Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-348/2026 24.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü ilə (hakim G.R.Ismayılova) ##.##.1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə cəzasının çəkilməmiş 04 (dörd) ay 17 (on yeddi) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 76-cı məhəllə, yataqxana 7A ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli 1(060)-384/2023 nömrəl hökmü ilə məhkum edildiyi 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə çəkilməmiş qalan 04 (dörd) ay 17 (on yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)***/**** nömrəli hökmü ilə təyin edilmiş və bu günədək çəkilməmiş 04 (dörd) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ##.##.2026-cı il tarixdə tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o, ##.##.2025-ci il tarixdə saat 04:00-da özgənin əmlakını gizli olaraq talama məqsədilə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “xxxx” ASC-nin sexinə pəncərədən keçməklə içəriyə qanunsuz daxil olub, sexdən 164,25 manat dəyərində “Volkman VTS-07” markalı avadanlıqların qara metallardan ibarət ümumilikdə 365 kq çəkidə detallarını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə ümumillikdə 164,25 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə ##.##.2026-cı il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Şöhrət Qasımov küçəsində yerləşən zərərçəkmiş şəxs2 məxsus saxlanc yerinə hasardan aşaraq həmin saxlanc yerinin kilidini açmaq yolu ilə içəriyə qanunsuz daxil olub, saxlanc yerindən 1 ədəd 217,60 dəyərində cilalayıcı avadanlığın mühərrikini və 10 mm ölçüdə, 4 çıxışlı, 100 metr uzunluğunda 700 manat dəyərində mis naqili gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumlikdə 917,6 məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə ##.##.2026-cı il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Şöhrət Qasımov küçəsində yerləşən zərərçəkmiş şəxs2 məxsus saxlanc yerinə hasardan aşaraq həmin saxlanc yerinin kilidini açmaq yolu ilə içəriyə qanunsuz daxil olub, saxlanc yerindən 2 ədəd 435,2 manat dəyərində cilalayıcı avadanlığın mühərrikini gizli olaraq talayıb oğurlamaqla, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumlikdə 435,2 məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə ##.##.2026-cı il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Şöhrət Qasımov küçəsində yerləşən zərərçəkmiş şəxs2 məxsus saxlanc yerinə hasardan aşaraq həmin saxlanc yerinin kilidini açmaq yolu ilə içəriyə qanunsuz daxil olub, saxlanc yerindən 1 ədəd 1000 manat dəyərində quru beton cilalayıcı aparatı, 10 mm ölçüdə, 4 çıxışlı, 100 metr uzunluğunda 700 manat dəyərində mis naqili, 4 ədəd 200 manat dəyərində gücləndirici elektrik lampasını gizli olaraq talayıb oğurlamaqla, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumlikdə 1900 məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə ##.##.2026-cı il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Böyük Qafqaz küçəsində yerləşən fərdi həyət evinə qanunsuz daxil olub, həmin evdə usta işləyən zərərçəkmiş şəxs3 məxsus 1 ədəd laqonda, 1 ədəd elektrikli drel, 1 ədəd həmin drelin batareyası, 1 ədəd tikintidə istifadə olunan ütü, 1 ədəd taxta kəsən mişar, 1 ədəd balta, 2 ədəd çəkic, 2 ədəd tikintidə istifadə olunan kəsə, 2 ədəd su tərəzisi, 3 ədəd metrə, 1 ədəd mismar çıxardan, 1 ədəd vint açan, 2 ədəd bolt açan, 2 ədəd kəlbətin, 2 ədəd oboy kəsən bıçaq (rezak), 1 ədəd boru kəsmək üçün qayçı, 1 ədəd dəmir kəsmək üçün qayçı, 1 ədəd yapışqan lenti gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumlikdə 220 məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, çıxarılmış hökmdən narazı olduğunu bildirərək çıxarılmış hökmə apellyasiya qaydasında baxaraq cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi, habelə cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivi olması və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etdi ki, məhkəmə tərəfindən ona həddən artıq cəza təyin edilməsini hesab edir, ona görə də apellyasiya şikayətinin təmin olunmaqla cəzasının azaldılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini, eləcə də təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı bildirdiyi fikirlərini müdafiə edib apellyasiya şikayətinin təmin olunaraq cəza müdətinin azaldılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş şəxslərin və nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət əməllərinə və həmin əməllərə görə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməsinin düzgünlüyü apellyasiya şikayətində mübahisələndirilməmiş, şikayətin dəlilləri mahiyyət etibarilə ona təyin edilmiş cəzanın ağır olması və həmin cəzanın yüngülləşdirilməsi barədə olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədilə müxtəlif vaxtlarda ayrı-ayrı saxlanc yerlərinə, sexə və fərdi yaşayış evinə qanunsuz daxil olmaqla təkrar oğurluq əməlləri törətmişdir. Birinci instansiya məhkəməsi onun təqsirliliyini yalnız özünün verdiyi ifadələrlə deyil, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, videogörüntülər və digər sübutların məcmusu ilə müəyyən etmiş, həmin sübutların mötəbər, mümkün və bir-biri ilə uzlaşan olması nəticəsinə gəlmişdir. Bu sübutların məcmusu əsasında təqsirləndirilən şəxsin əməlinin CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməsi düzgün hesab edilmişdir. Məhkəmə kollegiyası cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini də əsaslı hesab etmir. Belə ki, cinayət cəzası yalnız törədilmiş əməlin hüquqi nəticəsi olmayıb, onun təyin edilməsi zamanı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilən cəzanın şəxsin islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına təsiri kompleks şəkildə nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən bu meyarlara əməl etmiş, onun xeyrinə olan halları da nəzərdən qaçırmamışdır. Belə ki, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsdən şikayətlərinin olmaması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Bununla yanaşı, onun əməlində cinayətlərin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs bundan əvvəl Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə, o cümlədən CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Hökmdə də əvvəlki məhkumluğun ödənilmədiyi və şərti vaxtından əvvəl azad olunmanın mövcudluğu ayrıca göstərilməklə vatından azad olunma ləğv edilməklə həmin çəkilməmiş cəza hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin cinayətlərin residivinin mövcudluğu barədə gəldiyi nəticə əsaslıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bundan əlavə, CM-in 65.2-ci maddəsinə əsasən residiv zamanı cəzanın müddəti törədilmiş cinayətə görə Xüsusi hissənin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 5 il müəyyən edildiyindən, cinayətlərin residivi şəraitində azadlıqdan məhrum etmə cəzasının müddəti 2 il 6 aydan az müəyyən edilə bilməz. Birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bu cəza qanunun residiv üçün nəzərdə tutduğu aşağı həddən cəmi 6 ay artıq olmaqla, CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş 5 illik yuxarı həddən əhəmiyyətli dərəcədə aşağıdır. Buna görə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının cinayətin xarakteri, törədilmiş əməllərin sayı, onların təkrar xarakter daşıması, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu və cinayətlərin residivi nəzərə alınmaqla həddən artıq ağır olması barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxs əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra ona göstərilmiş etimadı doğrultmamış, cəzanın çəkilməmiş hissəsi müddətində yenidən qəsdən az ağır cinayət törətmişdir. Belə vəziyyətdə CM-in 76.6.3-cü maddəsinin tələbinə əsasən şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və CM-in 67-ci maddəsinin qaydaları tətbiq edilməklə hökmlərin məcmusu üzrə cəzanın müəyyən edilməsi qanunun tələbidir. Bu səbəbdən birinci instansiya məhkəməsi CM-in 67.1-ci maddəsini tətbiq edərək əvvəlki hökm üzrə çəkilməmiş 4 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının bir hissəsini hazırkı hökmlə təyin edilmiş 3 il azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən etmiş, daha sonra CM-in 69.3-cü maddəsinə əsasən əvvəlki tutulma müddətini cəzadan çıxaraq onun üzərində qəti olaraq 3 il 1 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi zərurətini əsaslandıra biləcək, birinci instansiya məhkəməsinə məlum olmayan və yaxud həmin məhkəmə tərəfindən qiymətləndirilməmiş hər hansı yeni müstəsna hal göstərilməmişdir. Təqsirləndirilən şəxsin sadəcə təyin edilmiş cəzanı ağır hesab etməsi özlüyündə hökmün cəza hissəsinin dəyişdirilməsi üçün hüquqi əsas təşkil etmir. Əksinə, işdən görünür ki, birinci instansiya məhkəməsi cəzanın fərdiləşdirilməsi zamanı həm təqsirləndirilən şəxsin xeyrinə, həm də əleyhinə olan halları qarşılıqlı şəkildə qiymətləndirmiş, yüngülləşdirən halları diqqətdən kənarda saxlamamış, bununla yanaşı onun məhkumluğunun ödənilmədiyini, əvvəlki cinayətlərdən birinin də mülkiyyət əleyhinə cinayət olduğunu, şərti olaraq vaxtından əvvəl azad olunduqdan qısa müddət sonra yenidən qəsdən və təkrar oğurluq cinayətləri törətdiyini nəzərə almışdır. Bu hallar Təqsirləndirilən şəxs münasibətdə daha yüngül cəzanın onun islah olunması, sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza törədilmiş cinayət əməlinə adekvat olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 67.1-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azaldılması və ya dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil X1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə iki cilddən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə iclasında iştirak etməklə sərf etdiyi 4 (dörd) iş saatı üçün hesablanmış 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 44 (qırx dörd) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-348/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-348/2026
24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver