Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-356/2026 30.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı (hakim F.Kərimova) ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən, ## ##### 1965-ci il tarixində Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi, Təqsirləndirilən şəxs tutulduğu andan məhkəməyə məlumat verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılması qərara alınmışdır. Qərardan təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, X1 barəsində həbs qətimkan tədbirinə xitam verilməsi və onun barəsində əvvəllər tətbiq edilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin saxlanılması, qərarın iş üzrə icraatın dayandırılması hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi cinayət işi üzrə icraatın dayanıdırılmasını təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməməsinə görə barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, olduğu yerində müəyyən edilməməsinə görə də axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət Prosessual Məcəllənin 53.1.2-ci maddəsinə görə Cinayət təqibi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda dayandırıla bilər. Cinayət Prosessual Məcəllənin 319.2-ci maddəsinə görə təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyrimümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır. Həmin Məcəllənin 319.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 53.1.3 və 53.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmədən gizlənən təqsirləndirilən şəxsin axtarışını elan etmək və bu məsələ üzrə qəbul etdiyi qərarı onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin və onun nümayəndəsinin izahatlarını, habelə dövlət ittihamçısının, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) fikrini dinləyərək məhkəmə öz qərarı ilə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirini dəyişə və ya ləğv edə bilər (Cinayət Prosessual Məcəllənin 320-ci maddəsi). Məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz (Cinayət Prosessual Məcəllənin 173.2-ci maddəsi). Qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində qeyd edilən cinayət işi məhkəmənin icraatına verilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs məhkəmə baxış iclasından qərəzli olaraq yayınmaqla məhkəmə iclasını yubatdığına görə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməklə axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Müdafiə tərəfi dayandırma ilə bağlı gəlinən nəticə ilə yanaşı seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini mübahisələndirsə də, məhkəməyədək icraatdan fərqli olaraq məkəmə icraatı zamanı qətimkan tədbirindən şikayət verilə bilməməsi prosessual qanunvericilikdə imperativ formada təsbit edilmişdir. Apellyasiya şikayəti verilən bilən qərarların dairəsi də konkret təsbit edilmişdir. Hazırkı apellyasiya icraatı məhz iş üzrə icraatın dayandırılmasını da mübahisələndirilməsi nəzərə alınaraq, həmin gəlinən nəticə üzrə dəyərləndirilmə aparılarkən təqsirləndirilən şəxsin məhkəmənin çağırışına üzrlü səbəb olmadan təkrarən gəlmədiyinə görə onun yerinin müəyyən edilməklə məhkəmə icraatında iştirakının və məhkəmə proseslərinin də ağlabatan müddətdə realizəsinin təmin edilməsindən ötrü seçilmiş qətimkan tədbiri dəyişdirilməklə barəsində axtarış elan edilmişdir ki, belə olan halda isə iş üzrə icraat dayandırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cinayət işi üzrə icraatın dayandırılması barədə gəlidiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi dəyərləndirir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci intansiya məhkəməsinin hökm və ya qərarı yalnız həmin Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 384, 386, 391 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-356/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-356/2026
30.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver