Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-314/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs İsmayılov Tural Zakir oğlunun və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, İsmayılov Tural Zakir oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakim A.Qasımov) ilə ## ###### 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu X1 küçəsi, məhəllə 3077, ev 21 A, mənzil 79 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış İsmayılov Tural Zakir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında" qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilməsi, seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazinin narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə baxış iclasında İsmayılov Tural Zakir oğlu apellyasiya şikayətinin ondan xəbərsiz verildiyini bildirərək, apellyasiya şikayətindən imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 91.5.31 və 91.5.33-cü maddələrinin məzmununa görə təqsirləndirilən şəxsin hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək və həmin qərarların surətlərini almaq, özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək hüquqları var. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində hökmdən şikayət (protest) üzrə icraat şəxsin apellyasiya şikayəti (protesti) verildiyi təqdirdə və icraata qəbul edildiyi halda başlanılır. Hazırkı iş üzrə müdafiəçi tərəfindən apellyasiya şikayəti verilsə də, həmin şikayət üzrə işə baxılmasını arzulamayaraq, apellyasiya şikayətinə baxılmadan geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs T.İsmayılova apellyasiya şikayətindən imtinanın nəticələri izah olunmuş, təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina barədə ərizəsini müdafiə edərək, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Bu isə onun şikayəti üzrə apellyasiya instnasiya məhkəməsində araşdırılma aparılmasını istisna edir. Cinayət Prosessual Məcəllənin 396-cı maddəsinə əsasən Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə təqsirləndirilən şəxs İsmayılov Tural Zakir oğlu tərəfindən verilmiş ərizə təmin edilməli, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs İsmayılov Tural Zakir oğluna göstərilmiş 3 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 390, 396, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs İsmayılov Tural Zakir oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. İsmayılov Tural Zakir oğlunun apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 3 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsinə əsasən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-314/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-314/2026
02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver