Məhkəmə qərarları › İş №1(3-8)-307/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-307/2026

24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-307/2026 24.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə Idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakim F.Ş.Kərimova) ##.##.1971-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 115-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, onun hazırki iş üzrə tutulduğu 02 (iki) gün və məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)***/**** saylı ## ###### 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunması və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim E.R.Teymur-Zadə) vəsatət təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin cinayət işinin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## #### 2025-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf sellofan kəsiyində təmiz çəkisi 0,436 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron-2” yaşayış kompleksinə daşımış və üzərində saxlamış, ## #### 2025-ci il tarixdə saat 17:48-də Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal- Abşeron-2” yaşayış kompleksinin yaxınlığında saxlanılaraq, orada həmin gün saat 17:48-dən saat 17:51-ə kimi üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibində həmin bir ədəd bükümdə 0,436 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə ona həddindən artıq ağır cəza təyin edilmişdir. Hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəza “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin təsiri altına düşür və həmin amnistiya aktının ona tətbiq edilməsi üçün əsaslar mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsini rəhbər tutaraq, Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü cəzanın təyin edilməsi hissəsində dəyişdirilməsini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini, Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli amnistiya qərarının 3.1-ci bəndi tətbiq edilməklə cəza müddətinin 6 ay azaldılmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Dövlət ittihamçısı çıxışında apellyasiya şikayətinin dəlillərilə razılaşmadığını ittiham üzrə təqsirləndirilən şəxsin əməlinin düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyini və məhkəmə tərəfindən qanuna müvafiq qaydada cəza təyin edildiyini vurğulayaraq onu da qeyd etdi ki, məhkum əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş, hazırda da barəsində əsaslı olaraq CM-nin 66.5 maddəsinə əsasən cəza təyin edilmiş və bu cəza törətdiyi əməllərinə uyğundur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etdi ki, məhkəmə hökmündən cəzasının azaldılması üçün apellyasiya şikayəti verdiyindən xahiş edir ki, apellyasiya şikayəti təmin edilsin. Belə ki, o, amnistiya aktının tətbiq olunmamasından şikayət vermişdir. Ona əvvəlki hökmünə tətbiq olunmalı amnistiya aktı tətbiq edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərində qeyd edilən xüsusatlara və təqsirləndirilən şəxsin hazırda verdiyi ifadələrinin, həmçinin “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndinin təqsirləndirilən şəxs barəsində tətbiq edilməklə ədalətli qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-nin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, apellyasiya şikayətinin dəlillərini, məhkəmə baxışında təqsirləndirilən şəxsin və onun müdafiəçisinin mövqelərini, dövlət ittihamçısının çıxışını, habelə apellyasiya baxışı zamanı məhkəmə tərəfindən əlavə olaraq tələb edilmiş məlumatları qarşılıqlı əlaqədə araşdırıb hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 6 ay müddətinə azaldılmaqla qalan cəza müddəti CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrunetmə cəzası ilə qismən birləşdirilməklə CM-nin 69.3 maddəsinə əsasən ona azadlıqdan məhrum etmə cəzasının qəti cəza müddəti təyin edilməklə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə, ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, onun CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və təyin edilmiş cəzanın ağır olması barədə ümumi dəlillər irəli sürülsə də, apellyasiya baxışında təqsirləndirilən şəxs şikayətinin əsas mahiyyətinin onun barəsində əvvəlki hökm üzrə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməməsi ilə bağlı olduğunu bildirmişdir. Müdafiəçi də həmin mövqeyi müdafiə etmiş, dövlət ittihamçısı isə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyini və həmin cinayətə görə ayrıca təyin edilmiş cəzanın qanuni olduğunu bildirməklə hökmü əsaslı hesab etməklə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Lakin məhkəmə koillegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni qüvvəsini aldıqdan sonra ## ###### 2025-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarı məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində tətbiq edilməməsi onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 5.3-cü bəndinə əsasən məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 23-cü hissəsində nəzərdə tutulmuşdur ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs barəsində adı çəkilən amnistiya aktının əvvəllər tətbiq edilib-edilmədiyini müəyyən etmək məqsədilə onun şəxsi işinə dair məlumat tələb edilmiş və Umbakı Penitensiar Müəssisəsinin ## ######## 2026-cı il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə elan edilmiş amnistiyanın tətbiq olunmasına dair onun şəxsi işində hər hansı məlumat aşkar edilməmiş, eyni zamanda məhkumun amnistiya qərarının tətbiqi müddətində Umbakı Penitensiar Müəssisəsində saxlanılmadığı göstərilmişdir. Həmin məlumat amnistiya aktının məhkuma əvvəllər tətbiq olunmadığını təsdiq edir. Məhkumun amnistiyanın ilkin icrası dövründə məhz Umbakı Penitensiar Müəssisəsində saxlanılmaması, yəni hazırkı cinayət işi üzrə digər istintaq təcridxanasında saxlanılması isə özlüyündə amnistiyanın tətbiqini istisna edən hal deyil. Əksinə, bu hal həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxsin şəxsi işində amnistiyanın tətbiqinə dair məlumatın olmamasının səbəbini izah edir. Amnistiya Qərarının 31-ci hissəsində də amnistiyanın tətbiqi zamanı məhkumun şəxsi işinin öyrənilməsi, zəruri sənədlərin aidiyyəti orqanlardan tələb edilməsi və həmin sənədlərin qərara əlavə olunması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası tərəfindən Umbakı Penitensiar Müəssisəsinə sorğu göndərilməsi məhz həmin tələbin təmin edilməsinin icrası ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 3-cü hissəsində, həmin Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərdən başqa, 6-cı hissədə göstərilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyən kateqoriyadan olan məhkumların cəzalarının 6 ay azaldılması müəyyən edilmişdir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılmalıdır. Həmin Qərarın 8-ci hissəsinə görə qərar qəbul olunduğu gündən, yəni ## ###### 2025-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qərarın 9-cu hissəsi onun 1–3-cü hissələrinin həm amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslərə, həm də həmin tarixədək çıxarılıb amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslərə tətbiq olunmasını nəzərdə tutur. Göründüyü kimi, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün ## ###### 2025-ci ilədək çıxarılmış olması və həmin günə Nərimanov Rayon Məhkəməsinin hökmünün qüvvəyə minməsi və hökmlə cəzanın çəkilməsi müddətinin başlanğıcı ## ####### 2025-ci il tarixdən hesablanması nəzərə alınmaqla ## ###### 2025-ci il tarixə cəzanın cəkilməmiş hissəsi 1 ildən artıq müddət təşkil etdiyindən Təqsirləndirilən şəxs barəsində məlum Amnistiya Qərarın 3.1-ci bəndi tətbiq edilməklə cəzası 6 ay müddətə azaldılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məlum Amnistiya Qərarının 7-ci hissəsində müəyyən edilmiş əlavə məhdudiyyətlər Qərarın bütün hissələrinə deyil, konkret olaraq 1-ci və 4-cü hissələrə, 5.1-ci bəndə və 5.2.1-ci yarımbəndə nəzərdə tutulan hallara şamil edilmişdir. Qərarın 3.1-ci bəndi üzrə cəzanın 6 ay azaldılması zamanı isə birbaşa 6-cı hissədə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmalıdır. Bu səbəbdən hazırkı məsələdə 7.1-ci bənddə göstərilən cinayətlərin siyahısı deyil, Qərarın 6-cı hissəsində istinad edilən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” ## ###### 1994-cü il tarixli, *** nömrəli Qanundan irəli gələn məhdudiyyətlərin mövcud olub-olmaması hüquqi əhəmiyyət daşıyır. Iş üzrə təqdim edilmiş materiallarda Təqsirləndirilən şəxs münasibətdə həmin Qanundan irəli gələn amnistiyanı istisna edən hal müəyyən edilməmişdir. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 19.5-ci bəndində Qərarın 3-cü hissəsində nəzərdə tutulmuş şəxslər barəsində amnistiyanın məhkəmələr tərəfindən tətbiq edilməsi müəyyən edilmiş, 37-ci hissəsində isə amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar şəxsin Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququ təsbit olunmuşdur. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 26-cı hissəsinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Məhkəmə kollegiyası Amnistiya Qərarının 14-cü hissəsinin hazırkı işə təsirini də ayrıca qiymətləndirir. Həmin normaya əsasən Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Lakin hazırkı halda amnistiya aktının qüvvəyə mindiyi ## ###### 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırkı iş üzrə hökmü mövcud olmamış, CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza yalnız ## #### 2026-cı il tarixli hökmlə müəyyən edilmişdir. Amnistiya qüvvəyə mindiyi tarixdə Təqsirləndirilən şəxs barəsində mövcud olan və Qərarın 9-cu hissəsinin təsiri altına düşən hökm Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, sonradan, ## #### 2026-cı il tarixdə başqa cinayətə görə hökm çıxarılması və CM-in 66.5-ci maddəsinə əsasən həmin cəzanın əvvəlki hökm üzrə cəza ilə qismən toplanılması, ## ###### 2025-ci il tarixdən etibarən əvvəlki hökm üzrə yaranmış amnistiya aktının hüquqi nəticəsini aradan qaldıra bilməz. Əks yanaşma eyni vəziyyətdə olan şəxsin amnistiyadan istifadə etmək hüququnun, yalnız amnistiya qüvvəyə mindikdən sonra əvvəl törədilmiş başqa cinayətə görə hökm çıxarılması səbəbindən sonradan aradan qalxması nəticəsinə gətirərdi. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı işə baxılarkən Nərimanov Rayon Məhkəməsinin hökmünün təqsirlilik, əməlin hüquqi tövsifi və ya digər hissələrini yenidən qiymətləndirilmir, yalnız həmin hökm üzrə icra edilməli olan cəzanın amnistiya aktının məcburi hüquqi nəticəsi olaraq dəyişmiş həcmini hazırkı hökm üzrə CM-in 66.5-ci maddəsinin tətbiqi zamanı nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının ## ###### 2025-ci il tarixə çəkilməmiş hissəsi Amnistiya Qərarının 3.1-ci bəndinə əsasən 6 ay azaldılmalıdır. Amnistiyanın tətbiqi əvvəlki hökm üzrə CM-in 66.5-ci maddəsi ilə hazırkı cəzaya daxil edilən cəzanın həcmini dəyişdirdiyindən, həmin hüquqi dəyişiklik hazırkı hökm üzrə müəyyən edilmiş qəti cəzanın da yenidən hesablanmasını zəruri edir. Başqa sözlə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 02 il 02 ay müddətinə cəzanın formalaşmasında əsas götürülmüş cəzalardan birinin qəbul olunmuş Amnistiya aktına əsasən azaldılması CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilən cəzanın dəyişdirilməsilə nəticələnməlidir. O da qeyd edilməlidir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsi üçün əsas müəyyən edilmir. Birinci instansiya məhkəməsi həmin cəzanı cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki məhkumluğunu və digər əhəmiyyətli halları nəzərə almaqla qanunla müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Buna görə hökmün dəyişdirilməsinin əsası hazırkı cinayət üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinin ağır olması deyil, əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarixə çəkilməmiş hissəsinə tətbiq edilməli olan Amnistiya aktının nəzərə alınmaması və bunun CM-in 66.5-ci maddəsi üzrə təyin edilmiş cəzanın həcminə təsir etməsidir. Məhkəmə kollegiyası CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə amnistiyanın tətbiqi nəticəsində qalan cəza ilə hazırkı hökm üzrə müəyyən edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının qismən toplanılmasını mümkün hesab edir. Cinayətlərin hər ikisinin az ağır cinayətlərə aid olması, CM-in 66.2-ci maddəsinin qismən toplama üsuluna yol verməsi, habelə qəti cəzanın məcmuya daxil olan ayrı-ayrı cəzalardan daha ciddi olması tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin ediləçək azadlıqdan məhrum etmə cəzasının müddətinin cinayət qanunvericiliyinin müddəalarına və qanunun tələblərinə uyğun olması zəruridir. Eyni zamanda, kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının qəti müddəti hesablanarkən onun hazırkı iş üzrə tutulduğu 02 gün və əvvəlki iş üzrə tutulduğu 02 gün, ümumilikdə 04 gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzadan çıxılmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki halları və tətbiq edilməli hüquq normalarını məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ## ###### 2025-ci il tarixə çəkilməmiş hissəsi “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 6 ay azaldılmalı, həmin hökm üzrə amnistiyanın tətbiqi nəticəsində qalan cəza hazırkı iş üzrə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzası, CM-in 69.3-cü maddəsinə əsasən hər iki iş üzrə istintaq zamanı həbsdə saxlanıldığı ümumilikdə 04 günü ümumi cəza müddətindən cıxılmaqla üzərində saxlanılacaq azadlıqdan məhrum etmə cəzasının qəti müddəti müəyyən edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil müdafiəçi1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə cinayət işinin materialları ilə tanış olub, məhkəmə iclaslarında iştirak etməklə sərf etdiyi 7 (yeddi) iş saatı üçün hesablanmış 77 (yetmiş yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 5 (beş) gün müddəti 6 (altı) ay azaldılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 5 (beş) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu 2 (iki) gün və məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı qərarla ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsindəki Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 77 (yetmiş yeddi) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar