Məhkəmə qərarları › İş №1(3-9)-130/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-130/2026

31.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 1(3-9)-130/2026 31.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyası Hakimlәr Sultanov Cavid Rizvan oğlu (sәdrlik edәn vә mәruzәçi), Hacıyev Pәrviz Vaqif oğlu vә Novruzova Aytәn Nazim qızından ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi Mәmmәdov Mәhәmmәd Sultan oğlunun katibliyi, Dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru X1, Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 vә onun müdafiәçi X7, Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 vә onun müdafiәçisi Hәsәnov İbarәt Əhәd oğlunun, Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 vә onun müdafiәçisi müdafiәçi1 iştirakları ilә tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2, tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә tәqsirlәndirilmәsinә dair Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 müdafiәçisi Hәsәnov İbarәt Əhәd oğlu, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 müdafiәçisi müdafiәçi5 vә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 müdafiәçisi X8 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә әsasәn cinayәt işinә Şirvan Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakimlәr X3 (sәdrlik edәn), X4 vә X2 ibarәt tәrkibdә) ilә ##.##.1976-cı ildә Masallı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikası vәtәndaşı, orta tәhsilli, evli, “xxxx” MMC-dә fәhlә işlәmiş, mәhkumluğu olmayan, Masallı şәhәri M.Talışxanov küçәsi ev 24dә qeydiyyatda olan, barәsindә hәbs qәtimkan tәdbiri seçilәrәk X39 saxlanılan təqsirləndirilən şəxs3 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmәklә ona 8 (sәkkiz) il 6 (altı) ay müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, Cinayәt Mәcәllәsinin 66.3-cü maddәsinә әsasәn Masallı Rayon Mәhkәmәsinin ## ####### 2015-ci il tarixli hökmü ilә ona tәyin edilmiş 5 (beş) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrumetmә cәzası hazırki hökmlә tәyin edilmiş cәza ilә tam toplanılaraq ona cinayәtlәrin mәcmusu üzrә qәti olaraq 14 (on dörd) il müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, Cinayәt Mәcәllәsinin 66.5-ci maddәsinә әsasәn Masallı Rayon Mәhkәmәsinin ## ####### 2015-ci il tarixli hökmünә әsasәn çәkilmiş 5 (beş) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasını çәkdiyi müddәt cәza müddәtindәn çıxılaraq, qәti cәza müddәtinә hesablansın vә üzәrindә qәti olaraq 8 (sәkkiz) il 6 ay müddәtә azadlıqdan mәhrumetmә cәzası saxlanılması, tәqsirlәndirilәn şәxs3 cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә, cәzaçәkmә müddәtinin başlanğıcı ## ###### 2025-ci il tarixdәn hesablanması vә barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması hökm edilmişdir. ##.##.1989-cu ildә Masallı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikası vәtәndaşı, orta tәhsilli, subay, işsiz, mәhkumluğu olmayan, Masallı şәhәri M.Talışxanov küçәsi ev 3-dә qeydiyyatda olan, barәsindә hәbs qәtimkan tәdbiri seçilәrәk X39 saxlanılan təqsirləndirilən şəxs2 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmәklә ona 8 (sәkkiz) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, tәqsirlәndirilәn şәxs2 cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә, cәzaçәkmә müddәtinin başlanğıcı ## ###### 2025-ci il tarixdәn hesablanması vә barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması hökm edilmişdir. ##.##.1993-cü ildә Masallı rayonu, Öncәqala kәndindә anadan olmuş, Azәrbaycan Respublikası vәtәndaşı, orta tәhsilli, subay, işsiz, әvvәllәr mәhkum olunmamış, Masallı rayonu Öncәqala kәndindә qeydiyyatda olan, barәsindә hәbs qәtimkan tәdbiri seçilәrәk X39 saxlanılan təqsirləndirilən şəxs1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmklә ona 8 (sәkkiz) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, tәqsirlәndirilәn şәxs1 cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә, cәzaçәkmә müddәtinin başlanğıcı ## ###### 2025-ci il tarixdәn hesablanması vә barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması hökm edilmişdir. İŞİN HALLARI: Tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3 tanışı tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 ilә özgәnin әmlakını yaşayış sahәsinә qanunsuz olaraq girmәklә quldurluq yolu ilә әlә keçirmәk mәqsәdilә, qabaqcadan әlbir olan bir qrup şәxs halında birlәşib cinayәt әlaqәsinә girәrәk hücuma mәruz qalmış şәxsin hәyatı vә sağlamlığı üçün tәhlükәli zorakılıq tәtbiq edәcәyi hәdәsi ilә bağlı olan basqın etmәk qәrarına gәlәrәk, ##.##.2014- cü il tarixdә saat 04 radәlәrindә silah qismindә tәtbiq etmәk üçün istintaqa mәlum olmayan bıçaq vә tapançaya oxşar alışqan, habelә tanınmamaq vә zәrәrçәkmiş şәxslәrdә vahimә yaratmaqdan ötrü әvvәlcәdәn parça materialdan hazırlanmış 3 әdәd maska vә әllәrinә geyinmәk üçün әlcәk götürәrәk Masallı rayonu Qәriblәr kәndindә yerlәşәn әvvәllәr tanımadığı X11 yaşadığı evin yaxınlığına gedәrәk orada gizlәnib әlverişli şәrait olduğuna әmin olduqdan sonra özlәri ilә gәtirdiklәri maskadan vә әlcәkdәn istifadә edәrәk, birlikdә daş hasardan keçmәklә hәyәtә, oradan isә ikimәrtәbәli fәrdi yaşayış evinә bitişik vәziyyәtdә olan ikinci mәrtәbәsindәki eyvana sürahinin üstünә çıxmaqla qalxmış, hәmin vaxt eyvanda çarpayıda yatmış Zәrәrçәkmiş şәxs İxtiyar qızının sәs eşidәrәk oyanıb qışqırdığını görәn qrupun üzvü tәqsirlәndirilәn şәxs1 sonuncuya hәyat vә ya sağlamlığı üçün tәhlükәli zorakılıqla, әmlakı әlә keçirmәk mәqsәdilә basqın edәrәk әlbәyaxa olub ağız vә üz nahiyәsini sıxaraq Zәrәrçәkmiş şәxs sağ gözün ağlı qişasına yayılmış qansızma, sol almacıq vә çәnәaltı nahiyәsinin sağ yarsının sıyrığı, üst dodağın iç sәthinә qansızma kimi sağlamlığın qısa müddәtdә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәrvurmaya aid bәdәn xәsarәti yetirmiş, sonra birlikdә eyvandan evә daxil olduqda onların gәlişindәn oyanmış, Tofiq Mirzәyev vә ailә üzvlәrinin aktiv müqavimәt göstәrdiyini görüb üzәrindә olan bıçaq vә tapançaya oxşar alışqandan silah qisimindә istifadә edәrәk basqın edib Tofiq Mirzәyevi vә ailә üzvülәrini hәyat vә sağlamlığı üçün tәhlükәli zorakılıq tәtbiq edәcәyi ilә hәdәlәyib 150 manat pulu әlә keçirmәklә müştәrәk qaydada hәmin pulu aralarında bölüşdürәrәk quldurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 müdafiәçisi Hәsәnov İbarәt Əhәd oğlu, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 müdafiәçisi müdafiәçi5 vә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 müdafiәçisi X8 tәrәfindәn ayrılıqda apellyasiya şikayәtlәri verilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi Həsənov İbarət Əhəd oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrәli hökmü lәğv edilmәli vә tqsirlәndirilәn şәxslәrin, o cümlәdәn dә müdafiәçisi olduğu tәqsirlәndirilәn şәxs2 әmәllәri Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrindәn oğurluq cinayәti törәtmәyә cәhd etdiklәrindәn CM-in 29,177.2.1 vә 29,177.2.3-cü maddәlәrinә tövsif edilmәli vә tәqsirlәndirilәn şәxslәrin hәmin әmәli 2014-cü il tarixdә törәtmәlәri vә hәmin cinayәtin dә az ağır cinayәtlәr kateqoriyasına aid olmasını nәzәrә alaraq müddәtin keçmәsi ilә bağlı olaraq cinayәt mәsuliyyәtindәn azad edilmәlidirlәr. Belә ki, mәhkәmә istintaqı zamanı tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 ona elan edilmiş ittihamla deyil, özünü CM-in 29, 177.2.1, 177.2.3-cü maddәlәri ilә tәqsirli bilәrәk mәhkәmә iclaslarında, elәcә dә konfidensial görüş zamanı göstәrmişdir ki, әvvәllәr Rusiya Federasiyasında yaşamış, sonradan yaşadığı Masallı rayonuna gәlib taksi fәaliyyәti ilә mәşğul olmuş, hәmin vaxtlar da tәqsirlәndirilәn şәxs1la tanış olmuşdur. Belә ki, Xaqanı müştәri kimi onun taksisindәn istifadә etmiş, lazım olduqda istәdiyi yerlәrә onun maşını ilә getmişdir. Bu minvalla aralarında dostluq münasibәti yaranmış vә daha sonra tәqsirlәndirilәn şәxs3 ilә dә Xaqanini tanış etmişdir. Daha sonra Zamangildә birlikdә olub çay içib söhbәt edәrkәn Zaman onlara Masallı rayonu Qәriblәr kәndindә yaşayan Tofiq adlı ekspertin evindә heç kimin yaşamadığını, evin boş olduğu vә ola bilsin Tofiqin evdә pul saxlaya bilәcәyinә görә onun evinә gedib oğurluq etmәyi tәklif etmişdir. Əvvәl razılaşmasa da, sonra pula ehtiyacı olduğuna görә razılaşmış vә ## ###### 2014-cü il tarixdә birlikdә tanımadıqları taksi ilә gecә saat 02:00 radәlәrindә Masallı rayonu Qәriblәr kәndinә gәlmişlәr. Hәmin vaxt hәr ehtimala qarşı qonşular görәrsә tanımasınlar deyә özlәri üçün maska düzәltmişlәr. Tofiq Mirzәyevin evinin yaxınlığına gәlib evdә heç kimin olmadığını dәqiqlәşdirmәk üçün bir az gözlәmiş vә işıqların yanmadığını vә küçәdә vә qonşuda heç bir hәrәkәt olmadığını görüb evdә heç kimin olmadığına әmin olaraq evә yaxınlaşmışlar. Əvvәlcә Zaman, sonra Xaqani vә ardıyca o, kömәklәşib evin ikinci mәrtәbәsinә qalxmışlar. Eyvana çıxarkәn Zaman pәncәrәdәn içәriyә baxaraq heç kimin olmadığını demiş vә onlar eyvanda bir qәdәr irәlilәmiş vә bu vaxt eyvanda bir qadının yatdığını vә onların sәsinә oyandığını görmüşlәr. Əvvәlcәdәn evdә heç kimin olmayacağı deyildiyindәn o, qadını görәrkәn şoka düşmüş, hәmin qadına daha yaxın olan Xaqani qadının ağzını tutmuş vә ona başa salmışdır ki, qışqırmasın, evdә heç kimin olmadığını bildiklәrindәn pul oğurlamaq mәqsәdi ilә gәldiklәrini demişlәr. Buna baxmayaraq hәmin qadın qışqırmış vә sәsә evdә olanlar da çölә çıxmışlır. O, hәmin mәnzәrәni gördükdә şoka düşmüşdür. Belә ki, Zaman onları hәmin evә apararkәn evdә heç kimin olmadığını dәqiqlәşdirdiyindәn o, belә işә qol qoymuşdur. Evdә olanlar qışqırdıqlarından Zaman aradan çıxmaq üçün yol axtarmaq mәqsәdi ilә cibindәki zahirәn tapançaya oxşayan alışqanı çıxartmış vә hәmin şәxslәrә oğurluğa gәldiklәrini, evdә heç kimin olmadığına görә mәhz o evә girdiklәrini, evdәn çıxmağa şәrait yaratmalarını onlardan, xüsusәn dә sonradan ekspert Tofiq olduğunu bildiyi şәxslәrdәn xahiş etmişdir. Tofiq Mirzәyev dә şәrait yaradacağını dediyindәn Zaman Xaqani vә ona sakitcә pillәkәndәn düşmәlәrini demiş vә onlar da aşağıya düşmüşlәr. Hәmin vaxt Zaman hәmin şәxslәrә heç olmasa yol pulu olaraq bir az pul vermәlәrini demiş vә qadınlardan kimsә aşağıya tәrәf ütü atmış vә hәmin ütü Zamana dәymişdir. Daha sonra yaşlı bir qadın bir miqdar pul gәtirәrәk aşağıya atsa da, hәmin pulu götürmәyib oradan uzaqlaşmışlar. Verilәn suallara cavab olaraq tәqsirlәndirilәn şәxs2 bildirdi ki, onların Tofiq Mirzәyevin evindәn yalnız evdә heç kimin yaşamadığını dediklәri üçün oğurluq etmәk mәqsәdlәri olmuş, heç bir quldurluq cinayәti törәtmәmişlәr. Heç biri tәrәfindәn hәmin vaxt evdә olanlara qarşı heç bir zor tәtbiq edilmәmiş, heç bir quldurluq cinayәti törәtmәmişlәr. Digәr suala cavab olaraq tәqsirlәndirilәn şәxs2 göstәrdi ki, yazıb oxuya bilmir, istintaq zamanı tәqsirlәndirilәn şәxs3 ona demişdir ki, onu bezdiriblәr, sәnәdlәrә imza et, oğurluq kimi sәnәdlәşdiriblәr, o da yalnız bundan sonra nә yazıldığını bilmәdәn sәnәdlәrә imza etmişdir. İstintaqda adından yazılan ifadәlәri tәsdiq etmir. Mәhkәmә iclasında dindirilmiş digәr tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 dә özünü ittiham üzrә deyil, CM-in 29, 177.2.1, 177.2.3-cü maddәlәri ilә tәqsirli bilәrәk ifadәsindә göstәrmişdir ki, әvvәllәr dәfәlәrlә oğurluq etdiyinә görә mәhkum edilmiş, sonuncu dәfә dә 2015ci ildә etdiyi oğurluğa görә 6 il müddәtindә azadlıqdan mәhrum edilmiş vә 2020-ci ildә azadlığa buraxılmışdır. Hazırkı cinayәt әmәlinә münasibәtdә bildirmişdir ki, 2014-cü ilin avqust ayının әvvәllәrindә xәstә olduğu üçün müalicәsinә pul lazım olmuş, tanışı Masallı rayonu Qәriblәr kәnd sakini şahid2 dә bu barәdә demişdir. Hәmin vaxt Gülhüseynin yanında dostu, Masallı rayonu Öncәqala kәnd sakini şahid1 da olmuş vә söhbәt zamanı onlardan aralanmış, kәnara çәkilmişdir. Gülhüseyn ona hәmkәndlisi, rayonda ekspert vәzifәsindә işlәyәn Tofiq Mirzәyevin evindә çoxlu pulu olduğunu vә kәnddәki evdә yaşamadığını demiş, hәmin evdәn oğurluq edә bilәcәyini ona demişdir. Daha sonra o, hәmin oğurluqda ona kömәk etmәyi şahid1 vә elәcә dә tanışı Mәhәmmәd Tahirova tәklif etsә dә, hәmin şәxslәr yayınmış, oğurluq etmәk istәmәdiklәrini demişlәr. Bununla belә Tofiq Mirzәyevin evini ona Mәhәmmәd Tahirov göstәrmiş, şahid2 isә evdә heç kimin yaşamadığını ona demiş vә qonşu olduqlarına görә oğurluqda iştirak etmәkdәn yayınmışdır. ## ###### 2014-cü il tarixdә evindә olarkәn saat 20 radәlәrindә qonşusu tәqsirlәndirilәn şәxs2 adının tәqsirlәndirilәn şәxs1 olduğunu dediyi şәxslә onlara gәlmiş vә onların hәr ikisinin söhbәt әsnasında pula ehtiyaclarının olduğunu bildiyindәn bundan istifadә edәrәk fikirlәşdiyi oğurluğa onları da cәlb etmәyi düşünmüş vә Masallı rayonu Qәriblәr kәndindә yaşayan Tofiq Mirzәyevin evindә heç kimin yaşamadığını vә hәmin evdәn oğurluq edib pul götürә bilәcәklәrini onlara demiş vә razılaşmışlar. Daha sonra hәmin evә ertәsi gün gecә saat 02:00 radәlәrindә getmiş vә әtrafda rastlaşa bilәcәklәri şәxslәr tanımasınlar deyә maska taxmış vә evdә işıq yanmadığını görüb hәmin evdә heç kimin olmadığı qәnaәtinә gәlib yuxarıya, eyvana çıxmışlar. Hәmin vaxt gözlәmәdiklәri halda eyvanda yatmış bir qadının olduğunu vә hәmin qadının da onları görәrәk qışqırmaq istәdiklәrini görüb Xaqani onun ağzını әli ilә tutaraq qışqırmamasını demiş, qadın isә müqavimәt göstәrәrәk qışqırmış vә әlini itәlәyәndә ola bilsin xәsarәt almışdır. Qadının qışqırığına evdә olan bir neçә nәfәr çölә çıxmışlar. O isә cibindә olan vә ilk baxışdan silaha oxşayan alışqanı çıxararaq sәsә çıxan şәxslәrә, elәcә dә evin sahibi olduğunu sonradan bildiyi Tofiq Mirzәyevә onların evdә heç kimin olmadığını güman etdiklәri üçün oğurluq etmәyә gәldiklәrini demiş vә aşağı düşmәyә şәrait yaratmalarını xahiş etmişdir. Tofiq dә düşmәlәrinә şәrait yaratmış vә onlar aşağı düşmüşlәr. Hәmin vaxt Xaqani pul oğurlamağa gәldiklәrini deyәrәk heç olmasa yol pulu olaraq pul vermәlәrini demiş vә qadınlardan biri әlinә keçәn ütünü aşağıya atmış vә ütü ona dәymiş, digәr qadın isә aşağıya pillәkәnә pul atmışdır. Onlar isә heç bir mәblәğdә pul götürmәyәrәk oradan uzaqlaşmışlar. Sonda tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 oğurluq cinayәtini törәtmәkdә tәqsirli bilinәrәk, müddәtin keçmәsi ilә әlaqәdar cәza tәyin edilmәmәsini mәhkәmәdәn xahiş etdi. Verilәn suallara cavab olaraq tәqsirlәndirilәn şәxs3 dә göstәrdi ki, dәfәlәrlә yalnız oğurluq cinayәtlәri törәtmiş, hәmin evә dә oğurluq niyyәti ilә getmişlәr. Başqa bir suala cavabda bildirdi ki, üçü dә piyada vәziyyәtdә evdәn qaçmışlar, evdә adam olduğunu bilsә, evә girmәzdi, әlindә silah görünümlü alışqan olmuşdur. Evdәki şәxslәrin onun әlindәkinin silah yox, alışqan olduğunu bilib-bilmәdiyini aydın edә bilmәmişdir, onlardan heç kim “pul vermәsәniz buranı partladaram” sözünü demәmiş, evdәki heç kәsә xәsarәt yetirmәmişlәr. Onlar sәrbәst evdәn çıxıb getmәk istәmiş, Tofiq Mirzәyev çıxıb getmәlәrinә şәrait yaratmışdır. Digәr suala cavabda tәqsirlәndirilәn şәxs3 göstәrdi ki, Tofiq Mirzәyevin evindә oğurluq etmәyi ona onun hәmkәndlisi şahid2 mәslәhәt görmüş, elәcә dә hәmin evdә heç kimin yaşamadığını da ona o demişdir. Hәtta hәmin hadisәnin ertәsi günü Gülhüseyni görüb ona evdә heç kimin olmadığını demәsini, hәqiqәtdә isә hәmin evdә adamların olduğunu deyib iradını da bildirmişdir. Başqa bir suala cavabda isә Zaman göstәrdi ki, hadisә vaxtı onun әlindә alışqan vә fәnәr, elәcә dә bıçaq olmuşdur ki, hәmin bıçağı da götürmәkdә mәqsәdi digәr oğurluqlarda olduğu kimi plastik pәncәrәlәri hәmişә hәmin bıçaqla açmışdır. Mәhkәmә iclasında dindirilәn digәr tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 da özünü elan edilmiş ittiham üzrә deyil, CM-in 29, 177.2.1, 177.2.3cü maddәlәri ilә tәqsirli bilәrәk eyni mәzmunlu ifadә vermişdir. Verilәn suallara cavab olaraq tәqsirlәndirilәn şәxs1 hәmin mәnzilә oğurluq niyyәti ilә getdiklәrini, heç bir quldurluq niyyәtlәrinin olmadığını bildirmişdir. Digәr suala cavabda tәqsirlәndirilәn şәxs1 bildirdi ki, o, musiqiçi, Aslan isә taksi sürücüsü olmuş, pula ehtiyacları olsa da әsasәn onlar Zamanın xәstә olmaqla müalicәsinә pul lazım olduğunu bildiyindәn vә elәcә dә Zaman evdә heç kimin yaşamadığını öyrәnib onlara dediyindәn hәmin oğurluğu etmәyә razılıq vermişlәr. Başqa bir suala cavab olaraq tәqsirlәndirilәn şәxs1 göstәrdi ki, qadını gördükdәn sonra onun ağzını tutmaqda mәqsәdi o olmuşdur ki, qışqırmasın ki, ona başa salsın ki, qorxmasın, oğurluğa gәlmişlәr vә evdә heç kimin olmadığını düşündüklәrindәn hәmin evә gәlmişlәr. Pulu da aşağıya düşәrkәn o istәmişdir ki, qayıtmağa taksi pulları yoxdur. Ancaq pul atılsa da, hansı miqdarda pul atıldığını bilmәmiş vә pul götürmәmişlәr. İstintaqda bu barәdә ifadәsindә yazılanlar doğru deyil, hәmin ifadәni oxumamış vә ona oxunmamış, oğurluqla sәnәdlәşdirilәcәyi deyildiyindәn imza etmişdir. Hörmәtli Mәhkәmә Kollegiyası! Mәhkәmә iclasında şahid qismindә dindirilmiş şahid2 verdiyi ifadәsindә göstәrmişdir ki, hәqiqәtәn dә tәqsirlәndirilәn şәxs3 ona hәmkәndlisi Tofiqin evinә oğurluğa getmәyi tәklif etmiş, edәcәklәri oğurluğa görә oğurladıqlarının 25 faizini ona tәklif etmiş, o isә Tofiqlә qonşu olmalarına görә hәmin oğurluğa razılıq vermәmiş, hәmin oğurluğun edilәcәyi barәdә Tofiqә mәlumat versә dә, oğurluğun mәhz kimin tәrәfindәn edilәcәyini Zamandan qorxduğuna görә ona demәmişdir. Daha sonra Rusiyaya getmiş vә 2018ci ildә qayıtdıqda Tofiq yenidәn oğurluğun kim tәrәfindәn edildiyini soruşsa da, yenә dә Zamanın adını demәmişdir. Verilәn suala cavabda şahid2 Zamana hәmin vaxt Tofiqin evindә heç kimin yaşamadığını dediyini tәsdiq etmişdir. Tәqsirlәndirilәn şәxslәrin әmәllәri istintaq tәrәfindәn düzgün tövsif edilmәmişdir. Belә ki, ## ###### 2014-cü il tarixdә istintaq tәrәfindәn onların barәlәrindә fakta görә ilk olaraq Azәrbaycan Respublikası CM-in 29,177.2.1 vә 29, 177.2.3-cü maddәlәri cinayәt işi başlanılaraq istintaq edilsә dә, daha sonra onların әmәllәri tamamilә әsassız olaraq Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrinә tövsif edilmişdir. İş üzrә zәrәrçәkmiş şәxs olan hәmin mәnzilin mülkiyyәtçisi Tofiq Mirzәyev istintaq orqanına ilk müraciәtindә göstәrmişdir ki, evinә 3 nәfәr şәxs oğurluğa girmişdir. Bundan başqa Tofiq Mirzәyev ifadәsindә onu da göstәrmişdir ki, ona vә digәr ailә üzvlәrinә tәqsirlәndirilәn şәxslәr tәrәfindәn heç bir xәsarәt yetirilmәmiş vә buna cәhd edilmәmişdir. Tәqsirlәndirilәn şәxslәr evdәn getdikdәn sonra bacısı qızı Zәrәrçәkmiş şәxs sağ göz vә çәnә nahiyәsindә xәsarәt olduğunu gördükdә Şahnaz ona hәmin şәxslәrdәn birinin onu gördükdәn sonra qışqırmaması üçün ağzını әli ilә tutarkәn әlini itәlәyәrkәn hәmin әlinin göz vәsifәt nahiyәsinә dәydiyini bildirmişdir. Bundan başqa şahid şahid2 dә istintaqda vә elәcә dә mәhkәmәdә verdiyi ifadәsindә göstәrmişdir ki, tәqsirlәndirilәn şәxs3 ona Tofiq Mirzәyevin evinә oğurluğa gedәcәyini bildirmiş, o, hәmin evdә heç kimin yaşamadığını bildirmiş vә o da qonşusu Tofiq Mirzәyevә evinә kimlәrinsә oğurluğa girәcәklәri barәdә mәlumat vermişdir. Tәqsirlәndirilәn şәxslәrin hәr üçü kişi olmaqla әgәr quldurluq cinayәti törәtmәk mәqsәdlәri olmuş olsaydı onlara heç kim mane ola bilmәzdi. Belә ki, hәmin evdә olan şәxslәrdәn yalnız Tofiq Mirzәyev kişi olmuş vә o da yaşlı olmaqla onlara müqavimәt göstәrmәk iqtidarında ola bilmәzdi. Onu da qeyd etmәk istәyir ki, tәqsirlәndirilәn şәxslәrdәn heç biri latın qrafasında yazıb oxuya bilmәdiklәrini, istintaq zamanı onlara müxtәlif tәzyiq vә tәsirlәr, hәdәlәr gәlindiyindәn vә oğurluqla mәhkәmә mәsuliyyәtinә verilәcәyi vәd edildiyindәn heç bir sәnәdә oxumadan vә özlәri dә oxumadan imza etdiklәrini vә istintaqda adlarından yazılmış ifadәlәri tәsdiq etmәdiklәrini bildirdilәr. Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmünü lәğv edәrәk müdafiәçisi olduğu tәqsirlәndirilәn şәxs2 әmәlini Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrindәn oğurluq cinayәti törәtmәyә cәhd etdiklәrindәn CM-in 29,177.2.1 vә 29,177.2.3-cü maddәlәrinә tövsif edilmәsini, elәcә dә tәqsirlәndirilәn şәxslәrin hәmin әmәli 2014-cü il tarixdә törәtmәlәri vә hәmin cinayәtin dә az ağır cinayәtlәr kateqoriyasına aid olmasını nәzәrә alaraq müddәtin keçmәsi ilә bağlı olaraq cinayәt mәsuliyyәtindәn azad edilmәsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mәhkәmә istintaqı zamanı tәdqiq olunmuş sübutlarla hüquqlarını müdafiә etdiyi tәqsirlәndirilәn şәxs3 qarşı verilәn ittiham özünü tam tәsdiqini tapmamış vә buna görә onun barәsindәki hökm dәyişdirilmәlidir. Mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsasәn belә nәticәyә görә tәqsirlәndirilәn şәxs3 vә digәrlәrinin hәrәkәtlәrindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 181-ci deyil, 177-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәyә yönәlmiş cәhd vardır. Tәqsirlәndirilәn şәxslәr X11 evinә oğurluq mәqsәdi ilә daxil olmuşlar, evdә şәxslәrin olması sәbәbindәn oğurluq әmәlini öz iradәlәrindәn asılı olmayan sәbәbdәn başa çatdıra bilmәmişlәr. Belә ki, hüquqlarını müdafiә etdiyi tәqsirlәndirilәn şәxs3 dә ona elan olunmuş ittihamla özünü tәqsirli bilmәyәrәk, T.Mirzәyevin evinә oğurluq mәqsәdi ilә daxil olduqlarını göstәrmişdir. Sübutlar ittihamı tәsdiq etmәyәn sübutlar olduğu üçün mәhkәmә istintaqı zamanı tәdqiq olunmuş digәr sübutlar ekspert rәylәri, istintaq hәrәkәti protokolları mötәbәr hesab oluna bilmәz, tәqsirlәndirilәn şәxlәrә aid olan cinayәt әmәlinin onlar tәrәfindәn törәdilmәsi nәticәsinә gәlmәk üçün kifayәt deyildir. Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün dәyişdirilmәsi, X9 әmәlinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsisnin 29,177.2.1, 29,177.2.3-cü maddәsinә tövsif edilmәsi, cinayәt qanunvericiliyinin tәlәblәrinә uyğun cәza verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü lәğv edilmәli vә tәqsirlәndirilәn şәxslәrin, o cümlәdәn dә müdafiәçisi olduğu tәqsirlәndirilәn şәxs1 әmәli Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrindәn oğurluq cinayәti törәtmәyә cәhd etdiklәrindәn CM-in 29,177.2.1 vә 29,177.2.3-cü maddәlәrinә tövsif edilmәli vә tәqsirlәndirilәn şәxslәrin hәmin әmәli 2014-cü il tarixdә törәtmәlәri vә hәmin cinayәtin dә az ağır cinayәtlәr kateqoriyasına aid olmasını nәzәrә alaraq müddәtin keçmәsi ilә bağlı olaraq cinayәt mәsuliyyәtindәn azad edilmәlidirlәr. Belә ki, mәhkәmә iclasında dindirilәn tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 da özünü elan edilmiş ittiham üzrә deyil, CM-in 29 177.2.1, 177.2.3-cü maddәlәri ilә tәqsirli bilәrәk ifadәsindә göstәrmişdir ki, o, musiqiçi, Aslan isә taksi sürücüsü olmuş, pula ehtiyacları olsa da әsasәn onlar Zamanın xәstә olmaqla müalicәsinә pul lazım olduğunu bildiyindәn vә elәcә dә Zaman mәrhum ekspert Tofiq Mirzәyevin evindә heç kimin yaşamadığını öyrәnib onlara dediyindәn hәmin oğurluğu etmәyә razılıq vermişlәr. Hәmin vaxt onlar qadını gördükdәn sonra onun ağzını tutmaqda mәqsәdi o olmuşdur ki, qışqırmasın ki, ona başa salsın ki, qorxmasın, oğurluğa gәlmişlәr vә evdә heç kimin olmadığını düşündüklәrindәn hәmin evә gәlmişlәr. Pulu da aşağıya düşәrkәn o istәmişdir ki, qayıtmağa taksi pulları yoxdur. Ancaq pul atılsa da, hansı miqdarda pul atıldığını bilmәmiş vә hәmin pulu da götürmәmişlәr. İstintaqda bu barәdә ifadәsindә yazılanlar doğru deyil, hәmin ifadәni oxumamış vә ona oxunmamış, oğurluqla sәnәdlәşdirilәcәyi deyildiyindәn imza etmişdir. Verilәn suallara cavab olaraq göstәrmişdir ki, Zamanı әvvәllәr tanımamış, hadisә günü Aslanın vasitәsilә onu tanımışdır. Toydan içkili vәziyyәtdә çıxıb oğurluğa getmişlәr. Zamanın müalicәsinә pul lazım olduğu üçün Aslanla birlikdә o da oğurluğa getmişdir. Mәqsәdlәri müalicә üçün 3-4 min manat pul götürmәk olmuşdur. Digәr suala cavabda göstәrdi ki, Aslanla o, evә daxil olmamış, balkonda durmuşlar. Hadisә vaxtı qadının ağzını qışqırmaması üçün tutmuş, qadına xәsarәt yetirmәmişdir. Hәmin vaxt 20 yaşı olmuş, etdiyi әmәlin cinayәt olduğunu bilmәmişdir, peşmandır. Verilәn başqa bir suala cavab olaraq tәqsirlәndirilәn şәxs1 hәmin mәnzilә oğurluq niyyәti ilә getdiklәrini, heç bir quldurluq niyyәtlәrinin olmadığını bildirmişdir. Mәhkәmә iclasında dindirilmiş tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 dә özünü ittiham üzrә quldurluq cinayәti ilә deyil, CM-in 29,177.2.1, 177.2.3-cü maddәlәri ilә, yәni oğurluq cinayәti törәtdiklәrinә görә tәqsirli bilәrәk ifadәsindә göstәrmişdir ki, әvvәllәr dәfәlәrlә oğurluq etdiyinә görә mәhkum edilmişdir. Heç vaxt başqa cinayәt etmәmişdir. Sonuncu dәfә dә 2015-ci ildә etdiyi oğurluğa görә 6 il müddәtindә azadlıqdan mәhrum edilmiş vә 2020-ci ildә azadlığa buraxılmışdır. Hazırkı cinayәt әmәlinә münasibәtdә bildirmişdir ki, 2014-cü ilin avqust ayının әvvәllәrindә xәstә olduğu üçün müalicәsinә pul lazım olduğundan tanışı Masallı rayonu Qәriblәr kәnd sakini şahid2 dә bu barәdә demişdir. Hәmin vaxt Gülhüseynin yanında dostu, Masallı rayonu Öncәqala kәnd sakini şahid1 da olmuş vә söhbәt zamanı onlardan aralanmış, kәnara çәkilmişdir. Gülhüseyn ona hәmkәndlisi, rayonda ekspert vәzifәsindә işlәyәn Tofiq Mirzәyevin evindә çoxlu pulu olduğunu vә kәnddәki evdә yaşamadığını demiş, hәmin evdәn oğurluq edә bilәcәyini ona demişdir. Daha sonra o, hәmin oğurluqda ona kömәk etmәyi şahid1 vә elәcә dә tanışı Mәhәmmәd Tahirova tәklif etsә dә, hәmin şәxslәr yayınmış, oğurluq etmәk istәmәdiklәrini demişlәr. Bununla belә Tofiq Mirzәyevin evini ona Mәhәmmәd Tahirov göstәrmiş, şahid2 isә evdә heç kimin yaşamadığını ona demiş vә qonşu olduqlarına görә oğurluqda iştirak etmәkdәn yayınmışdır. ## ###### 2014-cü il tarixdә evindә olarkәn saat 20 radәlәrindә qonşusu tәqsirlәndirilәn şәxs2 adının tәqsirlәndirilәn şәxs1 olduğunu dediyi şәxslә onlara gәlmiş vә onların hәr ikisinin söhbәt әsnasında pula ehtiyaclarının olduğunu bildiyindәn bundan istifadә edәrәk fikirlәşdiyi oğurluğa onları da cәlb etmәyi düşünmüş vә Masallı rayonu Qәriblәr kәndindә yaşayan Tofiq Mirzәyevin evindә heç kimin yaşamadığını vә hәmin evdәn oğurluq edib pul götürә bilәcәklәrini onlara demiş vә razılaşmışlar. Daha sonra hәmin evә ertәsi gün gecә saat 02:00 radәlәrindә getmiş vә әtrafda rastlaşa bilәcәklәri şәxslәr tanımasınlar deyә maska taxmış vә evdә işıq yanmadığını görüb hәmin evdә heç kimin olmadığı qәnaәtinә gәlib yuxarıya, eyvana çıxmışlar. Hәmin vaxt gözlәmәdiklәri halda eyvanda yatmış bir qadının olduğunu vә hәmin qadının da onları görәrәk qışqırmaq istәdiklәrini görüb Xaqani onun ağzını әli ilә tutaraq qışqırmamasını demiş, qadın isә müqavimәt göstәrәrәk qışqırmış vә әlini itәlәyәndә ola bilsin xәsarәt almışdır. Qadının qışqırığına evdә olan bir neçә nәfәr çölә çıxmışlar. O, isә cibindә olan vә ilk baxışdan silaha oxşayan alışqanı çıxararaq sәsә çıxan şәxslәrә, elәcә dә evin sahibi olduğunu sonradan bildiyi Tofiq Mirzәyevә onların evdә heç kimin olmadığını güman etdiklәri üçün oğurluq etmәyә gәldiklәrini demiş vә aşağı düşmәyә şәrait yaratmalarını xahiş etmişdir. Tofiq dә düşmәlәrinә şәrait yaratmış vә onlar aşağı düşmüşlәr. Hәmin vaxt Xaqani pul oğurlamağa gәldiklәrini deyәrәk heç olmasa yol pulu olaraq pul vermәlәrini demiş vә qadınlardan biri әlinә keçәn ütünü aşağıya atmış vә ütü ona dәymiş, digәr qadın isә aşağıya pillәkәnә pul atmışdır. Onlar isә heç bir mәblәğdә pul götürmәyәrәk oradan uzaqlaşmışlar. Sonda tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 oğurluq cinayәtini törәtmәkdә tәqsirli bilinәrәk, müddәtin keçmәsi ilә әlaqәdar cәza tәyin edilmәmәsini mәhkәmәdәn xahiş etdi. Verilәn suallara cavab olaraq tәqsirlәndirilәn şәxs3 dә göstәrdi ki, üçü dә piyada vәziyyәtdә evdәn qaçmışlar, evdә adam olduğunu bilsә, evә girmәzdi, әlindә silah görünümlü alışqan olmuşdur. Evdәki şәxslәrin onun әlindәkinin silah yox, alışqan olduğunu bilib-bilmәdiyini aydın edә bilmәmiş, onlardan heç kim “pul vermәsәniz buranı partladaram” sözünü demәmiş, evdәki heç kәsә xәsarәt yetirmәmişlәr. Hәmin vaxt onlar sәrbәst evdәn çıxıb getmәk istәmiş, Tofiq Mirzәyev çıxıb getmәlәrinә şәrait yaratmış, Tofiq Mirzәyevin evindә oğurluq etmәyi ona onun hәmkәndlisi şahid2 mәslәhәt görmüş, elәcә dә hәmin evdә heç kimin yaşamadığını da ona o demişdir. Hәtta hәmin hadisәnin ertәsi günü Gülhüseyni görüb ona evdә heç kimin olmadığını demәsini, hәqiqәtdә isә hәmin evdә adamların olduğunu deyib iradını da bildirmişdir. Digәr bir suala cavabda isә Zaman göstәrdi ki, hadisә vaxtı onun әlindә alışqan vә fәnәr, elәcә dә bıçaq olmuşdur ki, hәmin bıçağı da götürmәkdә mәqsәdi digәr oğurluqlarda olduğu kimi plastik pәncәrәlәri hәmişә hәmin bıçaqla açmışdır. Mәhkәmә iclasında dindirilmiş digәr tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 da özünü yalnız oğurluq cinayәti etdiklәrinә görә tәqsirli bilәrәk göstәrmişdir ki, әvvәllәr Rusiya Federasiyasında yaşamış, sonradan yaşadığı Masallı rayonuna gәlib taksi fәaliyyәti ilә mәşğul olmuş, hәmin vaxtlar da tәqsirlәndirilәn şәxs1la tanış olmuş, Xaqani müştәri kimi onun taksisindәn istifadә etmiş, lazım olduqda istәdiyi yerlәrә onun maşını ilә gedib gәlmişdir. Bu minvalla aralarında dostluq münasibәti yaranmış vә daha sonra tәqsirlәndirilәn şәxs3 ilә dә Xaqanini tanış etmişdir. Daha sonra Zamangildә birlikdә olub çay içib söhbәt edәrkәn Zaman onlara Masallı rayonu Qәriblәr kәndindә yaşayanTofiq adlı ekspertin evindә heç kimin yaşamadığını, evin boş olduğu vә ola bilsin Tofiqin evdә pul saxlaya bilәcәyinә görә onun evinә gedib oğurluq etmәyi tәklif etmiş vә әvvәl razılaşmasa da, sonra pula ehtiyacı olduğuna görә razılaşmış vә ## ###### 2014-cü il tarixdә birlikdә tanımadıqları taksi ilә gecә saat 02:00 radәlәrindә Masallı rayonu Qәriblәr kәndinә gәlmişlәr. Hәmin vaxt hәr ehtimala qarşı qonşular görәrsә tanımasınlar deyә özlәri üçün maska düzәltmişlәr. Tofiq Mirzәyevin evinin yaxınlığına gәlib evdә heç kimin olmadığını dәqiqlәşdirmәk üçün bir az gözlәmiş vә işıqların yanmadığını vә küçәdә vә qonşuda heç bir hәrәkәt olmadığını görüb evdә heç kimin olmadığına әmin olduqdan sonra evә yaxınlaşmış, әvvәlcә Zaman, sonra Xaqani vә ardıyca o, kömәklәşib evin ikinci mәrtәbәsinә qalxmışlar. Eyvana çıxarkәn Zaman pәncәrәdәn içәriyә baxaraq heç kimin olmadığını demiş vә onlar eyvanda bir qәdәr irәlilәmiş vә bu vaxt eyvanda bir qadının yatdığını vә onların sәsinә oyandığını görmüşlәr. Zaman tәrәfindәn әvvәlcәdәn evdә heç kimin olmayacağı deyildiyindәn o, qadını görәrkәn şoka düşmüşdür. Hәmin qadına daha yaxın olan Xaqani qadının ağzını tutmuş vә ona başa salmışdır ki, qışqırmasın, evdә heç kimin olmadığı onlara deyildiyindәn pul oğurlamaq mәqsәdi ilә gәlmişlәr. Lakin buna baxmayaraq hәmin qadın qışqırmış vә sәsә evdә olanlar da çölә çıxmışdır. O, hәmin mәnzәrәni gördükdә şoka düşmüşdür. Belә ki, Zaman onları hәmin evә apararkәn evdә heç kimin olmadığını dәqiqlәşdirdiyindәn o, belә işә qol qoymuşdur. Evdә olanlar qışqırdıqlarından Zaman aradan çıxmaq üçün yol axtarmaq mәqsәdi ilә cibindәki zahirәn tapançaya oxşayan alışqanı çıxartmış vә hәmin şәxslәrә oğurluğa gәldiklәrini, evdә heç kimin olmadığına görә mәhz o evә girdiklәrini, evdәn çıxmağa şәrait yaratmaları onlardan, xüsusәn dә sonradan ekspert Tofiq olduğunu bildiyi şәxslәrdәn xahiş etmiş, Tofiq Mirzәyev dә şәrait yaradacağını dediyindәn Zaman Xaqani vә ona sakitcә pillәkәndәn düşmәlәrini demiş vә onlar da aşağıya düşmüşlәr. Hәmin vaxt Xaqani hәmin şәxslәrә heç olmasa yol pulu olaraq bir az pul vermәlәrini demiş vә qadınlardan kimsә aşağıya tәrәf ütü atmış vә hәmin ütü Zamana dәymiş, daha sonra yaşlı bir qadın bir miqdar pul gәtirәrәk aşağıya atsa da, hәmin pulu götürmәyib oradan uzaqlaşmışlar. Verilәn suallara cavab olaraq tәqsirlәndirilәn şәxs2 bildirdi ki, onların Tofiq Mirzәyevin evindәn yalnız evdә heç kimin yaşamadığını dediklәri üçün oğurluq etmәk mәqsәdlәri olmuş, heç bir quldurluq cinayәti törәtmәmişlәr. Heç biri tәrәfindәn hәmin vaxt evdә olanlara qarşı heç bir zor tәtbiq edilmәmiş, heç bir quldurluq cinayәti törәtmәmişlәr. Başqa bir suala cavab olaraq tәqsirlәndirilәn şәxs2 göstәrdi ki, yazıb oxuya bilmir, istintaq zamanı tәqsirlәndirilәn şәxs3 ona demişdir ki, onu bezdiriblәr, sәnәdlәrә imza et, oğurluq kimi sәnәdlәşdiriblәr, o da yalnız bundan sonra nә yazıldığını bilmәdәn sәnәdlәrә imza etmişdir. İstintaqda adından yazılan ifadәlәri tәsdiq etmir. Mәhkәmә iclasında şahid qismindә dindirilmiş şahid2 verdiyi ifadәsindә göstәrmişdir ki, hәqiqәtәn dә tәqsirlәndirilәn şәxs3 ona hәmkәndlisi Tofiqin evinә oğurluğa getmәyi tәklif etmiş, hәtta edәcәklәri oğurluğa görә oğurladıqlarının 25 faizini ona tәklif etmişdir. Lakin o Tofiqlә qonşu olmalarına görә hәmin oğurluğa razılıq vermәmiş, hәmin oğurluğun edilәcәyi barәdә Tofiqә mәlumat vermişdir. Ancaq oğurluğun mәhz kimin tәrәfindәn edilәcәyini Zamandan qorxduğuna görә ona demәmiş, daha sonra Rusiyaya getmiş vә 2018-ci ildә qayıtdıqda Tofiq yenidәn oğurluğun kim tәrәfindәn edildiyini soruşsa da, yenә dә Zamanın adını demәmişdir. şahid2 elәcә dә mәhkәmә iclasında Zamana hәmin vaxt Tofiqin evindә heç kimin yaşamadığını dediyini tәsdiq etmişdir. Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1, elәcә dә digәr tәqsirlәndirilәn şәxslәrin әmәllәri istintaq tәrәfindәn düzgün tövsif edilmәmişdir. ## ###### 2014cü il tarixdә istintaq tәrәfindәn onların barәlәrindә fakta görә ilk olaraq Azәrbaycan Respublikası CM-in 29,177.2.1 vә 29,177.2.3-cü maddәlәri ilә cinayәt işi başlanılaraq istintaq edilsә dә, daha sonra onların әmәllәri tamamilә әsassız olaraq Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrinә tövsif edilmişdir. İş üzrә zәrәrçәkmiş şәxs olan hәmin mәnzilin mülkiyyәtçisi Tofiq Mirzәyev istintaq orqanına ilk müraciәtindә dә evinә 3 nәfәr şәxsin oğurluğa girdiklәrini vә elәcә dә ifadәsindә ona vә digәr ailә üzvlәrinә tәqsirlәndirilәn şәxslәr tәrәfindәn heç bir xәsarәtin yetirilmәdiyini vә buna cәhd belә edilmәdiyini bildirmişdir. X5 ifadәsindә onu da göstәrmişdir ki, tәqsirlәndirilәn şәxslәr evdәn getdikdәn sonra bacısı qızı Zәrәrçәkmiş şәxs sağ göz vә çәnә nahiyәsindә xәsarәt olduğunu gördükdә Şahnaz ona hәmin şәxslәrdәn birinin onu gördükdәn sonra qışqırmaması üçün ağzını әli ilә tutarkәn әlini itәlәyәrkәn hәmin әlinin göz vәsifәt nahiyәsinә dәydiyini bildirmişdir. Elәcә dә şahid şahid2 dә istintaqda vә elәcә dә mәhkәmәdә verdiyi ifadәsindә göstәrmişdir ki, tәqsirlәndirilәn şәxs3 ona Tofiq Mirzәyevin evinә oğurluğa gedәcәyini bildirmiş, o, hәmin evdә heç kimin yaşamadığını bildirmiş vә o da qonşusu Tofiq Mirzәyevә evinә kimlәrinsә oğurluğa girәcәklәri barәdә mәlumat vermişdir. Tәqsirlәndirilәn şәxslәrdәn heç biri latın qrafasında yazıb oxuya bilmәdiklәrini, istintaq zamanı onlara müxtәlif tәzyiq vә tәsirlәr, hәdәlәr gәlindiyindәn vә oğurluqla mәhkәmә mәsuliyyәtinә verilәcәyi vәd edildiyindәn heç bir sәnәdә oxunmadan vә özlәri dә oxumadan imza etdiklәrini vә istintaqda adlarından yazılmış ifadәlәri tәsdiq etmәdiklәrini bildirdilәr. Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmünü lәğv edәrәk tәqsirlәndirilәn şәxs1 әmәlini Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrindәn CM-in 29,177.2.1 vә 29,177.2.3-cü maddәlәrinә tövsif etmәklә hәmin әmәli 2014-cü il tarixdә törәtmәlәri vә hәmin cinayәtin dә az ağır cinayәtlәr kateqoriyasına aid olmasını nәzәrә alaraq müddәtin keçmәsi ilә bağlı olaraq cinayәt mәsuliyyәtindәn azad edilmәsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya mәhkәmәsindә çıxışında tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 vә onun müdafiәçisi X7 tәqsirlәndirilәn şәxs3 CM-in 29,179.2.1 vә 29.179.2.3-cü maddәlәri özünü tәqsirli bildiyini, lakin hәtta ittiham olunduğu maddәlәr üzrә dә ağır cinayәtlәrә görә nәzәrdә tutulmuş 12 il müddәtinin ötmәsi sәbәbindәn onun cinayәt mәsuliyyәtindәn azad edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsindә çıxışında tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 vә onun müdafiәçisi Hәsәnov İbarәt Əhәd oğlu tәqsirlәndirilәn şәxs2 CM-in 29,179.2.1 vә 29.179.2.3cü maddәlәri özünü tәqsirli bildiyini, lakin hәtta ittiham olunduğu maddәlәr üzrә dә ağır cinayәtlәrә görә nәzәrdә tutulmuş 12 il müddәtinin ötmәsi sәbәbindәn onun cinayәt mәsuliyyәtindәn azad edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsindә çıxışında tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 vә onun müdafiәçisi müdafiәçi1 tәqsirlәndirilәn şәxs1 CM-in 29,179.2.1 vә 29.179.2.3-cü maddәlәri özünü tәqsirli bildiyini, lakin hәtta ittiham olunduğu maddәlәr üzrә dә ağır cinayәtlәrә görә nәzәrdә tutulmuş 12 il müddәtinin ötmәsi sәbәbindәn onun cinayәt mәsuliyyәtindәn azad edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsindә çıxışında dövlәt ittihamçısı X1 apellyasiya şikayәtlәrinin tәmin olunmamasını vә cinayәt mәsuliyyәtinә cәlb etmә müddәtlәri keçdiyinә görә qanunamüvafiq qәrar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası CPM-in 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә CPM-in normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya şikayәtinin vә apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyası cinayәt işinin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib vә apellyasiya şikayәtlәrinin dәlillәrini müzakirә edәrәk hesab edir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәtlәri tәmin edilmәmәli, Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dәyişdirilmәmәlidir. Azәrbaycan Respublikasının CPM-in 35.2-ci maddәsinә әsasәn mәhkum olunmuş hәr bir şәxs yuxarı mәhkәmәyә şikayәt verәrәk barәsindә çıxarılmış mәhkәmә hökmünün qanunsuz vә әsassız olması ilә әlaqәdar işә yenidәn baxılmasını, hökmlә tәyin olunmuş cәzanın ağırlığı ilә әlaqәdar onun yüngüllәşdirilmәsini xahiş etmәk hüquqları hәyata keçirir. İşin materialları ilә müәyyәn edilir ki, tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә nәzәrdә tutulan cinayәt әmәllәrini törәtmişdir. Bu onların özünün qismәn etirafedici ifadәsi, ibtidai istintaq zamanı dindirilmiş zәrәrçәkmiş şәxslәrin, zәrәrçәkmiş şәxs T.Mirzәyevin hüquqi varisi Hüquqi varis, şahidlәrin ifadәlәri, baxış protokolları, ekspertiza rәylәri vә digәr istintaq materialları ilә tam sübuta yetirilmişdir. Mәhkәmә kollegiyasının qәnaәtinә görә ibtidai araşdırma vә birinci instansiya mәhkәmәsi qanuni üsullarla toplanmış sübutları araşdırmaqla tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 ittiham olunan cinayәt әmәllәrini törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onların hәmin әmәlini Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәsi ilә düzgün tövsif etmişdir. İşin materiallarından görünür ki, mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanmış, bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etmiş vә mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun gәlmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 qeyd edilәn cinayәt әmәllәrini törәtmәsi ilә bağlı yekun nәticәyә gәlәrkәn ibtidai istintaq orqanı tәrәfindәn toplanmış vә mәhkәmә iclasında araşdırılıb qiymәtlәndirilәn sübutlara düzgün istinad etmiş, tәqdim olunan sübutlar tәdqiq edilmiş, onlara hüquqi qiymәt verilmişdir. Bu sәbәbdәn dә mәhkәmә kollegiyası hәmin sübutları hazırkı qәrarda tәkrarlamağa zәrurәt görmür. Apellyasiya şikayәtindә cinayәt qanununun normalarına istinad edilsә dә, bu normaların müddәaları göstәrilsә dә, mәhkәmә kollegiyasının qәnaәtinә görә hәmin normaların tәlәblәri pozulmamışdır. Mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn cәza tәyini mәsәlәsinә tәsir edә bilәn bütün hallar nәzәrә alınmaqla mәhkumlara onların islah olunması mәqsәdini vә Azәrbaycan Respublikası CM-in 41.2-ci maddәsindә nәzәrdә tutulan digәr mәqsәdlәri tәmin edә bilәn әdalәtli cәza tәyin olunmuş, iş üzrә müstәsna hallar vә ya onların törәtdiyi cinayәtin ictimai tәhlükәliliyini әhәmiyyәtli dәrәcәdә azaldan digәr hallar mövcud deyildir. İşin materiallarında olan: - üzlәşdirmә haqqında vә ifadәnin yerindә yoxlanılması haqqında protokollar vә onlara әlavә edilmiş fotoşәkillәr, videodisklәrdәn (hәmçinin, şahid vә şübhәli şәxslәrin dindirilmәsinin videodisklәri) görünür ki, şәxslәr ittihamın mәzmununa uyğun ifadә vermişlәr. (II cild, i.v. 19-24, 38-46, 125-130, 131-136, 137-145, 188-191, 207-210) - hadisә yerinә keçirilmiş baxış protokolundan görünür ki, cinayәt hadisәsi ##.##.2014cü il tarixdә saat 04:00 radәlәrindә X11 mәxsus Masallı rayonu Qәriblәr kәndindә yerlәşәn fәrdi yaşayış evindә törәdilmişdir. (İ cild, i.v. 5-10) - Mәhkәmә-tibbi ekspertizasının ##.##.2014-cü il tarixli *** saylı rәyindәn görünür ki, Zәrәrçәkmiş şәxs İxtiyar qızının sağ gözün ağlı qişasına yayılmış qansızma, sol almacıq vә çәnәaltı nahiyәsinin sağ yarısının sıyrığı, üst dodağın iç sәthinә qansızma müәyyәn olundu, müәyyәn olunan xәsarәtlәr bәrk küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdir, törәnmә müddәti qәrarın tәsviri hissәsindә qeyd olunan ## ###### 2014-cü il tarixә uyğun gәlir, dәrәcәsinә görә sağlamlığın qısa müddәtdә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәrvurmaya aiddir. (İ cild, i.v. 66-67) - “Götürmә” haqqında protokoldan vә “maddi sübut qismindә tanıma” haqqında qәrardan görünür ki, tәqsirlәndirilәn şәxslәrin cinayәti törәdәn zaman istifadә etdiklәri vә hadisәdәn sonra şahid3 yaşadığı evin yaxınlığına atdıqları bir әdәd üzәrindә qotazlar olan qara vә açıq palıdı rәngli kәsiyi olan köynәk, bir әdәd qara rәngli qadın köynәk vә üç әdәd narıncı rәngli fәhlә әlcәk iş üzrә maddi sübut әhәmiyyәtli olduğundan götürülmüş vә ##.##.2014-cü il tarixdә maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Masallı RPŞ-nin saxlanc yerinә tәhvil verilmişdir. (İ cild, i.v. 26-29, 139) - mәhkәmә-tibbi ekspertizasının müvafiq rәyindәn görünür ki, Zәrәrçәkmiş şәxs İxtiyar qızının sağlamlığına yüngül zәrәr vurulmuşdur, törәnmә müddәti ## ###### 2014-cü il tarixә uyğun gәlir, hәm zәrәrçәkmiş şәxsin özünün, hәm şahidlәrin, hәm dә ifadәlәrindәn görünür ki, Zәrәrçәkmiş şәxs ağzını evә girәnlәrdәn dolu vә cüssәli olan şәxs tutub hәdәlәmiş, tәqsirlәndirilәn şәxslәrin dә ifadәlәrindәn görünür ki, hәmin şәxs tәqsirlәndirilәn şәxs1dur. Bundan başqa, tәqsirlәndirilәn şәxslәrin quldurluq ittihamını qәbul etmәmәlәri, oğurluq niyәtilә evә daxil olmaları ilә bağlı dәlillәrinә münasibәtdә mәhkәmә tәrkibi qeyd edir ki, “Oğurluq, soyğunçuluq vә quldurluğa dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2005-ci il tarixli Qәrarının 5-ci bәndindә qeyd edilmişdir ki, oğurluq edilәrkәn, tәqsirli şәxsin hәrәkәtlәri mülkiyyәtçi vә ya әmlakın digәr sahibi, yaxud da digәr şәxs tәrәfindәn aşkar edilәrsә, tәqsirli şәxs bunu dәrk etsә dә әmlakın qanunsuz götürülmәsindәn ibarәt hәrәkәtlәrini davam etdirәrsә vә ya hәmin әmlakı saxlamağa çalışarsa, o zaman belә hәrәkәtlәr soyğunçuluq, hәyat vә ya sağlamlıq üçün tәhlükәli zorakılıqla, yaxud da belә zorakılıq tәtbiq edilәcәyi hәdәsi ilә müşayәt edildiyi hallarda isә quldurluq kimi tövsif edilmәlidir. Tәqsirlәndirilәn şәxslәrin ifadәlәrindәn görünür ki, tәqsirlәndirilәn şәxs3 әlindә silah modelli alışqan vә bıçaq olmuş, zәrәrçәkmiş şәxslәrin vә şahidlәrin ifadәlәrindәn görünür ki, evә girәn şәxslәrin üçünün dә üzündә maska, әllәrindә әlcәk, arıq vә ortaboylu olanın әlindә tapança vә bıçaq olmuş vә әlindә bıçaq vә tapança olan şәxs onlara evdә nә qәdәr pul varsa gәtirib onlara vermәyini bildirmişdir. Tәqsirlәndirilәn şәxslәrә elan edilmiş ittihamın CM-in 181.2.5-ci maddәsi ilә bağlı mәhkәmә tәrkibi qeyd edir ki, hәmin Qәrarın 25-ci bәndindә qeyd olunur ki, silah qismindә istifadә edilәn әşya dedikdә, zәrәrçәkmişә hәyatı vә ya sağlamlığı üçün tәhlükәli xәsarәtlәr yetirә bilәn predmetlәr (mәsәlәn, qatlanan vә ya mәtbәx bıçaqları, ülgüc, ling, dәyәnәk, balta vә i.a.),...başa düşülmәlidir. Şәxs silahı yalnız nümayiş etdirmişsә vә ya aşkar yararsız vә ya doldurulmamış silahla zәrәrçәkmişin hәyatı vә ya sağlamlığı üçün tәhlükәli olan xәsarәt yetirmәk niyәti olmadan hәmin predmetlәrlә onu hәdәlәmiş vә ya silah tәtbiq etmә görüntüsü yaratmışsa, (mәsәlәn, silah maketi, oyuncaq xәncәl vә i.a.), digәr ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hәrәkәtlәri CM-in 181.1-ci maddәsindә nәzәrdә tutulan quldurluq kimi tövsif edilmәlidir. Zәrәrçәkmiş silahın yararsız vә ya doldurulmamış olmasını, yaxud da silah tәtbiq etmә görüntüsü yaradılmasını başa düşmüşsә, dәrk etmişsә, әmәl soyğunçuluq kimi tövsif edilmәlidir. Göründüyü kimi, tәqsirlәndirilәn şәxslәrin silah görünümlü alışqanı nümayiş etdirәrәk zәrәrçәkmişlәri hәdәlәmәsi hәlә quldurluq cinayәtinin tәrkibinin mövcudluğunu istisna etmir. Əmәlin quldurluq kimi qiymәtlәndirilmәsi o zaman istisna olunardı ki, zәrәrçәkmiş şәxslәr onun silah olmamasını başa düşmüş olardı. Bu barәdә isә nә tәqsirlәndirilәn şәxslәrin, nә dә zәrәrçәkmiş şәxslәr vә şahidlәrin ifadәlәrindә heç bir sübut yoxdur. Əksinә, işin faktiki hallarından görünür ki, tәqsirlәndirilәn şәxs3 bıçağı vә silah görünümlü alışqanı zәrәrçәkmiş şәxslәrә vә şahidlәrә tuşladığı zamanda tәqsirlәndirilәn şәxs1 onlardan pul istәmiş, hәtta zәrәrçәkmiş şәxslәrin vә şahidlәrin ifadәlәrindәn görünür ki, sonuncu әks halda evi partladacağı ilә hәdәlәmiş, zәrәrçәkmiş şәxs Mehparә Hüseynova qorxudan gedib pul gәtirib pillәkәndәn atmış, tәqsirlәndirilәn şәxslәr yalnız pulu әldә etdikdәn sonra evi tәrk etmişlәr. Odur ki, pulun zәrәrçәkmiş şәxslәrin silah olduğunu düşündüyü alәt vasitәsi ilә gecә radәlәrindә evlәrinә basqın halında tanımadığı üzü maskalı şәxslәr tәrәfindәn istәnildiyi nәzәrә alındıqda, mәhkәmә tәqsirlәndirilәn şәxslәrin xahişlә yol pulu istәmәsi, zәrәrçәkmiş şәxsin öz iradәsi ilә 150 manat pulu tәqsirkar şәxslәrә vermәsini işin faktiki hallarına uyğun hesab etmir, zәrәrçәkmiş şәxslәrin onlara tuşlanmış bıçaq vә silah kimi qәbul etdiyi, әslindә isә alışqan olan alәtin qorxusu ilә tәqsirlәndirilәn şәxslәrin iradәsinә tabe olub onlara pul verdiyini işin faktiki hallarına uyğun hesab edir. - DİN-in BƏSİİ-dәn verilmiş tәlәbnamәlәrdәn görünür ki, tәqsirlәndirilәn şәxs3 әvvәllәr CM-in 127.1, 177.2.1, 177.2.2, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә mәhkum edilmişdir, hazırda mәhkumluğu yoxdur. (III cild, i.v. 13-14, 20- 33); - tәqsirlәndirilәn şәxs2 Rusiya Federasiyasında ##.##.2011-ci ildә mәhkum edilmiş, ##.##.2013-cü ildә cәzadan 1 il 8 ay 16 gün vaxtından әvvәl azad edilmişdir, hazırda mәhkumluğu yoxdur (III cild, i.v. 15-16); - tәqsirlәndirilәn şәxs1 2019-cu ildә CM-in 128-ci maddәsi ilә cinayәt işi üzrә icraata xitam verilmişdir. (III cild, i.v. 17-18) - ## ###### 2025-ci il tarixli xasiyyәtnamәdәn görünür ki, tәqsirlәndirilәn şәxs1 yaşayış yeri üzrә müsbәt xarakterizә olunur, icra vәrәqәsinin vә doğum haqqında şәhadәtnamәnin surәtlәrindәn görünür ki, 3 azyaşlı övladı vardır. (II cild, i.v. 229, III cild, i.v. 103-105) - ##.##.2025-ci il tarixli xasiyyәtnamәdәn görünür ki, tәqsirlәndirilәn şәxs2 yaşayış yeri üzrә müsbәt xarakterizә olunur. (II cild, i.v. 239) - ##.##.2025-ci il tarixli xasiyyәtnamәdәn görünür ki, tәqsirlәndirilәn şәxs3 yaşayış yeri üzrә mәnfi xarakterizә olunur. Hәmçinin, himayәsindә bir azyaşlı övladı vardır. (II cild, i.v. 243) Belәliklә, mәhkәmә iclasında tәdqiq olunmuş sübutlara, , o cümlәdәn iştirak etmәmiş vә ifadәlәri elan olunmuş şәxslәrin ifadәlәrinә, yәni tәqsirlәndirilәn şәxslәrin, zәrәrçәkmiş şәxs T.Mirzәyevin hüquqi varisinin, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә şahidlәrin ifadәlәri, ekspertiza rәylәri, maddi sübut vә digәr iş materiallarına әsaslanaraq birinci instansiya mәhkәmәsi hesab etmişdir ki, tәqsirlәndirilәn şәxslәr onlara verilmiş ittihamda göstәrilәn cinayәti törәtmişlәr. Habelә birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3 tanışı tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 qabaqcadan әlbir olan bir qrup şәxs halında yaşayış sahәsinә qanunsuz olaraq girib özgәnin әmlakını әlә keçirmәk mәqsәdi ilә hücuma mәruz qalmış şәxsin hәyatı vә sağlamlığı üçün tәhlükәli zorakılıqla vә belә zorakılıq tәtbiq edilәcәyi hәdәsi ilә bağlı olan basqın edәrәk quldurluq cinayәt әmәlini törәtmәsi ilә bağlı aşağıda göstәrilәnlәri dә nәzәrә almışdır. Belә ki, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinә әsasәn quldurluq (CM-in 181ci maddәsi) cinayәti dedikdә özgә әmlakını әlә keçirmә mәqsәdi ilә hücuma mәruz qalmış şәxsin hәyatı vә ya sağlamlığı üçün tәhlükәli zorakılıqla vә ya belә zorakılıq tәtbiq edilәcәyi hәdәsi ilә bağlı olan basqın başa düşülür. Bu әmәllәr qabaqcadan әlbir olan bir qrup şәxs tәrәfindәn törәdildikdә CM-in 181.2.1-ci maddәsinin, yaşayış sahәsinә, habelә binaya, anbara vә ya başqa saxlanc yerlәrinә qanunsuz olaraq girmәklә törәdildikdә CM-in 181.2.3-cü maddәsinin, silah vә ya silah qismindә istifadә edilәn әşyalar tәtbiq edilmәklә törәdildikdә CMin 181.2.5-ci maddәsinin tәrkibini yaradır. Eyni zamanda, “Oğurluq, soyğunçuluq vә quldurluğa dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2005-ci il tarixli Qәrarının 7-ci bәndindә verilmiş izaha әsasәn quldurluq cinayәti özgәnin әmlakını talamaq mәqsәdilә, hәyat vә ya sağlamlıq üçün tәhlükәli zorakılıqla, yaxud da belә zorakılıq tәtbiq edilәcәyi hәdәsi ilә edilmiş basqından ibarәt olmaqla basqının edildiyi anından bitmiş sayılır. Hәmin Qәrarın 10-cu bәndindә izah edilir ki, özgә әmlakının talanması әmәlini qabaqcadan әlbir olan bir qrup şәxs tәrәfindәn törәdilmәsi kimi tövsif edәrkәn, bilavasitә özgә әmlakının talanmasına yönәlmiş hәrәkәtlәr edilәnәdәk, cinayәtin iştirakçıları arasında qabaqcadan belә bir әlbirlik olması, cinayәtkar niyyәtin hәyata keçirilmәsi üçün rolların bölüşdürülmәsinә dair razılıq әldә edilmәsi, hәmçinin hәr hansı icraçı vә cinayәtin digәr iştirakçıları tәrәfindәn hansı konkret hәrәkәtlәr edilmәsi araşdırılmaqla törәdilmiş cinayәtin hәr bir icraçısının vә digәr iştirakçısının (tәşkilatçılarının, tәhrikçilәrinin, kömәkçilәrinin) barәsindәki sübutlara qiymәt verilmәlidir. Bu Qәrarın 15-ci bәndindә izah verilir ki, qabaqcadan әlbir olmaqla quldurcasına basqın törәtmiş bir qrup tәqsirli şәxsin niyyәti ilә silah vә ya silah qismindә istifadә edilәn predmetlәrin tәtbiqi әhatә edilmişsә, o zaman onlardan yalnız biri silah vә ya silah qismindә istifadә edilәn predmet tәtbiq etsә belә, qrup iştirakçılarının hamısı birgә icraçı kimi CM-in 181.2.5-ci maddәsi ilә mәsuliyyәt daşıyır. Hәmin Qәrarın 20-ci bәndindә izah edilir ki, yaşayış sahәsi dedikdә yaşayış vә qeyri yaşayış sahәlәri dә daxil olmaqla mülkiyyәt formasından asılı olmayaraq mәnzil fonduna daxil olan, daimi vә ya müvәqqәti yaşamaq üçün yararlı hesab edilәn, hәmçinin mәnzil fonduna daxil olmasa da müvәqqәti yaşamaq üçün nәzәrdә tutulmuş fәrdi yaşayış evi, mәnzil sahәsi başa düşülür. Hәmin Qәrarın 23-cü bәndindә verilmiş izaha әsasәn CM-in 181.1-ci maddәsindә hәyat vә sağlamlıq üçün tәhlükәli zorakılıq tәtbiq edilәcәyi hәdәsi hücuma mәruz qalmış şәxsi (şәxslәri) öldürmәklә, sağlamlığına zәrәr vurmaqla, onlara işgәncә vermәklә vә bu kimi psixi tәsirlәri ehtiva edir. Belә hәdә hәm sözlәrlә, hәm dә hәrәkәtlәrlә (mәsәlәn zәrәrçәkmişin boğazına kәndir keçirmәklә vә s.) ifadә oluna bilәr. Hәyat vә sağlamlıq üçün tәhlükәli zorakılıq (CM-in 181-ci maddәsi) dedikdә, elә zorakılıq başa düşülmәlidir ki, tәqsirkarın hәrәkәtlәri zәrәrçәkmişә ağır, az ağır zәrәr vurma, hәmçinin sağlamlığın qısa müddәt pozulmasına vә ya ümumi әmәk qabiliyyәtinin cüzi itirilmәsinә sәbәb olmuş sağlamlığa yüngül zәrәr vurma ilә nәticәlәnmiş olsun. Özgәnin әmlakını әlә keçirmәk mәqsәdilә hücuma mәruz qalmış şәxsin hәyatı vә ya sağlamlığı üçün tәhlükәli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddәsi ilә tövsif edilir ki, zәrәrçәkmişin sağlamlığına zәrәr yetirilmәsә dә, basqın anında onun hәyatı vә ya sağlamlığı üçün real tәhlükә yaranmış olsun. Habelә bu Qәrarın 25-ci bәndindә göstәrilir ki, tәqsirlәndirilәn şәxsin әmәli Azәrbaycan Respublikası CM-in 181.2.5-ci maddәsi ilә tövsif edilәrkәn silah qismindә istifadә edilәn әşya dedikdә, zәrәrçәkmişә hәyatı vә ya sağlamlığı üçün tәhlükәli xәsarәtlәr yetirә bilәn predmetlәr (mәsәlәn, qatlanan vә ya mәtbәx bıçaqları, ülgüc, ling, dәyәnәk, balta vә i.a.), hәmçinin hәdәfi vurmaq, zәrәrçәkmişi halsızlaşdırmaq, onun müqavimәtini qırmaq üçün nәzәrdә tutulmuş predmetlәr (mәsәlәn, mexaniki püsgürdücülәr, gözyaşardıcı vә qıcıqlandırıcı maddәlәrlә doldurulmuş aerozol vә digәr qurğular) başa düşülmәlidir. Hәmçinin quldurluq cinayәti zamanı hәyat vә sağlamlıq üçün tәhlükәli zorakılıq tәtbiq edilәcәyi hәdәsi hücuma mәruz qalmış şәxsә psixi tәsir göstәrilmәsini ehtiva edir. Belә psixi tәsir konkret olaraq öldürmәklә, sağlamlığa zәrәr vurmaqla, döymәklә, әzab vermәklә hәdәlәmәdә vә s. ifadә oluna bilәr. Burada hәdә real, hәqiqi vә dәrhal hәyata keçirilә bilәn olmalıdır. Bu, hәm sözlәrlә, hәm dә hәrәkәtlәrlә (mәsәlәn, silah nümayiş etdirilmәdә vә s.) ifadә olunur. Burada zәrәrçәkmiş şәxs hәdәni real hәdә kimi qәbul etmәli vә tәqsirkarın tәlәblәrinin yerinә yerinә yetirmәdiyi halda onun reallaşacağına inanmalıdır. Hazırkı iş üzrә mәhkәmәdә tәdqiq olunmuş sübutlarla, yәni zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs, zәrәrçәkmiş şәxs T.Mirzәyevin hüquqi varisi Hüquqi varis vә şahidlәrin ifadәlәri, mәhkәmә-tibbi ekspertizasının rәylәri ilә, digәr sәnәd vә iş materialları ilә tәsdiq olunur ki, tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3 tanışı tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 özgәnin әmlakını yaşayış sahәsinә qanunsuz olaraq girmәklә quldurluq yolu ilә әlә keçirmәk mәqsәdilә, qabaqcadan әlbir olan bir qrup şәxs halında birlәşib cinayәt әlaqәsinә girәrәk hücuma mәruz qalmış şәxsin hәyatı vә sağlamlığı üçün tәhlükәli zorakılıq tәtbiq edәcәyi hәdәsi ilә bağlı olan basqın etmәk qәrarına gәlәrәk, ##.##.2014-cü il tarixdә saat 04 radәlәrindә silah qismindә tәtbiq etmәk üçün istintaqa mәlum olmayan bıçaq vә tapançaya oxşar alışqan, habelә tanınmamaq vә zәrәrçәkmiş şәxslәrdә vahimә yaratmaqdan ötrü әvvәlcәdәn parça materialdan hazırlanmış 3 әdәd maska vә әllәrinә geyinmәk üçün әlcәk götürәrәk Masallı rayonu Qәriblәr kәndindә yerlәşәn әvvәllәr tanımadığı X11 yaşadığı evin yaxınlığına gedәrәk orada gizlәnib әlverişli şәrait olduğuna әmin olduqdan sonra özlәri ilә gәtirdiklәri maskadan vә әlcәkdәn istifadә edәrәk, birlikdә daş hasardan keçmәklә hәyәtә, oradan isә ikimәrtәbәli fәrdi yaşayış evinә bitişik vәziyyәtdә olan ikinci mәrtәbәsindәki eyvana sürahinin üstünә çıxmaqla qalxmış, hәmin vaxt eyvanda çarpayıda yatmış Zәrәrçәkmiş şәxs İxtiyar qızının sәs eşidәrәk oyanıb qışqırdığını görәn qrupun üzvü tәqsirlәndirilәn şәxs1 sonuncuya hәyat vә ya sağlamlığı üçün tәhlükәli zorakılıqla, әmlakı әlә keçirmәk mәqsәdilә basqın edәrәk әlbәyaxa olub ağız vә üz nahiyәsini sıxaraq Zәrәrçәkmiş şәxs sağ gözün ağlı qişasına yayılmış qansızma, sol almacıq vә çәnәaltı nahiyәsinin sağ yarsının sıyrığı, üst dodağın iç sәthinә qansızma kimi sağlamlığın qısa müddәtdә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәrvurmaya aid bәdәn xәsarәti yetirmiş, sonra birlikdә eyvandan evә daxil olduqda onların gәlişindәn oyanmış, Tofiq Mirzәyev vә ailә üzvlәrinin aktiv müqavimәt göstәrdiyini görüb üzәrindә olan bıçaq vә tapançaya oxşar alışqandan silah qisimindә istifadә edәrәk basqın edib Tofiq Mirzәyevi vә ailә üzvlәrini hәyat vә sağlamlığı üçün tәhlükәli zorakılıq tәtbiq edәcәyi ilә hәdәlәyib 150 manat pulu әlә keçirmәklә müştәrәk qaydada hәmin pulu aralarında bölüşdürәrәk quldurluq etmişdir. Mәhkәmә tәdqiq olunmuş sübutlara әsaslanaraq hesab edir ki, istintaq orqanı tәrәfindәn tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 әmәli düzgün olaraq CMin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә tövsif edilmişdir. Belәliklә, tәdqiq olunmuş sübutlara, yәni tәqsirlәndirilәn şәxslәrin, zәrәrçәkmiş şәxsin hüquqi varisinin vә şahidlәrin ifadәlәri, ekspertiza rәylәri, maddi sübut vә digәr iş materiallarına әsaslanaraq mәhkәmә hesab edir ki, tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3 tanışı tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 onlara verilmiş ittiham üzrә cinayәt әmәlini törәtmişlәr. Azәrbaycan Respublikası CPM-in 44.1-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3 tanışı tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 barәsindә ittiham hökmü çıxarmağı әsaslı hesab etmiş vә onun ittiham olunduğu CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrinin sanksiyasında nәzәrdә tutulmuş azadlıqdan mәhrumetmә cәzası hәddindә cәzalandırılması qәnaәtinә gәlmişdir. Belәliklә, birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3 tanışı tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsini (mәhkәmә quldurluq cinayәtinin qabaqcadan әlbir olan bir qrup şәxs halında yaşayış sahәsinә qanunsuz olaraq daxil olmaqla özgәnin әmlakını әlә keçirmәk mәqsәdi ilә hücuma mәruz qalmış şәxsin hәyatı vә sağlamlığı üçün tәhlükәli zorakılıqla vә belә zorakılıq tәtbiq edilәcәyi hәdәsi ilә bağlı olan basqın edәrәk törәdilmәsini kifayәt qәdәr ictimai-tәhlükәli әmәl hesab edәrәk), cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, tәqsirkarların şәxsiyyәtini, habelә tәyin olunacaq cәzanın onların ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә alaraq hesab etmişdir ki, cәzanın mәqsәdinә, yәni sosial әdalәtin bәrpa edilmәsinә, tәqsirlәndirilәn şәxslәrin islah olunmalarına, hәm mәhkum, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan mәhrum etmә növündә cәza tәyin edilmәsi qәnaәtinә gәlmişdir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 3-cü maddәsindә göstәrilir ki, yalnız bu maddә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır. Hәmin Mәcәllәnin 5.1-ci maddәsinә әsasәn әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) cinayәt sayılması vә hәmin әmәlә görә cәza vә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr yalnız bu Mәcәllә ilә müәyyәn edilir. Hәmin Mәcәllәnin 7.1-ci maddәsinә әsasәn yalnız törәtdiyi ictimai tәhlükәli әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. Hәmin Mәcәllәnin 8-ci maddәsinә müvafiq olaraq cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 41.2-ci maddәsinә әsasәn, cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. Hәmin Mәcәllәnin 58.1-ci maddәsinә әsasәn, cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә, bu Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edilir. Hәmin Mәcәllәnin 58.3-cü maddәsinә әsasәn cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. Bununla belә, mәhkәmә kollegiyası qeyd edir ki, işin apellyasiya baxışı zamanı tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinin cәlb etmә müddәtinin keçmәsi müәyyәn olunmuşdur. Belә ki, işin faktiki hallarından görünür ki, tәqsirlәndirilәn şәxslәr tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 onlara istinad edilәn cinayәt әmәlini ## ###### 2014-cü il tarixindә törәtmiş vә Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә dispoziyasında nәzәrdә tutulmuş cinayәt tәqibi mәhz hәmin vaxtdan yaranmışdır. Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrinin sanksiyasından görünür ki, bu cinayәtә görә hәmin maddә ilә tәyin edilә bilәcәk azadlıqdan mәhrumetmә cәzasının yuxarı hәddi 12 ildir. Hәmin Mәcәllәnin 15.4-cü maddәsinә әsasәn bu Mәcәllә ilә qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilmәsinә görә nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә cәzasının yuxarı hәddi on iki ildәn artıq olmayan әmәllәr ağır cinayәtlәr hesab olunur. Hәmin Mәcәllәnin 75.1.3-cü maddәsinә görә ağır cinayәtin törәdilmәsinә görә cinayәt mәsuliyyәtinә cәlbetmә müddәti iki il tәşkil edir. Hәmin Mәcәllәnin 75.2-ci maddәsinә әsasәn, müddәtlәr, cinayәtin törәdildiyi gündәn ittiham hökmünün qanuni qüvvәyә mindiyi anadәk hesablanır. Şәxs yeni cinayәt törәtdikdә, hәr bir cinayәtә görә müddәt müstәqil hesablanır. Göründüyü kimi, Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәli ağır cinayәtlәr kateqoriyasına aid olduğundan, tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2, tәqsirlәndirilәn şәxs1 tәrәfindәn ## ###### 2014-cü il tarixdә törәdilmiş әmәlә görә cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti ## ###### 2026-cı il tarixdә, yәni hazırkı cinayәt işi üzrә ittiham hökmü qanuni qüvvәsini alanadәk bitmişdir. Hәmçinin, cinayәt işi ##.##.2014-cü il tarixdә başlamasına vә iş üzrә icraat ##.##.2014cü il tarixdә dayandırılmasına baxmayaraq, iş üzrә heç bir prosessual hәrәkәt aparılmamış, bununla da cinayәt qanunvericiliyinin bir sıra tәlәblәri pozulmuşdur. Belә ki, CPM-in 8.0.3-cü maddәsinә әsasәn cinayətləri tezliklə açmaq, cinayәt tәqibi ilә bağlı bütün halları hәrtәrәfli, tam vә obyektiv araşdırmaq cinayәt mühakimә icraatının vәzifәsidir. CPM-in 48.1-ci maddәsinә әsasәn cinayәt tәqibi üzrә icraat tәhqiqatçı, müstәntiq, prokuror vә ya mәhkәmә tәrәfindәn bu Mәcәllәdә nәzәrdә tutulmuş müddәtlәrdә elә başlanmalı vә qurtarmalıdır ki sübutların vaxtında әldә olunması vә tәdqiq edilmәsi tәmin olunsun vә şәxslәr onlara ittiham elan olunmasını, işlәrinә baxılmasını vә pozulmuş hüquqlarının bәrpasını hәddәn artıq uzun müddәt gözlәmәsinlәr. CPM-in 53.5-ci maddәsinә әsasәn cinayәt tәqibi üzrә icraat dayandırılanadək cinayәt prosesini hәyata keçirәn orqan tәqsirlәndirilәn şәxs olmadan hәyata keçirilmәsi mümkün olan bütün prosessual hәrәkәtlәri yerinә yetirmәli, müstәntiq isә bundan әlavә, cinayət törətmiş şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir. CPM-in 84.2.2-ci maddәsinә әsasәn prokuror cinayәt işi üzrә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirmәk vәzifәsini yerinә yetirmәlidir. CPM-in 84.3-cü maddәsinә әsasәn cinayәt işi üzrә mәhkәmәyәdәk icraat zamanı bu Mәcәllәnin müddәalarının icrası vә tәtbiqinә hәmin iş üzrә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokuror mәsuliyyәt daşıyır. CPM-in 84.5.3-cü maddәsinә әsasәn ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokuror cinayәt işi üzrә aparılan tәhqiqata vә ibtidai istintaqa nәzarәt edәrkәn cinayәt işinin ibtidai istintaqı aparan bir müvafiq icra hakimiyyәti orqanından digәrinә verilmәsi halları istisna olmaqla, istintaqın hәrtәrәfli, tam vә obyektiv aparılmasını vә cinayәt tәqibi üzrә icraatın tezliyini təmin etmək mәqsәdi ilә , habelә qanunun tәlәblәrinin pozulması ilә istintaq edilәn cinayәt işini tәhqiqatçının vә ya müstәntiqin icraatından götürәrәk digәr tәhqiqatçının vә ya müstәntiqin icraatına vermәk, habelә istintaqı aid olan orqanın bir istintaq qurumundan digәrinә vermәk hüquqlarını hәyata keçirir. CPM-in 85.2.1-ci maddәsinә әsasәn törәdilmiş vә ya hazırlanan cinayәtlәrә dair daxil olmuş әrizә vә digәr mәlumatlara baxmaq, kifayәt qәdәr sәbәblәr vә әsaslar olduqda cinayәt işi başlamaq, işi öz icraatına götürmәk, cinayətin açılması, işin hәrtәrәfli, tam vә obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, sәlahiyyәti daxilindә bütün istintaq vә ya digәr prosessual hәrәkәtlәri hәyata keçirmәk müstəntiqin vəzifəsidir. CPM-in 85.6.2-ci maddәsinә әsasәn müstәntiqin bütün sәlahiyyәtlәrindәn istifadә edәn istintaq şöbəsinin (bölməsinin, idarəsinin) rəisi (rәis olmadıqda müavini) bu Mәcәllәnin tәlәblәrinә әmәl edәrәk müstәntiqin cinayətin açılması, araşdırılması vә qarşısının alınması üçün vaxtında müvafiq tәdbirlәr görmәsinә nəzarəti həyata keçirir. CPM-in 85.6.5-ci maddәsinә әsasәn müstәntiqin bütün sәlahiyyәtlәrindәn istifadә edәn istintaq şöbəsinin (bölməsinin, idarəsinin) rəisi (rәis olmadıqda müavini) bu Mәcәllәnin tәlәblәrinә әmәl edәrәk müstәntiqin bu Mәcәllә ilә müәyyәn edilmiş vәzifәlәrini yerinә yetirmәsinә mane olan hallar (vәfat etmәsi, ağır xәstәliyә tutulması vә s.) yarandıqda, habelә bu Mәcәllәnin 85.6.2-ci maddәsinә uyğun olaraq hәyata keçirilәn nәzarәt çәrçivәsindә müstәntiqin cinayətin açılması vә araşdırılması üçün vaxtında müvafiq tәdbirlәr görmәmәsi nәticәsindә cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngidildiyini müəyyən etdikdə, ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora yazılı mәlumat vermәklә cinayәt işini bir müstәntiqin icraatından götürәrәk digәr müstәntiqin icraatına verir. “Azәrbaycan Respublikası Prokurorluğunun sorğusuna әsasәn Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 43.1.1, 314.2-ci maddәlәrindә nәzәrdә tutulmuş “dövlәt ittihamçısı vә xüsusi ittihamçı cinayәt tәqibindәn imtina etdikdә” müddәasının şәrh edilmәsinә dair” Azәrbaycan Respublikasi Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2008-ci il tarixli Qәrarında qeyd edilmişdir ki, mәhkәmәyәdәk icraatda prokuror geniş nәzarәtedici vә sәrәncamverici hüquqlara malikdir (CPM-in 84.5-ci maddәsi). Onun belә hüquqi vәziyyәti әsasәn ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirmәsi ilә şәrtlәnir. Lakin, nәzәrdәn qaçırmaq olmaz ki, prokuror hәmçinin әmәliyyat-axtarış fәaliyyәtini hәyata keçirәn orqanlar tәrәfindәn qanunların icrasına da nәzarәt edir (“Əmәliyyat-axtarış fәaliyyәti haqqında” Qanununun 20-ci maddәsi). Bütün bunlar isә, cinayәtlәrin qarşısının alınması, onların açılması, tәhqiqatın vә istintaqın lazımi sәviyyәdә aparılması, o cümlәdәn zәruri sübutların toplanması, prosessual mәcburiyyәt tәdbirlәrinin tәtbiqi, tәqsirkarların mәsuliyyәtә cәlb olunması, tәqsirsizlәrin mәsuliyyәtә cәlb olunmasına yol verilmәmәsi vә nәticә etibarı ilә mәhkәmәdә әsaslı ittihamın irәli sürülmәsi mәqsәdlәrinә xidmәt edir. CPM-in 235.1-ci maddәsinә әsasәn ifadәlәrindә əhəmiyyətli ziddiyyətlər olduqda, müstәntiq әvvәl dindirilmiş iki şәxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. CPM-in 19.4.5-ci maddәsinә әsasәn cinayәt prosesini hәyata keçirәn orqan şübhәli vә ya tәqsirlәndirilәn şәxsin bu mәcәllәdә nәzәrdә tutulmuş hallarda vә qaydada onun əleyhinə ifadə vermiş şahidlәri mәhkәmә istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Şahidlәrin mәhkәmә iclaslarında dindirilmәsi mәsәlәsinә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin 2016-cı il tarixli, * saylı Bülletenindә dә münasibәt bildirilmişdir. Hәmin Bülletendә qeyd olunmuşdur ki, bu mәsәlә Avropa İnsan Hüquqları Mәhkәmәsinin bir çox qәrarlarında әtraflı araşdırılmış vә Avropa Mәhkәmәsi mәhkәmә iclasında dindirilmәyәn ittiham tәrәfinin şahidlәrinin ibtidai istintaqda verdiklәri ifadәlәri ilә mәhkәmә hökmlәrinin әsaslandırılması probleminin Konvensiyanın 6-cı maddәsinin 1-ci bәndindә tәsbit edilmiş әdalәtli mәhkәmә araşdırması hüququ vә hәmin maddәnin 3-cü bәndininin “d” yarımbәndindә nәzәrdә tutulmuş tәqsirlәndirilәn şәxsin onun әleyhinә ifadә vermiş şahidlәri dindirmәk hüququ nöqteyi-nәzәrindәn tәhlil edilmәsi üçün mühüm standartlar müәyyәn etmişdir. Belә presedentlәrә misal olaraq “Əl Havaya vә X18rşı iş” üzrә ## ###### 2012-ci il tarixli qәrarı, “Luka İtaliyaya qarşı iş” üzrә ## ###### 2001-ci il tarixli qәrarı, “Matisina Rusiyaya qarşı iş” üzrә ## #### 2014-cü il tarixli qәrarı, “Karpenko Rusiyaya qarşı iş” üzrә ## ###### 2012-ci il tarixli qәrarı, “Yevgeniy İvanov Rusiyaya qarşı iş” üzrә ## ##### 2013-cü il tarixli qәrarı, “Scholer Almaniyaya qarşı iş” üzrә ## ###### 2014-cü il tarixli qәrarı, “İsgro İtaliyaya qarşı iş” üzrә ## ###### 1991-ci il tarixli qәrarı, “X19rşı iş” üzrә ## #### 2008-ci il tarixli qәrarı, “X24rşı iş” üzrә ## ##### 2012-ci il tarxli qәrarı, “Melnikov Rusiyaya qarşı iş” üzrә ## ###### 2010-cu il tarixli qәrarı, “Şarkunov vә Mezentsev Rusiyaya qarşı iş” üzrә ## #### 2010-cu il tarixli qәrarı, “Unterpertinger Avstriyaya qarşı iş” üzrә ## ###### 1986-cı il tarixli qәrarı, “Hornkasl vә Blakmor, Markiz vә X20rşı iş” üzrә ## ###### 2014-cü il tarixli qәrarı qeyd etmәk olar. Bu qәrarlara әsasәn ilk növbәdә onu qeyd etmәk lazımdır ki, ümumiyyәtlә Avropa Mәhkәmәsi ittiham hökmlәrindә ibtidai istintaqda tәqsirlәndirilәnin әleyhinә ifadә vermiş şahidin ifadәlәrinә istinad olunmasını - istәr ifadәnin elan olunması şahidin mәhkәmәdә işin mühüm halları barәdә fәrqli ifadә vermәsi, istәr ifadә vermәkdәn imtina etmәsi, istәrsә dә onun bilavasitә dindirilmәsini mümkünsüz edәn hallarla bağlı olsun - yolverilәn sayır, lakin buna istisna hal kimi baxmaqla, faktiki olaraq mәhkәmәdә әldә olunmuş sübutun, bilavasitә dinlәnilmiş ifadәnin üstünlüyünü tanıyır. Bunu demәyә әsas verәn hal odur ki, Avropa Məhkəməsi sadalanan qərarların hamısında şahidin bilavasitə məhkəmədə dindirilməsinin vacibliyini vurğulayır, ibtidai istinaqda әldә olunmuş şahid ifadәsinә istinad olunmasını isә bunu zәruri edәn (istisnanın tәtbiqinә bәraәt qazandıran) xüsusi halların mövcud olması ilә şәrtlәndirir. Yuxarıda qeyd olunan qanunvericiliyin tәlәblәrindәn irәli gәlәrәk apellyasiya mәhkәmәsi apellyasiya şikayәtlәri әsasında icraata daxil olduqdan sonra aşağıdakı prosessual hәrәkәtlәri etmişdir. Hәmin cinayәt işi ##.##.2026-cı il tarixdә icraata daxil olmuş, ilkin baxış iclası ##.##.2026cı il tarixdә (CPM-in 391.1-ci maddәsinә uyğun olaraq 15 gün müddәtindә) keçirilәrәk ##.##.2026-cı il tarixә (CPM-in 391.1-ci maddәsinә uyğun olaraq apellyasiya şikayәti mәhkәmәyә daxil olduğu vaxtdan 30 gün müddәtindә) mәhkәmә baxışına tәyin olunmuşdur. CPM-in tәlәblәrinә görә birinci baxış iclasının keçirilmәsi üçün konkret müddәt müәyyәn olunduğundan, mәcburi qaydada (vәkillәrlә mәhkәmә iclasının vaxtı razılaşdırmaq mümkün olmamışdır) tәyin edilmiş, nәticәdә işdә iştirak edәn müdafiәçilәr mәhkәmә iclasında iştirak edә bilmәdiyindәn, hәmin iclas tәxirә salınmışdır. Mәhkәmә tәrkibindә olan hakimlәrin iş qrafikinә uyğun olaraq hazırkı işә sәdrlik edәn hakim işlәrә hәftәnin çәrşәnbә axşamı günlәri baxdığından, tәrәflәrin mәhkәmә iclasına hazırlaşması üçün daha qısa müddәt müәyyәn edilmәmәsi üçün baxış iclasının ##.##.2026-cı il tarixә tәyin edilmәsi mәqsәdәmüvafiq hesab edilmәmiş vә qanunvericilikdә baxış iclasının tәyin edilmәsi üçün müәyyәn edilmiş 30 günlük müddәtә dair tәlәbin pozulmaması üçün iclas ##.##.2026-cı il tarixә tәyin edilmiş, müdafiәçilәr vә tәqsirlәndirilәn şәxslәr mәhkәmә iclasında iştirak etmәdiklәrindәn, mәhkәmә iclası tәxirә salınmışdır. Daha sonra ##.##.2026-cı il tarixә tәyin edilmiş iclasda işә baxılmağa başlanılmış vә müdafiәçi vәsatәt verәrәk apellyasiya şikayәtlәrinә qismәn istintaq aparılmaqla vә zәrәrçәkmiş şәxslәrin iştirakı ilә mәhkәmә iclasında baxılmasını xahiş etmiş, hәmçinin tәqsirlәndirilәn şәxslәrin apellyasiya şikayәtlәrinә videokonfrans әlaqә vasitәsilә deyil, bilavasitә onların mәhkәmә iclasında şәxsәn iştiraklarının tәmin edilmәklә keçirilmәsini tәkidlә xahiş etmiş, tәqsirlәndirilәn şәxslәr dә hәmin vәsatәti müdafiә etmişlәr. Buna görә dә mәhkәmә iclası ##.##.2026-cı il tarixә tәxirә salınmışdır. ##.##.2026-cı il tarixә tәyin edilmiş mәhkәmә iclası isә Elektron Mәhkәmә İnformasiya Sistemindә olan nasazlığa görә baş tutmamış vә ondan sonrakı hәftәdәn başlayaraq mәhkәmә tәrkibindә olan hakimlәr mәzuniyyәtә çıxmış vә ##.##.2026-cı il tarixdә mәzuniyyәtdәn tam tәrkibdә geri qayıtmışlar. Hәmçinin, dövlәt ittihamçısı da ##.##.2026-cı il tarixә qәdәr mәzuniyyәtdә olmuşdur. Eyni zamanda, müdafiәçilәrin iş qrafikindә әvvәlcәdәn tәyin edilәn işlәr olduğundan, hazırkı iş üzrә iclası ##.##.2026-cı il tarixә dә tәyin etmәk mümkün olmamışdır. ##.##.2026-cı il tarixә tәyin edilmiş mәhkәmә iclasında isә müdafiәçi X7 Mәhkәmә İnformasiya Sistemi vasitәsilә әrizә ünvanlayaraq, hәmin vaxt Bakı şәhәrindә olması ilә әlaqәdar mәhkәmә iclasının tәxirә salınmasını xahiş etmişdir. Bütün bunlarla yanaşı apellyasiya mәhkәmәsindә 3 apellyasiya şikayәti üzrә 3 tәqsirlәndirilәn şәxsin hüquqi mәnafelәrinin müdafiәsi mәqsәdi ilә işә qismәn mәhkәmә istintaqı ilә aparılmasına dair vәsatәtin hәlli dә nәzәrә alınmaqla, apellyasiya mәhkәmәsi aşağıdakı pozuntuların aradan qaldırılmasını planlaşdırsa da, müddәt keçdikdәn sonra müdafiә tәrәfi işә qismәn mәhkәmә istintaqı ilә baxılmasına dair vәsatәtlәrini müdafiә etmәmişlәr.

1. İş üzrә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ibtidai istintaq zamanı tәqsirlәndirilәn şәxslәrin әleyhinә ifadә vermiş, lakin sonradan onlar üzlәşdirilmәmişdir. Eyni zamanda, Zәrәrçәkmiş şәxs birinci instansiya mәhkәmәsindә dә iştirak etmәmiş, müdafiә tәrәfi isә onu dindirmәk hüququndan mәhrum olmuşdur. Zәrәrçәkmiş şәxs nәinki mәhkәmә istintaqında dindirilmәyib, ümumiyyәtlә ittihama dair münasibәtini (zәrәrin ödәnilib-ödәnilmәdiyini, tәqsirlәndirilәn şәxslәrә qarşı şikayәt vә tәlәbinin olub-olmamasını) bildirmәmişdir. Halbuki, bu hallar tәqsirlәndirilәn şәxslәrin әmәllәrinә cәzalarını yüngüllәşdirәn hallar (CM-in 59.1.12- 59.1.14-cü maddәlәri) kimi tәsir edә bilәrdi.

2. İş üzrә zәrәrçәkmiş şәxs T.Mirzәyevin hüquqi varisi (oğlu) Hüquqi varis dә tәqsirlәndirilәn şәxslәrin әleyhinә ifadә vermiş, lakin sonradan onlar da üzlәşdirilmәmişdir. Eyni zamanda, Hüquqi varis birinci instansiya mәhkәmәsindә dә iştirak etmәmiş, müdafiә tәrәfi isә onu dindirmәk, suallar vermәk hüquqlarından mәhrum olmuşdur. O da nәinki mәhkәmә istintaqında dindirilmәyib, mәhkәmәyә teleqram ünvanlasa da (Zәrәrçәkmiş şәxs heç teleqram da ünvanlamamışdır), ittihama dair münasibәtini (zәrәrin ödәnilib-ödәnilmәdiyini, tәqsirlәndirilәn şәxslәrә qarşı şikayәt vә tәlәbinin olub-olmamasını) bildirmәmişdir.

3. İş üzrә hadisәni bilavasitә görmüş vә tәqsirlәndirilәn şәxslәrin әleyhinә ifadә vermiş şahidlәr şahid5, X6 vә şahid6 İxtiyar oğlu da birinci instansiya mәhkәmәsinә gәlmәmişlәr vә mәhkәmә onların ifadәlәrini dә sadәcә elan etmişdir. Halbuki, onlar tәqsirlәndirilәn şәxslәrin әleyhinә ifadә verdiklәrindәn, CPM-in 19.4.5-ci maddәsinә әsasәn müdafiә tәrәfinin onları dindirmәk, onlara suallar vermәk hüquqları var idi. Birinci instansiya mәhkәmәsi isә işә baxdığı 11 ay әrzindә onların iştirakını tәmin edә bilmәmişdir. Tәqsirlәndirilәn şәxslәr onların әleyhinә ifadә vermiş hәmin hadisәnin iştirakçısı olmuş şahidlәrlә nә ibtidai istintaq zamanı üzlәşdirilmiş, nә dә mәhkәmә istintaqı zamanı onların dindirilmәsi tәmin edilmәmişdir.

4. İş üzrә xeyli ziddiyәtli mәqamlar olmuşdur ki, bunlar da nә ibtidai istintaq, nә dә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәll edilmәmişdir. Belә ki, Tofiq Mirzәyev hadisә ilә bağlı ilk dәfә şikayәtlә müraciәt edәrkәn qeyd etmişdir ki, yaşadığı evdәn oğurluq olmuşdur. O, yuxudan oyandıqdan sonra 3 nәfәrin hәyәtdәn qaçdığını görmüş, sonra divar şkafının dağınıq olduğunu görüb şkafın içәrisinә baxdıqdan 150 manat pulun oğurlandığını gördüyünü desә dә, bu mәsәlә dә araşdırılmayıb. X5 hadisә yerinә baxış keçirilәrkәn 150 manatın oğurlandığı şkafı (cild 1, sәhifә 8) da göstәrmişdir. Hәmçinin, Tofiq Mirzәyev ilk izahatında (cild 1, sәhifә 11-12) da zor tәtbiq edilmәsi barәdә heç bir mәlumat vermәmişdir. Bu ziddiyyәtlәri dә nә ibtidai istintaq, nә dә birinci instansiya mәhkәmәsi aradan qaldırmayıb. Bundan başqa, zәrәrçәkmiş şәxslәrin vә şahidlәrin ifadәlәrindә göstәrilmişdir ki, tәqsirlәndirilәn şәxslәrin әlindә tapança var idi, dedi evi partladacaq. Zәrәrçәkmiş şәxslәr vә şahidlәrin әlindә tapança olan şәxsin hansı qaydada evi partlada bilmә ehtimalının real hesab edә bilmәsinin mümkünlüyünü dә araşdırılmamışdır. Hәmçinin, iş üzrә özünü tәqdim etmәyәn qadının ***-***-**-** saylı nömrәdәn Daxili İşlәr Nazirliyinin 102 xidmәtinә zәng edәrәk (cild 1, sәhifә 53) döyüldüyünü desә dә, halbuki hәmin nömrәnin sahibi şahid4 xәsarәti olmamış vә sonradan belә ifadә vermәmişdir. Eyni zamanda, digәr raportda Masallı RPŞ-nin CAB-nin baş әmәliyyat müvәkkili Mәnsur Əhmәdov da qeyd etmişdir ki, hadisә zamanı tәqsirlәndirilәn şәxslәrlә evdә olan şәxslәr arasında sözlә mübahisә olub (cild 1, sәhifә 196). Bundan әlavә, apellyasiya şikayәtinin dәlillәrindә göstәrilmişdir ki, bıçağı götürmәkdә mәqsәdi digәr oğurluqlarda olduğu kimi plastik pәncәrәlәri hәmişә hәmin bıçaqla açmaq olmuşdur. Bıçağın hansı mәqsәdlә istifadә edilmәsinә (qapı açmaq, quldurluq vә s.) qiymәt vermәk üçün isә onun hәqiqәtәn hansı formalı olması müәyyәnlәşdirilmәsi, digәr sübutlarla qarşılıqlı tәdqiq edilmәsi әhәmiyyәtli ola bilәrdi ki, bunun üçün dә digәr hadisә zamanı orada olmuş şәxslәrin ifadәlәri zәruri idi. Eyni zamanda, verilәn suala cavabda şahid2 dә Zamana hәmin vaxt Tofiqin evindә heç kimin yaşamadığını dediyini tәsdiq etmişdir. Hәmçinin, tәqsirlәndirilәn şәxslәrin hәr üçü kişi olmaqla әgәr quldurluq cinayәti törәtmәk mәqsәdlәri olmuş olsaydı onlara heç kim mane ola bilmәzdi kimi dә apellyasiya şikayәtlәrindә dәlil göstәrmişlәr. O da qeyd olunmuşdur ki, tәqsirlәndirilәn şәxslәrdәn heç biri latın qrafasında yazıb oxuya bilmәdiklәrini, istintaq zamanı onlara müxtәlif tәzyiq vә tәsirlәr, hәdәlәr gәlindiyindәn vә oğurluqla mәhkәmә mәsuliyyәtinә verilәcәyi vәd edildiyindәn heç bir sәnәdә oxumadan vә özlәri dә oxumadan imza etdiklәrini vә istintaqda adlarından yazılmış ifadәlәri tәsdiq etmәdiklәrini bildirirlәr. Bütün bunlar kompleks halda zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs, zәrәrçәkmiş şәxs T.Mirzәyevin hüquqi varisi Hüquqi varis vә hadisәnin iştirakçısı olmuş şahidlәrin dindirilmәsini zәruri edә bilәrdi vә buna görә işin qismәn (hansı hissәdә olması mәhkәmә baxışında dәqiqlәşdirilmәklә) istintaqla keçirilmәsi mәsәlәsi tәqsirlәndirilәn şәxslәrin mәhkәmә iclasında şәxsәn iştirakı ilә müzakirә edilmәli idi. Xüsusilә vurğulanmalıdır ki, ağır cinayәtlәr üzrә cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti 12 il (144 ay) olmasına baxmayaraq, iş apellyasiya mәhkәmәsinin icraatına 11 il 8 aydan (140 ay) sonra iş apellyasiya mәhkәmәsinin icraatına daxil olmuş (10 il 6 ay ibtidai istintaq vә 11 ay birinci instansiya mәhkәmәsindә icraat, 3 ay buraxılmış prosessual müddәtin bәrpası vә işin apellyasiya mәhkәmәsinә göndәrilmәsi) vә hәmin vaxt cinayәt mәsuliyyәtinә cәlb etmәnin bitmәsinә cәmi 4 ay 13 gün qalmışdır. Bu müddәtdә isә yuxarıda sadalanan mәsәlәlәrin hәll edilmәsi isә mümkünsüz olmuşdur. Cinayәt işinin icraatının dayandırıldığı 10 il 2 aydan çox müddәt әrzindә nә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokuror, nә dә müstәntiq әmәliyyat-axtarış fәaliyyәti ilә bağlı heç bir göstәriş vermәmiş vә tәdbir görmәmişdir. Hәtta onlar tәrәfindәn әmәliyyat-axtarış tәdbirlәrinә dair aidiyyәti orqanlara adi sorğu belә göndәrilmәmişdir ki, bu da әsassız olaraq ağır cinayәt hadisәsi üzrә başlanılmış cinayәt işinin istintaqının müddәtinin axımına sәbәb olmuş vә әhәmiyyәtli dәrәcәdә tәsir etmişdir. Birinci instansiya mәhkәmәsindә isә işә baxılarkәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә zәrәrçәkmiş şәxs T.Mirzәyevin hüquqi varisi Hüquqi varis mәhkәmә iclaslarına gәlmәmiş, onların mәcburi iştirakının tәmin edilmәsi mәqsәdi ilә mәcburi gәtirilmәyә dair qәrarlar qәbul olunaraq aidiyyәti üzrә Bakı şәhәri Nәsimi vә Xәtai rayon Polis idarәlәrinә, o cümlәdәn prokurorluqlarına göndәrilmәsinә baxmayaraq, heç bir nәticәsi olmamışdır. Hәmçinin, hadisә zamanı evdә olan şahidlәr dә mәhkәmә iclasına gәlmәmişlәr, şahid5, şahid4 vә şahid6 İxtiyar oğlu barәsindә dә mәcburi gәtirilmәyә dair qәrarlar qәbul edilәrәk әrazi aidiyyәti üzrә Bakı şәhәri Nәsimi rayon Polis idarәsinә vә Masallı rayon Polis şöbәsinә, eyni zamanda hәmin rayonların prokurorluqlarına göndәrilmәsinә baxmayaraq, yenә dә heç bir nәticәsi olmamışdır. Belә olan halda isә apellyasiya mәhkәmәsi müdafiә tәrәfinin qismәn istintaqla mәhkәmә iclasının keçirilmәsinә dair vәsatәtini tәqsirlәndirilәn şәxslәrin etap olunaraq mәhkәmә iclasında şәxsәn iştirakını tәmin etmәklә onların iştirakı ilә müzakirә etmәyә cәhd etmiş, lakin Elektron Mәhkәmә İnformasiya Sistemindә yaranmış nasazlıq (##.##.2026), mәzuniyyәt vә müdafiәçinin mәhkәmә iclasında iştirak etmәmәsi (##.##.2026) әsasları ilә tәxirә salınmış vә buna prosesin heç bir iştirakçısı etiraz etmәmişdir. Sonradan isә müdafiә tәrәfi işә qismәn mәhkәmә istintaqı ilә baxılmasına dair vәsatәtlәrini müdafiә etmәmişdir. Bununla yanaşı, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 müdafiәçisi Hәsәnov İbarәt Əhәd oğlu apellyasiya baxışı zamanı mәhkәmә kollegiyasına vәsatәt tәqdim edәrәk bildirmişdir ki, tәqsirlәndirilәn şәxs2 vә qeyrilәrinin Azәrbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә mәhkum edilmәlәrinә dair Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin hökmündәn tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Hәmin cinayәt hadisәsi ## ###### 2014cü il tarixdә baş vermişdir. Azәrbaycan Respublikası CM-in 75.1.3-cü maddәsinә әsasәn ağır cinayәtin törәdildiyi gündәn 12 il keçdikdә şәxs cinayәt mәsuliyyәtindәn azad edilmәlidir. Hәmin Mәcәllәnin 75.2-ci maddәsinin tәlәbinә görә müddәtlәr, cinayәtin törәdildiyi gündәn ittiham hökmünün qanuni qüvvәyә mindiyi anadәk hesablanır. tәqsirlәndirilәn şәxs2 vә digәrlәri barәdә hazırkı cinayәt hadisәsinin baş vermәsindәn artıq 12 ildәn çox müddәt keçmişdir. Belә olan halda mәhkum tәqsirlәndirilәn şәxs2 vә elәcә dә digәr mәhkumlar, tәqsirlәndirilәn şәxs3 vә tәqsirlәndirilәn şәxs1 qanunda ağır cinayәtlәr üçün nәzәrdә tutulmuş 12 il müddәti ötdüyündәn cinayәt mәsuliyyәtindәn azad edilmәlidirdlәr. tәqsirlәndirilәn şәxs2 vә elәcә dә digәr mәhkumlar, tәqsirlәndirilәn şәxs3 vә tәqsirlәndirilәn şәxs1 ağır cinayәtlәrә görә nәzәrdә tutulmuş 12 (on iki) il müddәtinin ötmәsi sәbәbindәn cinayәt mәsuliyyәtindәn azad olunmalıdır. Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.3-cü maddәsinә әsasәn, cinayәt mәsuliyyәtinә cәlbetmә müddәtinin dayandırılması halları istisna edilmәklә, cinayәt mәsuliyyәtinә cәlbetmә müddәtlәri keçdikdә cinayәt işi üzrә icraata xitam verilmәlidir. Hәmin Mәcәllәnin 43.3-cü maddәsinә әsasәn isә, mәhkәmә baxışının gedişindә tәqsirlәndirilәn şәxsә qarşı cinayәt tәqibinә, bu Mәcәllәnin 39.1.3, 39.1.5, 39.1.12 vә 40.2-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda müdafiә tәrәfinin razılığı ilә xitam verilmәsi barәdә mәhkәmә qәrar çıxarmağa haqlıdır. Mәhkәmә kolegiyası yuxarıda qeyd olunanlara әsasәn hesab edir ki, hazırkı iş üzrә CMin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdiyindәn vә tәqsirlәndirilәn şәxslәr özlәrini ittiham olunduqları maddәlәrlә tәqsirli bilmәdiklәrindәn, eyni zamanda onlara verilmiş ittiham işin digәr sübutları ilә tәsdiq olunduğundan, müdafiә tәrәfinin yalnız tәqsirlәndirilәn şәxslәrin 29,177.2.1 vә 29,177.2.3-cü maddәlәrlә tәqsirli bilinәrәk, hәmin cinayәt әmәli üzrә cinayәt mәsuliyyәtindәn azad olunmasına razılığı olduqlarından, onların barәsindә tәqsirli bilindiklәri CM-in 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri ilә başlanılmış cinayәt tәqibi üzrә onlara cәza tәyin edilmәmәli vә cinayәt mәsuliyyәtindәn azad olunmalıdırlar. Belә olan halda isә tәqsirlәndirilәn şәxs3 barәsindә hәmçinin Cinayәt Mәcәllәsinin 66.5ci maddәsinә әsasәn cinayәtlәrin mәcmusu qaydasında cәza tәyin olunmasına dair müddәalar da Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündәn xaric olunmalıdır. Belәliklә mәhkәmә kollegiyası hesab edir ki, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 müdafiәçisi Hәsәnov İbarәt Əhәd oğlu, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 müdafiәçisi müdafiәçi5 vә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 müdafiәçisi X8 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri tәmin edilmәmәli, Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dәyişdirilmәli, Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 44.2.1-ci maddәsinә әsasәn cinayәt mәsuliyyәtinә cәlb etmә müddәtlәri keçdiyinә görә tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 tәqsirli bilindiklәri Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri, habelә tәqsirlәndirilәn şәxs3 barәsindә Cinayәt Mәcәllәsinin 66.5-ci maddәsinә әsasәn cinayәtlәrin mәcmusu qaydasında cәza tәyin olunmasına dair müddәalar Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündәn xaric edilmәli vә onlar cinayәt mәsuliyyәtindәn azad edilmәli, tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 barәsindә seçilmiş hәbs qәtimkan tәdbirlәri lәğv edilmәli vә onlar dәrhal mәhkәmә iclas zalında hәbsdәn azad olunmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci vә 407.2-ci maddәlәrini rәhbәr tutaraq Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyası

QƏRARA ALDI:

Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs2 müdafiәçisi Hәsәnov İbarәt Əhәd oğlu, tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs1 müdafiәçisi müdafiәçi5 vә tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs3 müdafiәçisi X8 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri tәmin edilmәsin. Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dәyişdirilsin. Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 44.2.1-ci maddәsinә әsasәn cinayәt mәsuliyyәtinә cәlb etmә müddәtlәri keçdiyinә görә tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 tәqsirli bilindiklәri Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri, habelә tәqsirlәndirilәn şәxs3 barәsindә Cinayәt Mәcәllәsinin 66.5-ci maddәsinә әsasәn cinayәtlәrin mәcmusu qaydasında cәza tәyin olunmasına dair müddәalar Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündәn xaric edilsin vә onlar cinayәt mәsuliyyәtindәn azad edilsinlәr. tәqsirlәndirilәn şәxs3, tәqsirlәndirilәn şәxs2 vә tәqsirlәndirilәn şәxs1 barәsindә seçilmiş hәbs qәtimkan tәdbirlәri lәğv edilsin vә onlar dәrhal mәhkәmә iclas zalında hәbsdәn azad olunsunlar. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan elan olunduğu gündәn Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 410-cu maddәsindә göstәrilәn müddәtlәrdә Şirvan Apellyasiya Mәhkәmәsinin vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar