Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-143/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X1 (sədrlik edən), X2 və X4 ibarət tərkibdə) ilə, ## #### 1980-cı il tarixdə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 ay 6 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri * saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini əvəzi işləmiş, Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 2, mənzil 23-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan bükülüdə külli miqdarda 7,484 qram psixotrop maddə olan metamfetamini ##.##.2025-ci il tarixdə, saat 18 radələrində Şirvan şəhəri, Vidadi küçəsində, tanışı Şirvan şəhər sakini İsmayılov Əlisahib Mehrab oğlundan 1.260 manata alıb əldə edərək saxlamış, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının ##.##.2025ci il tarixdə saat 18:56-dan 19:15-dək videoçəkilişlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Vidadi küçəsində həmin psixotrop maddəni üzərində saxlayan zaman saxlanılmış, saxlanılan zaman Təqsirləndirilən şəxs “Prima” markalı siqaret qutusunda olan sözügedən metamfetamini yerə atmış, həmin siqaret qutusu qaldırılaraq içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 7,484 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı ittiham hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Şikayət müəllifi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan # ###### 2026-cı il tarixli, 1(099)- ***/**** saylı hökmü qanunsuz və əsassız olmasına görə ləğv edilməlidir. Belə ki, istintaqın gəldiyi nəticəyə görə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmiş, İ instansiya məhkəməsi isə istintaq orqanının gəldiyi nəticə ilə qismən kifayətlənməklə hüquqlarını müdafiə etdiyi şəxsi CM-in 234.1 -1-ci maddəsi ilə təqsirli bilib ədalətsiz hökm çıxarmışdır. Məhkəmə iclasında hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının onunla ədavəti 2022-ci ildə narkotik ittihamı ilə tutulduğu vaxtdan olmuşdur. Hadisə günü ##.##.2025-ci il tarixdə Şirvan şəhərində aptekdən çıxdığı vaxtı onunla birlikdə çəzaçəkmə müəssisəsində tanış olduğu Əlisahib İsmayılov ona yaxınlaşaraq «səninlə bir balaca işim var» demişdir, Əlisahib ona yaxınlaşan zaman polis əməkdaşları onları görmüş, Əlisahib ona işlədiyi yerdə meşəbəyi işləmək istəməsini demiş, o da Əlisahibə nəqliyyatda işlədiyini, işlərini qaydasına qoyduqdan sonra onun iş yerinə gəlməsini və orada onunla söhbət edəcəyini demişdir. Onlar aralaşdıqdan sonra avtobus dayanacağına çatan vaxt polislər videoçəkilişlə ona yaxınlaşaraq onu tutub şöbəyə aparmışlar. Şöbədə rəisə üzərində heç bir narkotik vasitə olmadığını demiş, rəis də ona «narahat olma» deyib şöbədə kafeyə aparmışlar. Əməliyyatçı şahid2 ona bildirmişdir ki, 2022-ci ildə barəsində işə baxılarkən onun və digər əməliyyatçılar barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi qərar çıxarıldığına görə ondan əvəz çıxmışlar. Polislər onu tutan zaman da “narkotik onun deyil, narkotiki sizə kim verib onun tutun” demişdir. Tutularkən üzərində heç bir psixotrop maddə olmamış, Əlisahibdən heç bir psixotrop maddə almamışdır, istintaq zamanı metamfetamin almaq üçün Əlisahibə 1260 manat pul verməsi ilə bağlı ifadəni polislərin təzyiqi altında vermişdir. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, hüquqlarını müdafiə etdiyi şəxsin qeyd etdikləri məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmiş, əksinə ona qarşı verilmiş ittihamın əsassızlığı, eləcə də şübhəli olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri və həmçinin tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Müdafiə tərəfi olaraq hesab edir ki, işə baxan məhkəmə əsassız olaraq hüquqlarını müdafiə etdiyi şəxsi CM-in 234.1-1-ci maddəsi ilə məhkum etmişdir. Odur ki, hörmətli məhkəmə kollegiyasından həmin hallara xüsusi diqqət yetirməsini xahiş edir. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən psixotrop maddə ilə heç bir əlaqəsi yoxdur. Hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham İ instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmamışdır. Qəbul edilmiş hökmdə isə yalnız istintaqın hazırki iş üzrə gəldiyi qərəzli nəticə bir daha eynilə təsdiq olunmuşdur. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirli olmasına dair kifayət qədər əsaslı şübhələr vardır və məhkəmə təqsirsizlik prezumpsiyasına zidd olaraq hökm çıxarmışdır. Həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs tamamilə təqsirsizdir və hətta o, öz təqsirsizliyini sübut etməyə borclu da deyildir. Hazırki halda istintaq orqanı tərəfindən sübut hesab olunaraq məhkəməyə təqdim edilmiş iş materiallarında olan sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə mötəbər sübut hesab oluna bilməz. Hesab edir ki, məhkəmə iş materiallarını hərtərəfli tədqiq etməklə qeyd etdiyi halları ədalətli şəkildə araşdırıb qiymətləndirəcəkdir. Müdafiə tərəfi olaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsinə aidiyyətinin olmaması təsdicı olunur. Hesab edir ki, ittiham tərəfindən toplanmış və məhkəməyə təqdim olunmuş materiallar hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə tamamilə şübhəlidir. Təqsirsizlik prezuınpsiyasım nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Hesab edir ki, məhkəmə kollegiyası işi tam, hərtərəfli və obyektiv şəkildə araşdırmaqla ədalətli qərar qəbul edəcəkdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmamasını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü ləğv edib Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində bəraət verilməsi məsələsinin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsininn 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddə ilə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət- prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlər Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları şahid6, şahid5, şahid4 və şahid2 ifadələri, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» ##.##.2025-ci il tarixli protokol və məhkəmə baxışında tədqiq edilmiş həmin tədbirin videogörüntü və işin digər faktiki halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının onunla ədavəti 2022-ci ildə narkotik ittihamı ilə tutulduğu vaxtdan olmuşdur. Hadisə günü ##.##.2025-ci il tarixdə Şirvan şəhərində aptekdən çıxdığı vaxtı onunla birlikdə çəzaçəkmə müəssisəsində tanış olduğu Əlisahib İsmayılov ona yaxınlaşaraq «səninlə bir balaca işim var» demişdir, Əlisahib ona yaxınlaşan zaman polis əməkdaşları onları görmüşdür. Əlisahib ona işlədiyi yerdə meşəbəyi işləmək istəməsini demiş, o da Əlisahibə nəqliyyatda işlədiyini, işlərini qaydasına qoyduqdan sonra onun iş yerinə gəlməsini orada onunla söhbət edəcəyini demişdir. Onlar aralaşdıqdan sonra avtobus dayanacağına çatan vaxtı polislər videoçəkilişlə ona yaxınlaşaraq onu tutaraq şöbəyə aparmışlar. Onu şöbədə rəisin yanına aparmışlar, rəisə onun üzərində heç bir narkotik vasitə olmadığını demiş, rəis onunla səmimi söhbət etmiş, ona «narahat olma» deyib şöbədə kafeyə aparmışlar. Bir müddət sonra Əlisahib İsmayılovun şöbəyə gətirildiyini görmüşdür, şöbədə Əlisahibin başqa otaqda «mən onun üzünə dura bilmərəm» sözlərini deməsini eşitmişdir. Sonra axşam təxminən 6-7 arası əməliyyatçılar onu avtomobilə otuzdurub aparmışlar, avtomobildə gedərkən qabaqda bir avtomobil, arxada da bir avtomobil olduğunu görmüş, polislərə kimi tutmağa getdiklərini soruşmuş, ona «sənlik deyil» demişlər. Avtobus dayanacağına çatmamış avtomobildən onu düşürmüşlər, dayanacağa çatmamış guya əməliyyat quraraq onu tutmuşlar. Onun üzərində həmin vaxtı heç bir narkotik vasitə olmamışdır. Əməliyyatçı şahid2 ona bildirmiş ki, 2022-ci ildə barəsində işə baxarkən onun və digər əməliyyatçılar barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi qərar çıxarıldığına görə ondan əvəz çıxmışlar. Polislər onu tutan zaman da “narkotik mənim deyil, narkotiki sizə kim verib onun tutun” demişdir. Tutularkən üzərində heç bir psixotrop maddə olmamış, Əlisahibdən heç bir psixotrop maddə almamışdır. İstintaq zamanı metamfetamin almaq üçün Əlisahibə 1260 manat pul verməsi ilə bağlı ifadəni polislərin təzyiqi altında vermişdir. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı təqsirləndilən şəxs qismində ## #### 2025-ci il tarixli ifadəsi elan edilmişdir. Həmin ifadəni Təqsirləndirilən şəxs imza etməkdən imtina etmiş, lakin ifadə vermişdir. Həmin ifadə videoçəkilişlə aparılmışdır. Məhkəmə zamanı həmin videoçəkiliş də tədqiq edilmişdir. Belə ki, sözügedən ifadə və videoçəkilişdə Təqsirləndirilən şəxs bildirir ki, Əlisahib İsmayılovla hadisədən bir gün əvvəl Şirvan şəhəri, “vetrof” adlanan yerdə görüşən zaman Əlisahib ona silahla tutulduğunu bildirərək kömək etməyini xahiş etmiş, o isə cavabında “birdən ikiyə səninlə narkotik alveri eləmişəm?” deyə bildirmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə əlaqə saxlayaraq özünə qarşı “praqlatqa” qurulduğunu, bu səbəbdən tutulacağı barədə bildirmişdir. Əlisahibin cinayət məsluliyyətinə cəlb edilməsi üçün ondan narkotik vasitə və psixotrop maddə alaraq Şirvan şəhər Polis Şöbəsinə təhvil vermək qərarına gəlmişdir. Bu səbəbdən Əlisahiblə əlaqə saxlayaraq ondan psixotrop maddə olan metamfetamin əldə etmək istədiyini bildirdirmişdir. Aralarında olan razılaşmaya əsasən Əlisahib ona 1260 manat qarşılığında 13 qram metamfetamin və bir qədər qurudulmuş marixuana verməli olmuşdur. ##.##.2025-ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, “Vasmoy” adlanan ərazidə Əlisahiblə görüşmüş, Əlisahib ona psixotrop maddəni həmin yerdə olan avtobus dayanacağının arxasına, qurudulmuş marixuananı isə kibrit qutusunda bir qədər irəlidə yerdə qoyduğunu bildirmş o da Əlisahibə 1260 manat pul vermiş, bu vaxt yerdə, qarşısında olan “Prima” qutusunda olan psixotrop maddə metamfetamin götürməyə hazırlaşmış, lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları yerdəki “Prima” markalı siqaret qutusunun ona məxsus olduğunu qeyd etmişlər. Ümumiyyətlə həmin siqaret qutusunu əlinə götürməmiş, həmin psixotrop maddə ona məxsus deyil. Saxlanılan zaman “Prima” markalı siqaret qutusu qarşısında olmuş, həmin siqaret qutusunu götürməmişdir. Məqsədi psixotrop maddəni və narkotik vasitəni əldə edərək Əlisahibin məsuliyyətə cəlb olunmasını təmin etmək olmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaqa verdiyi ziddiyyətli ifadələrini müqayisəli tədqiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadələrində «polis əməkdaşları tərəfindən saxlanılarkən onda heç bir psixotrop maddə olmaması, Əlisahib İsmayılovdan heç bir psixotrop maddə almaması, onun tutulmasına səbəb polis əməkdaşlarının onunla 2022-ci ildə aparılan işi üzrə xüsusi qərar almaları olması, metamfetamin almaq üçün Əlisahibə 1260 manat pul verməsi ilə bağlı ifadəni polislərin təzyiqi altında verməsi» xüsusatlarını bildirmişdir. Məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq qeyd etmişdir ki, həm ibtidai istintaq, həm məhkəmə baxışında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə 1260 manat müqabilində Əlisahib İsmayılovdan 7,484 qram olan psixotrop maddə metamfetamin alaraq əldə etmişdir. Belə ki, Zaur İmanov ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, Əlisahib İsmayılovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün ondan narkotik vasitə və psixotrop maddə alaraq Şirvan şəhər Polis Şöbəsinə təhvil vermək qərarına gəlmiş, bu səbəbdən də Əlisahiblə əlaqə saxlayaraq 1260 manat müqabilində sonuncudan psixotrop maddə əldə etmək istədiyini demişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatı inandırıcı hesab etməmişdir, belə ki, Əlisahib İsmayılovun qanunsuz əməllərini ifşa etmək üçün Təqsirləndirilən şəxs ilk olaraq polis orqanlarına müraciət etməli olduğu halda, bunun əksinə Əlisahib İsmayılovdan metamfetamin alır. Əməliyyat-axtarış tədbirinin videoçəkilişinin 04:54cü saniyədən başlayaraq görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman içərisində metamfetamin olan “Prima” markalı siqaret qutusu onun qarşısında yerdədir, cib dəsmalı isə ilk olaraq ayaqqabısının altında, sonra isə dəsmal da ayaqqabısının yanında görünür. Şahid qismində dindirilmiş polis əməkdaşları şahid6, şahid5, şahid4 və şahid2 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs saxlanılarkən sağ əlində cib yaylığı ilə birlikdə həmin “Prima” markalı siqaret qutusunu saxlamış, Təqsirləndirilən şəxs onları (polis əməkdaşlarını) görən kimi sağ əlində saxladığı “Prima” markalı siqaret qutusunu cib dəsmalı ilə birlikdə qarşısına, yerə atmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs əvvəlcə üzərində olan psixotrop maddənin ona məxsus olmasını inkar etsə də, sonradan Əlisahib adlı şəxsdən aldığını bildirmişdir. İstintaq zamanı “əşyalara baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, içərisindən metamfetamin aşkar edilən “Prima” markalı siqaret qutusunun üzərində təqsirləndirilən şəxsin adı və istifadə etdiyi mobil telefon nömrəsi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs sözügedən metamfetamini əldə etmiş, polis əməkdaşlarını gördüyü halda isə yerə atmışdır. İfadələrində isə «polis əməkdaşları tərəfindən saxlanılarkən onda heç bir psixotrop maddə olmaması, Əlisahib İsmayılovdan pul müqabilində metamfetamin almaması...» xüsüsatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi sözügedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirmiş və sübut növü kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsində şahid Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı şahid6 ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tairxdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri, Vidadi küçəsində yerləşən parkda psixotrop maddə metamfetamin əldə etməsi barədə məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. ## #### 2025-ci il tarixdə saat 19:00-da videoçəkilişlə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, Şirvan şəhəri, Vidadi küçəsində yerləşən parkda saxlanılmış, saxlanılan zaman Təqsirləndirilən şəxs əlində tutaraq saxladığı, “Prima” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə ağ rəngli, kristallik formalı, psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ayaq üstə olmaqla arxası divara dayanmış vəziyyətdə, sağ əlində isə cib yaylığı ilə birlikdə həmin “Prima” markalı siqaret qutusunu saxlamış, Zaur onları görən kimi sağ əlində saxladığı “Prima” markalı siqaret qutusunu cib dəsmalı ilə birlikdə qarşısına, yerə atmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs əvvəlcə üzərində olan psixotrop maddənin ona məxsus olmasını inkar etsə də sonradan Əlisahib adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. Həmin siqaret qutusunda olan bükümə baxış keçirilərkən içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında şahidlər - polis əməkdaşları şahid5, şahid4 və şahid2 oxşar məzmunlu ifadələr verərək şahid şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan: ## ###### 2025-ci il tarixli */**** nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyində qeyd edilmişdir ki, ekspetizaya təqdim olunmuş, kağız parçası üzərində “verdim 200.” rəqəmli əlyazmaları – İsmayılov Əlisahib Mehrab oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Prima markalı siqaret qutusu üzərində “055.793.88.59 zaur” rəqəmli əlyazmaları; kağız parçası üzərindəki “ 13.Q.1060. m. 100.1105. Q. 8. Q” rəqəmli əlyazmaları tədqiqi hissədə göstərilən səbəbə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekpertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən bildirilir ki, həmin rəqəmli əlyazmaların Təqsirləndirilən şəxs tərəfindən, İsmayılov Əlisahib Mehrab oğlu tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy verilməsi mümkün deyil. Aparılmış ekapertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat təşkil edir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının ## #### 2025-ci il tarixli **/*** saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs ......” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 7,484 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. ## ###### 2025-ci il tarixli **** nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək və onları idarə etmək iqtidarında olunmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. «Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» ##.##.2025-ci il tarixli protokoldan və məhkəmə baxışında tədqiq edilmiş həmin tədbirin videogörüntülərindən müəyyən olunur ki, çəkilişinin 04:54-cü saniyədən başlayaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanan zaman içərisində metamfetamin olan “Prima” markalı siqaret qutusu və cib dəsmalı qarşısında yerdədir. Təqsirləndirilən şəxs ilk olaraq metamfetaminin ona məxsus olmasını bildirsə də, qısa zamandan sonra Əlisahib adlı şəxsdən aldığını bildirir. Sonra metamfetaminə bənzər kütlə həmin siqaret qutusunun içərisində zərfə qoyulmaqla qablaşdırılır. ## #### 2025-ci il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs “Pirima” markalı siqaret qutusunun içində olan sellofan kəsiyində aşkar edilərək götürülmüş bükülüdə olan psixotrop maddə olması ehtimal edilən kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə baxış keçirilir. Həmin kütlə 1 ədəd “Prima” markalı siqaret qutusunun içində olan sellofan bükülüdən ibarətdir, sellofan bükülünü açdıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. “Prima” markalı siqaret qutusunun içindən 01 ədəd kağız kəsiyinin üzərinə “13qr 1066 manat verdim, 100,200,110 5qr və 8qr” yazıları həkk edilmiş kağız kəsiyi aşkar edilir. Birinci instansiya məhkəməsi qeyd olunan sübutları və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, yuxarıda sadalanan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, tədqiq edilmiş videogörüntülərdən də göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılarkən yerdə “Prima” markalı siqaret qutusu və yanında cib dəsmalı müşayiət olunur. Təqsirləndirilən şəxs əvvəlcə sorğu-sual zamanı siqaret qutusunun içərisində olan metamfetaminin ona məxsus olmamasını və ona əlinin dəyməməsini bildirsə də, qısa zamandan sonra Əlisahib adlı şəxsdən aldığını etiraf etmişdir. Siqaret qutusunun Təqsirləndirilən şəxs məxsus cib dəsmalı ilə eyni yerdə aşkar olunması, habelə saxlanılma anının videogörüntüləri birgə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs polis əməkdaşlarını gördükdən sonra üzərində və ya əlində olan əşyaları, o cümlədən içərisində metamfetamin olan siqaret qutusunu gizlətmək məqsədilə yerə atması qənaətini doğurur. Bu hallar məcmu şəkildə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs metamfetamini qanunsuz əldə edib saxlaması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas yaradır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ##.##.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ##.##.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və ##.##.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuş, Nizami R ayon M əhkəməsinin ##.##.2023-cü il tarixli qərarla 3 ay 6 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini ##.##.2025-ci il tarixdə törədən zaman onun məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətdikdə cinayətin residivi yaranır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin nisbi-müəyyən sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, CM-in 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halın olmamasını, əməlində cinayətlərin residivinin olmasını isə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 65.2-cı maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayəti törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. AR Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009-cu il tarixli Qərarı)”. Ədalətli cəza təyin edilməsinin zəruri və mühüm şərtlərindən biri təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli araşdırılmasıdır. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, lakin tətbiq olunmuş cəzaların islahedici və çəkindirici təsirindən nəticə çıxarmamış, yenidən qəsdən cinayət törətmişdir. Bu hal onun cinayət törətməyə meylli həyat tərzindən uzaqlaşmadığını, hüquq normalarına sabit hörmət münasibəti formalaşdırmadığını və əvvəlki cəzaların məqsədinə nail olunmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə əvvəlki məhkumluqlarına baxmayaraq yenidən cinayət törətməsi birlikdə qiymətləndirildikdə, ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası törədilmiş əmələ və onun şəxsiyyətinə uyğun olmaqla, cinayət qanununun cəzanın məqsədlərinə - sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsin islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına xidmət edən zəruri və mütənasib cəza hesab edilməlidir. Əks halda cəzanın yüngülləşdirilməsi təqsirləndirilən şəxsin əvvəlki davranışları və cinayət təcrübəsi nəzərə alındıqda cəzanın məqsədlərinə nail olunmasını təmin etməz. Bu səbəbdən, 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun və ədalətli hesab edilir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmamasını, həmçinin ağırlaşdıran halların olmasını nəzərə alaraq ona təyin olunmuş cəzanı ədalətli sayır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininn 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-143/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-143/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver