Məhkəmə qərarları › İş №1(3-8)-302/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-302/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-302/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə Idarəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü ilə (hakim S.B.Ismayılov) ##.##.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 6 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, onun hazırda başqa iş üzrə həbsdə olması nəzərə alınması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və onun, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,785 qram metamfetamini əldə etməklə əynindəki şalvarının sağ yan cibində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə saat 00:07 radələrində Sumqayıt ŞPI-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Xəzər bağları, FHN-nin X3 Xidmətinin Sumqayıt Yanğından Mühafizə Hissəsinin yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı təmiz çəkisi 0,785 qram olan psixotrop maddə olan metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, onu ##.##.2026-cı il tarixində Sumqayıt ŞPI-nin polis işçiləri saxlamış və üzərində heç bir narkotik vasitə olmadığı halda CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmişlər. ##.##.2026-cı il tarixində ona Sumqayıt Şəhər Məhkəməsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətində cəza təyin edilmişdir. Məhkəmə iclası zamanı onun təqdim etdiyi dəlilsübutlara baxılmamışdır və bir tərəfli məhkəmə prosesi aparılmışdır. Ona əsassız şəkildə 1 (bir) il müddətində təyin edilmiş cəzaya xitam verilməsini və məhkəmə prosesini öz şəxsi iştirakı ilə keçirilməsini, bütün dəlil və sübutlarını məhkəmə prosesi zamanı deyəcəyini bildirmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X2 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olması işdə olan sübutların birinci instansiya məhkəməsində araşdırılaraq təsdiq edilməsilə, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və əvvəllər də məhkum olunmasına baxmayaraq, hazırkı cinayət əməlini də məhkumluğunun ödənilmədiyi zaman törətməsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etməklə əlavə olaraq vurğuladı ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər - guya narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması və təzyiqə məruz qalması barədə iddiaları iş materialları ilə, o cümlədən baxış protokolları və videoçəkiliş yazıları ilə təkzib olunur. Iş üzrə sübutların toplanması zamanı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam eməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, Təqsirləndirilən şəxs öz izahatında aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən qoyulduğunu və psixoloji təzyiq altında təqsirini boynuna almağa məcbur edildiyini bildirir. Iş materiallarında yer alan videoçəkilişə baxış keçirilərkən görünür ki, hüquq-mühafizə orqanı əməkdaşları qanunvericiliyin tələblərinə riayət etmədən, hal şahidlərinin iştirakı olmadan baxış keçirmişlər. Müdafiə etdiyi şəxsin təqsirsizliyini sübut edən halları və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, "Simurq" restoranının yaxınlığında yaşayan Tural adlı şəxs ona zəng edərək evdə qonağı olduğundan evdən çıxa bilmədiyini bildirmiş və ona bəzi şeyləri alıb gətirməyi xahiş etmişdir. Daha sonra "Toyota Prius" markalı taksi sifariş edərək ünvana gəlmişdir. Ünvana çataraq tapşırılanları vermişdir. Daha sonra taksi ilə qayıdarkən Bulvar ərazisinin mərkəzində patrul xidməti əməkdaşları tərəfindən idarə etdiyi taksi saxlanılmışdır. Saxlanılan zaman avtomobilin qapıları açılmış və xidmət əməkdaşları ondan avtomobildən enməsini tələb etmişlər. Avtomobildən endikdən sonra üzərində axtarış aparılmış, lakin qanunsuz heç bir əşya tapılmamışdır. O saxlanılmasının səhv olduğunu bildirdikdə, patrul xidmətinin əməkdaşlarına getmək tapşırılmış və o başqa bir avtomobilə oturdularaq bulvar ərazisində yerləşən yanğınsöndürmə idarəsinin arxa tərəfinə aparılmışdır. Orada ona bildirildi ki, irəli sürülən ittihamı qəbul etmədiyi təqdirdə, yaşayış evində axtarış aparılaraq daha ağır cinayət tərkibi üzrə ittiham olunacaq. Hədə-qorxu nəticəsində təzyiq altında ona təqdim olunan sənədlərə imza atmağa məcbur olmuşdur. Iş nəticəsində təqdim olunan 0,7 qram metamfetamin ona məxsus deyildir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Hazırda Sumqayıt Şəhər Məhkəməsində baxılan digər cinayət işi üzrə də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və bu gün də məhkəmə binasına gətirilməsi birinci instansiya məhkəməsinin icraatında olan işlə bağlıdır. O, əvvəllər narkotik vasitə istifadə etmiş, lakin hazırkı ittiham üzrə hər hansı cinayət törətmədiyi üçün bəraət hökmünün çıxarılmasını və barəsində olan cəzanın ləğv edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə əsassız ittiham verilməsinə dair məsələ mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu bütövlükdə hazırkı qərarda təkrar sadalamağa zərurət görmür, lakin bir neçə sübuta nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin tüstünün yoxlanılmasına” dair ##.##.2026-cı il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağları, FHN-nin X3 Xidmətinin Sumqayıt Yanğından Mühafizə Hissəsinin yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan maddəni təqdim edərək psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,88 qram olması müəyyən edilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi” haqqında ##.##.2026-cı il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi və kağız zərfə qablaşdırılmış maddə təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını və onun üzərindən aşkar edilməsini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zamanı tədqiq edilmiş sübutlarlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam təsdiqini tapdığından müdafiə tərəfinin apellyasiya şikayətində istinad etdiyi dəlillər sonuncunun təqsirsizliyini sübut edən hallar kimi qəbul edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayəthüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərar). Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarlarını da nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının CM-nin 234.1-cI maddəsinin tərkib əlamətləri olduğu üçün birinci instansiya məhkəməsi də haqlı olaraq təqsirləndirilən şəxsi həmin maddə ilə təqsirli bilmiş və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə araşdıraraq əldə etdiyi sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq zamanı toplanılaraq birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən təsdiqini tapmışdır. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində üzərində narkotik vasitə olmadığı halda polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulduğunu, barəsində təzyiq göstərildiyini, habelə birinci instansiya məhkəməsində təqdim etdiyi dəlil və sübutların araşdırılmadığını və məhkəmə araşdırmasının birtərəfli aparıldığını iddia etsə də, məhkəmə kollegiyası bu dəlillərin iş materialları ilə öz təsdiqini tapmadığı qənaətinə gəlir. Ilk növbədə, təqsirləndirilən şəxsin üzərinə metamfetaminin polis əməkdaşları tərəfindən qoyulması barədə iddiasına münasibətdə qeyd edilməlidir ki, həmin iddia iş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarında olan ## ###### 2026-cı il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokoldan, habelə həmin tədbir zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağları, FHN-nin X3 Xidmətinin Sumqayıt Yanğından Mühafizə Hissəsinin yaxınlığında saxlanıldıqdan sonra əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan maddəni özü təqdim etmiş və həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, bükümü ilə birlikdə çəkisinin 0,88 qram olduğu müəyyən edilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə protokoldan və həmin prosessual hərəkət zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əvvəlcədən təqdim etdiyi və kağız zərfə qablaşdırılmış maddə onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçıya təqdim edilmiş, təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu və onun üzərindən aşkar edildiyini bildirmişdir. Bu hal digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər şahid3, şahid2 və şahid1 əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı bükümü özü təqdim etdiyini və həmin maddənin metamfetamin olduğunu bildirdiyini göstərmişlər. Şahid şahid3 ifadəsinə görə, təqsirləndirilən şəxs saxlanılarkən və sonradan hər hansı etiraz və ya müqavimət göstərməmiş, əməli səmimi etiraf etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin ## ###### 2026-cı il tarixli, **/** saylı məhkəməkimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş paketdəki şəffaf sellofan kəsiyində olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin olmuş, həmin maddənin təmiz çəkisi 0,785 qram təşkil etmişdir. Göründüyü kimi, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə apellyasiya şikayətində irəli sürülən iddia yalnız təqsirləndirilən şəxsin sonrakı izahatına əsaslanır və iş üzrə digər obyektiv sübutlarla təsdiq edilmir. Əksinə, videoçəkilişlər, prosessual protokollar, şahid ifadələri və ekspertiza rəyi həmin iddianı təkzib edən qarşılıqlı və bir-birini tamamlayan sübutlar kimi çıxış edir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiq və hədə-qorxuya məruz qalaraq təqsirini etiraf etməyə məcbur edilməsi barədə dəlilinə münasibətdə də məhkəmə kollegiyası hesab edir ki, həmin iddia iş materialları ilə təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərində saxladığı metamfetamini özü polis əməkdaşlarına təqdim etdiyini, həmin maddəni Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmiş, tərtib edilmiş protokolun ona ucadan oxunduğunu və digər iştirakçılarla birlikdə həmin protokolu imzaladığını göstərmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs özü də məhkəmə iclasında saxlanılan zaman ona qarşı hər hansı fiziki təsir göstərilmədiyini bildirmiş, yalnız etiraf etmədiyi halda barəsində daha ağır ittiham irəli sürüləcəyindən qorxduğunu qeyd etmişdir. Lakin belə ehtimal və subyektiv qorxu özlüyündə prosessual hərəkətlərin və verilmiş ifadələrin məcburetmə nəticəsində əldə edildiyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Iş materiallarında təqsirləndirilən şəxsin iradəsinin zor, hədə-qorxu və ya digər qanunsuz təsir vasitələri ilə məhdudlaşdırılmasını təsdiq edən obyektiv məlumat müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, tərtib edilmiş prosessual sənədlər, videoçəkilişlər və digər sübutlar bir-birini tamamlayır. Həmçinin təqsirləndirilən şəxs saxlanılarkən və sonrakı prosessual hərəkətlər zamanı narkotik vasitənin ona məxsus olmaması və ya polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə hər hansı etiraz və ya şikayət verməmişdir. Birinci instansiya məhkəməsi də bu halları qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi və ibtidai istintaq zamanı verdiyi ifadələr arasında yaranmış ziddiyyətləri əsaslı olaraq müdafiə xarakterli ifadələr kimi qiymətləndirmişdir. Müdafiəçinin sübutların, o cümlədən videoçəkilişlərin qanunvericiliyin tələbləri pozulmaqla əldə edilməsi barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan videoçəkilişlər və prosessual sənədlər birinci instansiya məhkəməsində tədqiq edilmiş, onların əldə edilməsi və işə əlavə edilməsi hallarını şübhə altına alan konkret və mötəbər məlumat müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, habelə şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı videoçəkiliş aparılmış, həmin videoçəkilişləri əks etdirən iki DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Müdafiə tərəfinin videoçəkiliş zamanı hal şahidlərinin iştirak etməməsi barədə dəlili də özlüyündə həmin sübutların yolverilməz hesab edilməsi üçün kifayət etmir. Belə ki, sübutun yolverilməzliyinə səbəb olan konkret prosessual pozuntunun mövcudluğu, həmin pozuntunun sübutun əldə edilməsinə və məzmununun etibarlılığına təsir göstərməsi müdafiə tərəfindən əsaslandırılmalı, məhkəmə isə bunu işin digər materialları ilə birlikdə qiymətləndirməlidir. Hazırkı iş üzrə isə videoçəkilişlərin həqiqiliyini və mötəbərliyini şübhə altına alan hər hansı obyektiv hal müəyyən edilməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində təqdim etdiyi dəlil və sübutların araşdırılmaması, məhkəmə baxışının birtərəfli keçirilməsi barədə apellyasiya şikayətinin dəlili də iş materialları ilə təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəni dinləmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edən hissələri elan etməklə tədqiq etmiş, şahid ifadələrini, əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokolu, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə protokolu, videoçəkilişləri, ekspertiza rəyini, habelə digər sənədləri araşdıraraq qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı yalnız ayrı-ayrı sübutlara deyil, onların məcmusuna əsaslanmış və həmin sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul edilməsinə mane olan halların müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Bu nəticə məhkəmə hökmündə də əsaslandırılmışdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə nəticə hər hansı bir sübuta deyil, bir-birini tamamlayan sübutların məcmusuna əsaslanır. Həmin sübutlar arasında əməliyyat tədbiri zamanı maddənin təqsirləndirilən şəxs tərəfindən təqdim edilməsi, sonrakı prosessual hərəkətlər zamanı həmin maddənin eyniləşdirilməsi, videoçəkilişlər, şahid ifadələri və məhkəmə-kimyəvi ekspertiza rəyi xüsusi əhəmiyyət daşıyır. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi, narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri iş üzrə digər sübutlarla ziddiyyət təşkil etdiyindən və həmin ifadələri təsdiq edən obyektiv sübutlar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən həmin ifadələrə tənqidi yanaşılması əsaslı olmuşdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gəlmək üçün kifayətdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə işin faktiki hallarına və tədqiq edilmiş sübutların məcmusuna uyğundur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdırıcı halların olmamasını nəzərə almışdır. Belə ki, təqsirləndirilən şəxsin evli olması və iki azyaşlı uşağının himayəsində olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda, onun əvvəllər məhkum olunması, əvvəlki cəzanın icrası ilə bağlı hallar və hazırkı cinayət əməlini törətməsi məhkəmə tərəfindən cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəza hədləri nəzərə alınmaqla birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməsi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Birinci instansiya məhkəməsi həmçinin təqsirləndirilən şəxsin ailə vəziyyətini və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış və cəzanın məqsədlərinə məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə nail olunmasının mümkün olduğu qənaətinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin hökmünün qanunsuz və ya əsassız olduğunu göstərən əsaslı arqumentlərlə müşayiət olunmur, həmin dəlillər iş üzrə müəyyən edilmiş faktiki halları və sübutların məcmusunu təkzib etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması barədə dəlilləri əsassızdır həm də ona görə ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları, iş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olub-olmaması, o cümlədən onu səciyyələndirən hallar müzakirə edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının orta həddinə yaxın nəzərdə tutulan cəza təyin edilmişdir ki, bu cəza da qanuni, ədalətli və cinayət əməlinə adekvat olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur, iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil X1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə 3 (üç) iş saatı üçün hesablanmış 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Şəhər * saylı Vəkil Bürosunun vəkili X1 33 (otuz üç) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar