Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-331/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Zaur Ikram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarəsinin prokuroru X1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 , təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi nümayəndə2 iştirakları ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri və təqsirləndirilən şəxs2 CM-nin 178.4, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə, təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, ona təyin edilmiş əsas cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddəti ərzində təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməsi, onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair vəsatətlə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə (hakim N.N. Hüseynli) zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 izahatında göstərdi ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsi barədə çıxarılmış qərardan razı deyil, o, birinci instansiya məhkəməsində yalnız bir dəfə olmuş, sonrakı iclasların vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmamış, nəticədə iclaslarda iştirak etmək və öz hüquqlarını müdafiə etmək imkanından məhrum olunmuşdur. Məhkəmə bildirişlərinin və müvafiq məhkəmə aktlarının vaxtında ünvanına çatdırılmaması səbəbindən qərardan xəbərdar olmamışdır. Bu hal prosesual hüquqlarını həyata keçirməyə mane olmuşdur və müddətin ötürülməsi ondan asılı olmayan obyektiv səbəblərdən baş vermişdir. Iş üzrə qəbul edilmiş qərarların surəti ona vaxtında təqdim edilmədiyindən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməsinə etirazı olmadığını qeyd etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməsinə etirazının olmadığını qeyd etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı X1 çıxışında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatətinin təmin edilməsilə əlaqədar vurğuladı ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 birinci instansiya məhkəməsinin iclasında iştirak etməsi iş materiallarından görünmür, həmçinin məhkəmə hökmünün ona təqdim edilməsi müvafiq qəbzlə təsdiq edilmir, ona görə də şəxs hüququnun müdafiə edilməsini həyata keçirə bilmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsinin qərarını nəzərdən keçirərək, məhkəmə kollegiyası aşağıdakı əsaslara görə şikayətin təmin edilməli olduğu, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməklə iş materiallarının sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qeyd edilən qanun normasının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir müddəası ona aid edilir ki, hökm maraqlarına toxunan şəxsin iştirakı ilə elan olunduqda həmin müddətin axımı getmiş olur. Birinci instansiya məhkəməsi ## #### 2026-cı il tarixli qərarı ilə zərərçəkmiş şəxsin apellyasiya şikayəti vermək üçün 20 günlük prosessual müddəti üzrlü səbəb olmadan buraxdığı nəticəsinə gələrək vəsatəti təmin etməmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə hüquqi əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli və obyektiv qiymətləndirməmiş, zərərçəkmiş şəxsin prosessual hüquqlarının təmin olunması tələblərinə tam riayət etməmişdir. Şikayətçi zərərçəkmiş şəxs62 apellyasiya instansiyası məhkəməsində verdiyi izahatdan və işdə olan materiallardan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü elan edilərkən zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, qəbul edilmiş hökmün surətinin ona təqdim edilməsini təsdiq edən rəsmi sənəd (məhkəmə qəbzi və ya poçt xəbərnaməsi) iş materiallarında mövcud deyil, yalnız iş materiallarında mübahisələndirilən hökmün surətinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 ##.##.2026-cı il tarixli göndərilmə məktubu vardır (cild 103, i.v.79). Azərbaycan Elektron Məhkəmə Informasiya Sistemindən (AZEMIS) əldə olmuş məlumatlardan müəyyən olunur ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının vaxtında tərəflərə təqdim edilməməsi və ya çatdırılmaması səbəbindən yuxarı məhkəmə instansiyasına müraciət etmək hüququnun məhdudlaşdırılması şəxsin konstitusiya ilə təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarır. Iş materiallarındakı sənədlər və məhkəmə iclasında əldə olunan məlumatlara əsasən zərərçəkmiş şəxs məhkəmə aktından gec xəbərdar olmuş, bu səbəbdən apellyasiya şikayəti vermək üçün prosessual müddət onun iradəsindən və nəzarətindən asılı olmayan obyektiv və üzrlü səbəblərdən keçmiş, lakin hökmün təqdim edilməsini təsdiq edən müvafiq sübutlar olmadığından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 narazı qaldığı hökmdən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almadan prosessual müddətin bərpasından imtina etməklə zərərçəkmiş şəxsin apellyasiya instansiyası məhkəməsində müdafiə olunmaq hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilməklə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası CPM-nin 385.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq prosessual tələblərin (digər proses iştirakçılarının şikayətlə tanış edilməsi, etiraz və ya izahatların alınması və s.) yerinə yetirilməsi üçün cinayət işi (hazırkı məsələyə aidiyyəti cildlər) birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 384, 385, 386, 391.3.3, 407 və 410 maddələrinin QƏRARA ALDI : təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri və təqsirləndirilən şəxs2 CM-nin 178.4, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməklə cinayət işi Azərbaycan Respublikası CPM-nin 385.2ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə qaytarılsın. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs62 apellyasiya şikayəti təmin edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-331/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-331/2026
03.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver