Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-324/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9cu maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti və apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair vəsatətlə (ərizə ilə) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Məhkum vəsatətində apellyasiya şikayətini müəyyən olunmuş müddəti ötürməsini hüquqi savadsızlığa ilə bağlı olduğunu qeyd etmişdir. Bundan başqa, hökm elan olunduqdan sonra müəyyən müddət ərzində Umbakı Penitensiar Müəssisəsinə köçürülmüş, orada qısa müddət saxlanıldıqdan sonra müəssisə əməkdaşları tərəfindən ona ərizə yazılmış bir kağız imzalatdırılmış və izah edilmişdir ki, cəzaçəkmə müəssisəsindən istənilən vaxt apellyasiya şikayəti verə bilər. Göstərilən səbəblərdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Məhkum olunmuş Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti vеrərək tərəfindən verilmiş vəsatətinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə təmin edilməməsini vurğulayaraq apellyasiya şikayəti vermək hüququnu əldə etməyinə köməklik göstərilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2024-cü ilin noyabr ayında Umbakı Penitensiar Müəssisəsində saxlanılarkən ona hökmün surəti ilə tanış olmaq və həmin sənədə imza etmək təklif edilmiş, lakin hökmün surətinin çıxarıldıqdan sonra ona veriləcəyi bildirilsə də, dəfələrlə tələb etməsinə baxmayaraq, surətçıxaran aparatın işləməməsi əsas gətirilərək hökmün surətinin ona rəsmi qaydada verilməsi təmin edilməmişdir. Cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra müəssisə rəhbərliyinə müraciət etmiş və həmin müraciətdən sonra 2026-cı ildə hökmün surətini əldə etmişdir. Bundan sonra qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməklə yanaşı, buraxılmış müddətin bərpa olunması barədə vəsatət də qaldırmışdır. Lakin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə onun vəsatəti təmin edilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinə etiraz edərək onu da əlavə etdi ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü rəsmi qaydada məhkum olunmuş Təqsirləndirilən şəxs təqdim edilmiş, qanunla müəyyən edilmiş müddətdən təxminən xeyli vaxt keçdikdən sonra təqdim edilmiş vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuş, ona görə də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasına videokonfrans vasitəsi ilə qoşulmuş məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək mümkün olduğu halda şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun izahatını, dövlət ittihamçısının rəyini dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayət prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisə olunan qərarını onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə məhkəmə iclasında hökmün surəti ona verildiyi vaxtdan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququ izah edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yuxarıda göstərilən hökmünün surəti ## ###### 2024-cü il tarixdə imzalı qəbzlə məhkum Təqsirləndirilən şəxs təqdim edilmişdir. Qanunla müəyyən edilmiş müddətlər ərzində hökmdən tərəflər apellyasiya şikayəti və ya protesti vermədiyinə görə hökm Təqsirləndirilən şəxs barəsində ## ###### 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilmişdir Məhkum Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayətini və apellyasiya şikayəti ilə bağlı prosessual müddətin bərpasına dair vəsatəti ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs prosessual müddətin bərpa edilməsinə dair vəsatətdə (ərizədə), Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-***/**** №-li, ##.##.2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Vəsatətə baxılması ilə bağlı ## #### 2026-cı tarixdə keçirilən məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkum bildirmişdir ki, hüquqi savadsızlığına və səhhətində olan problemlərə görə hökmdən apellyasiya şikayəti vermək hüququndan istifadə etməmiş, ona görə də prosessual müddət buraxılmışdır. Beləliklə də müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş təqsirləndirilən şəxsə təqdim edildiyi gündən başlayaraq 20 gün ərzində deyil, 1 (bir) ildən artıq müddət keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi müddəti qərarın elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini qərarın elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı mаddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. CPM-nin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. CPM-nin 203.1 və 203.3-cü mаddələrinə görə cinаyət mühаkimə icrааtı zаmаnı müddətlər kеçdikdən sоnrа аpаrılаn prоsеssuаl hərəkətlər müddət bərpа еdilməmişsə, еtibаrsız sаyılır. Cinаyət mühаkimə icrааtı zаmаnı üzrlü səbəblərə görə burахılmış müddət mаrаqlı şəхsin vəsаtəti və yа хаhişi ilə cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrı ilə bərpа оlunmаlıdır. Cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrındа bаşqа hаl nəzərdə tutulmаyıbsа, müddət digər şəхslər üçün dеyil, аncаq оnu burахmış şəхs üçün bərpа еdilir. Istinad edilən qanun normalarının mənasına görə müddətin buraxılması üzrlü səbəblərdən olmalıdır. CPM-nin 386.1-ci mаddəsinə görə аpеllyаsiyа şikаyətinin və yа аpеllyаsiyа prоtеstinin vеrilməsi müddəti üzrlü səbəblərə görə burахıldıqdа bu Məcəllənin 383-cü mаddəsində göstərilən şəхslər hökm və yа qərаrı çıхаrmış birinci instаnsiyа məhkəməsi qаrşısındа burахılmış müddətin bərpа еdilməsi hаqqındа vəsаtət qаldırmаq hüququnа mаlikdirlər. Qаnunvеriciliyin yuxarıda şərh оlunаn nоrmаlаrınа əsаsən məhkəmə kоllеgiyаsı hеsаb еdir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü qаnunlа müəyyən еdilmiş müddət ərzində, yəni qərar ona təqdim olunduğu ## ###### 2024-cü il tarixdən 20 gün müddətində аpеllyаsiyа şikаyəti vеrmək hüququ оlmuş, lakin həmin müddəti üzrsüz səbəbdən kеçirməklə 1 (bir) il 5 (beş) aydan artıq müddət keçdikdən sonra, yəni ## ### 2026-cı il tarixində apellyasiya şikayəti verdiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir sübut vəsatətinə əlavə etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla işin digər halları ilə təsdiq edilmədiyindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 391.12-ci mаddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması nəticələrinə dair çıxarılmış qərarlarından (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. CPM-nin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) , 411.5, 520.7 və 524.8ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. Qeyd olunanlara əsasən və CPM-nin 202, 203, 386, 391, 407, 410 və 412-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-324/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-324/2026
03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver