Məhkəmə qərarları › İş №1(3-8)-337/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-337/2026

02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-337/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü (hakim F.Kərimova) ilə ##.##.1994-cü il tarixində Laçın rayonunda andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaların qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 gün müddətin, məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 10 ay 20 gün gün müddət, ümumilikdə 10 ay 24 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 01 (bir) il 09 (doqquz) ay 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və hökmün qanuni qüvvəsini alanadək qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın əvvəlinin Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 teleqram ünvanlayaraq cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, apellyasiya şikayətindən imtina etdiyinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 87.6.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq hüququ vardır. Cinayət Prosessual Məcəllənin 87.6.22-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən, o cümlədən ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsində hökmdən şikayət (protest) üzrə icraat şəxsin apelyasiya şikayəti (protesti) verildiyi təqdirdə və icraata qəbul edildiyi halda başlanılır. Hazırkı iş üzrə zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilsə də, sonradan həmin şikayət üzrə işə baxılmasını arzulamayaraq, apellyasiya şikayətindən imtina etmişdir. Apellyasiya icraatı zamanı da həmin ərizəni müdafiə edərək, apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu isə onun şikayəti üzrə apellyasiya instansiya məhkəməsində araşdırılma aparılmasını istisna edir. Cinayət Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, onun apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 390, 396, 407 və 410-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsinə əsasən 1 (bir) ay müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar