Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-146/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə) ilə ## ##### 1983-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sabirabad rayonunun Bulduq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yeni Yaşayış Sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X17 saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməsi və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması, təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi hökm edilmişdir. IŞIN HALLARI: təqsirləndirilən şəxs2 ittiham olunmuşdur ondan ötrü ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı “Bəhlul” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Iran Islam Respublikasının vətəndaşı “Bəhlul” adlı şəxs və qeyrilərinin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 9045 qram çəkidə qurudulmuş marixuananı deyiləcək yerlərə yerləşdirmək üçün məlum olmayan tarixdə və şəraitdə təqsirləndirilən şəxs1lə birlikdə satış məqsədi ilə qanunsuz olaraq Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsindən əldə edərək etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerində gizlədib saxlamaqla, birlikdə Ələt-Astara magistralında yerləşən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin *** saylı stasionar postuna daşımış, ## #### 2025-ci il tarixdə, saat 06:00 radələrində Baş Dövlət Pol Polisi Idarəsi Yol- Patrul Xidməti Alayanın əməkdaşları tərəfindən sənədlərin yoxlanılması məqsədi ilə saxlanılmasına baxmayaraq, yoxlanış zamanı polis əməkdaşlarının onlardan şübhələndiklərini hiss edərək avtomobili hərəkətə gətirib Ələt qəsəbəsi istiqamətində idarə etməklə 20 km məsafəni qət edib avtomobilin nasaz vəziyyətə düşməsi səbəbindən yolu davam edə bilməyib, kənara çəkərək dayandırdıqdan sonra Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi və Yol-Patrul Xidməti Alayanın əməkdaşları tərəfindən həmin tarixdə, saat 10:45-dən etibarən etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilə Baş Dövlət Yol Polisi Idarəsinin *** saylı stasionar postundan Ələt istiqamətinə 20 km məsafədə dayandığı yerdə özünün icazəsi və iştirakları ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən üç ədəd bənövşəyi rəngli polietilen bağlamaların içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə edib daşımaqla saxladıqları doqquz ədəd üzərləri şəffaf yapışqan lentlə bərkidilmiş bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1000 qram, 1075 qram, 635 qram, 1015 qram, 1020 qram, 1000 qram, 1015 qram, 1030 qram, 1255 qram olmaqla, ümumi təmiz çəkisi 9045 qram külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışının hərtərəfli keçirilməsinin təmin edilməsi zərurəti ilə əlaqədar qismən istintaqla keçirməklə məhkəmə baxışı nəticəsi olaraq təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi və ya təqsiri təsdiqlənərsə iş üzrə yüngülləşdirici hallar nəzərə alınaraq təqsirli bilindiyi maddələr üzrə ən aşağı həddə cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham və onun barəsində qəbul edilmiş hökm mötəbər olmayan sübutlara əsaslanmış, iş üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, məhkəmə iclasında vəsatət verilərək Azərbaycan Respublikası DIN Yol-Patrul Xidməti Alayının *** saylı stasionar postunda quraşdırılmış kamera görüntülərin, **-BC-*** qeydiyyat nişanlı avtomomili ##.##.2025-ci il tarixdə saat 06:00 radələrində təqib edərək stasionar postdan 20 km aralı məsafədə aşkar etmiş Patrul avtomobilində quraşdırılmış videokamera görüntülərinin, həmçinin yol patrul inspektorları şahid2 və şahid1 üzərində olan ##.##.2025-ci il tarixə saat 05:00-12:00a olan səz yazma qurğularının yazıları Dövlət Yol Polisi Xidmətindən tələb edilərək məhkəmə iclasında tədqiq edilməsi xahiş edilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Halbuki, məhkəmənin ##.##.2026-cı il tarixli baxış iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin Yol Patrul Xidmətinin inspektorları şahid2 və şahid1 bildirdilər ki, təqsirləndirilən şəxslər olan “Kia Rio” markalı **-BC- *** qeydiyyat nişanlı avtomomil ##.##.2025-ci il tarixdə saat 06:00 radələrində Yol-Patrul Xidməti Alayının *** saylı stasionar postunda saxlanılarkən təlimata uyğun yol polisi kimi üzərlərində səs yazan xüsusi qurğu olmuşdur. Bundan başqa şahidlər bildirdilər ki, avtomobilin yoxlanış üçün saxlanıldığı ərazi yol polisinin stasionar postu ərazisi olduğu üçün daimi nəzarət kameraları müşahidəsi altındadır. Həmçinin şahidlər bildirdilər ki, “xidməti avtomobilə minərək sözügedən avtomobilin getdiyi istiqamətə uyğun hərəkətə başlamışlar, stasionar postdan Ələt istiqamətində təxminən 20 kilometr aralı məsafədə əsas yoldan kənar sağ tərəfdə olan torpaq yolda həmin avtomobilin dayandığını görüb xidməti avtomobili saxlayaraq avtomobilə yaxınlaşmışlar. Bu vaxt hər iki şəxs (təqsirləndirilən şəxslə) avtomobilin yanında dayanmışdır.” Bundan başqa məhkəmə iclasında şahid şahid2 dindirilərkən təqsirləndirilən şəxslər onu tanımadığlarını və onların saxlanılmasında iştirak etmədiyini bildirdilər. Bundan başqa məhkəmə iclasında şahid şahid1 müdafiə tərəfinin sualına cavab olaraq sözügedən video kamera görüntülərinin və səs yazılarının istintaq orqanına təqdim edildiyini bildirdi. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Kollegiyasının ## ### 2017-ci il tarixli Q**-***-** nömrəli qərarı ilə təsdiq edilmiş “Yolpatrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinə görə YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin təlimatın 6.9-cu bəndinə görə Patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. Bu baxımdan hesab edir ki, iş üzrə bütün hallarını obyektiv hərtərəflli araşdırılması üçün patrul avtomobilində və stasionar postda quraşdırılmış videokamera görüntüləri götürülərək məhkəmə iclasında baxış keçirilməsi, həmçinin müvafiq təlimata uyğun yol patrul inspektorlarının üzərində olan səz yazma qurğularının səs yazıları götürülərək məhkəmə iclasında dinlənməsi zəruridir. Işdən görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qabaqcadan alınmış əməliyyat məlumatı əsasında saxlanılmasalar da, güya onların avtomobilindən aşkar edilmiş narkotik maddənin aşkar edilməsi halları (vaxtı, şəraiti və s.) obyektiv olaraq Yol Patrul Xidmətininin stasionar postunda və avtomobilində quraşdırılmış kameralara düşmüşdür. Amma bu görüntülərin işə əlavə edilməməsi təqsirləndirilən şəxsin təqsirliyini şübhə altına almağa əsaslar yaradır. Bundan başqa məhkəmə iclasında dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, R şahid3 bildirdi ki, yol polisinin məlumatı əsasında digər əməkdaşlarla hadisə yerinə gəlib çatanda təqsirləndirilən şəxslər Yol Patrul Xidmətinin stasionar postunda, onların idarə etdiyi və saxlandığı avtomobil isə stasionar postdan 20 km aralıda olmuş, avtomobilə baxış keçirənədək yanında adlarını bilmədiyi yol polisi əməkdaşları qalmışlar. Bu xsüsat yol məhkəmədə ifadə verən yol polisi əməkdaşları tərəfindən də təsdiq edildi. Amma bütün bunlara baxmayaraq bu hal iş materiallarında öz əksini tapmır (Işdən görünür ki, güya avtomobil stasionar postdan 20 km aralıda aşkar edilərək dərhal ora Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları gəlmiş və yerində baxış keçirilərək narkotik maddə aşkar edilmişdir). Əyər Avtomobilə baxış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları hadisə yerinə gəldikdən sonra keçirilmişsə, yol polisi əməkdaşları haradan bilmişlər ki, avtomobildə qanunla qadağa olunmuş maddə var?! Bundan başqa hesab edir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən də təqsirləndirilən şəxslərə fərqli azadlıqdan məhrum etmə cəzası müddəti təyin etməsi əsaslı və ədalətli olmamışdır. Belə ki, hər ikisi qanunun tələbinə görə məhkumluğu olmayan şəxs hesab edilir, himayələrində azyaşlı uşaqlar var, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Əlavə olaraq təqsirləndirilən şəxs2 valideynlərinin də xəstə olması məhkəməyə bildirilmiş və müvafiq sənədlər təqdim edilmiş, məhkəmə də hökmdə bu halları qeyd etmişdir. Amma cəzaların fərqlənməsi əsaslı və ədalətli hesab edilə bilməz. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Insan Hüquqları Məhkəməsi “X12rşı”, “X9rşı”, “Ermi Italiyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinici instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs1lə eyni məhəllədə yaşamış, aralarında yaxın münasibət olmuşdur. Idarə etdiyi “Kia Rio” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil özünə məxsusdur. ## #### 2025-ci il tarixdə Samir ona zəng vuraraq yük gətirmək üçün onu taksi kimi aparmasını xahiş etmiş, onun nə gətirəcəyindən xəbərsiz olmuşdur. Əvvəllər də Samiri bir neçə yerə, həmçinin rayona dayısıgilə aparıb gətirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər marixuana istifadə etdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Polis əməkdaşları ilə heç bir qərəzi olmamışdır. ## #### 2025-ci il tarixdə, səhər saat 06 radələrində Baş Dövlət Pol Polisi Idarəsi Yol Patrul Xidməti Alayanın əməkdaşları tərəfindən saxlanılmış, dörd-beş saat postda gözlədilmişlər. Avtomobilində zədəli, əzik yerlər olduğu üçün Salyan postundan 10-15 km məsafədə polisdən yayınmışdır. Ilkin olaraq saxlanılma səbəbi sənədlərin yoxlanılması ilə bağlı olmuşdur. Yol polisləri onu təqib etmişlər, lakin bundan xəbərsiz olmuş və avtomobilin kapotu açıldığı üçün dayanmışdır. Avtomobili posta kimi təqsirləndirilən şəxs1, postdan sonra isə özü idarə etmişdir. Iki polis əməkdaşı onları saxlayıb posta gətirmişlər. Avtomobilə baxış saat 11 radələrində həyata keçirilmiş, yük yerində xəbərsiz olduğu üç torba aşkarlanmışdır. Polislər təpiklə ayağına, yumruqla kürəyinə vurmuş, boğazından yapışmışlar. Polis əməkdaşları tərəfindən Samirə də təzyiq göstərilmişdir. Onlara hadisə yerində deyil, postda təzyiq etmişlər və buna səbəb onun mobil telefonunu gizlətməsi olmamışdır. Polislər saxlanıldıqları vaxt da avtomobilini yoxlamışlar. Postda olarkən polislər dörd nəfər olmuşlar. Ondan əşyaları, yəni qol saatı, evinin açarı və sair götürülmüşdür. Postda videoçəkiliş beş-altı dəfə aparılmışdır. Həmin vaxt etirafedici ifadə vermək üçün ona təzyiq göstərmişlər, lakin xəsarət izləri qalmamışdır. Samirlə ilkin olaraq bir yerdə olmuş, sonra isə onları ayırmışlar. Istintaq zamanı özünü narkotik vasitə istifadəçisi olduğu üçün qismən təqsirli bilmiş, sənədlərə oxumadan imza etmişdir. Halhazırda məhkəmədə dediklərini təcridxanada müstəntiqə də bildirmişdir. Döyülməsi barədə vəkilə bildirsə də, sonuncu heç bir reaksiya verməmiş, bundan sonra Baş prokurorluğa müraciət etmişdir. 9 kq narkotik vasitədən məlumatı yoxdur. Barəsində qətimkan tədbiri seçiləndə təzyiq altında olduğu üçün narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt tam olaraq dediklərini xatırlamır. Məhkəmədə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa təqsirləndirilən qismində verdiyi ##.##.2025-ci il tarixli ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onunla birlikdə tutulan təqsirləndirilən şəxs1 çoxdan tanıyır. Samirlə bir məhəllədə yaşamış və aralarında yaxşı münasibət olmuşdur. Samir də narkotik vasitə istifadəçisi olduğu üçün arabir birlikdə “nəşə” istifadə etmişlər. Samirin vasitəsilə “Bəhlul” adlı Iran Islam Respublikasının vətəndaşı ilə tanış olub ünsiyyət saxlamışdır. “Bəhlul” narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün Samirlə birlikdə ondan şəxsi istifadələri üçün bir neçə dəfə “nəşə” almışlar. Həmin şəxslə Samir özü də sıx əlaqə saxlamışdır. Tutulmamışdan bir gün əvvəl “Bəhlul” ona müraciət edərək, pul müqabilində narkotik vasitələrin dövriyyəsində köməklik etməyi, konkret olaraq göndərdiyi narkotik maddələri deyiləcək ünvandan götürüb başqa bir ünvana yerləşdirməyi demişdir. Bundan başqa, iranlı həm də onu demişdir ki, razı olsa Samir də onunla birlikdə gedəcək və əlavə olaraq yol pulunu da verəcək. Beləliklə, ## #### 2025-ci il tarixdə baş tutmuş danışıqda “Bəhlul” bildirmişdir ki, göndərdiyi narkotik maddələri “Salyan trası” deyilən yolun kənarında gizlətdirib və həmin maddələri yerləşdirildiyi yerdən götürüb ayrı bir yerə daşıyıb qoyacaqları yerin konumunu özünə göndərmək lazımdır ki, kimsə başqa bir şəxs gəlib götürə bilsin. Bu işə görə “Bəhlul” konkret pul məbləği deməsə də, təxminən 500 (beş yüz) manat pul hörmət edəcəyini başa düşmüşlər. Maddi durumu pis olduğundan onun təklifi ilə razılaşmış, Samirlə görüşüb, idarə etdiyi “Kia Rio” markalı maşınla “Bəhlul” deyən ünvana yola düşmüşlər. Danışmışlar ki, “Bəhlul”un göndərəcəyi pulu öz aralarında yarı böləcəklər. Məlum olmuşdur ki, “Bəhlul” həmin maddələri Cəlilabad-Salyan rayonu ərazisində gizlətdirmiş, dəqiq yerin lokasiyasını həm ona, həm də Samirə yollamışdır. Həmin yerə 2025-ci ilin iyul ayının 15-dən 16-na keçən gecə çatmışlar. Avtomobili saxlayaraq, düşüb yolun kənarında gizlədilmiş üç ədəd torbanı götürüb avtomobilin yük yerinə qoymuş, sonra “Bəhlul”la əlaqə yaradaraq narkotik maddələr olan torbaları götürdüklərini bildirmiş, daha sonra həmin yolu geri qayıtmağa başlamışlar. Yorulduğu üçün avtomobili bu dəfə Samir idarə etmişdir. Səhər saatlarında Salyan rayonu ərazisində olan Yol Patrul Xidməti postundan keçərkən polis əməkdaşlarından biri işarə edərək Samirə maşını saxlamasını bildirmiş, Samir polisin tələbinə uyğun olaraq maşını saxlayıb düşmüş, o da Samirin dalınca maşından düşərək sənədləri təqdim etməyə hazırlaşmışdır. Bu vaxt polis əməkdaşının avtomaşından gələn iydən şübhələndiyini hiss etmiş, polisin maşının arxa tərəfində zədələr olmasına baxıb yük yerində nə saxlamaları barədə sual verdiyini görüb, onu söhbətlə yayındırmağa çalışmış və Samirə işarə edərək maşına oturmasını bildirmiş, özü isə sürücü yerinə keçib cəld formada maşını hərəkətə gətirib yola çıxmışdır. Samirə demişdir ki, maşına baxış keçirilsəydi, avtomobilin yük yerində olan torbalardakı narkotik maddələri polis əməkdaşları görüb onları tuta bilərdi. Lakin həmin yerdən təxminən 20 km məsafəni qət etmələrinə baxmayaraq, maşını nasaz olduğundan yolu davam edə bilməmişlər və maşını yolun kənarında olan torpaq sahəsinə çəkib torpaqlıq olan ərazidə saxlamışdır. Maşından düşəndə görmüşlər ki, Yol Patrul Xidmətinin əməkdaşları onların getdikləri istiqamətdə öz avtomobilləri ilə hərəkətə keçib, onları tapmağa nail olmuşlar. Polis əməkdaşları Samirlə onu bir qədər öncə keçdikləri posta aparmışlar, maşın isə həmin yerdə qalmışdır. Postda olarkən ora Yol Patrul Xidmətinin əməkdaşlarından başqa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları kimi özlərini onlara təqdim edən mülki geyimdə olan bir neçə şəxs yaxınlaşıb, onların narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, videoçəkilişlə üzərlərinə baxış keçirilməli olduğunu bildirmişlər. Etiraz etməmiş və həmin vaxt ilk olaraq ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim etsin. Üzərində olan mobil telefonla nağd pulu təqdim etmişdir. Nağd pul özünə geri qaytarılmış, mobil telefonu isə ona izah edilməklə götürülmüşdür. Daha sonra Samirə təklif edilmişdir ki, üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Samirin də üzərində heç bir qanunsuz maddə yox imiş. Samir üstündə olan mobil telefonla siqaret qutusunu və alışqanı təqdim etmiş, mobil telefonu götürmüşlər, siqaretlə alışqan isə özünə geri qaytarılmışdır. Daha sonra onlardan soruşmuşlar ki, gəlmiş olduqları “Kia Rio” markalı avtomobildə qanunsuz maddə varmı, o da səmimi olaraq bildirmişdir ki, həmin avtomobildə narkotik vasitə olduğundan postdan maşını sürüb getmiş və hazırda həmin maşının yük yerində adı çəkilən maddə vardır və avtomobilə baxış keçirilməsinə etiraz etmir. Bu barədə protokol tərtib edilmişdir. Bundan sonra onlar həmin tərkibdə olmaqla avtomobilinin dayandığı yerə yollanmışlar. Orada videoçəkilişlə maşına baxış keçirilmişdir. Baxış zamanı maşının yük yerindən olan üç ədəd kisə açılaraq hər birinin içərisindən üç ədəd bağlama aşkar edilmişdir, Həmin bağlamaların ümumi sayı doqquz ədəd imiş və kəsilərək içərilərindən “nəşə” adlı narkotik maddələr aşkar olunmuşdur. Sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq səmimi olaraq bildirmişdir ki, həmin maddələri Samirlə birlikdə X7 vətəndaşının tapşırığı ilə göndərilmiş lokasiyaya uyğun gəlib gizlədilmiş yerdən əldə etmişlər və həmin maddələri aparıb başqa ünvana çatdırmalarına görə onlara 500 (beş yüz) manat pul verilməli idi. Samir də öz növbəsində onun dediklərini təsdiq etmişdir. Göstərilənlər barədə də ayrıca protokol tərtib edilmişdir. Bundan sonra onlara izah edilmişdir ki, sənədləşməni davam etmək üçün Salyan Rayon Polis Şöbəsinə getməlidirlər. Ora çatanda hər ikisinə vəkil dəvət edilmiş, daha sonra hər ikisinin üstünə şəxsi axtarış aparılmış, əlavə heç bir predmet aşkar edilməmişdir. Qeyd olunanlar barədə ayrıca olaraq protokol tərtib edilərək bütün, iştirakçılar tərəfindən imzalanmışdır. Iş materiallarında olan Baş Dövlət Yol Polisi Idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 10-cu taqımının ##.##.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə Baş Dövlət Yol Polisi Idarəsinin *** saylı stasionar postunda xidmətdə olan zaman “Kia Rio” markalı, 77- BC-826 qeydiyyat nişanlı avtomobil sürücüsünün sənədlərini yoxlamaq məqsədilə saat 06:00 radələrində Ələt istiqamətində hərəkət edərkən saxlanılmış, sürücüyə saxlanılma səbəbi izah olunarkən sonuncu özünü şübhəli aparmış və avtomobildən narkotik vasitə qurudulmuş marixuanaya məxsus kəskin qoxunun gəlməsi şübhə yaratmış, bu səbəbdən avtomobili idarə edən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 avtomobilə baxış keçirilməsi təklif edildikdə, təqsirləndirilən şəxs2 avtomobilə əyləşərək təqsirləndirilən şəxs1lə birlikdə stasionar postdan qaçmışlar, xidməti patrul avtomobili ilə həmin şəxlərın getdikləri istiqamətdə hərəkət edilmiş, stasionar postdan Ələt istiqamətində təxminən 20 kilometr məsafədə torpaq yolda həmin avtomobil dayanmış, avtomobilə yaxınlaşaraq onlardan qaçma səbəbləri soruşulduqda, həmin şəxslər avtomobilin arxa yük yerində narkotik vasitə marixuana olduğu, həmçinin avtomobildə texniki nasazlıq olduğundan gizlənmək məqsədilə torpaq yolda dayandıqlarını bildirmiş, baxışın keçirilməsinə etiraz etməmişlər və avtomobili baxışa təqdim etdikləri zaman avtomobilin arxa yük yerindən üç ədəd göy rəngli sellofan torbada marixuanaya bənzər kütlə aşkar olunmuşdur (cild 1, i.v. 5). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin ##.##.2025-ci il tarixli qərarı, əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ifşa edilməsi məqsədilə ətraflarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün həmin idarənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (cild 1, i.v. 8-12). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Təhqiqat Şöbəsinin “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ##.##.2025-ci il tarixli protokolundan görünür ki, ## #### 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi Idarəsinin *** saylı stasionar postunun qarşısında təqsirləndirilən şəxs1 üzərindən bir ədəd “Samsung” markalı mobil telefonu (içərisində *** ***- **-** saylı mobil nömrə ilə birlikdə), 6 (altı) manat pulu; təqsirləndirilən şəxs2 isə bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı, bir ədəd “Samsung” markalı mobil telefonu (içərisində *** ***-**-** saylı mobil nömrə ilə birlikdə) təqdim etmişlər. Həmin mobil telefonlar götürülmüş, digər predmetlər isə özlərinə qaytarılmışdır. təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı postdan Ələt qəsəbəsi istiqamətində 20 km məsafədə yolun kənarında saxladıqları özünə məxsus olan “Kia Rio” markalı avtomobildə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni tanışı təqsirləndirilən şəxs1lə birlikdə sosial şəbəkə vasitəsilə tanış olduğu Iran Islam Respublikası vətəndaşının ona göndərdiyi ünvandan Ələt-Astara yolundan əldə edərək, bağlamaları Bakı şəhərinə çatdırdıqdan sonra 500 (beş yüz) manat pul alacaqlarını, avtomobildə həmin kütlələrin olması barədə heç kimin məlumatı olmadığını, kütlələrdən heç kimə vermədiklərini və satmadıqlarını bildirmiş, təqsirləndirilən şəxs1 də onun dediklərini təsdiq etmişdir. Sözügedən istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 1, i.v. 15-18). təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, onun “Kia Rio” markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur (cild 1, i.v. 19). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Təhqqiat şöbəsinin “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ##.##.2025-ci il tarixli protokolundan görünür ki, ## #### 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi Idarəsinin *** saylı stasionar postundan Ələt qəsəbəsi istiqamətində 20 km məsafədə yolun kənarında torpaq örtüklü yolda saxlanılmış “Kia Rio” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa yük yerində olan üç ədəd torbanın içərisindən doqquz ədəd bağlamada ümumi təmiz çəkisi 9 kq 045 qr olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və bu barədə videogörüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 1, i.v. 20-23). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli, ##.##.2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərlərində “saxlanılan təqsirləndirilən şəxs2 idarə etdiyi” yazıları və imzalar olan üç ədəd bənövşəyi rəngli polietilen torbadakı ümumi sayı doqquz ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1075 qram, 635 qram, 1015 qram, 1020 qram, 1000 qram, 1015 qram, 1030 qram, 1255 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və ümumi çəkisi 9045 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra 99044,1 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir (cild 1, i.v. 78-82). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Istintaq Idarəsinin ##.##.2025-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 arasında həmin tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onların hər biri ifadələrində bildirdikləri xüsusatları bir-birilərinin üzünə qarşı söyləyərək, ifadələrini bir daha təsdiq etmişlər (cild 1, i.v. 155-157). Sabirabad Rayon Icra Hakimiyyəti başçısının X4 Ərazi-Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli xasiyyətnaməsi, arayışı və “Elektron Məhkəmə” Informasiya Sistemindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxs2 Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatdadır və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur, himayəsində ##.##.2006 və ##.##.2017-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan və azyaşlı olmaqla iki uşağı vardır (cild 1, i.v. 213-214). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Istintaq Idarəsinin “mobil telefon aparatına baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Samsung” markalı telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, kontaktlar siyahısında adı “Behlul” kimi qeyd edilmiş +************ saylı Iran Islam Respublikasına məxsus GSM nömrəsi vardır. Mobil telefonun daxili yaddaşında “WhatsApp” mobil tətbiqinin əvvəllər olması müəyyən edilsə də, hazırda telefonun daxili yaddaşından silindiyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefona keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin cihaz işlənmiş vəziyyətdədir, plastik-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, təqsirləndirilən şəxs1 istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” və “WhatsApp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqləri vardır. Bundan başqa, müəyyən edilmişdir ki, mobil telefonun kontaktlar siyahısında adı “Bəhlul” kimi qeyd edilmiş +************ saylı Iran Islam Respublikasına məxsus GSM nömrəsi vardır. Telefonun daxili yaddaşında olan “WhatsApp” mobil tətbiqi vasitəsilə “Bəhlul” adlı istifadəçi ilə ## #### 2025-ci il tarixdə zəngli danışıqların aparılması müəyyən edilmiş, habelə həmin istifadəçi ilə aralarında olan danışıq-yazışma pəncərəsi mövcud olsa da, mobil tətbiq vasitəsilə aparılmış yazışmaların 24 saat müddətinə avtomatik silinmə rejimində olması səbəbindən hər hansı yazışma müəyyən edilməmiş və bu barədə fotoşəkillər protokola əlavə edilmişdir (cild 1, i.v. 243-245). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Istintaq Idarəsinin “telefon danışıq məlumatlanna baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokolu və cədvəl çıxarışından görünür ki, “xxxx” MMC-dən daxil olmuş ##.##.2025-ci il tarixli, GQ-2-347- 280- **** saylı məktubla müşayət olunan bir ədəd diskdə təqdim olunmuş təqsirləndirilən şəxs1 istifadəsində olan *** ***-**-** saylı və təqsirləndirilən şəxs2 istifadəsində olan 077 729- **-** saylı mobil telefon nömrələrinə aid ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı təqsirləndirilən şəxs1 istifadəsində olmuş *** ***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi ## #### 2025-ci il tarixdə, saat 01:51-dən saat 05:52dək olan müddət ərzində Bakı-Şalyan şossesi, Sahil qəsəbəsi; Salyan rayonu Xıdırlı, Arbatan, Aşağı Noxudlu, Sarvan, Yuxarı Noxudlu kəndləri; Biləsuvar rayonu; Cəlilabad şəhəri avtovağzalı; Masallı rayonu, Mollahəsənli, Ağakişibəyli, Yeddioymaq, Dadva kəndləri; Cəlilabad rayonu, Günəşli kəndi; Neftçala rayonu, Qaçaqkənd, Qızılağac kəndləri ərazisində qeydiyyatdan keçmişdir (cild 1, i.v. 250-252). “xxxx” X2 Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 deməsinə görə narkotik vasitə olan marixuanadan günə bir-iki dəfə siqaretə doldurub çəkməklə istifadə edir. Müayinə zamanı onda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v. 30-31). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Istintaq Idarəsinin ##.##.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında”, “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” ##.##.2025-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, onlara həmin maddələrlə yenidən ittiham elan edilmiş, ittihamın mahiyyəti elan olunmaqla, bu barədə qərarın surəti təqdim edilmiş; “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ##.##.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk, eləcə də “xxxx” MMC-dən daxil olmuş bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş; həmçinin onların hər birinə ayrıayrılıqda məxsus olan “Samsung” markalı mobil telefon aparatları maddi sübut kimi tanınaraq, həmin idarənin saxlanc yerinə təhvil verilmiş; hazırki cinayət işindən narkotik vasitənin mənbəyinin, eləcə də qrupun digər üzvlərinin müəyyən edilməsindən ötrü ayrıca icraata cinayət işi ayrılmışdır. Işin materialllarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2016-cı il tarixli “Aministiya Qərarı”na əsasən ##.##.2016-cı ildə həmin cəzasının çəkilməmiş hissəsindən azad edilmiş; Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu iltarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Xəzər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə 7 ay 15 gün vaxtından əvvəl şərti azad edilməklə, ##.##.2020-ci ildə cəza müddəti başa çatmışdır (cild 1, i.v. 206-207). Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə, Ələt-Astara yolunun 29-cu kilometrliyində yerləşən *** saylı stasionar postdan təxminən 20 km məsafədə təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Rio” markalı avtomobilə baxış və götürmə istintaq hərəkətləri aparılarkən təqsirləndirilən şəxs2 həmin avtomobilin yük yerində narkotik vasitə qurudulmuş marixuana olmasını, təqsirləndirilən şəxs2la təqsirləndirilən şəxs1 üzərlərinə baxış keçirilərkən isə şifahi sorğu zamanı idarə etdiyi avtomobilin yük yerində olan qurudulmuş marixuananı tanışı Samirlə birlikdə sosial şəbəkə vasitəsilə tanış olduğu Iran Islam Respublikası vətəndaşının ona göndərdiyi ünvandan, yəni Ələt-Astara yolundan əldə edərək, bağlamaları Bakı şəhərinə çatdırdıqdan sonra 500 (beş yüz) manat pul alacaqlarını bildirmişdir. Bu barədə videogörüntülərin əks olunduğu DVD disklərə məhkəmə iclasında baxış keçirilərkən təqsirləndirilən şəxs2 qeyd olunanları tam sərbəst və səsli şəkildə bildirdiyi açıqaydın müşahidə olunmuşdur. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ## #### 2025-ci il tarixli ifadələrində özlərini onlara verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşımada təqsirli bilmiş, habelə saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə bundan sonra aparılan istintaq hərəkətləri zamanı heç bir təzyiq və ya təsirə məruz qalmadıqlarını bildirmişlər. Həmçinin təqsirləndirilən şəxslərdən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrılıqda qablaşdırılması, çəkisi həmin kütləyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Həmçinin təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da satış niyyətinin olmasını bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, Nəzərə almaq lazımdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyataxtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiqorqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Işin materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Işin materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da təqsirləndirilən şəxs2 bəraət verilməsi və ya daha aşağı həddə cəza verilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, təqsirləndirilən şəxs2 bəraət verilməsi və ya cəzasının daha da yüngülləşdirilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-146/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-146/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver