Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-304/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və müdafiəçisi – Quba rayon Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə dair Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü (hakim N.Xəlilova) ilə ##.##.2008-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmayan, Xaçmaz rayonu, Susayqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs3 üzərinə saat 24:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün təqsirləndirilən şəxs3 aid hissədə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməklə dəyişdirilməsini, ona təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARI: Hökmə əsasən təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, ## ### 2025-ci il tarixdə, gecə saat 03 radələrində tanışları təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Quba şəhəri Azərbaycan prospektində yerləşən “Quba rayon fizika, riyaziyyat və informatika təmayüllü lisey” PHŞ-nin ərazisində yerləşən “Steam” mərkəzinin yan tərəfindəki pəncərəsindən qanunsuz daxil olaraq, həmin binanın içərisindən hər birinin qiyməti 1.770 manat olan ümumi 15.930 manat dəyərində 9 ədəd HP markalı notbuk (HP 250 G8 Notebook PC Intel Core İ7 1065G7), bir ədədi 71,6612 manat olan 1 ədəd mikro bit üçün Keyestudio ilkin başlanğıc dəsti (X1 Kit for micro bit), 1 kq 23.099833 manat olan 11,54 manat dəyərində 0,5 kq 3D Printer üçün nazik termoplastik xammal teli (3D Printer Filaments), 1 ədədi 12,195 manat olan ümumi 48,78 manat dəyərində 4 ədəd Arduino üçün USB ilə birgə CH340 model yığcam, açıq mənbəli mikrokontroller lövhəsi (CH340 Nano controller board +USD for arduino), bir dəstinin qiyməti 118 manat olan ümumi 354 manat dəyərində HP markalı 3 dəst simsiz klaviatura və siçan (wireless keyboard and mouse), bir ədədi 67,87 manat olan 1 ədəd böyük qutuda arduino üçün sensor dəstini gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 16.483,86 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməlini Quba Fizika və Riyaziyyat İnformatika Təmayüllü Liseyin 11-ci sinfində oxuyarkən törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən pula ehtiyacı olmasına baxmayaraq, peşmançılıq keçirmiş, liseydə əla qiymətlərlə oxuduğundan imtahanları müvəffəqiyyətlə verərək, Azərbaycan İnşaat Memarlıq Universitetinə daxil olmuş və hal-hazırda da universitetin tələbəsidir. Məhkəmə tərəfindən ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması obyektiv olsa da, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 universitetdə əyani təhsil alması məhkəmənin nəzərindən çox güman ki, yayınmış və ona Xaçmaz rayonu ərazisinin hüquqlarını tərk etməmək və digər öhdəliklər üzərinə qoyulmuşdur. Belə olan halda təqsirləndirilən şəxs təhsilindən məhrum olur və bu da bir gənc oğlanın təhsilsiz qalması ilə nəticələnir. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 gənc olmasını, ilk dəfə, cinayət əməli törətməsini, liseyi əla qiymətlərlə bitirib Azərbaycan İnşaat Memarlıq Universitetinə daxil olaraq tələbəsi olmasını, törətdiyi əməldən peşmançılıq keçirməsini nəzərə alaraq, onun haqqında Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə təyin edilən cəzası şərti hesab edilməlidir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini, hüquqlarını müdafiə müdafiə etdiyi şəxsin barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 barəsində ittiham hökümü çıxararkən ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması, cəza təyin edilərkən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, yüngülləşdirən hal kimi isə cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, tələbə olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən təqsirləndirilən şəxsin müdafiəçisi vermiş olduğu apellyasiya şikayətində təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini təyin etməklə, təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hökm təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 aid cəza hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilərək, təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayət əməli, оnun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq оrqanı tərəfindən tоplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə yol verməmiş, sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək dəyərləndirilmiş, yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İttiham üzrə təqsiri etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və digər sübutların ilə müqayisəli təhili nəticəsində təsdiq edilmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Belə olan halda məhkəmə kollegiyası ittiham üzrə gəlinən nəticənin əsaslı olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra hakimiyyəti başcısının Susayqışlaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs3 Xaçmaz rayonu, Susayqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Memarlıq və İnşaat Universiteti Publik Hüquqi Şəxsinin ##.##.2026-cı il tarixli ** nömrəli arayışından görünür ki, təqsirləndirilən şəxs3 həmin Universitetin 1-ci kurs tələbəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ədalətli cəza təyin edilməsi törədilmiş cinayət üçün yalnız sitəm olmamaqla, hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən cəzanı ağırlaşdıran hallar ilə yanaşı yüngülləşdirən hallar da nəzərə alınır. Cəzanı ağırlaşdıran hal törədilmiş əməlin ictimai təhlükəliliyini artıran hallardır. Cəzanı yüngülləşdirən hallar isə təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararkən qeyd edir ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən onun əməlində cəzanı ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, tələbə olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Müdafiə tərəfi hüquqlarını müdafiə etdiyi şəxs barəsində tətbiq edilmiş cəzanın şərti tətbiq edilməsini xahiş etsə də, onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə şərti tətbiq edilə bilməsi cinayət qanunu normasında təsbit edilməmişdir. Lakin təqsirləndirilən şəxs3 cəza təyin edilərkən şəxsiyyətinin, təyin edilən cəzanın onun islah olunmasına, onun və ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınmadığı qənaəti formalaşır. Belə ki, təqsirləndirilən şəxs3 orta məktəbi bitirməklə ali məktəbə daxil olmuş və tələbə adını almış, lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməmiş, təyin edilmiş cəzanın həddinin onun və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları). Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarları). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın növü ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, həmin cəzanın həddi üzrə gəlinən nəticəni qanuni, əsaslı və ədalətli hesab etmir. Çünki təqsirləndirilən şəxs3 ictimai təhlükəli əməli yetkinlik yaşına çatmayan dövrdə törətmiş, ona cəza təyin edilərkən ali məktəbə qəbul olmaqla tələbə adını almışdır ki, bu da cəza təyin edilərkən onun şəxsiyyətini xarakterizə edən halların, cəzanın onun və ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınmadığı qənaətini formalaşdırır. Belə olan halda ona təyin edilmiş cəza hissəsində hökm dəyişdirilməli, barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həddi 1 il müddətinə endirilməlidir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq yekun olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması 1 (bir) il müddətinə endirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 407.2 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs3 cəza təyin edilməsi hissəsində dəyişdirilsin. təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması 1 (bir) il müddətinə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-304/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-304/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver