Məhkəmə qərarları › İş №1(3-8)-345/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-345/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-345/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, məhkum təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda təqsirləndirilən şəxs2 həmin hökmdən apellyasiya şikayəti və bu şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək göstərmişdir ki, uzun müddət ağır xəstəlikdən xəstəxanalarda müalicə alıb, cəza çəkdiyi dövrdə də Penitensiar xidmətin Müalicə müəssisəsində həkim nəzarətində saxlanılmışdır. Buna dair iş materiallarında və şəxsi işində kifayət qədər sənədlər mövcuddur. Bundan əlavə, ailəsinin tək övladıdır, atası rəhmətə gedib, anası isə xəstədir və onun həbsdə olmasına sarsıntı keçirir. Tək övlad kimi anasının yanında olmaqla ona qulluq etmək istəyir. Qeyd olunanları nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)****/**** nömrəli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətinin rədd edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkum olunmuş təqsirləndirilən şəxs2 həmin qərardan apellyasiya şikayəti vеrərək tərəfindən verilmiş vəsatətinin Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə təmin edilməməsini vurğulayaraq apellyasiya şikayəti vermək hüququnu əldə etməyinə köməklik göstərilməsini xahiş etm’kl’ vurğulamışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli hökmü ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Müəyyən səbəblərdən həmin hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Bununla əlaqədar apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatətlə müraciət etmişdir. Lakin vəsatəti təmin edilməmişdir. Apellyasiya şikayətini müəyyən edilmiş müddətdə verə bilməməsinin əsas səbəbi ağır xəstəlikdən əziyyət çəkməsi olmuşdur. Uzun illərdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan müalicə müəssisəsində müalicə alır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı dövründə müalicə müəssisəsində olmuşdur. Hazırda da həkim nəzarəti altında müalicəsi davam etdirilir. Ömrünün qalan hissəsini ailə üzvlərilə birlikdə keçirmək istəyir. Ailənin tək övladıdır. Uşaqlıq illərində atasını itirmişdir. Atasının vəfatından sonra anası onu təkbaşına böyütmüşdür. Hazırda anası təqaüdçüdür. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz edərək onu da əlavə etdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü rəsmi qaydada məhkum olunmuş təqsirləndirilən şəxs2 təqdim edilmiş, qanunla müəyyən edilmiş müddətdən təxminən xeyli vaxt keçdikdən sonra təqdim edilmiş vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuş, ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi X1 apellyasiya şikayətini müdafiə edərək, məhkum edilmiş şəxsin izahatında qeyd edilənlərin nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasına videokonfrans vasitəsi ilə qoşulmuş məhkum olunmuş təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək mümkün olduğu halda şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun izahatını, müdafiəçinin mülahizələrini, dövlət ittihamçısının rəyini dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayət prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisə olunan qərarını onunla əsaslandırmışdır ki, məhkum təqsirləndirilən şəxs2 tərəfindən məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəblərdən buraxılmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmün surəti cinayət işində olan qəbzə əsasən ## ####### 2021-ci il tarixdə təqsirləndirilən şəxs2 rəsmi qaydada təqdim edilmiş, bununla da o, hökmün məzmunu və həmin hökmdən apellyasiya şikayəti vermək imkanı barədə məlumatlı olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən hökm və ya məhkəmənin digər qərarından apellyasiya şikayəti həmin maddədə nəzərdə tutulan hallarda 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsi isə bu müddətin yalnız üzrlü səbəblərə görə buraxıldığı halda onun bərpası barədə vəsatət qaldırılmasını nəzərdə tutur. Qüvvədə olan həmin müddəaların məzmunu da bu qaydanı təsbit edir. Göstərilən normanın mənasına görə, prosessual müddətin bərpası üçün şəxsin hər hansı xəstəlikdən əziyyət çəkməsi və ya müəyyən dövrdə müalicə alması faktının mövcudluğu özlüyündə kifayət deyildir. Müddətin buraxılması ilə göstərilən hal arasında birbaşa səbəbli əlaqə mövcud olmalı, yəni həmin halın məhz şikayət vermək üçün müəyyən edilmiş prosessual müddət ərzində şəxsin öz hüququnu həyata keçirməsini obyektiv şəkildə mümkünsüz etdiyi müəyyən edilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi müddəti qərarın elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini qərarın elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı mаddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. CPM-nin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. CPM-nin 203.1 və 203.3-cü mаddələrinə görə cinаyət mühаkimə icrааtı zаmаnı müddətlər kеçdikdən sоnrа аpаrılаn prоsеssuаl hərəkətlər müddət bərpа еdilməmişsə, еtibаrsız sаyılır. Cinаyət mühаkimə icrааtı zаmаnı üzrlü səbəblərə görə burахılmış müddət mаrаqlı şəхsin vəsаtəti və yа хаhişi ilə cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrı ilə bərpа оlunmаlıdır. Cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrındа bаşqа hаl nəzərdə tutulmаyıbsа, müddət digər şəхslər üçün dеyil, аncаq оnu burахmış şəхs üçün bərpа еdilir. Istinad edilən qanun normalarının mənasına görə müddətin buraxılması üzrlü səbəblərdən olmalıdır. CPM-nin 386.1-ci mаddəsinə görə аpеllyаsiyа şikаyətinin və yа аpеllyаsiyа prоtеstinin vеrilməsi müddəti üzrlü səbəblərə görə burахıldıqdа bu Məcəllənin 383-cü mаddəsində göstərilən şəхslər hökm və yа qərаrı çıхаrmış birinci instаnsiyа məhkəməsi qаrşısındа burахılmış müddətin bərpа еdilməsi hаqqındа vəsаtət qаldırmаq hüququnа mаlikdirlər. təqsirləndirilən şəxs2 apellyasiya şikayətində uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyini, ibtidai istintaq və məhkəmə baxışı dövründə, habelə cəza çəkərkən Penitensiar xidmətin Müalicə müəssisəsində müalicə aldığını və hazırda da həkim nəzarətində olduğunu göstərsə də, bu hallar onun ## ####### 2021-ci il tarixdə hökmün surətini aldıqdan sonra apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum olduğunu təsdiq etmir. Başqa sözlə, xəstəliyin və müalicənin mövcud olması ilə apellyasiya şikayətinin vaxtında verilməməsi eyniləşdirilə bilməz. Müddətin bərpası üçün xəstəliyin xarakteri və ağırlığı, müvafiq 20 günlük müddətdə şəxsin vəziyyəti və həmin vəziyyətin onun şikayət hazırlamasına, müdafiəçi ilə əlaqə saxlamasına və ya şikayəti penitensiar müəssisənin müdiriyyəti vasitəsilə təqdim etməsinə faktiki olaraq mane olub-olmaması əhəmiyyət daşıyır. Hazırkı halda isə təqdim olunmuş məlumatlardan məhkumun həmin müddət ərzində öz iradəsini ifadə edə bilməyəcək vəziyyətdə olması, şikayət vermək imkanından tamamilə məhrum qalması və ya hüququnun həyata keçirilməsinə obyektiv və qarşısıalınmaz maneənin mövcudluğu müəyyən edilmir. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən uzun müddət müalicə almasını özlüyündə prosessual müddətin bərpası üçün yetərli hesab etməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, hökm ## ####### 2021-ci il tarixdə çıxarılmış, onun surəti ## ####### 2021-ci il tarixdə məhkuma rəsmi qaydada təqdim edilmiş, buna baxmayaraq təqsirləndirilən şəxs2 uzun müddət ərzində həmin hökmdən apellyasiya şikayəti verməmişdir. Iş üzrə digər məhkumlar tərəfindən isə hökmdən vaxtında apellyasiya şikayətləri verilmiş və həmin şikayətlərə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2022-ci il tarixli qərarı ilə baxılmışdır. Həmin qərardan görünür ki, apellyasiya şikayətləri təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2, təqsirləndirilən şəxs4 və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmişdir; təqsirləndirilən şəxs2 və ya onun müdafiəçisi tərəfindən isə hökmdən apellyasiya şikayəti verilməsi müəyyən edilmir. Eyni hal sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarında da öz əksini tapmış, Ali Məhkəmə birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs1 müdafiəçisi, təqsirləndirilən şəxs4 və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verildiyini qeyd etmişdir. Odur ki, digər məhkumların apellyasiya və sonrakı kassasiya hüququndan istifadə etmələri təqsirləndirilən şəxs2 fərdi qaydada apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətə riayət etmək öhdəliyini aradan qaldırmır və həmin şəxslərin şikayətləri onun adından verilmiş şikayət kimi qiymətləndirilə bilməz. Həmçinin təqsirləndirilən şəxs2 ailənin tək övladı olması, atasının vəfat etməsi, anasının yaşlı və xəstə olması, anasına qulluq etmək və ömrünün qalan hissəsini ailəsi ilə keçirmək istəməsi ailə vəziyyətinə aid hallar olsa da, həmin hallar apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbləri ilə əlaqəli deyildir. Bu hallar 2021-ci ildə apellyasiya şikayətinin verilməsini obyektiv olaraq mümkünsüz edən maneə kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin həmin halların müddətin bərpasına əsas yaratmadığı barədə nəticəsi bu baxımdan əsaslıdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi şəxsin məhkəmə müdafiəsi hüququnun mühüm tərkib hissəsidir. Lakin həmin hüququn həyata keçirilməsi qanunla müəyyən edilmiş prosessual qayda və müddətlərə riayət olunmasını istisna etmir. Prosessual müddətlərin müəyyən edilməsi hüquqi müəyyənliyin təmin edilməsinə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qeyri-məhdud müddət ərzində mübahisələndirilməsi imkanının qarşısının alınmasına xidmət edir. Hazırkı işdə məhkumun hökmün surətini vaxtında əldə etməməsi, apellyasiya şikayəti vermək hüququndan xəbərsiz olması, onun iradəsindən asılı olmayan səbəbdən hüquqi yardım almaq və ya şikayət göndərmək imkanının olmaması müəyyən edilməmişdir. Əksinə, hökmün surətinin ona ## ####### 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilməsi iş materialları ilə təsdiq edilir. Bununla yanaşı, məhkumun istinad etdiyi tibbi hallar məhz həmin 20 günlük prosessual müddətin bütün dövründə apellyasiya şikayəti verməsini mümkünsüz edən vəziyyətin mövcudluğunu təsdiq etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərdiyi dəlillər onun Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxdığını təsdiq etmir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş, məhkumun istinad etdiyi səbəblərə müvafiq hüquqi qiymət vermiş və onun vəsatətinin rədd edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Qаnunvеriciliyin yuxarıda şərh оlunаn nоrmаlаrınа əsаsən məhkəmə kоllеgiyаsı hеsаb еdir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü qаnunlа müəyyən еdilmiş müddət ərzində, yəni qərar ona təqdim olunduğu ## ####### 2021-ci il tarixdən 20 gün müddətində аpеllyаsiyа şikаyəti vеrmək hüququ оlmuş, lakin həmin müddəti üzrsüz səbəbdən kеçirməklə təxminən 4 (dörd) il 9 (doqquz) ay müddət keçdikdən sonra, yəni ## #### 2026-cı il tarixində apellyasiya şikayəti verdiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir sübut vəsatətinə əlavə etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla işin digər halları ilə təsdiq edilmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 391.12-ci mаddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması nəticələrinə dair çıxarılmış qərarlarından (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. CPM-nin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) , 411.5, 520.7 və 524.8ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. Bundan əlavə kollegiya qeyd edir ki, məhkum olunmuş təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil X1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə 3 (üç) iş saatı üçün hesablanmış 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 202, 203, 386, 391, 407, 410 və 412-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X1 33 (otuz üç) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar