Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-305/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X5 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsi ilə baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim Nigar Xəlilova) ## ######## 2001-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 2.3-cü bəndinə əsasən ## ###### 2026-cı il tarixdə cəzadan azad edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli "Makarov (PM)’’ tapançasını əldə edib üzərində daşımaqla və gəzdirməklə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## ##### 2026-cı il tarixdə, saat 20:04-də Quba şəhəri, Sahil küçəsində saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının arxa hissəsindən 01 ədəd nömrəsi silinmiş silah, zavod üsultı ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli "Makarov (PM)" tapança və tapançanın darağında olan 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Seçkin (APS) konstruksiyalı tapançaların patronları aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinin düzgün və ədalətli araşdırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Polis Şöbəsi onun üzərinə silah qoyaraq həbs etmişdir. Onun üzrərinə qoyulan silah ona məxsus deyildir, silahın üzərində onun əl izi yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsi ədalətsiz hökm çıxararaq ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadıqda barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azadılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onu külli miqdarda yəni 20 kq narkotik vasitə marixuana ilə yükləməklə hədələmişlər, məcbur olub hazırki ittihamı qəbul etmişdir. Apellyasiya məhkəməsinin iclasında müdafiəçi X2 apellyasiya şikayətinin dəlillərinə uygun çıxış edərək, hökmün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı X4 çıxışında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, o cümlədən təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə bəraət verilməsi, bu mümkün olmadıqda barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azadılması barədə təqsirləndirilən şəxsin və müdafiəçinin, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin ## #### 2026-cı il tarixli ifadəsi ilə yanaşı, şahidin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş məhkəmə ballistik ekspertizasının ## ##### 2026-cı il tarixli, **/*** nömrəli rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, törətdiyi əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun CM-nin 228.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarının təqsirləndirilən şəxsin ona istinad edilən əməli törətməməsinə dair dəlilinə qiymət verərək qeyd edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən 3 gün əvvəl, yəni ## #### 2026-cı il tarixdə Quba şəhəri, Sahil küçəsində yerləşən və “Damba” adlanan ərazidə Qudyalçayın sahilində gəzən zaman təsadüfən yerdə “Makarov” markalı odlu tapança aşkar etmişdir. Silaha baxış keçirərkən onun darağının olduğunu və darağın içərisində üç ədəd patronun yerləşdiyini görmüşdür. Həmin tapançanı əvvəllər filmlərdə və polis əməkdaşlarında gördüyünə görə odlu silah olduğunu dərk etmişdir. Bundan sonra o, tapdığı silahı götürərək 3 gün müddətində üzərində saxlayaraq daşımışdır. ## ##### 2026- cı il tarixdə, saat təxminən 20:00 radələrində Quba şəhəri. Sahil küçəsində piyada hərəkətdə olarkən mülki geyimli, özlərini Quba RPŞ-nin əməkdaşları kimi təqdim edən üç nəfər şəxs ona yaxınlaşaraq üzərində qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə məlumat olduğunu və üzərində yoxlana aparılacağı blidirdikdə polis əməkdaşlarına etiraz etməmişdir. Üzərində yoxlama aparılmağa başlanılarkən polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan olunan əşyaların könüllü təqdim edilməsi təklif olunduqda o, üzərində saxladığı odlu silahı təqdim etmədiyi halda məcburi qaydada götürüləcəyini başa düşərək əynində olan cins şalvarının arxa hissəsində gizlətdiyi "Makarov markalı tapançanı könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Silaha baxış zamanı onun darağında üç ədəd patronun olduğu müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən onunla aparılan sorğu-sual zamanı o, həmin silahı ##.##.2026-cı il tarixdə Qudyalçayın sahilində yerləşən “Damba” adlanan ərazidə tapdığını bildirmişdir. Sonra, üzərindən aşkar edilib götürülmüş “Makarov" markalı tapança polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, polis əməkdaşları onu Quba rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində hüquqlarını müdafiə etmək üçün ona müdafiəçi təqdim edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o. ünvan 2 ünvanında bibisi ilə birlikdə yaşamış, fərdi əməklə məşğul olmuş, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. O, tutulmamışdan təxminən 3 gün əvvəl, yəni ## #### 2026-cı il tarixdə Quba şəhəri. Sahil küçəsində yerləşən və “Damba” adlanan ərazidə, Qudyalçayın sahilində gəzinti zamanı təsadüfən yerdə “Makarov” markalı odlu tapança aşkar etmişdir. Silaha baxış keçirərkən onun darağının olduğunu və darağın içərisində 3 ədəd patronun yerləşdiyini görmüşdür. Həmin tapançanı əvvəllər filmlərdə və polis əməkdaşlarında gördüyünə görə odlu silah olduğunu dərk etmişdir. Bundan sonra o, tapdığı silahı qanunsuz olaraq götürərək bel nahiyəsində gizlətmiş və təxminən 3 gün müddətində üzərində saxlayaraq daşımışdır. Daha sonra, ## ##### 2026cı il tarixdə, saat təxminən 20:00 radələrində Quba şəhəri, Sahil küçəsində piyada hərəkətdə olarkən mülki geyimli, özlərini Quba RPŞ-nin əməkdaşları kimi təqdim edən üç nəfər şəxs ona yaxınlaşaraq üzərində qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə şübhə olduğunu bildirmişlər. Həmin şəxslər tərəfindən şəxsi axtarış aparılması təklif edilmiş, o da buna etiraz etməmişdir. Şəxsi axtarışa başlanılarkən polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan olunan əşyaların könüllü təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra o, üzərində saxladığı odlu silahı təqdim etmədiyi halda məcburi qaydada götürüləcəyini başa düşərək əynində olan cins şalvarının arxa hissəsində gizlətdiyi "Makarov” markalı tapançanı könüllü şəkildə təqdim etmişdir. Silaha baxış zamanı onun darağında 3 ədəd patronun olduğu müəyyən edilmişdir. O, həmin silahı ##.##.2026-cı il tarixdə Qudyalçayın sahilində yerləşən "Damba” adlanan ərazidə tapdığını bildirmişdir. Aşkar olunmuş “Makarov” markalı tapança bir ədəd kağız, zərfə yerləşdirdərək qablaşdırılmış, zərfin üzərində o və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq elmişlər. Həmçinin üzərindən qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Bundan sonra hadisə ilə bağlı videoçəkiliş başa çatdıqdan sonra onun üzərində şəxsi axtarış aparılması və yaşayış yerinə baxış keçirilməsi barədə müvafiq protokollar tərtib edilmiş, protokolların məzmunu video çəkilişə uyğun olduğuna görə bütün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanaraq təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İbrahimov Pənah Aydın oğlu sərbəst ifadəsində göstərmişdir ki, o, Quba rayon polis şöbəsində cinayət axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Quba şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi ilə bağlı şöbəyə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində o, qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ## ##### 2026-cı il tarixdə, saat 20:04 radələrində Quba şəhəri, Sahil küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən ona hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin olunmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaların, xüsusilə odltı silahın olmasını ehtimal elməyə kifayət qədər əsaslar olduğundan ona üzərində şəxsi yoxlama aparılılacağı izah olunmuşdur. Yoxlamadan əvvəl ona üzərində olan qanunla qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa hissəsində gizlətdiyi “Makarov” markalı tapançanı könüllü şəkildə çıxarıb onlara təqdim etmişdir. Silaha baxış keçirilən zamanı darağın içərisində üç ədəd patron olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya aşkar olunmamışdır. Sorğu zamanı X1 həmin silahı ## #### 2026-cı il tarixdə Quba şəhəri, Sahil küçəsində yerləşən çayın kənarından tapdığını bildirmişdir. Aşkar edilmiş tapança 1 (bir) ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən "iPhone 15 Pro” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. Bundan sonra, onlar Təqsirləndirilən şəxs Quba rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hüquqları müdafiə olunması üçün ona müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançaya və patronlara baxış keçirildikdən sonra, tapança və patronlar zərfə qoyularaq yenidən qablaşdırılmışdır. Bundan sonra müvafiq protokol tərtib edilmişdir. O, və digər iştirakçılar protokolu imzalamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 İbrahimov Pənah Aydın oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismidə dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid3 ifadəsindən məlum olur ki o, digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: ## ##### 2026-cı il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, ona əlavə edilmiş 01 ədəd DVD diskdən, ## ##### 2026cı il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan və müəyyən olunur ki, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən ## ##### 2026-cı il tarixdə, saat 20:04-də Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən sonuncu, əynindəki göy rəngli cins şalvarının arxa hissəsindən 01 ədəd 9 mm kalibrli "Makarov (PM)" tapançanı və tapançanın darağında olan üç ədəd patronu polis əməkdaşlarına təqdim edir. ## ##### 2026-cı il tarixli, **/*** nömrəli məhkəmə balistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstrııksiyalı tapançaların komplekt hissəsidir (darağıdır), döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Seçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Qeyd:-təqdim edilmiş patronlardan biri atış üçün istifadə olunmuşdur. ##.##.2026-cı il tarixli maddi subut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 03 (üç) ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Seçkin (APS) konstrııksiyalı tapançaların patronları və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü 01 (bir) ədəd disk maddi subut kimi tanınmışdır. ##.##.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ##.##.1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidin ifadələrinə, ekspertiza rəyinə, iş üzrə sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Belə ki, cinayət işi başlamamışdan əvvəl ## ##### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparılarkən sonuncunun 01 ədəd 9 mm kalibrli "Makarov (PM)" tapançanı və tapançanın darağında olan üç ədəd patronu polis əməkdaşlarına təqdim etməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya məhkəməsindəki çıxışında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək aşkar olunmuş silahın ona məxsus olmaması, külli miqdarda narkotik vasitə ilə yüklənilməklə hədələnməsi nəticəsində məcbur olub ittihamı qəbul etməsinə dair bildirdiklərinə tənqidi yanaşaraq qeyd edir ki, onun bu dəlilləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıdığından məhkəmə kollegiyası həmin dəlillərə tənqidi yanaşır və həmin dəlillər təqsirləndiirlən şəxsin müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı veridiyi ifadəsi, həmçinin birinci instansiya məhkəməsindəki sərbəst ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Kollegiya onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticələrin «yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı olması» barədə CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilən müddəa o demək deyildir ki, təqsirlilik məsələsi müzakirə edilərkən yalnız məhkəmə iclasında verilən ifadələr əsas götürülməlidir. Qanunun mənasına görə, ibtidai araşdırma dövründə verilmiş ifadələr məhkəmə iclasında tədqiq edilərkən onların işin digər halları ilə uyğun gəlməsi müəyyən edildikdə daha mötəbər sübut kimi qəbul edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi ifadələri daha uyğun və inandırıcıdır. Məhkəmə kollegiyası mübahisələndirilən hökmdə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkum edildiyi CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin müdafiə tərəfinin təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsinə dair dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş və bununla da onun əməlində cinayətlərin residivi yaranmışdır. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətdikdə cinayətin residivi hesab edilir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh olunmasına dair” ## #### 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu cinayətlərin residivi və cinayətlərin residivinə görə cəza təyini ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, “...Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, cinayətlərin residivi müəyyən edildikdə, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-nin 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CMnin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır...”. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009-cu il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki cinayətə görə təyin edilmiş azadllqdan məhrum etmə cəzasının qalan hissəsindən ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən azad edildikdən sonra iki il keçmədən yenidən cinayət törətməsi onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, təhlükəli meyillərin və vərdişlərin təsirindən azad olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə bəraət verilməsi və ya barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də, apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçilərin hesabatı nəzərə alınmaqla 6 saata görə 66 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 397, 398.1.1, 407, 410cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 6 iş saatına görə 66 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-305/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-305/2026
01.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver