Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-64/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kərimov İlyas Həsən oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kərimov İlyas Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə ## ### 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu Tərneft kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq olunması və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının sonlarında şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı İran İslam Respublikası vətəndaşının 300 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Lake” adlı otelin yaxınlığında qoydurduğu 3,809 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək daşımış və saxlamış, həmin psixotrop maddə metamfetaminin 1,467 qram çəkidə hissəsini 100 manat müqabilində 2024-cü ilin may ayının sonlarında Ağdam rayonu, İmamqulubəyli kəndində yaşayan tanışı İsmayılov Ələmdar Xəlil oğluna taksi fəaliyyəti ilə məşğul olan istintaqla müəyyən edilməmiş şəxs vasitəsilə göndərməklə, qalan 2,342 qram çəkidə hissəsini isə 100 manat müqabilində ## #### 2024-cü il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Mədəniyyət evi”nin qarşısında Ələmdar İsmayılova satmış, ## #### 2024-cü il tarixdə Ələmdar İsmayılov Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib, orada həmin gün saat 20:35-dən 20:57-yə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Sobranie” adlı siqaret qutusunun içərisində üzəri qırmızı rəngli yapışqanlı lentlə sarınmış həmin 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrıayrılıqda çəkiləri 1,467 qram və 2,342 qram olmaqla, ümumilikdə 3,809 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2024-cü ilin iyun ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı İran İslam Respublikasının vətəndaşının 500 manat müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində qoydurduğu 41,787 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 246,19 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1,292 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 09 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərlərində "F/M 40” yazısı həkk olunmuş metadon təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən dərman həblərini götürüb satış məqsədilə qanunsuz əldə edərək, yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, bina 27, mənzil 24-ə daşıyıb hissələrə ayıraraq, 28 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,374 qram, 2,204 qram, 9,183 qram, 1,552 qram, 0,644 qram, 1,555 qram, 1,636 qram, 0,753 qram, 0,576 qram, 1,597 qram, 0,599 qram, 1,653 qram, 0,697 qram, 1,756 qram, 0,623 qram, 0,726 qram, 1,615 qram, 0,716 qram, 1,663 qram, 1,563 qram, 1,022 qram, 1,552 qram, 0,763 qram, 0,630 qram, 0,735 qram, 0,633 qram, 0,617 qram 0,742 qram, ümumilikdə 38,379 qram psixotrop maddə metamfetamini, 05 ədəd bükümlərdə ayrıayrılıqda çəkiləri 232,70 qram, 3,51 qram, 0,78 qram, 0,23 qram, 8,97 qram, ümumilikdə 246,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd bükümdə 1,292 qram çəkidə narkotik vasitə heroini, 8 ədəd bütöv və bir ədəd iki hissəyə bölünmüş, ümumilikdə 09 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərlərində “F/M 40” yazısı həkk olunmuş metadon təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən dərman həblərini yaşadığı mənzildə saxlamış, psixotrop maddə metamfetaminin 3,408 qram çəkidə hissəsini isə istifadəsində olan “Khazar LX” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin qol altında olan saxlanc yerində saxlamış və Ağdam rayonuna daşımış, ## #### 2024-cü il tarixdə Ağdam RPŞ-nin əməkdaşları tərəfindən rayon polis şöbəsinin həyətində olan Təqsirləndirilən şəxs istifadəsindəki “Khazar LX” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilə saat 19:13-dən 19:38-ə kimi baxış keçirilən zaman avtomobilin qol altında olan saxlanc yerindən həmin 3,408 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi ## #### 2024-cü il tarixdə saat 03:16-dan 04:33-ə kimi onun yaşadığı qeyd edilən Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı” yaşayış kompleksi, bina 27, mənzil 24-ə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı divanın alt hissəsində həmin 28 ədəd bükümlərdə ümumilikdə 38,379 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 05 ədəd bükümlərdə ümumilikdə 246,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə 1,292 qram çəkidə narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən 8 ədəd bütöv və bir ədəd iki hissəyə bölünmüş, ümumilikdə 09 ədəd narkotik vasitə metadon həbləri, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd qara rəngli plastik qaşıq, 01 ədəd yaşıl rəngli kəsici alət, 02 ədəd burulmuş şəkildə bir manat pul əskinazları, 01 ədəd burulmuş şəkildə yarıya bölünmüş 100 dollar pul əskinazına oxşar kağız kəsiyi, 02 ədəd üzərində qəhvəyi rəngli izləri olan “gümüşü” rəngli falqa kəsikləri, 01 ədəd burulmuş şəkildə üzərində sarımtıl izlər olan ağ rəngli kağız parçası və 01 ədəd gümüşü rəngli tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, əvvəllər məhkum olunmamışdır. İlk dəfə cinayət əməli törətmiş, gəncdir, ailə həyatı qurmamışdır. Atası Hüseynov Şahmar Əhəd oğlu və onun qardaşı şahid8 Qarabağ müharibəsinin iştirakçısıdır. Məhkəmə cəza təyin edərkən bütün bunları nəzərə almamış, hökmdə belə qeyd etməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha sonra apellyasiya şikayətinə əlavə verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli hökmünün dəyişdirilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov İlyas Həsən oğlu apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verərəkən maddi və prosesual normaları düzgün tətbiq etməmişdir. Məhkəmə Kollegiyası Təqsirləndirilən şəxs barəsində hökm çıxararkən və cəza təyin edərkən Azərbaycan Respublikası CPMnin 8-ci (cinayət mühakimə icraatının vəzifələri), 9-cu maddələrinin (cinayət mühakimə icraatının əsas prinsip və şərtlərini təyinatı) şərtlərini pozmuş işi hərtərəfli, obyektiv və tam araşdırmamış, törətdiyi cinayət əməlinə görə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ağır cəza təyin etmiş və cəza təyin edərkən təqsirləndirilən şəxsin insan və vətəndaş hüquq və azadlıqları məhdudlaşdırmaqla müdafiəsi tapdalanmışdır. Həmçinin qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası tərəfindən işə baxılarkən Azərbaycan Respublikası CPM-nin 10-cu (Qanunçuluq) maddəsinin tələbləri də pozularaq,qanunçuluğa ciddi riayət olunmamış,nəticədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Konstitusion hüquqları pozulmuşdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamış, ilk dəfə cinayət törədir, gəncdir, əməlləində Azrbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur ailə üzvləri,atası Hüseynov Şahmar Əhəd oğlu və qardaşı şahid8 Qarabağ Müharibəsi iştirakçılarıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilib cəza təyin edərkən əvvəllər məhkum olmamasını, ilk dəfə cinayət törətməsini,gənc olmasını, əməlləində Azrbaycan Respublikası CM- nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halların olmamasını ailə üzvləri, atası Hüseynov Şahmar Əhəd oğlu və qardaşı şahid8 Qarabağ Müharibəsi iştirakçıları olmasını nəzərə alıb onun daha yüngül cəza təyin edə bilərdi. Lakin Məhkəmə Kollegiyası tərəfindən bu hallar hökümdə qeyd etməmiş, deməli cəza təyin edərkən nəzərə almamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təcrübəsinidə nəzərə almamışdır.Belə ki, dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs 7 il azadlıqan məhrumetmə cəzasına məhkum edildiyi halda, ona həmin həcimdə, yəni 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kərimov İlyas Həsən oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli hökmünün dəyişdirilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Həmçinin apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırılması ilə razılaşır və hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış, baxış keçirilməsi haqqında protokollar, ekspertiza təyləri və digər sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Apellyasiya şikayəti üzrə icraat zamanı təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, təqsirləndirilən şəxsin atası Hüseynov Şahmar Əhəd oğlu və qardaşı şahid8 müharibə veteranıdır, qardaşı şahid8 “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin atası və qardaşının müharibə veteranı olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası ilk öncə vurğulamaq istəyir ki, təyin edilmiş cəza ilk öncə cinayət törətmiş şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan cəzanın növü və həddi əhəmiyyətlidir. Hazırkı iş üzrə görünür ki, təqsirləndirilən şəxsdən müxtəlif növ və çəkidə (külli miqdarda) narkotik vasitələri aşkar olunmuş və həmin narkotik vasitələrə uyğunda cəzanın həddi doğru müəyyən edilmişdir. Sadalanan halara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun əməlində cinayətin residivinin olmasını nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kərimov İlyas Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Mustafa İlkin Məstan oğluna 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-64/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-64/2026
21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver