Məhkəmə qərarları › İş №1(3-9)-141/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-141/2026

12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-141/2026 12.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ## ###### 1992-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 3 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 134, 144.2.2, 144.2.5 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: İşin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəlidiyi nəticəyə görə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 14 radələrində əvvəllər qeyri-rəsmi şəkildə birlikdə yaşadığı və ondan 24-25 həftəlik hamilə olduğunu bildiyi zərərçəkmiş şəxs2 yaşadığı evdən öz yaşadığı evə gətirmək qərarına gəldikdən sonra zərərçəkmiş şəxs2 öz ailəsi ilə yaşadığı ünvan 2 ünvanına daxil olmaq məqsədi ilə qonşunun hasarından tullanmaq yolu ilə X5 və zərərçəkmiş şəxs2 iradələri ziddinə hərəkət edib həmin həyətə daxil olduqdan sonra onu sakitləşdirmək məqsədi ilə həmin evin giriş qapısını açan Xalidə Bayramovaya özü ilə gətirdiyi soyuq silah hesab edilməməklə zavod üsulu ilə hazırlanmış deşici, kəsici xassəyə malik olan mətbəx bıçağını nümayiş etdirmə yolu ilə, yəni həmin bıçaqla zor tətbiq etmə hədəsi ilə evin giriş qapısından içəri keçməklə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olmuş, Xalidə Bayramova və zərərçəkmiş şəxs2 sonuncunu həmin evdən öz yaşadığı evə aparmaq istədiyini bildirdikdə zərərçəkmiş şəxs2 getmək istəmədiyini və Xalidə Bayramovanın bunun qarşısını almaq istədiyini gördükdə Xalidə Bayramovanın qarın nahiyəsinə həmin bıçağı dirəməklə onu qəsdən real əsasla öldürməklə hədələmiş, bıçağı silah qismində istifadə edilən əşya kimi istifadə edərək aşkar surətdə 24-25 həftəlik hamilə vəziyyətində olduğunu bildiyi zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dirəməklə həmin evdən çıxarmış, yolda olarkən zərərçəkmiş şəxs2 geri dönəcəyi təqdirdə real əsasla öldürəcəyi ilə hədəsini davam etdirərək, onu öz yaşadığı evə, yəni ünvan 1 ünvanına məcburi gətirib həmin ünvanda iradəsinə zidd surətdə qanunsuz olaraq saxlamaqla oğurlamışdır. Həmçinin, o, X5 ## ###### 2025-ci il tarixdə saat 14:09-da övladı zərərçəkmiş şəxs2 onun tərəfindən sonuncunun evindən oğurlanması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə etdiyi müraciəti əsasında Füzuli rayon Polis şöbəsinin aidiyyəti əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gəlməsi nəticəsində sonuncu oğurlayaraq həmin evdə qanunsuz saxladığı zərərçəkmiş şəxs2 azad etməmək üçün bıçağı ilk əvvəl zərərçəkmiş şəxs2, sonra isə öz boğazına dirəyib polis əməkdaşlarının yaxın gəlməmələrini bildirmiş, polis əməkdaşları Təqsirləndirilən şəxslə uzun müddət profilaktiki söhbət aparsa da, o, könüllü surətdə zərərçəkmiş zərərçəkmiş şəxs2 azad etməmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs onu sakitləşdirmək məqsədi ilə zərərçəkmiş şəxs2 şikayəti olmaması ilə bağlı ərizə yazdıqdan sonra gedəcəklərini bildirdikdən sonra sonuncu kağıza ərizə yazmağa başlamış, həmin vaxt zərərçəkmiş şəxs2 polis əməkdaşlarının Təqsirləndirilən şəxslə profilaktiki söhbət aparması səbəbi ilə onun özü üzərində diqqətinin yayınmasından istifadə edərək dərhal polis əməkdaşlarının yanına qaçaraq xilas olmuş, bunu görən Təqsirləndirilən şəxs isə əlindəki bıçaqla boyun və sol said nahiyələrinə xəsarətlər yetirməklə özünə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsrətləri yetirmişdir. Məhkəmənin ittiham hökmünə əsasən (hakimlər:X2 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 134, 144.2.2, 144.2.5 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 134cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 144.2.2 və 144.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, iş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci ilə bağlı məsələ həll olunmuşdur. II.APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cinayət Məcəlləsinin 144.2.5-ci maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, törtədiyi əməldən CM 144.2.5-ci maddəsinin tövsif olunmuş cinayət xarakterli əməl olmadığı üçün ona verilən hökmlə razı deyil və ədalətsiz hesab edir. Barəsində olan cinayət işinə yenidən baxılmasını və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm zidiyətli, mötəbər olmayan hallara və sübutlara əsaslanmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs psixoloji durumunun müəyyən edilməsi üçün müdafiə tərəfinin vəsatəti ilə iş üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə “Kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası” təyin edilmiş və ##.##.2025-ci il tarixli *** saylı ekspert rəyi alınmışdır. Həmin ekspertiza rəyində zidiyyətlər və bir sıra terminlər olduğundan ekspertlərin məhkəməyə çağırılaraq dindirləməsi yazılı vəsatətlə məhkəmədən xahiş edilmişdir. Lakin vəsatət təmin edilməmişdir. Ekspertlərin məhkəmə iclasına çağırılaraq dindirilməsi üçün aşağıdakı əsasları qeyd etməyi zəruri hesab edirəm. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza qarşısında qoyulmuş 4-cü suala cavab tibbi terminlərdən ibarət olmuş və ekspert tərəfindən izah edilməli olduğunu zəruri hesab etmişdim. (Məsələn: «Şizofreniya əlamətləri ilə kəskin polimorf psixotik pozuntu»). Bundan başqa ekspert rəyinin əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs Nevroloji statusu kimi, “Mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi zədələnmə əlamətləri müəyyən edilir” qeyd edilmişdir. Bunun aydınlaşdırılmasını zəruri olduğunu hesab etmişdim. Həmçinin rəyin əsaslandırıcı hissəsində ekspert tərəfindən gah “Təqsirləndirilən şəxs psixi xəstə olmadığını dəfələrlə vurğulayır” gah da, “onda simulyativ davranış qeydə olınır (psixi pozuntu təqlid etməyə çalışır)” qeyd edilir. Bundan başqa rəyin bir hissəsində Təqsirləndirilən şəxs “Hər yerdə bir Allaham, bir Mehdiyəm, bir imamam”, “dərmanlar mənə beyin qanaxması verir” kimi cümlələr söylədiyi qeyd edildildiyi halda digər yerdə “Təqsirləndirilən şəxs sayıqlama fikirləri (ideyaları) müəyyən edilmir” ekspertlər tərəfindən ziddiyətli olaraq qeyd edilir. Bundan başqa rəydə qeyd edilir ki, “Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmir”, amma işdən görünür ki, polis tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs özünə xəsarətlər yetirmişdir, bununla bağlı iş materiallarında tibbi sənədlər mövcuddur. Həmçinin Təqsirləndirilən şəxs zorakı cinayət (AR CM 134 və 144.2.2) törətməsi barədə ittiham verilmişdir. Bundan başqa ekspertlər aydınlaşdırmalıydı ki, əgər Təqsirləndirilən şəxs hər hansı bir psixi pozuntu yoxdursa o, Füzuli rayon X8-Əsəb kabinetində niyə qeydiyyatdadır. Həmçinin ekspertlərdən ekspertiza aparıldığı dövrdə Təqsirləndirilən şəxs əvvəllər psixiatria dispanserində müalicə alması barədə sənədlər və digər məlumatlar (hansı dərmanlar qəbul etdiyi, hansı metodlarla müalicə aldığı) tələb olunub-olunmaması aydınlaşdırılmalıydı. Bunlar barədə ekspert rəyində heç bir məlumat və izah yoxdur. İşin hallarından, işdə olan sənədlərdən və şahid ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs psixi pozuntu xəstəliyindən əziyyət çəkmiş və bununla bağlı iki dəfə stasionar qaydada müalicədə olmuşdur, hətta ekspert rəyində bununla bağlı bir cümlə də qeyd edilmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən (resept) görünür ki, psixologi durumunun yaxşılaşdırılması üçün (müalicəsi) üçün tibbi göstəriş olaraq Təqsirləndirilən şəxs: Ketilept, Çiklodol, Rispaksol, Amitriptilin və Depakin Xrono 500 həblər təyin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası şahid1 və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs2 öz ifadələrində Təqsirləndirilən şəxs ev şəraitində müalicəsi üçün psixotrop həblər qəbul etdiyini bir daha təsdiqləmişlər. Bundan başqa Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.2 və 144.2.5-ci maddəsi üzrə ittihama münasibətdə hesab edir ki, onun hərəkətləri ailə münasibətlərindən irəli gəlmişdir. Belə ki, iş materiallarından və məhkəməyə təqdim edilmiş el adət-ənənəsinə uyğun keçirilmiş nişan və toy mərasimi görüntülərindən bəlli olur ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs kimi tanınmış zərərçəkmiş şəxs2 arasında faktiki nikah münasibətləri olmuş və ər-arvad kimi bir müddət bir evdə yaşamışlar. zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qeyri-adekvat hərəkətlərindən küsərək anasının yaşadığı evə getdiyi üçün Təqsirləndirilən şəxs onu evə qaytarılması üçün dalıyca qayınanasının fərdi yaşayış evinə getmişdir (bunun səbəbini qeyri-adekvat, paranoik izahatları ilə məhkəmənin diqqətinə çatdırmışdır) . Fərdi yaşayış evinə getməmişdən əvvəl dəfələrlə zərərçəkmiş şəxs2 evə qayıtmasını xahiş etmişdir. Bu zaman heç kimə xəsarət yetirməsi təhlükəsi yaratmamış, bunun sübutu olaraq polis tərəfindən saxlanılarkən zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs2 yanında olsa da, xəsarəti qeyri-adekvat və paranoik hərəkətlərlə özünə yetriməsi cəhdi olmuşdur. Həmçinin iş materiallarından və şahid ifadələrindən görünür ki, qaynanasının evindən öz evlərinə gedərkən zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirməmiş, ikisi əl-ələ tutaraq getmişlər. Bununla bir daha qeyd etməyi zəruri hesab edirəm ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs2 arasında rəsmi nikah olmasa da, faktiki nikah münasibətləri olmuşdur. Həmçinin zərərçəkmiş şəxsin iddia etdiyi kimi güya Təqsirləndirilən şəxs birgə faktiki nikahlarından ## ### 2025-ci il tarixdə uşaq doğulmuşdur. Yuxarıda göstərilən işin halları, iş üzrə şahid ifadələri, həmçinin Təqsirləndirilən şəxs əməlinin özü tərəfindən qeyri-adekvat və anlaşılmaz izahı onun hərəkətlərinin qeyri-adekvat və onda olan psixoloji pozuntu nəticəsində baş verdiyini bir daha təsdiq edir. Eyni zamanda hesab edirəm ki, Təqsirləndirilən şəxs bu qeyri-adekvat hərəkərləri onda olan psixi pozuntularla çox hissədə əlaqəli olsa da, son dövürlər cəmiyyətimizdə bu kimi halların çoxalması, yəni ərin müvəqqəti ailə çətinliklərinə dözməyərək evdən getmiş arvadın geri qaytarmaq cəhdi (təəssüf ki, bir çox hallarda anlayışla qəbul edilməyərək ağır nəticələrə səbəb olur) Azərbaycan kişisinin mentalitetdən irəli gələn ailəsinə bağlığının və sevgisinin sübutudur. İş üzrə Təqsirləndirilən şəxs psixoloji durumunu müəyən etmək üçün təyin edilmiş Kompleks Ambulator və Kompleks Stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyləri iş materiallarına uyğun gəlmədiyi üçün onlara tənqidi yanaşılmalıdır. Apellyasiya icraatı qismən istintaqla keçirilərək ekspertlər məhkəməyə çağırılaraq dindirilməlidir, zərurət yaranarsa təkrar və ya əlavə ekspertizalar təyin edilməlidir. İşin hazırki vəziyyətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 144.2.2 və 144.2.5-ci maddəsinin tərkibinə oxşar hərəkətlərin edilməsizamanı öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməmiş və ya həmin əməli idarə edə bilməmişdir. Anlaqsız olduğundan cinayətin subyektiv cəhəti yaranmamışdır. Gələcəkdə daha ağır nəticələr verəcək hərəkətlərinin qarşısının alınması üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbacan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsinin ittihamdan xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134, 144.2.2 və 144.2.5-ci, 157.2-ci maddələrinin tərkibinə oxşar əməl edilməsi zamanı öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmədiyindən və ya həmin əməli idarə edə bilmədiyindən anlaqsız olduğu üçün məsuliyyətdən azad edilməsi və Azərbaycan Respublikası CM-in 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə qərar qəbul edilməsi və ya, ekspert rəyləri təsdiqini taparsa Lənkaran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəzası şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi müdafiəçi1 apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxslər gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Apellyasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 134,144.2.2, 144.2.5 və 157.2ci maddələri ilə tövsif etmişdir. Apellyasiya müraciətlərindən göründüyü kimi, təqsirləndirilən şəxs və müdafiə tərəfi təqsirlə və hüquqi tövsiflə bağlı halları mübahisələndirmişdir, məhkəmənin cəza təyini zamanı təqsirləndirilən şəxsin psixi vəziyyətini, əməlin törədildiyi an anlaqlı vəziyyətdə olmaması kimi halların nəzərə alınmaması ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxışından məlum olur ki, o, əməli qismən etiraf edir, zərərçəkmiş şəxs2 zorla aparmadığını, üzərində bıçaq olsa da, X5 və zərərçəkmiş şəxs2 bıçaqla öldürməsi ilə hədələmədiyini, zərərçəkmiş şəxs2 aparmasının səbəbi aralarında olan dini nikahı pozdurmaq istəməsi ilə əlaqədar olmasını, evə qonşu hasardan tullanaraq daxil olmasının səbəbi isə onların həyət qapını açmaması olmasını bildirmişdir. Göründüyü kimi, mahiyyətcə Təqsirləndirilən şəxs özünü təqsirli bilmir, ona görə də apellyasiya şikayətinin dəlillərinə ittihama dair toplanmış sübutların yoxlanılması ilə qiymət verilməlidir. İş üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə isə əlində bıçaqla gəlib onu ailəsi ilə hədələyərək geri qayıtmağa məcbur etmiş, onu zorla evdən hicabsız vəziyyətdə, ayağında ayaqqabısız çıxararaq, dartıb evinə aparmışdır. Bundan sonra, polis əməkdaşları gələrək onu xilas etmişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. İş üzrə zərərçəkmiş şəxs X5 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə isə əlində bıçaqla gələrək zərərçəkmiş şəxs2 zorla hicabsız vəziyyətdə, ayaqyalın öz evinə aparmışdır. Bunu əri Samir, qızları Nəzrin və Ayşən, həmçinin, qonşuları görmüşdür. O, dərhal bu barədə 102 xidmətinə məlumat vermiş və polis əməkdaşlarının köməyi ilə qızını onun əlindən ala bilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. Zərərçəkmiş şəxslərin hər ikisinin ibtidai istintaqda olan təfərrüatlı ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs qonşunun hasarından tullanarq, qanunsuz mənzilə daxil olmuş, daha sonra bıçağı nümayiş etdirməklə, eləcə də ölümün real icra olunacağı hədəsi ilə zərərçəkmiş şəxs2, onun iradəsinin ziddinə olaraq özünün yaşadığı evə aparmağa nail olmuşdur. Cinayət işi üzrə ifadə vermiş şahidlər verilmiş ittihama uyğun ifadələr verməklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 aparması üçün qanunsuz mənizlə daxil olmasını, zərərçəkmiş şəxsləri bıçaqla hədələməsini, məhz bundan sonra zərərçəkmiş şəxs2 məcburi qaydada, onun iradəsinin ziddinə olaraq yaşadığı evə aparmasını, sonradan polis əməkdaşlarının müdaxiləsi ilə sonuncunun onun nəzarətindən xilas olmasını təsdiq etmişlər. Bütün qeyd olunanlar təsdiq edir ki, toplanmış sübutlara və işin hallarına əsasən birinci instansiya məhkəməsi hüquqi tövsiflə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya təsirləndirilən şəxsin anlaqlılığı ilə əlaqədar müdafiə tərəfinin mübahisələndirdiyi halları araşdıraraq qeyd edir ki, “Kompleks-ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın ##.##.2025-ci il tarixli, **** saylı rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. SN Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin arxivindən alınan sənədlərə əsasən anamnezində keçirilmiş “Şizofreniya əlamətləri ilə kəskin polimorf psixotik pozuntu” diaqnozu qeyd edilmişdir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixi vəziyyəti sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, inadkarlıq, eqosentrizm və s. kimi əlamətlər müəyyən edilir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və cinayəti törədərkən hərəkətinin faktiki xarakterini dərk etmək, özünü idarə etmək, hadisəni faktiki qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, inadkarlıq, eqosentrizm və s. kimi xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. ( C-II, i.v. 2-5) Bundan başqa məhkəmə istintaqında müdafiə tərəfinin vəsatətinə əsasən təyin edilmiş təkrar kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə verilmiş ##.##.2025-ci il tarixli rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsvin hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bununla yanaşı Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri qeyd olunur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndinidiyi cinayət əməlin törədərkən və hal hazırda faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Buna görə də Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqdim olunmuş cinayət işı materiallarına əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs ##.## 2023-cü il tarixdən ##.## 2023-cü il tarixinədək Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuş, “Şizofreniya əlamətləri ilə kəskin polimorf psixotik pozuntu”dan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndinldiyi cinayət əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə cəza çəkmə iqtidarına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Göründüyü kimi, hər iki rəy üzrə Təqsirləndirilən şəxs anlaqsız şəxs olmasına sübhə yaradan hal müəyyən olunmamışdır. Ona görə də, müdafiə tərəfinin Təqsirləndirilən şəxs psixi xəstəliklə bağlı dəlilləri əsassız hesab olunmalıdır. Müdafiəçinin apellyasiya şikayəti üzrə digər tələb olunan hala əsasən, CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsini müzakirə edərək kollegiya aşağıdakı hallara görə apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlmişdir. Kollegiya təyin edilmiş cəzanın növü də həddi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cəza təyini ilə əlaqədar yuxarıda təsvir edilən normaların mənasına görə, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır:

1. Məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü;

2. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;

3. Məhkumun şəxsiyyəti;

4. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşdur ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 332.1, 263-1.1, 221.1 və 127.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. ( C-İ, i.v 135-136) Füzuli şəhər İcra Hakimiyyəti Başçısının Horadiz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Horadiz şəhər, B.Sərdarov küçəsi, ev 16-da yaşamışdır, ailə tərkibi-anası şahid1 İclas qızı, qardaşı X4 ibarətdir. O, Horadiz şəhərində yaşadığı müddətdə heç bir ictimai işlərdə iştirak etməyən bir şəxs kimi tanınmışdır. Qonşuları və şəhər sakinləri tərəfindən kafi qiymətləndirilmiş, xasiyyəti yaxşı səciyyələndirilmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmiş, təqsirləndirilən şəxsə elan edilmiş ittihamlardan Cinayət Məcəlləsinin 134 və 157.2-ci maddələrinə münasibətdə cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilməsini ARCM-in 61.1.7-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 134, 144.2.2, 144.2.5 və 157.2-ci maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətdir və sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 144.2.2-ci və 144.2.5-ci maddələrində nəzərdə tutulmuş əməl ağır cinayətdir və beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 157.2- ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətdir və iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Kollegiya qeyd olunan vəziyyəti Təqsirləndirilən şəxs münasibətdə fərdi qiymətləndirərək bu qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olması, ona yalnız aşağı həddə cəza təyin olunması ilə bağlı nəzərə alına bilər və birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 134, 144.2.2, 144.2.5 və 157.2-ci maddələrində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində cəza təyin etməklə ona qarşı kifayət qədər aşağı həddə cəza təyin etmişdir. Odur ki, cinayət qanunu normalarının tələblərinə, cinayətin ictimai təhlükəlilik dərəcəsinə əsaslanaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin tətbiqini mümkün hesab etmir. Çünki birinci instansiya məhkəməsinin təyin etdiyi cəza növü və həddi, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 144.2.2, 144.2.5 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397- 399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 144.2.2, 144.2.5 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar