Məhkəmə qərarları › İş №1(3-8)-309/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-309/2026

02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-309/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-cü maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü (hakimlər N.Mirzəyev (sədrlik edən), N.Hüseynli və İ.Cəfərzadə) ilə ## ###### 1988-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2024cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaların qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-ci maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşıyaraq gəzdirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda və xüsusilə külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və ## ### 2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda şəxsiyyəti istintaq məlum olmayan “Saraf” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə marixuananı, habelə qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını özünə məxsus “İnfinix” markalı mobil telefona quraşdırılmış “Whatsapp” proqram tətbiqinin bağlı olduğu 070-334- **-** saylı mobil telefon nömrəsindən istifadə etməklə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının mobil operatoruna məxsus “98-939-124-6899” saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb “Saraf” adlı şəxsin bildirdiyi yerdən, yəni Xaçmaz-Quba avtomobil yolunun 1-ci kilometrliyinin Xaçmaz şəhəri ərazisindən keçən hissəsinin sol tərəfində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasının yaxınlığındakı tikilinin içərisindən götürərək qəsdən əldə edib saxlamaqla daşımış, bu fakt o, ## #### 2025-ci il tarixdə saat 22:30-23:10 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz-Quba avtomobil yolunun 1-ci kilometrliyinin Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasının yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı üzərində daşıdığı 01 ədəd polietilen bağlamaya baxış keçirilərkən içərisində 02 ədəd torbada 495,288 qram və 515,088 qram çəkidə olmaqla, ümumi təmiz çəkisi 1010,376 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd torbada 521 qram və 503 qram çəkilərdə olmaqla, ümumi təmiz çəkisi 1024 qram olan narkotik vasitə qurudulmuş marixuana, habelə həmin bağlamada 01 ədəd nömrəsi silinmiş, qoruyucusunda 864 №-si olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, “Makarov” konstruksiyalı “PM” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı və təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş olan odlu yivli silah hesab edilən tapança silahı, atəş üçün yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9x18 kalibrli, Makarov(PM) və Steçkin(APS) konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən 07 ədəd ştat patron və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşıyaraq gəzdirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda və xüsusilə külli miqdarda əldə edib saxlamaqla daşımışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, istinad edilən heç bir hala münasibət bildirməmiş, eyni zamanda öməlin tövsifində səhvə yol vemişdir. Belə ki, istintaq dövründə barəsində CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi aparılmış və həmin maddə ilə cinayət işi yekunlaşdırmışdır. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxs ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal kimi əməldə cinayətlərin residivinin olmasını, yüngülləşdirən halın olmamasını hal nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verərək, hökmünün ləğv edilməsi və əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya protesti və apellyasiya şikayəti əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq edilməklə qiymətləndirilən sübutlara düzgün istinad edilməklə, onlara hüquqi qiymət verilməsi barədə gəldiyi nəticə ilə kollegiya razılaşdığından, həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür, ancaq əməl üzrə dəyərləndirilmə aparılarkən birinci instansiya məhkəməsində tədqiq edilməklə əldə olunmuş sübutların məzmunu dəyişdirilmədən qiymətləndiriləcəkdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşıyaraq gəzdirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda və xüsusilə külli miqdarda əldə edib saxlamaqla bağlı yuxarıda işin halları hissəsində təsvir olunan formada ittiham verilmişdir. Müdafiə tərəfi ittihamı qəbul etməyərək, hökmün ləğv edilməsini və əməlinin CM-nin 234.1-1ci maddəsinə tövsif edilməsini mübahisələndirmişdir. Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin dispozisiyasına görə Bu Məcəllənin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədilməsi cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 234.4-cü maddəsində “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; 234.4.4. mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə; 234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaradır. 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun * saylı, ## #### 2024-cü il tarixli qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra - Konstitusiya Məhkəməsi) müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il ## ###### tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## #### tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il # ### tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il ## ##### tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il # ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrıayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CM-in 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Prekursorları göndərən və ya satan şəxsin və yaxud həmin prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitə və ya psixotrop maddə hazırlayan, istehsal edən və ya emal edən şəxsin əməli istər prekursorlara, istərsə də narkotik vasitələrə (psixotrop maddələrə) münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz (əgər prekursorları göndərən şəxslə onları alan şəxs arasında qabaqcadan birgə narkotik vasitələr və ya psixotrop maddələr hazırlamaq və ya istehsal etmək barədə razılıq olmamışdırsa). Qabaqcadan narkotik vasitələri və ya psixotrop maddələri birgə hazırlamaq barədə razılaşma olmadığı halda, prekursorları göndərən və ya satan şəxsin əməli prekursorun miqdarından asılı olaraq CM-in 234.3-cü və ya 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə, prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə hazırlayan, emal və ya istehsal edən şəxsin əməli isə narkotik vasitənin və psixotrop maddənin miqdarından və digər əlamətlərdən asılı olaraq CM-in 234.2-ci və ya 234.3-1-ci və ya 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-cı il tarixli ** saylı qərarının 9-cı bəndində göstərmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsiri ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən vermiş olduğu etirafedici ifadəsi, şahid qismində dindirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, “whatsapp” yazışmaları və aparılmış digər istintaq hərəkətlərinin nəticələrində tərtib edilmiş protokolların müqayisəli təhlili ilə təsdiq edilir. Bundan əlavə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitələrin, tapança, daraq və güllələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən qoyulması, əslində ittihamda göstərilən saatdan fərqli, axşam saat 8 radələrində tutulması, polis əməkdaşları tərəfindən döyülməsi və psixi təsirə məruz qalması nəticəsində məcbur qalıb aşkar olunan narkotik vasitələri, tapança, daraq və güllələri boynuna alması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyindən məhkəmə istintaqı zamanı şəxsi işindən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin (xüsusi məlumatlar, akt, izahat) surəti tədqiq olunmuşdur. Həmin sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 11:30 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman sağ baldır nahiyəsinin ön səthində qərtməkli yaralar aşkar olunmuşdur. Bununla bağlı, məhkəmə istintaqı zamanı sorğu edilərək iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş ##.##.2026-cı il tarixli, *-*- ***/*******/**** saylı məktub və ona əlavə edilmiş ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-cı il tarixli ** saylı qərarının 25-ci bəndinin ikinci yarım bəndində göstərilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” iş üzrə (32132/07) ## #### 2014cü il tarixli qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər. Həbsdə polis nəzarəti altında olan insanların işində olduğu kimi, sözügedən hadisələr bütünlükdə və ya qismən dövlət orqanlarının müstəsna səlahiyyəti daxilində olduqda, belə saxlanma zamanı yaranan xəsarətlərlə bağlı ciddi fakt prezumpsiyası yaranır”. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsdən ilkin etirafedici ifadələrin fiziki və ya psixoloji təzyiq altında alınması barədə dəlillərin özünü müdafiə kimi dəyərləndirilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə yol verməmiş, sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək dəyərləndirilmiş, yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4-1-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Belə olan halda məhkəmə kollegiyası ittiham üzrə gəlinən nəticənin əsaslı olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə də gəlinən nəticə ilə razılaşır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən cəzanı yüngülləşdirən hal müəyyən edilməməklə cəzanı ağırlaşdıran halın olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ictimai təhlükəli əməl törətməklə məhkum edilmişdir. Həmin əmələ görə məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ictimai təhlükəli əməl törətmişdir. Bu isə əvvəlki cinayət əməlinə görə təyin edilmiş cəzanın onun islah etmədiyi qənaətini qaçılmaz etməklə onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir. Onun tərəfindən törədilmiş əməl bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd təşkil edir ki, bu da cəmiyyətdə mənfi emosiyalar doğurmaqla onun şəxsiyyətini, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsiri cəzanın məqsəd və prinsipləri baxımından ədalətli hesab edilməlidir. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2010-cu il tarixli qərarı). Əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarı). Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən apellyasiya şikayətinin və protestinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin və protestinin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən apellyasiya şikayətivə protesti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar