Məhkəmə qərarları › İş №1(3-9)-139/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-139/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-139/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), X4 və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə) X6 Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmündən təqsirləndirilən şəxsin özü tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakim Osman Vəliyev) ##.##.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Cəlayır kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, cəzaçəkməsinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, ## ######## 2020-ci il tarixdən başlayaraq ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə və həmin Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək ##.##.2021-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ##.##.2025-ci il tarixədək 12520 (on iki min beş yüz iyirmi) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində olan hökmlə razı olmadığını, ona təyin olunmuş cəzanın azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü ilin avqust ayından Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Bakı Istintaq Təcridxnasına göndərilmiş, lazımi sübutlar olmadığından sentyabr ayında Qaradağ Rayon Məhkəməsinin qərarı ilə bəraət almış və azadlığa buraxılmışdır. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin olunmuş 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə razı olmadığından tövsif olunaraq cəzasının azaldılmasını xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə baxışında təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə baxışında dövlət ittihamçısı X1 təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-in 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqlarını həyata keçirir. Işin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Işin materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Birinci instansiya məhkəməsində iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Cəlayır kəndində qeydiyyatdadır, müvəqqəti olaraq Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs ilə 2014-cü ildə rəsmi nikaha daxil olmadan evlənmişdir. 2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə evlilikdən ##.##.2015-ci il tarixdə Əfrail və ##.##.2018-ci il tarixdə Nihad adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Odur ki, Günay nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan ## ######## 2020-ci il tarixdən başlayaraq ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bu barədə Cəlilabad rayon Icra və Probasiya şöbəsi tərəfindən ona qərar və bildiriş göndərilmişdir. Övladları Əfrail və Nihad anaları Günayın yanında və himayəsindədirlər. O, Cəlilabad rayon Icra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş protokollar əsasında Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə və həmin Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarı ilə Azəraycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi üzrə tələbkar Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixədək 12520 (on iki min beş yüz iyirmi) manat aliment borcu yaranmışdır. Qeyd olunan aliment borcunu hazırda ödəməyə imkanı yoxdur. Qeyd olunan qətnamə üzrə borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən ona rəsmi xəbərdarlıqlar edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi halda cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə icra məmuru tərəfindən ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olaraq maşın ustası işləyir. Aylıq qazancı 800 (səkkiz yüz) manat olur. Qazancını özünə xərcləyir. Təkrar evlənməmişdir. Işlədiyi və məşğulluq mərkəzindən təklif olunan işlərin əmək haqqı az olduğu üçün məşğulluq mərkəzinə müraciət etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(073)- ***/**** saylı qətnaməsi üzrə 12520 (on iki min beş yüz iyirmi) manat yaranmış aliment borcundan istintaq müddətində Zərərçəkmiş şəxs ümumilikdə 690 (altı yüz doxsan) manat aliment ödənişi etmişdir. Barəsində daha yüngül cəza tədbirinin seçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsini, cəzanın dəyişdirilməsini, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha az müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlillər əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(073)-231/2021 qətnaməsindən görünür ki, ## ######## 2020-ci il tarixdən başlayaraq ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ##.##.2021-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği ödənilməklə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Işdə olan Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı və həmin Məhkəmənin ##.##.2025-ci il tarixli, 3(073)-280/2025 qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək hər iki halda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş və icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün ona yeni müddətlər verilmişdir. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X12 Lənkəran-X7 Filialının ## ##### 2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə müraciət etməmişdir. Işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə qaldığı 2 gün nəzərə alınmaqla qəti olaraq 1 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 1 ay 21 gün şərti olara vaxtından əvvəl azad edilmişdir. Işdə olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs aliment borcundan 690 manat zərərçəkmişə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, o cümlədən cəzasını yüngülləşdirən halları düzgün müəyyən etsə də, əsasız olaraq şəxsin əməlində cinayətin residivinin olması qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi hökmdə cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14- cü maddəsinə əsasən, onun əməlindən səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirdiyini və nəzərə aldığını qeyd etmişdir. Eyni zamanda, hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hallardır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən hesab etmişdir ki, o, ##.##.2020-ci il tarixli məhkəmə qərarı ilə cəzadan şərti azad edilmiş, ona icra məmuru tərəfindən ilk rəsmi xəbərdarlıq ##.##.2021-ci ildə, yəni məhkumluğunun ödənilmədiyi müddətdə edilmişdir. Halbuki, işin materiallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(073)-280/2025 qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə qərarının icra edilməməsi ilə bağlı əməli inzibati xəta kimi qiymətləndirilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq olunur ki, sözügedən icra sənədi üzrə Təqsirləndirilən şəxs əməli barəsində inzibati xəta haqqında qərarın qəbul edildiyi ##.##.2025-ci il tarixədək cinayət kimi qiymətləndirilə bilməz. Əks halda bu eyni əmələ görə (icra sənədi üzrə alimentin lazımı qaydada ödənilməməsi) iki dəfə cəzalandırmaya səbəb ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il ## ###### tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, cinayət qanunvericiliyində inzibati preyudisiya, bir tərəfdən əməlin lazımsız kriminallaşdırılmasını istisna edir, digər tərəfdən isə analoji hüquq pozuntusuna görə şəxsi inzibati məsuliyyətə cəlb etmək vasitəsi ilə cinayətlərin qarşısının alınmasına imkan yaradır. Bu halda, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. Inzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Inzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. Inzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir (“Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il # ####### tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Inzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Inzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi mövqe əsassız olduğundan, onun əməlində ağırlaşdırılan halların olmaması nəzərə alınmalı, buna müvafiq olaraq da həm təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir, həm də onun cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisənin rejimi dəyişdirilməlidir. Beləliklə, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etməyərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 306.1-ci maddəsi ilə təyin edilmiş cəza dəyişdirilərək, ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar