Məhkəmə qərarları › İş №1(3-8)-335/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-335/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-335/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X11 Müdafiəsi üzrə Idarəsinin prokuroru X4, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə (hakim X1) ## ###### 1986-cı ildə Imişli rayonu Cavadxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Imişli rayonu, Qaralar ərazi dairəsi, Cavadxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yaşamış Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- ***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq, qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) ay və hazırkı cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, yəni ümumilikdə 02 (iki) ay 02 (iki) gün müddətin CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil qaydada icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında" qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən ## ###### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs vəsatətlə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddət hüquqi savadının olmaması səbəbindən ötürülmüşdür. Qeyd etdiyi üzürlü səbəbdən hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət rədd edilmişdir. Qərardan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində ittiham hökmü çıxarılarkən zərərçəkmiş şəxslə arasında barışıq olmamış, bu səbəbdən apellyasiya şikayəti verməmişdir. Hazırda dəymiş ziyan tərəfindən tam ödənilmiş və zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilmişdir. Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək hökmün surətini ## #### 2026-cı il tarixdə əldə etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində müdafiəçi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X4 bildirdi ki, qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə hökmün surətinin verilməsini təsdiq edən müvafiq qəbz yoxdursa şəxsin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilə bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəfləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası CPM-nin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzürlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsinə əsasən apellyasiya protesti və ya apellyasiya şikayətinin verilməsi müddəti üzürlü səbəblərə görə buraxıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına çatdırılsa da hökmün məhkum edilmiş şəxs tərəfindən alınmasına dair qəbz iş materiallarında mövcud deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi hökmün istintaq təcridxanasına çatdırılmasına dair ##.##.2026-cı il tarixli xəbərnaməni əsas götürərək ##.##.2026-cı il tarixdə hökmü icraya yönləndirmişdir. Lakin təqsirləndirilən şəxs ifadəsində hökmün surətini ##.##.2026-cı il tarixdə almasını göstərmişdir. Bundan başqa məhkəmə qərarında təqsirləndirilən şəxsin 2 ay 2 gün sonra məhkəməyə müraciət edərək şikayət verdiyini göstərsə də iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin müddətin bərpa olunmasına dair ərizəsi ##.##.2026-cı il tarixli məktubla ilk dəfə ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur ki, bu da təsirləndirilən şəxsin apellyasiya şikayətini vermə müddətini təxminən 9 gün buraxdığını göstərir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs hökmün surətini rəsmi qaydada əldə etməsinə dair rəsmi sənədlər mövcud olmamışdır. Bundan başqa təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini göstərmişdir ki, bu hal da gələcəkdə apellyasiya instansiyası məhkəməsində onun vəziyyətini yüngülləşdirilməsi ehtimalını artırır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti onun hökmün surətini rəsmi qaydada əldə etməməsi ilə əlaqədar olaraq üzürlü səbəblərə görə buraxılmış hesab edilməlidir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir. Həmçinin Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 oğluna məhkəmədə iştirak etdiyi cəmi 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384, 385, 388, 391.3.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2na sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar