Məhkəmə qərarları › İş №1(3-8)-330/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-330/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-330/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, təqsirləndirilən şəxs1 və İsmayılov Rəşad Pənah oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ##### 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (hakim Samir İsmayılov) ##.##.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivindəki fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. təqsirləndirilən şəxs1 ## ###### 2023-cü il tarixdən ## ### 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldılğı 04 (dörd) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və təqsirləndirilən şəxs1 başqa iş üzrə həbsdə olmasının nəzərə alınması hökm edilmişdir. Həmin hökmlə İsmayılov Rəşad Pənah oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İsmayılov Rəşad Pənah oğluna Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gününü çəkməkdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)- ***/**** saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən İsmayılov Rəşad Pənah oğluna hazırki hökmlə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İsmayılov Rəşad Pənah oğlunun ## ###### 2023-cü il tarixdən ## ### 2024-cü il tarixədək həbsdə saxlanıldılğı 04 (dörd) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmdən İsmayılov Rəşad Pənah oğluna aid hissədə apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- **/**** nömrəli, ## ##### 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarından məhkum İsmayılov Rəşad Pənah oğlu tərfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı İsmayılov Rəşad Pənah oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ## ####### 2023-cü il tarixdə saat 23 radələrində ünvan 6 ünvanında yerləşən zərərçəkmiş şəxs8 məxsus yaşayış sahəsi hesab olunan mənzilə hər ikisi birlikdə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı taxtın altında olan çantadan 01 ədəd 680 manat dəyərində 585 əyarlı, 8 qram çəkidə üzərində «Aytən» yazılı qızıl boyunbağını, 01 ədəd 680 manat dəyərində 585 əyarlı, 8 qram çəkidə üzərində «Xalidə» yazılı qızıl boyunbağını, 01 ədəd 765 manat dəyərində 585 əyarlı, 9 qram çəkidə üzərində «Zeynəb» yazılı qızıl boyunbağını, 02 ədəd 1020 manat dəyərində hər biri 6 qram olmaqla 585 əyarlı üzərində kulon olan qızıl boyunbağını, 01 ədəd 340 manat dəyərində 585 əyarlı 4 qram çəkidə qızıl boyunbağını, 01 ədəd 850 manat dəyərində 585 əyarlı 10 qram çəkidə «Quran» formalı kulonu olan qızıl boyunbağını, 01 cüt 510 manat dəyərində 585 əyarlı 6 qram çəkidə qızıl sırğanı, 01 ədəd 425 manat dəyərində 585 əyarlı 5 qram çəkidə halqa formasında qızıl sırğanı, 01 ədəd 340 manat dəyərində 585 əyarlı 4 qram çəkidə yaşıl qaşlı qızıl üzüyü, 02 ədəd 1020 manat dəyərində hər biri 6 qram olmaqla 585 əyarlı tək qaş gül formalı qızıl üzükləri, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 3000 manat dəyərində 750 əyarlı 22 qram çəkidə brilliant qaşlı qızıl boyunbağını, 01 ədəd 2500 manat dəyərində 750 əyarlı 16 qram çəkidə brilliant qaşlı qızıl qolbağı, 01 ədəd 1500 manat dəyərində 750 əyarlı 10 qram çəkidə brilliant qaşlı qızıl sırğanı, 01 ədəd 1300 manat dəyərində 750 əyarlı 7 qram çəkidə brilliant qaşlı qadın qızıl üzüyü, 01 ədəd 1000 manat dəyərində 750 əyarlı 7 qram çəkidə brilliant qaşlı kişi qızıl üzüyü, 01 ədəd 800 manat dəyərində 750 əyarlı 5 qram çəkidə brilliant qaşlı qadın qızıl üzüyü, 12000 manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 4250 manat təşkil edən 2500 X8 dolları pulunu gizli talayıb, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs8 ümumilikdə 32980 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı İsmayılov Rəşad Pənah oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ## ####### 2023-cü il tarixdə saat 20 radələrində X5 məxsus ünvan 2 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Rəşad İsmayılov kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, o isə yaşayış sahəsi hesab olunan * saylı mənzilin pəncərəsini mismarçıxaran alətlə açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzildə yataq otağında olan döşəyin altından zərər çəkmiş şəxs X4 məxsus həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 16490 manat təşkil edən 9700 X8 dollar pulu, 30 manat pulu. 01 ədəd 425 manat dəyərində 585 əyarlı sadə model 5 qram çəkidə qızıl kulonu, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6 məxsus 30000 manat pulu gizli talayıb, zərər çəkmiş şəxs Ruxsarə Əhmədovaya ümumilikdə xeyli miqdarda 16945 manat məbləğində, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6 isə 30000 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı İsmayılov Rəşad Pənah oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ## ###### 2023-cü il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxs5 Hüseyn oğluna məxsus ünvan 3 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, cinayətkar qrupun digər üzvü Rəşad İsmayılov isə yaşayış sahəsi hesab olunan ** saylı mənzilin pəncərəsinin dəmir barmaqlıqlarındakı qıfılı sındıraraq, pəncərəni açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzilin eyvanında olan şkafın içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 02 ədəd ümumilikdə 2200 manat dəyərində hər biri 24 qram çəkidə İtaliya istehsalı briliant qaşlı qızıl üzüyü, 02 ədəd ümumilikdə 2400 manat dəyərində 40 qram çəkidə İtaliya istehsalı qalın qaşlı qızıl üzüyü, 02 ədəd ümumilikdə 2200 manat dəyərində 35 qram çəkidə Rusiya istehsalı qızıl üzüyü, 01 ədəd 4200 manat dəyərində 65 qram çəkidə tros tipli qızıl boyunbağını, 01 ədəd 3600 manat dəyərində 55 qram çəkidə nazik tros formalı üzərində qızıl kulon olan qızıl boyunbağını, 01 ədəd 640 manat dəyərində 8 qram çəkidə İtaliya istehsalı qızıl qolbağı, 01 ədəd 880 manat dəyərində 11 qram çəkidə Rusiya istehsalı qızıl qolbağı, 01 ədəd 3250 manat dəyərində 45 qram çəkidə İtaliya istehsalı qalın qızıl boyunbağını, 01 cüt 1600 manat dəyərində 22 qram çəkidə 03 ədəd qaşlı Rusiya istehsalı qızıl sırğanı, 02 ədəd ümumilikdə 1250 manat dəyərində 16 qram ölçüdə tək qaşlı Rusiya istehsalı qızıl sırğanı, 06 ədəd 2400 manat dəyərində 30 qram çəkidə qızıl dişləri, 01 ədəd 2100 manat dəyərində 28 qram çəkidə Rusiya istehsalı «traktor» deyilən qalın qızıl boyunbağını, 01 ədəd 5300 manat dəyərində 75 qram çəkidə sırğa, boyunbağı, üzük, qolbaqdan ibarət Rusiya istehsalı qızıl komplekti, 4000 manat pulu, mənzilin yataq otağında olan şkafın içərisindən 3000 manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 340 manat təşkil edən 200 X8 dollar pulu gizli talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ümumilikdə 39360 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı İsmayılov Rəşad Pənah oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ## ###### 2023-cü il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxs4 məxsus ünvan 4 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Rəşad İsmayılov kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, o isə yaşayış sahəsi hesab olunan ** saylı mənzilin pəncərəsini dəmir alətlə açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzilin yataq otağında olan mebelin ikinci dolabından 01 ədəd 850 manat dəyərində «Kəhrəba» qaşlı, 583 əyarlı 10 qram çəkidə qadın qızıl üzüyünü, 01 ədəd 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə qızıl kulon, 01 ədəd 425 manat dəyərində 583 əyarlı 5 qram çəkidə firuzə qaşlı qızıl sırğanı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 320 manat dəyərində 575 əyarlı 5 qram çəkidə üzərində xırda qaşlar olan «Cartier» qızıl üzüyü, 3000 manat dəyərində 30 qram çəkidə sünbül toxumalı qızıl qolbağı, 5200 manat dəyərində 50 qram çəkidə sünbül toxumalı qızıl qolbaq və sünbül toxumalı qızıl boyunbağını, 01 ədəd 600 manat dəyərində 10 qram çəkidə italyan istehsalı, qaşsız qızıl üzüyü, 01 ədəd 700 manat dəyərində 583 əyarlı 10 qram çəkidə çayka markalı qızıl saatı, 01 ədəd 500 manat dəyərində üzərində “Allah” yazılı kulon olan qızıl boyunbağını, 01 ədəd 520 manat dəyərində 8 qram çəkidə qızıl boyunbağını. 01 ədəd 460 manat dəyərində 7 qram çəkidə halqa formalı qızıl sırğanı, 3500 manat kağız əskinaslardan ibarət nəğd pulu, həmin mebelin dördüncü dolabından 1000 manat dəmir pullardan ibarət pulu, mənzilin yataq otağından 01 ədəd 150 manat dəyərində “Remington” markalı qadın saç fenini gizli talayıb, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 18075 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı İsmayılov Rəşad Pənah oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ## ###### 2023-cü il tarixdə saat 21 radələrində ünvan 5 ünvanında yerləşən zərərçəkmiş şəxs1 məxsusyaşayış sahəsi hesab olunan mənzilə hər ikisi birlikdə pəncərədən qanunsuz daxil olaraq, mənzilin yataq otağında olan dolabın içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 2750 manat dəyərində qızıl komplekti, 03 ədəd ümumilikdə 300 manat dəyərində gümüş üzüyü, 01 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 01 ədəd 900 manat dəyərində qızıl klonu, 01 ədəd 1050 manat dəyərində qızıl üzüyü, 01 ədəd 2000 manat dəyərində qızıl boyunbağını və 7000 manat nağd pulu gizli talayıb, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 15000 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək işinə yenidən baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, ikinci qrup əlil olması, “hepatit B” xəstəsi olmasının nəzərə alınaraq ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayəti və müdafiə tərəfinin çıxışlarında təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunduğunu, törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyəti, həmçinin məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətməsi, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödəməməsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərib birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPMin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, hökmün dəyişdirilməklə, təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, eləcə də apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilmədən saxlanması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ##### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin və müdafiə tərəfinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalan və müdafiə tərəfinin məhkəmə iclasında qeyd etdiyi hallar təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsi və barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılmasına əsas vermir. Apelyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi barədə dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsi və ya barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılması cəzanın ümumi məqsəd və prinsipləri baxımından əsaslı və ədalətli olmadığından, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halın olmamasını müəyyən etməklə yanaşı, əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs1 1) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən 04 (dörd) il 08 (səkkiz) ay 29 (iyrmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs1 üzərində 03 (üç) il 02 (iki)ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; 2) Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; 3) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir Cinayət işinin 3-cü cild 117-121-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs1 məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş və bununla da onun əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivi hesab edilir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs1 əvvəllər də qəsdən az ağır cinayət törətməyə görə əvvəllər iki dəfə məhkum edilmişdir və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 cinayət törətməyə meyilli şəxs olmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirməklə düzgün nəticəyə gələrək, cinayətin təhlükəli residivinə görə məhkuma ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh olunmasına dair” ## #### 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu cinayətlərin resedivi və cinayətlərin resedivinə görə cəza təyini ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, “...Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, cinayətlərin residivi müəyyən edildikdə, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-nin 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır...”. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009-cu il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki cinayətə görə təyin edilmiş azadllqdan məhrum etmə cəzasını çəkib qurtarandan sonra iki il keçmədən yenidən cinayət törətməsi onu göstərir ki, təqsirləndirilən şəxs1 barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, təhlükəli meyllərin təsirindən azad olmamışdır. Apellyasiya məhkəməsində müdafiə tərəfinin çıxışlarında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların halların nəzərə alınmasına münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş çərçivədə cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını da nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs1 cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. İş materiallarında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 8 iş saatına görə 88 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs1 və İsmayılov Rəşad Pənah oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ##### 2025-ci il tarixli hökmü təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 8 iş saatına görə 88 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar