeyd edir. Dolayısı ilə bir daha sübut olunur ki, Samir və Ruslan həmin əraziyə şəxsi istifadələri üçün narkotik vasitə olan heroin götürməyə gediblər. Göründüyü kimi təqsirləndirilən şəxsin mobil telefonundan da görünür ki, şəxs həmin narkotik vasitə və avtomatı əldə etmək üçün həmin ünvana getmiş, şəkillərdə avtomatın olması şəxsin avtomatla, ümumiyyətlə, əlaqəsinin olmaması, həmçinin narkotik vasitənin müxtəlif növlərdə və müxtəlif miqdarlarda olması onun yalnız 3 qram “kakos” üçün həmin ünvana getməsi barədə iddiaları təkzib edir. Belə ki öncədən danışılmış və razılaşdırılmış plana uyğun olaraq şəxs hərəkət edərək həmin ünvana getmiş və şəkilləri öncədən atılmış narkotik vasitə və avtomatı oradan götürmək istəmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və təqsirləndirilən şəxs2 isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmək üçün qeyd olunan ünvanda maşından düşməsi, torpağa baxsa da vasitəni tapa bilməməsi, sonra polislərin yaxınlaşdığını görüb oradan uzaqlaşması barədə verdiyi ifadə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi (“Ruslan avtomobildən düşərək heroini götürməyə getmiş və geri qayıdanda Ruslanın əlində böyük bağlama olduğunu görmüşdür.”(cild 2, səhifə 220-222)), həmçinin iş üzrə şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr ilə təkzib olunur. İş üzrə şahid qismində tanınmış şahid1 ##.##.2024-cü ildə keçirilən şəxsi axtarış zamanı ayıdın şəkildə qeyd edir ki, mən hava qaranlq olduğundan Ruslanın nəsə götürdüyünü görməmişdir. İş üzrə digər bir şahid maşından düşən şəxsin bir bağlamaya tərəf yaxınlaşdığını görmüşdür. Daha sonra digər polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar isə maşını sürüb gedən şəxsin arxası ilə getmişlər. Qeyd edilən bağlamanı təqsirləndirilən şəxsin götürüb-götürmədiyini xatırlamamışdır. O, təqsirləndirilən şəxs1 barəsində əvvəlcədən məlumat toplamamış, qeyd olunan bağlamanı görməmişdir. Şəxsin əlində bağlama olubolmadığını dəqiq xatırlamamışdır. İş üzrə digər şahidlərdə eyni qaydada ziddiyyətli və birbirinə uyğun olmayan ifadələr vermişlər. Buna baxmayaraq hakim onların verdiyi ziddiyyətli ifadələri mötəbər hesab edərək ittiham hökmü çıxarmışdır. Eyni hakim Ruslan və Samirin verdiyi ifadələr tənqidi yanaşaraq ibtidai istintaqda psixi və fiziki təzyiq altında verdikləri ifadəni mötəbər hesab etmişdir. Bu hökm bütövlükdə ədalət mühakiməsini şübhə altına alır. Bundan başqa “şəxsi axtarış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı şahid1 qaranlıq olduğundan təqsirləndirilən şəxs1 nəsə götürdüyünü görmədiyini bildirmişdir. İş üzrə şahid qismində tanınmış şahid1 ##.##.2024-cü ildə saxlanılarkən üzərinə keçirilən şəxsi axtarış video görüntüsündəki ifadəsinə özünə məxsus şərh verir. Hakim yenə ehtimallara əsaslanan mövqe ortaya qoyub. Hökmün bundan öncəki əsalandırma hissəsində hakim iş üzrə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 şəxsi axtarış videogörüntülərinə istinad edərək təqsirlərinin sübuta yetirildiyini qeyd edir. Nə hikmətdisə bu dəfə əksinə olaraq qeyd edir ki, Süleyman Ruslan ilə Samiri tanıdığından ilk öncə videogörüntüdə onların xeyrinə ifadə vermişdir. İbtidai istintaq dövründə şahid1 üzərinə keçirilən ##.##.2024-cü il tarixli şəxsi axtarış protokolu saxtalaşıdrılmışdır. Belə ki, şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı Zaur Ağayev şahid1 sual verir ki, Ruslanın torbanı götürdüyünü gördün? şahid1 isə hava qaranlıq olduğundan Ruslanın nəyisə götürməsini görməyib. Şəxsi axtarış protokolunda və ifadələrdə bu hal gördüm kimi qeyd olunub. Müdafiəçi olaraq hakimin bu halı şahid1 guya ki, sonradan peşman olması və ifadəsini dəyişməsi kimi izah verməsi hakimin qərəzli hökmün isə qanunsuz olmasının əyani sübutudur. Amma hörmətli hakim bir məqamı yaddan çıxarır ki, şəxs ilkin saxlanılan zaman təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrini izah olunmuş və həmin hüquq və vəzifələrin əks olunduğu bildiriş ona təqdim olunmuşdur. Dolayısı ilə şahid1 sonradan yalan ifadə verməklə bağlı məsuliyyətini dərk etməsi ilə bağlı mövqe absurddur. Digər bir məqam ehtimal edək ki, hadisə hörmətli hakimin ehtimal etdiyi kimi baş verib. Yəni şahid1 Ruslanla tanış olduğu üçün ilkin olaraq onun xeyrinə ifadə verib ancaq sonradan məsuliyyətini dərk edib peşman olub hadisəni gördüyünü bildirib. Birdə bu hadisəyə iş materiallarında olana sübutlara və qanuni mövqedən baxaq. İş materiallarına baxan zaman müəyyən olunur ki, şahid1 üzərində ##.##.2024-cü il şəxsi axtarış keçirilmiş və həmin axtarış videogörüntüyə alınmışdır. Həmin videogörüntüdə şahid1 hava qaranlıq olduğundan Ruslanın nəsə götürdüyünü görmədiyini bildirmişdir. Həmin tarixli şəxsi axtarış protokolunda bu hal görmüşəm kimi qeyd olunmuşdur. Ondan sonra keçrilən ibtidai istintaq hərəkətlərində həmin hal görmüşəm kimi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alsaq görərik ki, hakimin gəldiyi nəticə iş materiallarına və sübutlara əsalanmır. Beləki, hadisə hakimin dediyi kimi baş versəydi iş materiallarında şahid1 ziddiyyətli ifadə verməsi müəyyən olunardı bu o deməkdir ki, ifadələr arasında ziddiyyət var. Müstəntiq bu halı müəyyən edib hansı ifadəsinin daha mötəbər olması ilə bağlı Süleymana sual verməliydi və bütün bunlar ifadələrdə öz əksini tapmalı idi. Əvvəlcədən də qeyd etdiyi kimi iş materiallarında belə bir hal müüəyyən olunmur. Dolayısı ilə hakim bundan öncə necə ehtimallara əsaslanırdısa, eyni qaydada ehtimallara əsaslanaraq hökm çıxarmışdır. Apellyasiya şikayətləri üzrə icraat zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, birinci instansiya məhkəməsində aparılan icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Apellyasiya şikayətləri üzrə icraat zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilmiş, birinci instansiya məhkəməsində aparılan icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 son söz olaraq sübutları və azyaşlı övladının olmasını, günahının olmadığını nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 son söz olaraq sadəcə kakos istədiyini, silah və torbaya qoyulanları istəmədiyini bildirərək qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü əsassız və qanunsuz olduğu üçün ləğv olunması, təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X9 çıxış edərək apellyasia şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək və sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci hökmü dəyişdirilməlidir. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini göstərərək ifadəsində qeyd etmişdir ki, təxminən 3 ildir narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən tüstüsünü qəbul edərək istifadə edir. təqsirləndirilən şəxs2 uzun müddətdir tanımış, onunla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğundan Samiri də həmin vaxtlardan etibarən tanmışdır. Samirin də narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bir neçə gün əvvəl İsmayıllı rayonu, Qubaxəlilli kəndində yaşayan həmkəndlisi şahid1 onunla əlaqə saxlayıb Bakı şəhərinə gələcəyini, ona kirayə ev tapmaqda köməklik göstərməsini xahiş etmişdir. Süleymanla ## ###### 2024-cü il tarixdə, təxminən saat 20:30 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında görüşmüşdür. Həmin ərəfələrdə hazırda xatırlamadığı tanışlarının birinin mobil telefonu ilə Samirin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlamış və sonuncu onunla görüşmək istədiyini bildirmişdir. O, da Samirə olduğu yeri demişdir. Süleymanla birlikdə çörək yedikləri vaxt Samir onların yanına gəlmiş və onu kənara çəkib demişdir ki, “bir nəfər İran vətəndaşı ilə danışmışam, Sumqayıta 3-4 qram “kakos” göndərəcək, gedib həmin “kakosu” birlikdə götürək və birlikdə istifadə edərik”. O. da Samirlə razılaşmış və sonuncu öz mobil telefonu ilə adını bilmədiyi İran vətəndaşı ilə danışdıqdan sonra ona bildirmişdir ki, İranlı ona narkotik vasitəni qoydurduğu yerin koordinatlarını (konumunu) və fotoşəkillərini göndərmişdir. Bundan sonra o, Süleyman və Samir sonuncunun idarə etdiyi Mercedes markalı avtomobillə İranlının göndərdiyi konum əsasında Sumqayıt şəhərinə gəlmişlər. Samir yolun kənarında avtomobili saxladıqdan sonra ona narkotik vasitənin qoyulduğu ərazini göstərmiş, o isə avtomobildən düşərək narkotik vasitəni götürmək üçün həmin torpaq sahəyə baxmış, lakin narkotik vasitəni tapa bilməmişdir. Həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görmüş və qaçaraq Samirin avtomobilinə tərəf getmişdir. Həmin vaxt Samir avtomobili idarə edərək oradan uzaqlaşmış, polis əməkdaşları isə onu saxlamışlar. Sonra isə polis əməkdaşları torpaq sahədəki dəmiri qaldırıb altından böyük torbanı götürmüşlər və ondan həmin torbanı axtardığını soruşmuşlar, o isə həmin torbanı axtarmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu 5-ci polis bölməsinə aparmışlar. Polis bölməsinə aparan zaman torbanı polis əməkdaşları avtomobilin yük yerinə qoymuşlar, o isə avtomobilin salonunda, arxa hissədə əyləşmişdir. Polis bölməsində polis əməkdaşları onun üzərində axtarış aparmışlar, cibində olan 70 manat pulunu götürmüşlər, sonra isə adlarını bilmədiyi polis əməkdaşları ona bağlamada avtomat olduğunu, qara rəngli paketdə isə narkotik vasitə marixuana olduğunu bildirmişlər. Sonra isə polis əməkdaşları həmin silah və narkotik vasitənin özünə məxsus olduğunu demədiyi halda həmin narkotik vasitəni və silahı yaşadığı evə qoyaraq oradan aşkar edəcəklərini demişlər. O, razılaşmadıqda isə onu döyməyə başlamışlar. Evdə onkoloji xəstə olan anası olduğundan və onu döydüklərinə görə qorxub polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra həmin bağlamanı ona vermişlər və əlində saxlamış, sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşlarının əvvəlcədən ona dedikləri kimi o, bağlamanı təqdim etmişdir. Həmin bağlama açılan zaman içərisindən bir ədəd avtomat, 5 ədəd patron, bir ədəd daraq, bir ədəd qara rəngli sellofan bükümdə marixuana aşkar olunmuşdur. Sonra isə içərisindən həmin silah və narkotik vasitə aşkar olunmuş bağlamanı otağın qapısının yanında yerə qoymuşlar. Təhqiqatçı tərəfindən ona suallar verilən zaman xarici görünüşünü xatırlamadığı polis əməkdaşlarından biri otaqdan çölə çıxmış, sonra isə yenidən otağa qayıtmış və əlində bir ədəd sellofan bükümdə metamfetamin gətirmiş və çəkiliş aparan polis əməkdaşının yanında dayanmış xarici görünüşünü xatırlamadığı polis əməkdaşına işarə edərək həmin bükülünü silah və marixuana aşkar olunmuş torbaya atıb-atmamasını soruşmuş, həmin polis əməkdaşı isə işarə verərək metamfetamini torbaya atmasını göstərmişdir. Əlində metamfetamin olan polis əməkdaşı da metamfetamini torbanın içərisinə atmışdır. Bundan sonra həmin torbaya yenidən baxış keçirilmiş və metamfetamin aşkar olunaraq qablaşdırılmışdır. O, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zaman da 3-4 qram narkotik vasitə götürmək üçün gəldiyini bildirmişdir. Xatırladığı qədəri ilə şəxsi axtarış zamanı sağ tərəfində dayanmış keçəl olan polis əməkdaşı çölə çıxaraq həmin metamfetamini gətirib torbanın içərisinə atmışdır. Xatırladığı qədəri ilə onu döyən polis əməkdaşlarından hündür boylu, dolu bədənli və keçəl olan polis əməkdaşı şəxsi axtarış zamanı da iştirak etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində aparılan icraat zamanı vermiş olduğu ifadədən görünür ki, iranlı şəxs ilə danışmış, “whatsapp” proqramı vasitəsilə ilə yazışmaqla ondan 3 qram “kakos” istəmişdir. İranlı şəxsi də həmin gün tanımışdır. Daha sonra Ruslan ilə görüşmüş, həmin zaman Ruslanın yanında bir nəfər dostu da olmuş, Ruslana iranlı ilə danışdığını, gedib “kakos” götürəcəyini bildirmişdir. Ruslan ilə birlikdə narkotik vasitəni götürməyə getmişlər. Daha sonra Ruslan maşından düşərək narkotik vasitəni götürmək istərkən, götürməmiş saxlanılmışdır. O isə avtomobili sürərək həmin yerdən qaçmış və yarım saat sonra da özü saxlanılmışdır. Hadisə ## ###### 2024-cü ildə, saat 22-23 radələrində baş vermişdir. Sumqayıtı yaxşı tanımamış, sonradan Sülh küçəsində saxlanıldığını bilmişdir. O, verilən suallara cavab olaraq bildirdi ki, İranlı şəxsdən 3 qram “kakos” götürməyi danışmışdır. 3 qram “kakos” u özü üçün götürmüşdür. Onun avtomobili vasitəsilə getmişlər. İranlı şəxsə pul ödəməmişdir. O, Xırdalan şəhərində yaşamışdır. İranlı şəxs ilə özü danışmışdır, bu danışıqda Ruslan iştirak etməmişdir. Ruslan narkotik vasitəni götürə bilməmiş, maşından düşən kimi Ruslanı polis əməkdaşları tutmuşlar. O, Ruslana narkotik vasitəni düşüb götürməyini söyləmişdir. Ruslan 3 qram “kakos” götürəcəyini bilmişdir. Ruslanla birlikdə narkotik vasitə istifadə etmişlər. O, hadisə yerindən qaçmışdır. Ona polis əməkdaşları tərəfindən təzyiq göstərilmişdir. Tutulduğu yerdə onu döymüşlər. 10-15 nəfər polis əməkdaşı olmuşlar. Polis bölməsində şiddətli təzyiq olmuşdur. İlkin ifadəsini təsdiq etməmişdir. İranlı şəxs onunla əlaqə saxlamışdır. O, iranlı şəxsdən nömrəsini kimin ona verdiyini soruşmuşdur. Sonra iranlı şəxs ona müvafiq yerə “mal” atdığını, gedib götürməyini bildirmişdir. O isə həmin zaman istifadəçi olduğu üçün ağrılı olmuşdur. O, iranlı şəxsdən 3 qram “kakos” istəmişdir. İranlı şəxsə narkotik vasitənin qramı üçün 35 manat verməli olmuş, narkotik vasitəni götürdükdən sonra verəcəkmiş. Həmin vaxtlar Ruslanın telefonu olmamış, Süleyman adlı dostunun telefonu vasitəsilə ona zəng etmiş, 20 yanvar ərazisində dostu ilə yemək yediklərini demişdir. O da Ruslangilin yanına getmiş və Ruslanın da ağrılı olduğunu görmüşdür. Ruslana iranlı ilə danışdığını, gedib “kakos” götürəcəklərini demiş və getmişlər. Yəni, Ruslanın orada heç nədən xəbəri olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən ona təzyiq göstərilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçildiyi məhkəmədə də bunu bildirmiş, onu çox şiddətli döymüşlər. Onun bugünədək odlu silahla əlaqəsi olmamış, sadəcə narkotik istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, təxminən 3-4 ildir narkotik vasitə olan heroinin tüstüsünü qəbul edərək istifadə edir. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğundan təqsirləndirilən şəxs1 da həmin vaxtlardan tanımış, sonuncu ilə həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Ruslanın da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. ## ###### 2024-cü il tarixdə, təxminən saat 22:30 radələrində özünü ona İran İslam Respublikasının vətəndaşı Hadi kimi təqdim edən şəxs onunla 055-937-30- 30 nömrəsi ilə qeydiyyatdan keçdiyi "Whatsapp" tətbiqi vasitəsilə əlaqə saxlayıb onun nömrəsini ona tanışlarının verdiyini demişdir. Söhbət zamanı Hadi ona narkotik vasitə və avtomat göndərəcəyini, həmin avtomat və narkotik vasitəni daha sonra deyəcəyi yerə qoyacağını, bunun əvəzində isə ona narkotik vasitə verəcəyini demiş, o, da Hadi ilə razılaşmışdır. ## ###### 2024-cü il tarixdə, təxminən saat 21 radələrində Hadi mobil telefonuna narkotik vasitə və avtomatı qoydurduğu ərazinin konumunu və fotoşəkillərini göndərmişdir. Həmin ərəfədə o, Ruslanla və sonradan adını bildiyi sonuncunun tanışı Süleyman adlı şəxslə Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında görüşmüş və Ruslanla təklikdə söhbət zamanı Hadinin narkotik vasitə və avtomat göndərdiyini demiş, həmin yerə birlikdə gedib həmin narkotik vasitə və avtomatı götürdükdən sonra ona da narkotik vasitə verəcəyini demiş, Ruslan da onunla razılaşmışdır. Bundan sonra o, Ruslan və Süleyman onun idarə etdiyi "Mercedes Benz E200 CDİ" markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hadinin göndərdiyi konum və fotoşəkillər əsasında Sumqayıt şəhəri, Sülh küçəsinə gəlmişlər. Hadinin narkotik vasitəni qoydurduğu yerə çatandan sonra avtomobili yolun kənarında saxlamış, Ruslan isə özü gedib narkotik vasitəni götürəcəyini demişdir. Onlar Süleymanın həmin yerə narkotik vasitə götürmək üçün gəldiklərini bilməməsi üçün bu barədə danışanda kənara çəkilib danışmışlar. Təxminən saat 22 radələrində Sumqayıt şəhərinə çatdıqdan sonra Ruslan avtomobildən düşərək heroini götürməyə getmiş və geri qayıdanda Ruslanın əlində böyük bağlama olduğunu görmüşdür. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslərin Ruslana yaxınlaşdıqlarını görmüş və polis əməkdaşları olduğunu başa düşüb avtomobili sürərək oradan uzaqlaşmışdır. Həmin vaxt arxasınca DYP avtomobillərini gəldiyini görmüş və ondan avtomobili saxlamasını tələb etdiklərini eşitmişdir. O, avtomobili Bakı-Quba yolu istiqamətində sürmüş və bir qədər getdikdən sonra polis əməkdaşları süni tıxac yaradaraq onu saxlamışlar. O, avtomobili saxlayıb yerə düşərək qaçmaq istəmiş, lakin polis əməkdaşları onu tutub saxlamışlar, sonra isə Süleymanla birlikdə onu Sumqayıt ŞPİ-nin 5- ci PB-yə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində özünün seçdiyi vəkil Qoşqar Abbasovun iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərindən ## ###### 2024cü il tarixdə Bakı şəhəri Şamaxinka adlanan ərazidə Elnur adı ilə tanıdığı şəxsdən özü istifadə etmək üçün aldığı 4 ədəd metadon həbləri aşkar olunmuşdur. Şəxsi axtarış zamanı da İranlı Hadinin avtomat və narkotik vasitə göndərdiyini, həmin narkotik vasitə və avtomatı götürüb sonuncunun deyəcəyi yerə qoyduqdan sonra ona da narkotik vasitə verəcəyi ilə razılaşdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş metadon həbləri götürülərək qablaşdırılmış, o da qablaşdırmanın üzərinə imza etmişdir. Narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olur. Həmin avtomatı və narkotik vasitəni Hadinin dediyi yerə qoyduqdan sonra sonuncu ona narkotik vasitə verəcəyi barədə razılaşmışdır. Süleymanın onun və Ruslanın Sumqayıt şəhərinə narkotik vasitə əldə etmək üçün gəldiklərindən məlumatı olmamışdır, onlar Süleymana bu barədə heç bir söz deməmişlər. Şəxsi istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona psixi və fiziki təsir göstərilməmişdir. Apellyasiya şikayətləri üzrə icraat zamanı dindirilmiş şahid şahid1 öz ifadəsində göstərmişdir ki, Ruslanla telefonla danışmışdır ki, Bakıya işləmək üçün gəlir. Biləcəridə kirayəlik 150-200 manatlıq ev axtarırmışdır. Səhər Ruslanı yığmış, lakin ona zəng çatmamışdır. Sonra özü başqa nömrədən onu yığmış, ona demişdir ki, iş yoldaşı Samir Sumqayıtdan pul götürüb qayıdacaq. Maşına minmiş və Sumqayıta getmişlər. Maşını Samir sürmüş, Ruslan qabaq oturacaqda, o isə arxada əyləşmişdi. Ruslan onun telefonunu götürüb maşından düşmüş, ondan sonra Ruslanı görməmişdir. Bu anda ətrafı polis əməkdaşları almış, Samir maşını qaçırtmışdır. Samir də ona demişdir ki, “Ruslan sənə heç nə deməyib?”. O cavab olaraq bildirmişdir ki, xeyr. Samiri tutanda onu da 5-ci bölməyə gətirmişlər. Samir də, Ruslan da orada dedilər ki, Süleymanın nə üçün Sumqayıta gəldiyindən xəbəri olmayıb. Ruslanın hansı məqsədlə çağırıldığını bilmir. Suallara cavab olaraq qeyd etmişdir ki, Ruslan maşından düşəndən sonra onu görməmişdir. Həmin vaxt gecə qaranlıq idi, heç nə görünmürdü. Qaçanda Samirdən soruşmuşdur, lakin ona heç nə deməmiş, sürüb getməyə çalışmışdır. O, bilsə idi, narkotik və silah götürəcəklər heç vaxt onlarla getməzdi. O, maşında arxada oturmuşdur. Maşının şüşəsi qara olduğuna görə o, 1 metr qabağını görə bilməzdi. Samir qapıları bağlayanda soruşmuşdur ki, niyə qapını bağlayırsan? Ruslan maşına tərəf gələndə onu polis əməkdaşları tutmuşdur. O, heç nə görməmişdir. Apellyasiya şikayətləri üzrə icraat zamanı şahid X3 öz ifadəsində göstərmişdir ki, tarix dəqiq yadına gəlmir. Əməliyyat qrupunda olmuş, məlumat daxil olub, tədbir keçirilmişdir. Müdafiəçi və ekspertin iştirakı təmin olunub, şəxsi axtarış həyata keçirimişdir. Silah və narkotik vasitə bükümlər aşkar olunmuş, təzədən torbaya ətraflı baxış keçirmişlər. Verilmiş suallara cavab olaraq şahid X3 qeyd etmişdir ki, Polietilen torbada metamfetamin aşkarlanmış, sonra silah aşkar olunmuş, onun açılmasını çox vaxt sərf olunmuşdur. Daha sonra torbaya baxış keçirilmişdir. Videoçəkiliş zamanı içəri kim isə daxil olub çıxmamışdır. Çəkiliş ekspert tərəfindən aparılmışdır. Sənədləşmə onun tərəfindən aparılmışdır. Videoda “Burdan çıxmadı” ifadəsini işlədəndə, yəni əlavə heç nə çıxmadığını nəzərdə tutmuşdur. Apellyasiya şikayətləri üzrə icraat zamanı şahid şahid3 öz ifadəsində göstərmişdir ki, Əməliyyat məlumatı daxil olmuş, təqsirləndirilən şəxslər şöbəyə aparılmış və üzərinə baxış keçirilmişdir. Şahid şahid3 verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, əməliyyat məlumatı şahid2 daxil olmuş, o, qrupun üzvü kimi iştirak etmişdir. Ruslanı saxlamışlar, digərinin sürüb getməyi yadına gəlmir. Şəxsi axtarışda iştirak etmiş, metamfetamin, silah və bükümlər aşkarlanmışdır. Təhqiqatçı torbanın içinə dəqiq baxmamış, sonra yenidən baxmış, bükümü aşkar etmişdir. Çəkilişi kriminalist aparmışdır. Polietilen salafan ağ-göy rəngdə olmuş, metamfetamin də elə ağ rəngli bükümdə olmuş, təhqiqatçı görməmişdir. Təhqiqatçıya demişdir ki, ətraflı baxsın. Otaqda kriminalist, vəkil, təhqiqatçı, əməliyyat müvəkkili olmuşdur. O, narkotik vasitəni görmüş, təhqiqatçıya demişdir ki, ətraflı baxsın. Onların olduğu yerlə müşahidə etdiyi yerlə arasında maksimum 50 metr məsafə olardı. Ruslan əşyanı - predmeti götürüb gələndə, əlində olanda tutmuşlar. Maşına çatanda Samir maşını sürüb qaçmışdır. Qaranlıq vaxt olmuşdur. Kimin dalınca gedəcəyi məlum olmamış, xatırlamır. Tutulduğu yerdə turba var, Ruslan ordan Çerkassi küçəsinin istiqamətində gəlmişdir. Maşından düşmüş, əlində sumka gələndə işığı əks etdirirdi, onda yola çatana yaxın tutmuşlar. “Şəxsi axtarış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Ramin Əhmədov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək təqsirləndirilən şəxs1 olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz döviyyəsi və odlu silah saxlamaqda şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 5- ci PB-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra müstəntiq təqsirləndirilən şəxs1 hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər * saylı vəkil bürosunun vəkili X1 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. təqsirləndirilən şəxs1 əlində tutduğu üzəri skotçla bağlanmış torbanı təqim edir. təqsirləndirilən şəxs1 təqdim etdiyi torba açıldıqda içərisində üzəri skotçla bağlanmış bir ədəd qara rəngli sellofan bağlamanın və üzəri skotçla bağlanmış ağ rəngli bağlamanın olması müəyyən olunur. Qara rəngli bağlama açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin, ağ rəngli bağlama açıldıqda isə üzərində 767413, tutacağında 56/1 nömrə qeyd edilmiş bir ədəd avtomat silahının, bir ədəd darağın və darağın içərisində 5 ədəd patronların olması müəyyən olunur. Həmçinin içərisindən avtomat və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş torbanın içərisinə baxıldıqda bir ədəd şəffaf sellofan bükümündə içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilir. Sorğu zamanı təqsirləndirilən şəxs1 ##.##.2024-cü il tarixdə, təxminən saat 21 radələrində tanışı təqsirləndirilən şəxs2la görüşdükdə sonuncunun ona İran vətəndaşı ilə “Whatsapp” vasitəsilə danışdığını, İran vətəndaşının Sumqayıt şəhərində avtomat və narkotik vasitə gizlətdiyini və həmin yerin koordinatlarını göndərdiyini, həmin bağlamanı götürməkdə ona köməklik edəcəyi halda ona istifadə etməsi üçün narkotik vasitə verəcəyini deməsini, o da razılaşdıqdan sonra Samirin idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə gəldiklərini, avtomobildən düşüb bağlamanın olduğu yerə yaxınlaşaraq bağlamanı götürüb avtomobilə tərəf gəldikdə polis əməkdaşları tərəfindən saxlanıldığını. Samirin isə avtomobili idarə edərək oradaq uzaqlaşdığını bildirir. Marixuanaya bənzər maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 500 qram, metamfetaminə bənzər maddənin çəkisinin isə 3,94 qram olması müəyyən edilir. Bundan sonra təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılır, lakin üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. "Şəxsi axtarış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Zaur Ağayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək təqsirləndirilən şəxs2 olduğunu bildirir. Bundan soma təhqiqatçı tərəfindən təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz döviyyəsi və odlu silah saxlamaqda şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 5- ci PB-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra müstəntiq təqsirləndirilən şəxs2 hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər * saylı vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli paltosunun sol iç cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, “Mercedes E200 CDİ” markalı, **-UA- *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini, özünə məxsus ümumvətəndaşlı pasportunu, həmin avtomobilə dair etibarnaməni, bir ədəd “Leobank” bank kartını, bir ədəd “Bakı kart” kartını, gödəkçəsinin sağ iç cibindən bir ədəd konvalyutda üzərində “Methadone 40” yazılmış 4 ədəd həbləri, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, üç ədəd 1 manatlıq, cəmi 33 manat pul əskinazlarım çıxararaq təqdim edir. Sorğu zamanı təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı olan tanımadığı bir şəxlə “Whatsapp” vasitəsilə əlaqə saxladığını, həmin şəxsin ona Sumqayıt şəhəri ərazisində deyəcəyə yerə gedərək oradan silah və narkotik vasitə olan bağlamanı götürərək deyəcəyi ünvana aparacağı halda bağlamada olan narkotik vasitəni ona verəcəyini dediyini, həmin şəxslə razılaşaraq ##.##.2024-cü il tarixdə axşam saatlarında tanışı Ruslan adlı şəxs və sonuncunun tanışı olan adını bilmədiyi şəxslə Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında görüşdüyünü, Ruslana həmin bağlama barədə məlumat verib onunla birlikdə gedib bağlamanı götürəcəyi halda narkotik vasitədən verəcəyinə vəd verdiyini, Ruslan onunla razılaşdıqdan sonra adının Süleyman olduğunu bildiyi şəxs və Ruslanla birlikdə idarə etdiyi “Mercedes” markalı, 90-UA- 762 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə gəldiklərini, İİR-in vətəndaşının onun mobil telefonuna göndərdiyi koordinatın qeyd olunduğu yerə gəldiklərini, həmin yerdə Ruslanın avtomobildən düşərək içərisində silah və narkotik vasitə olan bağlamanı götürüb avtomobilə tərəf yaxınlaşan zaman polis əməkdaşlarının sonuncunu saxladıqlarını gördüyünü, buna görə avtomobili idarə edərək Süleymanla birlikdə həmin yerdən uzaqlaşdığını, lakin Bakı-Quba yolunda polis əməkdaşlarının onları saxldıqlarını, avtomobildən düşüb qaçmaq istəyən zaman yıxıldığını, lakin heç bir xəsarət almadığını, həmin vaxt polis əməkdaşlarının onları saxayaraq polis bölməsinə gətirdiklərini, Süleyman adlı şəxsin narkotik vasitə və silahdan məlumatının olmadığını bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılır, lakin üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 4 ədəd üzərində “Methadone 40” yazısı olan həblər ekspertizaya göndərilməsi üçün qablaşdırılır, üzərində qeydlər aparılır və imzalanır. təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş sənədlər və mobil telefon götürülür, 33 manat pul sonuncunun özünə qaytarılır, sonda isə çəkiliş dayandırılır. İş üzrə təyin edilmiş məhkəmə-kompüter texniki ekspertizasının ## ##### 2026-ci il tarixli rəyindən görünür ki, tədqiq olunan “Samsung Galaxy A 13” markalı “SM- A135F/DSN” modelli mobil smartfonun yaddaşında mövcud olan (foto, video, audio, “WhatsApp” məlumat mübadiləsi və s.) və bəzi silinmiş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar və onlar əsasında tərtib edilən (Extraction Report) hesabat “Ekspertiza 9-306” adlı qovluqda xarici yaddaş qurğusuna köçürüldü. Tədqiq olunan mobil smartfonun yaddaşından əldə olunmuş məlumatlar arasında “çat” hissəsinin “WhatsApp” proqram təminatına aid bölməsində “055-937-30-30” nömrəsi ilə digər istifadəçilər (nömrələr) arasında olduğu qeyd edilən məlumat mübadilələrinə dair rəqəmsal izlər müəyyən edildi. Ekspert rəyinə əlavə edilmiş * nömrəli “DVD-R” diskdə “Ekspertiza 9-306” adlı qovluq, həmin qovluğun daxilində “samsung_SM-A135F” qovluq mövcuddur. Adıçəkilən qovluğun tərkibində “files” qovluğu (tərkibində “Application”, “Archives”, “Video” qovluqları vardır) mövcuddur. Ekspert rəyinə əlavə edilmiş * nömrəli “DVD-R” diskdə “Ekspertiza 9-306” adlı qovluq, həmin qovluğun daxilində “samsung_SM-A135F” qovluq mövcuddur. Adıçəkilən qovluğun tərkibində “files”, “pages”, “thumbnails” qovluqları mövcuddur. Ekspert rəyinə əlavə edilmiş * nömrəli “DVD-R” diskdə “Ekspertiza 9-306” adlı qovluq, həmin qovluğun daxilində “samsung_SM-A135F” qovluq mövcuddur. Adıçəkilən qovluğun tərkibində “Accountpackage”, “chats” “contacs”, “email”, “files”, “gps”, “icons”, “pages”, “party_photos”, “Passwords”, “photos”, “resources”, “thumbnails”, “timelines” qovluqları mövcuddur. Qeyd edilən disklərin tədqiqi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: * nömrəli “DVD-R” diskdə “files” qovluğun tərkibində “Audio” qovluğunda aşağıdakı səs yazıları müəyyən edilmişdir: PTT-20240226-WA0055 səs faylı (##.##.2024, 18:11) (naməlum qadın səsi): Samir mən evdə deyiləm, evə keçəndə deyəcəm gəlib götürərsən. İkincidə ki, sənin başına dönərəm, sənə qadan alaram, Səfərə nə vaxtdı tema keçib əlinə. Tema keçməyi ilə aləm ... dəyməyi bir oldu. Fakt qızlar bizdə ola-ola, Mehribangil ola-ola, onun da şoferin Allah şahidi ki, yəni 05 zad alıb gətirirdi, oturub çəkirdik. O, ancaq cibindən pul vermişdi temaya. Gözümün şahidiyəm yəni, qurana and olsun. Bu təzə macallarda keçdi əlinə tema. 2-3-4 gün olar, 3 gün zad olardı. Onu da Xəyal ... qoydu içinə. PTT-20240226-WA0062 səs faylı (##.##.2024, 18:16) (naməlum qadın səsi): Yox e Çapayevdə deyiləm, qurban olum. Mən onu necə dəyişim, kimlə dəyişim. Gəlib evə verərəm, özün dəyişərsən də. Mən necə edim onu. Neftçilərdəyəm. PTT-20240226-WA0075 səs faylı (##.##.2024, 19:34) (naməlum kişi səsi): Nə var, nə yox, nətərsən. Ə bu Aylin sən öl bir həftədir hər gün deyir mən Samir əmimdən ötrü darıxmışam. Danışa bilirsən, yığım danış. PTT-20240226-WA0079 səs faylı (##.##.2024, 21:15) (naməlum kişi səsi): Ə səsə indi qulaq asıram, qaqa videoda. Elə bilirəm elə belə torta atmısan. Hə, başına dönüm at qaqa. Sən öl, ikimizin canı, Aylin canı sabah alaram, ola bilsin gecə qaytardım. Maksimum sabahları qaytaracam. Nə qədərə çıxassan. PTT-20240226-WA0080 səs faylı (##.##.2024, 21:15) (naməlum kişi səsi): Kartım yoxdur e qaqa. Deyəcəm şeyə atarsan. M10-a, prosto öz nömrəmə yox. PTT-20240226-WA0081 səs faylı (##.##.2024, 21:21) (naməlum kişi səsi): Qaqa mənəm İsadır, brat. Gədəbəyli. Vtoroyun sakini. Ə qaqa Asifi reabilitasiyaya yerləşdirdim. Sənlə belə bir-iki kəlmə işim var idi. Dünən yığdıme səni qaqa cavab vermədin. Danışa bilsəydin yığardın məni. PTT-20240226-WA0087 səs faylı (##.##.2024, 21:27) (təqsirləndirilən şəxs2): At yalındayam, Dağım başındayam, sən öl. Market bilirsən hardadır. PTT-20240226-WA0099 səs faylı (##.##.2024, 21:56) (təqsirləndirilən şəxs2): Ə qaqaş, mən səni tanımadım. Sən kimsən. Bir dənə özünü tanıt. İsa kimdi. Gədəbəy hara, mən hara. Asif kimdi. PTT-20240226-WA0103 səs faylı (##.##.2024, 22:14) (kişi səsi): Ə Samir zəng eləmisən. Gəlləm də gəlləm. Otelin qabağına gəlirəm. PTT-20240226-WA0107 səs faylı (##.##.2024, 22:35) (Hadi adlı şəxs): Salam, necəsən mənim qardaşım. Əhvalın yaxşıdır? Sənin vaxtını aldım, üzrlü bil. İrandanam, İrandan. Elə belə əlaqə saxlamaq üçün, tanış olmaq üçün yazdım. PTT-20240226-WA0109 səs faylı (##.##.2024, 22:36) (təqsirləndirilən şəxs2): Hə, lap yaxşı qardaşım, lap yaxşı. İranda bizim qardaşlarımızdır. Allah canını sağ eləsin. Buyur qardaşım, nə qulluq? Tanışlıq deyirsənsə, tanış olaq da. Mənim adım Samir, şəhərdə oluram, Bakıda. PTT-20240226-WA0110 səs faylı (##.##.2024, 22:36) (təqsirləndirilən şəxs2): Soruşmaq ayıb olmasın, mənim nömrəmi hardan,necə tapmısan? PTT-20240226-WA0114 səs faylı (##.##.2024, 22:51) (Hadi adlı şəxs): Qaqa başına dönüm, bir-iki seyr istədim səs atım qət oldu, ürəyim. Eybi yox, soruşmağın heç bir problemi yoxdur, canın qadasını alaram. Mənim özümə də yad nömrə, yad yerdən zəng gələndə, ya mesaj gələndə, yəqin soruşuram kimsən, kim verib nömrəmi, eybi yox ürəyim. Prosto burasını sənə deyim ki, qaqa mənə 2-3 nəfər pis çıxmasın nömrə göndəriblər, hərəsi 2-3 dənə nömrə göndərib. Yəqin bunların birindən gəlib sənin nömrən. İndi baxacam sənə deyəcəm. O şəxsi tanısan, deyəcəksən qaqa bunu tanıyıram pis adamdı, mən də day sən yazma. Deyəcəm qaqa, bez problemdi. Necəsən sənə indi səs atıram, o cür də ehtiramcasına mən deyəcəm qaqa üzrlü bil, davay-davay. Yox tanıyacaqsan, deyəcəksən ki qaqa yaxşı adamdır, iş görmüşəm. Mən sənin qulluğundayam. Yox yenədə heç birisi olmadı, tanımadın, yenə də özünə Allah ağıl verib, danışacaqsan, əlaqə saxlayacaqsan, tanış olacağıq. Nə olacaq. Elə dünyaya gələndə sən bunlarla tanış olmamısan ki. Bunlarla getdikcə danışıb tanış olmusan. Mən qulluğundayam, ürəyim. Mən də ailə sahibiyəm, qızım var. Məndən bezproblem ol. Bax, yəni məndən birinə problem gəlməz, balamın canına and olsun. İş görmək üçün yazmışam sadəcə. Qətiyyən qorxun şübhən olmasın. Ondan sonra yenə də getdikcə danışacağıq tanıyacaqsan. Adım Hadi, 26 yaşım var mənim. Parsabad rayonundayam, burda Arazın qırağında. PTT-20240226-WA0115 səs faylı (##.##.2024, 23:11) (təqsirləndirilən şəxs2): Hə bildim qardaşım, bildim, bildim. Allah səni var eləsin, bildim. Elə danışığından, hərəkətinlərindən baxdım ki, svoyski oğlansan. İndi prosto hər ehtimal deyərsən nömrəni kimdən almısan. Prosto qardaşım sən bir dənə denən nömrəni kimdən almısan. Dalşe mən sənə deyəcəm. Əlində nəyin var, Bakı da nəyin var, nəyin yoxdur. Nağarmaqdı fikrin, neynəməkdi bir de görüm. PTT-20240226-WA0116 səs faylı (##.##.2024, 23:11) (təqsirləndirilən şəxs2): Mən də Araz qıraqlıyam. Yəni, Arazın o tayında sən olursan, bu tayında mən. İmişlidənəm mən də. Bəhrəmtəpə tərəfdən. PTT-20240226-WA0123 səs faylı (##.##.2024, 23:17) (Hadi adlı şəxs): Bildim, ay brat bildim, başına dönüm. Allah salamat eləsin. Allah səni ailənə çox görməsin. Bu nömrəni Almurad göndərib. Əlimurad deyirik də biz burda. Yəni Aslandüz rayonunda olur o. Mən Parsabad rayonunda. Aramızda hardasa 1 saat zad yol var. Dayıoğludur. Özgəsi də deyil. Yaxşı oğlandır. Normal uşaqdır. Ondan pislik görməmişəm, brat. İndi istəyirsən lap maraqlanım aydınlaşdırıb ona da nömrəni kim göndərib. Ya özünlə svyaza çıxıbdı, nə bilim, bəlkə də sənin özünlə alver eliyib, tanıyırsan. Orasın bilmirəm. Tanımasan de, yap istəyərsənsə, lap dərindən maraqlaşdırım. Kimdən gəlib. Yəni mənim üçün problem deyil. Mənə yəni özgəsi aid deyil. Ayrısından soruşub tanıyasan məni. Məni özümlə danış, qaqa, mənim özümü tanı. Yəni orasını deyirəm. Ya xoşuna gəlməyəcək denən qaqa, səndən xoşum gəmədi, mənim nömrəmi sil, narahat eləmə. And ola Allaha ki, yəni nətər danışmışam, elə elə də sənə deyəcəm belə helə Allaha tapşırıb çıxıb gedəcəm, öpürəm. PTT-20240226-WA0124 səs faylı (##.##.2024, 23:19) (təqsirləndirilən şəxs2): Ay mənim qardaşım, gəl açıq danışaq sənlə. Alimuraddı, kimdi, kim verib deyirsən, elə bir adam tanımıram. Raz ki deyirsən özümüz danışaq, bir-birimizi özümüz tanıyaq. Yaxşı, indi bildim, iş görəcəyiksə fikrin nədir, nağarmaqdı? Bir de görüm hələ mənə. Yəni, bu dəqiqə mənim real iş gördüyüm adam var. İş görürəm. Pulumu da atmışam. Ya bu günləri çatdırsa bu gün atacaq, çatdırmasa sabah atacaq. Prosto bu mənə elə bil ki, daş atır, bi də ot atır. Yaxşı torpağı yoxdur. Sən mənə de görüm yaxı torpağın var? Ata bilirsən indi? Başlıyaq işimizi görək? Ama yaxşıdırsa da. Pisdirsə də onu mənə yəni atmaq mənasızdır. Mənə bir dənə hə-yox de. Bi də qiymətin de. PTT-20240226-WA0127 səs faylı (##.##.2024, 23:32) (Hadi adlı şəxs): Qaqa düz deyirsən, sənin başına dönüm. Mən səni qınıyıram. Bilirsən nətərdi, ürəyim. Mənə də biri nömrəni verib, yaxşı. Ona da ayrı adam nömrəni verir. Bilirsən nətərdi, mənki biriynən işləmirəm, nömrəsi qalır telefonda. Yoldaşlardan biri zad istəyəndə heç vaxt qayıdıb öz adamımın nömrəsini atmaram ki ona. Yəqin ki telefonda olan nömrələrdən atacam. Başa düşdün? İndi elə bir şeydi. Mən nömrə istəmişəm. Bularda nömrə atıb mənə. Orası qalsın kənarda. Məndə torpaq var. Sabah olacaq ancaq. Bu günləri yox, bu gün olmayacaq. Yəni bu gün var, hardasa dediyin kimi torpaqlardandır. Gələr çatar əlinə, yaba çıxar. Bir az ayıb olar. İndi bunu nətər alver eləcəyik, mən bilmirəm. Bax mən eliyə bilirəm, öz barəmdə, ya and içəm, ya nə deyirsən mən qulluğundayam da yəni. Hər nə istəyirsən, lap elə şəxsiyyət vəsiqəmi atım sənə saxla, bax balamın canı, anamın canı, ailələrimizin canı, bu günü yaradan Allahın canına and olsun ki məndən bir dənə problem gəlməyib. Yəni istəmərəm birinin pulunu vurum, ailəm yeyə. Nə təhər desən, o cür qulluğundayam, yəni. Mən də burdan elə bil pul verirəm alıram. Öz anbarım yoxdur. Yalandan cıram deyəm öz anbarım var, yoxdur. Helə bir şey yoxdur. Bizim pulum bir az dəyəri yoxdur, pulumuz dəyərsizdir. Ona görə bir az mal atmaq çətindir. Çox çətin deyəndə pul olmayana çətindir, düzdür. Mən qulluğundayam da, nətər sən indi məsləhətin de görək nətər olsa, mən yenə də çalışaram sənin sözündən çıxmayam. PTT-20240226-WA0128 səs faylı (##.##.2024, 23:35) (Hadi adlı şəxs): o, yaxşı dediyin mal da indi 30-a da verirlər, 28-ə də verirlər. Yəni 28-dən aşağı verən olsa, yüz faiz ondan alginən, çün aşağı verib. Əlbəttə o güclü mal söhbəti eliyirsən o malı deyirəm. Aşağı versə, yüz faiz al. Prosta bu 25-26-a verən də var, çox o normal malı deyirəm də. Çəksən gərək çox çəkəsən, güclü deyil, bildin? Gərək çox çəkəsən gücün bir az görsətə. Amma normal güclü mal dediyin 30-a da verirlər, 28-də verirlər, belə. PTT-20240226-WA0129 səs faylı (##.##.2024, 23:35) (təqsirləndirilən şəxs2): Qardaşım o vəsiqəm atmaq zad var ha, onlar hamısı lazımsız şeylərdi. Kişiyik də, hərə öz ailəsi üçün 5-10 manat çörək pulu qazanır. İstəyər sənin payın, istəyər mənim payın fərqi yoxdur, kim ailəsinə uşağına haram yedizdirir, yəni qusacaq da əvvəl-axır. Başa düşdün, nə deyirəm. Mən belə işləyirəm, qardaşım, yəni malı atırlar mənə İrandan, mən götürrəm satıram, bir gün iki gün içində pulun vurram. Sənə sərf edirsə, dediyim kimi yəni eliyək. Problem yoxdur, işimizi görək. Yəni onun maddiyyəti nədir ki, 200, 300, 500 manata görə ailə-uşaq söydürən yaşımız, vaxtımız olmayıb da qardaşım bizim. Biz pojizni ömürboyu kişi yaşamışıq, şükür Allaha alnımız açıqdır. PTT-20240226-WA0130 səs faylı(##.##.2024, 23:36) (təqsirləndirilən şəxs2): Qardaşım bildim də, başa düşdüm. 30-dan götürək də stabil yaxşı maldırsa. 10 dənəsin prob atarsan. Götürərəm 10 dənə sataram pulunu ataram. Yaxşı olarsa, dabavka 20,30 dənə 50 dənə atarsan. PTT-20240226-WA0131 səs faylı (##.##.2024, 23:38) (təqsirləndirilən şəxs2): Ay qaqam, dəqiqə başı yığanda nə olur, az qalmışam da, çatıram şəhərə. Çatım, brat hələ getməliyəm Çapayev tərəfə, gedib ordan ayın-oyunu götürməliyəm. Səbrin olsun da qardaşım. Götürüb gələndə özüm yığacam. PTT-20240226-WA0132 səs faylı (##.##.2024, 23:40) (təqsirləndirilən şəxs2): Ay qaqaş, biabır niyə olursan? Sənin başına dönüm, burda biabırlıq nə var ki, sən biabır olasan. Mən gəlib çatmamış, gedib götürməmiş niyə gəlib sənin yanına. Burda biabırlıq nə var? Bir dənə mənə izah elə görüm hələ. PTT-20240226-WA0133 səs faylı (##.##.2024, 23:46) (Hadi adlı şəxs): Bildim, ay ürəyim. Bilirəm nə deyirsən. Sən heç səs atmayanda mən bilirəm özüm nə danışacaqsan, nə deyəcəksən. Mən özüm də uşaq deyiləm. Alver edirəm mən də. Yəni belə şeylər çox görmüşəm. Yəni birinə nə yazdın nə cavab verəcək. Yəni sən özün də uşaq deyilsən,qaqa. Mən Dayıoğludan soruşuram Allaha and olsun ki, qaqa bu kimdi, tanıyırsan? Deyir qaqa mən onla işləməmişəm. Yəni işləməmişəm, iş görməmişəm. Nətər deyərlər, tanımıram, hansısa yoldaşların biri nömrəsini yollayıb, qalıb telefonumda, atmışam sənə. Mən də səni tanımıram, nətər deyərlər, burdada çox pulum söhbəti getmir, canım gözüm. Mən heç də demirəm mal atmayacam. Mal atıram, prosta ki, sən məni başa düşürsən, 10 dənə deyirsən, eybi yox. 10 dənənin nətər gələk. 5 dənəsin mən gəlim, 5 dənəsin sən gəl. Yəni hamısın məndən getməsin. Ondan sonra bilirəm nətər alver edirlər. Atırlar, əridirsən yavaş-yavaş, gündəlik 100 manat, 70 manat, 80 manat, nə qədər əriyir, heblə pul atırsan tərəfə. Mən də işləyirəm. Mən də atıram. Yoldaşlarım əvvəlcə mənim pulumu fikirləşirlər, niyə, çün mən malı götürmək üçün pul lazımdır. Əvvəlcə mənim pulumu atırlar. Sonra öz qazanclarını nağarırlar eləyirlər. Mən də iş görürəm. Atıram, gündəlik mənə 100 manat pul vururlar. Deyir tərəf 4 günə əridəcəm. 4 günə əriyir məsələn 20 dənəni. 4 günə mənə gündə 100 manat pul vurur. Bildin? İndi qaqa 5 dənəsin sən gəl, problem yoxdur. Heç indini demirəm. Sabah mən indidən nə deyirsən mən onu göndərim sənə. Məni soraqlaşdır burdan. Kimdən soruşacaqsan, hardan soruşacaqsan. Yəni azdan-çoxdan tar-tanışın var sənin də burda. Mən qulluğundayam. Yəni birinin pulunun yeyəsi deyiləm. Pulunun malının fikrində deyiləm, aparam ailəmə yedirdəm. 5 dənə sən, 5 dənə mən. Qaqa atım, xoşun gəldi, o 5 dənənin üstünə genə də 5 dənənin pulun qoy, 10 dənə, atginən, gəl 15 dənə atım, 20 dənə atım, bir həftə ərzində eliyək 20 dənə, 30 dənə. 30-30 işimizi görək. Necədir? PTT-20240227-WA0001 səs faylı (##.##.2024, 00:11) (Hadi adlı şəxs): Dediyin sözü mən qəbul edirəm. Yaxşı söz deyirsən. Yəni deyirsən ki, 5 dənəyə gücüm çatmır. O 5 dənəni at da, yəni 10 dənəni niyə atırsan. Düz deyirsən. Sabah, eybi yoxdur, mən axtarım, hər kim 5 dənə atsa, mənim gözlərim üstə, bax and olsun Allaha, yox tapammadım, qaqa, sən kimlə işləyirsən orda, ona de o tapsın. O tapsın kim 5 dənə atır, mən pulun verəcəm. Bildin, amma mən dediyim maldan tapsın, mən dediyim maldan tapsın, mən pulun vurum 5 dənənin, o 5 dənəni elə sən adamın atdırsın. Bilirəm axı atmırlar. Amma səhərləri mən söz verirəm ki, səhər axtaracam. 5 dənəni atan olsa, mənim gözlərim üstə. Yox ata bilməsələr, deyəcəm qaqa adamına de bu mən götürdüyüm maldan tapsın. Mən götürdüyüm maldan tapsın, gedim baxım, görüm mən o maldandır? Ya şəklin atsın, ya video atsın. Ondan pulu vurum sənin adamın hesabına, o atsın. Nə deyirsən bu söhbətə? Yox, o da alınmayacaq qaqa, mən 5 dənə gəlirəm də qabağa, 5 dənə də sən gələrsən, bez problem. Mən tək bizi yaradan Allahın canına and içə bilirəm ki, mən onun canına and olsun ki, mən heç vaxt xəyanət etmərəm sənə. Mənə sadəcə iş lazımdır, qaqa, ayrı bir iş görə bilmirəm. Klientim azalıb, yəni 2 aydı 3 aydı işləmirəm, başına dönüm sənin. Bax birinə M40 atmışam bir list. Quran haqqı məni atıb bloka. Tək bir list 100 manat satıb, öz kişiliyin. Halal xoşu olsun. Bax and olsun anamın canına, balamın canına, ayrıdan 3 list birinə satmışam. Mənə pul gəlib çatmayıb. Bir seyir 60 manat, bir seyir 70 manat vurub. 100 manatdan danışmışdım. Ondan sonra mənə pul gəlməyib, bax anamın canı. Qayıtmışam, xalaoğlugilin malı var idi, Biləsuvarda gir eləmişdi. 500 qram, yəni 480 qram, indi 500 qram torpaq idi. Onun burdan adam göndərdim, 2-3 seyir ondan atmışdım, sağ olsun ki pulun vurmuşdu. Getdi Biləsuvarda onu gətirə, malı götürdü, mənə yazdı ki, qaqa mal götürdüm, mal məndə. And olsun ki Allaha üstündən əlan 2 həftə gedir, tapa bilmirik, nə setə gəlir, nə bir şey. Nə çöldən zəng çatır, elə bir söhbət yoxdur. Ata bilirlərsə, problem yoxdur, yəni əlimdən bacardığım qədər bu pul qalıb. Qurana and olsun ki, nəyim var kəsib. Bakılar bir aydı çalışıram iş görəm, əlimdəkilərin hamısını kəsiblər. Bax and olsun Allaha. Pis çıxmasın sənə. Yenə də səsimi axıra qədər qulaq as. PTT-20240227-WA0002 səs faylı (##.##.2024, 00:17) (təqsirləndirilən şəxs2): Ay qaqaş sən elə deyirsən ki, ta mənim öz iranlım elə 5 dənəni nə hərliyir, və yaxud mən neyniyirəm 5 dənəni. Əgər elə özümüz o tapa bilsə, ta sənin pulunu neynəyir ki. Mənə durub sənin pulunla nəsə mal atsın. Bir otur fikirləş, hələ gör sən nə söhbət eliyirsən. Belə özün soraq eliyərsən, qardaşım, mən tələsmirəm. Soraq eliyərsən, 5 dənəsini ata bilirsənsə sən deyən koladan. Mal xoşuma gəldi, yerində pulunu vurram, dobavka bi 15- 20 dənə götürrəm. Çalış tap da. Biri 15 dənə götürür, biri 20 dənəni götürür. Onun börünə 5 dənəni qoydur. Amma yəni bil ki, 5 dənəni kimsə, 20 dənəni götürəndən sonra mənim 5-mi atacaqsa belə bir iş gör. Mən də öz iranlım onu ata bilirsə, sənin pulunu neynəyir. PTT-20240227-WA0003 səs faylı (##.##.2024, 00:22) (Hadi adlı şəxs): Ay ürəyim bilirəme, sən söhbətini mən başa düşürəm. Orasını deyirəm ki, deyərsən bəlkə 5 dənəni atmamazlıq eliyirəm. Yoxsa ağlımda ayrı bir şey var. Helə bir şey yoxdur. Problem yoxdur. Sabahları, yəni kim atsa qulluğundayam. Mənim üçün fərq eləmir. Mən orasın istəyirdim ki, deyəm mən 5 dənənin pulunu atıram. O yoldaşın da mən götürdüyüm maldan tapa bilməz. Yəni tapa bilməz, qaqa. Mən öz adamlarıma atmışam. Bilirəm malın gücü, başa düşdün? Öz adamlarım deyəndə təzə başlamışam. Sadəcə 2 nəfər, hələ heylə. Yəni üçüncü olsan, sən olassan. Bez problem. Sabah məni gözlə, heç nə, ataram xoşun gələr, çox götürəssən, xoşun gəlməz, deyərsən qaqa xoşum gəlmədi, başın burax. Deyərəm qaqa, ... 5 dənə malı özüm götürdüm. Qurtardı getdi. Öpürəm səni. Adın nə oldu sənin. PTT-20240227-WA0004 səs faylı (##.##.2024, 00:22) (Hadi adlı şəxs): Mənim adım Hadidi, Hadi. Parsabad rayonunda otururam. PTT-20240227-WA0005 səs faylı (##.##.2024, 00:32) (təqsirləndirilən şəxs2): Qaqaş, indi çatmışam məhləsinə. Evdə yoxdur. Onu gözləyirəm. Düşüb kimləsə görüşməyə. Gəlsin, çıxsın, götürüb dedim gəlləm. Əlimə alanda özüm yığacam. Dəqiqə başı niyə yığırsan. Səni and verirəm Allaha, zaryatkam da sönür, imkan ver. PTT-20240227-WA0007 səs faylı (##.##.2024, 02:48) (naməlum kişi səsi): Triest deyəndə ki, qaqa çala altı. Mən çaşdım. Tirestdə o qədər görmüşəm, elə bilirəm orda qalır. PTT-20240227-WA0009 səs faylı (##.##.2024, 02:59) (təqsirləndirilən şəxs2): Hə brat, adım mənim Samirdir.Heç nə Hadi. Tanış olmağıma şad oldum, brat. Səndən xəbər gözləyirəm. İnşallah ki işimiz alınar. Yenə də deyirəm 5 dənə atmırlar, 7 dənə atsınlar, 8 dənə atsınlar, lap 10 dənə elə. Allah şahiddir ki, mən heç kimin pulun yeməmişəm, nə də yemərəm. Sadəcə bilsən nədir söhbət malın ideal olsa, kişioğlu, mən deyən mal olsa, Əbəlfəz haqqı deyərəm, Allah haqqı malın ideal olsa, malı götürən kimi karta vurram pulunu. Dalından 20 dənəsindən də attıracam, malın ideal olsa. Ondan sonra ta uje birbirimizə daveriyamız oldu, yəni narahat olma da. Qaqan sənə elə iş görəcək ki, sənə başqa adam da lazım deyil. Prosta amma çalış səhərə alındır. Mən bu dəqiqə torpaq elə vacibdir ki, nətər onu bir Allah bilir, bir mən, bir də yəni sən biləssən İnşallah. Yəni torpağa nə qədər müştərim var. Di gəl mal yaxşı mal ola. PTT-20240227-WA0011 səs faylı (##.##.2024, 04:12) (təqsirləndirilən şəxs2): Peyman, ürəyin dayansın, ay Peyman. Xırdalandayam qardaşım, Xırdalanda. Gəlirəm. PTT-20240227-WA0012 səs faylı (##.##.2024, 04:12) (təqsirləndirilən şəxs2): Bi 5 dəqiqəyə denən çıxsın. PTT-20240227-WA0013 səs faylı (##.##.2024, 04:45) (təqsirləndirilən şəxs2): Səs at Hadi. Belə yazmağın qaqa, düz yazmırsan deyə başa düşmürəm nə deyirsən. PTT-20240227-WA0014 səs faylı (##.##.2024, 04:46) (Hadi adlı şəxs): Heç nə qaqa, heç nə. Deyirəm avtomat satmışam, avtomat, silah. Yəni mənim də deyil ha, uşaqların birinindir. Onu mal eləmişik, gözləyirəm gəlib onu götürələr. Yuxu da bir yandan gözümü tökür. PTT-20240227-WA0015 səs faylı (##.##.2024, 04:49) (təqsirləndirilən şəxs2): Yox, brat. Nə darıxmaq. Şəhərdəyəm. İş dalındayam qardaşım. Torpaq axtarıram, şəhərdə. Elə bil, rayondan torpaq istəyirlər, 20-30 dənə. Prosta yaxşı torpaq tapıb yollamalıyam. Bir-iki yer var, ora gedib dəymişəm, xoşuma gəlmədi. Ona görə deyirəm ki, yəni səhər inşallah sən aşırtsan işi, qəşəng iş görəcəyik sənlə. Səhərə inşallah çalış aşırt da bu işi. Teman yaxşı tema olsa, mən deyən, rahat bir 50 dənəsini götürəcəm, inşallah. PTT-20240227-WA0016 səs faylı (##.##.2024, 04:50) (Hadi adlı şəxs): İnşallaq qaqa, inşallah. Çox yubanma da. Bivaxt qorxuludur. Narahat olma, ürəyim. Sabahları yüz faiz, yəni yüz faiz bomba bir şey atacam. Amma 5 dənə atacam. Başdan deyim sənə. İnşallah 5 dənəni əridərsən. Gələn səfər 10 dənə atarıq, ondan sonra 15 dənə 20 dənə. Getdikcə də inşallah yavaş-yavaş qalxarıq. PTT-20240227-WA0017 səs faylı (##.##.2024, 04:52) (təqsirləndirilən şəxs2): Sən 5 dənə ata bilirsənsə at, qardaşım. Lap 1 dənə at. Mən bir dənə lazımdı, görüm mal necə maldır. Mən o lazımdır. Lap 1 dənəsini at, 5 dənəsini at. Mən ümumiyyətcə deyirəm ki, yəni 5 dənəsini alınmasa, 7-si at, 10-un at. Nəsə alındır. Mal xoşuma gəldi, malı götürdüm. Baxdım, mal mən deyən maldırsa, pramoy deyirəm kartı at, 5-ində pulunu vururam,əlavə bir 20-sin-30-nun da pulunu yerində atacam ki, dabavka qoydurasan da. İmenni o maldan. Amma bir-birimizi aldamıyaq da, qardaşım. 5 dənə bu maldan yaxşıda olan, dalından mən pul atam, o maldan olmuya, uje onda düz gəlmərik, yəni işləyə bilmərik. PTT-20240227-WA0018 səs faylı (##.##.2024, 04:57) (Hadi adlı şəxs): Qaqa, mən iş görmək istəyirəm, başa düşürsən? Mən sənə yaxşı mal atdım, dalın pis mal atdım. O bir seyr olar, düzdür? Ondan sonra sən qayıdıb məndən mal götürməzsən. Mənə ancaq iş lazımdır. Yəni adam lazımdır, iş görəm, normal adam. Narahat olma, elə bir şey olmaz. Bir az yuxuluyam, and ola Allaha, yəni yuxusuzam. Eybi yox, ürəyim. Yəni, bezproblem, elə bir şey olmaz. Söz. Hansısa iynə ucuca məndən narahatçılıq gördün, denən qaqa mən sənin nə pulunu atıram, nə malını atıram, səni də atıram bloka. Mən özüm başlıqla sənə deyirəm, məndən bir problem gördün, məndən götürdüklərin hamısı halal olsun. Heç nə ola bilməz, ürəyim, öpürəm səni. Sabahları aydıncasına danışarıq da, Umman gözləyirəm, o gəlsin yıxılıram yatam. canına ..., gecəniz xeyrə qalsın sən də. PTT-20240227-WA0022 səs faylı (##.##.2024, 06:21) (təqsirləndirilən şəxs2): Yata bilirəm, sən öl. Aləmi acama qatmışam. Patı, kakos ....Yata bilirəm? Yatammıram. 3 gündür, yatmıram. Deyəsən, şükür Allaha, qurtarmısan, eləmirsən ay Vüsal? Dünən yığdım ki, bir az sənlə mırtlaşam. O da tay yatırsan, heç nə yat, yuxun şirin olsun. Eləmirsənsə, sən öl sevindim. Allah haqqı, çalış eləmə. PTT-20240227-WA0033 səs faylı (##.##.2024, 18:10) (Hadi adlı şəxs): Salam, necəsən Samir qardaş. Vəziyyət yaxşıdı? Bu torpaqdandı, bax gör, heç olmasa şəklindən baxa bilərrsən də. Atmışam uşaqlara, yəni 2 gün qabaq atmışam. Bundan götürəcəm 5 dənə. Saat 7-də, 8-də, uzaqbaşı 9-da hazır eliyəcəm, inşallah. PTT-20240227-WA0039 səs faylı (##.##.2024, 20:09) (Hadi adlı şəxs): Şeydi, 15 dəqiqə zada kuryer çıxacaq çölə deyir, 15 dəqiqə zada deyir çıxacaq çölə. İndi çıxsın da, bilmirəm, haçan atacaq. Ünvan gəlsin, göndərəcəm, tələsmə. PTT-20240227-WA0040 səs faylı (##.##.2024, 20:10) (təqsirləndirilən şəxs2): Yaxşı, qadanı alaram, yaxşı. Gözləyirəm. PTT-20240227-WA0042 səs faylı (##.##.2024, 20:17) (Hadi adlı şəxs): Qaqa, uşaqlara da bundan atmışdım. Yəni, çox yaxşı torpaqdır. Şəkildən baxsan qupquru torpaqdır. Bunun bir cürəsi var, yaşdır. Mən bilən iynəlikdir. Mənim başım çıxmır ha, deyişin deyirəm. İynəlikdi, amma bu zərbərəxlikdir, özün bilirsən yaxşı. PTT-20240227-WA0043 səs faylı (##.##.2024, 20:18) (təqsirləndirilən şəxs2): Bilirəm, baba, bilirəm. Xəbərim var. Allah eliyə gələ yaxşı çıxa da. PTT-20240227-WA0046 səs faylı (##.##.2024, 20:19) (Hadi adlı şəxs): Yəni mən şeydidə, soruşmadım da əvvəlcə. İynəlikdən istəyirsən, yoxsa bundan. Hansı yaxşı gedir, bilmirəm. Ancaq bundan bağlatdırdım mən. Bu yaxşıdı. Yəni yoldaşlarıma atmışam. Yoldaşlarım deyəndə yəni 2 nəfərə atmışam. Çox yaxşı deyiblər də buna. Güclü bir şeydi. İnşallah day sən də o cür deyərsən, üzü ağ çıxaram da heç olmasa sənin yanında. Narahat olma, yaxşı bir şeydir. PTT-20240227-WA0053 səs faylı (##.##.2024, 20:21) (təqsirləndirilən şəxs2): Heç nə qadan alaram. Təki yaxşı olsun. Yaxşıya pis demək Allahsızlıq olar, ay baba. Yaxşı olandan sonra, tema elə bil götürdüm 1 saat içində elə bil çatdım ünvanıma, çatdım, baxdım. Yaxşıdırsa, naxadı pulun vurram. Artıqlaması ilə qoydura bilərsən mənə bu gün üçün? PTT-20240227-WA0055 səs faylı (##.##.2024, 20:23) (Hadi adlı şəxs): Bu gün deyə bilmərəm. Dünənləri şeydi bevaxt yatmışam, Samir. Dünən bevaxt yatmışam. Saat 5 idi yatdım. Sübh də tez durmuşam, bankaya getmişdim. İnanmıram, saat 12-də mən yəni sönəcəm. Bunu götürəndən sonra istəsən gərək 2-əcən, 3-əcən güdə.Yəni sabahları alındırarıq, problem deyil. PTT-20240227-WA0056 səs faylı (##.##.2024, 20:24) (təqsirləndirilən şəxs2): Hə, heç nə qardaşım. Yatıb istirahətini eliyərsən. İnşallah sabah həll eləyərik. Nə olacaq guya. Bir günlə dünya dağılmaz. İndi inşallah nə vaxta deyir qoyacaq bu bunu. PTT-20240227-WA0057 səs faylı (##.##.2024, 20:28) (Hadi adlı şəxs): Qaqa, şeydi. O temanın üstündə atıbdı, mənim yoldaşımın temasının üstündə atıbdı. Yəni o malı atacaq mənə, yaxşı, göndərəcəm yoldaşıma. Sən o kimi tanıyırsan onun canı da, yəni aramızada pislik olmasın. Bax Allaha and olsun yaxşı olacaq, inşallah. Mən o malı göndərəcəm sənə. Öz temanı, torpağını ordan götür, yaxşı? Ola bilsin, orda gül var. Gül qoy qalsın orda. Sən sadəcə torpağını götür, qaqa. Şeydi. Sən de, mən deyim. 20 dənə zaddı torpaqdı. Buna tez-tez zəng eliyə bilmirəm. İndi harda olsan, 10 dəqiqə atar, ürəyim. Tələsmə, harda olsa, gələr. PTT-20240227-WA0058 səs faylı (##.##.2024, 20:32) (təqsirləndirilən şəxs2): Qardaşım, mənim kiminsə malı ilə nə işin var. O da kiminsə boğazından kəsir balasının, pul atır, çörəyin qazansın. Mən ondan nə işim ola bilər, ay qaqa. Belə ürəyində mənə qarşı şübhən varsa, başqa adam yolla, getsin başqası götürsün, mənim torpağımı qoysun qırağa. Yəni mən ömür boyu haram çörək yeməmişəm, yemərəm. PTT-20240227-WA0059 səs faylı (##.##.2024, 20:35) (Hadi adlı şəxs): Yox, Samir qardaş. Məni pis başa düşmə, necə deyərlər. Mən sənə güvənməsən, birinci sənə yollamaram da ünvanı. Bildin? Bir az onun adamına güvənmirəm. Bir az qul-quldurdu. Xoşum gəlmir, yəni. Danışanda böyük-böyük hərəkətlər, böyük-böyük şeylərdən danışır. Acığım gəlir. Cırır da, sadəcə. İnşallah yaxşı olar, canım, gözüm. Mən halal edirəm bax o malı. Halaldan halaldır. Qurtardı getdi, öpürəm səni. İndi ünvan gəlir, harda olsa, gəlsin atacam. PTT-20240227-WA0060 səs faylı (##.##.2024, 20:36) (təqsirləndirilən şəxs2): Sənin kimi oğlanın pulun, malın yemək olar? Allah adamın başına daş salar, tövbə. Sən ki bu ürəyin yiyəsisən, Allah sənin ürəyinə görə insan çıxardır həmişə qarşına. Yaxşı tapışmışıq, inşallah. Narahat olma qardaşım. İnşallah ki, baş-başa verib, əl-ələ verib nəyəsə nail olarıq. PTT-20240227-WA0094 səs faylı (##.##.2024, 22:37) (Hadi adlı şəxs): Ay brat, başına dönüm, gözləyirlər. Gedib çatmadın sən ora. Yükü götürdün mənə de. PTT-20240227-WA0095 səs faylı (##.##.2024, 22:38) (Hadi adlı şəxs): Ay qaqa, baxırsan, cavab vermirsən, başına dönüm. Götürdün yükü, neylədin dəmiri götürdün, yükü götürdün? PTT-20240227-WA0096 səs faylı (##.##.2024, 22:39) (Hadi adlı şəxs): Bə niyə cavab vermirsən? Əsəbləşirəm, sən öl. Məzələnirsən mənlə sən? Neylədin qaqa? Mənə bi cavab de görüm, götürübsən, mən arxayın olum yükü. Əsas o dəmirdi. Ondan sarı mən nigaranam. Mənə bir söz de, xəbər ver. Tez elə. PTT-20240227-WA0099 səs faylı (##.##.2024, 22:56) (Hadi adlı şəxs): Deyirəm çöldəyəm. Mən çöldəyəm. Mən bayaqdan niyə cavab vermirsən sən. Telefonun qalıb. Bə telefonun yanında idi axı. 5 dənənı, temanı götürdün, şeyi də götürdün, avtomatı da götürdün? Belə danışırsan elə bil tək şeyi götürmüsən, öz 5 dənə torpağı götürmüsən. Avtomat necə oldu? PTT-20240227-WA00100 səs faylı (##.##.2024, 22:57) (Hadi adlı şəxs): Deyirəm, qaqa, müştərini özün tapmamısan? Müştərinin özün tapmısan, demişəm, şeydi, yarısı sənindi. Torpaq heç, onu satarsan 30-dan pulun vurarsan, bildin. Avtomat da deyəcəm yarıdan çoxu verəcəm sənə, problem yoxdur. Yəni bundan sonra zakaz verən var ha, o birisindən lap çox verəcəm sənə. Həmçinin qeyd olunan diskdə təqsirləndirilən şəxs2 digər şəxslərlə qarşılıqlı çoxsaylı mesajları aşkar edilmişdir. Həmin mesajlarda təqsirləndirilən şəxs2 narkotik vasitələ və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək qeyd edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərin törədilmiş cinayətə görə məsuliyyətə cəlb etmə məsələsinə hüquqi qiymət verərkən əldə edilmiş sübutların qanunvericiliyin tələbinə uyğun əldə edilibedilməməsinə, həmin sübutlarda əsaslı şübhənin olub-olmamasına diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı həm saxlanılan zaman, həm də polis idarəsində olduğu zaman polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə, döyülməyə məruz qaldığını, həmçinin ona edilmiş psixoloji təzyiq nəticəsində məcbur qalıb ona aid olmayan psixotrop maddə, narkotik vasitəni, o cümlədən odlu silahı boynuna götürdüyünü bildirmişdir. Bu hallar verilmiş apellyasiya şikayətinin dəlillərində də göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli Plenum qərarında da sözügedən məsələyə diqqət yetirilmiş və həmin qərarın 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixlıi Plenum qərarının 26-cı bəndində də göstərilmişdir ki, CPM-in 125.8ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırılma aparılmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, R Azər Əsgərov tərəfindən qeyd olunan pozuntu hallarının baş verməsini təkzib edən ##.##.2024- cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və həmin qərar cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərardan görünür ki, təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdə, axşam saatlarında mobil telefon vasitəsilə İranlı şəxslə əlaqə saxlayaraq həmin şəxsdən 3 qram narkotik vasitə istəməsi və həmin narkotik vasitəni götürmək üçün Ruslan adlı tanışı ilə birlikdə Sumqayıt şəhərinə getməsi, orada polis əməkdaşları tərəfindən saxlanılaraq döyülüb polis idarəsinə gətirilməsi, polis əməkdaşları onun İrandan avtomat da aldığını bildirməsi, o, razılaşmadıqda onu yerə yıxaraq döymələri ilə bağlı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və ## ### 2024-cü il tarixdə həmin məlumat əsasında toplanılmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli, *** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs2 bədəni üzərində sol təpə-gicgah, təpə-ənsə, sağ təpə və sağ diz oynağı nahiyyəsinin qançırı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, qərarda göstərilən ##.##.2024-cü il tarixdən 2-3 gün əvvələ uyğun gəlir və həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin təqsirləndirilən şəxs2 öz-özünə yetirməsi, həmçinin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. Digər tərəfdən iş materiallarında olan "Şəxsi axtarış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişidən görünür ki, təqsirləndirilən şəxs2 (müdafiəçisinin sualına cavab olaraq) heç bir zorakılığa məruz qalmadığını bildirmişdir. Eyni zamanda qaçmağa çalışdığını, yıxıldığını, lakin xəsarətinin olmadığını bildirmişdir. Ekspert rəyindən aydın olur ki, təqsirləndirilən şəxs2 aşkar edilmiş xəsarətlər onun tutlulduğu vaxtdan əvvəlki tarixə uyğun gəlir və ona görə də, ##.##.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən yetirilməsi istitsna olunur. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məxsus mobil telefondan əldə edilmiş səs yazılarından görünür ki, İran İslam Respublikasının vətəndaşı olduğu ehtimal olunan Hadi adlı şəxslə narkotik vasitələrinin və psixotrop maddələrinin satışı ilə bağlı razılaşmış, bu razılaşma əsnasında təqsirləndirilən şəxs narkotik vasitələrinin və psixotrop maddələrinin satışını həyata keçirdiyini bildirmişdir. Bununla yanaşı bu razılaşma əsnasında təqsirləndirilən şəxs2 (##.##.2024, 04:46) Hadi adlanan şəxs tərəfindən avtomat silahın olması barədə məlumat verilmişdir. Yəni təqsirləndirilən şəxs2 avtomat silahın digər şəxslərə verilməsi üçün qeyri-müəyyən məkana qoyulduğundan məlumatlı olduğu aydın olur. Həmçinin Hadi ilə arasında olan səs yazısında Hadi başqa şəxs üçün “gül” kimi adlandırdığı marixuananın da qoyulduğunu Samirə bildirmişdir. Sonucu da orada marixuananın olmasını bilirdi və sonradan Ruslan tərəfindən narkotik vasitə və silah götürülərkən götürülən predmetin formasına, çəkisinə və əvvəlki danışıqların məzmununa əsasən orada silahın və marixuananın olmasını bilməli idi. Göstərilənlər bir daha təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər əməli törətdiyi sübut olunur. Onun bildirdikləri isə cinayət məsuliyyətindən yayınmağa, məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs müdafiə tərəfindən keyfiyyətli hüquqi yardım almışdır. Bu hal “Şəxsi axtarış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişdən müəyyən edilir. Eyni zamanda həmin vaxt təqsirləndirilən şəxs1 (müdafiəçinin sualına cavab olaraq) heç bir təzyiq və zorakılığa məruz qalmadığını bildirmişdir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini (keyfiyyətli hüquqi yardım göstərilməsinə münasibətdə) əsaslı hesab edir. Videoəkiliş faktiki olaraq təqsirləndirilən şəxs1 axtarışında iştirak etməsini sübut edir. Digər tərəfdən müdafiəçi müdafiəçi1 ibtidai istintaq zamanı təqsirləndirilən təqsirləndirilən şəxs1 müdafiəçisi Nail Məmmədovun şübhəli şəxs qismində dindirilmə zamanı iştirak etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərində göstərdikləri ilə bağlı qeyd edilməlidir ki, hazırk iş üzrə təhqiqatçı tərəfindən iş aidiyyəti (Sumqayıt Şəhər Polis İdarəsini 5-ci Polis Bölməsinin təhqiqatçısı X3 ##.##.2024-cü il tarixli qərarı əsasında) üzrə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. təqsirləndirilən şəxs1 istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində dindirilməsi aparılarkən Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində deyil, Sumqayıt şəhər Polis İdarəsində olmuşdur. ##.##.2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokola və ona əlavə edilmiş 01 ədəd “DVD” diskdən görünür ki, X2 istifadəsində olan 055-796-86-66 mobil telefon nömrəsinin ## ###### 2024-cü il tarixdə saat 17:44-də və 17:54-də, ## ###### 2024-cü il tarixdə saat 09:39; 09:40;10:09; saat 11:02; saat 11:03; saat 11:19; saat 11:52; saat 11:59-da Sumgayıt şəhəri, 6-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi (40.5986/49.66822) anten əhatə dairəsində olması müəyyən edilir. “Googlemap” proqramı ilə Sumgayıt şəhəri, 6-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi (40.5986/49.66822) anteni ilə Sumqayıt Şəhər Polis İdarəsi arasında olan məsafə araşdırıldıqda həmin məsfənin 65 metr olması müəyyən edilir. Bu da qeyd olunan istintaq hərəkətlərinin aparılmasında müdafiəçi X2 iştirak etməsini təsdiq edir. İş üzrə tədqiq edilmiş sübutlardan, o cümlədən apellyasiya şikayəti üzrə icraat zamanı dindirilmiş şahid şahid1 ifadəsindən görünür ki, təqsirləndirilən şəxs1 avtomobilə geri qayıdarkən polis əməkdaşları tərfindən tutlmuşdur. Lakin qaranlıq olduğundan əlində nə isə olmasını görməmişdir. Göründüyü kimi şahid1 təqsirləndirilən şəxs1 əlində hər hansı əşya olmasını inkar etmir. Əksinə avtomobilə geri qayıdarkən tutulmasını təsdiq edir. Bu da polis əməkdaşlarının Ruslan bağlamanı götürüb qayıdarkən tutulmasına dair ifadələri ilə uyğunluq təşkil edir. Bununla yanaşı məhkəmə kollegiyası torbaya 3-cü dəfə baxış keçirilərkən 3,793 qram metamfetaminin aşkar edilməsi ilə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Bir daha vurğulamaq lazımdır ki, sübutlar özündə əsaslı şübhə yaratmamalıdır. Torbaya 2 dəfə baxış keçirilərən müəyyən edilməmiş psixotrop maddənin 3-də dəfə baxış keçirilərkən aşkar edilməsi “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipinə uyğun deyildir. Həmin prinsip hər hansı hərəkətin, hadisənin olub-olmaması, sübutun əldə edilməsi ilə bağlı şübhə yaranarsa tətbiqi mümkündür. Belə ki, təhqiqatçı tərəfindən torbaya iki dəfə baxış keçirildikdən sonra hər hansı başqa predmetin aşkar ediməməsi bildirilmiş, daha sonra torba videogörüntünün əhatə dairəsindən kənarda olmuşdur. Əldə edilməsi şübhə doğuran sübut ittihamın əsasını təşkil edə bilməz. Bu baxımdan həmin hissə ittihamdan xaric edilməli, keçirilərkən 3,793 qram metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının İ Siyahısının 109.1-ci bəndinə əsasən marixuananın (qurudulmuş) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 50000 qramdır. Bu baxımdan təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən bu maddəyə aid müddəalar xaric olunmalıdır. Təyin edilmiş cəzalara münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Eyni zamanda birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İşin hallarına uyğun olaraq təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını cəza təyin edərkən nəzərə alır. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaları fərdiləşdirlməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 cinayətə cəlb etmiş, narkotik vasitənin və silahın əldə edilməsi barədə İran vətandaşı ilə danışıqları təqsirləndirilən şəxs2 aparımışdır. Ona görə də, bu hal həmin şəxslərə cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, təqsirləndirilən şəxslərin təyin edilmiş cəzalarının müddətinin azaldılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə əlavə edilmiş 3 ədəd disk iş materiallarında saxlanılmalı, 300 (üç yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 150 (bir yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1, onun müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 münasibətdə ittiham aktından və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinə dair müddəaları xaric edilsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi üzrə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum təyin edilmiş cəzası ilə qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs1 qəti olaraq 06 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi üzrə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum təyin edilmiş cəzası ilə qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 10 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki qərarla təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 06 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3,793 qram metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və həmin araşdırma ilə əlaqədar 3,693 qram metamfetamin Sumqayıt Şəhər Polis İdarəsində saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-ci il tarixli ekspert rəyinə əlavə edilmiş 3 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat təqsirləndirilən şəxslərin hər birindən 150 (bir yüz əlli) manat miqdarında tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar