Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-138/2026 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), X1 və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, İmişli Rayon Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə. ## ###### 1995-cı ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, ## #### 2025-ci il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və həmin qanunun 64-cü maddəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan atası Zərərçəkmiş şəxs məxsus “Khazar” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 90km/saat sürətdən artıq surətlə sürücülük vəsiqəsi olmadan Biləsuvar-Bəhrəmtəpə yolunun 39-cu kilometrliyində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin yəni, “sürücü surətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaldıqda və gözlənilmədən dayandıqda onunla toqquşmasının qarşısını almaq mümkün olsun” müddəalarının tələblərini pozaraq və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki inkanı olduğu halda bunlara riayət etməyib, eyni istiqamətdə hərəkətdə olan şahid1 idarə etdiyi “Belarus MTZ 82” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı 2 yarımqoşqulu nəqliyyat vasitəsini ötmək istəyərkən traktorun sonuncu yarımqoşqusunun sol yan tininə dəyib toqquşması nəticəsində, avtomobilin ön sərnişin oturacağında əyləşərək sağ qolu qapının üzərində olan atası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan “sağ bazu sümüyünün distal ucunun sınığı və sağ said sümüklərinin proksimal ucunun çoxqəlpəli açıq sınıqları, sağ dirsək oynağı nahiyyəsini əhatə edən geniş həcimli əzilmiş yara” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmənin ittiham hökmü ilə (hakim: X4) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, iş üzrə məhkəmə ekspertiza xərci ilə bağlı məsələ həll olunmuşdur. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Biləsuvar rayon məhkəməsinin hökmü ilə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərfli və obyektiv araşdırılmamış, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən cəzanın yüngülləşdirilməsi ilə bağlı halları müəyyən etsə də ədalət və hümanizm prinsiplərinin normaları pozulmuş, nəticədə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə sərt cəza təyin olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə saat təxminən 01.00 radələrində Cəlilabad rayonunda keçirilən keçirilən toy məclisindən çıxaraq ailə üzvləri birlikdə yaşadıqları İmişli rayonunun Çaxırlı kəndinə gələrkən atası Zərərçəkmiş şəxs məxsus “Khazar “ markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmiş, həmin vaxt avtomobildə atasından başqa heç kim olmamış, digər ailə üzvləri isə şahid3 idarə etdiyi ! “VAZ 2101” markalı avtomobildə olmuşlar. Atası idarə etdiyi avtomobilin sağ ön sərnişin oturacağında əyləşmiş, Biləsuvar-Bəhrəmtəpə yolu ilə hərəkət edərkən avtomobilin sürəti təxminən 90-100 km/saat olmuş, avtomobillə hərəkətdə olan zaman qarşıda hərəkət edən traktorun xarici işıq cihazlarını yandırmadığını gec fərq etmiş, bu səbəbdən dərhal əyləcdən istifadə etmişdir. Vəziyyəti görən qardaşı şahid3 da əyləcdən istifadə etmiş, toqquşmadan yayınmaq məqsədilə yan zolağa çıxmaq istəsə də, qarşıdan yük avtomobili gəldiyini görüb başladığı manevri tamamlaya bilməmişdir. Nəticədə idarə etidiyi avtomobil sürüşərək qardaşının idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmışdır. Həmin vaxt qardaşı şahid3 yük avtomobili ilə traktorun arasındakı boşluqdan istifadə edərək ötmə manevrini etmiş, özü isə traktorun arxa qoşqusu ilə toqquşmamaq üçün qarşı zolağa çıxıb hərəkətini davam etdirmək istəmiş, lakin idarə etdiyi avtomobilin sağ ön hissəsi trarktorun qoşqusunun sol arxa hissəsinə toxunmuşdur. Nəticədə sağ ön sərnişjn oturacağında əyləşən atası Zərərçəkmiş şəxs xəsarət almış, avtomobili saxlayıb atasını xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həm məhkəmə baxışı zamanı ifadəsində, həm də ərizəsində aldığı ağır dərəcəli bədən xəsarəti ilə əlaqədar heç kimdən şikayət və tələbi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminindəi az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin öz atası olmasını göstərmişdir. Məhkəmə cəza təyin edərkən yuxarıda göstərilən yüngülləşdirici halları sadalasa da, cəzanın məqsədinə çatdırılması baxımından məhkəmənin gəldiyi nəticə yetərli olmamış, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində kənar şəxslərin köməyinə ehtiyacı olan, həmçinin Əfqanıstanda döyüş əməliyyatlarında iştirak edərək yaralanan, 1-ci Qarabağ müharibəsində könüllü iştirak edərək birinci sağ qıçının amputasiyası nəticəsində 1-ci qrup əlil olan atasının hadisədə zərərçəkməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirməsini, ailədə köməyə ehtiyacı olan atasının onun tərəfindən ehtiyaclarının qarşılanması, baş vermiş hadisədən sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün köməklik etməsi kimi halları nəzərə almamaqda haqlı olmamışdır. Bu baxımdan məhkəmə CM-nin 8.1, 9 və 58.3-cü maddəsinin tələblərinə riayət etməmiş, ona görədə məhkəmənin təyin etdiyi 01 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası sərt cəza olmuşdur. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs nəzərdə tutulmuş yüngülləşdirici halları tam nəzərə almamaqla yanaşı, təyin olunmuş cəzanı Azərbayçan respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməməklə ona daha ağır cəza təyin etmişdir. Bundan əlavə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs Əfqanıstan Respublikasında beynəlmiləl borcunu yerinə yetirərkən keçmiş SSRİ X3 Heyətinin ##.##.1988-ci il İ tarixli Fərmanı ilə tərifnamə və medal ilə təltif olunmasını, buna görə ona həmin vaxt müharibə veteranı vəsiqəsi verilməsini, Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik medalı ilə təltif olunmasını, ƏSMMN yanında DSMF İmişli rayon şöbəsi tərəfindən ömürlük 1-ci qrup əlillik verilməsini, hazırda əlillik dərəcəsinə görə onun bütün ehtiyaclarının hadisəni törətmiş oğlu Təqsirləndirilən şəxs tərəfindən qarşılanması kimi mühüm diqqətəlayiq hallan məhkəmə cəza təyini zamanı nəzərə almamış, binunla da qanunla nəzərdə tutulan ədalət və humanizm prinsipini gözləməmişdir. Qeyd olunanlardan da görünür ki, məhkəmə hökm çıxararkən cəza təyini zamanı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və II hissələrinin, Insan hüquqları üzrə Ümumi Bəyannaməsinin 3-cü maddəsinin, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsinin, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə riayət etməməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyini ilə bağlı normalarının tələblərini gözləməmiş, Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək şərti məhkum etməməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən Biləsuvar Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ##.##.2026cı il tarixi hökmünü qismən ləğv etməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbayan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum emə cəzasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq etməklə şərti he olunması qərar qəbul edilməsi xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Biləsuvar Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Müdafiəçi apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Qeyd olunan maddəyə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Apellyasiya müraciətindən göründüyü kimi, müdafiə tərəfi təqsirlə və hüquqi tövsüflə bağlı halları mübahisələndirməmiş, həmin hallarla bağlı məhkəmənin gəlidiyi nəticə ilə razılaşmışdır. Müdafiə tərəfi yalnız cəza təyini zamanı məhkəmənin mövqeyi ilə razı olmadığın ifadə etmiş və iddiasını zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin atası olması, şikayət və tələbin olmaması, zərərçəkmiş şəxsin İ dərəcə əlil olması, onun Əfqanistan və Qarabağ müharibəsi veteranı olması, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin himayəsində olması kimi halların nəzərə alınmaması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə əlavə olunmuş vəsiqə surətləri ilə zərərşəkmiş şəxsin İ dərəcə əlil, Əfqanistan müharibəsi veteranı olması təsdiq olunsa da, onun Qarabağ müharibəsi veteranı olması, İ dərəcə əlil olmasının səbəbi məhz Qarabağ döyüşləri zamanı aldığı xəsarətdən əmələ gəlməsi ilə bağlı heç bir sübut əlavə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, himayəsində 3 yetkinlik yaşına çatmayan azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin öz atası olması və ona qarşı heç bir şikayət və tələbinin olmaması, yaşadığı yerdən müsbət xarakterizə olunması, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmaması işin halları ilə müəyyən olunur və birinci instansiya məhkəməsi həmin halların məcmusunu cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Kollegiya təyin edilmiş cəzanın növü də həddi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Apellyasiya şikayətinin dəlillərini və əməlin ictimai təhlükəliliyi ilə bağlı halları təhlil etməklə, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsini müzakirə edərək kollegiya aşağıdakı hallara görə apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlmişdir. Cəza təyini ilə əlaqədar yuxarıda təsvir edilən normaların mənasına görə, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır:
1. Məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü;
2. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;
3. Məhkumun şəxsiyyəti;
4. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşdur ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 21-ci bəndində cəza təyini ilə bağlı qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. İşin hallarına əsasən müəyyən olnur ki, yol nəqliyyat hadisəsi zamanı idarə olunan “Xəzər” markalı avtomobil məhz zərərçəkmiş şəxsə məxsusdur və ƏƏSMN tərəfindən verilmişdir. İstisna deyil ki, həmin avtomobil əvvəllər də təqsirləndirilən şəxs tərəfindən dəfələrlə sürücülük hüququ olmadan idarə olunmuşdur. Onlar ailə olaraq bir yerdə yaşayırlar və Təqsirləndirilən şəxs azadlıqda qalarsa bundan sonrakı dövrdə eyni qaydada avtomobili idarə etməsi mümkün haldır. Kollegiya qeyd olunan vəziyyəti Təqsirləndirilən şəxs münasibətdə fərdi qiymətləndirərək bu qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olması, himayəsində azyaşlı uşaqlarının olması və atasının səhhəti ilə əlaqəli vəziyyəti ona yalnız aşağı həddə cəza təyin olunması ilə bağlı nəzərə alına bilər və birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində cəza təyin etməklə ona qarşı kifayət qədər aşağı həddə cəza təyin etmişdir. Odur ki, cinayət qanunu normalarının tələblərinə, cinayətin ictimai təhlükəlilik dərəcəsinə əsaslanaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin tətbiqini mümkün hesab etmir. Çünki birinci instansiya məhkəməsinin təyin etdiyi cəza növü və həddi, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.