Məhkəmə qərarları › İş №1(3-8)-329/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-329/2026

16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-329/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi İbrahim oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakim R.Quliyev) ilə ##.##.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 141B ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ### 2026-cı il tarixdən ## ### 2026-cı il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddətinin qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, narkomaniyadan məcburi müalicə təyin olunması və onun ##.##.2024cü il tarixdən Sumqayıt şəhəri Narkoloji dispanserində F19.2 diaqnozu ilə qeydiyyatda olmasının nəzərə alınması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,394 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, ##.##.2026-cı il tarixdə saat 11:53 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 94ün qarşısında küçədə saxlanılaraq videoçəkilişlə üzərinə baxış keçirilərkən onun əynində olan gödəkçənin sağ yan cibindən həmin bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya protesti verərək, hökmün Təqsirləndirilən şəxs cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, hökm qanunun normasının düzgün tətbiq edilmədiyinə və cəzanın yüngüllüyünə görə ləğv edilməlidir. İş materiallarından və Sumqayıt şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs həmin tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarından əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış ##.##.2026-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin 07.01,2025-ci il tarixli hökmündən görünür ki, o, qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu müddətdə, yəni ##.##.2024-cü ildə yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan qəsdən az ağır cinayət törətdiyinə görə həmin maddə ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə Suraxanı rayon məhkəməsinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ##.##.2023-cü il tarixli qərarı ləğv edilərək CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 1 il 7 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, ##.##.2026-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Amnistiya qərarının 2.3 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs hər iki məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hər iki məhkumluğu ödənilmədiyinə (götürülmədiyinə) və hazırkı cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə onun hərəkətlərində cinayətin residivi deyil, təhlükəli residivi olmuşdur. Təqsirləndirilən şəxsə məhkəmə 1 il 10 ay azadlıqdan məhrum etmə cəzası deyil, CM-nin 234.1-ci maddəsinin sanksiyasına nəzərdə tutulan 3 il azadlıqdan məhrum etmə cəzasının 2/3 hissəsi olan minumum 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edə bilərdi. Buna baxmayaraq, məhkəmə əsassız olaraq təhlükəli residiv olan Təqsirləndirilən şəxs CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə almadan yüngül cəza təyin etmişdir. Beləliklə, Sumqayıt şəhər məhkəməsinin ## #### 2026-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 1 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun əməlində cinayətin təhlükəli residiv olması nəzərə alınmadan yüngül cəza təyin edilmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestnin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi İbrahim oğlu apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmünün çıxarılması gəldiyi nəticəni təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, ağırlaşdıran hal kimi isə əməldə cinayətlərin residivinin olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün cinayət qanunu normasına uyğun dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya protestində təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və protestin dəlilləri ilə bağlı fikirlərini dinləyərək qeyd edir ki, təqirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi və aparılmış istintaq hərəkətlərinin nəticəsində toplanılmış sübutların müqayisəli təhlili nəticəsində təsdiq edilir. Təqsirləndirilən şəxsin təqsirliliyinə dair birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham üzrə gəlinən nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində apellyasiya protesti üzrə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. DİN-nin BƏSİİ-dən alınmış ##.##.2026-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə o, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1, 76.6.3, 69.3, 67.1-ci maddələri ilə 01 il 06 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, ##.##.2026-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Amnistiya qərarının 2.3 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v.70-73) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının ##.##.2026-cı il tarixli **/*** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi - 0,394 qram olan ağ rəngli kristalşəklli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (i.v. 37-40); AR Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsin narkoloji ekspertizasının ##.##.2026cı il tarixli **** saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs Qurbanəü oğlu ##.##.2024cü il tarixdən Sumqayıt şəhəri Narkoloji dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 90-91); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumat vərəqəsindən görünür ki, X1 ikinci dərəcə əlillik dərəcəsinə malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2010-cu il tarixli qərarı). Əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarı). Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi qənaətinə gəlinərkən yüngülləşdirici halın olması ilə yanaşı, ağırlaşdıran hal kimi isə əməldə cinayətlərin residivin olması nəzərə alınmışdır. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlər üzrə məhkumluqların ardıcıllığını nəzərə almamış, əməldə cinayətlərin təhlükəli residivi olmasına baxmayaraq, cinayətlərin residivi olmasını müəyyən etmişdir. Əvvəlki cinayəti üzrə hökm çıxarılarkən məhkumluğu ödənilmədən cəza təyin edilmiş, amnistiya aktına əsasən isə o cəzadan azad edilmişdir. Amma onun məhkumluğu götürülməmişdir. Hazırkı ictimai təhlükəli əməli törədərkən məhkumluğu ödənilməmiş, üzərindən də götürülməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hər iki məhkumluğu ödənilmədiyinə (götürülmədiyinə) və hazırkı cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə onun hərəkətlərində cinayətin residivi deyil, təhlükəli residivi olmuşdur. Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi). Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur. Onun şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən əməlində cinayətlərin təhlükəli residivinin olması onun təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın üçdə ikisindən az cəza təyin edilməsini istisna etdiyindən, təyin edilmiş cəza cəzanın məqsəd və prinsipləri baxımından onun islah olunması, onun və digər şəxslərin yenidən ictimai təhlükəli əməlin törədilməsindən çəkindirilməsi baxımından qanuni olmalı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu norması səhv təfsir edilməklə tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Belə olan halda kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı ictimai təhlükəli əməli barəsində Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü qanuni hesab edilməməli, hökm cəza təyini hissəsində dəyişdirilməlidir. Təqsirləndirilən şəxs əməldə cəzanı yüngülləşdirən hal ilə yanaşı, cəzanı ağırlaşdıran hal kimi əməldə cinayətlərin təhlükəli residivinin olması, həmçinin təyin edilən cəzanın onun ailə vəziyyətinə təsiri nəzərə alınaraq kollegiya hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2026-cı il tarixdən ## ### 2026-cı il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət cəzadan çıxılmalı və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müəyyən edilməlidir. Cinayət Prosessual Məcəllənin 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 4 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi İbrahim oğlunun vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 44 (qırx dörd) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2026-cı il tarixdən ## ### 2026-cı il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi İbrahim oğluna 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar