Məhkəmə qərarları › İş №1(3-8)-343/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-343/2026

22.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-343/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X1 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri – Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Bünyadov Adil İbrahim oğlu və X3 iştirakları ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim Samir İsmayılov ) ##.##.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlarındakı yaşayış massivində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.4, 187.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən (##.##.2023cü il tarixli düzəliş qərarı nəzərə alınmaqla) üzərində 04 (dörd) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 29 (iyirmi doqquz) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. təqsirləndirilən şəxs2 Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə təyin edilmiş (##.##.2023-cü il tarixli düzəliş qərarı nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilərək, CM-in 67.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə təyin edilmiş (##.##.2023-cü il tarixli düzəliş qərarı nəzərə alınmaqla) və çəkilməmiş qalan 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. ##.##.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 03 (üç) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. təqsirləndirilən şəxs1 Biləsuvar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 03 (üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilərək, CM-in 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Biləsuvar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 04 radələrində zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin plastik materialdan hazırlanmış qapısını vintaçanla sıxıb açaraq içəri qanunsuz daxil olub, oradan zərərçəkmiş şəxs2 məxsus 2 ədəd, 1 ədədinin qiyməti 350 manat olmaqla ümumi qiyməti 700 manat olan su kollektorlarını, 2 ədəd, 1 ədədinin qiyməti 25 manat olmaqla ümumi qiyməti 50 manat olan elektrik uzadıcılarını, 100 metr uzunluğunda ümumi qiyməti 450 manat olan mis materialından hazırlanmış elektrik naqillərini, həmin qeyri-yaşayış sahəndə usta işləyən zərərçəkmiş şəxs1 İlqar oğluna məxsus 1 ədəd 100 manat dəyərində dreli, 1 cüt 150 manat dəyərində ayaqqabını gizli olaraq talayıb, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat və zərərçəkmiş şəxs1 250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı, qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs1 ilə ## ###### 2025-ci il tarixdə saat 01 radələrində zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Emil” adlı kafenin qarşısına gəlmiş, təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsindən ötrü pusquda dayanmış, o, isə bundan istifadə edərək kafenin plastik materialından hazlanmış pəncərəsini əli ilə sıxıb açdıqdan sonra birlikdə içəriyə qanunsuz daxil olub, oradan zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “LG” markalı, 150 dioqanal ölçüdə, ümumi qiyməti 600 manat olan televizoru, 1 ədəd “Samsung” markalı ümumi qiyməti 400 manat olan “Samsung” markalı notbuku, 15 manat məbləğində müxtəlif nominalda qəpikləri, 2 ədəd, 1 ədədinin çəkisi 2 kiloqram, qiyməti 70 manat olmaqla ümumi qiyməti 140 manat olan kəsilib təmizlənmiş bütöv hindquşu ətini, 1 ədəd 3 kiloqram çəkidə, 50 manat dəyərində kəsilib təmzilənmiş qaz ətini, 5 kiloqram çəkidə, 1 kiloqramının qiyməti 20 manat olmaqla ümumi qiyməti 100 manat olan kəsilib təmizlənmiş qoyun ətini, 5 ədəd, 1 ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 7 manat dəyərində qazlı içkiləri gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs3 ümumilikdə 1312 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı, qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs2 ilə ## ###### 2025-ci il tarixdə saat 01 radələrində zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Emil” adlı kafenin qarşısına gəlib, kənar şəxslərin gəlməsi barədə məlumat verməyindən ötrü pusquda dayanmış, təqsirləndirilən şəxs2 isə bundan istifadə edərək kafenin plastik materialından hazlanmış pəncərəsini əli ilə sıxıb açdıqdan sonra birlikdə içəriyə qanunsuz daxil olub, oradan zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “LG” markalı, 150 dioqanal ölçüdə, ümumi qiyməti 600 manat olan televizoru, 1 ədəd “Samsung” markalı ümumi qiyməti 400 manat olan notbuku, 15 manat məbləğində müxtəlif nominalda qəpikləri, 2 ədəd, 1 ədədinin çəkisi 2 kiloqram, qiyməti 70 manat olmaqla ümumi qiyməti 140 manat olan kəsilib təmizlənmiş bütöv hindquşu ətini, 1 ədəd 3 kiloqram çəkidə, 50 manat dəyərində kəsilib təmzilənmiş qaz ətini, 5 kiloqram çəkidə, 1 kiloqramının qiyməti 20 manat olmaqla ümumi qiyməti 100 manat olan kəsilib təmizlənmiş qoyun ətini, 5 ədəd, 1 ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 7 manat dəyərində qazlı içkiləri gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs3 ümumilikdə 1312 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmü ilə razı olmamasını, təqsirləndirildiyi cinayət əməllərini törətməməsini, özünü təqsirli bilməməsini qeyd edib, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, təqsirli bilindiyi CM-ni 177.2.1-ci maddəsi ilə özünü təqsirli bilməməsini, bu maddə üzrə onun təqsirini təsdiq edən heç bir əsas və sübut olmamasını, ##.##.2025-ci il tarixli amnistiya aktına əsasən cəzasının şərti olaraq çəkilməmiş qalan hisssəsindən azad edilməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasını qeyd edib, iki azyaşlı övladının və xəstə anasının olması nəzərə alınaraq barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətlərinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilməməsi və həmin maddələr üzrə bəraət verilməsinə dair dəlillərinin, həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair dəlillərinin əsassız olduğunu, onlara düzgün ittiham verildiyini, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayətprosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs1 CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri, həmin cinayət əməllərinə aidiyyatları və təqsirliliklərinin tam sübuta yetirilməsinə, törətdikləri əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onların həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrar təsvir etməyə zərurət görmür. Məhkəmə kollegiyası məhkəmə baxışında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisinin çıxışlarının təqsirləndirilən şəxsə bəraət verilməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxsə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi həm təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, həmçinin istintaq materiallarını mötəbər sübut növü kimi qəbul edərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibinin olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 oğurluq etməməsi, ibtidai araşdırma zamanı ona təsir və təzyiqlər olunması, ona görə də etirafedici izahat və ifadələr verməsinə dair məhkəmə iclasında bildirdiklərinə tənqidi yanaşaraq qeyd edir ki, həmin dəlillər onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 25-ci bəndində vurğulanmışdır ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki təqsirləndirilən şəxs2 həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ibtidai araşdırma zamanı ona təsir və təzyiqlər olunması, onun ümumiyyətlə oğurluq hadisəsini törətməməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmiş, əksinə özünü qismən təqsirli bildiyini qeyd etmişdir Bundan başqa cinayət işinin materiallarında təqsirləndirilən şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməsi halı müəyyən edilməmişdir. Ona görə də, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrin təzyiq altında verməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 özünü CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşaraq, həmin dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası qeyd edir ki təqsirləndirilən şəxs1 həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, əksinə “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən cinayət əməlini təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini bildirmişdir. Ona görə də, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair dəlillərini əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayətlərin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin və apellyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə bəraət verilməsi, təqsirləndirilən şəxs1 isə CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətlərinin təmin edilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxslərin əməllərinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxslərin təqsirini sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı aşağdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən vurulmuş ziyanın qismən aradan qaldırılması, zərərçəkmiş şəxslərin heç bir tələb və şikayətlərinin olmaması cəzalarını yüngülləşdirən hallar qismində, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməllərində cinayətlərin residivinin olmasını cəzalarını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs2 sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən ona qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qərarı və həmin qərara düzəliş edilməsi barədə ##.##.2023-cü il tarixli 1(105)- ***/**** saylı qərara əsasən hökm dəyişdirilmiş və təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan sonra şərti cəza çəkmə dövründə ##.##.2025-ci il tarixlərdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmiş, şərti cəza çəkmə dövründə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs1 sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 08 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 03 (üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmidir. Bundan sonra şərti cəza çəkmə dövründə ##.##.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs1 Bakı Şəhər Biləsuvar Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmiş, şərti cəza çəkmə dövründə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən hal kimi vurulmuş ziyanın aradan qaldırılması, zərərçəkmiş şəxslərin heç bir tələb və şikayətinin olmaması, təqsirini qismən etiraf etməsi və himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxslərin əməlində cinayətlərin residivinin olması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə almışdır. Odur ki, təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə əməlində cinayətlərin residivinin olması nəzərə alınmaqla cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını da nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh olunmasına dair” ## #### 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu cinayətlərin resedivi və cinayətlərin resedivinə görə cəza təyini ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, “...Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, cinayətlərin residivi müəyyən edildikdə, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-nin 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır...”. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009cu il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki cinayətə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ərzində təqsirləndirilən şəxslər tərəfindən yenidən cinayət törədilməsi onu göstərir ki, təqsirləndirilən şəxslər barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, onlar, təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə CM-nin 65.2 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ədalətli cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da təqsirləndirilən şəxslərin əməllərində cinayətin residivi olmasını da nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğlu və X3 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçilərin hesabatı nəzərə alınmaqla 7 iş saatına görə 77 manat məbləğində vəsait həmin vəkillərə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğluna sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 7 iş saatına görə 77 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 oğluna sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 7 iş saatına görə 77 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar