Məhkəmə qərarları › İş №1(3-9)-135/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-135/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-135/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), oğlu Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi (vəkil) Nümayəndə, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakimlər X2 (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə) ilə ## ###### 2000-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla yaşamış, ## ### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X35 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, ## ### 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ailə üzvləri ilə birgə yaşadığı Lənkəran rayonu, Vilvan kəndində yerləşən babasından qalma fərdi yaşayış evindən özünün və ailə üzvlərinin çıxarılmalarını tələb etməsi və bununla bağlı uzun müddət ərzində məhkəmə çəkişmələri olması səbəbindən münasibətləri pozulmuş, örüş sahəsindən evinə qayıdan əmisi X14 ilə ## ### 2025-ci ildə saat 20 radələrində, yaşadıqları Lənkəran rayonu, Vilvan kəndinin əkin və örüş sahələrinə gedən torpaq yolda görüşüb yaşadıqları evin onlardan alınması iddiasından daşındırması barədə piyada yol gedə-gedə söhbət edərkən yaranmış mübahisə zamanı ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyi və onunla əlbəyaxa olduğu üçün qəzəblənərək şəxsi münasibətlər zəminində qisas alıb xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi, istintaqa və məhkəməyə məlum olmayan bıçağı əynindəki şalvarının cibindən çıxarıb xüsusi əzab və iztirab verməsini dərk etdiyini bilərək, müstəsna dərəcədə rəhmsiz və qəddarcasına, yəni xüsusi amansızlıq nümayiş etdirərək sağ əlindəki bıçaqla qəsdən onunla üzbəüz dayanmış Vəliağa Səbziyevin həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə bıçaqla qəsdən ardıcıl zərbələr endirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin İ-II barmaqlararası nahiyəsində 1 ədəd, sağ bazu 1 ədəd, sağ qoltuqaltı 1 ədəd, boyunun sağ səthində 2 ədəd, boyunun ön səthində 2 ədəd, döş qəfəsinin aşağı 1/3-nin sol ön səthində 1 ədəd, onurğa sütununun döş şöbəsində 1 ədəd, başın ənsə nahiyəsində 1 ədəd kəsilmiş və kəsilmişdeşilmiş yaraları, həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, ölümünə səbəb olan döş qəfəsi və qarın boşluğuna nüfuz edən 5 ədəd kəsilmiş-deşilmiş yaralar, hər iki ağciyəri, ürəyi, nazik və yoğun bağırsaqları zədələyən kor yarası, plevra boşluğunda (1200 ml) qanaxma, sağ yuxu arteriyası, qida və nəfəs borusunun zədələnməsi (kəsilib-deşilməsi), kəskin qanitirmə, sol ürək mədəciyinin endokard qişasının altına xırda qansızmalar, daxili orqanların və toxumaların azqanlılığı olmaqla, ümumilikdə 15 (on beş) ədəd xəsarətlər yetirərək qəsdən xüsusi amansızlıqla Vəliağa Səbziyevi öldürüb qəsdən həyatdan məhrum etmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə xitam verilməklə təqsirləndirilən şəxsin əməlinin həmin məcəllənin 122.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində ədalətli cəzanın təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə da apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ona təyin olunmuş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası çox aşağı həddə olduğuna görə ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində deyilir, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən üsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla həyatdan məhrum etmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispazisiyasından da göründüyü kimi şəxs xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla həyatdan məhrum edilməlidir ki, bu maddənin təsiri ilə əhatə olunsun. Cinayət işinin hallarından göründüyü kimi belə bir hal yoxdur. Əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmasını qanunvericilik konkret olaraq müəyyənləşdirmişdir. Cinayətin gizlədilməsi məqsədilə meyitin məhv edilməsi və ya hissələrə parçalanması xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istəyərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə, onun əməli CM-in 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa, zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-in müvafiq maddəsi ilə də tövsif edilməlidir. Qəsdən adam öldürmə cinayətləri zamanı xarakterinə görə bir neçə şəxsi həyatdan məhrum etmə xüsusiyyətinə malik olan yandırmaq, partlatmaq, zəhərləmək, dağıtmaq, qəzalar törətmək və sairə bu kimi üsul və vasitələrdən istifadə edilsə də, qəsdin yönəldiyi şəxsdən əlavə digər şəxsin həyat və sağlamlığı üçün real təhlükə istisna edilməklə bərabər bu xüsusat təqsirkar tərəfindən dərk olunduqda, yalnız seçilmiş üsula görə əməl ümumi təhlükəli üsulla törədilmiş qəsdən adam öldürmə cinayəti kimi tövsif edilə bilməz. Məsələn, təqsirkar özündən və zərərçəkmiş şəxsdən başqa heç kimin olmadığı dərin xəndəyin içərisində, bu hal ona aşkar surətdə məlum olduğu vəziyyətdə odlu silahdan avtomatik rejimdə atəş açmaqla zərərçəkmişi qəsdən öldürürsə, digər şəxsin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olmadığından əməlin ümumi təhlükəli üsulla törədilməsi əlaməti üzrə tövsif olunması üçün də əsas yaranmır. Partlatmaqla, yandırmaqla və digər ümumi təhlükəli üsulla adam öldürmə özgə əmlakının məhv edilməsi ilə müşayiət olunarsa, təqsirkarın əməli CM-in 120.2.4-cü maddəsi ilə yanaşı, özgə əmlakının məhv edilməsinə görə məsuliyyət nəzərdə tutan CMin 186 və 349cu maddələri ilə də tövsif edilməlidir. Əməlin xüsusi amansızlıqla adam öldürmə (CM-in 120.2.4-cü maddəsi) əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır burada söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Nəzərə almaq lazımdır ki, qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Xüsusi amansızlıq həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, məsxərəyə qoyulması və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar (çoxlu miqdarda bədən xəsarətləri yetirilməsi, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət yeməkdən, sudan məhrum edilməsi və s.) yetirilməsində ifadə oluna bilər. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədildiyini sübut edir. Lakin təqsirkarın zərərçəkmiş şəxsi tez bir zamanda öldürmək niyyəti ilə ona çoxlu sayda bədən xəsarətləri yetirməsi hər bir halda xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz Xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi ezab verdiyini dərk etdiyi halda öldürməsində də ifadə oluna bilər (adı çəkilən Plenum qərarının 8-ci bəndi). Yaxın adamlar zərərçəkmiş şəxsi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Bu cür xüsusi amansızlıq ərin öz arvadının, yaxud uşaqların öz valideynlərinin gözü qarşısında öldürülməsində və s. ifadə oluna bilər. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarma xüsusi əzab verdiyini dərk etməlidir. Cinayətin törədilmə üsulu və şəraiti nəzərə alınmaqla bədən xəsarətləri yetirilən və çoxlu qan itirən zərərçəkmiş şəxsi ona kömək göstərilməsinin qarşısını alaraq onun əzablarını artırmaqla öldürmə, habelə həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq zərərçəkmiş şəxsi öldürmə xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməlidir.Cinayəti gizlətmək məqsədi ilə meyiti məhv etmək və yaxud hissələrə parçalamaq təqsirkarın əməlini xüsusi amansızlıqla adam öldürmə kimi tövsif etməyə əsas vermir. Meyit üzərində təhqiredici hərəkətlər, onun məsxərəyə qoyulması, əgər adam öldürmə ərəfəsində və ya adam öldürmə prosesində xüsusi amansızlıq edildiyini təsdiq edən hallar yoxdursa, xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilməz. Bu halda təqsirkarın əməli CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin müvafiq bəndi və 245-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Əgər təqsirkarın əməlində xüsusi amansızlıq əlamətləri yoxdursa, təqsirkarın zərərçəkmiş şəxsi öldürdükdən sonra onu yeməsi (kannibalizm) də xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz. Belə halda əməl tamah məqsədi ilə qəsdən adam öldürmə kimi CM-in 120.2.5-ci maddəsi ilə tövsif edilməlidir. Xüsusi amansızlıqla adam öldürmə niyyəti ilə hərəkət edən təqsirkarın ilk zərbəsindən zərərçəkmiş şəxsin həyatdan məhrum olmasına baxmayaraq, təqsirkar onu ölmüş hesab etməyərək meyitin üzərində təhqiredici hərəkətlərini davam etdirərsə, onun əməli xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməlidir. Əməl o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. “Xüsusi amansızlıq” anlayışı tibbi yox, hüquqi anlayış olduğuna görə onun müəyyən edilməsi məhkəmə tibb ekspertizasının deyil, istintaq və məhkəmə orqanlarının səlahiyyətinə daxildir. Zərərçəkmiş şəxsə əzab verməkdə, yaxud onunla işgəncə hesab olunmayan qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftarda ifadə olunan xüsusi amansızlıqla adam öldürmə təqsirkarın qəsdi ilə əhatə olunduğuna görə əməlin əlavə olaraq CM-in 133-cü və ya 293.1-ci maddəsi ilə tövsif edilməsi tələb olunmur. Zərərçəkmiş şəxs CM-in 293-cü maddəsində nəzərdə tutulan mənada işgəncə nəticəsində xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edildikdə də təqsirkarın əməli CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməlidir, çünki işgəncə bu halda da xüsusi amansızlığın ifadə forması kimi çıxış edir (CM-in 293-cü maddəsinin şərhinə bax). Əməlin ümumi təhlükəli üsulla törədilməsi zamanı adam öldürmə (CM-in 120.2.4-cü maddəsi) təqsirkarın hər hansı şəxsi öldürməyə yönəldilmiş qəsdi həyata keçirərkən tətbiq etdiyi üsulun zərərçəkmiş şəxslə yanaşı bir neçə şəxsin həyatı və sağlamlığı üçün də təhlükə törətdiyini dərk etdiyi hallarda mövcud olur. Təqsirkarın əməli o halda ümumi təhlükəli üsulla adam öldürmə kimi tövsif olunur ki, tətbiq edilən üsul nəinki zərərçəkmiş şəxsin, həm də başqa şəxsin (şəxslərin) də həyatı və sağlamlığı üçün təhlükə törədir. Ümumi təhlükəli üsulla aşağıdakılar aid edilə bilər: yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, nizamsız atəş açmaqla və s. adam öldürmə. Tətbiq edilən üsulun başqa şəxslərin də həyatı və sağlamlığı üçün təhlükə törətdiyi təqsirkarın istifadə etdivi alətlərlə yanaşı, qətlin törədilmə şəraiti və yen ilə də müəyyən olunur. Məsələn, hər hansı konkret şəxsi öldürmək niyyətilə təqsirkar avtomobili həmin şəxsin dayandığı bir dəstə adamın üzərinə sürür. Lakin tək dayanan şəxsi belə üsulla öldürmə CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilə bilməz. Əməlin ümumi təhlükəli üsulla adam öldürmə kimi tövsif edilməsi üçün başqa şəxsin (şəxslərin) hayatı və sağlamlığı üçün yaranan təhlükə xəyali devil, real olmalıdır. Təhlükənin real təhlükə hesab edilməsi cinayətin konkret törədilmə şəraiti ilə müəyyən edilir. Məsələn, bir dəstə adamın içərisində davanan şəxsi odlu silahı onun bədəninə dayayaraq, yaxud yaxın məsafədən (məsələn, 1 metrdən) atəş açmaqla öldürmə CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilə bilməz. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, həmin maddədə deyilir, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadələrində göstərdi ki, zərərçəkmiş şəxs onu nəlayıq söyüşlərlə (ana söyüşü) söyərək təhqir etmiş, təqsirləndirilən söyüş söyməməsini bildirmiş, lakin zərərçəkən ona məhəl qoymadan söyüşləri davam etdirmişdir və bundan sonra zərərçəkmişin bu ağır təhqirləri nəticəsində onda qəflətən güclü ruhi həyəcan (affekt) vəziyyəti baş vermiş və nəticədə ölümlə nəticələnmişdir. Belə ki, cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının **** nömrəli ##.##.2025-ci il tarixli rəyindən görünür Təqsirləndirilən şəxs qıcığa qarşı tez reaksiya vermək, emosionallıq, neqatiy amillərin təsirinə qarşı dözümsüzlük, hirslilik, emosional reaksiyalara meyillilik, söz götürməmək və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Ekspert rəyində göstərilən bu kimi fərdipsixoloji xüsusiyyətlər hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs güclü ruhi həyəcan (affekt) vəziyyətinin yaranmasına səbəb ola biləcək xüsusiyyətlərdir. Müdafiə tərəfi olaraq birinci instansiya məhkəməsində, ekspert qarşısında “zərərçəkmiş şəxsin qanunazidd hərəkətləri, yəni ağır söyüş söyməsi cinayətin baş verməsinə birbaşa səbəb ola bilərdimi? kimi sualın qoyulması təklif olunmaqla iş üzrə əlavə stasionar məhkəməpsixiatrik və psixoloji ekspertizasının təyin edilməsi və keçirilməsi barədə qərar qəbul edilməsinə dair vəsatət verilsə də, lakin heç bir əsas olmadan vəsatət təmin edilməmişdir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etmiş, medallarla təltif olunmuşdur və bu hallar CM-in 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallardır. Həmçinin məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinə əsasən, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2026-cı il tarixli hökmü qanunsuz və ədalətsizdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə verilmiş ittihamla heç vaxt razı olmamış və hesab edir ki, onun əməli həmin maddədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xüsusi amansızlıqla qəsdən adam öldürmə maddələrinə tövsif edilməli və cinayət işi üzrə istintaq həmin maddələrlə aparılmalıdır. Çünki, bu, sıradan adi bir oğurluq və ya dələduzluq işi deyil, xüsusi amansızlıqla törədilmiş, həm Vilvan kəndində, həm ətraf kəndlərdə olduqca böyük səsküyə səbəb olmuş xüsusilə ağır cinayətdir. Həmin cinayət işinin ibtidai istintaqının Lənkəran rayon prokurorluğu tərəfindən ciddi qanun pozuntuları ilə aparılaraq cinayətin törədildiyi maddi sübut (və ya sübutlar) əldə edilmədən, iş üzrə obyektiv, hərtərəfli istintaq aparılmadan, cinayətin bütün iştirakçıları müəyyən edilmədən tələm-tələsik şəkildə yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi, məhkəmə istintaqının da yuxarıda qeyd edilən ciddi qanun pozuntuları ilə aparılaraq tələm-tələsik şəkildə hökm çıxarılması hamıda təəccüb və təəssüf doğurmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə qabaqcadan əlbir olmaqla bu cinayəti törətmiş bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri, təqsirləndirilən şəxsin əməlinin CM-in 120.2.4-cü maddəsindən eyni Məcəllənin 120.2.4 və 120.2.1-ci maddələrinə tövsif edilməsi və həmin maddələrlə ona yeni ittiham elan edilərək istintaqının aparılması barədə qərar qəbul edilməsinə dair vəsatətlərimiz əsassız rədd edilmiş, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin, onun ailə üzvlərinin ifadələri eyni məzmuna uyğunlaşdırılaraq cinayət məsuliyyətindən kənarlaşdırılmaları üçün demək olar ki, bütün məsələlər onların xeyrinə həll edilmiş, zərərçəkmiş tərəf olaraq bizim verdiyimiz və iş üçün mühüm əhəmiyyət kəsb edən ifadələrə isə qeyri-ciddi yanaşılmış, onlara yalnız fərziyyə, ehtimal kimi yanaşılmış, nəticədə bir sıra vacib məsələlər ümumiyyətlə araşdırılmamış qalmışdır. Şikayət olunan hökmdə göstərilir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, çöl sahəsində mərhum əmisi Vəliağa Səbziyev ilə ## ### 2025-ci il tarixdə, saat 19:00-20:00 radələrində rastlaşmış, yol gedə-gedə mübahisəli evlə bağlı söhbət etmişlər, əmisi onun ünvanına söyüş söyməyə başlamış və əlindəki torbanın içindən bıçağı çıxardıb onu vurmaq istədikdə o, özünü müdafiə etmiş, bıçağı sağ əli ilə tutmuş, həmin bıçağı Vəliağa Səbziyevin əlindən alaraq onu vurmuşdur. O, Vəliağaya neçə bıçaq zərbəsi vurmasını dəqiq xatırlamır, amma bıçağın onun əlində 5-6 saniyə qalmasını xatırlayır. Onun Vəliağanı öldürmək niyyəti olmamış, lakin onun ailəsinin ünvanına söyüş söydüyü üçün Vəliağanı vurmuşdur. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, Vəliağa Səbziyevlə aralarında mübahisə onun ünvanına söyüş söyməsinə görə yaranmışdır. Uzun illərdir ki, əmisi ailəsini evlərindən çıxartmaq istəyir. Bu problemlərlə bağlı çox saylı məhkəmə iclasları olsa da yekun məhkəmə qərarı olmamışdır. Atası ondan əvvəl əmisi Vəliağa ilə söhbət etsə də nəticəsi olmamışdır. Hadisə günü o, özlərinə məxsus torpaq sahəsində olan 6-7 baş mal-qaranı gətirmək üçün sahəyə gedərkən yolda əmisi ilə rastlaşmış, o, əmisi ilə mübahisə edərkən kənardan heç kim onlara müdaxilə etməmiş, üzərində heç bir kəsici və deşici aləti olmamışdır. Mübahisə vaxtı özündə olmadığı üçün Vəliağanın bədəninin hansı nahiyəsinə, neçə bıçaq zərbəsi yetirməsini xatırlamır. Vəliağa yerə yıxıldıqdan sonra oradan çıxıb getmişdir. Bıçağı hadisədən sonra su kanalına tullamışdır. Özündə olmadığından təcili tibbi yardıma məlumat verməmiş, hadisədən sonra evlərinə gedib paltarını dəyişmiş, qardaşına zəng edib, onu Bakı şəhərinə aparmasını istəmişdir. Həmin vaxtı evdə yalnız anası olmuş, hadisə barədə anasına heç nə deməmiş, paltarını dəyişdikdən sonra qardaşı ilə Ələt qəsəbəsinə kimi getmiş, orada avtomobildən düşərək qardaşından ayrılmış, həmin yerdən taksi ilə Bakı şəhərində olan hava limanına getmiş və onu orada tutmuşlar. Əmisinin ölməsini polis əməkdaşları tərəfindən Lənkəran şəhərinə gətiriləndən sonra bilmişdir. Cinayəti tək törətmiş, əmisini öldürdüyünə görə qismən peşmandır, onun əvvəldən əmisini öldürmək niyyəti olmamışdır, o əmisini bıçaqla vurmasaydı, əmisi onu bıçaqla vuracaqdı. O, həyatı dərk edəndən əmisi ilə atası arasında mübahisə görmüşdür. Istintaq zamanı bıçaqla bağlı qeyd etdiklərini özündən uydurmuş, onun üzərində bıçaq olmamışdır. O, 44 günlük Vətən Müharibəsi zamanı kontuziya aldığı üçün özündə olmamış, Vəliağanın onun üzərinə niyə bıçaq çıxartmasını bilməmiş, birinci zərbəni Vəliağa ona vurmuş, onun əli kəsilmişdir. Vəliağaya arxadan zərbə vurmamış, Vəliağanı öldürmək ona lazım olmamış, o,Vəliağanı bıçaqla vurduqdan sonra o, yerə yıxılmış, özü isə hadisə yerindən uzaqlaşmışdır. Vəliağanın bağırsaqlarının çölə çıxmasını görməmiş, o, Vəliağa ilə əvvəllər söhbət edərkən Gülağa adlı əmisi də onların yanlarında olmuş, həmin vaxtı ona heç bir kobud sözlər deməmişdir. Əvvəllər Vəliağa atasının qabağına tüfənglə çıxıb onu vurmaq istəmişdir. Vəliağa ilə danışmaqda məqsədi aralarında barışıq olmasını istəməsi olmuşdur. Hadisə yerinə o, mal-qaraya görə getmişdir. Vəliağa ilə olan problemlər barədə əmisi Gülağa ilə danışmış, Vəliağa, Gülağa və o, bir yerdə söhbət etmişlər. Təklikdə isə Qulu adlı əmisi ilə danışmışdır. Qardaşı onu Bakı şəhərinə aparanda qardaşına demişdir ki, işləməyə gedir. O, vəziyyətdə deyilmiş ki, könüllü olaraq gedib polisə təslim olsun. Hava limanında birinci uçuşun hara olmasından asılı olmayaraq bilet alacaqdı, birinci uçuş Qazaxstana olduğu üçün ora bilet almışdır. Biletin alınmasına ödədiyi 800 manat məbləğində pulu bankdan götürdüyü kredit pulundan olmuşdur. Pulu həm nağd şəkildə, həm də plastik bank kartı vasitəsi ilə ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilərkən göstərmişdir ki, təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. X10 atasıdır, hadisə baş verən vaxtı kənddə olmamışdır, Şəmkir rayonunda işdə olmuşdur. Axşam tərəfi dostu ona zəng edib atasının avtoqəza keçirdiyini demişdir. Yaşadığı evə gələrkən atasının Vəliağanı əmisi oğlu Elşən öldürmüşdür. Əvvəllər atasını əmisi Hüseynqulu ölümlə təhdid etmişdir. Atası Vəliağa qardaşı Hüseynqulunun evdən çıxmasını tələb etməmiş, Hüseynqulu atamı babalarından qalan həyətə görə məhkəməyə vermişdir. Əmim Hüseynquluya müvəqqəti olaraq həmin evdə yaşamaq hüququ verilmişdir ki, ona ayrılmış torpaqda ev tiksin və ora köçsün. Yaxın qohum olsaq da heç vaxt get-gəllərimiz olmamışdır. Hüseynqulunun evinə 30 il olar ki, bizim gediş-gəlişimiz yoxdur. Həmin köhnə evin yerləşdiyi torpaq ərazisi 8 sotdur və əmisi Quluya məxsusdur. Əmisi Hüseynqulunun kənarda torpağı var. 2019-cu ildə Hüseynqulu tərəfindən ailəmizə qarşı məhkəmədə iddia qaldırılmışdır. Atası Vəliağanı əmisi Hüseynqulu və onun arvadı Aidə ölümlə hədələmiş, ona görə də məhkəmə istintaqı zamanı tələb etmişdir ki, cinayət işi ibtidai istintaqa qaytarılmalı və bu cinayəti törətməkdə Elşənlə əlbir olan şəxslər müəyyən edilməlidir. Hadisədən sonra Elşənin valideyinləri yas mərasiminə gəlməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, barəsində ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid4 ifadəsində bildirmişdir ki, Elşən onun oğlu, Vəliağa isə qardaşıdır. Hadisə günü, yəni ## ### 2025-ci il tarixdə səhər saatlarında o, pay torpağında əkdiyi çiyələk sahəsinə qulluq etmək üçün getmiş, saat 12:00 radələrində ot biçən traktorun sürücüsü onun mobil telefonuna zəng vurub ot biçməyə gələcəyini dediyi üçün yaşadığı Vilvan kəndində fəaliyyət göstərən “Vilvan” restoranının yaxınlığına getmiş, ot biçən traktora əyləşərək Lənkəran rayonunun Cil kəndində yerləşən ot sahəsinə getmişdir. Otu biçdikdən sonra saat 16:00 radələrində yenə “Vilvan” restoranının yaxınlığında ot biçən traktorundan düşüb evə getmişdir. Elşən müharibədə iştirak etdiyindən səhhətində müəyyən problemlər yarandığı üçün yuxudan gec oyanırmış. Ona görə də əvvəlcədən Elşənə demişdir ki, o, həmin sahəyə gedib heyvanları gətirsin, özü isə başqa bağa gedəcəkdir. Sonradan özü yenidən çiyələk bağına qayıtmışdır. Evdə demişdir ki, Elşən evə gəlsə, çiyələk bağına su vermək üçün onun yanına gəlsin. Daha sonra yoldaşı Aidə ona zəng edərək, evə gəlməsini, Elşənin buzovları evə gətirdiyini, amma iş adı ilə harasa getdiyini demişdir. O, da sahədə işlərini qaydasına qoyana kimi, yoldaşı Aidə sahəyə gələrək, Elşənin həyəcanlı şəkildə iş adı ilə harasa getdiyini demişdir. Daha sonra onlar evə gələrkən görmüşlər ki, polislər yaşadıqları evə gəlmişlər və onları polis şöbəsinə aparmışlar. Vəliağanın ölməsini polis şöbəsində bilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mərhum qardaşı Vəliağa ilə aralarında olan mübahisə 2002-ci ildən başlamışdır. Onun başqa bir torpaq sahəsi var. Qardaşı Vəliağa ona əlavə torpaq sahəsi almamış, mübahisəli torpaq sahəsi atasının mülkiyyətində olmuşdur. Qardaşı ilə aralarında olan mübahisədə onun övladları iştirak etməmiş, qardaşının ölümü onun öz cəzası olmuşdur. Qardaşı heç vaxt onlarla səmimi danışmamış, həmişə onu hədələmiş, Hüquqi varis isə qardaşı Vəliağa üçün tüfəng gətirmiş, o da həmin tüfəngi onun üstünə çəkmişdir. Qardaşının ölümü ona lazım deyildir. Hadisənin baş verdiyi günün səhərisi, polis şöbəsindən axşam vaxtı evə gəlmişlər, ona görə də həmin günü mərhum qardaşının evinə gedib başsağlığı verə bilməmiş, həmçinin qardaşlarından qorxduğu üçün yas yerinə getməmişdir. Elşən müharibədən sonra işləmək üçün Rusiya Federasiyasına gedib gəlmişdir. O, uşaq yaşlarından hər iki valideynini itirib, doğulandan həmin evdə yaşamış, məhkəmənin qərarı ilə ona yaşadığı evdə yaşamaq hüququ verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, mərhum X14 isə qaynıdır. May ayının 29-u saat 14:00 radələrində o, yoldaşı ilə sahəyə ot gətirməyə getmiş, saat 16:00 radələrində evə gəlmişlər, sonra yoldaşı çiyələk sahəsinə getmiş, o, isə evdə qalaraq mal-qara işləri ilə məşğul olmuşdur. Axşamüstü Elşənə atasının yanına çiyələk bağına getməsini demiş, Elşən də etiraz etməmişdir. Bir müddət sonra Elşənin həyətlərində olan su kranında yuyunduğunu görmüş, ondan nə iş gördüyünü soruşduqda, o da dostlarının işlə bağlı ona zəng etdiyini, hazırlaşıb Bakı şəhərinə işləmək üçün gedəcəyini demişdir. Elşən yuyunarkən qaranlıq olduğu üçün üzərində qan ləkəsi, toz-torpaq olmasını görməmişdir. Elşənlə sonuncu dəfə danışarkən o, artıq əynini geyinmiş, getməyə hazır vəziyyətdə olmuşdur. Oğlu getdikdən 1-2 saat sonra polislər onlara gələrək qonşudan inək oğurlandığını deyib əri Hüseynqulunu aparmışlar. Daha sonra onu da polis şöbəsinə aparmışlar, orada bilmişdir ki, Vəliağa ölmüşdür. Oğlu Emin ona Elşəni Bakı şəhərinə aparması ilə bağlı heç bir söz deməmişdir. Ərindən Elşənin çiyələk bağına onun yanına gedib-getməməsini soruşmuş, o da Elşənin onun yanına getmədiyini demişdir. Ona görə də oğlu Eminə zəng vurub Elşəndən xəbəri olub-olmamasını soruşmaq istədikdə telefona Elşən cavab verərək ona narahat olmamasını demişdir. Vəliağa ilə aralarında dəfələrlə evlə bağlı mübahisələri, dava-dalaşları olmuşdur. O, Elşənə Vəliağanı öldürməsini deməmiş, Aşur adlı qaynı yas mərasimində olmasaydı Vəliağagilə yas mərasiminə gedər, oğlunun əvəzindən onlardan üzr istəyər, barışıq əldə etmək üçün hüzür mərasiminə gedərdi. O, heç vaxt heç kimi ölümlə hədələməmişdir. Vəliağa öldürülərkən o və həyat yoldaşı hadisə yerində olmamışlar. Elşən hadisəyə kimi son 3-4 ay kənddə yaşamış, ona kimi Rusiyada yaşamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid7 ifadəsində bildirmişdir ki, Vəliağa Səbziyev onun qaynatası olmuşdur. Qaynatası həmişə olduğu kimi, həmin günü də səhər saatlarında əkin sahəsinə getmiş, adətən saat 20:00 radələrində evə qayıdırmış. Vəliağa evə gəlməli olduğu vaxtdan gec gələndə ona zəng edib səbəbini soruşarmış, hadisə baş verən günü də Vəliağa evə vaxtında gəlmədiyi üçün ona bir neçə dəfə zəng vurmuş, zənglərinə cavab vermədiyi üçün narahat olmağa başlamış və bu barədə qayınanası Asudəyə məlumat vermişdir. Asudə Vəliağanın evə gəlmədiyini görüb qaynıAşurgilə gedib Vəliağanı ondan soruşmuşdur. Aşur Asudəyə demişdi ki, Vəliağa ondan ayrılıb sahəyə getmişdir. Onlar bir qədər də gözləmiş, saat 21:00 radələrində Aşurgilə getmişlər, Aşurla birlikdə avtomobilə əyləşərək sahəyə tərəf getmişlər və Vəliağanın meyitini torpaq yolda aşkar etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vəliağa əkin sahəsindən həmişə eyni vaxta gəlirmiş, gec gələndə ona zəng vurub səbəbini soruşmuş, həmin günü atası əməliyyat olunduğu üçün onun yanına da gedəcəyindən, Vəliağanın gecikdiyini gördüyü üçün ona zəng vurmuş, onun zənglərinə cavab vermədiyi üçün bu barədə ilk əvvəl qayınanasına məlumat vermiş, həmin vaxtı əri Ramin işi ilə əlaqədar Şəmkir rayonunda olmuşdur. O, qayınatasının qardaşı Aşurla birlikdə Vəliağanı axtarmağa başlamışlar, yol boyu Vəliağanın telefonuna zəng vurmuşlar, Vəliağanın telefonunun zənginin səsini eşitdikdən sonra telefonun fanarını yandırıb ətrafı axtarmışlar. Saat 21:00-22:00 radələrində Vəliağanın meyitini dar yolda aşkar etmişlər. Meyitin aşkar edildiyi yerlə yaşadıqları evin arasında piyada məsafə təqribən 5-10 dəqiqə olar. Vəliağa vəhşicəsinə öldürülmüş, onun bir nəfər tərəfindən o, şəkildə öldürülə bilməsinə inana bilmir, xəsarətlər çox dəhşətli olmuşdur. Vəliağanın üzündə və bədənində çox saylı xəsarət olmuş, bağırsaqları çöldə olmuşdur. Aşur yaxınlarına və polisə zəng vurub hadisə barədə məlumat vermişdir. O, şübhələnmişdir ki, Vəliağanı Hüseynqulunun ailə üzvüləri öldürüb, çünki onların Vəliağa ilə həmişə mübahisələri olmuşdur. Onun fikrincə Elşən hadisəni törədərkən tək olmamış, anası Aidə və atası Hüseynqulu da onunla birlikdə olmuşdur. Aidə həmişə onları ölümlə hədələmişdir. Polis şöbəsində bilmişdir ki, Vəliağanı Elşən öldürmüşdür. Vəliağa adətən sahəyə gedərkən özü ilə evdən su aparmış, meyitin yanında tapılan su qabı Vəliağanın evdən apardığı su qabı olmuşdur. Hüseynqulunun ailəsinin peşmançılıq hissi keçirdiyini hiss etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş əmim şahid5 ifadəsində bildirmişdir ki, 2025-ci ilin may ayının 29-u saat 18:00 radələrində qardaşı Səbziyev Vəliağa ilə birlikdə olmuşdur. Onlar birlikdə sahədə olan otları çevirib yığmışlar, bir az keçdikdən sonra qardaşı Vəliağa öz mal-qarasını saxladığı sahəyə getmişdir. Bir qədər sonra Vəliağanın yoldaşı yanına gəlib, Vəliağanın telefon zənglərinə cavab vermədiyini demiş, o da Vəliağanın telefonuna zəng vursa da onun da zənginə cavab veilrməmişdir. Qızı onlarda olduğu üçün onu öz evinə aparmış və evə qayıdarkən görmüşdür ki, Vəliağanın gəlini evlərinin qapısında durub, gəlini ona Vəliağanın evə gəlmədiyini demişdir. Daha sonra gəlinlə birlikdə avtomobilə əyləşib Vəliağanın sahəsinə tərəf getmişlər, telefon fənəri ilə və eyni zamanda Vəliağaya zəng edərək onu axtarmışlar, telefon zənginin səsini eşitmişlər, səsə doğru getdikdə Vəliağanın meyitini görmüşlər. Meyitin ətrafında 3-4 metr məsafədə Vəliağanın telefonu və su butulkası olmuşdur. Daha sonra qardaşına zəng vurub bu barədə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vəliağanın meyitini gördükdən sonra zəng vurub camaatı çağırmışdır. Vəliağanın qarnının yırtıldığını, qollarının kəsildiyini, bədəninin digər nahiyələrində çoxlu kəsiklərin olduğunu görmuş, meyiti görən anda bunun qardaşı Hüseynqulunun ailəsinin edəcəyindən şübhələnmişdir. Vəliağa ona bir neçə dəfə Elşənin ona yolda rast gəldiyini demişdir, hətta özünə də qəribə gəlmişdir ki, niyə Elşən ona tez-tez rast gəlir. Hadisə olan günü də Elşənin Vəliağaya rast gəldiyini xatırlamışdır. Hüseynqulu ilə Vəliağa həmişə mübahisə etmişlər. Hüseyqulunun ailə üzvləri Vəliağanı dəfələrlə ölümlə hədələmişdir. Vəliağanın Elşən və onun atası Hüseynqulu ilə heç bir problemi olmamışdır. Ilk gördüyündə Vəliağanın meyiti arxası üstə olmuşdur. Meyitin yanındakı plastik su butulkası Vəliağanın olmuş, o, özü ilə sahəyə su götürmüşdür. Su butulkası meyitdən 3- 4 metr aralıda olmuşdur. Hesab edir ki, Vəliağa ilə boğuşma və dalaşma baş vermişdir. Yoldaşından və digər qohumlardan eşitmişdir ki, Aidə dəfələrlə onları öldürəcəyi, doğrayacağı ilə hədələmişdir. Məhkəmə istintaqında bizim vəsatətimiz əsasında əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, hadisədən 4-5 gün əvvəl Təqsirləndirilən şəxs anasışahid3 onu yanına çağıraraq, əkin sahələrinin qapısının atasıAşurun ya da ki, əmisi Vəliağanın söküb atdığını, həmin qapının yerinə qoyulmasını, qapının yerinə qoyulmayacağı halda onları, yəni atası ilə əmisini öldürəcəyini, bağırsaqlarını yerə tökəcəyini demişdir. Əmisi Vəliağanı axtarmağa o da getmiş, əmisi Vəliağanın meyidini çox pis vəziyyətdə görmüş, onun bir nəfər tərəfindən öldürüləcəyinə inanmamışdır, bir nəfər əmisini öldürüb o, vəziyyətə sala bilməzdi. Aidənin ona dediklərini əmisi Vəliağaya da demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əmisi Hüseynqulugilin əkin sahəsinin qapısının kimin sökdüyünü bilmir, şahid3 əkin sahəsindəki qapının atası Aşurun, ya da ki, əmisi Vəliağanın sökdüyünü iddia etmişdir. Elşəngillə gediş-gəlişləri olmamışdır. Düşünür ki, Vəliağanı Təqsirləndirilən şəxs deyil, əmisi Hüseynqulu ilə onun arvadı Aidə qətlə yetirmişdir. Çünki, Vəliağa ilə Elşənin arasında heç bir konflikt olmamışdır. Həmçinin əmisi Vəliağa Elşəndən daha cüssəli olmuşdur. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları tərəfindən əvvəlcə şahid4, sonra şahid3, axırda da şahid2 Lənkəran RŞPŞ-nə aparılaraq səhərə qədər orada saxlanılmış, ilkin izahatları alındıqdan sonra isə hələlik məlum olmayan səbəblərdən sərbəst buraxılmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə qardaşı şahid2 onu öz avtomobilinə mindirərək Bakı şəhərinə qaçırmış və o, ölkəni tərk edib Qazaxıstan Respublikasına uçmaq istəyərkən Hava limanında sərhədi keçərkən saxlanılaraq istintaqa təqdim edilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı cinayət işinin baxılmasına Azərbaycan Respublikasının CPM-in 289 və 303-cu maddələrinin tələblərinə əsasən xitam verilməsi və həmin işin yenidən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə” vəsatətlə məhkəmə tərkibinə müraciət edərək həmin cinayət işinin yenidən Lənkəran rayon prokurorluğuna qaytarılması barədə qərar çıxarılmasını xahiş etsək də, nədənsə, vəsatət əsassız hesab edilərək rədd edilmişdir. Ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı dəfələrlə bildirdiyimiz kimi, əsaslı şübhələrimiz vardır ki, təqsirləndirilən şəxs Hüseynov Elşən Hüseynqulu oğlu bu xüsusilə ağır cinayəti tək törətməmişdir və törədə də bilməzdi, əməli cinayət qanunu ilə düzgün tövsif edilməmişdir, onun əməlində təkcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin deyil, həm də CM-in 120.2.1-ci maddəsinin əlamətləri vardır. Belə ki, ibtidai istintaq zamanı: - Maddi sübut olan bıçaq (və ya digər kəsici-deşici alətlər) güya bıçağın atıldığı kanalın dərinliyi təxminən 2 metr olduğuna görə əldə edilərək cinayət işinin materiallarına əlavə edilməsi mümkün olmamışdır, halbuki, təqsirləndirilən şəxsin bıçağı doğrudan da həmin kanala atıb-atmaması tam dəqiqliyi ilə müəyyənləşdirilməmişdir, güman edirik ki, təqsirləndirilən şəxs həmin bıçağı heç kanala atmamışdır, aparıb başqa yerdə gizlətmişdir, hadisədən sonra Respublikanı dərhal tərk edə biləcəyini də diqqətlə planlaşdıraraq və buna inanaraq qardaşı Eminin köməkliyi ilə həmin planı həyata keçirmək üçün real addımlar atıb Bakı şəhərinə, X15 getmış, lakin özündən asılı olmayan səbəblərə görə bu niyyətini başa çatdıra bilməyərək tutulub istintaqa təhvil verilmiş, məhkəmə isə buna heç bir əhəmiyyət verməmişdir; - Ibtidai istintaq zamanı bu cinayətin əsil təşkilatçısı, sifarişçisi, təhrikçisi naməlum səbəblərə görə müəyyən edilməmiş və cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkəmə də buna heç bir əhəmiyyət verməmişdir; - Vəliağa Səbziyev Təqsirləndirilən şəxs tərəfindən xüsusi amansızlıqla öldürülərkən hadisəni görmüş, hadisə barədə məlumatı olan şəxslər ibtidai istintaq zamanı əməliyyataxtarış yolu ilə müəyyən edilməmiş və dindirilməmişlər; - Ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərimizin mərhum atamın Vəliağanın meyiti üzərində çox sayda xəsarət olduğundan təqsirləndirilən şəxs Elşənin Vəliağanı təkbaşına vurmadığı, Elşənin anası Aidə və atası Hüseynqulunun Vəliağanın başına arxadan hansısa alətlə (və ya alətlərlə, məsələn, baltanın küpü və dəhrənin ucu ilə) vurması, Elşənin də onu bıçaqla öndən vurub amansızlıqla qətlə yetirməsi barədə göstərdikləri xüsusatlar araşdırılmamış, Vəliağanın başına arxadan, onurğa sütununa deşici zərbənin məhz hansı alətlə (və ya alətlərlə), kim (və ya kimlər) tərəfindən vurulmasına, Vəliağanın qarnının yırtılaraq bağırsaqlarının kim (və ya kimlər) tərəfindən çölə çıxarılmasına birmənalı aydınlıq gətirilməmiş, məhkəmə də buna əhəmiyyət verməmişdir; - X11 meyiti yuyularkən orada iştirak edənlərin hamısı aşkar surətdə görmüşlər ki, mərhumun başına arxadan ənsə nahiyəsinə təkcə kəsici alətlə deyil, həm də deşici alətlə xəsarət yetirilmişdir, onurğa sütununun ortasında bıçaqla yetirilməsi mümkün olmayan, deşici alətlə yetirilmiş dərin bir yara və digər xəsarət izləri vardır. Bu, açıq-aşkar sübut edir ki, həmin xəsarətlərin Elşən tərəfindən Vəliağaya təkcə kəsici alət olan bıçaqla, eyni zamanda bədəninin müxtəlif nahiyələrinə təkbaşına yetirilməsi qətiyyən inandırıcı deyildir, çünki, adi gözlə də müəyyən etmək olurdu ki, sözügedən xəsarətlər bir yox, birbirindən fərqli bir neçə alətlə yerinə yetirilmişdir. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, atam bir yox, bir neçə şəxs tərəfindən bir neçə alətldən istifadə edilməklə xüsusi amansızlıqla öldürülmüşdür. Atamın meyitini yuyan şəxs onun bədəni üzərində ekspert rəyində göstərildiyi kimi 15 deyil, 25 xəsarət gördüyünü bizə demişdir. Atamın meyitini yuyan şəxsin də məhkəmə iclasında şahid qismində dindirilməsi barədə dindirilməsi və bunlara aydınlıq gətirilməsi barədə verdiyimiz vəsatət də təmin edilməmiş, məhkəmə buna heç bir əhəmiyyət verməmişdir. Hadisə baş verən ərəfədə orada Vəliağa Səbziyevin ətrafında hansı mobil operatorlara və kimlərə məxsus nömrələrin anten dairələrinə düşməsi müəyyənləşdirilməmişdir. Ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyimiz ifadələdə göstərmişik ki, hadisədən əvvəl qətli törədən şəxsin anası Aidə dəfələrlə atam Vəliağanı və onun ailə üzvlərini, digər əmim şahid5 öldürüb tikə-tikə doğrayacaqları, qarınlarını yırtıb bağırsaqlarını çölə tökəcəkləri ilə hədələmiş, lakin biz onların belə bir əməl törədəcəklərinə qətiyyən inanmamış və həmin sözlərini ciddi hesab etməmişik. Bir neçə gün sonra isə şahid3 həmin hədələri 2025-ci il yanvar ayının 15-də Rusiyadan deportasiya edilmiş oğlu Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmiş və öz təsdiqini olduğu kimi tapmışdır. Yuxarıda qeyd etdiyim kimi, ## ### 2025-ci il tarixdə Vəliağa Səbziyev xüsusi amansızlıqla öldürüldükdən bir qədər sonra Təqsirləndirilən şəxs qardaşı şahid2 onu özünə məxsus “Daewoo Gentra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Lənkəran rayonunun Vilvan kəndindən götürərək Bakı şəhərinin yaxınlığındakı Ələt qəsəbəsinə qədər gətirərək hadisə yerindən uzaqlaşdırmaqla onun Respublikanın hüdudlarını tərk etməklə cinayət məsuliyyətindən yayınmasına, ibtidai istintaqdan gizlənməsinə əlverişli şərait yaratmaqla köməklik göstərmişdir. şahid2 bu əməlinə lazımi qiymət verilməməsi və Elşənin Vəliağanı öldürməsindən ümumiyyətlə xəbərsiz olmasını, qardaşını guya gecə ilə, tələm-tələsik, işləmək dəvəti aldığına görə Bakı şəhərinə aparmasını bildirməsi qətiyyən inandırıcı deyildir, görəsən iki qardaş Lənkərandan Bakıya qədər həmin mövzuda heç danışmamışlarmı? Lakin hələlik məlum olmayan səbəblərə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub eyni cinayəti törətmiş şəxslərin guya Elşənin cinayətkar niyyətindən xəbərsiz olmaları və bu əməldə hər hansı formada iştirak etməmələri pərdəsi altında cinayət məsuliyyətindən yayındırılmışlar. Əsasllı şübhələrimiz vardır ki, bu işin əsil təşkilatçısı və təhrikçisi əmim Hüseynqulu və onun arvadı Aidədir, lakin Lənkəranın hüquqmühafizə orqanları hələlik məlum olmayan səbəblərə görə onları hər vasitə ilə müdafiə etmiş və cinayət məsuliyyətinə cəlb etməmiş, birmənalı olaraq bu qətli Təqsirləndirilən şəxs təkbaşına törətməsi qənaətinə gəlmişlər. Halbuki, atamın Təqsirləndirilən şəxs ilə heç vaxt heç bir şəxsi konflikti və ya digər mübahisəsi olmamış, heç onu əməlli-başlı tanımamışdır. Məhkəmə baxışı zamanı vəsatətlə məhkəməyə müraciət edərək həmin cinayət işi barədə müəyyən məlumatlara malik şəxslərin əlavə şahid qismində dindirilməsini xahiş etsək də, məhkəmə vəsatəti qismən təmin edib cəmi bir şahidin dindirilməsi ilə kifayətlənərək, nədənsə, digər şahidlərin dindirilməsini lazım bilməmişdir. Halbuki, onların ifadələri hazırkı cinayət işinin baş vermə səbəb və şəraitinin, cinayəti törətmiş şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi istiqamətində əlavə sübutların əldə edilməsinə, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlməyə imkan verərdi. Güman edirik ki, atam Vəliağa Səbziyevi öldürmək icraçı Elşənə deyil, onun atası - 2019-cu ildən indiyə qədər müxtəlif məhkəmələrdə Vəliağa Səbziyevə qarşı torpaq və əmlak tələblərinə dair dəfələrlə əsassız iddialar qaldırmış Hüseynquluya və arvadı Aidəyə lazım olmuşdur. Ehtimal edirik ki, məhz Hüseynqulu və onun arvadı şahid3 Vəliağa Səbziyevi və digər qardaşı şahid5 öldürtdürmək qərarına gələrək bunu 2025-ci ilin yanvar ayının 15-də Rusiyadan deportasiya edilmiş oğlanları Təqsirləndirilən şəxs icra etdirmişlər. Hadisə baş verməmişdən əvvəlki günlərdə X6 ilə oralarda bir neçə dəfə rastlaştdığını evdə demişdir, halbuki, həmin ərazidə Elşənə və ya onun ailə üzvlərinə məxsus torpaq sahəsi olmamışdır. Hadisə zamanı orada köməksiz vəziyyətdə olmuş atama bədəninin ön və arxa tərəflərindən çoxsaylı kəsici-deşici xəsarətlər yetirilmiş, boğaz nahiyəsi dərindən kəsilmiş, qarın nahiyəsi yırtılaraq bağırsaqları çölə dağıdılmışdır. Əgər təqsirləndirilən şəxs mərhum atam Vəliağa ilə qarşı-qarşıya olan vəziyyətdə ona özünün məhkəmədə göstərdiyi kimi, 5-6 saniyə ərzində əlindəki bıçaqla qabaq tərəfdən çoxsaylı xəsarətlər yetirmişsə, mərhum da arxa-arxaya gedib arxası üstə yerə yıxılmışsa, onda mərhuma arxa tərəfdən, başının ənsə nahiyəsindən, boynunun sağ yan nahiyəsindən, onurğasından xəsarətlərin necə, hansı alətlə (və ya alətlərlə) və kim (və ya kimlər) tərəfindən yetirilmişdir? Mərhum atam təqsirləndirilən şəxsdən boyca hündür və cüssəli, özünü müdafiə edə biləcək bir kişi olduğu halda, ondan boyca balaca və arıq olan təqsirləndirilən şəxs özünün dediyi kimi həmin 5-6 saniyə ərzində bu qədər xəsarətləri təklikdə ona necə yetirə bilərdi? Atamı qətlə yetirən şəxslər tərəfindən hadisənin törədiləcəyi vaxt, orada şahid və ya şahidlərin olub-olmaması qabaqcadan, dönə-dönə, dəqiqliklə və diqqətlə planlaşdırılmış və bu müdhiş cinayət xüsusi amansızlıqla törədilmişdir. Mərhum atam Vəliağanın bədəni üzərində aşkar edilmiş çoxsaylı xəsarətlərin bir nəfər tərəfindən yetirilə biləcəyinə çox böyük şübhə ilə yanaşdığımız üçün məhkəməyə vəsatətlə müraciət edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs boyca hündür və fiziki cəhətdən güclü olan atam Vəliağanın bədəni üzərində aşkar edilmiş xəsarətlərin yetirilmə ardıcıllığının, lokalizasiyasının və mexanizminin müəyyən edilməsinin, həmin xəsarətlərin neçə kəsici-deşici alətlə yetirilməsinin, əgər təqsirləndirilən şəxs mərhum Vəliağa ilə qarşı-qarşıya olan vəziyyətdə ona özünün məhkəmədə göstərdiyi kimi, 5-6 saniyə ərzində əlindəki bıçaqla qabaq tərəfdən çoxsaylı xəsarətlər yetirmişsə, mərhum da arxa-arxaya gedib arxası üstə yerə yıxılmışsa, onda mərhuma arxa tərəfdən, başının ənsə nahiyəsindən, boynunun sağ yan nahiyəsindən, onurğasından xəsarətlərin necə, hansı alətlə və kim (və ya kimlər) tərəfindən yetirilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə kompleks məhkəmətibbi-kriminalistik ekspertiza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etsək də, hələlik məlum olmayan səbəblərə görə həmin vəsatət də əsassız hesab edilərək rədd edilmişdir. Azərbaycan Rеspublikası CPM-in 121.2-ci maddəsinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(099)- ***/**** nömrəli cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməsi və həmin cinayət işinin yenidən Lənkəran rayon prokurorluğuna qaytarılması barədə qərar çıxarılmasına dair tərəfimizdən məhkəməyə vəsatət verlimiş, məhkəmə həmin vəsatəti də əsassız hesab edərək təmin etməmişdir. Göründüyü kimi, bütün məhkəmə istintaqı boyunca verdiyimiz vəsatətlərin demək olar ki, heç biri təmin edilməmişdir. Ibtidai istintaqla guya tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs əmisini öldürməsindən hadisədən əvvəl və sonra onun valideynlərinin və qardaşı Eminin heç bir məlumatı olmamışdır, məhkəmə də işə bu mövqedən yanaşmışdır. Bu cür yanaşma həm zərərçəkmiş tərəf olaraq bizdə, həm də bu işin kökünü bilən qohum-əqrəba və kənd camaatı arasında qıcıq yaradır. Belə ki, əgər Hüseynqulu və Aidənin oğlu Elşən əmisi Vəliağanı öz təşəbbüsü ilə bu cür qəddarlıqla və xüsusi amansızlıqla öldürmüşdüsə, onda bəs hadisədən dərhal sonra Hüseynqulu və onun arvadı Aidə niyə gəlib ailə üzvlərimizə başsağlığı verməmiş, qardaşının ölümünə heyfsilənməmiş, üzr istəməmiş, oğlunu lənətləməmişdir, əksinə, hadisədən sonra oğlanları Eminin maşını ilə Elşəni Respublikadan kənara qaçırtmaq üçün onları Bakı şəhərinə yola salmış, özləri isə baş vermiş hadisədən açıq-aşkar məmnunluq ifadə etmiş və hazırda da edirlər, müəyyən hərəkətləri ilə bizi daha da qıcıqlandırır, əvvəlki hədə-qorxularını daha da gücləndirirlər. Zərərçəkmiş tərəf olaraq hesab edirik ki, Təqsirləndirilən şəxs sadəcə icraçıdır, bu ağır cinayəti heç vaxt təkbaşına və xüsusi amansızlıqla, qəddarlıqla, rəhmsizcəsinə törədə bilməzdi, həm də atam Vəliağanın əvvəllər şəxsən onunla heç vaxt heç bir şəxsi konflikti, digər mübahisəsi olmamışdır. Əgər Təqsirləndirilən şəxs doğrudan da atamla hansısa söhbəti edib müzakirə etmək istəyirdisə, onu elə bizim evimizə gələrək və ya həyətimizdə, yaxud küçəmizdə atamla görüşüb bunu edə bilərdi. Yuxarıda göstərdiyim kimi, ## ### 2025-ci il tarixdə hadisə baş verdikdən bir qədər sonra Təqsirləndirilən şəxs qardaşı şahid2 özünə məxsus “Daewoo Gentra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı şahid2 yaşadıqları Lənkəran rayonunun Vilvan kəndindən götürərək Bakı şəhərinə aparıb hadisə yerindən uzaqlaşdırmış, bununla da onun cinayət məsuliyyətindən yayınmasına, ibtidai istintaqdan gizlənməsinə əlverişli şərait yaratmaqla köməklik göstərmişdir, lakin Eminin bu əməlinə lazımi qiymət verilməmişdir. Təqsirləndirilən şəxs ata-anası atam Vəliağanın və əmim Aşurun ünvanına hədə-qorxuları öz evlərində açıq şəkildə, mütəmadi etmişlər və atam Vəliağanın ünvanına Aidə tərəfindən söylənilən lazımsız sözləri, açıq hədə-qorxuları eşidən, bilən kənar şəxslər şübhəsiz ki, vardır, həmin şəxsləri əməliyyat yolu ilə müəyyən etmək mümkün idi, lakin hələlik məlum olmayan səbəblərə görə bunlar edilməmiş, məhkəmə də buna əhəmiyyət verməmişdir. Məhkəmə baxışı zamanı vəsatətlə məhkəməyə müraciət edərək həmin cinayət işi barədə müəyyən məlumatlara malik şəxslərin əlavə şahid qismində dindirilməsini xahiş etsək də, məhkəmə cəmi bir şahidin dindirilməsi ilə kifayətlənərək, nədənsə, digər şahidlərin dindirilməsini lazım bilməmişdir. Halbuki, onların ifadələri yeni sübutlar əldə edilməsinə, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlməyə imkan verərdi. Göründüyü kimi, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı hələlik məlum olmayan səbəblərə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub eyni cinayəti törətmiş şəxslərin guya Təqsirləndirilən şəxs cinayətkar niyyətindən xəbərsiz olmaları və bu cinayəti törətməkdə iştirak etməmələri pərdəsi altında cinayət məsuliyyətindən yayındırılmışlar. Ona görə də hesab edirik ki, hazırkı cinayət işinin baxılmasına xitam verilərək və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qabaqcadan əlbir olmaqla bu cinayəti törətmiş bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 120.2.4-cü maddəsindən eyni Məcəllənin 120.2.4 və 120.2.1-ci maddələrinə tövsif edilməsi və həmin maddələrlə ona yeni ittiham elan edilərək istintaqının aparılması barədə qərar qəbul edilməlidir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli * nömrəli qərarında göstərilir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-in 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş 17 (on yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası çox aşağı həddədir, zərərçəkmiş tərəf olaraq qətiyyən qane etmir və həmin cəza mütləq ağırlaşdırılmalı, atası X14 xüsusi amansızlıqla öldürülməsi faktına görə qabaqcadan əlbir olmaqla bu cinayəti törətmiş bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri üçün bu cinayət işi ciddi nəzarətə götürülməli və obyektiv araşdırılmalıdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin isə dəlilləri ilə razılaşmayaraq onun təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdi və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə xitam verilməklə təqsirləndirilən şəxsin əməlinin həmin məcəllənin 122.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində ədalətli cəzanın təyin edilməsi barədə hökm çıxarılmasını xahiş edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin nümyəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Hüquqi varis və onun nümayəndəsi (vəkil) Nümayəndə, tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdilər və həmin apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə dəlilləri ilə razılaşmayaraq onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, bu səbəbdən həmin şikayətin təmin edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin vermiş olduğu apellyasiya şikayətinə münasibətdə isə şikayətin birinci instansiya məhkəməsində dövlət ittihamçısının qeyd etdiyi həddə cəzanın ağırlaşdırılması hissəsində təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Ilk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya şikayətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini, zərərçəkmiş şəxsin hüquqi varisi isə apellyasiya şikayətində təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngüllüyünü, həmçinin əməlin daha ağır maddə ilə tövsif edilməli olması ilə bağlı məsələni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb, CPM-in 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmasını, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə xitam verilməklə təqsirləndirilən şəxsin əməlinin həmin məcəllənin 122.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində ədalətli cəzanın təyin edilməsi üçün əsasların olmamasını, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarını düzgün tətbiq etməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo Ispaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, şahidlər şahid4 oğlu, şahid7, şahid5, şahid6, şahid3 ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərlə, “Meyitə baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə,“Məhkəmə-tibb ekspertizası”nın ## ### 2025ci il tarixli, *** nömrəli rəyi ilə, habelə digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Beləliklə, təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrıayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, çöl sahəsində mərhum əmisi Vəliağa Səbziyev ilə ## ### 2025-ci il tarixdə, saat 19:00-20:00 radələrində rastlaşmış, yol gedəgedə mübahisəli evlə bağlı söhbət etmişlər, əmisi onun ünvanına söyüş söyməyə başlamış və əlindəki torbanın içindən bıçağı çıxardıb onu vurmaq istədikdə o, özünü müdafiə etmiş, bıçağı sağ əli ilə tutmuş, həmin bıçağı Vəliağa Səbziyevin əlindən alaraq onu vurmuşdur. O, Vəliağaya neçə bıçaq zərbəsi vurmasını dəqiq xatırlamır, amma bıçağın onun əlində 5-6 saniyə qalmasını xatırlayır. Onun Vəliağanı öldürmək niyyəti olmamış, lakin onun ailəsinin ünvanına söyüş söydüyü üçün Vəliağanı vurmuşdur. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, Vəliağa Səbziyevlə aralarında mübahisə onun ünvanına söyüş söyməsinə görə yaranmışdır. Uzun illərdir ki, əmisi ailəsini evlərindən çıxartmaq istəyir. Bu problemlərlə bağlı çox saylı məhkəmə iclasları olsa da yekun məhkəmə qərarı olmamışdır. Atası ondan əvvəl əmisi Vəliağa ilə söhbət etsə də nəticəsi olmamışdır. Hadisə günü o, özlərinə məxsus torpaq sahəsində olan 6-7 baş mal-qaranı gətirmək üçün sahəyə gedərkən yolda əmisi ilə rastlaşmış, o, əmisi ilə mübahisə edərkən kənardan heç kim onlara müdaxilə etməmiş, üzərində heç bir kəsici və deşici aləti olmamışdır. Mübahisə vaxtı özündə olmadığı üçün Vəliağanın bədəninin hansı nahiyəsinə, neçə bıçaq zərbəsi yetirməsini xatırlamır. Vəliağa yerə yıxıldıqdan sonra oradan çıxıb getmişdir. Bıçağı hadisədən sonra su kanalına tullamışdır. Özündə olmadığından təcili tibbi yardıma məlumat verməmiş, hadisədən sonra evlərinə gedib paltarını dəyişmiş, qardaşına zəng edib, onu Bakı şəhərinə aparmasını istəmişdir. Həmin vaxtı evdə yalnız anası olmuş, hadisə barədə anasına heç nə deməmiş, paltarını dəyişdikdən sonra qardaşı ilə Ələt qəsəbəsinə kimi getmiş, orada avtomobildən düşərək qardaşından ayrılmış, həmin yerdən taksi ilə Bakı şəhərində olan hava limanına getmiş və onu orada tutmuşlar. Əmisinin ölməsini polis əməkdaşları tərəfindən Lənkəran şəhərinə gətiriləndən sonra bilmişdir. Cinayəti tək törətmiş, əmisini öldürdüyünə görə qismən peşmandır, onun əvvəldən əmisini öldürmək niyyəti olmamışdır, o əmisini bıçaqla vurmasaydı, əmisi onu bıçaqla vuracaqdı. O, həyatı dərk edəndən əmisi ilə atası arasında mübahisə görmüşdür. Istintaq zamanı bıçaqla bağlı qeyd etdiklərini özündən uydurmuş, onun üzərində bıçaq olmamışdır. O, 44 günlük Vətən Müharibəsi zamanı kontuziya aldığı üçün özündə olmamış, Vəliağanın onun üzərinə niyə bıçaq çıxartmasını bilməmiş, birinci zərbəni Vəliağa ona vurmuş, onun əli kəsilmişdir. Vəliağaya arxadan zərbə vurmamış, Vəliağanı öldürmək ona lazım olmamış, o, Vəliağanı bıçaqla vurduqdan sonra o, yerə yıxılmış, özü isə hadisə yerindən uzaqlaşmışdır. Vəliağanın bağırsaqlarının çölə çıxmasını görməmiş, o, Vəliağa ilə əvvəllər söhbət edərkən Gülağa adlı əmisi də onların yanlarında olmuş, həmin vaxtı ona heç bir kobud sözlər deməmişdir. Əvvəllər Vəliağa atasının qabağına tüfənglə çıxıb onu vurmaq istəmişdir. Vəliağa ilə danışmaqda məqsədi aralarında barışıq olmasını istəməsi olmuşdur. Hadisə yerinə o, mal-qaraya görə getmişdir. Vəliağa ilə olan problemlər barədə əmisi Gülağa ilə danışmış, Vəliağa, Gülağa və o, bir yerdə söhbət etmişlər. Təklikdə isə Qulu adlı əmisi ilə danışmışdır. Qardaşı onu Bakı şəhərinə aparanda qardaşına demişdir ki, işləməyə gedir. O, vəziyyətdə deyilmiş ki, könüllü olaraq gedib polisə təslim olsun. Hava limanında birinci uçuşun hara olmasından asılı olmayaraq bilet alacaqdı, birinci uçuş Qazaxstana olduğu üçün ora bilet almışdır. Biletin alınmasına ödədiyi 800 manat məbləğində pulu bankdan götürdüyü kredit pulundan olmuşdur. Pulu həm nağd şəkildə, həm də plastik bank kartı vasitəsi ilə ödəmişdir. Barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı da verdiyi ifadəsində əmisi Vəliağa Səbziyevin onu söydüyünü, təhqir etdiyini bildirməsi, təqsirləndirilən şəxsin qətiyyən X17 öldürmək fikrinin olmaması özünü müdafiə xarakteri daşıyır. Müdafiə tərəfin apellyasiya şikayətində, eləcə də, apellyasiya məhkəməsi zamanı çıxışlarında qeyd etdikləri halları, yəni təqsirləndirilən şəxsin hadisə baş verərkən zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasını məhkəmə kollegiyası əsaslı və mövcud ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli * №-li Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası HYPERLINK "https://eqanun.az/framework/46950" \o "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi"Cinayət-Prosessual Məcəlləsinin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. HYPERLINK "https://eqanun.az/framework/46947" \o "Azərbaycan Respublikası Cinayət Məcəlləsi"CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və HYPERLINK "https://e-qanun.az/framework/46947" \o "Azərbaycan Respublikası Cinayət Məcəlləsi"CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) HYPERLINK "https://e-qanun.az/framework/46947" \o "Azərbaycan Respublikası Cinayət Məcəlləsi"CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan da göründüyü kimi, təqsirkar şəxsin əməlinin qəsdən adam öldürmə cinayət əməli kimi tövsif olunması üçün onun qəsdinin məhz zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönəlməsinin, yəni cinayət törədərkən təqsirkarın qəsdinin məzmun və istiqamətinin dəqiq müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. Əks halda, yəni təqsirkarın qəsdinin qeyri-müəyyən xarakter daşıması, əməlin qəsdən adam öldürmə kimi tövsif olunmasını istisna edir. Bu halda təqsirkarın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş faktiki hallara cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətinin xarakteri, həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri baxımından qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdinin məhz zərərçəkmiş şəxs Vəliağa Səbziyevi həyatdan məhrum etməyə yönəlməsi öz təsdiqini tapır. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi hesab etmişdir ki, xüsusi amansızlıqla adam öldürmə niyyəti ilə hərəkət edən təqsirkarın ilk zərbəsindən zərərçəkmiş şəxsin həyatdan məhrum olmasına baxmayaraq, təqsirkar onu ölmüş hesab etməyərək meyitin üzərində təhqiredici hərəkətlərini davam etdirərsə, onun əməli xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməlidir. Əməl o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. “Xüsusi amansızlıq” anlayışı tibbi yox, hüquqi anlayış olduğuna görə onun müəyyən edilməsi məhkəmə tibb ekspertizasının deyil, istintaq və məhkəmə orqanlarının səlahiyyətinə daxildir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadələrində göstərdi ki, zərərçəkmiş şəxs onu nəlayıq söyüşlərlə (ana söyüşü) söyərək təhqir etmiş, təqsirləndirilən söyüş söyməməsini bildirmiş, lakin zərərçəkən ona məhəl qoymadan söyüşləri davam etdirmişdir və bundan sonra zərərçəkmişin bu ağır təhqirləri nəticəsində onda qəflətən güclü ruhi həyəcan (affekt) vəziyyəti baş vermiş və nəticədə ölümlə nəticələnmişdir. Belə ki, cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının **** nömrəli ##.##.2025-ci il tarixli rəyindən görünür Təqsirləndirilən şəxs qıcığa qarşı tez reaksiya vermək, emosionallıq, neqatiy amillərin təsirinə qarşı dözümsüzlük, hirslilik, emosional reaksiyalara meyillilik, söz götürməmək və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etmiş, medallarla təltif olunmuşdur və bu hallar CM-in 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallardır. Həmçinin məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası bu hissədə də müdafiə tərəfin iddia etdiyi halla razılaşmır və hesab edir ki, həmin dəlil təqsirləndirilən şəxsin əməlində xüsusi amansızlıq əlamətlərini aradan qaldırmır və Cinayət Məcəlləsinin 122.1-ci maddəsinə tövsif edilməsi üçün əsas deyil. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, Lənkəran rayonu, Vilvan kənd sakini ## ###### 1957-ci il təvəllüdlü X14 ## ### 2025-ci il tarixdə yaşadığı kənddə, əkin sahələrinə gedən torpaq yolun üstündə üzərində kəsilmiş-deşilmiş alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlər olan meyitinin aşkar edilməsi faktı əsasında Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. (cild 1, i.v.1-2) - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, X14 meyitinin aşkar edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (cild 1, i.v. 3) - “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış ## ### 2025-ci il tarixdə saat 23:30-da başlamış və ## ### 2025-ci il tarixdə, saat 00:30-da başa çatmışdır. Hadisə yeri Lənkəran rayonu, Vilvan kəndində, kəndin cənub hissəsində, əhalinin əkin və otlaq sahələrinə gedən torpaq yoldur. Yolun sol kənarındakı bitki kollarının dibində, suvarma kanalının yaxınlığında, başı kollara, ayaqları yola tərəf çəp istiqamətdə arxası üstə Lənkəran rayonu, Vilvan kəndində yaşayan X14 üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti, meyitin başının sol tərəfində torpaq üzərinə yaş qanabənzər maddə kütləsi, meyitin ayağı istiqamətdə, meyitdən 3,6 metr aralıyadək olan məsafədə torpaq yol üzərində damcışəkilli nəm qanabənzər maddə, meyitin sağ tərəfində olan bitki kollarının yarpaqları üzərində damcışəkilli qanabənzər ləkələr, meyitin ayağından 2,5 metr aralıda yolun ortası istiqamətdə torpaq yolun üstündə bir ədəd qaloşun sağ tayı, ondan 20 sm aralıda bir ədəd qara rəngli papaq, meyitin ayağından 11 metr aralıda torpaq yolun orta hissəsində torpaq üzərində bir ədəd tünd göy rəngli parçadan uzunqollu köynəyin qopmuş hissəsi, ondan 1,8 metr aralıda torpaq yolun üstündə açıq mavi rəngli sellofan torba, həmin torbanın içərisində bir ədəd şəffaf rəngli sellofan başqa torba, onun içərisində isə içərisi boş 0,5 litrlik plastik butulka aşkar edilmişdir. (cild 1, i.v.5-12) - “Meyitə baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X14 meyitinə baxış keçirilərkən üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaralar vardır, əynində olan geyim əşyaları, yəni köynək, mayka və şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, i.v.13-25) - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin ## ### 2025-ci il tarixli 3-13- **/******/** nömrəli məktubundan görünür ki, ## ### 2025-ci ildə X14 qətlə yetirilməsində şübhəli bilinən 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qaçıb gizlənmək məqsədi ilə dövlət sərhəddini keçmək istəyərkən X16 Aeroportunda saxlanılaraq istintaqa təqdim edilmişdir. (cild 1, i.v.26) - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin məsul növbətçisi Qüdrət Cavadzadənin tərtib etdiyi ## ### 2025-ci il tarixli məlumatdan görünür ki, ## ### 2025-ci il tarixdə saat 22:30-da özünü təqdim etməyən şəxs ŞRPŞ-nin nöbvətçi hissəsində olan stasionar telefona zəng edərək Lənkəran rayonu, Vilvan kəndi ərazisində bir nəfər şəxsin bıçaqlanarq ölməsi barədə məlumat vermişdir. (cild 1, i.v.27) - X32 sistemininin ## ### 2025-ci il tarixli məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 1, i.v.29) - “Şübhəli şəxsin tutulması haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.31) - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”nin ## ### 2025-ci il tarixli ****** nömrəli protokolundan görünür ki, hadisədən sonra keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmiş və onun sidiyində narkotik və psixotrop maddələr aşkar edilməmişdir. (cild 1, i.v.52) - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” ## ### 2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən və videoçəkilişdən görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən, o, istintaq hərəkəti iştirakçılarını müstəqil olaraq sərbəst şəkildə özü hadisədən əvvəl bıçağı götürdüyü yerə, Vəliağa Səbziyevlə görüşdüyü, söhbət edəedə gəldikləri yola, onunla mübahisə etdiyi və onu bıçaqla vurub öldürdüyü, sonuncunun meyitinin aşkar edildiyi yerlərə aparmış, həmin yerlərdə şəraiti, orada olan əşyaları əli ilə göstərməklə, ifadəsində göstərdiyı xüsusatları bir daha təsdiq etmişdir. (cild 1, i.v.61-68) - “Baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Lənkəran rayonu, Vilvan kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə sonuncunun və ailə üzvlərinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həyətlərində olan hamamın qarşısında üst-üstə yığılmış doğranmış oduncaqların altından bir ədəd köynək çıxardaraq istintaqa təqdim edib, ## ### 2025-ci ildə əmisi Vəliağa Səbziyevi öldürərkən həmin köynəyin əynində olduğunu, hadisədən sonra köynəyi orada gizlətdiyini bildirmişdir. Baxış gedişində köynəyin sağ qolunun dirsəkdən aşağı hissəsinin qopmuş vəziyyətdə olduğu, köynəyin ön tərəfində qurumuş qanabənzər ləkələr olduğu müəyyən edildiyindən köynək götürülmüşdür. Həmçinin baxış zamanı hamamın qapısının çöl tərəfində, yerdən 1,10 metr yuxarıda, qapının tin hissəsində 4X5 sm ölçüdə qeyrimüəyyən formada qurumuş qanabənzər ləkə aşkar edilərək ləkədən bir ədəd pambıq çubuq üzərinə hopdurulmaqla nümunə götürülmüşdür. Həmçinin evə baxış zamanı Təqsirləndirilən şəxs anası şahid3 bir ədəd şalvar təqdim edərək həmin şalvarın oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, onu oğlu Elşən Bakı şəhərinə yola düşəndən sonra otaqdan tapdığını və üstü palçıq olduğu üçün yuduğunu, lakin tam təmizlənmədiyi üçün onu çölə tulladığını, oğlunun hadisə törətdiyini biləndən sonra tulladığı yerdən götürüb evinə gətirdiyini bildirmişdir. Baxış zamanı şalvarın üzərində zədə və qanabənzər ləkə olmadığı müəyyən edilmişdir. (cild 1, i.v.75-83) - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Lənkəran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.84-85, 108-112) - “Məhkəmə-tibb ekspertizası”nın ## ### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sağ əl nahiyəsində kəsilmiş yara, sağ said, sağ əl nahiyələrində sıyrıqlar-cızıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ##.##.2025-ci il tarixdə qarşılıqlı mübarizə (dalaşma, əlbəyaxa) zamanı qarşıqarşıya digər şəxsə xəsarət yetirən zaman həmin xəsarətlərin alınması istisna edilmir, xəsarət aldıqdan sonra Təqsirləndirilən şəxs sərbəst və məqsədyönlü hərəkət etmək iqtidarındadır. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, i.v.97- 99) - “X32 sistemi”nin ## ### 2025-ci il tarixli sərhədkeçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci ildə Rusiya Federasiyasının Novosibrsk X7 X26 girmişdir. Həmçinin həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs X16 X18 Limanına getmək istəyərkən ## ### 2025-ci il tarixdə saat 02:10-da saxlanılmışdır. (cild 1, i.v.121-122) - Lənkəran Şəhər Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin ## #### 2025-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X14 həmin xəstəxanada qeydiyyatda deyillər. (cild 1, i.v.154) - “xxxx” Publik hüquqi şəxsinin ## #### 2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X14 xəstəxanada müalicədə olmayıblar. (cild 1, i.v.155) - Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X14 cavabdeh şahid4 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin baxış iclası zamanı iddiaçı X14 ##.##.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən də iddiaçı X14 cavabdeh şahid4 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. (cild 1, i.v.157-158) - Lənkəran Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərardadında görünür ki, iddiaçı şahid4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi idarəsi tərəfindən X14, X3, X8 və X4 adına Lənkəran rayonu, Vilvan kəndində yerləşən fərdi yaşayış evinə və 0.08378 ha torpaq sahəsinə dair verilmiş Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilərək iddia ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Şirvan Inzibati Məhkəməsinə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. (cild 1, i.v.159-165) - “Lənkəran Şəhər Narkoloji Xəstəxanası”nın ## #### 2025-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X14 həmin xəstəxanada müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. (cild 1, i.v.173) - “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası”nın ## #### 2025-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X14 Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdurlar. (cild 1, i.v.176) - “X12 Sistemlərinin Istismarı Idarəsi”nin ## #### 2025-ci il tarixli məktubundan görünür ki, Vilvan, Viravul və Cil kəndlərini ərazisinin suvarılmasında istifadə olunan kanalın suyunun kəsilməsi və qurudulması suvarılma mövsümü olduğundan məqsədəmüvafiq hesab edilməmişdir. (cild 1, i.v.206) - “Respublika Narkoloji Mərkəzi”nin ## #### 2025-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X14 narkoloji mərkəzdə qeydiyyatda yoxdurlar. (cild 1, i.v.207) - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin ## #### 2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində, Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında atıcı vəzifəsində iştirak etmişdir. ## ###### 2022-ci il tarixdə müddətli həqiqi hərbi xidməti bitirərək hərbi vəzifəlilərin qeydiyyatına alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə gəlmişdir. (cild 1, i.v.209-210 - “Disklərə baxış keçirilməsi haqqında” “xxxx” MMC və “xxxx” MMC-dən mobil telefon operatoruna məxsus elektron daşıyıcılardakı məlumatların təhlilinə dair ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun qardaşı şahid2 ilə zərərçəkmiş X14 arasında ümumiyyətlə telefonla danışıq aparılmamış, mesajlaşma olmamışdır. Həmçinin zərərçəkmiş X14 mobil telefonu ilə ## ### 2025-ci ildə saat 18:33:01-dən sonra danışıq aparılmamışdır. Sonuncu danışıq zamanı Vəliağa Səbziyevin mobil telefonu Lənkəran rayonu, Vilvan kəndindəki mobil operatorların şanlarının əhatə dairəsində olmuşlar. Qovluqlardakı cədvəllərə baxış keçirilərkən müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən sonra, yəni ## ### 2025-ci ildə saat 20:45:06-də 050-602-19-60 ilə 52 saniyə müddətində qardaşı şahid2 ilə telefonla danışmışdır. Antenin əhatə dairəsinə dair məlumatların olduğu cədvəllərə baxış keçirilərkən müəyyən edildi ki, həmin danışıq zamanı Təqsirləndirilən şəxs Lənkəran rayonu, Vilvan kəndindəki, şahid2 isə Lənkəran şəhərində “Mayak” restoranı ərazisindəki mobil operatorların şanlarının əhatə dairəsində olmuşlar. şahid2 istifadəsində olan 055-604-65-60 nömrəsinin antenin əhatə dairəsinə dair məlumatların olduğu cədvəllərə baxış keçirilərkən müəyyən edildi ki, şahid2 ##.##.2025-ci ildə 22:30 radələrinədə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində olmuş və oradan Lənkəran şəhəri ərazisinə qayıtmışdır. şahid2 telefonunun anten dairəsi ##.##.2025-ci ildə Ələt qəsəbəsindən başqa Bakı şəhərinin digər rayon və qəsəbələrində, o cümlədən X16 Aeroportu ərazisində olmamışdır. (cild 1, i.v. 273-274) - “Məhkəmə-tibb ekspertizası”nın ## #### 2025-ci il tarixli, ** nömrəli, rəyindən görünür ki, X14 ölümü zorakıdır. Ölüm döş və qarın boşluqlarına nüfuz edən, hər iki ağ ciyəri, ürəyi, nazik və yoğun bağırsaqları, sağ yuxu arteriyasını, qida və nəfəs borularını zədələyən, güclü daxili və xarici qanaxma ilə müşaiyyət olunan kəsilmiş-deşilmiş yaralardan baş vermişdir. Qeyd olunan xəsarətlər hər biri ayrı-ayrılıqda ölümə səbəb ola bilərdi. V.M.Səbziyevin ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. X14 meyiti üzərində - döş qəfəsi və qarın boşluğuna nüfuz edən 5 ədəd kəsilmiş-deşilmiş yaralar, hər iki ağ ciyəri, ürəyi, nazik və yoğun bağırsaqları zədələyən kor yarası, plevra boşluğunda (1200 ml) qanaxma, sağ yuxu arteriyası, qida və nəfəs borusunun zədələnməsi (kəsilibdeşilməsi), kəskin qanitirmə, sol ürək mədəciyinin endokard qişasının altına xırda qansızmalar, daxili orqanların və toxumaların azqanlılığı, sağ əlin İ-II barmaqlararası nahiyəsində 1 ədəd, sağ bazu 1 ədəd, sağ qoltuqaltı 1 ədəd, boyunun sağ səthində 2 ədəd, boyunun ön səthində 2 ədəd, döş qəfəsinin aşağı 1/3-nin sol ön səthində 1 ədəd, onurğa sütununun döş şöbəsində 1 ədəd, başın ənsə nahiyəsində 1 ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaralar, sol said nahiyəsində yara (üzərində cərrahi tikişləri olan) aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, kəsilmişdeşilmiş yaraların kənarlarının hamar, formasının xətvari, bir ucu iti, digərinin isə küt olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, həmin xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlərin (yaraların) uzunluğu və eni müxtəlif ölçülərdə olduğu üçün tiyənin eni haqqında fikir söyləmək mümkün deyildir, döş qəfəsi və qarın boşluğu orqanlarının zədələnməsini və mərhumun bədən inkişafını nəzərə alaraq qeyd etmək olar ki, tiyə kəsici-deşici xüsusiyyətə malik olub, uzunluğu 10- 12 sm-dən çox olmuşdur, müddəti qərarda göstərilən tarixə ##.##.2025-ci ilə uyğun gəlir, sol said nahiyəsindəki yara (üzərində cərrahi tikişləri olan) isə müayinədən 2-3 gün əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə döş qəfəsi və qarın boşluğuna nüfuz edən 5 ədəd kəsilmiş-deşilmiş yaralar, hər iki ağ ciyəri, ürəyi, nazik və yoğun bağırsaqları zədələyən kor yarası, plevra boşluğunda (1200 ml) qanaxma, sağ yuxu arteriyası, qida və nəfəs borusunun zədələnməsi (kəsilib-deşilməsi), kəskin qanitirmə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X14 meyiti üzərində olan xəsarətlərin çoxluğunu nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlərin yetirilmə ardıcıllığı barədə fikir söyləmək mümkün deyildir. X14 yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaq üstə, uzanmış, arxası xəsarət yetirən şəxsə tərəf) olarkən o, cümlədən xəsarət yetirilən anda zərərçəkənin arxa hissəsi xəsarət yetirən şəxsə tərəf ola bilərdi. X14 bədəni üzərində aşkar edilmiş xəsarətlərin ağırlığını nəzərə alaraq qeyd etmək olar ki, zərərçəkən xəsarətləri aldıqdan sonra sərbəst və ya məqsədyönlü hərəkətlər edə bilmə iqtidarında olmamışdır. X14 bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyəsini və ağırlığını nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə xəsarət yetirə bilməsi inkar olunur. X14 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında narkotik, alkoqol və güclü təsiredici maddələr aşkar edilməmişdir. (cild 2, i.v. 26-33) - “xxxx”nın ## #### 2025-ci il tarixli, 199/2025 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum X14 məxsus köynək üzərində aşkar edilmiş çox saylı deşilmişkəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş mərhum X14 məxsus köynək üzərində aşkar edilmiş çoxsaylı deşilmiş-kəsilmiş zədələr eyni alətin təsirindən əmələ gəlmiş zədələrdir. Ekspertizaya təqdim olunmuş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində tikilmiş beş ədəd düymələrin öz yerində olmaması aşkar olunmuşdur. Bu da, köynəyin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun aşağı hissəsinin öz yerində olmaması aşkar olunmuşdur. Bu da, köynəyin sağ qolunun müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş hadisə yerinə baxış zamanı Lənkəran rayonu, Vilvan kəndində torpaq yolun kənarında olan X14 meyitinin yaxınlığında torpaq yolun üzərində aşkar edilmiş qopmuş köynək qolunun hissəsi cırılmışdır, bu da, köynəyin sağ qolunun müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus köynək və ekspertizaya təqdim edilmiş köynəyin sağ qolun fraqmenti birbirinə uyğundur və tamlıq təşkil edirlər. Ekspertizaya təqdim olunmuş şübhəli şəxs Təqsirləndirilən şəxs və ekspertizaya təqdim olunmuş mərhum X14 məxsus şalvarlar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. (cild 2, i.v. 41-46) - “Məhkəmə-tibbi-bioloji ekspertizası”nın ## #### 2025-ci il tarixli, ***/****-TBŞ nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan mərhum X14 məxsus köynək, şalvar üzərindəki ləkələrdə və hadisə yerindən 02 ədəd flakondakı çubuğun bir ucuna sarınmış pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda "B" antigeni, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alınmışdır. Bu qan ləkələri B-alfa/lll/ qruplu şəxsə, o cümlədən X14 məxsus ola bilər. Ləkələrdə A(ll) qruplu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus köynək üzərində insan qan ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə köynəyin sol ön, sol qol və həmin qol tikişinə yaxın arxa hissəsindəki ləkələrdə A və B antigenləri alınmışdır. Belə olan halda hadisənin məzmunu qan ləkələrinin ölçü və xarakteri, yaranma mexanizmi, ən əsası isə iş üzrə keçən şəxslərin qrup mənsubiyyətləri və onların bədənində qanaxma ilə müşayiət olunan xəsarətlərin olması nəzərə alınmaqla bu ləkələrdə olan qanın bir neçə şəxsə məxsus olması güman olunarsa, ləkələrin A (II) və B (III) qruplu şəxslərin qarışmış qanları hesabına yarana bilməsinin mümkünlüyü inkar oluna bilməz. Beləliklə, bu ləkələrdə mərhum V.M.Səbziyevin və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarışıq qanlarının olması mümkündür. Köynəyin sağ ön yarısının daxili və xarici səthlərində, yaxalığının daxili səthində və arxa tərəfin hər iki yan tikişə yaxın hissələrində olan ləkələrdə A antigeni alınmışdır. Bu qan ləkələri A (II) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus ola bilər. Köynəyin sağ qolunun yuxarı hissəsində olan ləkələrdə alınmış B antigeni B(lll) qruplu qanı xarakterizə etdiyindən bu qan ləkələri həmin qruplu şəxsə, o cümlədən Vəliağa Səbziyevə məxsus ola bilər. (cild 2, i.v.47-54) - “Maddi sübut hesab edilməsi haqqında” ## #### 2025-ci tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus üzərində qan ləkəsi və zədə olan köynək, cins şalvar, zərərçəkmiş Vəliağa Səbziyevə məxsus üzərində qan ləkəsi və zədə olan uzunqol köynək və mayka, hadisə yerindən götürülmüş üzərində zədə olan köynək qolu hissəsi, hadisə yerində aşkar edilmiş insan qanı ləkələrindən üzərinə qan hopdurulmuş 1 ədəd çubuqlu pambıq tampon, təqsirləndirilən şəxsin yaşadığı evin həyətindəki hamamın qapısının üzərində aşkar edilmiş insan qanı ləkələrindən üzərinə qan hopdurulmuş 1 ədəd çubuqlu pambıq tampon, hadisə yerindən götürülmüş 1 ədəd ağ, 1 ədəd göy rəngli polietilen torbalar və 1 ədəd plastik butulka iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 2, i.v.70-74) - “Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın ## #### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Onda xasiyyətin psixopatik tipli cizgiləri müəyyən edilir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən hallan adekvat olaraq qavramaq, bu barədə düzgün məlurmat vermək iqtidarındadır. Emosional-iradi sferasında, fərdi-psixoloji xüsusiyyətlərində, xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, neqativ amillərin təsirinə qarşı dözümsüzlük, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və ya sair psixi xəstəlik əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri aparılması mümkündür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı tez reaksiya vermək, emosionallıq, neqativ amillərin təsirinə qarşı dözümsüzlük, hirslilik, emosional reaksiyalara meyillilik, söz götürməmək və s. kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixiemosional sferasında hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində olmamışdır. (cild 2, i.v.137-140) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ## ######## 2025- ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 2, i.v.179-180) Odur ki, müdafiə tərəfin dəlilləri mötəbər şəkildə təsdiqini tapmadığından məhkəmə bu hissədə müdafiə tərəfin iddia etdiyi halla razılaşmır və hesab edir ki, göstərilən xüsusatlar təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq, yaxud onun məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Həmçinin əmisinin onun ünvanına söyüş söyməyə başlaması və əlindəki torbanın içindən bıçağı çıxardıb onu vurmaq istədikdə o, özünü müdafiə etməsi, bıçağı sağ əli ilə tutması, həmin bıçağı Vəliağa Səbziyevin əlindən alaraq onu vurması məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Beləliklə, apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Kollegiya iş üzrə yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 120.2.4-cü maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Əvvəla, bu apellyasiya şikayəti ilə bağlı da məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində bıçaq olması ilə bağlı ibtidai istintaq zamanı dediklərini özündən uydurduğunu qeyd etsə də, ibtidai istintaq zamanı verdiyi ifadələrində bıçağın özünə məxsus olduğunu, sahəyə gedən yolda olan kolluqlarda saxladığını, əvvəlcədən itilədiyini, Vəliağa ilə görüşə gedərkən həmin yolun üstündəki kolluqlardan götürüb şalvarının sağ yan cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə əvvəlki görüşündə razılıq əldə edə bilməməsini, əmisinin onsuzda onları yaşadıqları evdən çıxardacağını, iddia tələbindən əl çəkməyəcəyini, fikirində qəti olduğunu, onun sözlərinə əhəmiyyət verməməsi səbəbindən Vəliağa ilə görüşə gedərkən hadisənin baş verdiyi yolun üstündəki kolluqlarda əvvəlcədən saxladığı bıçağı özü ilə götürməsi, həmin bıçağı xüsusi vasitələrlə itləyərək onu kəsici hala gətirməsi onun artıq zərərçəkmiş şəxsi qəsdən öldürmək niyətində olmasını göstərir. Bundan başqa, Təqsirləndirilən şəxs qıcığa qarşı tez reaksiya verməsi, emosionallığı, neqativ amillərin təsirinə qarşı dözümsüzlüyü, hirisli olması, söz götürməməsi səbəbindən cinayət törətməyə məcbur olması ilə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında Təqsirləndirilən şəxs hansısa psixi xəstəlikdən əziyyət çəkdiyini sübut edən heç bir sənəd mövcud deyil. Eyni zamanda işdə olan “Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın ## #### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıilıq və ya sair psixi xəstəlik əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıilıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri aparılması mümkündür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı tez reaksiya vermək, emosionallıq, neqativ amillərin təsirinə qarşı dözümsüzlük, hirslilik, emosional reaksiyalara meyillilik, söz götürməmək və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan - fizioloji affekt vəziyyətində olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Onda yalnız fərdi-psixoloji xüsusiyyət müəyyən edilir. Göstərilən halları nəzərə alıb məhkəmə, müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs bu hissədə söylədikləri həqiqətə uyğun deyil, onun hazırkı məzmunda ifadə verməsi ona elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Təqsirləndirilən şəxs X14 onun, ailə üzvləri ilə birgə yaşadığı Lənkəran rayonu, Vilvan kəndində yerləşən babasından qalma fərdi yaşayış evindən özünün və ailə üzvlərinin çıxarılmalarını tələb etməsi və yaşadıqları evin onlardan alınması iddiasından daşındırmaq barədə X14 ilə piyada yol gedə-gedə söhbət edərkən əkin sahələri ilə suvarma kanalının arasındakı torpaq yolda aralarında yaranmış mübahisə zamanı onların evdən çıxarılması iddiasından əl çəkməyəcəyini bildirdiyi, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyi və onunla əlbəyaxa olduğu üçün qəzəblənərək şəxsi münasibətlər zəminində qisas alıb xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi, istintaqa və məhkəməyə məlum olmayan bıçağı əynindəki şalvarının cibindən çıxarıb xüsusi əzab və iztirab verməsini dərk etdiyini bilərək, müstəsna dərəcədə rəhmsiz və qəddarcasına, yəni xüsusi amansızlıq nümayiş etdirərək sağ əlindəki bıçaqla, onunla üzbəüz dayanmış Vəliağa Səbziyevin həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə qəsdən ardıcıl zərbələr endirib, ümumilikdə 15 (on beş) ədəd xəsarətlər yetirərək qəsdən xüsusi amansızlıqla Vəliağa Səbziyevi öldürərək qəsdən həyatdan məhrum etmişdir və əməlindən qismən peşman olmuşdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə almaqla, Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 60.1-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsə ədalətsiz olaraq aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlili formal mülahizələrə əsaslanmışdır. Həmçinin, şəxsə daha ağır ittiham verilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu, məhkəmənin səlahiyyətlərinə aid olmayan məsələdir. Bundan başqa, təqsirləndirilən şəxs hər nə qədər ittiham olunduğu maddə ilə özünü qismən təqsirli bilsə də, onun təqsiri və əməli törətməsi tam sübuta yetirilmişdir. Kollegiya, həmçinin onu da vurğulayır ki, humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Beləliklə, qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayətprosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin cəzanın yüngüllüyü və tövsifi, habelə müdafiəçinin apellyasiya şikayətinə əsasən əməlin 122.1-ci maddəsinə tövsif edilməklə və ya təyin edilmiş cəzanın ağırlığı ilə bağlı dəlilləri kifayət qədər ədalətli, qanuni və əsaslı olan hökmün ləğv edilməsi və ya dəyişdirilərək cəzanın başqa həddə müəyyən edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar