Məhkəmə qərarları › İş №1(3-8)-328/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-328/2026

30.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-328/2026 30.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakimlər N.Hüseynli (sədrlik edən), N.Mirzəyev və İ.Cəfərzadə) ilə ## #### 1993-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Quba rayonu, Pirvahid kəndində qeydiyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının qismən toplamaqla Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətin ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılması və üzərində 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və onun yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünün əsassız olduğundan ləğv edilərək 240.1-ci maddəsi ilə ona bəraət hökmü çıxarılmaqla, CMnın 234.4.3-cü maddəsi ilə olan əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinın 234.1- 1-ci maddəsinə tövsüf edilməklə Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, əvvəlcədən törədəcəyi ictimai təhlükəli əməli dərk edib bunu arzu edərək istintaqa məlum olmayan tarixdə, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Anya” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,891 qram psixotrop maddə metafetamini, xeyli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 64,411 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,556 qram narkotik vasitə tiryəki, xeyli miqdarda, yəni ümumi xalis çəkisi 1,307 qram narkotik vasitə heroini, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 02 ədəd üzərində “P300” yazısı həkk olunmuş kapsulların tərkibində təsiredici maddəsinin miqdarı 0,6 qram olan - güclü təsir edən maddə “Preqabalin” həbini satış məqsədilə əldə edib daşımaqla idarə etdiyi “Opel” markal 99-RE- 451 dövlət qeydiyyat nişanlı avtomobildə və yaşadığı Quba rayonu, Pirvahid kəndində yerləşən evində saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ## ###### 2025-ci il tarixdə, saat 15 radələrində Quba şəhəri, Fətəlixan küçəsində yol kənarında saxlanılaraq orada istifadəsində olan “Opel” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin sükan hissəsinin sağ tərəfində yerləşən saxlanc yerində saxladığı 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qram, 0,214 qram, 0,278 qram, 0,286 qram, 0,144 qram, 0,251 qram, 0,270 qram, 0,318 qram, 0,208 qram olan narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, avtomobilin sükan hissəsinin sol tərəfində yerləşən saxlanc yerində saxladığı 02 ədəd gümüşü rəngli bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,132 qram və 0,160 qram olan psixotrop maddə metafetamin və 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,125 qram və 0,075 qram olan narkotik vasitə heroin və həmin tarixdə yaşadığı Quba rayonu, Pirvahid kəndində yerləşən evindən 01 ədəd şəffaf polietilen torbacıqda kustar üsulla hazırlanmış təmiz çəkisi 3,599 qram psixotrop maddə metamfetamin, bir ədəd plastik qabda təmiz çəkisi 9,959 qram və 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 52,082 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,822 qram, 01 ədəd şəffaf bükümdə təmiz çəkisi 0,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf bükümdə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 1,556 qram olan narkotik vasitə tiryək, habelə 02 ədəd üzərində “P300” yazısı həkk olunmuş kapsulların tərkibində təsiredici maddəsinin miqdarı 0,6 qram olan güclü təsir edən maddə “Preqabalin” həbi olmaqla, ümumilikdə onun avtomobilindən və yaşadığı evdən külli miqdarda, yəni təmiz çəkisi 3,891 qram psixotrop maddə metafetamin, xeyli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 64,411 qram narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,556 qram narkotik vasitə tiryək, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,307 qram narkotik vasitə heroin, habelə 02 ədəd güclü təsir edən maddə “Preqabalin” həbi aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və xeyli miqdarda narkotik vasitələri, habelə satış məqsədilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib daşımaqla saxlamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin çıxardığı hökm qanunsuz və adalətsizdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və suallara cavab verərəkən bildirmişdir ki, qeyd olunan narkotik vasitələr ona məxsus olsa da, o heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İş materiallarından göründüyü kimi, narkotik vasitələrin kütləsinin və çeşidlərinin, elcə də bükümlərin sayının çoxluğunu nəzərə alaraq bunu işin digər halları ilə əlaqəli şəkildə tədqiq edilməsini həyata keçirmədən istintaq orqanı və məhkəmə hüquqlarını müdafiə etdiyim şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişlər. Hansı ki Pəvin Mustafayev verdiyi ifadələrində qeyd olunan narkotik vasitələrin istifadəçisi olduğunu, gün ərzində bir neçə dəfə həmin narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitələri yalnız Bakı şəhərində əldə edə biləcəyini, özünün isə Quba rayonunda yaşadığını qeyd edərək hər dəfə Bakı şəhərinə gedib narkotik vasitə alıb qayıtmağın onun üçün baha başa gəldiyini nəzərə alıb narkotik vasitə alanda çox aldığını və hər gün bir neçə dəfə istifadə etdiyinə görə onu əvvəlcədən bükümlərə bölüb saladığını qeyd etmişdir. Hazırda tutulduğu vaxtdan narkotik vasitədən istifadə etmir. Əməlindən peşmandır. Artıq islah olunub. Cəzaçəkmə müəssisəsində də müsbət xarakterizə olunur. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yalnız təqsirləndirilən şəxsin ibtidai istintaq təyziq altında verdiyi izahat və ifadələrini nəzərə alaraq onları mötəbər sübut kimi qəbul etməklə məhkəmə istintaqı zamanı verdiyi sərbəst ifadəni özünümüdafiə xarakterli kimi qiymətləndirərək sübut növü kimi qəbul etməmişdir. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut olmamışdır. Daha doğrusu onun narkotik vasitələrin satışı ilə məşğul olması sübut olunmamış, yalnız ehtimallara əsaslanmışdır. Hansı ki, mövcud qanunvericiliyin tələbinə görə iş üzrə şübhəli hallar təqsirləndirilən şəxsin xeyirinə həll edilməlidir. Lakin nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirkarın narkotik vasitələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilib iş materiallarına əlavə edilməmiş və bu xüsusatlar üzrə işin konkret halları tam və obyektiv araşdırılmamışdır. Məhkəmə cəza təyin edərkən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olduğunu, həmçinin cəzanı ağırlaşdıran halın olmadığını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq sonuncuya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab etmişdir. Qanunun mənasına görə, cəza cismani əzab vermə məqsədi ilə deyil, təqsirləndirilən şəxsin islah olunması məqsədi ilə təyin edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında cəzanın yuxarı həddi 12 il nəzərdə tutulmuşdur. Deməli Təqsirləndirilən şəxs onun ailə vəziyyətini və təyin edilmiş cəzanın onun ailə şəraitinə təsirini nəzərə alaraq ona daha aşağı həddə yəni 6 il müddətinə də azadlıqdan məhrum etmə cəzası təyin edilə bilərdi. Lakin nədənsə onun törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olduğunu yüngülləşdirici hal kimi nəzərə almayaraq ona yuxarı həddə cəza təyin etmişdir. Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan maddələrlə təqsirli bilinməsi üçün heç bir mötəbər sübut yoxdur, ittiham quramadır və saxta sübutlara əsaslanıb. Hüquqlarını müdafiə etdiyi şəxs özünü yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. İş materiallarından göründüyü kimi onun əməlində də həmin maddənin tərkib əlamətləri mövcuddur. Ona görə də onun barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinın 240.1-ci maddəsinə xitam verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 maddəsi isə həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsüf edilməklə sonuncuya həmin maddənin sanksiyaı daxilində aşağı həddə cəza təyin edilməsi daha ədalətli və məqsədə uyğun olardı. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Polis idarəsinə aparılmış, əməliyyat zamanı təqsirləndirilən şəxs Polis əməkdaşlarına qarşı heç bir fiziki zor tətbiq etməmiş, qanunsuz rəftara yol verməmiş, onların göstərişlərinə tabe olmuşdur Bundan başqa o istintaqdan yayınmamış, istintaqın gedişinə heç bir maneəçilik törətməmişdir. Əməlindən peşmandır. Göstərdiyimiz xüsusatlarla bağlı cinayət işinin materiallarında kifayət qədər sübutlar olsa da məhkəmə bunların heç birini nəzərə almamışdır. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini, əgər müşavirə otağında bu hal mümkün hesab edilməzsə təyin edilmiş cəzasının azaldılmasını xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən hal kimi isə himayəsində azyaşlı uşağının olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli, 1(4-2)-53\**** nömrəli hökmünün əsassız olduğundan ləğv edilərək 240.1-ci maddəsi ilə ona bəraət hökmü çıxarılmaqla, CM-nın 234.4.3-cü maddəsi ilə olan əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinın 234.1-1-ci maddəsinə tövsüf edilməklə Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cəza təyini hissədə dəyişdirilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilməklə qiymətləndirilən sübutlara düzgün istinad edilməklə, onlara hüquqi qiymət verilməsi barədə gəldiyi nəticə ilə kollegiya razılaşdığından, həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür, ancaq əməl üzrə dəyərləndirilmə aparılarkən birinci instansiya məhkəməsində tədqiq edilməklə əldə olunmuş sübutların məzmunu dəyişdirilmədən qiymətləndiriləcəkdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə, habelə güclü təsir edən maddə əldə edib, daşıma və saxlama ilə bağlı ittiham verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə güclü təsiredici maddənin ümumiyyətlə onda olmamasını, CMnin 240.1-ci maddəsi ilə təqsirli bilmədiyini, narkotik vasitə satışı ilə məşğul olmadığını, narkotik vasitə olan heroinin olmadığını, onda psixotrop maddə matemfetamin olsa da, ittihamda göstərilən miqdarda olmadığını mübahisələndirimişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 234.4.3-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 240.1-ci maddəsinə görə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun * saylı, ## #### 2024-cü il tarixli qərarının 4-cü bəndində qeyd edilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 12-ci bəndində isə qeyd edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra - Konstitusiya Məhkəməsi) müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il ## ###### tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## #### tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il # ### tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il ## ##### tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il # ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM- in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CM-in 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Prekursorları göndərən və ya satan şəxsin və yaxud həmin prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitə və ya psixotrop maddə hazırlayan, istehsal edən və ya emal edən şəxsin əməli istər prekursorlara, istərsə də narkotik vasitələrə (psixotrop maddələrə) münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz (əgər prekursorları göndərən şəxslə onları alan şəxs arasında qabaqcadan birgə narkotik vasitələr və ya psixotrop maddələr hazırlamaq və ya istehsal etmək barədə razılıq olmamışdırsa). Qabaqcadan narkotik vasitələri və ya psixotrop maddələri birgə hazırlamaq barədə razılaşma olmadığı halda, prekursorları göndərən və ya satan şəxsin əməli prekursorun miqdarından asılı olaraq CM-in 234.3-cü və ya 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə, prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə hazırlayan, emal və ya istehsal edən şəxsin əməli isə narkotik vasitənin və psixotrop maddənin miqdarından və digər əlamətlərdən asılı olaraq CM-in 234.2-ci və ya 234.3-1-ci və ya 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 24-cü bəndinə görə CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub- olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərar). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-cı il tarixli ** saylı qərarının 9-cı bəndində göstərmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham üzrə özünü güclü təsir edən maddənin və narkotik vasitə heroinə aid hissədə təqsirli bilməyərək, psixotrop maddə olan metamfetaminə aid hissədə qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı toplanmış sübutların müqayisəli təhlili onun təqsirli olması qənaətini qaçılmaz edir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilməklə toplanılmış sübutların, yəni şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsinə dair və digər protokollarla, ekspert rəyləri, eləcə də, narkotik vasitənin götürülməsinə dair video çəkiliş üzrə görüntülərin müqayisəli təhlili aşkar olunmuş narkotik vasitənin ona aidiyyəti qənaətini qaçılmaz edir. Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edilməsi nəticəsində məcbur olaraq ittiham üzrə göstərilən narkotik vasitə, psixotrop maddə və güclü təsir edən vasitə ilə razılaşdığını mübahisələndirsə də, həmin xüsusatlar ilə bağlı cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də təzyiq edilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinin ikinci yarımbəndində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” iş üzrə (32132/07) ## #### 2014cü il tarixli qərarında qeyd olnmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər. Həbsdə polis nəzarəti altında olan insanların işində olduğu kimi, sözügedən hadisələr bütünlükdə və ya qismən dövlət orqanlarının müstəsna səlahiyyəti daxilində olduqda, belə saxlanma zamanı yaranan xəsarətlərlə bağlı ciddi fakt prezumpsiyası yaranır”. Belə olan halda məhkəmə kollegiyası ibtidai istintaq zamanı təqsirləndirilən şəxsdən ilkin etirafedici ifadələrin fiziki və psixoloji təzyiq altında alınması barədə dəlilləri əsassız hesab etməklə, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı sübutların müqayisəli təhlili nəticəsində təqsirli bilinməsi qənaətinə gəlinməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə, güclü təsir edən maddələri əldə edib üzərində saxlama və daşıma ilə bağlı ittihamın əsaslı hesab edilməsi nəticəsinə dair birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi dəyərləndiririr. Təqsirləndirilən şəxs əldə etdiyi və saxladığı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmasını, həmin kütlələri ayrı-ayrı bağlamalara ayıraraq həm evində, həm də avtomobilində saxlanılmasını, hazırda araşdırılan ittihamdan əvvəl narkotik vasitələrin dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində cinayət işi araşdırıldığı halda özünündə etiraf etdiyi kimi yenidən narkotik vasitə əldə etməsi onun barəsində ittihamın əsaslı və qanuni olması qənaətini formalaşdırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza üzrə dəyərləndirmə apararaq isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır, lakin bu məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Təqsirləndirilən şəxslərin əməlində cəzanı ağırlaşdıran halların olmamış, əksinə təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hal müəyyən edildiyi birinci instansiya məhkəməai tərəfindən müəyyən edilsə də, məhkəmə həmin halı sadalamaqla kifayətlənmişdir. Belə ki, təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində az yaşlı övladı vardır. Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində az yaşlı övladının olması, cəza təyin edilərkən yüngülləşdirici hal kimi nəzərə alınsa da, təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsirinin real olaraq nəzərə alınmadığı cəzanın sitəm xarakter daşıması qənaəti formalaşır. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin sosial-psixoloji təsiri nəinki onun özündə, həmçinin ailəsinin də həyatına öz təsirini qaçılmaz edir. Təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsi nəticəsində ailəsinin hansı psixoloji sarsıntı, mənəvi əzab və stress keçirməsi mübahisə edilə bilməz. Çünki doğma şəxsin onların yanında olmamaqla, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə yaşamasını bilməklə yaşamağı davam etdirmək mənəvi sarsıntı keçirməni qaçılmaz edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bununla əlaqədar kollegiya təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın onun və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilinmiş əmələ görə təyin edilmiş cəzanın həddi qanunçuluq, ədalətlilik və humanizm baxımından qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il, 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə endirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilən 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətində qismən bəraət verilməklə əməlin tövsif edilməsi mübahisələndirsə də, bunun mümkün olmadığı təqdirdə cəzanın endirilməsini xahiş etmələri nəzərə alınarsa, şikayət qismən təmin edilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(*- *)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il, 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilən 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar