Məhkəmə qərarları › İş №1(3-9)-148/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-148/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-148/2026 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), X1 və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkili müdafiəçi1 iştirakları ilə. ##.##.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 9 ay 7 gündən ibarət hissəsini çəkmiş, Lənkəran rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasın cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırki cinayət işi üzrə ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs İlham oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2025-ci ilin sentyabr ayının ortalarında, Lənkəran rayonu “Böyük bazar” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd bükümdə, təmiz çəkisi 0.434 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət olan psixotrop maddə olan metafetamini əldə edərək üzərində saxlamaqla daşımış, ##.##.2025-ci il tarixdə saat 12:32-də Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyev küçəsində “Mikrorayon” adlanan ərazidə piyada olarkən saxlanılaraq üstü yoxlanılan zaman əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində həmin psixotrop maddə - metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin ittiham hökmü ilə (sədrlik edən hakim X3) Təqsirləndirilən şəxs İlham oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəlişəxs qismində tutulduğu ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlanıldığı və həmin tarixdən bu günədək, yəni ##.##.2026-cı il tarixədək ev dustaqlığı qətimkan tədbirində olduğu cəmi 5 ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 10 ay müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin başlanğıcı təqsirləndirilən şəxsin cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran şəhər ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində faktiki yaşayış yeri olan Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/5, mənzil 8 ünvanında yaşadığı evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti, həmçinin üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifəsi qoyulmuş, cəzasını yaşayış yeri üzrə çəkməsi, hökmün icrasına nəzarəti təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsi həyata keçirilməsi, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmış, Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilmiş, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması, maddi sübutla və məhkəmə xərci ilə bağlı məsələlər həll olunmuşdur. II.APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, dövlət ittihamçısı kimi Təqsirləndirilən şəxs İlham oğlunun CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmiş, lakin, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.1 -ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Lənkəran rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü cəzanın yüngüllüyü əsasına görə dəyişdirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanın məqsədlərini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamışdır. İşin hallarından da görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. O, psixotrop maddə olan 0,434 qram çəkidə metamfetamini əldə edərək üzərində saxlamaqla daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən də göründüyü kimi, Təqsirləndirilən şəxs İlham oğlu Lənkəran rayon məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 9 ay 7 gündən ibarət hissəsini çəkmiş, Lənkəran rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasın cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən onun tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, bu halın öz-özlüyündə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla həmçinin, əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə 2 dəfə məhkum edilməsinin onun şəxsiyyətini xarakterizə etməsini, onun tərəfindən törədilən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq miqdarda psixotrop əldə edilməsi, daşınması və saxlanmasından ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, həmçinin təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmamasını, sadalanan bütün bu halların məcmusunun ona təqsirli bilindiyi maddə ilə məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə cəza təyin edərkən cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyyələrini nəzərə almamış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmiş və belə yüngül cəza təyin etməsininin səbəblərini hökmdə əsaslandırmamışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, polis işçiləri onu küçədə deyil evdə yatdığı yerdən onu götürüb aparmışlar. Üzərində hec bir narkotik vasitə aşkar olunmamıştır. İşin əsas məğzi belədir ki, anası onunla bir evdə yaşamaq istəmədiyi üçün (o ümmumiyyətlə qohumlarının heç biri ilə yola getmir) onu evdən qovmaq istəsədə, onun yaşamağa başqa yeri olmadığı üçün evdən çıxmamışdır. Belə olan halda anası çıxış yolunu onu tutdurmaqda görərək polisə şikayət etmiş və o evdə yatdığı halda polislər onu yatdığı yerdən qaldıraraq döyə döyə polisə apardılar. Polisdə də onu döyədöyə bir maye içirtmişlər, lakin nə olduğunu bilməmişdir. Sabahısı günü qanını yoxlamaq üçün onu həkimə aparmışlar, polisdə onun qabağına müəyyən qədər narkotik qoymuşlar və onu buna imza etməyi tələb etmişlər, əksi halda 1 kloqrama görə cavab verəcəyi ilə onu hədələmişlər. Ona görə məhkəmədə ibtidai istintaqda verdiyi ifadələri təkrarlamışdır. Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılması xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərərək apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs İlham oğlu barəsində cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etdiyini, odur ki, Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün apellyasiya protesində qeyd olunan əsaslara uyğun dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəməsinin Təqsirləndirilən şəxs İlham oğlu və müdafiəçi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini, apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya protestində təyin olunan cəzanın açıq aşkar əfalətsiz olması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün dəyişdirilməsi qeyd olunmuşdur. Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün ləğv olunması qeyd olunmuşdur. Apellyasiya apellyasiya şikayətinin ümumi dəyərləndirilməsinə görə, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması mübahisələndirildiyi üçün, məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı sübutlar, sonra müdafiə tərəfinin sübutları yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə uyğun hüquqi qiymət verilməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir: -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, bədənində ağrılar olduğu üçün “patı” deyilən psixotrop maddə metafetamini qızıdırb tüstüsünü çəkməklə qəbul edir. Əvvəllər iki dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. ##.##.2025-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tandığı, adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata bir ədəd bükümdə psixotrop maddə metafetamin almışdır. Həmin gün saat 12 radələrində yaşadığı binanın qarşısında yerləşən parkda gəzərkən mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Onlardan biri videoçəkiliş aparmış, digərləri isə ona üzərində qanunla qadağan edilən maddə və ya hər hansı predmet varsa, təqdim etməsini təklif etmişlər. O da əynində olan gödəkcənin sağ yan cibindəki, içərisində metafetamin olan sellofan bükümü təqdim etmişdir. Üzərindən aşkar olunmuş həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq bağlanmış və zərf möhürlədikdən sonra üzərinə imza etmişlər. O özü də zərfin üzərinə imza etmişdir. -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu məhkəmə istintaqında verdiyi ifadəsində əvvəlki ifadəsini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş metafetamini şəxsi istifadəsi üçün əldə etmiş, əldə etdiyi metafetamindən heç kəsə satmamış və heç kəsə də istifadə etmək üçün verməmişdir. Metafetamini əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Törətdiyi cinayət əməlini könüllü etiraf edir. -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun cinayət əməli törətməsi barədə ifadəsini Lənkəran şəhər-rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri şahid2, şahid1 və şahid3 təsdiq etmişlər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin Lənkəran regional bölməsinin ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs İlham oğlundan aşkar olunaraq götürülmüş kütlə..." sözləri və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0.434 qram olan ağ rəngli krsitallardan ibarət maddə metafetamindir. Tədqiqat obyektinin 0.05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0.384 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır. -İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” adlı ##.##.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş diskdən, “Götürmə aparılması haqqında” ##.##.2025-ci il tarixli qərardan, həmin tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, qeyd olunan tarixdə saat 12:32-dən başlayaraq Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs İlham oğlunun üzərində şəxsi axtarış aparılarkən o, əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək bükümdə metafetamin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddəni Lənkəran şəhərinin “Böyük bazar” adlı ərazisində tanımadığı şəxsdən 15 manata aldığını demişdir. Bükümün içərisində metafetaminə bənzər maddə olduğu aşkar edilərək həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0.59 qram olduğunu müəyyən edilmişdir. Həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək üzərinə imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, onun üzərində açarlar, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, telefon nömrələri yazılmış kağız, mobil telefon aşkar edilmişdir. Mobil telefon götürülmüş, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs İlham oğlu özü də protokola imza etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hətta məhkəmə istintaqında sərbəst şəkildə ifadə verərkən cinayət əməlini etiraf etmiş, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar heç bir hal qeyd etməmişdir. Bundan başqa o, apellyasiya baxışında hal-hazırda qeyd etdiyi vəziyyətlə bağlı araşdırılması zəruri olan əsaslı dəlil təqdim etməmiş, eləcə də cinayət işi materialları ilə hər hansı şübhəli hal müəyyən olunmamışdır. Qeyd olunanlar göstərir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti özünü müdafiə xarakteri daşıyır və qeyd olunan halları sübut kimi qiymətləndirmək mümkün deyil. Apellyasiya protestinin dəlilləri ilə bağlı kollegiya qeyd edir: Cinayət işi materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs İlham oğlu Lənkəran rayon məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 9 ay 7 gündən ibarət hissəsini çəkmiş, Lənkəran rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasın cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ardıcıl olaraq iki dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş, hər iki cinayət əməlinə görə ona azadlığın məhdudlaşdırılması haqqında cəza təyin olunmasına baxmayaraq, o, islah olunmamış, sonuncu məhkumluğu üzrə cəza çəkdiyi müddətdə yenidən eyni növ cinayət əməli törətmişdir. Onun islaholunmaz xarakteri əsas verir ki, əvvəlki məhkumluqlarına görə təyin olunmuş cəza növü cəzanın məqsəd və prinsiplərinə cavab vermir, onu islah etmək üçün kifayət qədər sərt cəza tədbiri deyil. Nəzərə alınmalıdır ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, ittiham tərəfinin ona həddindən artıq yüngül növ və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsaslı olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət qanunu normasının tələblərinə əməl olunmamış, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərdən heç bir islahedici nəticə çıxarmaması, əvvəlki cəzalarla islah olunmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alınmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası, cəzanın məqsədini, yəni məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edən cinayət-hüquqi xarakterli tədbir kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin qeyd olunan tələblərinə əsasən, hökm dəyişdirilməli, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli hökmü ilə təyin olunmuş 02 il azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzasına dəyişdirilməlidir. Kollegiya protestin dəlillərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın növü və həddini müzakirə edərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs İlham oğlunun ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsiri kimi hallar nəzərə alınmaqla ona 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs İlham oğlunun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlanıldığı və ##.##.2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək ev dustaqlığı qətimkan tədbirində olduğu 5 ay müddət bir günə bir gün hesabı ilə ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına daxil edilməli və üzərində 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.4-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya müraciətləri üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü yuxarıda göstərilənlərə uyğun olaraq dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü apellyasiya protestinə əsasən cəza təyini ilə bağlı hissədə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs İlham oğluna 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs İlham oğlunun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlanıldığı və ##.##.2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək ev dustaqlığı qətimkan tədbirində olduğu 5 (beş) ay müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına daxil edilsin və üzərində 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2026-cı ildən hesablansın. Təqsirləndirilən şəxs İlham oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun. Qərarın bu hissədə icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı İstintaq təcridxanasına həvalə edilsin. Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar