Məhkəmə qərarları › İş №1(3-9)-151/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-151/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-151/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə), Təqsirləndirilən şəxsin müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3, 128, və 157.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-*/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü (hakim Vüqar Qasımov) ilə ##.##.2002-ci il tarixdə Saatlı rayonu Musalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, subay, Saatlı rayonu, Musalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası 6 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş altı ay müddətə islah işləri cəzası 1 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək və ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək, yəni üç gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, cəzaçəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə maddi sübut olan Saatlı rayon prokurorluğunda saxlanılan cinayət aləti olan 1 sınmış bıçağın məhv edilməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə elan edilmiş ittihama görə o, ## ###### 2025-ci il tarixdə saat 23 radələrində əvvəllər sevgi münasibətində olduğu həmkəndlisi X2 zor tətbiq edərək sağlamlığına yüngül zərər vurma faktı ilə bağlı Saatlı RPŞ-nin IB-də ibtidai istintaqı aparılan cinayət işi üzrə sonuncunun və ailə üzvlərinin şikayətini geri götürmələrini tələb etmək bəhanəsi ilə Aytac Əhmədovanın nənəsi zərərçəkmiş şəxs2 Saatlı rayon Musalı kəndində yerləşən fərdi yaşayış evinə getmiş, darvaza qapısının bağlı olduğunu görüb hasarın üzərinə çıxaraq həyətə daxil olmuş, bağlı olan evin giriş qapısını döydükdən sonra zərərçəkmiş şəxs2 və sonuncunun digər nəvəsi zərərçəkmiş şəxs1 evdə olduğunu bildiyindən onların evin qapısını açmadığını görüb qəzəblənərək evin pəncərəsini sındırmaqla Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 iradəsi ziddinə evə daxil olub onların mənzil toxunulmazlığını pozmuş, daha sonra cinayətkar niyyətini davam etdirərək zərərçəkmiş şəxs2 tərəf qətiyyətlə irəliləyərək öz yaşadığı fərdi yaşayış evindən götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə evin qonaq otağında şəxsi mübahisəni həll etmək məqsədi daşımayan xuliqanlıq niyyəti ilə, yəni ictimai və şəxsi davranış qaydalarına açıq hörmətsizlik nümayiş etdirərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla bərabər nümayişkaranə və aqressiv davranışlar sərgiləyərək heç bir səbəb olmadan ##.##.1954-cü il təvəllüdlü qoca olmaqla ona müqavimət göstərmək imkanına malik olmayan, yəni köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs2 üzərinə hücum edib sonuncunun yaxın qohumu olan nəvəsi zərərçəkmiş şəxs1 gözləri qarşısında xüsusi amansızlıqla zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla zərbələr yetirməklə ənsə nahiyəsində, sağ bazu oynağının üst səthində, sağ çiyin qurşağı proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də arxa səthdə və sağ qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən sağlamlığa yüngül zərər vurmaya aid kəsilmiş deşilmiş yaralar ilə müşahidə olunan, həmçinin yumruq və təpiklə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sol gözaltı nahiyədə, sol almacıq sümüyü proyeksiyasında, çənə altı nahiyədə, sağ əlin üst səthində 2-3-cü əldarağı sümüyü proyeksiyasında qançırdan ibarət qəsdən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra zərərçəkmiş şəxs1 mətbəxə qaçdığını görüb arxasınca gedərək şəxsi mübahisəni həll etmək məqsədi daşımayan xuliqanlıq niyyəti ilə, yəni ictimai və şəxsi davranış qaydalarına açıq hörmətsizlik nümayiş etdirərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla bərabər nümayişkaranə və aqressiv davranışlar sərgiləyərək heç bir səbəb olmadan orada olan suqızdıranla, yumruqla və təpiklə zərərçəkmiş şəxs1 baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr yetirərək sol təpə-alın nahiyəsində və sağ budun aşağı 1/3-də bayır səthdə qançırlardan ibarət qəsdən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən, həmçinin zərərçəkmişi yerə yıxdıqdan sonra sol qolunu buraraq sol bazu sümüyünün aşağı ucunun qapalı azyerini dəyişən sınığı və sol dirsək oynağının qapalı çıxığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. APELLYASIYA PROTESTININ VƏ APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə təqsirli bilindiyi maddələr ilə daha ağır təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə, CM-in 157.1- ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə islah işləri cəzaları təyin edilməsini, CM-in 66.2, 68.1.1-1 və 68.1.3-cü maddəsinə maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə, ona qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məhkəməyə təklif etmişdir. Təqsirləndirilən şəxs barəsində Saatlı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli hökmü ona təqsirli bilindiyi hər bir maddə üzrə azadlıqdan məhrum etmə cəzası, eləcə də qəti olaraq daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin əməlindən peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs yalnız məhkəmə istintaqı zamanı verdiyi ifadəsində “törətdiyim cinayət əməlindən peşmanam və yüngül cəza təyin edilməsini xahiş edirəm” sözlərini demişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusat onun törətdiyi cinayət əməlindən səmimi peşmanlıq çəkməsi kimi qiymətləndirilə bilməz. Belə ki, təqsirləndirilən şəxs əməlindən peşman olmasını yalnız formal olaraq məsuliyyətini yüngülləşdirməsi üçün bildirmiş, hətta zərərçəkmiş şəxslərlə barışması üçün heç bir addım atmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən nəzərə aldığı yüngülləşdirici hallar Cinayət Məcəlləsinin tələblərinə zidd olmuşdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutmuşdur ki, həmin xüsusat yerli icra nümayəndəliyi tərəfindən verilmiş formal arayışa əsaslanır. Məhkəmə təqsirləndirilən şəxsin konkret hansı əməlinə, hərəkətinə görə müsbət xrakterizə olunmasını araşdırmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən nəzərə aldığı yüngülləşdirici hallar Cinayət Məcəlləsinin tələblərinə zidd olmuşdur. Məhkəmə cəza təyin edən zaman zərərçəkmiş şəxslərin hər ikisinin Təqsirləndirilən şəxs şikayətçi olmasını, zərərçəkmiş şəxslərdən birinin yetkinlik yaşına çatmayan, digərinin isə 1954-cü il təvəllüdlü qoca olmaqla ona müqavimət göstərmək imkanına malik olmayan, yəni köməksiz vəziyyətdə olan şəxsə qarşı, eləcə də, yetkinlik yaşına çatmayan nəvəsinin gözü qarşısında törətməsini, barışmaq üçün cəhd etməməsini, törətmiş olduğu cinayət əməllərini özü ilə gətirdiyi bıçaqla, mətbəxdən götürdüyü suqızdıranla törətməsini, cinayət hadisəsinin gecə vaxtı evdə tək yaşayan iki nəfər köməksiz qadına qarşı törədilməsini, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməsini nəzərə almamış, maddələrin sanksiyalarında nəzərdə tutulmuş aşağı hədlərdə cəzalar təyin etmiş, həmçinin cəzaları minimum həddə toplamaqla yekunda açıqaydın ədalətsiz cəza təyin etmişdir. Bu xüsusatlar onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə, vurulmuş zərərin həcminə, baş vermiş nəticələrin ağırlığına dəlalət edən hallardır. Beləliklə də, məhkəmə yuxarıda şərh olunan normaların tələblərini nəzərə almadan, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli hökmü ona təqsirli bilindiyi maddələr ilə daha ağır həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmünü cəzanın sərtliyinə və Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmadığından dəyişdirərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan ## #### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli hökmü qanunsuz və əsassızdır. Belə ki, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, etdiyi əməldən səmimi peşimandır, o, bu hadisəni qısqanclıq zəmnində törətmişdir. Dəfələrlə zərərçəkmiş şəxs1 və ailə üzvləri ilə barışmağa cəhd etsə də onlar barışığa razılığ verməmişlər. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Sonda məhkəmədən ona köməklik etməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlığdan məhdum elmə cəzası təyin edərkən onun əməlini səmimi etiraf edib peşiman olmasını, yaşayış veri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almasını hökmdə qeyd etsə də bunları yetərincə nəzərə almamışdır. Bundan başqa məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyinini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Təqsirləndirilən şəxsıın təqsirli bilindiyi hər üç maddənin sanksiyasında azadlığdan məhrum etmə ilə bağlı olmayan cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə isə bunları nəzərə almayaraq ona azadlığdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi daha ədalətli olardı. Təqsirləndirilən şəxs Isrəlllov Xəyal Aftandil oğlunun barəsində olan Saatlı Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-*/**** nömrəli hökmünü cəzanın sərtliyinə və Təqsirləndirilən şəxsıın şəxsiyyətinə uyğun olmadığından dəyişdirərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmədən xahiş etdilər. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X1 apellyasiya protestinin təmin edilməsini, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, məhkəmənin hökmü isə cəza hissəsində dəyişdirilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, nə ittiham tərəfi, nə də müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini göstərib, hökmün ona daha yuxarı həddə cəza təyin edilməklə dəyişdirilməsini, müdafiəçi isə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir haldaTəqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2, şahid Şahid ifadələri, ##.##.2026-cı il tarixli üzləşdirmə protokulu, ##.##.2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokolu, habelə işdə оlаn digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3, 128 və 157.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 127.2.3, 128 və 157.1-ci maddələri ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cinayət əməllərini qoca və aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı və xüsusi amansızlıqla törətməsini Azərbaycan Respublikası CM-in 61.1.7 və 61.1.9-cu maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar kimi nəzərə almışdır. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, ittiham tərəfinin ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsaslı olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cinayət kollegiyası həm apellyasiya şikayətinin, həm də apellyasiya protestinin dəlilləri üzrə təyin edilmiş cəzanın həddini və növünü müzakirə edərək bu qənaətə gəlir ki, onun şəxsiyyəti, əməlin ictimai təhlükəliliyi və xarakteri əsas verir ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası və həmin cəzanın həddi CM-in cəza təyini ilə bağlı müddəaların tələb və məqsədlərinə uyğun deyil. Ona görə də həmin cəza ədalətli və qanuni hesab oluna bilməz. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq ## ###### 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Eyni zamanda ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq ## ###### 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Iş materiallarında olan zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs aralarında olan ##.##.2026-cı il tarixli üzləşdirmə protokuldan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Işdə olan ##.##.2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən, o, hadisənin baş vermə mexanizmi və digər xüsusatlarla bağlı halları əyani olaraq göstərmişdir. Işdə olan ##.##.2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən, o, hadisənin baş vermə mexanizmi və digər xüsusatlarla bağlı halları əyani olaraq göstərdi. Işdə olan hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında ##.##.2025-ci il tarixli **** saylı protokoldan görünür ki, hadisə yeri Saatlı rayonu Musalı kəndində yerləşən zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evidir. Hadisə yerindən cinayət aləti olan dəstəkdən aşağı tiyə hissəsi sınmış halda olan bıçaq götürülmüşdür. Işdə olan məhkəmə-tibbi ekspertinin ##.##.2025-ci il tarixli *** saylı rəyində göstərilir ki, 1954-cü il təvəllüdlü zərərçəkmiş şəxs2 ##.##.2025-ci il tarixdə “sağ qulaqarxası, ənsə nahiyəsinin, bazunun, sağ qoltuqaltı nahiyənin çoxsaylı kəsilmiş yaraları” diaqnozu ilə Saatlı RMX PHŞ-nin Cərrahiyyə şöbəsinə daxil olmuşdur. Müayinə zamanı aşkar edilmiş xəsarətlərənsə nahiyəsində, sağ bazu oynağının üst səthində, sağ çiyin qurşağı proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də arxa səthdə, sağ qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən kəsilmişdeşilmiş yaralar kəsici deşici alətin-təqdim olunmuş bıçağın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri ##.##.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunmuş sol gözaltı nahiyədə, sol almacıq sümüyü proyeksiyasında, çənəaltı nahiyədə, sağ əlin üst səthində 2-3-cü əldarağı sümüyü proyeksiyasında qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri ##.##.2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Işdə olan məhkəmə-tibbi ekspertinin ##.##.2025-ci il tarixli *** saylı rəyində göstərilir ki, 2009-cu il təvəllüdlü zərərçəkmiş şəxs1 ##.##.2025-ci il tarixdə “dirsək sümüyünün yuxarı ucunun sınığı” diaqnozu ilə Saatlı RMX PHŞ-nin TTTY şöbəsinə müraciət edərək tibbi yardım almışdır. A.Qanuni nümayəndənın müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol bazu sümüyünün aşağı ucunun qapalı azyerini dəyişən sınığı, sol dirsək oynağının qapalı çıxığı, sol təpə-alın nahiyəsində, sağ budun aşağı 1/3-də bayır səthdə qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri ##.##.2025-ci il tarixə uyğun gəlir. Ayrıayrılıqda dərəcəsinə görə sol bazu sümüyünün aşağı ucunun qapalı azyerini dəyişən sınığı, sol dirsək oynağının qapalı çıxığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Digər xəsarətlər sol təpə-alın nahiyəsində, sağ budun aşağı 1/3-də bayır səthdə qançırlar sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Işdə olan məhkəmə-ballistik ekspertizasının ##.##.2026-cı il tarixli **/** saylı ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilən bıçaq tiyəsi və dəstəyi ayrılma xətti üzrə birləşdirildikdə zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararsız, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını təşkil edirlər. Işdə olan Azərbaycan Respublikası DIN-in BƏSII-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Işdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3, 128 və 157.1-ci maddələri ilə cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən cinayət əməllərini qoca və aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı və xüsusi amansızlıqla törətməsini kifayət qədər nəzərə almamışdır. Məhkəmə kollegiyası iş materiallarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya protestinin dəlilləri qismən əsaslı olmaqla, apellyasiya şikayətinin dəlillərinin isə heç bir hüquqi əsası mövcud deyil. Həqiqətən də hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin şəxsiyyətinin yetəri qədər ictimai təhlükəli olması barədə qənaət formalaşdırmışdır. Lakin bu önəmli xüsusatı nəzərdən qaçıran birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə qeyd olunan halları kifayət qədər nəzərə almamış, Təqsirləndirilən şəxs cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri imkan verən aşağı həddə yaxın həddə cəza təyin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmişdir, bu hal həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən, hökmün apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasların olduğunu göstərir. Odur ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza dəyişdirilməli və ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ağırlaşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəza yuxarıda qeyd edilən Plenum qərarının tövsiyələrinə, həmçinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmamışdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protestinin dəlilləri əsaslı olduğundan protest qismən təmin edilməli, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddi artırılmaqla dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə qismən razılaşaraq, cəzanın ağırlaşdırılması tələbini cinayət qanunvericiliyinin məqsədinə uyğun, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü cəza hissəsində dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 2 il 6 ay həddində müəyyən edilməli, hazırkı qərarla ona təyin edilən cəza ilə qismən birləşdirilməli və ona 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək və ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək, yəni üç gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla o qəti olaraq 2 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü cəza hissəsində dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 2 (iki) il 6 (altı) ay həddində müəyyən edilsin. Hazırkı qərarla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təyin edilən 2 (iki) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə ona Cinayət Məcəlləsinin 128 və 157.1-ci maddələri təyin edilmiş cəzalarla qismən birləşdirilərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək və ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək, yəni üç gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla, o, qəti olaraq 2 (iki) il 11 ay (on bir) 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar