Məhkəmə qərarları › İş №1(3-8)-360/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-360/2026

29.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-360/2026 29.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri-Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, X5 katibliyilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü ilə (hakim Elşad Əliyev) ##.##.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hərbi polis qarnizonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, onun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, cavabdeh kimi ondan ##.##.2024-cü il tarixindən etibarən ## #### 2017-ci il təvəllüdlü X1, ## ###### 2023-cü il təvəllüdlü X2 və ## ###### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində aliment tutulub İddiaçı Allahverdiyeva (Məmmədova) Səma Şahin qızına verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə və həmin məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində həmin məcəllənin 529.2-ci maddəsinə əsasən 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsinə, bundan sonra İcra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə ##.##.2026-cı il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ## ##### 2026-cı il tarixədək 5500 (beş min beş yüz) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Allahverdiyeva (Məmmədova) Səma Şahin qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs Allahverdiyeva (Məmmədova) Səma Şahin qızı ərizəsində Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin hökmünü tam olaraq icra etdiyini, alimenti tam olaraq ona ödədiyini, hazırda onun barəsində heç bir şikayət və ya tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdiyini bildirmişdir. Beləliklə, aliment borcunun tam ödənilməsi birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəyə minməmişdən əvvəl baş vermişdir. CM-in 306.1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməyən şəxsləri həmin cinayətə görə hökm qanuni qüvvəyə minənədək tam şəkildə icra etməyə sövq edir. Məhkəmə aktlarının icrası isə hüquqi və fiziki şəxslərin pozulmuş hüquqlarının bərpa olunması, ədalət mühakiməsinin vəzifələrinin təmin edilməsi ilə nəticələnməklə yanaşı, ədalət mühakiməsi ilə bağlı ictimai münasibətlərin qorunmasına şərait yaradır. Qanunverici həmin stimullaşdırıcı norma vasitəsilə ədalət mühakiməsi sahəsində ictimai münasibətlərə qəsd edən hərəkətlərin sona çatdırılmasına nail olmaq məqsədi daşıyır. Həmçinin həmin Plenum qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməli törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs müdafiəçisinin qeyd etdikəri ilə razı olmasını, cinayət işi üzrə icraatına xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən aliment borcunun tam olaraq ona ödəndiyini, hazırda onun barəsində heç bir şikayət və ya tələbinin olmamasını bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı zərərçəkmiş şəxsə aliment borcunun tam ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alıb, cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, Azərbaycan Respublikası CMin 306-cı maddəsinin Qeyd hissəsində göstərilmiş halları nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və onun barəsindəki cinayət işinin icraatına xitam verilməsi barədə proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda şərh olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü ləğv edilməli və cinayət işinin icraatına xitam verilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün vermiş olduğu etirafedici ifadəsi, həmçinin iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmışdır. Onun əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan zərərçəkmiş şəxs Allahverdiyeva (Məmmədova) Səma Şahin qızının ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin hökmünü tam olaraq icra etmiş, alimenti tam olaraq ona ödəmiş, hazırda onun barəsində heç bir şikayət və ya tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin Qeyd hissəsində qeyd olunan tələblərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini onun barəsində çıxarılmış hökm qanuni qüvvəyə minənədək tam icra etdiyinə görə o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinin tələblərinə görə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, həmçinin bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə barəsində olan cinayəti işi üzrə zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsə ödənilməli olan aliment məbləğinin tam ödənilməsi təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barışmasını, zərərçəkmiş şəxsə ödənilməli olan aliment məbləğin tam ödənilməsini, cinayət işinin icraatına xitam verilməsi barədə zərəçəkmiş şəxs və dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, hökm ləğv edilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 398.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 saata görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 39, 40, 43, 197, 198, 398.1.3, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin Qeyd hissəsinə əsasən CM-in 306.1-ci maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 7 iş saatına görə 77 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar