Məhkəmə qərarları › İş №1(3-8)-66/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-66/2026

09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-66/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə Idarəsinin prokuroru X1, təqsirləndirilən şəxs Alixasov Pərviz Sabit oğlunun və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Alixasov Pərviz Sabit oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim S.B.Ismayılov) ##.##.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 99 ünvanında qeydiyyatda olmaqla yaşamış, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)**/**** saylı hökmü ilə Azərbaycan Respublikası CMin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 12 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Alixasov Pərviz Sabit oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Alixasov Pərviz Sabit oğluna Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Alixasov Pərviz Sabit oğlunun ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin Xaçmaz Rayon Məhkəməsinin icraatında olmuş *(***)-**/**** saylı iş üzrə tutulduğu və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 12 (on iki) gün, ümumilikdə 08 (səkkiz) ay 15 (on beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 15 (on beşı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanması, Alixasov Pərviz Sabit oğlunun barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması və hazırda onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınması hökm edilmişdir. Həmin hökmdən Azərbaycan Respublikası Baş prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən apellyasiya protesti, həmçinin apellyasiya protesti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim S.B.Ismayılov) Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş prosesssual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, həmin hökmdən Azərbaycan Respublikası Baş prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti cinayət işinin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI : Məhkəmənin hökmünə əsasən Alixasov Pərviz Sabit oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, özgə əmlakını gizli yolla talama məqsədi ilə ## ###### 2024-cü il tarixdə saat 10 radələrində “xxxx” MMC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən mağazasında mobil telefonların saxlanc yeri hesab olunan rəfə qanunsuz daxil olaraq oradan 1450 manat dəyərində 01 ədəd «Honor 200 Pro 12/512 GB Moonlight White» modelli və 720 manat dəyərində 01 ədəd «Honor X9c 8/256 GB Titanium Purple» modelli mobil telefonları gizli talayaraq, zərərçəkmiş «xxxx» MMC-yə ümumilikdə 2170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə ##.##.2024-cü il tarixdə saat 14:53-də ünvan 1 ünvanında «Bravo» marketin daxilində yerləşən zərərçəkmiş şəxs1 MMC-nin mağazasında vitrinin alt hissəsində olan 01 ədəd 1395 manat məbləğində «Asus Zenbook 14 Oled (Q***MA-U5512 (90NB11RY-M00H00) S8N0CX15171935B)» markalı notbuku gizli talayaraq, zərərçəkmiş zərərçəkmiş şəxs1 MMC-yə 1395 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə ##.##.2025-ci il tarixdə saat 15:58-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində Sumqayıt şəhəri daxili sərnişin daşıma fəaliyyətini həyata keçirən * saylı marşrut avtobusunda olan Xudiyeva Hicran Ibadulla qızının əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən üzərində 10 manat dəyərində 050-353-09-24 mobil telefon nömrəsi və arxasında 20 manat nağd pul olan 220 manat dəyərində “Redmi 12” markalı, 256 GB yaddaşlı mobil telefonu çıxarıb gizli talayaraq, zərərçəkmiş Hicran Xudiyevaya ümumilikdə 250 məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI : Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Heydər Məmmədov apellyasiya protesti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, işə baxılmasında iştirak edən dövlət ittihamçısı P.Alixasovun Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, həmin cəza ilə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məhkəməyə təklif etmişdir. Işin hallarına görə, Alixasov Pərviz Sabit oğlu Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 il 03 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə həmin məhkəmənin Alixasov Pərviz Sabit oğlu barəsində çıxardığı ##.##.2025-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmiş və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında dəyişdirilmiş, Alixasov Pərviz Sabit oğluna təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən P.Alixasov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilmiş, nəticədə hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün dəyişdirilməsi zərurəti yaranmışdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə etməklə, apellyasiya protestinin təmin edilməsini xahiş etməklə əlavə olaraq vurğuladı ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı qəbul edildiyindən təqsirləndirilən şəxs barəsində həmin qərarın 3.1-ci bəndi tətbiq edilməklə amnistiya aktının qəbul edildiyi günə çəkilməmiş cəzasının 6 ay azaldılmaqla apellyasiya protestinin təmin olunmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi X3 qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Alixasov Pərviz Sabit oğlu tərəfindən dəymiş zərər ödənilmişdir. Apellyasiya protestinin təmin olunmamasını, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının təqsirləndirilən şəxs barəsində tətbiq edilməklə ədalətli qərar qəbul olunmasını xahiş edir. Apellyasiya məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Alixasov Pərviz Sabit oğlu müdafiəçisi ilə razı olduğunu qeyd edərək onun barəsində amnistiya tətbiq olunmasına etiraz etməyərək apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs Xudiyeva Hicran Ibaddulla qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-nin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəхsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı, təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməklə Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilməklə dəyişdirilməli, amnistiya aktı çıxan günə təqsirləndirilən şəxs Alixasov Pərviz Sabit oğlunun cəza müddətinin bir ildən az qalması nəzərə alınmaqla sonuncu qalan cəzasını çəkməkdən azad edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Pərviz Alixasovun CM-nin 177.2.2 177.2.3 və 177.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Pərviz Alixasovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair düzgün olaraq yekun nəticəyə gəlmiş olsa da, Pərviz Alixasova cəza təyin edərkən cinayət qanunvericiliyinin müddəalarını pozmuşdur. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmü ilə Alixasov Pərviz Sabit oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza əvvəlki – Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq yekunda 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə dəyişdirilmiş, həmin hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə cəza təyin edilərkən artıq dəyişdirilmiş (yəni hüquqi qüvvəsi yeni formada müəyyən olunmuş) əvvəlki hökmün ilkin variantına əsaslanması cinayət qanununun düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, şəxs birinci hökm çıxarılanadək törətdiyi digər cinayətə görə sonradan məhkum edilərsə, cəza cinayətlərin məcmusu qaydasında təyin edilir və əvvəlki hökm üzrə çəkilmiş cəza nəzərə alınır. Bu zaman məhkəmə əvvəlki hökmün hüquqi qüvvədə olan son vəziyyətini əsas götürməlidir. Eyni zamanda CM-nin 66.1-ci maddəsinin tələblərinə görə, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə təyin olunmuş cəzaları tam və ya qismən toplamaq yolu ilə yekun cəzanı müəyyən edir. Birinci instansiya məhkəməsi tərəfindən bu tələblər tam nəzərə alınmamış, əvvəlki hökmün apellyasiya qaydasında dəyişdirilməsi faktı müəyyən edilmədən nəticə etibarı ilə işin faktiki hallarını düzgün hüquqi qiymətləndirilməmişdir. Qeyd edilməlidir ki, CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanununun düzgün tətbiq olunmaması hökmün dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin hüquqi tövsifi və onun təqsirliliyi birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir və bu hissədə hökm əsaslıdır. Lakin cəzanın təyin edilməsi zamanı cinayət qanununun yuxarıda göstərilən normaları düzgün tətbiq edilmədiyindən, hökm bu hissədə dəyişdirilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Alixasov Pərviz Sabit oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə bağlı “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli qərarının tətbiqi məsələsi qiymətləndirilməlidir. Həmin amnistiya aktının 5.3-cü bəndinə əsasən, apellyasiya instansiyası məhkəmələri icraatlarında olan işlərə baxarkən bu qərarın müddəalarına uyğun olaraq amnistiya tətbiq etmək səlahiyyətinə malikdirlər. Eyni zamanda, amnistiya aktının 2.3-cü bəndinə əsasən az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktı qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzadan azad edilirlər. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Alixasov Pərviz Sabit oğluna təyin olunmuş cəzanın çəkilməmiş hissəsi amnistiya aktının qüvvəyə mindiyi tarixə həmin norma ilə nəzərdə tutulmuş həddə uyğundur. Bundan başqa, iş materiallarında amnistiya aktının tətbiqinə mane olan hallar, o cümlədən həmin aktın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Alixasov Pərviz Sabit oğlu barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə qəbul edilmiş amnistiya aktının 2.3-cü bəndi tətbiq olunmalı və o, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilməlidir. Beləliklə, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun normalarının düzgün tətbiq olunmaması aradan qaldırılmalı, hökm bu hissədə dəyişdirilməli, təqsirləndirilən şəxs Alixasov Pərviz Sabit oğluna cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq yekun cəza düzgün müəyyən edilməli, onun əvvəlki hökm üzrə cəzasının apellyasiya qaydasında dəyişdirilməsi nəzərə alınmaqla cəzalar qismən toplanmalı, habelə cəzaçəkmə müddətinə tutulma və ev dustaqlığında olma müddətləri Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanaraq çıxılmalı, eyni zamanda “Konstitusiya və Suverenlik Ili” münasibətilə qəbul edilmiş amnistiya aktının tələbləri nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilməsi barədə qərar qəbul edilməlidir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Alixasov Pərviz Sabit oğlunun hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Alixasov Pərviz Sabit oğluna apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iki cildldən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə proseslərində iştirak etdiyi cəmi 6 (altı) iş saatına görə ödənilməli olan 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397-399, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Alixasov Pərviz Sabit oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Alixasov Pərviz Sabit oğluna Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarına əsasən Xaçmaz Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ##### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi və həmin cəzanın CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Alixasov Pərviz Sabit oğlunun ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və ## #### 2024-cü il tarixdən ## #### 2025-ci il tarixədək ev dustaqlığında olduğu 8 (səkkiz) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən hazırkı qərarla ona təyin olunmuş 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablansın. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən Alixasov Pərviz Sabit oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilsin. Alixasov Pərviz Sabit oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasından həbsdən azad edilsin. Qərarın icrası təqsirləndirilən şəxs Alixasov Pərviz Sabit oğlunun həbsdən azad edilməsi hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının rəhbərliyinə həvalə edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Alixasov Pərviz Sabit oğlunun apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 66 (altmış altı) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar