Məhkəmə qərarları › İş №1(3-8)-342/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-342/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-342/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində, X1 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin ## #### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü ilə (hakimlər Nahid Mirzəyev (sədrlik edən), Nurədddin Hüseynli və İlham Cəfərzadə) ## ####### 1986-cı il tarixdə Ağdərə rayonu, Umudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Tərtər rayonu, Umudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinəərk, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxs – mülki iddiaçı zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddianın təmin edilərək, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 146661,70 AZN (bir yüz qırx altı min altı yüz altmış bir manat yetmiş qəpik) və 437 AZN (dörd yüz otuz yeddi manat) dövlət rüsumu olmaqla, cəmi 147098, 70 AZN (bir yüz qırx yeddi min doxsan səkkiz manat yetmiş qəpik) məbləğində pul tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı zərərçəkmiş şəxs3 ödənilməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd olunan hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, apellyasiya şikayətinin vaxtında verə bilməməsinin səbəbi kimi hüquqlarını tam bilməməsini, eyni zamanda hökmün saxlanıldığı Umbakı Penitensiar Müəssisəsində o, qəbzi imzaladıqdan daha gec tarixdə təqdim olunmasını, zərərçəkmiş şəxslə arasında hələ də müəmmalı məsələr olmasını, barəsində olan cinayət işi üzrə məhkəmə istintaqının qısa müddətə keçirilməsini, anlayışı olmamamsını, ilk məhkumluğunun olmasını, qanunla müəyyən edilmiş vaxtda apellyasiya şikayəti verə bilməməsini, iki azyaşlı uşağının, yaşlı anasının olmasını, uşaqlarından birinin talassemiya xəstəsi olması hallarının üzrlü səbəb kimi nəzərə alınmasını, vəsatətinin təmin edilməklə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa edilməsini və verdiyi apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilərək məhkumun vəsatəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, ilk dəfə məhkum olunması, hüquqi savadının olmaması, hökmdən şikayət verilməsinə dair anlayışının olmaması, hökmdən sonra keçirtdiyi psixoloji gərginlik səbəbindən apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Təqsirləndirilən şəxs vəsatətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında dövlət ittihamçısı və zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətini müdafiə edən Təqsirləndirilən şəxs və apellyasiya şikayətinə etiraz edən zərəçəkmiş şəxsin, dövlət ittihamçısının çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin mübahisə edilən qərarı isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü elan edildiyi vaxt Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmiş, barəsində qəbul edilən hökmdən məlumatı olmuş, ## ###### 2025-ci il tarixdə hökmün surətini alması barədə qəbzə imza etmişdir. Göründüyü kimi ## ###### 2025-ci il tarixdə hökm Təqsirləndirilən şəxs təqdim edilməsinə baxmayaraq o hökmü aldığı gündən 20 gün ərzində deyil, yalnız ##.##.2026-cı il tarixdə, yəni 10 aydan artıq müddət keçdikdən sonra heç bir üzürlü səbəb olmadan prosessual müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1 və 384.2-ci maddələrinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökm ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair qərarı qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi dəlilləri hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390, 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəməsi kollegiyası, QƏRAR VERDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar