Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-352/2026 29.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə (hakimlər- Tariyel Quliyev (sədrlik edən), Asif Əliyev və Azər Tağıyev) ## #### 1964-cü il tarixdə Dəvəçi rayonu, Beynəlmiləl kəndində doğulmuş, orta ixtisas təhsilli, evli, məhkumluğu olmayan, «Turaz MMC»də traktor sürücüsü işləmiş, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 04 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması və məhkəmə iclas zalından dərhal həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasının çəkilməsinin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilməsi hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263- 1.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, ## #### 2025-ci il tarixdə saat 12:45-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və yol vərəqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «MTZ 89.2» markalı, 17-T-463 dövlət qeydiyyat nişanlı traktorla Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu, Ağalıq kəndi ərazisindən keçən 8-ci kilometrliyində Günəşli kənd yolu ilə təxminən 20-25 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə əsasən yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrinin keçmək növbəliyini göstərən üstünlük yol nişanlarının tələblərinə əməl etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunmuş tələblərə riayət etməyərək hərəkəti istiqamətində yolayırıcı qarşısında quraşdırılmış 2.4 «Yol verin» üstünlük yol nişanının tələbini pozub dayanmadan yolayrıcına daxil olmuş və baş yol hesab edilən Gəndob-Yalama avtomobil yolu ilə Gəndob istiqamətində 60 km/saat sürətlə öz hərəkət zolağı ilə düzünə hərəkətdə olan şahid3 idarə etdiyi «VAZ 2106» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş, ehtiyatsızlıqdan baş vermiş hadisə nəticəsində «VAZ 2106» markalı avtomobilin sərnişinlərindən zərərçəkmiş şəxs5 baş beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, sağ ağ ciyərin, qara ciyərin və dalağın cırılmaları, döş sümüyünün, sağ 2-8-ci və sol 3-5-ci qabırğaların qapalı köndələn sınıqları, üst dodağın, alt çənənin və sağ dirsəyin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin və qarın divarının çoxlu sayda qançırları, sağ budun və sağ dizin sıyrılmış yaraları, başın və gövdənin yumşaq örtüyünə qansızmalardan ibarət insanı həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərindən başın və döş qəfəsinin küt zədələnməsi nəticəsində sağ ağ ciyərin, qara ciyərin və dalağın cırılmaları, döş sümüyünün və qabırğaların ikitərəfli çoxlu sayda sınıqlarından törəyən ağır travmatik şok zərərçəkmiş şəxsin hadisə yerində ölümünə, digər sərnişinlər zərərçəkmiş şəxs3 İsrail oğlunun qarnın küt travması, dalağın cırılması, sağ bazu və bud sümüyünün qapalı yerini dəyişən sınıqları, ağır postravmatik və poshemorragik şok kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, zərərçəkmiş şəxs2 döş qəfəsinin və qarın boşluğunun küt travması, qara ciyərin sağ payının cırılmaları, postravmatik və poshemorragik şok, sağ bazu sümüyünün yerdəyişən qapalı sınığı, sağ 5-6-cı qabırğaların yerdəyişən qapalı sınıqları kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, zərərçəkmiş şəxs4 İsrail qızının sağ dirsək sümüyünün qapalı yerini dəyişən sınığı və sağ əlin sıyrılmış yarası kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, zərərçəkmiş şəxs1 sağ körpücük sümüyünün qapalı sınığı və döş qəfəsinin yumşaq toxumalarının əziyi kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə ehtyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə, iki zərərçəkmiş şəxsin sağlamlığına ağır, iki zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma ilə nəticələnən yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri : Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanın o və ailə üzvləri üçün ağır və dözülməz olmasını, himayəsində xəstə və əlil qızının olmasını, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, törətdiyi əməldən peşman olmasını qeyd edib barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətinin təmin olunmasını, ailə vəziyyəti, yaşı, ilk dəfə məhkum olunması nəzərə alınaraq təyin edilmiş cəzanını yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin dəlilləri əsasında təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, təqsirləndirilən şəxsin əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmaqla, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, və şəxsiyyəti, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə edilməməsi, habelə apellyasiya şikayətinin dəlillərində göstərilmiş yüngülləşdirici hallar nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Zərərçəkmiş şəxslərə, onların qanuni nümayəndələrinə və zərərçəkmiş şəxsin hüquqi varisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPMin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, hökmün dəyişdirilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, eləcə də apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilmədən saxlanması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin şahidlərin fadələrin, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalanan hallar təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə cəza təyin edərkən CM-in 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin törədilmə üsulunu kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və zərərçəkmiş şəxsin hüquqlarının bərpa olunması baxımından ədalətli olmuşdur. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərəçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini və dəfn mərasiminə gələrək onun qohumlarına 1000 manat məbləğində pul verməsini, əməlindən səmimi peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal müəyyən edilməməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası CM-nin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında cəzanın bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını qeyd etmiş, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını vurğulamışdır. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza öz növbəsində CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Qeyd edilməlidir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Qanuni və ədalətli cəzanın təyin edilməsi hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması, onun yenidən tərbiyə edilməsinə köməklik göstərir, eyni zamanda sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun zərərəçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini və dəfn mərasiminə gələrək onun qohumlarına 1000 manat məbləğində pul verməsini, əməlindən səmimi peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş cəzasının yüngülləşdirilməsi və ya dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 iş saatına görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya icraatında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına 77 (yetmiş yeddi) manat manat köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-352/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-352/2026
29.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver