Məhkəmə qərarları › İş №1(3-9)-129/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-129/2026

23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-129/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Tapdıqov İlqar Məhərrəm oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X4 (sədrlik edən), X3 və X5 ibarət tərkibdə) ilə ## ### 1989-cu ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, H.Əliyev prospekti 123/3 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, həmçinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verdiyi 107.300 (bir yüz yeddi min üç yüz) manat məbləğində mülki iddia və ödəmiş olduğu dövlət rüsumunun həmin məbləğə mütənasib olaraq 397 (üç yüz doxsan yeddi) manat 70 (yetmiş) qəpik məbləğinin ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Saatlı rayonunun Simada kənd sakini Zərərçəkmiş şəxs həbsdə olmaqla Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu şahid5 həbsdən azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ##.##.2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti 3007 ünvanda yerləşən “Bravo Market”in binasının içərisində 2.000 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 11 radələrində “Nərimanov” metrostansiyasında 920 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 10 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında 3.000 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Ali Məhkəmənin binasının yaxınlığında 2.000 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin yaxınlığında 2.500 nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 11 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında 3400 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 10 radələrində Xətai rayonu, Ali Məhkəmənin binasının yaxınlığında 1.700 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 13:55 radələrində Nəsimi rayonu, Tibilisi prospekti 3007 ünvanda yerləşən “Bravo Market”in binasının içərisində 600 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 18:40 radələrində Nəsimi rayonu, Tibilisi prospekti 3007 ünvanda yerləşən “Bravo Market”in binasının içərisində 1.400 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 13:08 radələrində Xətai rayonu, A.İsmayılov küçəsi 69 ünvanda yerləşən “Kapital Bank”ın inzibati binasının içərisində 920 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 10 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında 2.500 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 17:49 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanda yerləşən “Kapital Bank”ın inzibati binasının içərisində 849 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 17:28 radələrində Saatlı rayonunun Çolpı kəndində yerləşən “Mikayıl Market”in binasının içərisindəki “Mpay” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 40 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 11 radələrində Xətai rayonu, Ali Məhkəmənin binasının yaxınlığında 3.000 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 11:39 radələrində Saatlı rayonunun Şirinbəy kəndində yerləşən “Nadir ticarət mərkəzi”nin binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 100 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 10:59 radələrində Bakı şəhəri, Yasamal rayonu 316, 5-ci məhəllə, H.B.Zərdabi prospekti 811 ünvanında yerləşən “Bravo SuperMarket”in binasının içərisində 720 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 10 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında 2.300 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 12:30 radələrində Xətai rayonu, A.İsmayılov küçəsi 69 ünvanda yerləşən “Kapital Bank”ın binasının içərisində 400 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 09:51 radələrində Sabirabad rayonu, Muğan prospektində yerləşən “Al Market”in binasının içərisindəki “Emanat” ödəmə terminalı vasitəsilə ona məxus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 200 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 17 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında 3.600 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 10:22 radələrində Yasamal rayonu 316, 5-ci məhəllə, H.B.Zərdabi prospekti 811 ünvanda yerləşən “Bravo SuperMarket”in binasının içərisində 850 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin yaxınlığında 2.400 manat nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 15 radələrində “20 Yanvar” metrostansiyasınım yaxınlığında 1.500 manat pulu nağd şəkildə, ##.##.2024-cü il ltarixdə, saat 09:32 radələrində Saatlı rayonunun Şirinbəy kəndində yerləşən “Nadir Ticarət Mərkəzi”nin binasının içərisindəki “Mpay” ödəmə terminalı vasitəsilə ona məxsus' M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 850 manat pulu, ##.##.2024cü il tarixdə, saat 17 radələrində “20 Yanvar” metrostansiyasinin yaxınlığında 2.000 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 11 radələrində Saatlı rayonunun Şirinbəy kəndində yerləşən “Nadir Ticarət Mərkəzi”nin inzibati binasının içərisindəki “Mpay" ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 1.350 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 18:04 radələrində Saatlı rayonunun Şirinbəy kəndində yerləşən “Nadir Ticarət Mərkəzi”nin binasının içərisindəki “Mpay” ödəmə terminalı vasitəsilə İsrafilov Zaur Samir oğluna məxsus son 8 rəqəmi 97539369 olan bank kartına mədaxil etdiyi 100 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 10 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında 3.000 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 17:02 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 420 manat, ##.##.2024-cü il tarixdə, saat 17:19 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 90 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin yaxınlığında 1.800 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 11 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında 2.700 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 12:03 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 500 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 12:38 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “Birbank" tətbiqi vasitəsilə ona məxsus “Şahmal M*****’’ adlı ******** nömrəli bank kartına mədaxil etdiyi 60 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 12 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında 3.200 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 08:31 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 500 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 11:52 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn" ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 1.400 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 21:59 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 1.000 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 11:50 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 340 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 11:53 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 60 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 08:03 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn" ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.000 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 19:30 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.000 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 14:07 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “Birbank” tətbiqi vasitəsilə ona məxsus “Şahmal M*****” adlı ******** nömrəli bank kartına mədaxil etdiyi 1.150 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 13:58 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “Birbank" tətbiqi vasitəsilə ona məxsus “Şahmal M*****’’ adlı ******** nömrəli bank kartına mədaxil etdiyi 350 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 19:00 radələrində Sabirabad rayonunun Əhmədabad kəndində yerləşən “Aslan Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı 523915********** nömrəli bank kartına mədaxil etdiyi 1.700 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 09:05 radələrində Sabirabad rayonu, H.Əliyev prospekti 128 ünvanda yerləşən “Asan Xidmət”in inzibati binasının yaxınlığında yerləşən “Emanat” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 1.200 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 17:14 radələrində Sabirabad rayonunun Əhmədabad kəndində yerləşən “Aslan Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 820 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 16:29 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.000 manat pulu, ##.##.2024- cü il tarixdə, saat 12:33 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.350 manat pulu, 09.09,2024-cü il tarixdə, saat 18:18 radələrində Saatlı rayonunun Şirinbəy kəndində yerləşən “Nadir Ticarət Mərkəzi”nin binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.400 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 20:18 radələrində Nəsimi rayonu, Tibilisi prospekti 3007 ünvanda yerləşən “Bravo SuperMarket”in binasının içərisində 2.000 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 20:39 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 810 manat, ##.##.2024-cü il tarixdə, saat 17:12 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.300 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 13:42 radələrində Saatlı rayonunun Şirinbəy kəndində yerləşən “Nadir Ticarət Mərkəzi”nin binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 3.000 manat pulu, ##.##.2024 cü il tarixdə, saat 15:48 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 900 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 16:34 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “ABB” tətbiqi vasitəsilə ona məxsus 5239***********l nömrəli bank kartına mədaxil etdiyi 500 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 13:30 radələrində Sabirabad rayonu, H.Əliyev prospekti 33 ünvanda yerləşən “Kapital Bank”ın inzibati binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 100 manat, ##.##.2024-cü il tarixdə, saat 13:29 radələrində Sabirabad rayonu, H.Əliyev prospekti 33 ünvanda yerləşən “Kapital Bank”ın inzibati binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.600 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 13:30 radələrində Saatlı rayonunun Şirinbəy kəndində yerləşən “Nadir Ticarət Mərkəzi”nin binasının içərisindəki “MilliÖn" ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 3.150 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 14:54 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “M10” tətbiqi vasitəsilə ona məxsus 523915********** nömrəli bank kartına mədaxil etdiyi 4.000 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 14:00 radələrində Sabirabad rayonunun Əhmədabad kəndində yerləşən “Aslan Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.400 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 20:01 radələrində Saatlı rayonunun Şirinbəy kəndində yerləşən “Nadir Ticarət Mərkəzi”nin binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 200 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 12:31 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Sizin Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.500 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 11:51 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 1.000 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 12:46 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 3.200 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 14:22 radələrində Saatlı rayonunun Çolpı kəndində yerləşən “Mikayıl Market”in binasının içərisindəki “Mpay” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** 523915********** nömrəli bank kartına mədaxil etdiyi 400 manat pulu, ##.##.2024cü il tarixdə, saat 10:46 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “Birbank” tətbiqi vasitəsilə ona məxsus “Şahmal M*****’’ adlı ******** nömrəli bank kartına mədaxil etdiyi 550 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 14:08 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “Birbank” tətbiqi vasitəsilə ona məxsus “Şahmal M*****’’ adlı ******** nömrəli bank kartına mədaxil etdiyi 50 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 15:50 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “Birbank” tətbiqi vasitəsilə ona məxsus “Şahmal M*****’’ adlı ******** nömrəli bank kartına mədaxil etdiyi 200 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 10:26 radələrində Sabirabad rayonu, H.Əliyev prospekti 33 ünvanda yerləşən “Kapital Bank”ın binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 1.150 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 15:38 radələrində Sabirabad rayonu, H.Əliyev prospekti 33 ünvanda yerləşən “Kapital Bank”ın binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 500 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 14:49 radələrində Saatlı rayonunun Orta Muğan kəndində yerləşən “Güvən Market”in binasının içərisindəki “Mpay” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.500 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 15:13 radələrində Sabirabad rayonu, H.Əliyev prospekti 33 ünvanda yerləşən “Kapital Bank”ın binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 520 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 15:19 radələrində Sabirabad rayonu, H.Əliyev prospekti 33 ünvanda yerləşən “Kapital Bank”ın binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 10 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 10:11 radələrində Nəsimi rayonu, Tibilisi prospekti 3007 ünvanda yerləşən “Bravo Supermarket”in inzibati binasının içərisində 1.450 manat pulu nağd şəkildə, ##.##.2024-cü il tarixdə, saat 18:31 radələrində Saatlı rayonunun Çolpı kəndində yerləşən “Mikayıl Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə Fariz Nuriyevə məxsus N***** F***** Ş***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 100 manat pulu, ##.##.2024-çü il tarixdə, saat 19:08 radələrində Saatlı rayonunun Çolpı kəndində yerləşən “Mikayıl Market”in binasının içərisindəki “Mpay” ödəmə terminalı vasitəsilə Fariz Nuriyevə məxsus N***** F***** Ş***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 100 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 11:07 radələrində Saatlı rayonunun Nəsimi kəndində yerləşən “Onur Market”’in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə Fariz Nuriyevə məxsus N***** F***** Ş***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 100 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 17:08 radələrində Saatlı rayonu, H.Əliyev prospektində yerləşən “Sizin Market”in binasının içərisindəki “Emanat” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 2.400 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 13:36 radələrində Saatlı rayonunun Çolpı kəndində yerləşən “Mikayıl Market”in binasının içərisindəki “Mpay” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M'***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 385 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 09:01 radələrində ünvan 2 ünvanda yerləşən “Al Market”in binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 550 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 10:40 radələrində Saatlı rayonunun Simada kəndində mobil telefonun “Birbank” tətbiqi vasitəsilə ona məxsus “Şahmal M*****” adlı ******** nömrəli bank kartına mədaxil etdiyi 300 manat pulu, ##.##.2024-cü il tarixdə, saat 12:37 radələrində Saatlı rayonunun Çolpı kəndində yerləşən “Mikayıl Market”in inzibati binasının içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus M***** Ş***** M***** adlı, 523915********** nömrəli bank kartına mədaxil etdiyi 565 manat pulu, ümumilikdə külli miqdarda 112.729 (bir yüz on iki min yeddi yüz iyirmi doqquz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində təyin olunmuş cəzanın başqa cəza növü ilə əvəz edilməsini və ya şərti hesab olunmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmündən narazıdır, özünü qismən təqsirli bilir, dəfələrlə iddiaçı Zərərçəkmiş şəxs ilə razılığa gəlmək üçün ona vurduğu maddi ziyan 68.000 manat puldan 5500 manatını ödəməklə, qalan hissəsini ona torpaq sahəsi, mağaza və ya aylıq 2000 manat olmaqla, bir neçə şəkildə ödəməyi təklif etsə də, məhkəmə onun haqqında yazdığı şikayət ərizəsində ona guya 107.000 manat ziyan vurduğunu iddia edərək, onun barəsində ədalətsiz qərar qəbul etmişdir. Halbuki, həm ibtidai istintaqda, həm də məhkəmədə dəfələrlə tələb etməsinə baxmayaraq, nə qəbzlər, nə də ki, guya həmin pulu əldən verməsini təsdiq edən sübutlar ona təqdim edilməmişdir. Halbuki, iddia etdiyi o pulların çoxunu inzibati binalarda verdiyini göstərmişdir. Ailə vəziyyətini, atasının onkoloji xəstə olmasını, anasının ayaqdan, böyük qardaşının isə gözdən əlil olmasını, dəymiş ziyanı ödəməsini, dəfələrlə özü və ailəsinin barışığa cəhd etməsini, ailəsinə ondan başqa baxanın olmadığını nəzərə alaraq, cəzasının başqa cəza növü ilə əvəz edilməsini və ya şərti hesab olunmasını xahiş edir. Hökmdən, həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs da apellyasiya şikayəti verərək, hökmün cəza hissədə dəyişdirilərək təqsirləndirilən şəxsin cəzasının 10 ilə qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən araşdırılmış işin halları və tətbiq edilən müvafiq normativ hüquqi aktların normaları ilə razı olsa da, təyin edilən cəza müddəti ilə razı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs ##.##.2024- cü il tarixdən ##.##.2024-cü il tarixədək onu dəfələrlə aldadaraq pullarını mənimsəmişdir. Hətta günün gec radələrində oğlunun azad olunacağını bildirirək kartına müəyyən miqdarlarda vəsaitin ödənilməsini tələb etmişdir. O da yaşadığı yerdən kilometrlərlə uzaqlıqda yerləşən terminallara getmək məcburiyyətində qalmışdır. Ötən dövr ərzində də pulunun geri qaytarılması tələbi ilə həmin şəxsə zənglər etsə də, telefonlarına geri dönüşlər edilməmiş, onu dəfələrlə yorararaq daxili iztirablar keçirməyinə səbəb olmuşdur. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədini daşıyır. Lakin Təqsirləndirilən şəxs təyin edilən 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə islah olunan bir şəxs deyil, oğlu şahid5 müəyyən cəza çəkməyindən istifadə edən bu şəxs onun pullarını mənimsəməkdən belə çəkinməmişdir. Əksinə dəfələrlə aldatmış, çətin vəziyyətindən istifadə etmişdir. Bu səbəblə həmin şəxs 07 il 06 ay deyil, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən çox müddətə azadlıqdan məhrum edilməlidir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Tapdıqov İlqar Məhərrəm oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə isə razılaşmayraq, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışmadığını, ona dəymiş zərərin ödənilmədiyini bildirib, lakin təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırımamasını xahiş etdi və Təqsirləndirilən şəxs apellyasiya şikayətinin həlli məsələsini isə məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətləri ilə razılaşmayaraq, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətlərin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, nə müdafiə tərəfi, nə də ittiham tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs apellyasiya şikayətlərində hökmün sonuncuya cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişlər. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid5, şahid2, şahid4, şahid1 ifadələri, ##.##.2025-ci il tarixli ərizə, “baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokol, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin ##.##.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı şəhəri, H.Əliyev prospekti 126/3-47 ünvanında qeydiyyatdadır və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətə sınaq həddində cəzası şərti olaraq hesab edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu 112.729 (bir yüz on iki min yeddi yüz iyirmi doqquz) manat maddi ziyanın 5.000 (beş min) manatını ödəmişdir. İş materiallarında olan müdafiə tərəfinin birinci instansiya məhkəməsinə təqdim etdiyi tibbi müayinə sənədlərindən görünür ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs atası Mirzağa Məmişov ağ ciyər xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə təqdim etdiyi qəbzdən görünür ki, zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanla bağlı ailəsi tərəfindən qarşı tərəfə 500 (beş yüz) manat ödəniş olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə (mülki iddiaçıya) dəymiş ziyanı qismən ödəməsini, qeydiyyat yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməlindən özünü təqsirli bildiyi hissədə peşmançılıq hissi keçirməsini, atasının səhhətinin ağır olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, ona CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və törədilmiş əməl xarakterizə edilməlidir. Cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə kollegiyasının fikrinə görə təyin edilən cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda, əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai-təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya təyin olunmuş cəza onun tərəfindən törədilmiş cinayətlərin ağırlıq dərəcəsinə, həmçinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmuşdur. Bundan başqa, kollegiya təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün iş üzrə müstəsna halların olması da müəyyən edilməmişdir. Belə ki, CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, CM-in 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Lakin işdən görünür ki, istər təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi baxımından, istərsə də təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar baxımından işdə müstəsna hallar yoxdur. Hökmdə nəzərə alınan cəzanı yüngülləşdirən hal isə müstəsna halların olmasını şərtləndirmir. Kollegiyanın qənaətinə görə müstəsna hallar bir qayda olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən hallarla bağlı olan elə halları ehtiva edir ki, belə halların nəticəsində cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalır, təqsirkar özünün ən yüksək etimada layiq olduğunu, habelə islah olunduğunu sübut etmiş olur, iştirakçılıqla törədilən cinayətlərdə həmin cinayətin üstünün açılmasına fəal kömək edir və s. Lakin, hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən müəyyən edilən cəzanı yüngülləşdirən hal müstəsnalıq barədə məhkəmə kollegiyasında təsəvvür formalaşdırmır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza ilə əvəz edilməsi, məhkum olunduğu Cinayət Məcəlləsinin 178.3.2ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın şərti hesab edilməsi ilə bağlı dəlilinə də münasibət bildirərək qeyd edir ki, işin faktiki halları CMnin 70-ci maddəsinin tətbiqinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində qeyd olunur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin tələbindən də göründüyü kimi, təqsirkarın cəzasını real olaraq çəkməsinə lüzum olmadığı barədə məhkəmədə qənaət hasil olarsa, o cəzasını şərti çəkə bilər. Lakin yuxarıda qeyd edilən işin faktiki halları (cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən hallar) təqsirkarın barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması üçün əsasların və ya onun cəzanı real çəkmədən islah oluna biləcəyinə dəlalət edən halların olması barədə kifayət qədər təsəvvür formalaşdırmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını və bununla, cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etməməsi barədə mövqeyi ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddə cəzanı çəkməsi ilə mümkündür. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmündən, həmçinin zərərçəkmiş şəxs də apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə daha ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı məhkəmə iclasında bundan fərqli olaraq, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın müddətinin artırılmamasını xahiş etsə də, məhkəmə kollegiyası onun apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Bu hissədə kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş həddə azadlıqda məhrum etmə cəzasını çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Kollegiya, həmçinin onu da vurğulayır ki, humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza da kifayət qədər ciddi, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini düzgün nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Kollegiya törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları nəzərə alaraq, həmin cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın ağırlaşdırılmasına əsas vermir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə həminapellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Hacıyev Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar