Məhkəmə qərarları › İş №1(3-8)-354/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-354/2026

22.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-354/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 247-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında ilkin məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (hakim Abusət Qasımov) Təqsirləndirilən şəxs (## ###### 1989-cu il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş) Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 247-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə barəsində dövlət orqanlarında, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətin CM-in 69.3cü maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında və kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası cinayət iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, cinayət işi materialları Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; 391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını; 391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. Məhkəmə kollegiyası iş materiallarının tədqiqi nəticəsində müəyyən etmişdir ki, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Ekologiya X1 Nazirliyi Dövlət Mineral X6 X5 sədri Samir Idayətov tərəfindən verilmiş mülki iddia tələbinə dair ərizə ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə elektron kabinet vasitəsilə daxil olmuş, lakin iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən qəbul edilmiş hökmdə mülki iddianın olmaması qeyd edilmişdir. Eyni zamanda cinayət işinin 89-cu səhifəsində olan zərərçəkmiş şəxsin nümayəndəsi nümayəndə3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak etməsi mümkün deyil, Agentlik tərəfindən verilmiş mülki iddianın icraata qəbul edilərək, təmin edilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş, iş üzrə daxil olmuş mülki iddia ərizəsinə yekun məhkəmə aktı qəbul edilərkən hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 391.9-ci maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməli, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ləğv edilməli, cinayət işi materialları Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2.1-391.2.5, 391.9-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 247-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ləğv edilsin. Cinayət işi materialları Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilsin. Qərardan çıxarıldığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar