Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-144/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – X1 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, bəraət verilmiş şəxs - RF vətəndaşı Təqsirləndirilən şəxs Maqomedoviçin, müdafiəçi – müdafiəçi1, tərcüməçi – X8 iştirakları ilə, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Maqomedoviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1 bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) ilə, ## ###### 1962-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kizilyurt rayonu, Sultanyanqurt kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, evli, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və öz deməsinə görə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, ev 16, mənzil 4 ünvanında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs Maqomedoviçə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsi və onun Azərbaycan Respublikası adından təqsirsiz hesab edilməsi, Təqsirləndirilən şəxs Maqomedoviç barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək, bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs Maqomedoviçə cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilməsi, hazırkı cinayət işi üzrə “Cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” ## #### 2025-ci il tarixli qərar qəbul edildiyi və cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrıldığı nəzərə alınması barədə yekun məhkəmə aktı qəbul edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: İbtidai istintaq orqanı tərəfindən Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs Maqomedoviçə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4- 1-ci maddələri ilə ittiahm elan edilmişdir ona görə ki, o, # ###### 2024-cü il tarixədək olan müddət ərzində satış məqsədi ilə qəsdən qanunsuz olaraq İran İslam Respublikasında xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birgə, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qəsdən qanunsuz olaraq ümumilikdə xüsusilə külli miqdarda – 58.360 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında qeydiyyatda olan “xxxx” şirkətinin sifarişi ilə İran İslam Respublikasında fəaliyyət göstərən “Danial Mamandi” tərəfindən həmin Respublikanın Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “xxxx” şirkətinə “təzə alma” yükü apardığı “Man” markalı, “C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan və içərisinə təzə alma yığılmış 26 paletdən 4 ədədində olan alma yeşiklərinin içəri alt hissəsində təzə alma yüklərinin alt sıralarında yerləşdirərək ümumilikdə 126 ədəd dördbucaq formalı sellofan bağlamada saxlamış, həmin nəqliyyat vasitəsini idarə edərək qeyd olunan narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 0# ###### 2024-cü il tarixdə saat 04 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, ## ###### 2024-cü il tarixdə saat 13:45-dən saat 18:40-dək qeyd edilən postda gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı sözügedən narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sharamazanov Radzhab Maqomedoviçin Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. APELYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı dövlət ittihamçısı2 apelyasiya protesti verərək, Təqsirləndirilən şəxs Maqomedoviçə CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Maqomedoviç CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinməsi, CM-nin 52-ci maddəsi tətbiq edilməklə olan əlavə cəza verilərək təklif etdiyi həddə cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını, xüsusi müsadirəyə təklif edilmiş “Man” markalı, 18410 modelli, C678ME05 dövlət qeydiyyat nişanlı, WMAH05ZZZ1M311066 şassi nömrəli, 2000-ci il buraxılışlı yəhərli dartıcı və həmin dartıcının "SCHMITZ SKO24” markalı, ABCD tipli, AM540705 nömrə nişanlı, WSMS748*****91464 şassi nömrəli, 1997-ci il buraxılışlı yarımqoşqunun xüsusi müsadirə edilməsini xahiş etmişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Maqomedoviç CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs Maqomedoviçə ittiham elan edilmişdir ona görə ki, o, 0# ###### 2024-cü il tarixədək olan müddət ərzində satış məqsədi ilə qəsdən qanunsuz olaraq İran İslam Respublikasında xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birgə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qəsdən qanunsuz olaraq ümumilikdə xüsusilə külli miqdarda - 58360 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx” şirkətinin sifarişi ilə İran İslam Respublikasında fəaliyyət göstərən "Danial Mamandi” tərəfindən həmin Respublikanın Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən "xxxx” şirkətinə "təzə alma” yükü apardığı "Man” markalı, "C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan və içərisinə təzə alma yığılmış 26 paletdən 4 ədədində olan alma yeşiklərinin içəri alt hissəsində təzə alma yüklərinin alt sıralarında yerləşdirərək ümumilikdə 126 ədəd dördbucaq formalı sellofan bağlamada saxlamış, həmin nəqliyyat vasitəsini idarə edərək qeyd olunan narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 0# ###### 2024-cü saat 04 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən "Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, ## ###### 2024-cü il tarixdə saat 13:45-dan saat 18:40-dək qeyd edilən postda gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı sözügedən narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, yükün özündə heç bir plomb, möhür olmamış, palet yumşaq materialla bağlı olmuşdur, həmin yük hansısa zavod, hüquqi şəxs tərəfindən deyil, məhz fiziki şəxslər tərəfindən qablaşdırılmışdır. Bu isə o deməkdir ki, Radzhab Shahramazanovun həmin yükü yoxlamaq imkanı istisna olunmamış, ümumilikdə maşının yük yerinə plomb vurulanadək sonuncunun yükün xüsusiyyəti nəzərə alınmaqla tamlığına heç bir xələl gətirmədən yükü açıb baxaraq yoxlamaqla yenidən qablaşdırmaq imkanı olsa da o, bunu etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid şahid4 ifadəsində göstərmişdir ki, Radzhab Shahramazanovun idarə etdiyi avtomobil ## ###### 2024-cü il tarixdə Astara Gömrük Postuna daxil olmuş, həmin gün avtomobil yoxlanışa verilmiş, rentgen yoxlaması zamanı avtomobilin yük yerində olan içərisinə təzə alma yığılmış 26 paletdən 4 ədədində olan alma yeşiklərinin içəri alt hissəsində təzə alma yüklərinin alt sıralarında yerləşdirərək ümumilikdə 126 ədəd dördbucaq formalı sellofan bağlamada ümumilikdə 58360 kq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər şahid2 Məmməd oğlu, şahid1 İman oğlu və şahid3 Vüqar Soltanovla eyniməzmunlu ifadə vermişlər. "Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, ## ###### 2024-cü il tarixdə, saat 13 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Rusiya Federasiyasına "alma” yükü aparan Rusiya Federasiyası vətəndaşı X14 idarə etdiyi "MAN” markalı, C678ME05/AM540705 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan 26 ədəd paletdəki "alma” yükü yerə boşaldıldı və həmin yükə "Boni” ləqəbli kinoloji xidmət iti tətbiq edildi. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 4 ədəd paletə reaksiya vermiş, bu səbəbdən də həmin paletlərə əsaslı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı 4 ədəd paletin içərisindən - almaların yerləşdirildiyi yeşiklərin içəri alt hissəsindən ümumilikdə 126 ədəd üzəriləri alma yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilmiş, göy rəngli və şəffaf sellofana bükülmüş, dördbucaq formalı bağlamalar aşkar edildi. Daha sonra həmin bağlamalar açıldı, baxıldı və çəkildi. Nəticədə 126 ədəd bağlamanın qablaşdırması ilə birlikdə ümumi təqribi çəkisinin 78 kiloqram 332 qram təşkil edən açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum oldu. Yoxlama başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı X14 idarə etdiyi "MAN” markalı, C678ME05/AM540705 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan paletlərin içərisindən - almaların yerləşdirildiyi yeşiklərin içəri alt hissəsindən aşkar edilmiş ümumilikdə 126 ədəd bağlamada olan, ümumi təqribi çəkisi 78 kiloqram 332 qram təşkil edən narkotik vasitə marixuanaya oxşar maddə sürücü və hal şahidlərinin iştirakı ilə götürüldü, Əməliyyat və təhqiqat şöbəsinin xidməti otağına gətirilərək araşdırma ilə əlaqədar qablaşdırlaraq möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**-*-*/**** nömrəli məhkəmə bioloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, beş ədəd qara rəngli polietilen torbadakı ümumi sayı 49 ədəd göy rəngli bağlamanın içərisində sellofan bağlamada ümumi çəkisi 22775 qram; beş ədəd qara rəngli polietilen torbadakı ümumi sayı 48 ədəd göy rəngli bağlamanın içərisində sellofan bağlamada ümumi çəkisi 22230 qram; üç ədəd qara rəngli polietilen torbadakı ümumi sayı 29 ədəd (onlardan iyirmi beş ədəd göy rəngli. Dörd ədədi isə şəffaf bağlamalarda) içərisində sellofan bağlamada ümumi çəkisi 13355 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 58360 qramdır. Cinayət işi materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli "Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "Redmi Note 7” markalı mobil telefondur. Telefonun üzərində Rusiya Federasiyasına mobil operatoruna məxsus +79282384412 mobil nömrə vardır. Telefonun "Whatsapp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə adı qeyd edilməmiş +*********** saylı mobil telefon nömrəsinin Rusiya Federasiyasının mobil operatoruna məxsus olmasına baxmayaraq, həmin nömrənin istifadəçisi "Whatsapp Messenger” mesajlaşma proqramında adını "Равшан” olaraq qeyd etdiyi və həmin proqramda profil şəkli olaraq "İnfinity FX 35” markalı, **-EC-*** Azərbaycan Respublikası dövlət qeydiyyat nişanlı, ağ rəngli minik avtomobilin şəklinin olduğu, həmin şəxslə ##.##.2024-ci il tarixdə saat 19:07-də silinmiş səsli zəngin, 19:25-də həmin şəxs tərəfindən "Salamalekum” mesajının yazılması, Təqsirləndirilən şəxs tərəfindən "va aleykum salam Ravşan” məzmunlu səsli mesajın göndərilməsi, ##.##.2024-cü il tarixdə saat 09:43, 09:51 və 09:53-də silinmiş səsli zənglərin olması, ##.##.2024-cü il tarixdə 09:58-də silinmiş səsli zəngin və həmin şəxs tərəfindən Təqsirləndirilən şəxs 10:01-də "саламалекум дедя (tərcüməsi: salam baba)” məzmunlu mesaj yazılması, 10:09-da silinmiş səsli zəngin olması, ##.##.2024-cü il tarixdə saat 10:14, 15:08 və 15:14-də silinmiş səsli zənglərin olması, ##.##.2024-cü il tarixdə saat 08:33 və 13:27-də silinmiş səsli zənglərin olması, ##.##.2024-cü il tarixdə saat 17:01 cavab verilməmiş səsli zəngin olması, saat 17:02-də "дядя салам алейкум və как обстановка (tərcüməsi: dayı salam əleykim və vəziyyət necədir)” məzmunlu mesajın yazılması, 17:19da silinmiş səsli zəngin olması, ##.##.2024-cü il tarixdə saat 19:49-da gecikilmiş səsli zəngin edildiyi, 20:31-də cavabsız səsli zəngin olduğu, 20:32-də "salam Ravşan, ola bilsin sabaha qədər çatdıra bilərlər, qapıdan heç kimi buraxmırlar, hətta xəstələri belə buraxmırlar” məzmunlu səsli mesaj göndərildiyi, həmin şəxs tərəfindən 20:58-də "ok, дедя (tərcüməsi yaxşı baba)” məzmunlu mesaj yazıldığı, ##.##.2024-cü il tarixdə saat 10:46-da daxil olmuş səsli zəng olduğu və 11:05-də cavabsız zəng edildiyi müəyyən edilmişdir. "Whatsapp Messenger” mesajlaşma proqramında Təqsirləndirilən şəxs tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsə məxsus olduğu bildirilən adı qeyd edilməmiş +98 939 113-05-61 İran İslam Respublikası mobil operatoruna məxsus mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs "Moskvada qarşılayan adama nömrəsini vermişəm” məzmunlu səsli mesaj göndərdiyi, həmin şəxs tərəfindən "Farhad HododiAzar” kimi qeyd edilmiş +98 914 141-76-29 mobil telefon nömrəsi göndərilmiş, +98 939 113-05-61 mobil telefon nömrəsindən ##.##.2024-cü il tarixdə 19:02-də səsli zəng gəldiyi, həmin tarixdə 19:04-də silinmiş səsli zəng getdiyi müəyyən edilmişdir. "Whatsapp Messenger” mesajlaşma proqramında adı qeyd edilməmiş +98 911 ***-**-** saylı mobil telefon nömrəsinin İran İslam Respublikası mobil operatoruna məxsus olmasına baxmayaraq, həmin nömrənin istifadəçisinin "Whatsapp Messenger” mesajlaşma proqramında adını "Ata” olaraq qeyd etdiyi, ##.##.2024-cü il tarixdə saat 14:18də "....” tipli mesaj gəldiyi, ##.##.2024-cü il tarixdə 13:52-də silinmiş səsli zəng gəldiyi, ##.##.2024-cü il tarixdə 10:11-də silinmiş səsli zəng gəldiyi, Təqsirləndirilən şəxs tərəfindən "Man” markalı, C678ME05 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin növbədə gözlədiyini və olduğu yeri əks etdirən 0:14 dəqiqəlik videogörüntünün +98 911 ***-**-** saylı mobil telefon nömrəsinə göndərildiyi, həmin şəxs tərəfindən ##.##.2024-cü il tarixdə saat 10:17-də "yaxşı qardaş, mən burdayam” məzmunlu səsli mesajın göndərildiyi, həmin tarixdə saat 14:49-da Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə səsli zəng edildiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs "Whatsapp Messenger” mesajlaşma proqramında digər şəxslərlə olan danışıqlarından iş üzrə əhəmiyyət kəsb edəcək digər hallara rast gəlinməmişdir. Telefonun "Şəkillər” bölməsində olan 0:49, 2:56, 6:04, 0:07 və 0:13 dəqiqəlik video-görüntülərə baxış zamanı, Təqsirləndirilən şəxs idarə etdiyi "Man” markalı, "C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daşıdığı alma yüklərinin olduğu yeşik və paletlərə İran İslam Respublikasının Gömrük Xidmətinin əməkdaşı tərəfindən xidməti it tətbiq edilməklə keçirilmiş gömrük yoxlaması zamanı, həmin palet və yeşiklərdən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilmədiyi, gömrük əməkdaşının "Ata” adlı şəxsi çağırdığı və bundan başqa nəqliyyat vasitəsində daşınan "alma” yükünün yüklənməsi prosesini əks etdirən video görüntünün, "alma” yüklərinin olduğu paletlərin bir neçəsindəki yeşiklərin üzərində ağ rəngli saçaqlı örtüklərin olduğu, həmçinin "alma” yüklərinin boşaldıldığı 35A115 İran İslam Respublikası qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin foto şəkilinin olduğu müəyyən edilmişdir. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı hala rast gəlinməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonun vatsap proqramından müəyyən zəng və mesajları silmişdir. Həmin xüsusatla bağlı təqsirləndirilən şəxsə sual veriləndə o, telefonun yaddaşının dolmaması üçün mesajları sildiyini göstərmişdir. Təqsirləndirilən şəxsə niyə bütün zəng və mesajları silmədiyi barədə verilmiş suala isə o məntiqli cavab vermə bilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, Radzhab Saharamazanova yükü tapmış Məhəmmədadlı şəxs "Farhad HododiAzar” adlı şəxsin nömrəsini göndərmişdir. Həmin nömrə və nömrənin sahibi barədə təqsirləndirilən şəxsə sual verildikdə o, həmin şəxsin ona zəng edərək səhv düşdüyünü bildirdiyi barədə cavab vermişdir. Lakin iş materiallarından görünür ki, Məhəmməd adlı şəxs Təqsirləndirilən şəxs İİR mobil operatoruna məxsus nömrəsini göndərmiş, sonuncu da həmin nömrəni telefonun kontaktına qeyd etmişdir. Alma yükünün sahibinin Ravşan adlı şəxs olması, Ata adı ilə qeyd edilmiş, guya Məhəmmədin köməkçisi olan şəxsin İran gömrüyündə malların yoxlanışı zamanı onu müşaiət edən şəxs olması məlum olduğu halda Məhəmmədin ona niyə başqa bir şəxsin nömrəsini verməsini və onun niyə həmin nömrəni kontaktına qeyd edib onunla hansı məzmunda danışması barədə verilən suallara təqsirləndirilən şəxs cavab verə bilməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və oğlu yük maşınları boş halda İran İslam Respublikası ərazisinə gəlmişlər. Vəd edilmiş yük olmadığı halda və avtomobilin yük yeri boş vəziyyətdə sonuncunun və oğlunun hansı səbəbdən İran ərazisinə gəlmələrinə məhkəmə tərkibi tənqidi yanaşmamışdır. Yük tapsalar belə yükün pulunun çatdırıldıqdan sonra veriləcəyini (təqsirləndirilən şəxsin ifadəsinə əsasən) nəzərə alsaq Təqsirləndirilən şəxs alma yükünü Moskva şəhərinə çatdırana qədər cibindən pul xərcləməli idi. Bunun isə ona və oğluna sərf etmədiyini birmənalı qeyd etmək lazımdır. Ona görə də yükün Moskva şəhərinə çatıdırlması üçün nəzərədə tutulmuş məbləğ simvolik və gözdən pərdə asmaq üçün nəzərdə tutulmuşdur. Yuxarıda göstərildiyi kimi, yükün sürücü Təqsirləndirilən şəxs tərəfindən yoxlanılması imkanının faktiki olaraq mövcud olmasının sübuta yetirilməsinə baxmayaraq məhkəmə hökmdə bunun əksinə olaraq sonuncunun həmi yükləri yoxlamaq imkanın olmadığını qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı "Beynəlxalq Yükdaşımaları müqaviləsi haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 3cü bəndinə əsasən daşıyıcı kimi Amiran Sefixanovun yükün nəinki ümumi say, nömrələrini yoxlamaq, həmçinin yüklərin mahiyyətini yoxlamaq hüququ da mövcud olmuşdur. Bundan başqa, "Avtomobil nəqliyyatı haqqında" # ##### 2008-ci il tarixli Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən daşıyıcı yükü daşınma üçün qəbul edərkən əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinin düzgünlüyünü, yükün xarici görünüşünü, onun qablaşdırılmasını, yükün sayını və zəruri hallarda onun temperaturunu yoxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 38.3-cü maddəsinə əsasən Amiran Sefixanov yükü qəbul edərkən onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalı idi. Bundan əlavə, “Beynəlxalq yükdaşınması müqaviləsi haqqında” ##.##.1956-ci il tarixli Cenevrə Konvensiyasının 1-ci maddəsinə əsasən Konvensiya hər bir ödənişli avtomobil yükdaşımasının həyata keçirilməsinə dair tərtib edilmiş müqaviləyə nisbətdə tətbiq edilir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs Maqomedoviçin CM-in 206.3.2 və 234.4- 1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddələrlə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Halbuki, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli ** nömrəli qərarının 19cu bəndinin 1-ci hissəsində göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Plenumun qeyd olunan qərarının 19-cu bəndinin 2-ci hissəsində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları - şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. Halbuki, CPM-nin 28.2-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Azərbaycan Respublikası CPM-in 353.3.3-cü maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin tələblərinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir, sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 125.1, 144 və 145.1-ci maddələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Həmin Məcəllənin 401.2.3 və 401.2.4-cü maddələrinə əsasən, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda və birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Həmçinin, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müəddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ## #### 2006-cı il tarixli * saylı Qərarında göstərilir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Həmin Qərarın 10-cu bəndində nəzərdə tutulur ki, “Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Azərbaycan Respublikası CPM-in 142-ci, MPMin 82-ci maddələrində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübütün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmələr işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Göründüyü kimi, məhkəmə hökm çıxararkən qanunvericiliyin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, hökmün qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi "sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi Amiran Sefixanova irəli sürülmüş ittiham üzrə əsassız olaraq ona bəraət verilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-nin 401 və 402-ci maddələrinə əsasən məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməməsi, birinci instansiya məhkəməsinin onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almaması, birinci instansiya məhkəməsinin öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməməsi həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutların olması və bu halın məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərməsi, habelə irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan halların birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilməməsi, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan halların birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edilməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Maqomedoviç CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinib ona təklif etdiyim həddə cəza təyin edilməli, əlavə cəza kimi CM-nin 52-ci maddəsi tətbiq edilərək xüsusi müsadirəyə təklif edilən əmlaklar xüsusi müsadirə edilməlidir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyasının məhkəmə baxışında: Dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək, apelyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Maqomedoviç barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs Maqomedoviç apellyasiya protestinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müdafiəçi müdafiəçi1 apellyasiya protesinə etiraz edərək protestin əsassız olduğunu, buna görə də, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in: 397.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, eləcə də apelyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apelyasiya protesti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(099)-402/2025 hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olmasının təsdiq olunmamasına görə sonuncuya həmin maddələrlə bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə istintaqı zamanı təqdim olunmuş sübutlar, o cümlədən şahid ifadələri, maddi sübutlar, sənədlər və digər materiallar hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edilmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs R.Şaramazanov idarə etdiyi yük nəqliyyat vasitəsinin yük yerində alma yeşiklərinin alt hissəsində gizlədilmiş narkotik vasitələrdən xəbərsiz olmuşdur. X10 Maqomedoviç yükdaşıma fəaliyyəti ilə məşğul olmaq məqsədilə İran İslam Respublikasında təsadüfi tanış olduğu şəxs tərəfindən Moskva şəhərinə alma yükü daşımaq təklifi almış, yükün yüklənməsi digər nəqliyyat vasitəsindən birbaşa onun avtomobilinə həyata keçirilmiş və yükləmə başa çatdıqdan sonra avtomobilin yük yeri plomb ilə bağlanmışdır. Bu hal yüklənmədən sonra sürücünün yük yerinə müdaxilə imkanını istisna etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə məxsus mobil telefona baxış keçirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı yazışma, səsli ismarıc və ya digər məlumatlar aşkar edilməmişdir. Onun müxtəlif şəxslərlə yazışmaları yalnız yükdaşımaya dair təşkilati məsələlərlə bağlı olmuşdur. Şahid ifadələrindən müəyyən olunmuşdur ki, sərhəd yoxlaması zamanı təqsirləndirilən şəxsin davranışı təmkinli olmuş, narkotik vasitələr aşkar edildikdə verdiyi reaksiya isə təbii və gözlənilməz xarakter daşımışdır. Bu hallar onun daşınan yükdə qanunsuz predmetlərin olmasından xəbərsiz olduğunu göstərir. Həmçinin müəyyən edilmişdir ki, narkotik vasitələr malların aşkar edilməsini çətinləşdirən üsullarla – plastik yeşiklərdə yerləşdirilmiş təzə almaların alt hissəsində, paletlərin orta qatında gizlədilmişdir. Ümumilikdə 26 paletdən yalnız 4-də belə gizlətmə üsulu tətbiq edilmişdir ki, bu da hətta vizual baxış zamanı belə həmin predmetlərin aşkar edilməsini mümkünsüz etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, yükün yüklənməsindən sonra nəqliyyat vasitəsinin yük yeri plomb ilə bağlanmış, bu isə sürücünün sonradan yükə hər hansı müdaxilə imkanını aradan qaldırmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların heç biri təqsirləndirilən şəxsin narkotik vasitələrin daşınmasından xəbərdar olmasını və ya bu barədə əvvəlcədən məlumatlı olduğunu təsdiq etməmiş, onun bu barədə verdiyi ifadələr təkzib edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, beynəlxalq və milli qanunvericiliyin tələblərinə əsasən daşıyıcının vəzifəsi yalnız yükün və qablaşdırmanın xarici görnüşünü yoxlamaqdan ibarətdir və yükün daxili tərkibinə nəzarət etmək onun vəzifələrinə aid deyildir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini qanuni və əsaslı sayır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə dindirilmiş şahidlərin ifadələrini törədilmiş cinayət hadisəsinin, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CM-in 206.3.2-ci maddəsi), eləcə də bu Məcəllənin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədilməsi cinayətinin (CM-in 234.4.-1) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətlərin törədilməsində R.Saharamazanovun iştirakını istisna edən sübutlar kimi də qəbul etmişdir. Belə ki, hazırki iş üzrə birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs R.Saharamazanovun ittihamda göstərilən qaçaqmalçılıq cinayətini və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşıma cinayətini xüsusilə külli miqdarda törədildilməsi tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, İsgəndər Ağayevin qabaqcadan əlbir olmuş şəxslərlə CM-in 206.3.2 və 234.4-1-ci maddələrində göstərilən cinayətləri hər hansı bir digər şəxslərlə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq ona CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətməsi təsdiq olunmur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Maqomedoviçin ittiham olunduğu cinayətləri törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməllərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iş materiallarını verilmiş apellyasiya protestinin dəlilləri ilə qarşılıqlı surətdə yoxlayaraq belə nəticəyə gəlir ki, protestdə göstərilən mülahizələr əsassız olmaqla, iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunur və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Protest müəllifi qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Maqomedoviç tərəfindən idarə olunan yük nəqliyyat vasitəsində aşkar edilmiş 58.360 qram qurudulmuş marixuana narkotik vasitəsi onun məlumatı və iradəsi ilə daşınmış və o, cinayət əməlində birbaşa iştirak etmişdir Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir və qeyd edir ki, iş materiallarında olan # ###### 2024-cü il tarixli malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokola əsasən narkotik vasitə ümumilikdə 26 paletdən yalnız 4 paletin daxilində aşkar edilmişdir həmin paletlərdə olan alma yeşiklərinin alt hissəsində xüsusi üsulla gizlədilmiş vəziyyətdə yerləşdirilmişdir, qalan 22 paletdə isə hər hansı qadağan olunmuş predmet aşkar edilməmişdir bu hal göstərir ki, narkotik vasitə ümumi yükün içərisinə yayılmamış və xüsusi olaraq seçilmiş hissələrdə gizlədilmişdir Apellyasiya protestində təqsirləndirilən şəxsin yükə nəzarət etməsi və onun içərisində olan maddədən xəbərdar olması iddia edilsə də, şahid şahid4 ifadəsi ilə müəyyən olunur ki, yükə vizual baxış zamanı heç bir qanunsuz predmet aşkar etmək mümkün olmamışdır və yalnız xidməti itin 4 paletə reaksiya verməsindən sonra həmin paletlər açılmış və narkotik vasitə müəyyən edilmişdir şahid eyni zamanda sürücünün davranışında hər hansı şübhəli və ya gizlətməyə yönəlmiş hərəkətlərin müşahidə olunmadığını bildirmişdir Eyni məzmun hal şahidləri şahid2 və şahid1 ifadələrində də təsdiq olunur. Belə ki, həmin şəxslər göstərmişlər ki, yükün paletlərə yerləşdirilməsi prosesi onların iştirakı ilə həyata keçirilmiş, paletlər bağlanmış vəziyyətdə olmuş və yeşiklərin daxilinə müdaxilə yalnız gömrük orqanlarının yoxlaması zamanı mümkün olmuşdur, bu ifadələr bir-birini tamamlayır və sübutların mötəbərliyini artırır. Apellyasiya protestində daha bir dəlil kimi təqsirləndirilən şəxsin cinayətkar əlaqələrə malik olduğu və telefon danışıqlarının bunu sübut etdiyi göstərilsə də, iş materiallarında olan # ###### 2024-cü il tarixli mobil telefona baxış protokoluna əsasən “Redmi Note 7” markalı telefonda narkotik vasitələrin dövriyyəsi ilə bağlı heç bir yazışma, sifariş, razılaşma və ya koordinasiya xarakterli məlumat aşkar edilməmişdir, mövcud yazışmalar yalnız yükün daşınması və sərhəd keçidi ilə bağlı ümumi xarakterli məlumatlardan ibarət olmuşdur. Apellyasiya protestində göstərilən şübhəli şəxslərlə əlaqə arqumenti də konkret cinayət tərkibini sübut edən faktlarla təsdiq olunmur, çünki telefon danışıqlarında narkotik vasitənin göndərilməsi, qəbul edilməsi və ya gizlədilməsi ilə bağlı hər hansı açıq və birbaşa məzmun müəyyən edilmir. İş üzrə # ###### 2025-ci il tarixli videobaxış protokolu ilə müəyyən edilir ki, yükün yüklənməsi prosesi iki nəqliyyat vasitəsi arasında birbaşa ötürülmə formasında həyata keçirilmişdir və yükün daxili strukturuna müdaxilə etmək sürücünün fiziki imkanları xaricində olmuşdur, yük yerinin sonradan plomblanması isə onun yükün içərisinə müdaxilə imkanını tamamilə aradan qaldırmışdır. Eyni zamanda Azərbaycan Respublikasının qoşulduğu 1956-cı il Cenevrə Konvensiyasının müddəalarına əsasən daşıyıcı yalnız yükün xarici görünüşünü və qablaşdırmasını yoxlamağa borcludur yükün daxilində olan malların həqiqi məzmununun yoxlanılması daşıyıcının vəzifəsinə aid deyildir bu normativ tənzimləmə təqsirləndirilən şəxsin yükün içərisində gizlədilmiş maddədən xəbərdar olması ehtimalını hüquqi baxımdan istisna edir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iş üzrə toplanmış sübutların heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin yerləşdirilməsində iştirakını və ya onun bu barədə əvvəlcədən məlumatlı olmasını təsdiq etmir, əksinə sübutların məcmusu göstərir ki, narkotik vasitə xüsusi üsullarla gizlədilmiş və aşkar edilməsi yalnız xüsusi texniki vasitələrlə mümkün olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini xüsusilə külli miqdarda törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi subuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, həmçinin cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mötəbər sübutlarla deyil, mülahizə xarakterli dəlillərlə əsaslandırılması və həmin əsaslarla da sonuncuya CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair düzgün nəticəyə gəlmişdir. Belə ki, CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarının tələblərinə əsasən məhkəmə cinayət işlərinə faktlar əsasında baxmalı, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırmalıdır ki, bu halda məhkəmənin qəbul etdiyi qərar əsaslı sayılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyinə dair istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə dair sübutların qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmadığından, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə İsgəndər Ağayev barəsində əsassız ittiham vermişdir. Halbuki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməllər iş üzrə faktiki əldə olunmuş sübutlar əsasında CPM-nin 143-146-cı maddələrin tələblərinə uyğun qiymətləndirilməklə onun təqsirsizliyi barədə qərar qəbul edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə verilmiş ittihama əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitənin nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən hər hansı bir mötəbər sübut itttiham orqanı tərəfindən təqdim olunmadığından, yəni Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələrində göstərilən cinayətləri törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla (iş üzrə dindirilmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin digər şəxslərlə ilə danışması təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə ittiham verildiyindən və eyni zamanda birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin CM-in 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin sonuncuya bəraət verməsinə dair qənaəti qanuni və əsaslı və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən ona CMin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət vermişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün əsassız olması barədə dəlillərinə (məhkəmə kollegiyası hazırkı qərarın “Apelyasiya protestinin dəlilləri” hissəsində ətraflı şərh olunduğunu nəzərə alaraq həmin dəlilləri təkrar sadalamağa zərurət görmür) yekun qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla təkzib olunan dəlillər olmaqla apelyasiya protestinin təmin olunaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətlərini xüsusilə külli miqdarda törətməsinin məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmaması, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutların olmaması, ümumiyyətlə belə sübutların əldə edilməməsi, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsinin öz təsdiqini tapmamasını, habelə cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət hökmü çıxarmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in: 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsinin ona həmin maddələrlə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur, dövlət ittihamçısının apelyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsini hökmünün ləğv olunaraq Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə məhkum olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apelyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və CPM-in 42.1.4, 42.2.4, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Maqomedoviçə Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət Prossesual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-144/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-144/2026
29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver