Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-149/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Bakı şəhər * saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə ## ###### 1984-cü il tarixdə, Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü ilə (Hakimlər X7 (sədrlik edən), X2 və X6 ibarət tərkibdə) Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayəti verərək, sözügedən hökmünün ləğv edilməsini, məhkəmə iclasının istintaqla keçirilməsini, qeyd olunan araşdırmalar aparıldıqdan sonra təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri üçün müvafiq tədbirlərin görülməsini, sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs təqsiri yenidən təsdiq olunarsa, ona təyin edilmiş cəzanın ağırlaşdırılaraq CM-in 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsinə dair yekun qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi və dəyişdirilməsi əsasında məhkum Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmünə əsasən CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ##.##.2025-ci il tarixdə Cəlilabad rayonu, Alar kəndində yerləşən evdə bir yerdə yaşadığı qardaşı şahid10 arvadı X11 yaşadıqları evin həyətyanı sahəsində tikilməkdə olan evin eyvanını təmizləyən zaman zibil tullantılarının eyvanın altına yığdığı kəpək yeminin üzərinə tökülməsinə görə sonuncu ilə arasında mübahisə yaranmış, həmin mübahisənin gedişində Rəviyyə Nərmanovanın onu nalayiq sözlərlə söyüb təhqir etməsindən və vəfat etmiş atasına qarşı təhqiramiz ifadələr işlətməsindən əsəbləşmiş, həmin gün sakitləşsə də, Rəviyyə Nərmanovadan qisas almaq istəmiş, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə pivə qəbul etdikdən sonra bir qədər sərxoşlaşmış, Rəviyyə Nərmanovanın yatdığı yataq otağının həyətə baxan pəncərəsinin qarşısına gələrək, pəncərənin açıq və Rəviyyə Nərmanovanın yatmış vəziyyətdə olmasını görmüş, Rəviyyə Nərmanovanı öldürmək qərarına gəlib, bu məqsədlə əvvəldən özündə olan və özünə məxsus **-CD-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobilində saxladığı soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı qatlanan tipli səyahət bıçağını götürüb, açıq olan pəncərədən otağa daxil olmuş, bu zaman, Rəviyyə Nərmanova səsə oyansa da, lakin otağın qaranlıq olması, onu əri şahid10 olduğunu zənn etməsi, yuxudan yeni oyandığı üçün yarımyuxulu olması səbəbindən, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Rəviyyə Nərmanovaya dərhal yaxınlaşaraq, sol əli ilə boynundan tutub müqavimət göstərmək imkanını məhdudlaşdırmaqla, sonuncuya qəsdən əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla sağ əlində tutduğu bıçaqla bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməklə, Rəviyyə Nərmanovaya döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən və ürəyi zədələyən 1(bir) ədəd, döş qəfəsinin sağ və sol yarısının ön və arxa səthinin döş boşluğuna keçən, ağ ciyərin sağ və sol payını zədələyən 4(dörd) ədəd, qarının ön divarının qarın boşluğuna keçən və qara ciyərin sol payını zədələyən 1(bir) ədəd cəmi 6(altı) ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yara, sağ gicgah, sağ qaş, sol gözqapağı, sol yanaq, sağ qulaqarxası, burun, boyun, sol çiyin qurşağı, sol körpücükaltı, sol said, sol bazu, sol dizaltı, sol dirsək oynağı nahiyələrində, döş qəfəsinin sağ və sol yarısının ön və arxa səthlərinin, qarının sol yarısının ön və sol yan divarında döş və qarın boşluğuna keçməyən cəmi 68 (altmış səkkiz) ədəd dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran kəsilmiş-deşilmiş yara, ümumilikdə 74 (yetmiş dörd) ədəd kəsilmiş deşilmiş yaraları və sağ göz yuvası ətrafında sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən qançır xəsarətləri yetirərək, sonuncunun ürək və qaraciyərinin zədələnməsi nəticəsində qanitirməsinə səbəb olmaqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X11 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, CM-in 120.2.4 və 120.2.9-cu maddələrinin tətbiqini istisna edən hallar mövcuddur. CM-in 120.2.4 maddələrində xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla öldürülmə təsbit edilir. Belə ki, “Qəsdən adam öldürmə” işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun ##.##.2002-ci il tarixli ** saylı qərarında yazılır ki, təqsirkarın əməli xüsusi amansızlıqla öldürmə kimi tövsif edildikdə, qəsd, zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmə üzrə subyektin niyyəti ilə real ifadə olunmalıdır. Xüsusi amansızlıqla öldürmə təqsirləndiriləndə qabaqcadan hazırlanmalıdır. Bu əməldə çoxlu miqdarda (74) bıçaq zərbəsi yetirilməsinin olması təqsirkarın öldürdüyü şəxsi qarşı amansız öldürmə deyil, çoxsaylı bıçaq zərbələrinin yetirilməsi təqsirkarın fiziki cəhətdən sağlam olan canlı hədəfi öldürmək niyyətinin nəticəyə çatmaq və əmin olmaq niyyəti ilə əlaqədardır. Belə halda təqsirkarın bu hərəkəti CM-in 120.2.4-cü maddəsinin tərkibini yaratmır. Belə ki, təqsirkarın çoxsaylı zərbələr yetirməsi özündən fiziki cəhətdən güclü olan şəxsin sağ qalmamaq üçün nəticəyə nail olmasını ifadə edir. Məhkəmə Kollegiyası Apellyasiya baxışında sadaladığı hüquqi əsasları hərtərəfli araşdırmalıdır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, təqsirkarın bu əməldə CM-in 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Ali Məhkəmə Plenumunun ##.##.2002-cı il tarixli * saylı qərarında yazılır ki, təqsirkar şəxsin öldürdüyü adamın yatmış olması xəstə, azyaşlı, qoca və digər hallar köməksiz vəziyyət kimi qiymətləndirilir. Bu cinayət əməlində mərhum X11 hadisə baş verən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə təqsirləndirilən bıçaqla pəncərədən otağa daxil olmuş, bu zamanda isə mərhum oyanmış və otağa girənə qarşı səslənmişdir. Yəni mərhum Nərmanova Rəviyyə yatmış vəziyyətdə olmamış, oyaq olmuş təqsirləndirilənə müqavimət göstərmiş, nəticədə çoxsaylı bıçaq zərbələrinə məruz qalmışdır. Bu hüquq əhəmiyyətli faktı önə çəkməklə fiziki cəhətdən sağlam huşu özündə olan mərhum R.Nərmanovanın vəziyyəti köməksiz vəziyyətdə olma kimi deyil, tam olaraq özünün müdafiə etmək imkanı olmuşdur. Bu mövqedən çıxış edərək təqsirləndirilən Təqsirləndirilən şəxs əlavə olaraq 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsini hüquqi əsaslarının hərtərəfli araşdırılması və qiymətləndirilməsi diqqətə çatdırır. Birinci instansiya məhkəməsi Rəviyyə Nərmanovanın köməksiz vəziyyətdə olması ilə bağlı ittihamın ziddiyyətli hüquqi qiymətləndirilmə hesab edərək, bu ziddiyyətin Təqsirləndirilən şəxs xeyrinə şərh edilməsini təklif edir. Əlavə bildirir ki, CM-in 3-cü maddəsində əməldə cinayət məsuliyyətinin tərkibində əsaslardan biri subyektiv cəhət hesab edilir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hərbi əlil olmaqla baş-beyin travmasından ciddi əziyyət çəkən şəxsdir. Hökm çıxarıldıqda baş-beyin travmasının təqsirləndirilənin hadisə törəndiyi anda psixi durumuna təsir edib-etməməsi az anlaqlı olub-olmaması həm istintaqda həm də birinci instansiya məhkəməsində araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Bununla da CPM-in 399.1.1,399.1.3 maddələrinin tələbləri üzrə hərtərəfli araşdırılma aparılmadığı üçün məhkəmə hökmünü dəyişdirilməsi üçün əsaslar mövcuddur. Yuxarıda qeyd edilənləri, CPM-in 399.1.1, 399.1.3, 400, 402, 404,405 maddələrinin CM-in 3,42,58 maddələrinin cəzanın yüngülləşdirilməsinə aid 59cu maddənin tələblərinin Təqsirləndirilən şəxs ruhi əsəb xəstəliyini, hərbi xidmət əlilliyini, dörd azyaşlı övladının olmasını, ailəyə qazanc gətirən yeganə şəxs olması ailənin maddisosial vəziyyətinin ağır olmasını ailənin ciddi təminata ehtiyacı olan ailə qrupunda olmasını nəzərə almağı xahiş edir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən, yəni cəzanın ağırlaşdırılması hissəsində təmin edilməsini, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ilqar Cəfərov hər biri ayrı-ayrılıqda zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmünün dəyişdirilərək, əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı qiymətləndirilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya baxışının predmeti və hədləri nəzərə alınmaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə yoxlanılmalı əsas məsələlər üç istiqamətdə cəmlənir: birincisi, zərərçəkmiş şəxsin hüquqi varisinin göstərdiyi natamam araşdırma və başqa şəxslərin mümkün iştirakı barədə dəlillərin hökmün qanuniliyinə təsiri; ikincisi, müdafiə tərəfinin əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsi barədə tələbinin əsaslılığı; üçüncüsü isə təyin edilmiş cəzanın həm sərtliyi, həm də yüngüllüyü baxımından cinayətin xarakterinə və məhkumun şəxsiyyətinə uyğun olub-olmamasıdır. Bu məsələlərin hər biri üzrə kollegiya sübutların ayrıca-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi, mənbəyi, əldə edilmə üsulu, daxili uyğunluğu və yekun nəticəyə təsir imkanları baxımından məcmu halında qiymətləndirilməsini zəruri hesab edir. Çünki cinayət mühakimə icraatında nəticə ayrı-ayrı ehtimalların deyil, bir-birini tamamlayan və prosessual qaydada yoxlanılmış sübutlar sisteminin əsasında çıxarılmalıdır. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin əsas prinsiplərindən irəli gələrək məhkəmə araşdırması işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanmalıdır. Bu tələb eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının ədalətli məhkəmə araşdırması ilə bağlı müddəaları, habelə Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərlə də uzlaşır. Belə ki, həmin məhkəmənin presedent hüququna əsasən dövlətin vəzifəsi yalnız formal araşdırma aparmaq deyil, hadisənin bütün mühüm aspektlərini əhatə edən “effektiv araşdırma” təmin etməkdir. Lakin bu prinsip o demək deyildir ki, istintaq və ya məhkəmə hər bir irəli sürülən fərziyyəni mütləq təsdiq etməli və ya sübuta yetirilməmiş ehtimalları hökmün əsasına qoymalıdır. Eyni zamanda, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin həqiqətin müəyyən edilməsini təmin etmək vəzifəsi birinci instansiya məhkəməsində araşdırılmış hər bir faktın mexaniki şəkildə yenidən təkrarlanmasını deyil, apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin hökmün nəticələrini sarsıdıb-sarsıtmadığının hüquqi qiymətləndirilməsini nəzərdə tutur. Buna görə də yalnız işin nəticəsinə real təsir göstərə bilən, konkret faktiki əsaslara söykənən və mövcud sübutlar sistemi ilə rəqabət apara bilən dəlillər hökmün ləğvi və ya dəyişdirilməsi üçün əhəmiyyət kəsb edə bilər. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən irəli sürülmüş əsas dəlil ondan ibarət olmuşdur ki, ibtidai istintaq və birinci instansiya məhkəməsi tərəfindən digər şəxslərin – xüsusilə şahid8, şahid9, şahid10 və digər şəxslərin cinayətdə mümkün iştirakı lazımi səviyyədə araşdırılmamışdır. Məhkəmə kollegiyası bu arqumenti qiymətləndirərkən qeyd edir ki, cinayət prosesində alternativ versiyaların araşdırılması zəruri olsa da, bu versiyaların hüquqi əhəmiyyət kəsb etməsi üçün onların konkret sübutlarla təsdiq olunması tələb olunur. Iş materiallarından göründüyü kimi, qeyd edilən şəxslərin cinayətdə iştirakını birbaşa təsdiq edən hər hansı obyektiv sübut – nə maddi sübutlar, nə genetik, nə də digər kriminalistik tədqiqat nəticələri mövcud deyildir. Kollegiya xüsusilə vurğulayır ki, ailədaxili mübahisələrin, əvvəlki narazılıqların və zərərçəkmişlə digər ailə üzvləri arasında gərgin münasibətlərin mövcudluğu özlüyündə həmin şəxslərin cinayətdə iştirak etməsi nəticəsini yaratmır. Motiv ehtimalı yalnız o halda hüquqi nəticə doğura bilər ki, həmin motiv konkret icra hərəkətləri, hadisə yerində izlər, bioloji material, əlaqələndirici ifadələr və ya digər obyektiv sübutlarla tamamlanmış olsun. Hazırkı işdə isə belə tamamlayıcı sübutlar müəyyən edilməmişdir. Cinayət prosesində başqa şəxslərin iştirakı ilə bağlı versiyanın hüquqi nəticə doğurması üçün həmin versiya ən azı obyektiv məlumatlarla təsdiqlənməli, yəni hadisə yerində iz, bioloji material, qarşılıqlı əlaqəni (müqaviməti) göstərən faktlar və ya bir-birini tamamlayan ifadələr mövcud olmalıdır. Bu, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarından irəli gəlir: məhkəmə yalnız yoxlanılmış və etibarlı mənbələrdən əldə edilmiş məlumatlara istinad edə bilər. Mövcud işdə isə əks mənzərə müşahidə olunur. Digər şəxslərin iştirakını təsdiqləyən heç bir obyektiv iz yoxdur, lakin təqsirləndirilən şəxsin iştirakı bir neçə müstəqil sübut xətti ilə üst-üstə düşür: Birincisi, zərərçəkmiş şəxsin dırnaqaltı nümunələrində yalnız Təqsirləndirilən şəxs məxsus DNT-nin aşkar olunması təsadüfi və ya dolayı hal kimi qiymətləndirilə bilməz. Bu cür izlər praktikada birbaşa fiziki təmasın, yəni qarşıdurma və müqavimət epizodunun göstəricisi sayılır. Əgər hadisədə bir neçə şəxs iştirak etmiş olsaydı, bu cür intensiv və çoxsaylı zədələnmələr fonunda digər şəxslərə məxsus bioloji izlərin də aşkarlanması gözlənilən olardı. Lakin belə izlər yoxdur. DNT nəticəsi hadisə zamanı fiziki təmasın məhz Təqsirləndirilən şəxslə baş verdiyini təsdiq edir və digər şəxslərin birbaşa iştirakı barədə versiyanı obyektiv sübutlarla təsdiqləmir Ikincisi, hadisə yerində aşkarlanmış izlər və maddi sübutlar digər şəxslərlə əlaqə yaratmır. Nə daktiloskopik, nə lif, nə də digər kriminalistik nəticələr həmin şəxslərin orada fəal iştirakını təsdiqləyir. Bu isə “iştirak etmiş ola bilər” tipli ehtimalın sübut səviyyəsinə qalxmadığını göstərir. Üçüncüsü, şahid ifadələrinin məzmunu da iddianı dəstəkləmir. Əksinə, həmin şəxslərin hadisə zamanı passiv vəziyyətdə – yuxuda olduqları, hadisədən sonra məlumat aldıqları göstərilir. Bu ifadələr daxili ziddiyyət yaratmır və maddi sübutlarla ziddiyyətdə olmur. Dördüncüsü və ən mühümü, təqsirləndirilən şəxsin öz etirafı digər sübutlarla uyğunluq təşkil edir. Bu uyğunluq təsadüfi deyil, sübutların bir-birini tamamlamasının klassik nümunəsidir. Əgər hadisədə başqa şəxslərin iştirakı olsaydı, bu uyğunluqda qırılma və ya ziddiyyətlər ortaya çıxmalı idi. Məhkəmə ehtimallar arasında seçim etmir, sübut olunmuş fakta əsaslanır. Alternativ versiya yalnız o halda nəzərə alınır ki, o, mövcud sübutları sarsıda bilsin. Hazırkı halda isə zərərçəkmiş tərəfin irəli sürdüyü versiya mövcud sübutlara qarşı heç bir real rəqabət qabiliyyəti göstərmir. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, digər şəxslərin cinayətdə iştirakı barədə iddia sübut səviyyəsinə çatmayan ehtimal olaraq qalır. Istintaq və birinci instansiya məhkəməsi bu versiyanı yoxlamış, lakin təsdiq edən faktlar əldə etmədiyi üçün haqlı olaraq onu rədd etmişdir. Zərərçəkmiş şəxsin bacılarının ifadələrində göstərilən məlumatlar kollegiya tərəfindən diqqətdən kənarda qoyulmur. Lakin həmin ifadələr əsasən zərərçəkmişin onlara sonradan danışdığı ailədaxili münasibətlər və subyektiv narahatlıqlar barədə məlumatlardan ibarətdir. Bu cür məlumatlar hadisənin motiv fonunu izah edə bilər, lakin bilavasitə cinayətin icrasında başqa şəxslərin iştirakını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq məhkəmənin daxili inamına əsaslanmaqla həyata keçirilir və bu zaman sübutların kifayətliliyi və qarşılıqlı uyğunluğu əsas meyar kimi çıxış edir. Bu baxımdan, zərərçəkmiş şəxsin hüquqi varisinin istintaqın natamam aparılması ilə bağlı dəlilləri əsasən ehtimal və fərziyyə xarakteri daşıyır və mövcud sübutlar sistemi ilə təkzib olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən göstərilən digər arqumentlərdən biri də müəyyən ekspertizaların – xüsusilə digər şəxslərin geyimlərinin, dırnaqaltı nümunələrinin və s. tədqiq olunmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosesində hər hansı ekspertizanın keçirilməməsi yalnız o halda hökmün qanuniliyinə təsir edən pozuntu hesab edilə bilər ki, həmin ekspertiza iş üzrə həqiqətin müəyyən edilməsi üçün zəruri və həlledici əhəmiyyət kəsb etsin. Mövcud iş üzrə isə təqsirləndirilən şəxsin cinayəti törətməsi faktı onun özünün etirafedici ifadələri, məhkəmətibbi ekspertiza rəyləri, genetik və lif tədqiqatları, eləcə də hadisənin digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Bu baxımdan əlavə ekspertizaların keçirilməməsi iş üzrə sübutlar sisteminin bütövlüyünü və kifayətliliyini şübhə altına almır. Ekspertizaların həcmi məsələsi qiymətləndirilərkən nəzərə alınmalıdır ki, cinayət prosesində ekspert tədqiqatı abstrakt maraq üçün deyil, konkret sübutetmə ehtiyacından irəli gələn zərurət olduqda aparılır. Başqa şəxslərin geyimlərinin və ya dırnaqaltı nümunələrinin tədqiq edilməməsi yalnız o halda əhəmiyyətli prosessual pozuntu sayıla bilərdi ki, işdə həmin şəxslərin zərərçəkmişlə bilavasitə fiziki təmasda olması barədə ilkin obyektiv məlumat mövcud olsun. Iş materiallarında isə belə ilkin məlumat müəyyən edilmir. Hazırkı iş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin əməli ilə bağlı faktiki hallar artıq çoxşaxəli, bir-birini tamamlayan və qarşılıqlı şəkildə təsdiq edən sübutlar sistemi ilə müəyyən edilmişdir. Bu şəraitdə əlavə olaraq digər şəxslərin geyimlərinin, dırnaqaltı nümunələrinin və ya alternativ bioloji materialların tədqiq olunmaması sübutlar sistemində boşluq və ya ziddiyyət yaratmır. Çünki həmin sübutların əldə olunmaması iş üzrə artıq müəyyən edilmiş faktiki mənzərənin dəyişdirilməsi və ya şübhə altına alınması üçün real hüquqi zərurət yaratmır. Başqa sözlə, bu sübutlar mövcud sübutlar sisteminə daxil edilsə belə, işin nəticəsinə təsir edə biləcək yeni, həlledici və ya alternativ hüquqi versiya formalaşdırmaq gücündə deyil. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət prosesində sübutların qiymətləndirilməsi onların sayına görə deyil, keyfiyyətinə, qarşılıqlı əlaqəsinə və bir-birini təsdiq etmə dərəcəsinə görə aparılır. Hazırkı işdə isə mövcud sübutlar yalnız təqsirləndirilən şəxsin hadisə yerində olmasını deyil, həm də onun zərərçəkmişə qarşı bilavasitə zorakı hərəkətlərini və ölüm nəticəsi ilə səbəbli əlaqəsini ardıcıl və ziddiyyətsiz şəkildə təsdiq edir. Eyni zamanda, məhkəmə kollegiyası onu da nəzərə alır ki, müdafiə və ya zərərçəkmiş tərəfin alternativ ekspertizaların aparılmaması ilə bağlı dəlilləri yalnız ehtimal xarakteri daşıyır və konkret faktiki əsaslarla möhkəmləndirilmir. Halbuki cinayət mühakimə icraatında ehtimallar deyil, mötəbər və qarşılıqlı təsdiqlənmiş sübutlar hüquqi əhəmiyyət kəsb edir. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq da, məhkəmə araşdırmasının ədalətli sayılması üçün hər bir mümkün sübutun deyil, yalnız işin nəticəsinə real təsir göstərə bilən sübutların toplanması və araşdırılması tələb olunur. Əks halda, sübutetmə standartı qeyri-məhdudlaşdırılmış və hüquqi baxımdan qeyri-müəyyən xarakter almış olardı ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmayan əlavə ekspertizalar sübutların mövcud sistemini zəiflətmir, onun tamlığını pozmur və işin faktiki hallarına dair artıq formalaşmış nəticələri şübhə altına almaq üçün hüquqi əsas yaratmır. Bu baxımdan, göstərilən dəlil formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuniliyini və əsaslılığını təkzib edə bilmir. Kollegiya zərərçəkmiş şəxsin hüquqi varisinin səs-küy məsələsi ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, cinayətin törədilməsi şəraiti – gecə vaxtı, zərərçəkmiş şəxsin yatmış və ya yarıyuxulu vəziyyətdə olması, hücumun qəfil xarakter daşıması və çoxsaylı zərbələrin qısa zaman intervalında yetirilməsi belə hallarda səsin digər şəxslər tərəfindən eşidilməsini istisna edir. Bu hal cinayətin baş vermə mexanizminə zidd deyil və mövcud sübutlarla uyğunluq təşkil edir. Bu səbəbdən həmin arqumentlər hökmün qanuniliyini şübhə altına almaq üçün yetərli hesab edilə bilməz. Belə situasiyalarda zərərçəkmiş şəxsin aktiv müqavimət imkanının məhdudluğu və hadisənin ani xarakteri səs-küyün yaranma intensivliyini və onun ətraf mühit tərəfindən qavranılma ehtimalını obyektiv olaraq azaldır. Bundan əlavə, gecə vaxtı baş verən məişət tipli zorakılıq hadisələrində səsin yayılma dərəcəsi bir sıra amillərdən – otağın izolyasiyası, qapı-pəncərə vəziyyəti, evin planı, digər şəxslərin yuxu vəziyyəti və hadisənin müddətindən asılıdır. Bu isə səsin mütləq şəkildə eşidilməli olması barədə ehtimalı hüquqi baxımdan qəti nəticəyə çevirməyə imkan vermir. Hüquqi qiymətləndirmə ehtimallara deyil, sübutların yetərli və bir-birini tamamlayan sisteminə əsaslanmalıdır. Məhkəmə kollegiyası vurğulayır ki, zərərçəkmiş şəxsin hüquqi varisinin irəli sürdüyü bu arqument mahiyyət etibarilə hadisənin alternativ rekonstruksiyasına yönəlmiş ehtimal xarakterli mülahizədir və mövcud sübutlar sistemində möhkəm, obyektiv və ziddiyyətsiz dəlillərlə təkzib olunur. Bu baxımdan, səs-küyün eşidilib-eşidilməməsi ilə bağlı irəli sürülən dəlillər hadisənin hüquqi tövsifinə, təqsirin sübuta yetirilməsinə və yaxud hökmün qanuniliyinə təsir edən xarakter daşımır. Cinayət-prosessual hüququn “şübhələrin təqsirləndirilənin xeyrinə həlli” prinsipi isə yalnız aradan qaldırılması mümkün olmayan, əsaslı və obyektiv şübhələr mövcud olduqda tətbiq oluna bilər. Hazırkı iş üzrə isə belə bir hüquqi şübhə yaranmamışdır. Bununla yanaşı, səsin eşidilib-eşidilməməsi məsələsi üzrə kollegiya qeyd edir ki, bu hal cinayətin başvermə mexanizmini təkzib edən müstəqil sübut kimi qəbul edilə bilməz. Evin daxilində kiminsə səs eşitməməsi həmin şəxsin cinayətdə iştirak etməsi və ya hadisəni gizlətməsi barədə nəticə çıxarmağa kifayət etmir. Cinayət məsuliyyəti ehtimal edilən davranışa deyil, sübutlarla təsdiq edilmiş konkret hərəkətə görə yarana bilər. Daktiloskopik ekspertizanın nəticələri ilə bağlı arqumentlərə münasibətdə kollegiya qeyd edir ki, hadisə yerində üçüncü şəxsə məxsus barmaq izlərinin aşkar olunması faktı özlüyündə həmin şəxsin cinayətdə iştirakını sübut etmir. Maddi izlər (o cümlədən daktiloskopik izlər) yalnız onların əmələ gəlmə mexanizmi, yaranma vaxtı və konkret cinayət hadisəsi ilə səbəbli əlaqəsi müəyyən edildiyi halda sübut əhəmiyyəti kəsb edir. Bu yanaşma istintaq təcrübəsində də sabit mövqeyə malikdir. Yəni, iz faktı deyil, izin cinayət hadisəsi ilə əlaqəsi hüquqi əhəmiyyət daşıyır. Hazırkı iş üzrə aparılmış daktiloskopik ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, bəzi əl və ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olsa da, həmin izlər konkret olaraq cinayətin törədilmə anına aid ediləcək şəkildə fərdiləşdirilməmiş, onların hadisə yerinə nə vaxt və hansı şəraitdə düşməsi barədə elmikriminalistik baxımdan dəqiq nəticə əldə olunmamışdır. Eyni zamanda, həmin izlərin cinayət əməli ilə bilavasitə bağlılığını təsdiq edən əlavə sübutlar – məsələn, həmin şəxsin hadisə anında orada olması, cinayət hərəkətlərində iştirakı və ya digər obyektiv əlaqələndirici faktlar iş materiallarında mövcud deyildir. Səbəbli əlaqənin müəyyən edilməsi yalnız ehtimallara deyil, obyektiv və qarşılıqlı təsdiqlənmiş sübutlara əsaslanmalıdır. Sadəcə olaraq hadisə yerində izin mövcudluğu, onun cinayətlə əlaqəsini birmənalı şəkildə təsdiq etmir və bu hal alternativ cinayət versiyasının hüquqi baxımdan qəbul edilə bilən səviyyədə əsaslandırılması üçün yetərli deyil. Əks halda, sübutetmə standartı ehtimallara əsaslanan subyektiv yanaşmaya çevrilmiş olardı ki, bu da cinayət mühakimə icraatının fundamental prinsiplərinə ziddir. Bundan başqa, yaşayış məkanlarında, xüsusilə ailə üzvlərinin və ya evə qanuni giriş imkanı olan şəxslərin olduğu hallarda, daktiloskopik izlərin mövcudluğu onların cinayət hadisəsinə aidiyyətini deyil, həmin məkana əvvəlcədən və ya digər gündəlik fəaliyyət çərçivəsində daxil olmasını da göstərə bilər. Nəticə etibarilə, iş üzrə üçüncü şəxslərə məxsus ola bilən barmaq izlərinin aşkar olunması faktı, onların cinayət hadisəsinin törədilmə anına aidiyyətini təsdiq edən elmi və prosessual baxımdan mötəbər dəlillərlə müşayiət olunmadığından, alternativ versiyanın hüquqi cəhətdən əsaslandırılmış şübhə səviyyəsinə yüksəldilməsi üçün kifayət etmir. Bu baxımdan həmin arqumentlər mövcud sübutlar sisteminin bütövlüyünü sarsıtmır və hökmün qanuniliyinə təsir edən xarakter daşımır. X3 aid edildiyi göstərilən barmaq izləri ilə bağlı dəlilə münasibətdə kollegiya əlavə olaraq bildirir ki, həmin izin mövcudluğu onun cinayət hadisəsinin bilavasitə törədildiyi anda yaranmasını təsdiq etmir. Yaşayış sahəsinə və həmin sahənin pəncərəsinə əvvəlki vaxtlarda təmasın olması mümkündür və bu ehtimal cinayət hadisəsi ilə səbəbli əlaqə qurmaq üçün yetərli deyil. Iş materiallarında həmin şəxsin hadisə gecəsi orada olması, təqsirləndirilən şəxslə razılaşdırılmış hərəkət etməsi və ya zərərçəkmişə qarşı hər hansı zorakı davranışda iştirak etməsi barədə obyektiv sübut mövcud deyildir. Ariz, Fariz və şahid10lə bağlı irəli sürülən dəlillər də eyni hüquqi yanaşma əsasında qiymətləndirilməlidir. Həmin şəxslərin telefon əlaqələri, yerdəyişmələri və ya ailə münasibətləri barədə ehtimallar, onların cinayətdə iştirakını təsdiqləyən maddi, bioloji və ya şahid sübutları ilə tamamlanmadığından, hökmün nəticələrini sarsıdan əsaslı şübhə yaratmır. Apellyasiya instansiyası məhkəməsi ehtimalların sayını deyil, sübutların məzmununu və hüquqi çəkisini qiymətləndirir. Bundan əlavə məhkum edilmiş şəxsin müdafiəçisi hesab edir ki, çoxsaylı bıçaq zərbələrinin vurulması xüsusi amansızlıq deyil, yalnız ölüm nəticəsinin təmin edilməsinə yönəlmiş hərəkətlərdir və buna görə də CM-in 120.2.4-cü maddəsinin tətbiqi istisna olunmalıdır. Kollegiya müdafiəçinin həmin dəlilini əsaslı hesab etmir və qeyd edir ki, cinayət hüququnda “xüsusi amansızlıq” institutu yalnız subyektiv niyyətin bəyan edilən forması ilə məhdudlaşmır, əksinə, həm obyektiv icra mexanizmi, həm də cinayətin faktiki törədilmə üsulu ilə birlikdə qiymətləndirilməli olan kompleks hüquqi kateqoriyadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli * nömrəli qərarının 8-ci bəndində vurğulandığı kimi, xüsusi amansızlıq yalnız zərərçəkmişə fiziki ağrının yetirilməsi ilə deyil, həm də onun psixi iztirablarının qəsdən gücləndirilməsi və ya qeyriadi qəddar üsulun seçilməsi ilə xarakterizə olunur. Xüsusi amansızlıq əlamətinin mövcudluğu qiymətləndirilərkən təkcə zərbələrin sayı deyil, hücumun baş verdiyi şərait, zərərçəkmişin vəziyyəti, təqsirkarın hərəkətlərinin davamlılığı, zəruri nəticəni əldə etdikdən sonra belə zorakılığın kəsilməməsi və cinayətin ümumi icra üsulu birlikdə nəzərə alınmalıdır. Bu meyarlar məcmu halda təqsirkarın davranışının sadə qəsdən adam öldürmə çərçivəsindən çıxaraq daha yüksək ictimai təhlükəlilik daşıyan xüsusi amansızlıq formasında təzahür etdiyini göstərir. Hazırki iş üzrə müəyyən edilmiş faktiki halların məcmusu göstərir ki, zərərçəkmiş şəxsə bədəninin müxtəlif anatomik nahiyələrinə çoxsaylı, ardıcıl və intensiv xarakterli bıçaq zərbələri endirilmiş, bu zərbələr təkcə ölüm nəticəsini yaratmaqla kifayətlənməmiş, eyni zamanda həyat üçün vacib orqanların (ürək, ağciyər, qaraciyər və s.) çoxsaylı zədələnməsi ilə müşayiət olunmuşdur. Məhkəmə-tibbi ekspertiza rəyləri bu zərbələrin qısa zaman intervalında, sistemli və təkrarlanan şəkildə törədildiyini, yəni təsadüfi və ya ani bir refleks hərəkət olmadığını təsdiq edir. Bu isə cinayətin icra mexanizminin davamlı və məqsədyönlü zorakı davranış zənciri olduğunu göstərir. Çoxsaylı və həyat üçün əhəmiyyətli nahiyələrə yönəlmiş zərbələr “öldürmək niyyəti”nin sırf nəticəyə yönəlmiş sadə forması ilə izah oluna bilməz. Belə hallarda təqsirkarın davranışı yalnız nəticənin əldə edilməsinə deyil, həm də zərərçəkmişə maksimum fiziki ağrı və psixi əzabın yaşadılmasına yönəlmiş obyektiv xarakter daşıyır. Bu yanaşma Almaniya Federal Məhkəməsinin (Bundesgerichtshof) və Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərlə də uyğunluq təşkil edir. Xüsusilə AIHM təcrübəsində (məsələn, “Selmouni Fransaya qarşı”, “X10rşı” işləri üzrə) vurğulanır ki, insanın bədən bütövlüyünə yönəlmiş intensiv və təkrarlanan zorakılıq aktları yalnız nəticə deyil, eyni zamanda “qəddarlıq dərəcəsinin yüksəldilməsi” kimi qiymətləndirilməlidir. Bu kontekstdə müdafiəçinin “çoxsaylı zərbələr yalnız ölümün təmin edilməsi məqsədini daşıyır” kimi mövqeyi hüquqi baxımdan birtərəfli və dar yanaşmadır. Çünki belə izah cinayətin obyektiv mexanizmini inkar edir və ekspertiza rəyləri ilə təsbit edilmiş faktiki zərbə intensivliyini hüquqi qiymətləndirmədən kənarda saxlayır. Halbuki zəruri həddin xeyli aşılması ilə xarakterizə olunan zorakı hərəkətlər artıq sadə “öldürmə niyyəti” çərçivəsindən çıxaraq xüsusi amansızlıq əlamətinə çevrilir. Bundan əlavə, beynəlxalq hüquqi standartlara əsasən, xüsusilə BMT-nin “Işgəncələrə və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza əleyhinə Konvensiya”sında təsbit olunmuş prinsiplərə uyğun olaraq, insan bədəninə yönəlmiş intensiv, təkrarlanan və həyati orqanları zədələyən zorakılıq aktları “qəddar rəftar” elementlərini ehtiva edə bilər. Bu baxımdan cinayət hüququnda xüsusi amansızlıq anlayışının tətbiqi həmin beynəlxalq hüquqi yanaşmalarla da ziddiyyət təşkil etmir, əksinə onları tamamlayır. Nəticə etibarilə, iş üzrə sübutlar sistemi, yəni məhkəmə-tibbi ekspertiza rəyləri, hadisənin mexanizmi, zərbələrin sayı, lokalizasiyası və intensivliyi məcmu halda qiymətləndirildikdə, müdafiəçinin irəli sürdüyü “sadəcə öldürmə niyyəti” arqumentini təkzib edir. Bu halların məcmusu təqsirkarın davranışında yalnız nəticəyə yönəlmiş məqsədin deyil, eyni zamanda zərərçəkmişə əlavə fiziki və psixi iztirabların qəsdən yetirilməsinin də mövcud olduğunu göstərir. Kollegiya bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsinin CM-in 120.2.4-cü maddəsinin tətbiqi ilə bağlı gəldiyi nəticə sübutların tam, obyektiv və qarşılıqlı əlaqəli qiymətləndirilməsinə əsaslanır və müdafiəçinin bu hissədəki dəlilləri iş üzrə toplanmış sübutlar sistemi ilə təkzib olunur və hüquqi əsasdan məhrumdur. Müdafiə tərəfinin əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsi barədə mövqeyi də məhz bu səbəbdən qəbul edilə bilməz. CM-in 120.1-ci maddəsi qəsdən adam öldürmənin sadə tərkibini nəzərdə tutur və həmin maddənin tətbiqi yalnız ağırlaşdırıcı əlamətlər sübut edilmədikdə mümkündür. Hazırkı işdə isə həm xüsusi amansızlıq, həm də təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə əlamətləri sübutlar sistemi ilə təsdiq olunduğundan, əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsi cinayət qanununun düzgün tətbiqi prinsipi ilə uzlaşmazdı. Həmçinin məhkum edilmiş şəxsin müdafiəçisi zərərçəkmişin oyaq olması və müqavimət göstərməsi səbəbilə onun köməksiz vəziyyətdə olmadığını iddia edir. Kollegiya müdafiəçinin bu dəlilini əsaslı hesab etmir və qeyd edir ki, cinayət hüququnda “köməksiz vəziyyət” anlayışı formal, statik və yalnız zərərçəkmişin yuxuda olması və ya huşsuz vəziyyəti ilə məhdudlaşdırılan kateqoriya deyildir. Bu anlayış funksional xarakter daşıyır və zərərçəkmişin konkret anda real müdafiə imkanlarının obyektiv olaraq mövcud olub-olmaması ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli * nömrəli qərarının 13-cü bəndində vurğulandığı kimi, köməksiz vəziyyət yalnız fiziki və ya psixi qüsurlar nəticəsində yaranan passivliklə deyil, həm də cinayətin törədildiyi situasiyanın zərərçəkmişə effektiv müqavimət göstərmək imkanını faktiki olaraq aradan qaldırdığı hallarla xarakterizə olunur. Bu yanaşma cinayət hüququ nəzəriyyəsində “situativ köməksizlik” (situational helplessness) kimi qəbul edilmiş geniş konsepsiya ilə də uzlaşır. Iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, hadisə gecə saatlarında, yaşayış otağında, zərərçəkmişin istirahət və ya yuxu rejiminə uyğun şəraitdə baş vermiş, təqsirləndirilən şəxs isə əvvəlcədən hazırlanmış şəkildə otağa daxil olmuş və qəfil hücum xarakterli zorakı hərəkətlərə başlamışdır. Belə situasiyada zərərçəkmişin özünü müdafiə etmək üçün hər hansı real taktiki və ya fiziki üstünlük imkanına malik olması mümkün olmamışdır. Hücumun sürəti, istiqaməti və intensivliyi onun müdafiə reflekslərinin formalaşmasına belə obyektiv imkan verməmişdir. “Köməksiz vəziyyət” təkcə tam hərəkətsizlik deyil, həm də müdafiə imkanlarının faktiki olaraq neytrallaşdırıldığı situasiyaları əhatə edir. Zərərçəkmiş şəxsin qısa müddətli reaksiya göstərməsi belə, əgər həmin reaksiya hücumun qarşısını almağa və ya onun intensivliyini azaltmağa yönəlmiş real nəticə doğurmursa, onun hüquqi mənada effektiv müdafiə qabiliyyətinə malik olduğunu göstərmir. Eyni yanaşma Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsində də öz əksini tapır. “Opuz Türkiyəyə qarşı” və “Talpis Italiyaya qarşı” kimi işlərdə məhkəmə vurğulamışdır ki, dövlətlərin pozitiv öhdəliyi yalnız nəticə mərhələsində deyil, həm də zərərçəkmişin faktiki müdafiəsiz qaldığı situasiyaların qiymətləndirilməsində “real və effektiv müdafiə imkanları” standartına əsaslanmalıdır. Bu standart cinayət hüququnda köməksiz vəziyyətin maddi məzmununun müəyyən edilməsinə də təsir göstərən ümumi hüquqi yanaşmadır. Hazır iş üzrə zərərçəkmişin ehtimal edilən qısa səs reaksiyası və ya refleks xarakterli hərəkəti müdafiə qabiliyyətinin mövcudluğunu deyil, artıq başlanmış və intensiv şəkildə davam etdirilən hücumun təbii nəticəsini ifadə edir. Cinayət hüququ nəzəriyyəsində bu cür reaksiyalar “passiv müqavimət” kimi qiymətləndirilir və onlar hüquqi baxımdan real müdafiə imkanının göstəricisi hesab edilmir. Bundan əlavə, hücumun xarakteri – gecə vaxtı, qapalı məkanda, qəfil və ardıcıl zərbələrlə həyata keçirilməsi zərərçəkmişin situativ baxımdan tam psixoloji şok vəziyyətinə düşməsinə səbəb olmuşdur ki, belə hallarda insanın fiziki olaraq hərəkət etmə qabiliyyəti formal olaraq mövcud olsa belə, real müdafiə strategiyası formalaşdırmaq və onu həyata keçirmək imkanından məhrum olduğu qəbul edilir. Bu baxımdan müdafiəçinin “zərərçəkmiş oyaq idi və müqavimət göstərirdi” arqumenti hüquqi mənada köməksiz vəziyyət anlayışını istisna etmir. Çünki köməksiz vəziyyətin müəyyən edilməsi üçün əsas meyar şüurun mövcudluğu deyil, həmin anda effektiv müdafiə və qarşılıq vermə imkanının real olaraq mövcud olub-olmamasıdır. Nəticə etibarilə, iş üzrə toplanmış sübutlar – hadisənin başvermə şəraiti, hücumun qəfil və intensiv xarakteri, zərbələrin qısa zaman intervalında və həyati orqanlara yönəlməsi birlikdə qiymətləndirildikdə göstərir ki, zərərçəkmiş şəxs faktiki olaraq müdafiə imkanı olmayan vəziyyətdə olmuşdur. Buna görə də CM-in 120.2.9-cu maddəsinin tətbiqini istisna edən hər hansı hüquqi və faktiki əsas müəyyən edilmir və müdafiəçinin bu dəlili sübutlar sistemi ilə təkzib olunur və hüquqi baxımdan əsassızdır. Beləliklə, müdafiəçinin “zərərçəkmiş oyaq idi” arqumenti hüquqi baxımdan köməksiz vəziyyətin istisna olunması üçün yetərli deyil. Qanun bu əlaməti yalnız tam huşsuzluq və ya tam hərəkətsizliklə məhdudlaşdırmır; əsas meyar təqsirkarın həmin vəziyyəti dərk etməsi və bundan istifadə etməsidir. Iş üzrə müəyyən edilmiş hallar isə təqsirləndirilən şəxsin gecə vaxtı, qapalı məkanda və qəfil hücum şəraitində zərərçəkmişin müdafiə imkanlarının məhdud olduğunu dərk etməsini təsdiq edir. Bundan başqa müdafiəçi təqsirləndirilən şəxsin baş-beyin travmasının onun anlaqlılığına təsir etməsi barədə halların tam araşdırılmadığını iddia edir. Kollegiya müdafiəçinin bu dəlilini də əsaslı hesab etmir və qeyd edir ki, cinayət məsuliyyətinin istisna edilməsi üçün əsas olan “anlaqsızlıq” institutu yalnız tibbi xarakterli hər hansı fiziki və ya nevroloji diaqnozun mövcudluğu ilə avtomatik şəkildə yaranan hüquqi nəticə deyildir. Cinayət hüququnda anlaqlılıq və anlaqsızlıq məsələsi kompleks tibbi-hüquqi kateqoriya olmaqla, yalnız funksional psixi fəaliyyətin pozulması və şəxsin öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətinin itirilməsi ilə müəyyən edilir. CM-in 21-ci maddəsinin tələblərinə uyğun olaraq, anlaqsızlıq yalnız şəxsin xroniki psixi xəstəlik, müvəqqəti psixi pozuntu, kəmağıllıq və ya digər psixi xəstəlik nəticəsində öz əməlinin ictimai təhlükəli xarakterini dərk etməməsi və ya onu idarə edə bilməməsi halında hüquqi əhəmiyyət kəsb edir. Iş üzrə mövcud olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyi isə birmənalı şəkildə göstərir ki, təqsirləndirilən şəxsdə heç bir psixi xəstəlik əlaməti aşkar olunmamış, onun intellektual-iradi funksiyaları yaş normasına uyğun qiymətləndirilmiş, həmçinin cinayət törədilən zaman öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olduğu müəyyən edilmişdir. Ekspertiza həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxsin davranışında emosional qeyri-sabitlik və xasiyyətin psixopatik cizgiləri müşahidə olunsa da, bu hallar klinik psixi xəstəlik səviyyəsinə yüksəlmir və CMin 21-ci maddəsində nəzərdə tutulan hüquqi anlaqsızlıq meyarlarını yaratmır. Fiziki travma, o cümlədən baş-beyin travması öz-özlüyündə şəxsin anlaqlılığını istisna edən hüquqi əsas kimi qəbul edilə bilməz. Belə hallarda həlledici meyar funksional psixi disfunksiyanın mövcudluğu və onun şəxsin davranışına real təsiridir. Yəni tibbi diaqnoz deyil, hüquqi nəticə doğuran psixi funksional pozuntu tələb olunur. Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən (məsələn, “Vinterverp Hollandiyaya qarşı” işi üzrə), psixi vəziyyətin hüquqi qiymətləndirilməsi yalnız tibbi diaqnozla deyil, həmin vəziyyətin şəxsin hüquqi davranış qabiliyyətinə təsiri ilə müəyyən edilir. Məhkəmə vurğulamışdır ki, psixi pozuntu ilə hüquqi anlaqsızlıq arasında birmənalı əlaqə yoxdur və hər bir halda funksional məhdudiyyət ayrıca sübut edilməlidir. Hazır iş üzrə müdafiə tərəfinin istinad etdiyi baş-beyin travmasının mövcudluğu yalnız tibbi məlumat xarakteri daşıyır və bu hal ekspertiza tərəfindən hüquqi nəticə doğuran psixi funksional pozuntu ilə əlaqələndirilməmişdir. Əksinə, rəy göstərir ki, təqsirləndirilən şəxs cinayət törədilən anda öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk etmiş və onları idarə etmək iqtidarında olmuşdur. Bu isə CM-in 21-ci maddəsinin tətbiqini istisna edən həlledici hüquqi faktdır. Cinayət-prosessual hüququn sübutetmə standartlarına əsasən, anlaqsızlıq və ya məhdud anlaqlılıq yalnız şübhə və ya ehtimal üzərində deyil, yalnız mötəbər və ziddiyyətsiz ekspertiza nəticələri ilə təsdiq olunduğu halda hüquqi nəticə doğura bilər. CPM-in sübutların qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, belə hal mövcud olmadıqda, müdafiə tərəfinin sadəcə ehtimala əsaslanan dəlilləri məhkəmənin sübutlar sistemində üstünlük təşkil edə bilməz. Bundan əlavə, beynəlxalq cinayət hüququ standartlarında da (xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası-2006) vurğulanır ki, psixi və ya nevroloji vəziyyət yalnız o halda cinayət məsuliyyətini istisna edə bilər ki, həmin vəziyyət şəxsin “idrak qabiliyyəti” (cognitive capacity) və “iradə qabiliyyəti” (volitional capacity) üzərində ciddi və sübut olunmuş məhdudiyyət yaratsın. Hazır iş üzrə isə belə məhdudiyyətlər nə tibbi, nə də psixoloji ekspertiza ilə müəyyən edilməmişdir. Bu baxımdan müdafiəçinin “baş-beyin travması araşdırılmayıb” arqumenti iş materiallarının məzmunu ilə təkzib olunur, çünki həmin hal ekspertiza predmetinə çevrilmiş, lakin hüquqi anlaqsızlıq səviyyəsinə çatmayan nəticə ilə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilənin anlaqlılığı ilə bağlı istintaq və məhkəmə araşdırması tam, hərtərəfli və qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Müdafiə tərəfinin anlaqlılıq və ya məhdud anlaqlılıqla bağlı dəlilləri də hökmün dəyişdirilməsi üçün əsas vermir. Çünki şəxsin əvvəllər travma alması və ya sağlamlıqla bağlı müəyyən narahatlıqlarının olması onun cinayət törədilən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməsi, yaxud həmin hərəkətləri idarə edə bilməməsi nəticəsini yaratmır. Belə nəticə yalnız ixtisaslı ekspertiza rəyi və digər obyektiv sübutlarla təsdiqləndikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif etmiş, eləcə də cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, nəticədə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəza təyin etmənin ümumi prinsiplərini, habelə cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli qərarının tövsiyyələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında müəyyən edilmiş həddə, yəni 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab etmişdir. Apellyasiya şikayətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif etmişdir. Kollegiya həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi iş üzrə yeganə sübut kimi çıxış etmir. Onun ifadələri hadisə yerinin vəziyyəti, maddi sübutların məzmunu, ekspertiza nəticələri və digər prosessual mənbələrdən əldə edilmiş məlumatlarla uyğunluq təşkil etdiyindən, bu ifadələr sübutlar sisteminin tərkib hissəsi kimi qəbul edilir. Buna görə də təqsirin sübuta yetirilməsi yalnız etirafa deyil, bir-birini təsdiqləyən sübutların məcmusuna əsaslanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarının 1-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-in 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində qeyd olunan halların, Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə daha ağır həddə cəza təyin edilməsini tələbini araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün qiymətləndirmiş, nəticədə cəzanı fərdiləşdirməklə, cəzanın məqsədinə uyğun həddə cəza təyin etmişdir. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən himayəsində 4 azyaşlı uşağın olması düzgün qiymətləndirilməklə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli, * nömrəli qərarının 21-ci bəndində qeyd edilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. CM-in 120.2-ci maddəsinin sanksiyası on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 18 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin sanksiyanın yuxarı həddinə yaxın ciddi cəza tədbiridir. Bu səbəbdən həmin cəzanın açıq-aydın yüngül olması barədə nəticəyə gəlmək üçün yalnız cinayətin ağırlığına ümumi istinad kifayət etmir; əlavə olaraq məhkəmənin nəzərə almadığı konkret ağırlaşdırıcı hal və ya cəzanın fərdiləşdirilməsi qaydasında mühüm səhv müəyyən edilməlidir. Hazırkı işdə belə hal müəyyən olunmur. Ömürlük azadlıqdan məhrum etmə cəzası sanksiyada alternativ kimi nəzərdə tutulsa da, onun tətbiqi hər bir 120.2-ci maddə üzrə məhkumetmədə birmənalı nəticə deyildir. Bu cəza yalnız konkret işin müstəsna ağırlığı, təqsirkarın şəxsiyyəti, cinayətin törədilmə şəraiti və cəzanın məqsədlərinə daha yüngül cəza ilə nail olunmasının mümkünsüzlüyü aydın şəkildə müəyyən edildikdə tətbiq oluna bilər. Hazırkı işdə birinci instansiya məhkəməsi azadlıqdan məhrum etmə cəzasının yüksək həddini seçməklə cinayətin ictimai təhlükəliliyini nəzərə almış, eyni zamanda cəzanın fərdiləşdirilməsi tələblərindən kənara çıxmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülmüş dəlillərə baxdıqda müəyyən olunur ki, qeyd olunan dəlillər təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir. Qeyd olunan halların fonunda təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Cəzanın daha da ağırlaşdırılması barədə tələb qiymətləndirilərkən kollegiya onu da nəzərə alır ki, cinayətin xüsusi amansızlıqla və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi artıq əməlin CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsifində öz hüquqi qiymətini almışdır. Eyni halların əlavə olaraq cəzanın həddindən artıq ağırlaşdırılması üçün təkrar əsas kimi götürülməsi cəzanın fərdiləşdirilməsi zamanı eyni faktın ikiqat nəzərə alınmasına səbəb ola bilər. Buna görə də cəza təyin edilərkən həm tövsifedici əlamətlər, həm də fərdi yüngülləşdirici hallar tarazlaşdırılmış şəkildə qiymətləndirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə nə CPM-in 399.1.1ci maddəsində nəzərdə tutulan məhkəmə istintaqının birtərəfli və ya natamam aparılması, nə 399.1.3-cü maddəsində nəzərdə tutulan hökmün nəticələrinin məhkəmədə tədqiq edilmiş sübutlara uyğun olmaması, nə də cəzanın açıq-aydın ədalətsiz olması kimi hallar müəyyən edilir. Apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsinin sübutlar üzrə gəldiyi nəticələri və tətbiq etdiyi cinayət qanunu normalarını təkzib etmir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri qismində göstərilmiş əsaslar birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən hökmdə cinayət təqibi üzrə toplanılmış sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini şərtləndirən Azərbaycan Respublikası CPM-nin 144-cü və ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin müddəalarına tam riayət edilməsini təmin etmiş, bütün yuxarıda qeyd edilən ümumilikdə götürüldükdə, məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini tələb edən prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə istintaqının apellyasiya mərhələsində yenidən aparılmasına da zərurət müəyyən edilmir. Çünki şikayətlərdə göstərilən hallar iş materiallarında olan sübutların yenidən hüquqi qiymətləndirilməsi ilə yoxlanıla bilir və əlavə sübutların toplanmasını tələb edən, hökmün nəticələrini dəyişə biləcək yeni faktiki hal aşkar edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391, 396, 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-149/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-149/2026
18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver