Məhkəmə qərarları › İş №1(3-8)-366/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-366/2026

29.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-366/2026 29.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri-Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X3 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs İlqar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü ilə (hakim Fərid Nəsimiyev) ##.##.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi F.Qayıbov küçəsi ev 19 mənzil 38də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İlqar oğlu CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılaraq, Təqsirləndirilən şəxs İlqar oğluna 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs İlqar oğlunun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılaraq və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 04 il 05 ay 28 gün müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İlqar oğlunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanaraq, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə təyin olunması, onun ərazi narkoloji dispanserində qeydiyyatda olmasının nəzərə alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs İlqar oğlu CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,262 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, ## ###### 2026-cı il tarixdə, saat 14:29-da Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən ** nömrəli məktəbin yaxınlığında saxlanılaraq üzərinə yoxlama keçirilərkən, əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı siqaret bükümdə təmiz çəkisi 0,262 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,852 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 09 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,077 qram, 0,058 qram, 0,102 qram, 0,047 qram, 0,059 qram. 0,089 qram, 0,073 qram, 0,047 qram, 0,080 qram olmaqla ümumi təmiz çəkisi 0,632 qram qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, ##.##.2026-cı il tarixdə saat 16:47-də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Sumqayıt şəhərinin girişində yerləşən «Bayatı 96» restoranının yaxınlığında saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki şalvarının sağ yan kiçik cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofanın içindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,852 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 09 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,077 qram, 0,058 qram, 0,102 qram, 0,047 qram, 0,059 qram, 0,089 qram, 0,073 qram, 0,047 qram, 0,080 qram olmaqla ümumi təmiz çəkisi 0,632 qram qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarının arxa sağ cibindən üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu apellyasiya şikayəti verərək, işinə ədalətli baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən məcburən üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 onun leyhinə verilmiş ifadəsi nəzərə alınmamışdır. Proses iştirakçılarının çıxışları : Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans əlaqə vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsini və əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsini və əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməllərinin CM-in 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti və əməlində cinayətin residivinin olması nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPMin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi və əməlinin CMin 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçinin, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə təqsirləndirilən şəxsin və müdafiəçisinin göstərdiyi xüsusatlar digər danılmaz sübutlarla- təqsirləndirilən şəxin, şahidlərin ifadələri, ekspert rəyləri, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməsə də, onun CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət əməli törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı verdiyi qismən etiraf edici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə dair əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə ifadəsində göstərmişdir ki, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir, lakin CM-nin 234.2ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, onun narkotik vasitələri satmaq niyyəti olmamışdır, buna baxmayaraq narkotik vasitələrdən şəxsi istifadəsi üçün istifadə etmişdir. Onun metamfetaminin və heroinin üzərində əl izləri yoxdur. Əməliyyatçılar onu aldatmış, 48 saat saxlanıldıqdan sonra buraxılacağını, işinin CM-nin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini bildirmişdir. CM-nin 234.2-ci maddəsi ilə işinin sənədləşdirildiyi vaxt üzərində o qədər çəkidə heroin olmamışdır. 9 ədəd bükümdə narkotik vasitə və tərəzi ona aid deyil. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə bildirmişdir ki, əməliyyatçılar tərəfindən Sumqayıt şəhəri Simurq şadlıq evi tərəfdə təxminən saat 12, 1-ə işləmiş saxlanılmışdır. Həmin vaxt H.Z.Tağıyev qəsəbəsinə getmək üçün dayanacaqda ** nömrəli avtobusu gözləyirmiş. Ağ rəngli “Vita” markalı avtomobil saxlayaraq 1 manata H.Z.Tağıyev qəsəbəsinə sərnişin apardığını bildirmişdir. O da hava soyuq olduğu üçün razılaşmış, avtomobilin qapısı avtomatik açılmış və əyləşmişdir. Həmin avtomobildə 2 nəfər olmuş, avtomobili Rövşən idarə etmiş, digəri isə arxada əyləşmişdi. Həmin vaxt avtomobildəkilərin əməliyyatçı olduğunu başa düşmüş, onlar tərəfindən təhdid olunmuşdur. Həmin vaxt üzəri yoxlanılmış, lakin üzərində narkotik vasitə olmamışdır. Həmin avtomobilə əyləşəndə tək idi. Polis Bölməsinə aparılmış, 2 gün tutulduqdan sonra buraxılmışdır. İşinin daha da ağırlaşmaması üçün baş vermiş qanunsuzluqdan heç bir orqana şikayət etməmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs CM-in 234.2-ci maddə ilə təqsirləndirilməsi ilə bağlı bildirmişdir ki, Sumqayıt şəhəri “Bayatı” restoranının yaxınlığında saxlanılmamışdır. Həmin gün Bakı şəhəri, 4-cü mikrorayona iş danışmaq üçün getmişdir. Bakı şəhərində H.Z.Tağıyev qəsəbəsinə getmək üçün taksi sifariş etmişdi. Onu “Araz” market yaxınlığında yol polisi əməkdaşı saxlamış, daha sonra avtomobildən təxmini 11-12 nəfər əməliyyatçı düşmüşdür. Ona külli miqdarda narkotik vasitə istifadəsi ilə işinin sənədləşdiriləcəyi bildirilmişdir. 11 mart tarixində saxlanılarkən üzərində 0.2 qram heroin olmuşdur. Lakin əməliyyatçılar tərəfindən üzərinə 9 ədəd bükümdə narkotik vasitə, metamfetamin və tərəzi qoyulmuşdur. Həmin vaxt yanında olan dostunu da CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirmişlər. “Bayatı” restoranının yaxınlığındakı boş ərazidə videoçəkiliş aparılmış, ona hədə-qorxu gəlinmişdir. Heç bir iş üzrə ona qarşı fiziki zorakılıq göstərilməmiş, döyülməmişdir. Elektron tərəzi ona məxsus deyil, metamfetamin və heroin də onun deyil. Vəkilə otaqda 7-8 nəfər əməliyyatçı olduğu üçün çarəsiz qaldığına görə baş vermiş hadisələri və qanunsuzluqları bildirməmişdir. Psixoloji təzyiq göstərildiyi üçün narkotik vasitənin ona məxsus olduğunu videoçəkilişdə bildirmişdir. Narkotik vasitələrin istifadəsinə görə özünü təqsirli bilir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili, R Fərzəliyev İdris Məzahir oğlu Təqsirləndirilən şəxs CM-in 234.2- ci maddəsi ilə elan edilmiş ittiham üzrə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İlqar oğlunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, satışı, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ##.##.2026-cı il tarixdə Sumqayıt şəhərinin girişində yerləşən "Bayatı 96” restoranının yaxınlığında saxlanılmış, Təqsirləndirilən şəxs saxlanılarkən yanında Vəli adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs saxlanılma səbəbi izah edildikdə sonra o, könüllü olaraq üzərində olan bükümləri və elektron tərəzini təqdim etmiş, həmin bükümlərdə heroinə və metamfetaminə bənzər kütlə olmuş, bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan sonrakı sənədləşmə polis idarəsində vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən həyata keçirilmişdir. İ.Fərzəliyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilmiş, şəxsin saxlanılma prosesi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, R şahid3 Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə verdiyi ifadəsi İdris Fərzəliyevin ifadəsinə oxşar məzmunda olmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, Raqib və o “Şamaxinka” adlanan ərazidə təsadüfən rastlaşmış və Sumqayıta gəlmək üçün taksi sifariş etmişlər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhərinin girişində (kruqda) yol polisi əməkdaşı onları saxlamışdır. Saxlanılarkən onun üzərindən heç nə aşkar edilməmişdir, lakin Təqsirləndirilən şəxs üzərindən telefon və “kakos” aşkar edilmişdir. O, Raqibin üzərində narkotik vasitə olduğunu bilmirdi. Özü narkotik vasitə istifadəçisidir. Taksini özü sifariş etmişdir. Raqib ona narkotik vasitə satmamışdır. Raqibi yaşadıqları məhəllədən tanıyır. Onlar “Bayatı” restoranının yaxınlığında saxlanılmayıblar, həmin yerə aparılmış və orada videoçəkiliş olmuşdur. Raqibindən üzərindən çıxan nəyisə görməmişdir. Raqibin üzərindən tərəzi aşkar olunmamışdır. Ona qarşı hər hansı təsir və ya təzyiq göstərilməmişdir. Saxlanılan gün ilk dəfə idi ki, onları saxlayan polis əməkdaşlarını görürdü. Raqiblə birlikdə narkotik vasitə istifadə etməmişdir. Birinci instansiya məhkəməsində cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3- cü PB-nin əməliyyat müvəkkili, R şahid2 Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İlqar oğlunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ##.##.2026-cı il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən ** nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla saxlanılmışdır. Ona saxlanılma səbəbi izah edildikdə Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırılmış, bundan sonrakı sənədləşmə polis bölməsində vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Verilmiş suallara cavab olaraq şahid2 bildirmişdir ki, istifadələrin Mersedes Vito markalı avtomobil yoxdur, Təqsirləndirilən şəxs ** nömrəli məktəb yaxınlığında videoçəkilişlə aparılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, R şahid1 da şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/*** nömrəli ##.##.2026-cı il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs İlqar oğlu...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi- 0,852 qram ağ rəngli, kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: 0,077 qram, 0,058 qram. 0,102 qram, 0,047 qram, 0,059 qram, 0,089 qram, 0,073 qram, 0,047 qram, 0,080 qram olmaqla ümumi təmiz çəkisi 0,632 qram qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs İlqar oğlu...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd elektron tərəzinin üzərində heroin izləri aşkar edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/*** nömrəli ##.##.2026-cı il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR Dİn “Zərflər üçün № ***” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs İlqar oğlunun üzərindən qızılı siqaret bükümdə aşkar olunan kristallik formada narkotik vasitə; İştirak etdi: /İmza/ Təqsirləndirilən şəxs; Tərtib etdi: /İmza/ şahid2” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 0,262 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,262 qram, tədqiqata sərf edildi-0,05 qram. Qalıq-0, 212 qram. İş materiallarında olan ********* saylı cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izi aşkar olunmadı. İş materiallarında Səhiyyə Nazirliyi Respublika X4 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə **** saylı, ##.##.2026-cı il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs İlqar oğlunda opioidlərin və psixostimulyatorlarm birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs İlqar oğlu ##.##.2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143- 146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan sübutlar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad olunan əməllərin törədilməsində aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi və onun əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında məhkəmə istintaqı zamanı CM-in 234.1-ci maddəsi ilə saxlanılarkən üzərində narkotik vasitə olmaması, əməliyyat müvəkkilləri tərəfindən təhdid olunması barədə ifadələrində göstərilən xüsusatlar, həmçinin polis əməkdaşlarının ona fiziki və psixoloji təsir göstərməsi barədə apellyasiya şikayətində göstərilən xüsusatlar iş materialları ilə təkzib olunur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə saat 14:29-da Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən ** nömrəli məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən əldə edib daşıdığı psixotrop maddə metamfetamin üzərində olmuş, həmçinin Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 16:47-də Sumqayıt şəhərinin girişində yerləşən «Bayatı 96» restoranının yaxınlığında saxlanılarkən üzərində 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, 09 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi olmuşdur. Apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiqi olunduğunu qeyd etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bildirir ki, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusatlar məhz təqsirləndirilən şəxsin heç bir sübuta söykənməyən və cinayət işinin materialları ilə təsdiq olunmayan subyektiv fikirləridir. Bundan əlavə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründən başlayaraq dövlət hesabına özünün seçdiyi müdafiəçi ilə təmin olunmuş, həmin müdafiəçi onun şübhəli şəxs qismində tutulması, üzərinə video çəkilişlə şəxsi axtarışın keçirilməsi, şübhəli şəxs qismində dindirilməsi, daha sonra təqsirləndirilən şəxs qismində cəlb olunması və bu qisimdə dindirilməsi, sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılması zamanı yanında olmuş, heç bir halda təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiqi göstərilməsi ilə bağlı etiraz etməmiş, əksinə saxlanılan zaman ona qarşı heç bir təzyiq göstərilməməsini qeyd etmişdir Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi və əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlləri birinci instansiya məhkəməsi tərəfindən CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərildiyi kimi, “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsədə məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alındığından, apellyasiya şikayətində qeyd edilən dəlillərə görə hökmün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi, həmçinin cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi və törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini nəzərə almışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)- ***/**** nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2023-cü il tarixdən hesablanmışdır. Bundan başqa Abşeron Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs 177.1- ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum edilmiş CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza qismən hesablanmaqla üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həbsetmənin əvvəli ##.##.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş və bununla da onun əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi və əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi, yaxud hökmün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın azaldılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlunun apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 saata görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İlqar oğlu barəsindəki Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs İlqar oğlunun apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 7 iş saatına görə 77 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar