Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-133/2026 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), X1 və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs- təqsirləndirilən şəxs2, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakı ilə. ## ######## 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ** saylı yataqxana, mənzil 85 ünvanında yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 (dörd) ay 30 (otuz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## ##### 2024-cü il tarixdə yuxarıda göstərilən hökm üzrə cəza müddəti başa çatmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli ## ###### 2025-ci il tarixindən hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda həmin hökm üzrə cinayət cəzası çəkən, hazırkı işlə bağlı ## #### 2025-ci il tarixdən həbsdə saxlanılan; təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi: İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, təqsirləndirilən şəxs2 tanışları X4 və təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, ## #### 2025-ci il tarixdə saat 19 radələrində “EN1 Rent A Car”a məxsus ## #### 2025-ci il tarixli icarə müqaviləsi əsasında etibarnamə ilə idarə etdiyi “Kia Forte” markalı **VJ*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Beştalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı küçədən sonuncuya məxsus 400 manat dəyərində 01 baş qoyunu avtomobilin baqajına qoyub gizli olaraq talamaqla oğurluq etmişdir Məhkəmənin ittiham hökmü ilə (hakim X3) təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixə qədər tutulduğu 02 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və 02 (iki) gün 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasının əvvəli ## ###### 2025-ci ildən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs1 ## ###### 2025-ci il tarixindən etibarən həbsdə saxlanıldığı 01 (bir) ay 11 (on bir) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış, alınan 02 (iki) ay 22 (iyirmi iki) gün yuxarıda qeyd olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.30-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təyin edilmiş cəzadan narazıdır. O, Füzuli rayonundan məcburi köçkündür, məhkəmə tərəfindən verilmiş cəza ilə bağlı cinayət işində olan qanunun pozuntularına görə işinə yenidən baxılması xahiş olunur. III. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2 qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təyin olunmuş cəzanın yüngülləşdirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə apellyasiya şikayətlərinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndiirlən şəxs apellyasiya şikayətində təyin olunmuş cəzanın ağırlığını ifadə etməklə, CPM-in 404-cü maddəsinin tələblərinin pozulmasını iddia etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs2 əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan və müdafiə tərəfinin çıxışından görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 (dörd) ay 30 (otuz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## ##### 2024-cü il tarixdə yuxarıda göstərilən hökm üzrə cəza müddəti başa çatmışdır. təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törətdiyi üçün, onun əməli CM-nin 18.1 maddəsinə əsasən residiv yaratmış və həmin hal Cinayət Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Bundan başqa müəyyən olunur ki, təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli ## ###### 2025-ci il tarixindən hesablanmaqla 01 (bir) il 06 ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində saxlanıldığı 2 gün həmin cəzaya daxil edilməklə, üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. O, hazırda həmin hökm üzrə cəza çəkir. Göründüyü kimi, onun islaholunmaz xarakerə malik olması əsas verir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın yüngülləşdiriməsi cəza siyasətinin məqsəd və prinsiplərinə zidd olar. Bu səbəblə apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya baxışında müəyyən olunmuşdur ki, məhkəmə təqsirləndirilən şəxs2 cəza təyini zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəzaların toplanması qaydasında səhvə yol vermişdir. Belə ki, təqsirləndirilən şəxsə əvvəlki hökm üzrə qəti cəza 01 il 06 ay müddət olmuş, şübhəli şəxs qismində saxlanıldığı 2 gün həmin cəzaya daxil edildməklə üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. CM-in 66.5-ci maddəsinə əsasən yalnız təyin olunmuş qəti cəza yeni hökm üzrə təyin olunmuş qəti cəza ilə tam və ya qismən toplanılmalıdır. Odur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu müddətlərə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli hökmü ilə müəyyən olunmuş ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixə qədər 2 gün, yeni hökm üzrə ## #### 2025-ci il tarixdən ## #### 2025ci il tarixə qədər 02 gün, cəmi 04 gün müddətin bir günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə hesablanmaqla ona təyin edilmiş qəti cəzaya daxil edilməli və təqsirləndirilən şəxs2 üzərində 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403.0.1.-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan hal hesab edilir. Həmin Məcəllənin 399.1.4-ci maddəsinin tələbi üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarındandır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, lakin Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 403, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü cinayətlərin məcmusu üzrə cəzaların toplanılması hissəsində dəyişdirilsin. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu müddətlərə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli hökmü ilə müəyyən olunmuş ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixə qədər 2 gün, yeni hökm üzrə ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixə qədər 02 gün, cəmi 04 gün müddətinbir günüAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə hesablanmaqla ona təyin edilmiş qəti cəzaya daxil edilsin və təqsirləndirilən şəxs2 üzərində 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-133/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-133/2026
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver