Məhkəmə qərarları › İş №1(3-9)-142/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-142/2026

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-142/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər X17 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X19 Müdafiəsi üzrə Idarəsinin şöbə prokuroru, R dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: ##.##.1993-cü ildə Lənkəran rayonu, Port-Iliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, habelə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və Lənkəran Şəhər Icra Hakimiyyəti başçısının # ####### 2025-ci il tarixli Sərəncamı ilə təqsirləndirilən şəxsin azyaşlı övladları - X5 və X2 nənələri şahid1 qəyyumluğuna verilmələrinin nəzərə alınması qərara alınmış, həmçinin iş üzrə maddi sübutlara dair məsələ həll edilmişdir. Işin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs ##.##.2017-ci il tarixdən rəsmi qaydada nikaha girib birgə yaşadığı, lakin 2023-cü ilin əvvəllərindən faktiki olaraq ayrıldığı arvadı ##.##.1995-ci il təvəllüdlü X4 başqa kişilərlə yaxın münasibət qurub ona xəyanət etməsindən şübhələndiyinə, habelə ##.##.2025-ci il tarixdə Lənkəran * saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi zamanı arvadının rəsmi qaydada boşanmaq fikrində olmaqla onunla barışıb birgə yaşamaq üçün Bakı şəhərinə köçməsi ilə bağlı təklifini qəbul etmədiyinə görə Əfsanə Lələzadəni qısqanclıq zəminində qisas almaq niyətilə qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə ##.##.2025-ci il tarixdə saat 06.00 radələrində yaşadığı evdən zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb Lənkəran rayonu, Liman şəhəri, X1 küçəsində yerləşən ** nömrəli evin qarşısına - küçəyə gələrək Əfsanə Lələzadənin işə getmək üçün evdən çıxıb həmin istiqamətdə gəlməsini gözləməyə başlamış, saat 08.00 radələrində Əfsanə Lələzadənin həmin küçəyə çatdığını görüb sonuncuya yaxınlaşaraq əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi və şalvarının belinə keçirdiyi bıçağı oradan götürüb “bizim kinomuz bura qədər idi” - deyərək, saçlarından tutub həmin bıçaqla müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə Əfsanə Lələzadəyə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boyunun səthi vena və arteriyaların kəsilməsi, sol üst göz qapağı nahiyəsində 2 ədəd, sol gözaltı nahiyədə 1 ədəd, sol qulaqarxası ənsə nahiyədə 1 ədəd, boyun nahiyədə 1 ədəd, sol alt çənə nahiyədə 1 ədəd, sağ qulaqarxası ənsə nahiyədə 1 ədəd, sağ qulaqarxası nahiyədə 1 ədəd, sol bazu nahiyədə 4 ədəd, sol bel nahiyədə 1 ədəd, sol əl nahiyədə 1 ədəd, sol əlin ikinci barmağı nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş və kəsilmiş yaralar, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol əlin III daraq sümüyünün 1 ədəd kəsilmiş sınığı və ölümünə səbəb olan həyat və sağlamlıq üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol bayır səthindən döş boşluğuna nüfuz edən, sol ağciyəri zədələyən kor yarası, sol plevra (1050 ml) boşluğunda qanaxma, kəskin qanitirmə ilə müşayiət edilən 1 ədəd kəsilmişdeşilmiş yara olmaqla, ümumilikdə 17 (on yeddi) ədəd xəsarət yetirərək Əfsanə Lələzadəni xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya müraciətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlini CM-in 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməsini və sonuncunun hadisədən sonra özünü könüllü olaraq polisə təqdim etməsini CM-in 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq ona CM-in 60.1-ci maddəsinin tələblərinə uyğun cəza təyin olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxsə CM-in 120.2.4-cü maddəsi ilə ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş etmişlər. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə deyil, CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, həyat yoldaşı X4 ona xəyanət etdiyi üçün cəzalandırmaq məqsədilə bir neçə bıçaq zərbəsi vurmuşdur. Konkret olaraq, Təqsirləndirilən şəxs ifadəsində və verilən suallara cavabında göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə səhər saat 08:00–09:00 radələrində Əfsanə evdən çıxıb işə gedərkən qarşısına çıxmış və etdiyi hərəkətlərə görə onu cəzalandırmaq üçün bir neçə bıçaq zərbəsi endirmişdir. Əfsanəni öldürmək niyyətində olmamış, sonuncuya cəmi bir və ya iki zərbə vurmuşdur. Istintaq zamanı ekspert rəyində əvvəlcə bıçaq zərbələrinin sayı 13 göstərilsə də və törədilmiş əməl CM-in 120.1-ci maddəsi ilə tövsif edilsə də, istintaqın sonunda heç bir zərurət olmadığı halda məhkəmə-tibb eksperti Şərif Hüseynov bıçaq zərbələrinin sayının 17 olması qənaətinə gəlmişdir. Nəticədə onun əməli CM-in 120.1-ci maddəsindən 120.2.4-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərbələri endirərkən zərərçəkmiş özünü müdafiə etmək üçün hərəkət etdiyindən, bıçaq bədəninin müxtəlif yerlərinə dəyərək sıyırıq və ya cızıqlar yaratmış ola bilər. Lakin bütün bunlar istintaq tərəfindən bıçaq zərbələri kimi qeyd edilmişdir. Istintaqın sonunda bıçaq zərbələrinin sayının 13-dən 17-yə qaldırılması müəyyən şübhələr doğurur. Əfsanəyə bıçaq zərbələrini sonuncu ayaqüstə olarkən vurmuş, istintaq zamanı Əfsanəyə yıxılmış vəziyyətdə də bıçaq zərbələri vurması və təxminən 15 dəqiqə onun yanında əyləşməsi barədə yazılanlar həqiqəti əks etdirmir. Müstəntiq daha ağır maddə vermək üçün ifadələri təhrif etmişdir. Hadisədən dərhal sonra könüllü olaraq polisə təslim olmuşdur. Arvadı Əfsanəni çox sevmiş, ondan ayrılmaq istəməmiş və etdiyi hərəkətə görə çox peşman olmuşdur. Müdafiə tərəfi olaraq məhkəmə-tibb ekspertizasının rəyi ilə razılaşmırlar. Belə ki, müdafiə tərəfi həmin rəylə yalnız ## ###### 2025-ci il tarixdə tanış edilmişdir. Əgər ekspert həqiqətən də ## ###### 2025-ci il tarixdə meyiti müayinə etmiş və bir ay sonra, yəni ## ######## 2025ci il tarixdə rəy vermişdirsə (tanışetmə protokolunda düzəliş edilərək 14 sentyabr yazılmışdır), niyə iki ay sonra müdafiə tərəfi ilə tanış edilir. Bu hal, digər 4 xəsarətin sonradan “aşkar edilməsi” və əməlin məqsədli şəkildə ağırlaşdırılması şübhəsini yaradır. Istintaq zamanı müstəntiq heç bir zərurət olmadığı halda “sübutları gücləndirmək” üçün ekspert Şərif Hüseynovu dindirmişdir. Ekspert ifadəsində göstərmişdir ki, Əfsanə Lələzadənin meyiti müayinə olunması üçün ## ###### 2024-cü il tarixdə Lənkəran rayonlararası zona mərkəzinin meyitxanasına təhvil verilmiş və onun tərəfindən ekspertiza keçirilmiş, meyit müstəntiqin iştirakı ilə xarici müayinə edilmiş, xəsarətləri qeyd edilmiş, daha sonra onun tərəfindən təkbaşına daxili müayinə edilərək 14 sentyabr və ## ######## 2025-ci il tarixli ** saylı rəylər tərtib edilmişdir. (Hansı ki, iş materiallarında yalnız bir rəy vardır.) Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, meyitə baxış keçirilən vaxt meyitin sol əlinin arxa səthində (III və IV barmaqları arasında) kəsilmiş yara aşkar edilmişdir. Xarici müayinədən sonra yara genişləndirilərək müəyyən edilmişdir ki, sol əlin III daraq sümüyünün kəsilmiş sınığı vardır. Bu səbəbdən meyitə ilkin baxış zamanı sol əlin III daraq sümüyünün kəsilmiş sınığı olduğu deyilməmişdir. Lakin meyit tam müayinə olunub qurtardıqdan sonra həmin xəsarətlər onun tərəfindən tərtib edilmiş müvafiq ekspert rəyində göstərilmişdir. Xarici müayinə zamanı meyitin üzərində olan xəsarətlərin çoxluğu ilə əlaqədar olaraq xəsarətlər boyunun sağ və sol nahiyələrində göstərilmişdir. Rəy tərtib olunarkən xəsarətlərin dəqiq lokalizasiyası qeyd olunmuş, həmin nahiyələrdəki xəsarətlər sağ və sol qulaqarxası nahiyələr kimi qiymətləndirilmişdir. Həmin ifadəyə münasibətdə qeyd etmək istəyir ki, Əfsanə Lələzadənin meyiti müayinə olunması üçün ## ###### 2024-cü il tarixdə Lənkəran rayonlararası zona mərkəzinin meyitxanasına təhvil verilmiş və onun tərəfindən ekspertiza keçirilmiş, meyit müstəntiqin iştirakı ilə xarici müayinə edilmiş, xəsarətləri qeyd edilmiş, daha sonra onun tərəfindən təkbaşına daxili müayinə edilərək 14 sentyabr və ## ######## 2025-ci il tarixli ** saylı rəylər tərtib edilmişdir. (Hansı ki, iş materiallarında yalnız bir rəy vardır.) Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, meyitə baxış keçirilən vaxt meyitin sol əlinin arxa səthində (III və IV barmaqları arasında) kəsilmiş yara aşkar edilmişdir. Xarici müayinədən sonra yara genişləndirilərək müəyyən edilmişdir ki, sol əlin III daraq sümüyünün kəsilmiş sınığı vardır. Bu səbəbdən meyitə ilkin baxış zamanı sol əlin III daraq sümüyünün kəsilmiş sınığı olduğu deyilməmişdir. Lakin meyit tam müayinə olunub qurtardıqdan sonra həmin xəsarətlər onun tərəfindən tərtib edilmiş müvafiq ekspert rəyində göstərilmişdir. Xarici müayinə zamanı meyitin üzərində olan xəsarətlərin çoxluğu ilə əlaqədar olaraq xəsarətlər boyunun sağ və sol nahiyələrində göstərilmişdir. Rəy tərtib olunarkən xəsarətlərin dəqiq lokalizasiyası qeyd olunmuş, həmin nahiyələrdəki xəsarətlər sağ və sol qulaqarxası nahiyələr kimi qiymətləndirilmişdir. Göründüyü kimi, sözügedən ekspert rəyi şübhəli olmaqla ziddiyyətlidir. Müdafiə tərəfi bu ziddiyyətləri əsas gətirərək meyitin qəbirdən çıxarılması (eksqumasiya) və təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə bunu təmin etməmişdir. Həmçinin hadisənin motivini aydınlaşdıra biləcək şahidlərin (X6 və X8) dindirilməsi barədə vəsatətlər də rədd edilmişdir. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində "xüsusi amansızlıq" tərkibi yoxdur və hadisə zərərçəkmişin ailəni tərk etməsi, xəyanət şübhələri kimi hərəkətlərindən qaynaqlanmışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs əməli CM-in 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə tövsif edilməlidir. Qanunvericiliyin tələbinə görə, ittihamın sübuta yetirilməsində yaranan və aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Təqsirləndirilən şəxs şəxsiyyətinə gəldikdə isə qeyd olunmalıdır ki, onun məhkumluğu yoxdur. Himayəsində iki azyaşlı övladı vardır ki, bu hal CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra könüllü olaraq polisə təslim olmuşdur ki, bu da CM-in 59.1.10-cu maddəsinə görə cəzanı yüngülləşdirən hal hesab olunur. Təqsirləndirilən şəxs uzun müddətə azadlıqdan məhrum edilməsi onun ailə üzvlərinə də əlavə məhrumiyyətlər gətirmişdir ki, bu da cəzanın məqsədinə müvafiq deyildir. Belə ki, o, gənc ailə başçısı olmaqla himayəsində xəstə anası və iki azyaşlı uşağı vardır, ailədə yeganə qazanc gətirən şəxs olmuşdur. Cinayət işində olan ## ###### 2025-ci il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra könüllü olaraq istintaq orqanına təslim olmuş, həyat yoldaşına xəsarət yetirdiyini etiraf etmiş və hadisə zamanı istifadə etdiyi bıçağı da könüllü şəkildə təqdim etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırkı hökmü əməlin tövsifi ilə bağlı hissədə əsaslı olsa da, təqsirləndirilən şəxsə təyin olunmuş cəza yüngül olmaqla ədalətli deyildir. Iş materiallarından da göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmamış və ona ömürlük azadlıqdan məhrumetmə növündə daha ağır cəzanın verilməsini tələb etmişdir. Apelyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırır ki, təqsirləndirilən şəxs öz hərəkətlərini xüsusi amansızlıqla icra edərək, yəni zərərçəkmişə 17 bıçaq zərbəsi vuraraq bir insanı həyatdan məhrum etməklə bərabər, əslində bütöv bir ailəni məhv etmişdir. X10 himayəsində qalan azyaşlı uşaqlar hazırda ağır mənəvi sarsıntı keçirməklə yanaşı, həm də çox ağır psixoloji vəziyyətdədirlər. Həmin uşaqların analarının qəbrini ziyarət edərkən dəfələrlə halları pisləşmiş, hətta onlara təcili tibbi yardım çağırılmışdır. Azyaşlı uşaqların bu fəryadına və ağır vəziyyətinə səbəb məhz Təqsirləndirilən şəxsdur. Belə olan təqdirdə hesab edir ki, təyin olunmuş cəza işin hallarına adekvat deyildir. Cəzaların növünü və həddini nəzərdə tutan normanın sanksiyası qanunverici orqanın müəyyən sinfə daxil olan cinayətlərin ictimai təhlükəliliyinə verdiyi qiyməti əks etdirir. Məhkəmə isə konkret cinayətin ictimai təhlükəliliyinə qiymət verməlidir. Hazırkı cinayətin ictimai təhlükəliliyi onu deməyə əsas verir ki, verilmiş cəza aşağı həddədir. Bu səbəbdən cəzadan narazıdırlar. Prosessual məsələlər Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi Nümayəndə sonuncunun verdiyi apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını, müdafiə tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin olunmamasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışında ittihamçısı dövlət ittihamçısı1 müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını kollegiyadan xahiş etdi. Zərərçəkmiş tərəfin apellyasiya şikayətinə münasibətdə isə qeyd etdi ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı təqsirləndirilən şəxsə ömürlük deyil, 18 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını təklif etdiyi üçün təqsirləndirilən şəxsin cəzasının müddətinin 18 il 6 aya qaldırılmasına etiraz etmir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından çıxış edən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində yoxlayıb aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. Ilk növbədə qeyd edilməlidir ki, apellyasiya müraciətləri ilə çıxış etmiş tərəflər, o cümlədən müdafiə tərəfi və zərərçəkmiş tərəf Təqsirləndirilən şəxs əməlində qəsdən adam öldürmə cinayətinin tərkibinin mövcudluğunu mübahisələndirməmişlər. Xüsusən müdafiə tərəfi Təqsirləndirilən şəxs əməlini CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini xahiş edərkən təqsirləndirilən şəxsin qəsdən adam öldürdüyünü inkar etməmiş, hətta birinci instansiya məhkəməsindəki icraat zamanı və apellyasiya baxışında da apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək cinayət qanununun qeyd edilən norması ilə təqsiri mübahisələndirməmişdir. Müdafiə tərəfin mübahisələndirdiyi əsas məsələ təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəsdən adam öldürmədən ibarət olan əməlində xüsusi amansızlıq tövsifedici əlamətinin olmaması ilə bağlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya müraciəti isə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olması ilə əlaqədardır ki, bu müraciətdə təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunması tələb edilir. Odur ki, hər iki apellyasiya müraciətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirən kollegiya müdafiə tərəfin apellyasiya şikayətinə qəsdən adam öldürmə cinayətininin xüsusi amansızlıqla törədilməsi hissəsində, zərərçəkmişin apellyasiya şikayətinə münasibətdə isə təyin edilmiş cəzanın əsaslılığı hissəsində qiymət verilməsini daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 120.1-ci maddəsində başqasının qəsdən həyatdan məhrum edilməsi, 120.2.4-cü maddəsində isə belə əməlin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi HYPERLINK "https://eqanun.az/framework/46947" \o "Azərbaycan Respublikası Cinayət Məcəlləsi" \t "_blank"CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun olaraq tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş həyat yoldaşı Əfsanə Lələzadəni öldürərkən məqsədi sonuncunu amansızlıqla qətlə yetirməkdən ibarət olmuşdur. Onun xüsusi amansızlığı özünü cinayətin törədilməsi barədə niyyətinin yarandığı andan əməli başa çatdırana qədər olan cinayətin törədilməsi gedişatında göstərmişdir. Birinci növbədə qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 06:00 radələrində evindən bıçaq götürüb zərərçəkmişin yaşadığı evin qarşısına gəlməsi, zərərçəkmişin evdən çıxıb işə getməsini gözləməsi və sonuncu evdən çıxdıqdan sonra ona hücum edib çoxsaylı zərbələr yetirməklə onu öldürməsi bu cinayətin ailəməişət zəminində baş vermiş münaqişə zamanı yaranan həyəcan vəziyyətində törədilən cinayətdən aşkar şəkildə fərqləndiyini göstərir. Yəni, təqsirləndirilən şəxs iddia edə bilməz ki, o, ailə münaqişəsi zəminində baş verən mübahisə, gərginlik şəraitində həyəcanlı vəziyyətə düşmüş və zərərçəkmişi öldürmüşdür. Əksinə işdən görünür ki, o, bu cinayəti daha öncədən planlaşdırmış, cinayətin detallarını kifayət qədər düşünmüş və bir sözlə öz hərəkətlərini ölçübbiçmək imkanına malik olmuş, cinayəti törədərkən də öz hərəkətlərini və emosiyalarını idarə etmiş vəziyyətdə olmuşdur. Iş materiallarında olan məhkəmə-tibb ekspertizasının ##.##.2025-ci il tarixli ** saylı rəyindən görünür ki, X4 ölümü zorakıdır. Ölüm döş qəfəsinin sol hissəsindən döş boşluğuna nüfuz edən, sol ağciyəri zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarasından baş vermişdir. Ə.Lələzadənin ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X4 meyiti üzərində - döş qəfəsinin sol bayır səthindən döş boşluğuna nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş, sol ağciyəri zədələyən kor yarası, sol plevra (1050 ml) boşluğunda qanaxma, kəskin qanitirmə, sol ürək mədəciyinin endokard qişasının altına xırda qansızmalar, daxili orqanların və toxumaların azqanlığı, boyunun səthi vena və arteriyaların kəsilməsi, sol üst göz qapağı (2), sol gözaltı (1), sol qulaqarxası ənsə (1), boyun (1), sol alt çənə (1), sağ qulaqarxası ənsə (1), sağ qulaqarxası (1), sol bazu (4), sol bel (1), sol əl (1), sol əlin ikinci barmağı (1) nahiyələrində kəsilmiş-deşilmiş və kəsilmiş yaraları, sol əlin III daraq sümüyünün kəsilmiş sınığı aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, kəsilmiş-deşilmiş və kəsilmiş yaraların kənarlarının hamar, formasının xətvari, bir ucu iti, digərinin isə küt “n” şəkilli olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, həmin xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar eyni ölçülü və eyni tipli bıçaqla yetirilə bilərdi, müddəti qərarda göstərilən tarixə ##.##.2025-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə döş qəfəsinin sol bayır səthindən döş boşluğuna nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yara, sol ağciyəri zədələyən kor yarası, sol plevra (1050 ml) boşluğunda qanaxma, kəskin qanitirmə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol əlin III daraq sümüyünün kəsilmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X4 bədəni üzərində aşkar edilmiş xəsarətlərin çoxluğunu, yerləşmə nahiyəsini və ağırlığını nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə xəsarət yetirə bilməsi inkar olunur. X4 meyitində aşkar edilmiş xəsarətlərdən döş qəfəsi nahiyəsindəki 1 ədəd kəsilmiş-deşilmiş yaranın, yara kanalının istiqaməti soldan sağa, öndən bir qədər arxaya doğru, bir qədər aşağıdan yuxarıya doğru olmuşdur. X4 yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaq üstə, yarımoturaq, arxa sol tərəfi xəsarət yetirən şəxsə tərəf olmaqla) olarkən, o cümlədən xəsarət yetirilən anda zərərçəkənin daha çox arxa və sol tərəfi xəsarət yetirən şəxsə tərəf olmuşdur. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Ekspert rəyini təhlil etdikdə görünən odur ki, Təqsirləndirilən şəxs zərərçəkmişdən üstün gücə malik olmuş, eyni zamanda əlində bıçaq olmuş, həmin bıçaqla niyyətini daha tez reallaşdıra biləcəyi imkanına malik olmasına baxmayaraq, birbaşa zərərçəkmişin həyati vacib orqanlarına deyil, qəsdən adam öldürmə üçün çox da xarakterik olmayan digər orqanlarına çox saylı və ölümcül olmayan xəsarətlər yetirmiş, ən sonda isə niyyətini başa çatıdrmaq məqsədilə zərərçəkmişin həyatı üçün vacib olan orqanlara ağır zərər vurmaqla onu həyatdan məhrum etmişdir. Təqsirkarın cinayətin törədilməsi prosesində törətdiyi hərəkətlər onun əvvəlcədən formalaşan niyyəti ilə də uzlaşır. Belə ki, işdən göründüyü kimi, Təqsirləndirilən şəxs hadisədən əvvəl zərərçəkmişi xəyanətdə ittiham etmiş, ona qarşı aqressiv davranış nümayiş etdirmiş, hadisədən bir gün əvvəl isə zərərçəkmişi boşanma prosesindən çəkindirməyə çalışmış, lakin nəticə əldə edə bilmədiyini gördükdə onu öldürmək qərarına gəlmişdir. Kollegiya təqsirkarda cinayətin törədilməsi niyyətinin yarandığı andan cinayətin başa çatdığı ana qədər olan prosesləri, o cümlədən onun davranışlarını, hərəkətlərinin ardıcıllığını və məntiqliyini kompleks şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, onun niyyəti zərərçəkmişi məhz xüsusi amansızlıqla qətlə yetirməkdən ibarət olmuşdur. Təqsirkarın zərərçəkmişə 17 ədəd xəsarət yetirməsi, habelə yuxarıda qeyd edildiyi kimi xəsarətlərin çox hissəsinin həyati vacib orqanlara deyil zərərçəkmişin başqa orqanlarına yetirməklə ona güclü fiziki ağrılar yetirməsi onun həmin cinayəti xüsusi qəddarlıq və rəhmsizliklə törətməsini təsdiq edir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 120.2.4-cü maddəsi ilə tövsif etmişdir. Onun əməlinin CM-in 120.1ci maddəsinə tövsif edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Zərərçəkmişin hüquqi varisinin ömürlük azadlıqdan məhrumetmə cəzası ilə bağlı tələbinə gəldikdə isə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş və qeyd edilmişdir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Belə ki, hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirləndirilən şəxsin cinayəti törətdikdən sonra könüllü təslim olmasını CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-in 120.2.4-cü maddəsi ilə 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cəzanın məqsədlərini təmin edən həddə (orta həddə yaxın) azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən zərərçəmiş tərəfin apellyasiya şikayətinin təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunması ilə bağlı dəlillərini əsassız hesab edir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, müdafiə və zərərçəkmiş tərəfin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar