Məhkəmə qərarları › İş №1(3-8)-310/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-310/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-310/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1, onların müdafiəçiləri - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi2, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı Elmar İsmayılov tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparımaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (hakim Ayaz Məmmədov) fərdi identifikasiya nömrəsi “*******” olan, ##.##.1979-cu il tarixdə Dəvəçi rayonunun Gilgilçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu, Dəvəçi kəndində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. təqsirləndirilən şəxs2 CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Dəvəçi kəndi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. fərdi identifikasiya nömrəsi “*******” olan, ##.##.2008-ci il tarixdə Siyəzən rayonunun Gilgilçay qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu, Dəvəçi kəndində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Dəvəçi kəndi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hökmün icrasının təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 faktiki yaşadıqları yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin onların yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları : İbtidai istintaq orqanının mövqeyinə görə təqsirləndirilən şəxs2 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vurmuşdur. Belə ki, o, ##.##.2025-ci il tarixdə, saat 21:00 radələrində Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən Bakı-Xaçmaz avtomobil yolunun Xaçmaz istiqamətində sağ tərəfindəki kafenin qarşısında oğlu təqsirləndirilən şəxs1 ilə birlikdə oturub spirtli içki qəbul edərkən, kafenin qarşısı ilə piyada keçən Zərərçəkmiş şəxs hansı səbəbdən salam verməyərək yoldan keçdiyini soruşub bu zəmində qəsdən mübahisə yaratdıqdan sonra oğlu təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında öz üstünlüyünü nümayiş etdirmək məqsədilə, kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir edərək heç bir əsaslı səbəb olmadan oğlu ilə birlikdə yumruq və təpiklə onu döyərək, Zərərçəkmiş şəxs “sağ topuğun çox saylı sınığı” xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. İbtidai istintaq orqanının mövqeyinə görə təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vurmuşdur. Belə ki, o, ##.##.2025-ci il tarixdə, saat 21:00 radələrində, Şabran rayonunun Ağalıq kəndi ərazisində yerləşən Bakı-Xaçmaz avtomobil yolunun Xaçmaz istiqamətində sağ tərəfindəki kafenin qarşısında atası təqsirləndirilən şəxs2 ilə birlikdə oturub spirtli içki qəbul edərkən, kafenin qarşısı ilə piyada keçən Zərərçəkmiş şəxs hansı səbəbdən salam verməyərək yoldan keçdiyini soruşub bu zəmində qəsdən mübahisə yaratdıqdan sonra atası təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında öz üstünlüyünü nümayiş etdirmək məqsədilə, kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir edərək heç bir əsaslı səbəb olmadan atası ilə birlikdə yumruq və təpiklə onu döyərək, Zərərçəkmiş şəxs ‘'sağ topuğun çox saylı sınığı” xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra qanunsuz hərəkətlərini davam etdirib kafedəki stolların üzərində olan pivə bakalını götürərək silah qismində istifadə etməklə həmin bakalla Zərərçəkmiş şəxs zərbələr yetirməyə cəhd edərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlilləri : Dövlət ittihamçısı Elmar İsmayılov apellyasiya protesti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, təqsirləndirilən şəxs2 CM-in 127.2.3-cü və 221.2.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, onlara cinayət qanunvericiliyinin müəyyən etdiyi tələblər üzrə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə, dövlət ittihamçısının təklifi nəzərə alınmaqla cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmü əsassız və qanunsuz olduğundan, həmçinin məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından ləğv edilməlidir. Məhkəmə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda onların şəxsiyyətlərinə uyğun olmayan, açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Məhkəmə hökmündə bir tərəfdən təqsirləndirilən şəxslərin hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətinin olmadığını, digər tərəfdən isə həmin hökmdə təqsirləndirilən şəxslər tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər yetirilməsi cinayət əməlinin törədilməsində israr edir. Bununla da, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 hərəkətlərinin ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3-cü və 221.2.1-ci, təqsirləndirilən şəxs1 hərəkətlərinin CM-in 127.2.3-cü və 221,3-cü maddələri ilə düzgün olaraq tövsif edilməsini qəbul edir. Təqsirləndirilən şəxslərin hərəkətlərini konkret zərərçəkmiş şəxslə onların arasında olan hər hansı şəxsi münasibətlər şərtləndirmir. Təqsirkar tərəfindən qeyd edilən cinayət əməli qərəzli olaraq törədilmişdir. İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsindən görünür ki, hadisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamamış, əksinə təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlamış, heç bir səbəb olmadan zərər çəkmiş şəxsə az ağır bədən xəsarəti yetirmişdirlər. Baş vermiş hadisədə xuliqanlıq cinayətinin bütün tövsifedici əlamətlərinin olması iş üzrə dindirilmiş şəxslərin və məhkəmə tibb ekspertizasının rəyi, eləcə də işin faktiki halları ilə sübuta yetirilməsinə baxmayaraq, məhkəmə təqsirləndirilən şəxs2 CM-in 127.2.3-cü və 221.2.1-ci maddələri, təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə hökm çıxarmalı olduğu halda, əsassız olaraq CM-in 221-ci maddəsi ilə olan ittiham üzrə hər iki şəxsə bəraət verməklə, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinin şəxsiyyət əleyhinə olan cinayət əməli kimi qiymətləndirməkdə haqlı olmamışdır. Xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin. Bundan başqa cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 08 ay müddətinə islah işləri cəzasına məhkum edilməsinə baxmayaraq islah olunmamış və cinayət əməllərini təkrar törətməklə islah olunmamaqda israrını nümayiş etdirmişdir. təqsirləndirilən şəxs2 kriminal qətiyyət formalaşmamış, məhkəmə isə cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni onun sabit kriminal meylliliyinin olmasını, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində isə yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, atasının alkoqol sərxoşluğu təsirində başlatıdığı əsassız münaqişəyə qoşulumaqla, yəni atası təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək əşyadan silah qismində istifadə edərək ağırlaşdırıcı halda xuliqanlıq cinayət əməlini törətməsini nəzərə almamışdır. İş üzrə məhkəmə tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələbləri nəzərə alınmamış, təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayətin ağırlaşdırıcı tərkib əlaməti qismində əməlin bir qrup şəxs halında və əşyadan silah qismində istifadə edilməsinə cəhd edilməklə törədilməsi, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 məhz cinayətlərin məcmusu qaydasında ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə tərəfindən hər iki şəxsin əməllərində xuliqanlıq cinayətinin olmaması qənaətinə gəlməklə həmin hissədə bəraət verilməsi, CM-in 127.2.3-cü maddəsi ilə yüngül cəza təyin etməklə sosial ədalət prinsipi pozulmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi hissəsində dəyişdirilmədən saxlanılmasını, əməlinin CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı tamamilə ödəməsinə görə cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxslə aralarında yaranan mübahisə zamanı xuliqanlıq niyyəti ilə hər hansı hərəkətə yol verməmişdir. O özünü Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilir. Oğlu təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, hadisə vaxtı əlində bakal olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, aralarında barışıq əldə edildiyini, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, ondan və oğlu təqsirləndirilən şəxs1 hər hansı şikayət və ya tələbinin olmadığını qeyd etmişdir. Hesab edir ki, onun əməli CM-in 127.2.3cü madddəsi ilə səhv tövsif edilmiş və əməli CM-in 127.1-ci maddəsi tövsif edilməli, zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq iş üzrə icraata xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, ona CM-in 221.3-cü və 127.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlində cinayət tərkibi olmamış, hər iki maddə üzrə təqsirsizdir və təqsirliliyi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Belə ki, mübahisə zamanı zərərçəkmiş şəxs onun atasını ağır təhqir etmiş, atası əvvəlcə buna əhəmiyyət verməmiş, sonradan edilən daha ağır təhqirdən sonra ona tərəf hərkət etmişdir. O, həmin vaxt onları ayırmaq məqsədilə onlara yaxınlaşmış və bu zaman əlində pivə bakalı olmamışdır. Zərərçəkmiş şəxs heç bir zərbə endirməmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, təqsirləndirilən şəxs2 CM-in 127.2.3-cü və 221.2.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, onlara cinayət qanunvericiliyinin müəyyən etdiyi tələblər üzrə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklifi nəzərə alınmaqla cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi hissəsində dəyişdirilmədən saxlanılmasını, onun əməlinin CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı tamamilə ödəməsinə görə cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini, apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, təqsirləndirilən şəxs1 CM-in 221.3-cü və 127.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, onlarla barışdığını qeyd edərək, apellyasiya protestinin təmin olunmamasını, apellyasiya şikayətlərinin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Hüquqi məsələlər : Apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarla təqsirləndirilən şəxslərin CM-in 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmələri, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliklərinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onların həmin maddəilə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə günü o, oğlu təqsirləndirilən şəxs1 və tanışı şahid2 ilə birlikdə kafedə oturmuş, özü pivə, digərləri isə çay içmişlər. Bu zaman Zərərçəkmiş şəxs kafeyə gələrək ucadan danışmağa başlamış, o, Zərərçəkmiş şəxs salam vermiş, lakin onun salamını almamışdır. Zərərçəkmiş şəxs həmin vaxtı əsəbi olmuş, Zərərçəkmiş şəxs onu tanıdığını, vaxtı ilə həyətində traktoru ilə işlədiyini demiş, ancaq sonuncu cavabında onu tanımadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onu söymüş, ilk vaxtlar buna əhəmiyyət verməsə də, sonuncu dəfə Zərərçəkmiş şəxs ona qarşı arvad söyüşü söydükdən sonra aralarında mübahisə yaranmışdır. O, Zərərçəkmiş şəxs tərəf getdiyini xatırlasa da, bundan sonrakı hadisələr isə yadında qalmayıb. Yalnız sonradan yerdən qaldırıldığı zaman özünə gəldiyini xatırlayır. Hazırda törətdiyi əməldən peşmandır, xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. təqsirləndirilən şəxs2 verilmiş suallara cavabında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Zərərçəkmiş şəxs tərəf hərəkət edərkən oğlu təqsirləndirilən şəxs1 da orada olduğunu, lakin oğlunun onun arxasınca gəlib gəlmədiyini xatırlamadığını, hadisənin baş verdiyi yerin kafenin qapısı tərəfdə olduğunu, həmin ərazinin kafenin işığı ilə işıqlandırıldığını bildirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, hadisə günü atası təqsirləndirilən şəxs2 ondan əvvəl kafeyə getmiş, o isə sonradan kafeyə gələrək atasının yanında əyləşmişdir. Atası pivə, özü isə çay içmiş, bir qədər sonra tanışları şahid2 da onların masasına yaxınlaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs kafeyə gələrək kiminləsə ucadan danışmağa başlamış, atası ona qışqırmadan danışmasını və kənara çəkilməsini bildirmişdir. Hətta atası Zərərçəkmiş şəxs onu tanımasını, onun həyətində işlədiyini desə də, sonuncu acıqlı şəkildə atasını tanımadığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun atasını təhqir etmiş, atası ilk vaxtlar buna əhəmiyyət verməsə də, sonradan edilən daha ağır təhqirdən, daha dəqiqi atasına qarşı arvad söyüşü söydüyünə görə ona tərəf hərəkət etmişdir. O, da anasının ünvanına edilən söyüşə dözməyib atasının arxasınca qalxmış, həmin vaxt əlində pivə bakalı olmuşdur. Həmin vaxtı həmin bakalla Zərərçəkmiş şəxs zərbə endirmək imkanı olsa da, o, bunu etməmişdir. Əksinə əlində olan bakalı özü kənara atmışdır. Xahiş edir ki, barəsində hazırki cinayət işi üzrə bəraət hökmü çıxarılsın. Bundan əlavə, təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq əlində pivə bakalı olduğunu, lakin həmin pivə bakalını ağacın dibinə atdığını, atasını ayırmaq üçün həmin vaxtı təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs yanına yaxınlaşdığını, lakin orada olan şəxslərin onun Zərərçəkmiş şəxs vurmaq üçün yaxınlaşdığını düşündükləri üçün onu saxlamağa cəhd etdiklərini, həmin vaxtı məqsədinin onları ayırmaq olduğunu, Zərərçəkmiş şəxs gödəkcəsini onları dartıb ayıranda cırıla biləcəyini, Zərərçəkmiş şəxs vurmadığını, Zərərçəkmiş şəxs söyüş söyməsi səbəbi ilə onun üstünə getdiklərini, həmin vaxtı heçnə etmədiyini, sadəcə Zərərçəkmiş şəxs gödəkcəsindən tutub dartdığını, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, hadisə zamanı orada 5-6 nəfər şəxsin olduğunu və onları ayırmağa çalışdıqlarını, atasını deyil, Zərərçəkmiş şəxs çəkərək ayırmağa çalışdığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Zərərçəkmiş şəxs qarşı heç bir fiziki zorakılıq etmədiyini, bakalı özünün kənara tulladığını, həmin vaxtı əlində olan bakalı Zərərçəkmiş şəxs zərbə endirmək üçün istifadə edilməsinin qarşısını almaq məqsədilə kənara atdığını, atasının isə masadan qalxaraq Zərərçəkmiş şəxs əliboş yaxınlaşdığını bildirmişdir. Birinci instansiya məhkəməsində iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü axşam saatlarında siqaret almaq üçün evdən çıxmış, geri qayıdarkən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 kafedə əyləşdiklərini, təqsirləndirilən şəxs2 qarşısında pivə bakalı olduğunu görmüşdür. Onların yanından keçərkən salam vermiş, lakin təqsirləndirilən şəxs2 ona niyə salam vermədiyini soruşmuş, o isə salam verdiyini bildirmişdir. Bundan sonra aralarında qısa mübahisə yaranmış, bir qədər uzaqlaşdıqdan sonra geri çevrilib baxarkən təqsirləndirilən şəxs2 ona güldüyünü görmüş və buna görə onu söymüşdür. Hansı söyüşü işlətdiyini xatırlamadığını, onu söydükdən sonra təqsirləndirilən şəxs2 ona tərəf qaçdığını, arxasınca isə təqsirləndirilən şəxs1 əlində pivə bakalı ilə gəldiyini, lakin piyvə bakalını ona qarşı istifadə etmədiyini, təqsirləndirilən şəxs2 zərbəsindən yıxılmamaq üçün tarazlığını saxlamağa çalışdığını, sonuncunun ona təpik atdığını, bir əli ilə onun ayağını tutduğunu, yumruq vurmağa cəhd etdiyi anda isə hər ikisinin tarazlığını itirərək yerə yıxıldığını, həmin vaxt təqsirləndirilən şəxs2 onu vurmasına imkan vermədiyini, eyni zamanda arxadan da zərbələr aldığını hiss etdiyini qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə aralarında barışıq əldə edilmiş, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir və onun təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 hər-hansı bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq qısa mübahisədən sonra hadisə yerindən uzaqlaşdığını, bu zaman təqsirləndirilən şəxs2 arxasınca gülərək nəyisə dediyini, lakin onun nə dediyini eşitmədiyini, onun gülməsinə görə təqsirləndirilən şəxs2 söydüyünü, bundan sonra təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əlində pivə bakalı olmaqla birlikdə ona hücum etdiklərini, təqsirləndirilən şəxs2 tutduğu zaman arxadan kiminsə kürəyinə zərbələr endirdiyini hiss etsə də, havanın qaranlıq olması səbəbindən həmin şəxsi və onları ayıran şəxsləri tanıya bilmədiyini, əynindəki gödəkçənin dava zamanı cırıldığını, lakin onu kimin cırdığını bilmədiyini, pivə bakalı ilə ayağına zərbə endirilməsini görmədiyini, yalnız ayağının sındığını hiss etdiyini, ayağının münaqişə zamanı sındığını, bunu görən təqsirləndirilən şəxslərin hadisə yerindən qaçdıqlarını, ayağa qalxmağa cəhd etsə də, buna nail ola bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmçinin təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs2 hamının eşidə biləcəyi səslə söydüyünü, ilk olaraq təqsirləndirilən şəxs2 ona hücum etdiyini, onun təpik zərbəsindən yıxılmamaq üçün tarazlığını saxladığını və təpiyini tuta bildiyini, hər iki təqsirləndirilən şəxsin demək olar ki, eyni vaxtda hücum etdiyini, təqsirləndirilən şəxs2 öndə, təqsirləndirilən şəxs1 isə bir addım arxada, əlində pivə bakalı ilə gəldiyini, təqsirləndirilən şəxs2 ilə əlbəyaxa olduqları zaman onun başının təqsirləndirilən şəxs2 ayaqları arasında qaldığını və həmin vaxt arxadan zərbələr aldığını hiss etdiyini, yerdə təqsirləndirilən şəxs2 ilə üzbəüz vəziyyətdə olduğu halda təqsirləndirilən şəxs1 arxadan kürəyinə zərbələr endirdiyini, münaqişədən sonra pivə bakalının harada olduğunu görmədiyini, yalnız bu iki şəxsin ona hücum etdiyini gördüyünü, hadisədən sonra yerdə oturarkən qardaşı oğlunun avtomobillə gəlib onu xəstəxanaya apardığını, həmin vaxt yerə düşmüş telefonu ona verdiklərini, əvvəlcə həmin telefonu öz telefonu hesab etdiyini, sonradan isə telefonun təqsirləndirilən şəxs2 məxsus olduğunu, öz telefonunun isə evdə qaldığını öyrəndiyini, xəstəxanadan qayıtdıqdan sonra hadisə zamanı onları ayıran İbrahimov Ramil və Zahid adlı qardaşların anasının onun yanına gələrək Zahidin pivə bakalını təqsirləndirilən şəxs1 əlindən almasaydı, həmin an ölə biləcəyini, bakalı alarkən isə onun digər oğlunun ayağına dəydiyini dediyini, hadisə zamanı isə təqsirləndirilən şəxslərdən başqa heç kimi görmədiyini, ayağının topuq nahiyəsindən sındığını, təqsirləndirilən şəxs1 onu pivə bakalı ilə vurduğunu demədiyini, ayağının necə sındığını görmədiyini, sadəcə onun əlində pivə bakalı gördüyünü, təqsirləndirilən şəxs2 ilə yerdə əlbəyaxa olduqları zaman ayağının sınmadığını, əgər həmin anda sınığı hiss etsəydi bunu deyəcəyini, ayağının sonradan sındığını başa düşdüyünü, təqsirləndirilən şəxs2 bir ayağını və bir qolunu tutduğu üçün təqsirləndirilən şəxs1 sərbəst vəziyyətdə ayaq üstə olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İbrahimov Zahid Əli oğlu ifadəsində göstərmişdir ki, brahimov X1 İbrahimov ona ünvanlanan suallara cavab olaraq həmin vaxtı pivə bakalı görmədiyini, yalnız iki nəfərin mübahisə etdiyini müşahidə etdiyini, onların bir-biri ilə mübahisə etdiklərini gördüyünü və bu səbəbdən araya girərək onları ayırmağa çalışdığını, mübahisənin hansı səbəbdən yarandığını bilmədiyini, hadisə yerinə çatana qədər onların arasında nə baş verdiyi barədə məlumatının olmadığını, kafenin qarşısından keçərkən münaqişənin artıq başlamaq üzrə olduğunu, həmçinin tərəflərin bir-birinə nalayiq ifadələr işlətmələrini eşitmədiyini və təqsirləndirilən şəxs1 ümumiyyətlə hadisə yerində görmədiyini, münaqişə baş verən yerdə təqsirləndirilən şəxs1 görmədiyini, hadisə yerindən keçdiyi zaman münaqişənin artıq başlamaq üzrə olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Bəhrama məxsus kafedə çay içdiyi zaman təqsirləndirilən şəxs2 da kafeyə gələrək onların yanında əyləşmiş və pivə sifariş vermişdir. Onun kafeyə gəldiyi zaman da bir qədər spirtli içkinin təsiri altında olduğunu düşündüyünü, kafedə də bir-iki bakal pivə içdiyini, təqsirləndirilən şəxs1 da onların yanında olduğunu qeyd etmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs kafeyə gələrək onlarla salamlaşmış, bu zaman təqsirləndirilən şəxs2 ona niyə salam vermədiyini irad tutmuşdur. Lakin Zərərçəkmiş şəxs onlara salam vermiş, sadəcə təqsirləndirilən şəxs2 bunu eşitməmişdir. Daha sonra təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs onun həyətində işlədiyini və niyə onu tanımadığını soruşmuş, bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. Mübahisə qarşılıqlı təhqirlərlə davam etmiş, ilk olaraq Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs2 söymüş, bundan sonra təqsirləndirilən şəxs2 onun üzərinə hücum etmiş, o, təqsirləndirilən şəxs1 saxlamış, bir qədər sonra isə təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs yıxıldıqlarını görmüş, onları ayırmaq üçün yanlarına yaxınlaşmış, onları ayırmağa çalışmış, bu zaman təqsirləndirilən şəxs1 da münaqişəyə qarışmış, lakin o, təqsirləndirilən şəxs1 müdaxilə etməməsini, atasının özünün məsələni həll edəcəyini demişdir. şahid2 ona ünvanlanan suallara cavab olaraq sonradan Zərərçəkmiş şəxs da spirtli içkinin təsiri altında olduğunu öyrəndiyini və ehtimal ki, buna görə təhqiredici ifadələr işlətdiyini, münaqişənin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs2 həyat yoldaşını təhqir etməsindən sonra yarandığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Zərərçəkmiş şəxs yerdən qaldırmaq istədikləri zaman onun ayağının sındığını deyərək ağrıdan şikayət etdiyini, lakin ayağının hansı səbəbdən sındığını bilmədiyini, Zərərçəkmiş şəxs əvvəllər qonşusu olduğunu, aralarında hər hansı ədavət və ya düşmənçilik olmadığını, həmçinin Zərərçəkmiş şəxs təhqir etdiyi zaman artıq kafenin həyətindən çıxmış olduğunu və məhz həmin təhqirdən sonra təqsirləndirilən şəxs2 onun ardınca hücum etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İbrahimov Ramil Əli oğlu ifadəsində göstərmişdir ki, hadisə günü kafeyə nərd oynamaq məqsədilə gəlmiş, həmin vaxt təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və şahid2 eyni masa arxasında əyləşdiklərini görmüş, özü isə başqa bir masada oturmuşdur. Təxminən beş dəqiqə sonra Zərərçəkmiş şəxs kafeyə gəlmiş, tərəflər salamlaşdıqdan sonra təqsirləndirilən şəxs2 ona "məni tanımadın, qapında işləmişəm" dedikdə, Zərərçəkmiş şəxs onu tanımadığını bildirmiş və bundan sonra aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs2 söydükdən sonra sonuncu onun üzərinə hücum etmişdir. Bu zaman qardaşı İbrahimov Zahid Əli oğlu və şahid2 onları ayırmağa çalışmış, özü isə təqsirləndirilən şəxs1 saxlayaraq onun münaqişəyə müdaxilə etməsinin qarşısını almışdır. təqsirləndirilən şəxs1 saxladığı zaman onun əlində olan pivə bakalını artıq yaxınlıqdakı ağacın dibinə atdığını, sonradan təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs bel nahiyəsinə zərbə endirməyə cəhd etdiyini, buna mane olsa da, onun bir dəfə zərbə endirə bildiyini, bundan sonra isə təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yenidən zərbə vurmasına imkan vermədiyini qeyd etmişdir. Ramil İbrahimov verilmiş sualları cavablandırarkən təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs yerdə olduqları zaman İbrahimov Zahid Əli oğlu və şahid2 onları ayırmağa çalışdıqlarını, hadisə yerinə çatdığı zaman təqsirləndirilən şəxs1 hələ onlara çatmadığını, təqsirləndirilən şəxs1 yaxınlıqdakı balaca tut ağacının dibinə pivə bakalını atdığını, təqsirləndirilən şəxs1 münaqişə edən şəxslərə yaxınlaşarkən onu tutub saxladığını və müdaxilə etməsinə imkan vermədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni ümumilikdə xatırladığını, əvvəlcə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs2 söydüyünü, daha sonra hər iki tərəfin bir-birini təhqir etdiyini, həmin vaxt təqsirləndirilən şəxs2 yerindən qalxmadığını, yalnız Zərərçəkmiş şəxs onun həyat yoldaşını təhqir etdikdən sonra ayağa qalxaraq onun üzərinə hücum etdiyini, təqsirləndirilən şəxs1 əlindən pivə bakalını almadığını, bakalı onun özünün ağacın dibinə atdığını, hadisədən sonra Zərərçəkmiş şəxs yerdən qaldırmaq istəyəndə sonuncunun ayağının sındığını dediyini, bundan sonra yaxınlıqdakı marketdə işləyən qardaşı oğlunu çağırdığını və onun Zərərçəkmiş şəxs avtomobillə xəstəxanaya apardığını, hadisə yerində çoxlu sayda şəxsin olduğunu, hadisədən təxminən bir il keçdiyini, təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yumruq zərbəsi endirməyə cəhd etdiyi zaman təpik də vurduğunu xatırladığını, lakin bir dəfədən artıq zərbə vurmasına imkan vermədiyini, təqsirləndirilən şəxs1 münaqişə baş verən yerə hansı səbəbdən getdiyini bilmədiyini, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs2 zərbə endirdiyini görmədiyini, havanın qaralması səbəbindən hadisəni tam aydın müşahidə edə bilmədiyini, ilk təpik və ya yumruq zərbəsini kimin endirdiyini isə hadisə yerinə daha yaxın olduqları üçün İbrahimov Zahid Əli oğlu və şahid2 daha yaxşı görə biləcəklərini bildirmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, ##.##.2025-ci il tarixdə yaşadığı Şabran rayonu, Ağalıq kəndi ərazisində, "Türklər" bazarının yaxınlığında yerləşən Bəhramın çay evində olarkən, adını bilmədiyi, lakin üzdən tanıdığı yaşlı şəxsin cavan oğlanla birlikdə pivə içdiyini, həmin şəxsin ona salam verərək kim olduğunu soruşduğunu, onun isə həmin şəxsi tanımadığını bildirdiyini göstərmişdir. Ərizəsində qeyd etmişdir ki, onun bu cavabından sonra həmin şəxs sərxoş vəziyyətdə olduğundan aralarında mübahisə yaranmış, mübahisə zamanı yaşlı şəxslə birlikdə yerə yıxılmışlar. Bu zaman yanında olan cavan oğlan arxadan ona zərbə vurmuş, nəticədə müxtəlif bədən xəsarətləri almışdır. Bununla əlaqədar onu döyən şəxslərin müəyyən edilərək barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ topuğun çoxsaylı sınıqları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs ambulator müalicəsi davam etdiyindən aldığı bədən xəsarətlərinin sağlamlığa zərər vurma dərəcəsi müalicəsinin sonunda sağ aşağı ətraf funksiyalarının məhkəmətibbi müayinə yolu ilə təkrar yoxlanılmasından sonra təyin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 bədəni üzərində sol said nahiyyəsinin sıyrığı aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 1-2 günə qədər olub ##.##.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin *** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində "sağ topuğun çoxsaylı sınıqları" aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müxtəlif şəraitlərdə (topuğun üzərinə ağır əşya düşməsi, kəskin zərbədən və s) yarana bilər, eləcədə kənar təsir nəticəsində yıxılmadan yarana bilməsi inkar olunmur, yaranma müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ######## 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı şəhəri, İmamlı küçəsində İbrahim Babayevin mülkiyyətində olan evin qarşısıdır. Babayev İbrahim Osman oğlu həmin hadisə yerini təqdim edərək ##.##.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində Tural, Osman və Gülxanım adlı şəxslərin onu küçədə qapının qarşısında döydüyü yeri təqdim etmişdir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir əşya götürülmədi. İş materiallarında olan - *** saylı, ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli ***/** saylı cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə, təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, *** saylı təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya protestinin və apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara qiymət verərək apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, “...Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2004-cü il tarixli qərarında (bundan sonra – Plenum Qərarı) göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərilən- təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında baş vermiş 5 dəqiqəlik münaqişə şəxsi münasibətlər zəminində zərərçəkmişin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ağır formada nalayiq söyüşlə təhqir etməsindən sonra baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2004-cü il tarixli * saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin icmalında qeyd edilir ki, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, 2 ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilmişdir ki, ##.##.2025- ci il tarixdə, saat 21:00 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində yerləşən Bakı-Xaçmaz avtomobil yolunun Xaçmaz istiqamətində sağ tərəfindəki kafedə olan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ilə ilk öncə həmin kafenin qarşısından keçən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, bundan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oradan bir az aralandıqdan sonra geri dönüb təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ünvanına nalayiq ifadə işlətmiş, bunu eşidən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərinə gedib ona təpik atmış, onun ardı ilə Talehin oğlu, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 da stolun üstündəki pivə bakalını kənardakı otluğa ataraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üstünə getmiş və təqsirləndirilən şəxslərin birlikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs döymələri nəticəsində Zərərçəkmiş şəxs “sağ topuğun çox saylı sınığı” xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə kollegiyası baş vermiş hadisəyə hüquqi qiymət verərkən ilk öncə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və şəraiti ilə bağlı onu qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi və təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs xəsarət yetirməsi sonuncuların şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ünvanına nalayiq ifadə işlətdikdən sonra baş vermişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduğu xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə, xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hadisə yerində olan şahidlərin, həmçinin zərərçəkmişin ifadələrinə əsasən müəyyən edir ki, hadisə cəmi 3-5 dəqiqə çəkmiş, həmin hadisədə təqsirləndirilən şəxslərin hərəkətlərində xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər müşahidə olunmur. Göründüyü kimi yuxarıda istinad olunan X4 qərarlarından və İcmaldan aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxslərin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən –şəxsi münasibətlər zəminində aralarında baş verən münaqişə zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirilməsi, anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, birinci instansiya məhkəməsi hökmündə haqlı olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin məcmusundan müəyyən olunur ki, təqsirləndirilən şəxs1 hadisə zamanı əlində pivə bakalı olsa da, həmin bakal ilə zərər çəkmiş şəxsə zərbə endirməsi və ya zərbə endirməyə cəhd etməsi məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Bu hal isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2004-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izahın tələbləri baxımından təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan silah qismində istifadə olunan əşyanın tətbiq edilməsi və ya tətbiqinə cəhd edilməsi əlamətinin mövcud olmadığını göstərir. Həmçinin təqsirləndirilən şəxslərin əməlində xuliqanlıq cinayətinin əlamətləri müəyyən edilmədiyindən təqsirləndirilən şəxs1 əlində hətta bakalın olması belə onun əməlinin CM-in 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməsinə əsas vermir. Ona görə də məhkəmə kollegiyası bəhs olunan əməlin ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə düzgün tövsif olunmaması, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdinin Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən CM-in 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni anidən formalaşan şəraitdən qaynaqlanmış və habelə təqsirləndirilən şəxs1 tərəfindən ittiham tərəfinin istinad etdiyi silah qismində pivə bakalı istifadə etməyə cəhd etməsi məhkəmə istintaqında öz təsdiqini tapmaması, həmçinin həmin hal cinayətin tövsifinə təsir etmədiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız CM-in 127.2.3-cü maddəsinin tərkib əlamətləri ilə uyğun gəlməsinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu hissədə onu da vurğulayır ki, işdəki ekspert rəyinə əsasən zərərçəkmişin xəsarətləri yalnız topuq nahiyədə olan sınıqlardan ibarət olmuş, onun bədəninin başqa nahiyələrində xəsarət olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qalıdırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələblərinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Azərbaycan Respublikasının CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı ## ###### 2007ci il tarixli, İrlandiya Birləşmiş Krallığa qarşı ## ###### 1978-ci il məhkəmə qərarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-in 127.2.3-cü və 221.2.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə yeni ittiham hökmü çıxarılmasına dair apellyasiya protestinin dəlilləri, təqsirləndirilən şəxs2 əməlinin CM-in 127.2.3-cü maddəsindən CMin 127.1-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı tamamilə ödəməsinə görə barəsində cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsi, təqsirləndirilən şəxs1 CM-in 221.3-cü və 127.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasına dair apellyasiya şikayətləri təmin edilə bilməz və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın əsaslılığını müzakirə edərkən aşağıdakıları müzakirə edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** saylı xasiyyətnamədən görünür ki, faktiki olaraq Şabran rayonu, Dəvəçi kəndində yaşayan təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** saylı xasiyyətnamədən görünür ki, faktiki olaraq Şabran rayonu, Dəvəçi kəndində yaşayan təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara, təqsirləndirilən şəxs2 cəzasını yüngüllədirən hal kimi himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi zərər çəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayəti yetginlik yaşına çatmadığı vaxtda törətməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslərə təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçilərin hesabatları nəzərə alınmaqla 12 iş saatına görə 132 manat məbləğində vəsait həmin vəkillərə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 12 iş saatına görə 132 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 12 iş saatına görə 132 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar