Məhkəmə qərarları › İş №1(3-8)-315/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-315/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-315/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X11 Müdafiəsi üzrə Idarəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü ilə (hakim G.R.Ismayılova) ##.##.1982-ci il tarixdə Qubadlı rayonu, Işıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, üzərində məhkumluğu olan, Qubadlı rayonu, Muradxanlı ərazi dairəsi, Işıqlı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi, onun, məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasına göndərilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim G.R.Ismayılova) vəsatət təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin cinayət işinin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,326 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, ##.##.2026-cı il tarixdə saat 17:38-də ünvan * saylı ünvanda yerləşən Abşeron-Xızı Regional Təhsil Idarəsinin inzibati binasının arxa tərəfində yerləşən qarajların qarşısında saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən göy rəngli “Black” markalı siqaret qutusunun içərisindəki kibrit qutusunda saxlamış olduğu bir ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,326 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metmfetamin aşkar olunaraq götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək göstərmişdir ki, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı narkotik vasitələrdən istifadə etmədiyini və narkotik vasitələrə aludəçi olmadığını, həmçinin ikinci qrup əlil olduğunu dəfələrlə ifadələrində bildirsə də, məhkəmə tərəfindən qeyd etdiyi hallara lazımi qiymət verilməmiş və barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Odur ki, himayəsində iki azyaşlı övladının olmasını, ikinci qrup əlil olduğunu, ailənin yeganə qazanc gətirən şəxsi olduğunu, yaşlı və xəstə anasının, eləcə də atasının himayəsinə ehtiyacı olduğunu, atasının Qarabağ müharibəsi iştirakçısı olmasını və narkotik vasitələrdən istifadə etmədiyini nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza növünün tətbiq edilməsinə dair qərar qəbul olunmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X2 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti, habelə barəsindəki digər hökmü nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək yüngül cəza verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etməklə onu da bildirdi ki, törətdiyi cinayət əməlində özünü təqsirli bilərək, əməlindən peşman olduğundan barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-nin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı narkotik vasitələrdən istifadə etmədiyini və narkotik vasitələrə aludəçi olmadığını bildirdiyini göstərsə də, bu dəlil iş materialları ilə təsdiq olunmur. Əksinə, birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolunda əksini tapmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, narkotik vasitə istifadəçisi olduğunu, yalnız metamfetamin istifadə etdiyini və üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-X3 ekspert komissiyasının ##.##.2026-cı il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmiş, onun ##.##.2025-ci il tarixdən F19.2 diaqnozu ilə Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatında olduğu müəyyən edilmişdir. Bu baxımdan apellyasiya şikayətində narkotik vasitələrdən istifadə etməməsi və narkotik vasitələrə aludəçi olmaması barədə irəli sürülmüş dəlil iş materiallarında olan obyektiv sübutlarla uzlaşmır və məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Eyni zamanda, apellyasiya şikayətində göstərilən ikinci qrup əlilliyin olması, himayəsində iki azyaşlı övladının olması və ailənin yeganə qazanc gətirən şəxsi olması barədə hallar da birinci instansiya məhkəməsinin diqqətindən kənarda qalmamışdır. Əksinə, məhkəmə həmin halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Belə ki, hökmün əsaslandırıcı hissəsindən görünür ki, təqsirləndirilən şəxsin səmimi etirafı, ikinci qrup əlilliyinin olması və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunan sosial və ailə vəziyyəti ilə bağlı hallar birinci instansiya məhkəməsi tərəfindən artıq qiymətləndirilmiş və təyin ediləcək cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. Həmin halların mövcudluğu özlüyündə təqsirləndirilən şəxs barəsində mütləq olaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün tətbiq edilməsini şərtləndirmir. Əksinə, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, aşkar edilmiş psixotrop maddənin növünü və miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almışdır. Məhkəmə bu halların məcmusundan çıxış edərək azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşır. Belə ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və həmin maddənin sanksiyası alternativ cəza növləri ilə yanaşı, azadlıqdan məhrum etmə cəzasının da tətbiq edilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulan üç ilədək azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən əhəmiyyətli dərəcədə az olmaqla, 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə ona həmin maddə ilə 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə yenidən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və əvvəlki cəzadan çəkilməmiş hissə də nəzərə alınmaqla üzərində qəti olaraq 2 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Xüsusilə qeyd edilməlidir ki, həmin əvvəlki cəzadan da təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 2.6-cı bəndi əsasında ##.##.2026-cı il tarixdə azad edilmişdir. Buna baxmayaraq, cəmi bir neçə gün sonra, ##.##.2026-cı il tarixdə yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş eyni xarakterli cinayət əməlini törətmişdir. Bu hal təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilmiş daha yüngül cəza növünün onun islah olunmasını və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etmədiyini göstərən mühüm hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən apellyasiya şikayətində tələb edilən azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəzanın yenidən tətbiq edilməsi cəzanın məqsədlərinə, o cümlədən məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edən yetərli və adekvat tədbir kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq, təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq yenidən eyni cinayət əməlini törətməsini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini qarşılıqlı şəkildə qiymətləndirmiş və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin ikinci qrup əlilliyinin və himayəsində iki azyaşlı övladının olmasının cəzanın növünün mütləq olaraq dəyişdirilməsi üçün əsas kimi qəbul edilməsi mümkün deyildir. Həmin hallar cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı hallar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən artıq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Digər tərəfdən, təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarına, eyni xarakterli cinayətləri təkrar törətməsinə və əvvəl tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının islahedici təsir göstərməməsinə münasibətdə həmin halların məcmusu azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri edir. Təqsirləndirilən şəxsin atasının müharibə iştirakçısı olması və yaşlı, xəstə anasının, habelə atasının onun himayəsinə ehtiyac duyması barədə apellyasiya şikayətində göstərilən hallar da cəzanın tətbiqini istisna edən və ya təyin edilmiş cəzanın açıq-aşkar ağır olmasını göstərən hallar kimi qiymətləndirilə bilməz. Üstəlik, həmin halların mövcudluğu təqsirləndirilən şəxsin əvvəllər də eyni xarakterli cinayətə görə məhkum olunmasına və daha yüngül cəza növünün tətbiq edilməsinə baxmayaraq yenidən cinayət törətməsi faktını aradan qaldırmır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədlərinə sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması daxildir. Birinci instansiya məhkəməsi müəyyən edilmiş halların məcmusunu nəzərə alaraq təyin etdiyi cəzanın məhz bu məqsədlərin təmin edilməsinə xidmət etdiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, sonuncunun apellyasiya şikayətinin və apellyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarında cəza təyin olunarkən birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların nəzərə alınmaması və həmin əsaslarla da təyin olunmuş cəzanın ağır olması barədə dəlilləri əsassızdır ona görə ki, apellyasiya şikayətində konkret əsasa söykənməyən və məhkəmə baxışında apellyatorun yalnız şəxsi mülahizələrə əsaslanan hallara istinad edilməklə göstərilməklə yanaşı, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi, psixotrop maddənin çəkisi birinci instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırkı əməlinə görə təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qənaətinə gəlinmişdir ki, həmin dəlillər təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas kimi qiymətləndirilə bilməz, ona görə də məhkəmə kollegiyası təyin edilmiş cəzanı cinayət əməlinə adekvat hesab edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 bə 66.5-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur, iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil X1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə 3 (üç) iş saatı üçün hesablanmış 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 33 (otuz üç) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar